Əbüləsvar Şavur ibn Fəzl ibn Məhəmməd ibn Şəddad (v. 1067, Gəncə) — 1049-1067-ci illərdə paytaxt Gəncə olmaqla Arranı idarə edən VIII Şəddadi hökmdarıdır. Bundan əvvəl o, 1022-ci ildən başlayaraq Dvin əmiri idi. Bacarıqlı döyüşçü və müdrik və gözüaçıq hakim olan Əbüləsvar qonşularının çoxu ilə konfliktə idi. O, Dvində hakim olarkən erməni bəyliklərinin daxili məsələlərinə qarışmışdı. Əbüləsvar Bizans imperiyası birlikdə 1045-ci ildə Ermənistanın Baqration krallığının qalıqlarını işğal etmişdi, ancaq Bizans imperiyası onunla müttəfiqliyi pozanda ona qarşı edilən üç həmləni dəf etmişdi. 1049-cu ildə Gəncədəki üsyan onun azyaşlı qardaşı nəvəsi Ənuşirvanı devirdi və ailənin əmirliyini alması üçün onu çağırdı. Əbüləsvarın hakimiyyəti dövründə Şəddadilər sülaləsi zenit nöqtəsinə çatdı, Gürcüstan krallığına və Şirvanşahlar dövlətinə uğurlu yürüşlər edildi, ancaq Tiflis əmirliyinin gürcülərin əlinə keçməsinə izin verilməsi və alanların dağıdıcı yürüşləri Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Eyni vaxtda Səlcuq imperiyası gücləndi və Cənubi Qafqaz dövlətlərində idarəni ələ keçirdi. 1054/5-ci ildə Əbüləsvar səlcuqların vassalı oldu. 1065-ci ildə o, səlcuqların köməyi ilə Ani şəhərini ələ keçirsə də, 1067-ci ildə o, öləndən sonra sülalənin hakimiyyəti zəiflədi.
Əbüləsvar Şavur | |
---|---|
| |
1022 – 1067 | |
Əvvəlki | Ənuşirvan bin Ləşkəri |
Sonrakı | II Fəzl bin Şavur |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə |
Dəfn yeri | |
Fəaliyyəti | döyüşçü |
Atası | Fəzl bin Məhəmməd |
Uşaqları | II Fəzl bin Şavur, Aşot bin Şavur, Mənuçöhr, İsgəndər, Mərzuban, adı bilinməyən qız |
Ailəsi | Şəddadilər dövləti |
Bioqrafiyası
Mənşəyi
Əsərləri Şəddadilər haqqında əsas mənbə olan Osmanlı tarixçisi Münəccimbaşı (1702-ci ildə ölüb) onları kürd əsilli hesab edirdi və bu fikir müasir dövrün tədqiqatçıları tərəfindən düz qəbul edilir. Ailənin banisi Məhəmməd bin Şəddad 950-ci illərdə Dvində hakimiyyəti ələ almışdı. Daha sonra ailə Arranın müsəlman şəhəri Gəncəyə hərəkət edib. Bu şəhər 970-ci illərdə Məhəmmədin oğulları - I Əli Ləşkəri, Mərziban, I Fəzl tərəfindən işğal edilib. Qardaşlar sıra ilə şəhəri əmir kimi idarə ediblər. Əbüləsvar Şavur üç qardaşın ən gənci və IV Şəddadi hökmdarı Fəzl Bin Məhəmmədin oğlu idi. Fəzl uzunmüddətli hakimiyyət dövründə (985–1031) Arranın böyük hissəsində və Süniki işğal edərək Ermənistanın bəzi hissələrində Şəddadi sülaləsinin hakimiyyətini qurmuşdur. Fəzldən sonra Gəncədə hakimiyyəti böyük oğlu Musa (1031–34) ələ keçirib və o, oğlu II Əli Ləşkəri (1034–49) tərəfindən öldürülüb.
