Almaniya-Rusiya sazişi (1918, 27 avqust), Bakı məsələsi ilə bağlı olduğundan bəzən Bakı sazişi də adlanır.
Arxa fon
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman onun ən yaxın müttəfiqi olan Osmanlı dövləti Birinci Dünya müharibəsində (1914–1918) Almaniya ilə bir cəbhədə vuruşurdu. Osmanlı ilə müttəfiq olmasına baxmayaraq, Almaniya Azərbaycana münasibətdə fərqli siyasət yeridirdi. Almaniya, türk-azərbaycan qoşunlarının Bakını ciddi ehtiyac duyduğu neftdən məhrum olacağından narahat idi. Bakını yenidənə ələ keçirməyə cəhd göstərən bolşevik Rusiyası da Almaniyanın diplomatik yardımına nail olmaq istəyirdi. Rusiya türklərin Bakıda, həmçinin bütün Azərbaycanda möhkəmlənməsinə hər vasitə ilə mane olmağa çalışırdı. Buna görə də ümumi maraqlarla bağlı olaraq, Azərbaycan məsələsində onların arasında yaxınlaşma baş verdi və bu 3 aya qədər şəkən danışıqlardan sonra, 1918-ci il avqustun 27-də Berlində Almaniya ilə sovet Rusiyası arasında Brest müqaviləsinə əlavə məxfi sazişin imzalanması ilə nəticələndi.
Sazişin mahiyyəti
8 fəsil və 17 maddədən ibarət Almaniya-Rusiya məxfi sazişini Berlindəki rus səfiri A.İoffe və Almaniya Xarici İşlər Nazirliyinin məsul şəxsləri, gizli müşavirləri- xarici işlər idarəsinin katibi, istefada olan kontr-admiral Pavel fon Hintse və xarici işlər idarəsinin direktoru İohannes Krüge imzalamışlar. Sazişdə Ukrayna, Krım, Qara dəniz sahili, Qafqazla bağlı məsələlər və bir sıra digər məsələlər də əksini tapmışdır. Sazişin altıncı fəslinə görə, Rusiya Sovet Federativ Sosialist Respublikası Gürcüstanın müstəqil dövlət kimi Almaniya tərəfindən tanınmasına öz razılığını bildirirdi. XIV maddədə deyilirdi ki, Almaniya Gürcüstanın sərhədlərindən kənarda hər hansı III dövlətə hərbi əməliyyatlarda heç bir yardım göstərməyəcəkdir. Almaniya, həmçinin, III bir dövlətin silahlı qüvvələrinin Kür çayının mənsəbindən Petropavlosk kəndinə qədər, Şamaxı qəzasının sərhədləri boyunca Əyrioba kəndinədək, düz xətlə Bakı, Şamaxı, Quba qəzalarının kəsişdiyi nöqtəyə qədər, sonra Bakı qəzasının şimalından dənizə olan ərazilərə keçməyəcəyini öhdəsinə götürürdü. III dövlət dedikdə, bu zaman artıq Azərbaycan ərazisində fəal əməliyyatlar aparan Osmanlı nəzərdə tutulurdu. Türkiyə də, öz növbəsində, Bakını tutandan sonra burada neft hasılatı artırmağı, hər ay çıxarılan neftin dörddə bir hissəsini Donetsk hövzəsindən aparılan daş kömürün əvəzində Almaniyaya verməyi öhdəsinə götürürüdü. Lakin sazişdə Almaniyaya veriləcək neftin miqdarı müəyyənləşdirilməmişdi. Bununla Almaniya, əslində bolşeviklərin Azərbaycanla bağlı işğalçılıq planlarına, o cümlədən Bakı neftinin Rusiyanın əlinə keçməsinə razılıq verdi.
