Əhrar (Azadlıqsevər) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş siyasi partiya.
Əhrar Partiyası | |
---|---|
Sədri | Aslan bəy Qardaşov |
Quruluş tarixi | 1918 |
Dağılma tarixi | 27 aprel 1920 |
İdeologiya | liberalizm |
Parlamentdə | 6 / 120 (27 aprel 1920) |
Mətbuat orqanı |
Haqqında
1918-ci ilin payızında Bakıda yaradılmışdı. Sədri Aslan bəy Qardaşov idi. Partiyanın yaradıcıları sırasında Abdulla bəy Əfəndizadə, Mustafa Əfəndi Əfəndizadə,Əşrəf bəy Tağıyev də olmuşdur.
İttihad Partiyasının II Qurultayında Əhmdə Bədiyyə Triniç adlı MK katibi İttihad və Tərəqqi Firqəsinin milliyətçilik fikirlərini mənimsənilməsi fikri ilə çıxış etmiş, fikri etirazla qarşılandıqdan sonra 2 türk və 1 alban nümayəndə ilə məclisi tərk etmişdir. Bu hadisədən sonra həmin şəxslər dəhlizdə qurultay iştirakçılarına Müsavat Partiyası məramnaməsi paylanılmışdır. Bu hadisə məlum olanda məramnamə paylayanlar döyülərək ərazidən uzaqlaşdırılmışdır. Yerli qəzetlər bu hadisəni və partiyanı sərt tənqid etmişdir. Bir müddət Müsavat Partiyasına üzv olan, daha sonra Əhrar Partiyası Mərkəzi Komitəsi üzvü olan Triniç barəsində daha sonra "QPU-nun agenti" və "bolşevik casusu" yazıları yazılmışdır.
Parlament və hökumətdə
Əhrarın fəaliyyəti, əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan eyni adlı fraksiya çərçivəsində keçirdi. Fraksiyanın üzvləri Aslan bəy Qardaşov, Rəşid bəy Qaplanov, Abdulla bəy Əfəndizadə, Qərib Kərim oğlu, Bayram Niyazi Kiçikxanlı və başqaları idilər.
Əhrarın bəyannaməsi Abdulla bəy Əfəndizadə tərəfindən dekabrın 26-da Parlamentin iclasında açıqlandı. Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması alqışlanmaqla yanaşı, Hökumətin fəaliyyəti tənqid edilirdi. Əhrar aqrar islahatlarla bağlı mülkədar torpaqlarının kəndlilər arasında bölüşdürülməsi, fəhlə məsələsində isə 8 saatlıq iş günü, əməyin mühafizəsi tələblərinin tərəfdarı idi. Xarici siyasət sahəsində qonşu respublikalarla dostluq münasibətlərinin qurulmasına və inkişaf etdirilməsinə üstünlük verən partiya, Azərbaycan xalqı ilə yanaşı, bütün Qafqaz xalqlarının müstəqilliyinin və onların hüquqlarının müdafiə edilməsinin vacibliyinə xüsusi diqqət yetirirdi.
1919-cu il aprelin 14-də Əhrar fraksiyasından Rəşad bəy Qaplanov maarif və dini etiqad naziri, Aslan bəy Qardaşov isə əkinçilik naziri kimi Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi I Yusifbəyli hökumətinə daxil oldular.
Aqrar islahatların keçirilməsinin ləngidilməsinə görə Hökuməti tənqid edən sosialistlərə Əhrar fraksiyası da qoşulmuşdu.
Böhran və aprel işğalı
II Yusifbəyli hökumətində Rəşad Qaplanov ticarət, sənaye və ərzaq naziri təyin olundu. Aprel işğalı ərəfəsində İttihad, Sosialistlər və Əhrar birləşərək hökumətə etimadsızlıq göstərdilər və bununla da, 11-ci Qırmızı ordunun müdaxiləsi ərəfəsində hakimiyyət böhranını gücləndirdilər. Əhrarın bəyanatında deyilirdi ki, hökumətin əksəriyyəti radikal (yəni, sosialist yönümlü) addımlar atmaq istəmədiyindən, vəziyyəti daha da gərginləşdirirlər.