Əbüləsvar Şavurun adı ərəb-fars hibrididir: Şavur qədim fars adı "Şapur"dur, onun kunyası iran (böyük ehtimalla deyləmilər) adı "Əsvar"ın (mənası süvari, cəngavər olan "savar" ilə eyni kökdəndir) ərəbləşmiş formasıdır.
Dvin əmiri (1022-1049)
Münəccimbaşı qeyd edir ki, 1067-ci ildə öldüyü zaman Əbüləsvar artıq Gəncədə və bundan əvvəl "bəzi ərazilərdə" 46 il idi ki, hakimiyyətdə idi. Digər mənbələrə görə bəzi ərazilər deyərkən Dvin nəzərdə tutulur. Deməli o, təqribən 1022-ci ildə bu şəhərin hakimi olmuşdu. Şəhər Ermənistanın Baqration krallığının tərkibində olsa da, I Gagikin 1020-ci ildə ölümündən sonra onun oğulları arasında mübarizə şəhəri müdafiəsiz qoymuşdu. Həmçinin 1021-ci ildə şəhər dağıdıcı deyləmi basqınına məruz qalmışdı. Nəticə olaraq Dvin şəhəri Ermənistan krallığından ayrı düşmüş, şəddadilər tərəfindən müdafiə edilməyə möhtac qalmış və Əbüləsvar Şavur buranın hakimi olmuşdur. Əbüləsvar bu mərkəzdən Gəncədəki qardaşı Musa və daha sonra qardaşı oğlu II Əli Ləşkəridən müstəqil siyasət yeridirdi və Arrandan çox Ermənistana nəzarət edirdi. O, erməni sülalələri ilə yaxın idi, Taşir hökmdarı bacısı ilə evlənmişdi. Onun ikinci oğlu tipik erməni adı - Aşot ilə doğulmuşdu. Münəccimbaşı əsasən Gəncə mərkəzli məsələlərə baxdığından 1049-cu ildə Aşot Gəncədə əsas sülalə taxtını ələ keçirənə qədər onun adını çəkmir. Aşotun 1022-1049-cu illərdəki fəaliyyəti haqqında əsas mənbələr Aşotun rəqibləri olan ermənilər və bizanslılardır.
Əbüləsvar ilk dəfə 1040-cı ildə Edessalı Matfeyin tarixi ilə qeyd edilir. Bu zaman erməni zadəganı Abirat, hansı ki, I Gagikin oğulları IV Aşot və III Hovannes-Smbat arasındakı mübarizəyə qarışmışdı, Dvinə gəldi. İkincinin narazılığından qorxan Abirat 12 min süvari ilə Əbüləsvardan müdafiə olunmağını istədi. Əbüləsvar əvvəl onunla xoş davrandı və ona yüksək vəzifə verdi. Ancaq daha sonra ona inanmadı və öldürdü. Bu zaman Abiratın leytenantı Sare Abiratın tərəfdarları ilə birlikdə Aniyə getdi. Təqribən eyni vaxtda aradakı qohumluq bağına baxmayaraq Əbüləsvar Taşir hökmdarı Davidin üzərinə hücum etdi. Edessalı Matfeyə görə 150 min sayında olan Şəddadi ordusu Taşirin böyük hissəsini tutdu. Ancaq David ona qarşı geniş ittifaq qura bildi. Taşir hökmdarı David 10 min, Ani hökmdarı III Hovannes-Smbat 3 min, Kapan hökmdarı 2 min, Gürcüstan hökmdarı 4 min əsgər təmin edə bildi. David həmçinin Alban katolikoslarının dəstəyini əldə etdi. Nəticə olaraq Əbüləsvar məğlub edildi və Taşirdən çıxardıldı.