Azərbaycan və Osmanlı imperiyasının reaksiyası
Almaniyanın osmanlıdan gizli imzaladığı saziş, bütövlükdə, müttəfiqi Osmanlıya, habelə Azərbaycana qarşı yönəlmişdi. Bu isə həm Osmanlının, həm də Azərbaycan ictimaiyyəti və rəsmi dairələrinin narazılığına səbəb oldu. Sentyabrın 1-də saziş haqqında İstanbuldan Azərbaycan hökumətinə məlumat verən Məhəmməd Əmin Rəsulzadə yazırdı:
Necə olursa-olsun, Bakını almaq, almaq və almaq lazımdır. |
İstanbuldakı Azərbaycan nümayəndələri sentyabrın 6-da sərdəzəm (baş nazir) Tələt Paşa ilə görüşüb, Bakının tezliklə azad edilməsinin zəruriliyini müzakirə etdilər. Bundan az sonra Berlinə gedən Tələt paşa 27 avqust sazişininn təcili surətdə ləğv olunmasını Almaniya hökumətindən tələb etdi. Azərbaycan nümayəndələri sentyabrın 12-də İstanbulda Azərbaycan hökumətinin etiraz notasını Almaniyanın Osmanlı dövlətindəki səfirliyinə təqdim etdilər. Notanın surəti Osmanlı Xarici İşlər Nazirliyinə, Avstriya-Macarıstan səfirliyinə, habelə diplomatik nümayəndəliklərə də verildi. Notada Azərbaycanın Bakı şəhərinə tarixi haqqı sübut edilirdi. Göstərilirdi ki, Bakı elm və mədəniyyət baxımından Azərbaycana bağlıdır. Siyasi, iqtisadi və ictimai təşkilatlar, xeyriyyə, mədəni-maarif mərkəzləri, milli ziyalı nümayəndələri, başlıca olaraq, Bakıda toplanmışdır. Bakısız Azərbaycan başsız bədəndir. Cəbhələrdə vəziyyətin tezliklə kəskin surətdə Almaniyanın zərərinə dəyişməsi onnu 27 avqust sazişindən imtina etməsinə səbəb oldu. Almaniya hökuməti, hətta Bakını azad etmək üçün Türkiyəyə öz hərbi yardımını təklif etdi. 1918-ci il, sentyabrın 15-də Bakının azad edilməsi Tələt Paşanın Berlində apardığı danışıqlara ciddi təsir göstərdi. Danışıqlar zamanı Tələt Paşa türk qoşunlarının Azərbaycanda çox qalmayacağını bildirdi. Osmanlı hökumətinin bu vədi 1918-ci il, sentyabrın 23-də imzalanmış Almaniya-Osmanlı protokolunda təsbit olundu. Almaniya hökuməti 27 avqust sazişindən rəsmi şəkildə imtina etdiyini açıqladı və Azərbaycanı müstəqil bir dövlət kimi tanıyacağını, ilk addım kimi, tezliklə Bakıda konsulluq açacağını bildirdi. Almaniya Azərbaycanın müstəqilliyinin sovet Rusiyası tərəfindən də tanınacağını vəd etdi.
Nəticə
27 avqust Almaniya-Rusiya məxfi sazişi ləğv edilsə də, Almaniya hökumətinin bu addımı təsirsiz ötüşmədi. Almaniyanın bu addımına cavab olaraq, Azərbaycan hökuməti alman koloniyaları barədə imzalamaq ərəfəsində olan Azərbaycan-Almaniya müqaviləsindən imtina etdi. 1918-ci ilin, payızında Almaniya bloku dünya müharibəsində məğlub oldu. Oktyabrın 30-da Osmanlı dövləti Mudros barışığının (1918) ağır şərtlərinə imza atmaq məcburiyyətində qaldı. Noyabrın əvvəlində Avstriya-Macarıstan və Almaniya təslim aktını imzalayan kimi Rusiya Brest müqaviləsinin qüvvədən düşdüyünü bildirdi. Brest müqaviləsinin ləğv edilməsi ilə 27 avqust sazişi də qüvvədən düşdü. Yaranmış vəziyyətdə sovet Rusiyası özünün Cənubi Qafqazla bağlı işğalçılıq planlarını həyata keçirdi.