1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov Əhrar nümayəndələrinin koalisyon hökumətdən çıxması barədə bəyanat verdi. Bundan sonra Əhrar və İttihad fraksiyaları Məmmədhəsən Hacınskinin baş nazir vəzifəsinə təyin olunmasına və bolşeviklərlə birgə yeni hökumət formalaşdırılmasına razılıq versələr də, artıq gec idi. Bolşeviklər heç bir koalisiyaya razı olmadılar və hakimiyyətin təhvil verilməsi barədə parlamentə ultimatum göndərdilər. Gərgin mübahisələrlə qarşılanan bu sənədin müzakirəsində Müsavatdan başqa, bütün partiya liderləri ilə birgə Aslan bəy Qardaşov da ultimatumun qəbul edilməsinə və hakimiyyətin bolşeviklərə təhvil verilməsinə səs verdi. XI Qırmızı Ordu aprelin 28-də Bakıya daxil olduqdan sonra parlament və bütün siyasi partiyalar buraxıldı. Bununla Əhrar partiyasının da fəaliyyətinə son qoyuldu.
Xaləddin İbrahimlinin yazdığına görə Əliheydər Qarayev yazılarında işğalın ilk günlərində menşeviklərin, əhrarçıların, bundçuların və ittihadçıların mərkəzi komitələrindən partiyalarının ləğv edildiyi və özlərinin kommunist partiyası sıralarına alınması ilə bağlı ərizə aldığını yazmışdır. Buna baxmayaraq üzvlərinin bir hissəsi isə Müsavat Partiyası sıralarına qoşuldu.
Mənbə
Ədəbiyyat
- Xaləddin İbrahimli. Azərbaycan mühacirət tarixi. Bakı: Elm və Təhsil. 2012.
- Altay Göyüşov. Azərbaycanda ittihadçılıq. Bakı. 1997.
- Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), B., 1998
- Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat, B., 1999
İstinadlar
- "Arxivlənmiş surət". 2013-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 356. ISBN .
- "Əfəndizadə Abdulla bəyin yaşayış evi". sheki.heritage.org.az. 2020-01-07 tarixində . İstifadə tarixi: 2024-06-21.
- "Dövlət-din münasibətləri Xalq Cümhuriyyəti dövründə də mükəmməl tənzimlənirdi".
- "Qəbri tapılmayan baş nazirimiz - Onu kim qətlə yetirmişdi?". Kulis.az (az.). 2024-06-03 tarixində . İstifadə tarixi: 2024-06-21.
- Göyüşov, 1997. səh. 77
- Göyüşov, 1997. səh. 78
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 357. ISBN .
- İbrahimli, 2012. səh. 62
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ehrar Azadliqsever Azerbaycan Xalq Cumhuriyyeti dovrunde fealiyyet gostermis siyasi partiya Ehrar PartiyasiSedri Aslan bey QardasovQurulus tarixi 1918Dagilma tarixi 27 aprel 1920Ideologiya liberalizmParlamentde 6 120 27 aprel 1920 Metbuat orqaniHaqqinda1918 ci ilin payizinda Bakida yaradilmisdi Sedri Aslan bey Qardasov idi Partiyanin yaradicilari sirasinda Abdulla bey Efendizade Mustafa Efendi Efendizade Esref bey Tagiyev de olmusdur Ittihad Partiyasinin II Qurultayinda Ehmde Bediyye Trinic adli MK katibi Ittihad ve Tereqqi Firqesinin milliyetcilik fikirlerini menimsenilmesi fikri ile cixis etmis fikri etirazla qarsilandiqdan sonra 2 turk ve 1 alban numayende ile meclisi terk etmisdir Bu hadiseden sonra hemin sexsler dehlizde qurultay istirakcilarina Musavat Partiyasi meramnamesi paylanilmisdir Bu hadise melum olanda meramname paylayanlar doyulerek eraziden uzaqlasdirilmisdir Yerli qezetler bu hadiseni ve partiyani sert tenqid etmisdir Bir muddet Musavat Partiyasina uzv olan daha sonra Ehrar Partiyasi Merkezi Komitesi uzvu olan Trinic baresinde daha sonra QPU nun agenti ve bolsevik casusu yazilari yazilmisdir Parlament ve hokumetde Ehrarin fealiyyeti esasen Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinde temsil olunan eyni adli fraksiya cercivesinde kecirdi Fraksiyanin uzvleri Aslan bey Qardasov Resid bey Qaplanov Abdulla bey Efendizade Qerib Kerim oglu Bayram Niyazi Kicikxanli ve basqalari idiler