IV Aşot və III Hovannes-Smbat təqribən eyni vaxtda öldü (təqribən 1040/41). Aşotun oğlu II Gagik (1042–45) hər ikisinin yerinə hakimiyyətə gəldi və öz yerini bərkitməyə başladı. Taxta ən böyük təhlükə Bizans imperiyası idi. Bizans XI əsrin əvvəllərində erməni əyalətlərinə soxulmuşdu. Hovannes-Smbat öz krallığını imperiyaya vəsiyyət etmişdi və onun ölümündən sonra Bizans imperatoru IV Mixail (1034–41) Ani şəhərini ələ keçirmələri üçün əsgərlərini göndərdi. Gagik hücuma qarşı mübarizə apardı və Konstantinopoldakı siyası çaxnaşma ona iki il fasilə müddəti verdi. IX Konstantin (1042–55) Ermənistana Bizans iddialarını qorumağa meylli şəkildə hakimiyyətə gəldi.
Bu məqsədlə IX Konstantin erməniləri arxadan vurması üçün Əbüləsvarla əlaqə qurdu. Əbüləsvar əldə etdiyi torpaqların əlində qalacağı imperial qızıl bulla ilə təsdiqləndi. İkitərəfli hücumla üz-üzə qalan II Gagik Konstantinopola getməyə məcbur edildi. Burada o, girov kimi saxlandı və 1045-ci ildə Ani şəhəri Bizansın əlinə keçdi. Verdiyi sözlərə məhəl qoymayan imperator Ani şəhərini ələ keçirdikdən sonra Əbüləsvardan ələ keçirdiyi qalaları boşaltmasını tələb etdi. Əbüləsvar imtina etdi və ermənilərin də daxil olduğu, Mixail Yasit və magistros Alan Konstantin rəhbərliyi altındakı böyük ordu Dvinə yürüş etdi. Əbüləsvar onların yaxınlaşmasına imkan verdi və daha sonra suvarma kanallarını açaraq şəhər ətrafındakı ərazidə daşqın yaratdı. Palçıqda ilişib qalan düşmənlər Şəddadi oxçuları üçün asan ov idilər: Bizans qüvvətləri böyük itki verdi. IX Konstantin cavab olaraq Ermənistanın idarəsini Katakalon Kekaumen və parakimomen Konstantinə verdi. Dvinə yürüş etmək yerinə yeni hakimiyyət Əbüləsvar tərəfindən tərəfindən fəth edilmiş qalaları geri almağa çalışdı. Bizans ordusu Sürməli, Anberd və Xorvirabı işğal etdi, ancaq Xelidonion (müasir İrəvan) 1047-ci ilin sentyabrına qədər mübarizə apardı. Bu zaman isə Leo Tornikinin başçılığı altında baş verən üsyan ordunun Konstantinopola qayıtmasına və sülh müqaviləsinin bağlanmasına səbəb oldu. Müqaviləyə görə Əbüləsvar imperatorun hakimiyyətini tanımağı və Bizans ərazisinə hücum etməməməyi öhdəsinə götürdü.
Dvinin müqaviməti Ermənistan torpaqlarında Bizansın irəliləməsinin qarşısını aldı və bu, Sünik, Taşir, Xaçın kimi kiçik krallıqların müstəqilliklərini davam etdirməsinə səbəb oldu. Biraz sonra regionda güc balansı tamamilə dəyişdi: 1048-ci ildə Qutalmış və İbrahim Yınal başçılığı altındakı Səlcuqlular Bizans Ermənistanına ilk böyük miqyaslı yürüşlərini etdilər. Şəddadilər onları Bizansa qarşı müttəfiq kimi görsələr də, Qutalmış 1046/1047-ci ildə Gəncəyə də yürüş etdiyinə görə səlcuqlular da şəddadilər üçün bir təhdid idi.