Mənbə
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Brest-Litovsk sülh müqaviləsinə əlavə məxvi saziş maddəsi.
- Cəmil Həsənli, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920), Bakı, 1993.
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Almaniya Rusiya sazisi 1918 27 avqust Baki meselesi ile bagli oldugundan bezen Baki sazisi de adlanir Telet pasaArxa fonAzerbaycan Xalq Cumhuriyyeti yarandigi zaman onun en yaxin muttefiqi olan Osmanli dovleti Birinci Dunya muharibesinde 1914 1918 Almaniya ile bir cebhede vurusurdu Osmanli ile muttefiq olmasina baxmayaraq Almaniya Azerbaycana munasibetde ferqli siyaset yeridirdi Almaniya turk azerbaycan qosunlarinin Bakini ciddi ehtiyac duydugu neftden mehrum olacagindan narahat idi Bakini yenidene ele kecirmeye cehd gosteren bolsevik Rusiyasi da Almaniyanin diplomatik yardimina nail olmaq isteyirdi Rusiya turklerin Bakida hemcinin butun Azerbaycanda mohkemlenmesine her vasite ile mane olmaga calisirdi Buna gore de umumi maraqlarla bagli olaraq Azerbaycan meselesinde onlarin arasinda yaxinlasma bas verdi ve bu 3 aya qeder seken danisiqlardan sonra 1918 ci il avqustun 27 de Berlinde Almaniya ile sovet Rusiyasi arasinda Brest muqavilesine elave mexfi sazisin imzalanmasi ile neticelendi Sazisin mahiyyeti8 fesil ve 17 maddeden ibaret Almaniya Rusiya mexfi sazisini Berlindeki rus sefiri A Ioffe ve Almaniya Xarici Isler Nazirliyinin mesul sexsleri gizli musavirleri xarici isler idaresinin katibi istefada olan kontr admiral Pavel fon Hintse ve xarici isler idaresinin direktoru Iohannes Kruge imzalamislar Sazisde Ukrayna Krim Qara deniz sahili Qafqazla bagli meseleler ve bir sira diger meseleler de eksini tapmisdir Sazisin altinci fesline gore Rusiya Sovet Federativ Sosialist Respublikasi Gurcustanin musteqil dovlet kimi Almaniya terefinden taninmasina oz raziligini bildirirdi XIV maddede deyilirdi ki Almaniya Gurcustanin serhedlerinden kenarda her hansi III dovlete herbi emeliyyatlarda hec bir yardim gostermeyecekdir Almaniya hemcinin III bir dovletin silahli quvvelerinin Kur cayinin mensebinden Petropavlosk kendine qeder Samaxi qezasinin serhedleri boyunca Eyrioba kendinedek duz xetle Baki Samaxi Quba qezalarinin kesisdiyi noqteye qeder sonra Baki qezasinin simalindan denize olan erazilere kecmeyeceyini ohdesine gotururdu III dovlet dedikde bu zaman artiq Azerbaycan erazisinde feal emeliyyatlar aparan Osmanli nezerde tutulurdu Turkiye de oz novbesinde Bakini tutandan sonra burada neft hasilati artirmagi her ay cixarilan neftin dordde bir hissesini Donetsk hovzesinden aparilan das komurun evezinde Almaniyaya vermeyi ohdesine gotururudu Lakin sazisde Almaniyaya verilecek neftin miqdari mueyyenlesdirilmemisdi Bununla Almaniya eslinde bolseviklerin Azerbaycanla bagli isgalciliq planlarina o cumleden Baki neftinin Rusiyanin eline kecmesine raziliq verdi Mehemmed Emin ResulzadeAzerbaycan ve Osmanli imperiyasinin reaksiyasiAlmaniyanin osmanlidan gizli imzaladigi sazis butovlukde muttefiqi Osmanliya habele Azerbaycana qarsi yonelmisdi Bu ise hem Osmanlinin hem de Azerbaycan