Ehrarin beyannamesi Abdulla bey Efendizade terefinden dekabrin 26 da Parlamentin iclasinda aciqlandi Beyannamede Azerbaycan Xalq Cumhuriyyetinin qurulmasi alqislanmaqla yanasi Hokumetin fealiyyeti tenqid edilirdi Ehrar aqrar islahatlarla bagli mulkedar torpaqlarinin kendliler arasinda bolusdurulmesi fehle meselesinde ise 8 saatliq is gunu emeyin muhafizesi teleblerinin terefdari idi Xarici siyaset sahesinde qonsu respublikalarla dostluq munasibetlerinin qurulmasina ve inkisaf etdirilmesine ustunluk veren partiya Azerbaycan xalqi ile yanasi butun Qafqaz xalqlarinin musteqilliyinin ve onlarin huquqlarinin mudafie edilmesinin vacibliyine xususi diqqet yetirirdi 1919 cu il aprelin 14 de Ehrar fraksiyasindan Resad bey Qaplanov maarif ve dini etiqad naziri Aslan bey Qardasov ise ekincilik naziri kimi Nesib bey Yusifbeylinin basciliq etdiyi I Yusifbeyli hokumetine daxil oldular Aqrar islahatlarin kecirilmesinin lengidilmesine gore Hokumeti tenqid eden sosialistlere Ehrar fraksiyasi da qosulmusdu Bohran ve aprel isgali II Yusifbeyli hokumetinde Resad Qaplanov ticaret senaye ve erzaq naziri teyin olundu Aprel isgali erefesinde Ittihad Sosialistler ve Ehrar birleserek hokumete etimadsizliq gosterdiler ve bununla da 11 ci Qirmizi ordunun mudaxilesi erefesinde hakimiyyet bohranini guclendirdiler Ehrarin beyanatinda deyilirdi ki hokumetin ekseriyyeti radikal yeni sosialist yonumlu addimlar atmaq istemediyinden veziyyeti daha da gerginlesdirirler 1920 ci il aprelin 15 de Aslan bey Qardasov Ehrar numayendelerinin koalisyon hokumetden cixmasi barede beyanat verdi Bundan sonra Ehrar ve Ittihad fraksiyalari Memmedhesen Hacinskinin bas nazir vezifesine teyin olunmasina ve bolseviklerle birge yeni hokumet formalasdirilmasina raziliq verseler de artiq gec idi Bolsevikler hec bir koalisiyaya razi olmadilar ve hakimiyyetin tehvil verilmesi barede parlamente ultimatum gonderdiler Gergin mubahiselerle qarsilanan bu senedin muzakiresinde Musavatdan basqa butun partiya liderleri ile birge Aslan bey Qardasov da ultimatumun qebul edilmesine ve hakimiyyetin bolseviklere tehvil verilmesine ses verdi XI Qirmizi Ordu aprelin 28 de Bakiya daxil olduqdan sonra parlament ve butun siyasi partiyalar buraxildi Bununla Ehrar partiyasinin da fealiyyetine son qoyuldu Xaleddin Ibrahimlinin yazdigina gore Eliheyder Qarayev yazilarinda isgalin ilk gunlerinde menseviklerin ehrarcilarin bundcularin ve ittihadcilarin merkezi komitelerinden partiyalarinin legv edildiyi ve ozlerinin kommunist partiyasi siralarina alinmasi ile bagli erize aldigini yazmisdir Buna baxmayaraq uzvlerinin bir hissesi ise Musavat Partiyasi siralarina qosuldu MenbeEdebiyyat Xaleddin Ibrahimli Azerbaycan muhaciret tarixi Baki Elm ve Tehsil 2012 Altay Goyusov Azerbaycanda ittihadciliq Baki 1997 Azerbaycan tarixi 7 cildde c 5 B 2001 Azerbaycan Xalq Cumhuriyyeti 1918 1920 B 1998 Suleymanova S Azerbaycanda ictimai siyasi herekat B 1999Istinadlar Arxivlenmis suret 2013 04 18 tarixinde arxivlesdirilib Istifade tarixi 2021 08 04 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider 2004 seh 356 ISBN 9952 417 14 2 Efendizade Abdulla beyin yasayis evi sheki heritage org az 2020 01 07 tarixinde Istifade tarixi 2024 06 21 Dovlet din munasibetleri Xalq Cumhuriyyeti dovrunde de mukemmel tenzimlenirdi Qebri tapilmayan bas nazirimiz Onu kim qetle yetirmisdi Kulis az az 2024 06 03 tarixinde Istifade tarixi 2024 06 21 Goyusov 1997 seh 77 Goyusov 1997 seh 78 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider 2004 seh 357 ISBN 9952 417 14 2 Ibrahimli 2012 seh 62