Qısa müddət sonra, 1048-ci ilin sonlarında və ya 1049-cu ilin əvvəllərində, (A.F. Gfrörer və M.H. Yinanç kimi müəlliflər təqribən 1050-ci ili, E. Honiqmann 1055/1056-cı ili təklif ediblər) bizanslılar raiktor Nikeforos başçılığı altında başqa bir hücum həyata keçirdilər. Həmin dövrün Bizans tarixçisi Con Skiliçaya görə bunun səbəbi Əbüləsvarın ("Aplesfar") razılaşmanı pozması və Bizans torpaqlarına yürüş etməsi idi. Şəddadi hakimi Dvində qaldığı zaman bizanslılar onun ətrafındakı yerləri "Dəmir körpü və Gəncəyə qədər" xarab etdilər. Bu Əbüləsvarın tabelik andını bərpa etməsinə və qardaşıoğlu Əbülhəsən Ləşkərinin oğlu Ərdəşiri girov verməsinə səbəb oldu.
Gəncə əmiri (1049-1067)
1049-cu ildə Əbüləsvarın qardaşıoğlu olan Gəncə əmiri Ləşkəri 15 illik çətin hakimiyyət dövründən sonra öldü. Ondan sonra hakimiyyətə azyaşlı Ənuşirvan gəldi, ancaq həqiqi hakimiyyət hacib Əbu Mənsurun əlində idi. Təqribən iki ay sonra yeni rejimin siyasətinə qarşı olan bir qrup böyük şəxs Şəmkirdə Əbu Mənsuru devirdi və Əbüləsvarı Gəncədə də hakimiyyəti ələ keçirməsi üçün çağırdı. Əbüləsvar onlarla razılaşdı və Dvini tərk etdi. Dvin şəhəri Bizansa qarşı daha çox müdafiəsiz qaldı. 1053-cü ilə qədər şəhər bir çox hakimin əlinə verildi. 1053-cü ildə isə onun oğlu Əbu Nəsr İsgəndər şəhərin və ətraf ərazilərin hakimi elan edildi. Şəddadi hökmdarı Əbüləsvar Şavur əvvəlcə Şəmkirdə hər şeyi qaydaya saldı və bütün "Arran torpaqlarını və qalalarını" ələ keçirərərk Gəncəyə daxil oldu.
Həyatının bu dövründə Əbüləsvar hökmdar və döyüşçü kimi böyük şöhrət qazandı; Mövdud Qəznəvinin sarayında 8 il yaşayan Ziyarilər şahzadəsi Keykavus (1050-1087), hansı ki, sonra hökmdarlar üçün güzgü olan məşhur Qabusnaməni yazıb, Gəncəyə gəlmiş və xristianlara qarşı cihadda iştirak etmək üçün bir neçə ilini Şəddadi sarayında keçirmişdi. Keykavusa görə ev sahibi "böyük hökmdar, möhkəm və ağıllı . . . cəsarətli, bəlağətli dialektik, saf etiqadlı, uzaqgörən adamdır." Bu qiymətləndirmə bizanslılar tərəfindən də dəstəklənirdi. Skiliça onu düşmənlərinin taktika və siyasətlərini pozmağa qadir olaraq təsvir edirdi. Münəccimbaşı yazır ki, Gəncəni aldıqdan sonra "Əbüləsvar . . . sülalənin demək olar ki, yavaş-yavaş itən adını bərpa etdi. O, güclü və hakimiyyəti altında olan şəxslərin və ordunun vəziyyəti intizamlı oldu."