ictimaiyyeti ve resmi dairelerinin naraziligina sebeb oldu Sentyabrin 1 de sazis haqqinda Istanbuldan Azerbaycan hokumetine melumat veren Mehemmed Emin Resulzade yazirdi Nece olursa olsun Bakini almaq almaq ve almaq lazimdir Istanbuldaki Azerbaycan numayendeleri sentyabrin 6 da serdezem bas nazir Telet Pasa ile gorusub Bakinin tezlikle azad edilmesinin zeruriliyini muzakire etdiler Bundan az sonra Berline geden Telet pasa 27 avqust sazisininn tecili suretde legv olunmasini Almaniya hokumetinden teleb etdi Azerbaycan numayendeleri sentyabrin 12 de Istanbulda Azerbaycan hokumetinin etiraz notasini Almaniyanin Osmanli dovletindeki sefirliyine teqdim etdiler Notanin sureti Osmanli Xarici Isler Nazirliyine Avstriya Macaristan sefirliyine habele diplomatik numayendeliklere de verildi Notada Azerbaycanin Baki seherine tarixi haqqi subut edilirdi Gosterilirdi ki Baki elm ve medeniyyet baximindan Azerbaycana baglidir Siyasi iqtisadi ve ictimai teskilatlar xeyriyye medeni maarif merkezleri milli ziyali numayendeleri baslica olaraq Bakida toplanmisdir Bakisiz Azerbaycan bassiz bedendir Cebhelerde veziyyetin tezlikle keskin suretde Almaniyanin zererine deyismesi onnu 27 avqust sazisinden imtina etmesine sebeb oldu Almaniya hokumeti hetta Bakini azad etmek ucun Turkiyeye oz herbi yardimini teklif etdi 1918 ci il sentyabrin 15 de Bakinin azad edilmesi Telet Pasanin Berlinde apardigi danisiqlara ciddi tesir gosterdi Danisiqlar zamani Telet Pasa turk qosunlarinin Azerbaycanda cox qalmayacagini bildirdi Osmanli hokumetinin bu vedi 1918 ci il sentyabrin 23 de imzalanmis Almaniya Osmanli protokolunda tesbit olundu Almaniya hokumeti 27 avqust sazisinden resmi sekilde imtina etdiyini aciqladi ve Azerbaycani musteqil bir dovlet kimi taniyacagini ilk addim kimi tezlikle Bakida konsulluq acacagini bildirdi Almaniya Azerbaycanin musteqilliyinin sovet Rusiyasi terefinden de taninacagini ved etdi Netice27 avqust Almaniya Rusiya mexfi sazisi legv edilse de Almaniya hokumetinin bu addimi tesirsiz otusmedi Almaniyanin bu addimina cavab olaraq Azerbaycan hokumeti alman koloniyalari barede imzalamaq erefesinde olan Azerbaycan Almaniya muqavilesinden imtina etdi 1918 ci ilin payizinda Almaniya bloku dunya muharibesinde meglub oldu Oktyabrin 30 da Osmanli dovleti Mudros barisiginin 1918 agir sertlerine imza atmaq mecburiyyetinde qaldi Noyabrin evvelinde Avstriya Macaristan ve Almaniya teslim aktini imzalayan kimi Rusiya Brest muqavilesinin quvveden dusduyunu bildirdi Brest muqavilesinin legv edilmesi ile 27 avqust sazisi de quvveden dusdu Yaranmis veziyyetde sovet Rusiyasi ozunun Cenubi Qafqazla bagli isgalciliq planlarini heyata kecirdi MenbeAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi Brest Litovsk sulh muqavilesine elave mexvi sazis maddesi Cemil Hesenli Azerbaycan beynelxalq munasibetler sisteminde 1918 1920 Baki 1993 IstinadlarN Nesibzade Azerbaycanin xarici siyaseti 1918 1920 M Qasimli Birinci dunya muharibesi illerinde boyuk dovletlerin Azerbaycan siyaseti 1914 1918 3 hissede II hisse 1917 ci il noyabr 1918 ci il noyabr Baki 2001