Münəccimbaşıya görə 1053-cü ildə Əbüləsvar gürcülərdən Bəsrə qalasını aldı, onu möhkəmləndirdi və öz adamlarından orda qarnizon qurdu. 1054/5-ci ildə o, bir çox qonşuları ilə birlikdə Səlcuq sultanı Toğrul bəyin (1037–63) vassalı oldu. Ancaq ilk dövrlər səlcuqların hakimiyyəti elə də güclü olmayıb: nə Toğrul, nə də onun varisi Alp Arslan həmin dövrdə zərb edilmiş sikkələrdə yoxdur. 1062-ci ildə Əbüləsvar Tiflis əmirliyindən elçi qəbul etdi. Tiflis əmirliyi həmin dövrdə xristian gürcü krallıqları arasında təcrid olunmuş müsəlman istehkamı idi. Əmir Cəfər ibn Əlinin ölümündən sonra əmirliyin yerliləri onun mübarizə aparan oğullarını köçməyə məcbur etmişdilər və indi Əbüləsvardan şəhərə hakim olmasını istəyirdilər. Əbüləsvar bunu qəbul etməyə meylli idi, ancaq onun vəziri Bəxtiyar ibn Salman qüvvələrin bölünəcəyini söyləyərək onu fikrindən daşındırdı. Əbüləsvarın imtina etməsindən sonra Tiflis 1068-ci ildə Alp Arslan qovana qədər gürcülərin əlində qaldı. Bu hadisə Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Buna digər bir sübutu da eyni ildə Dəryal keçidi vasitəsilə alanların yürüşüdür: Münəccimbaşıya görə Arranın 20 mindən çox sakini kölə olaraq aparılıb. Alan təhdidinə qarşı Əbüləsvar paytaxt şəhər Gəncənin ətrafında sədd və xəndək qurub. Yeni istehkamatın divarları 1139-cu ildə I Demetri rəhbərliyi altındakı gürcülər tərəfindən aparılıb və hal-hazırda da Gelati monastırında saxlanılır.
Eyni vaxtda Əbüləsvarın qonşusu Şirvanşah I Fəribürzlə (1063–96) əlaqələri qəflətən pozuldu. İki sülalənin qohumluq əlaqələri var idi: Fəribürzün atası Salar ibn Yezid Əbüləsvarın qızı ilə evlənmişdi. Ancaq indi Şəddadi hökmdarı Şirvana qarşı yürüşlərə başlamışdı. 1063-cü ilin yazında Əbüləsvar Quylamiyan qalasını tutdu, Şirvanın paytaxtı Şamaxıya yürüş etdi, Şirvanşahların qüvvələrini döyüşdə məğlub etdi, onların düşərgəsini talan etdi və öz doğma qızını, onun xəzinəsini və məiyyətini götürdü. O, Arrana qayıtdı, ancaq iyulda yenidən Şirvana yürüş etdi. Növbəti il o, təzədən Şirvana işğal etdi və bir sıra qalaları tutdu. Bu zaman kürd qəbilələri onun tərəfinə keçdi. Gəncəyə qayıtdıqdan sonra 1064-cü ilin iyun və ya iyul ayında Şəddadilərlə Şirvanşahlar sülaləsi arasında sülh müqaviləsi bağlandı. Əbüləsvar 40 min qızıl dinar qarşılığında Quylamiyan qalasını qaytardı.
1064-cü ildə Səlcuq sultanı Alp Arslan Bizans Ermənistanını işğal etdi və Ani şəhərini ələ keçirdi. Əbüləsvar əraziyə edilən basqınlara şəxsən başçılıq edirdi. O, Münəccimbaşı tərəfindən "Ermənistandakı ən gözəllərdən biri" olaraq təsvir edilən Vicin şəhərini işğal etdi. Münəccimbaşıya görə Alp Arslan Aninin idarəsini ona verdi; İbn əl-Əsir qeyd edir ki, şəhər adı bilinməyən bir əmirə verilir. Vardan Areveltsi qeyd edir ki, şəhər Əbüləsvarın oğlu və xələfi Fəzlə verildi. Gəncəyə qayıtdıqdan və ordunun səpələnməsindən sonra alanlar yenidən Dəryal keçidini keçdilər (Oktyabr 1065) və Şəki əhalisi ilə ittifaq quraraq Arrana basqın etdilər. Şəmkirdə onlar cihad üçün 200-dən çox adamı öldürdülər və Bərdə ətrafına yürüş etməzdən əvvəl Gəncə qapılarına qədər gəldilər. Əbüləsvar və ordusu döyüş meydanında basqınçılarla qarşılaşmaq yerinə divarlarla əhatə edilmiş şəhərin içində qalmağa üstünlük verdi. Alanlar əsir etdikləri adamlarla birlikdə şimala qayıtmaqdan əvvəl Araza qədər çatdılar.
Əbüləsvar 19 noyabr 1067-ci ildə öldü və Gəncənin əsas məscidində dəfn edildi. Onun yerinə taxta hələ sağlığında Əbüləsvar tərəfindən varis elan edilən və Şəddadi ailəsi, ordu və Arran insanları tərəfindən sədaqət andı içilən II Fəzl gəldi. Fəzldən başqa Əbüləsvarın 4 oğlu var idi: Aşot, İsgəndər, Mənuçöhr və Mərziban. Həmçinin onun Şirvanşah Salar ibn Yezidlə evlənən bir qızı var idi.
Əbüləsvar Şavurun hakimiyyət dövrü Şəddadilər dövlətinin zenit dövrüdür, ancaq sülalələnin zəifləməsi onun ölümündən dərhal sonra başladı: səlcuqlar Arranda və ətraf ərazidə hakimiyyətlərini gücləndirdilər. Alp Arslan böyük miqdarda xərac almaq üçün şəxsən Gəncəyə gəldi. II Fəzlin hakimiyyət dövrü çətin idi. O, səkkiz ay gürcü əsirliyində olmuşdu, ancaq Dərbəndi tuta bilmişdi. Ondan sonra hakimiyyətə 1073-cü ildə oğlu III Fəzl gəldi, ancaq 1075-ci ildə qulam Sav Tegin tərəfindən devrildi. Səlcuqlar Sav Teginə Arran və Dərbəndin hakimiyyətini verdi. Bu ailənin Arrandakı hakimiyyətini bitirdi, ancaq ailənin kiçik xətti Əbüləsvarın üçüncü oğlu Mənüçöhrdən başlayaraq Anini əmir kimi idarə etməyə davam etdi. Əvvəlcə səlcuqlardan, sonra gürcülərdən vassal asılılığında olan sülalə təqribən 1200-cü ilə qədər hakimiyyətdə qaldı.
Mənbə
İstinadlar
- Ter-Ghewondyan, 1976. səh. 119
- Minorsky, 1977. səh. 2–4
- Peacock, 2011
- Minorsky, 1977. səh. 33–34
- Bosworth, 1968. səh. 34
- Minorsky, 1977. səh. 5–16, 34–39
- Minorsky, 1977. səh. 6, 16–17, 40–45
- Minorsky, 1977. səh. 6, 17–18, 46–50
- Minorsky, 1977. səh. 50
- Minorsky, 1977. səh. 22
- Ter-Ghewondyan, 1976. səh. 120–121
- Ter-Ghewondyan, 1976. səh. 120
- Minorsky, 1977. səh. 44
- Minorsky, 1977. səh. 51
- Ter-Ghewondyan, 1976. səh. 121
- Minorsky, 1977. səh. 51–52
- Minorsky, 1977. səh. 52
- Ter-Ghewondyan, 1976. səh. 121–122
- Ter-Ghewondyan, 1976. səh. 122
- Minorsky, 1977. səh. 52–53
- Minorsky, 1977. səh. 53
- Ter-Ghewondyan, 1976. səh. 122–123
- Minorsky, 1977. səh. 53–54
- Ter-Ghewondyan, 1976. səh. 123
- Minorsky, 1977. səh. 18, 48
- Minorsky, 1977. səh. 48–49, 54–56, 59–64
- Minorsky, 1977. səh. 18–19
- Minorsky, 1977. səh. 19
- Minorsky, 1977. səh. 56
- Bosworth, 1968. səh. 35
- Minorsky, 1977. səh. 19–20, 56–58
- Minorsky, 1977. səh. 20
- Minorsky, 1977. səh. 31 (note 14)
- Minorsky, 1977. səh. 20–21, 31–32 (notes 15–18), 58
- Minorsky, 1977. səh. 21
- Minorsky, 1977. səh. 22, 59
- Minorsky, 1977. səh. 22–23, 59
- Minorsky, 1977. səh. 6, 21, 22
- Minorsky, 1977. səh. 64
- Minorsky, 1977. səh. 64–68
- Minorsky, 1977. səh. 79–101
Ədəbiyyat
- , The Political and Dynastic History of the Iranian World (A.D. 1000–1217) // Frye, R. N. (redaktor), The Cambridge History of Iran, Volume 5: The Saljuq and Mongol Periods, Cambridge: Cambridge University Press, 1968, 1–202, ISBN
- , Studies in Caucasian History, Cambridge: Cambridge University Press, 1977 [1953], ISBN
- Peacock, Andrew. // Encyclopædia Iranica, Online Edition. 2011. Archived from the original on 6 July 2015. İstifadə tarixi: 14 March 2015.
- , The Arab Emirates in Bagratid Armenia, Transl. Nina G. Garsoïan, Lisbon: Livraria Bertrand, 1976, OCLC 490638192
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ebulesvar Savur ibn Fezl ibn Mehemmed ibn Seddad v 1067 Gence 1049 1067 ci illerde paytaxt Gence olmaqla Arrani idare eden VIII Seddadi hokmdaridir Bundan evvel o 1022 ci ilden baslayaraq Dvin emiri idi Bacariqli doyuscu ve mudrik ve gozuaciq hakim olan Ebulesvar qonsularinin coxu ile konflikte idi O Dvinde hakim olarken ermeni beyliklerinin daxili meselelerine qarismisdi Ebulesvar Bizans imperiyasi birlikde 1045 ci ilde Ermenistanin Baqration kralliginin qaliqlarini isgal etmisdi ancaq Bizans imperiyasi onunla muttefiqliyi pozanda ona qarsi edilen uc hemleni def etmisdi 1049 cu ilde Gencedeki usyan onun azyasli qardasi nevesi Enusirvani devirdi ve ailenin emirliyini almasi ucun onu cagirdi Ebulesvarin hakimiyyeti dovrunde Seddadiler sulalesi zenit noqtesine catdi Gurcustan kralligina ve Sirvansahlar dovletine ugurlu yurusler edildi ancaq Tiflis emirliyinin gurculerin eline kecmesine izin verilmesi ve alanlarin dagidici yurusleri Seddadilerin gucunun mehdudiyyetlerini gosterdi Eyni vaxtda Selcuq imperiyasi guclendi ve Cenubi Qafqaz dovletlerinde idareni ele kecirdi 1054 5 ci ilde Ebulesvar selcuqlarin vassali oldu 1065 ci ilde o selcuqlarin komeyi ile Ani seherini ele kecirse de 1067 ci ilde o olenden sonra sulalenin hakimiyyeti zeifledi Ebulesvar SavurEbulesvarin adina kesilmis gumus dirhem Azerbaycan Tarix MuzeyiDvin ve Arran emiri1022 1067EvvelkiEnusirvan bin LeskeriSonrakiII Fezl bin SavurSexsi melumatlarVefat tarixi 19 noyabr 1067Vefat yeri GenceDefn yeri GenceFealiyyeti doyuscuAtasi Fezl bin MehemmedUsaqlari II Fezl bin Savur Asot bin Savur Menucohr Isgender Merzuban adi bilinmeyen qizAilesi Seddadiler dovletiBioqrafiyasiMenseyi Eserleri Seddadiler haqqinda esas menbe olan Osmanli tarixcisi Muneccimbasi 1702 ci ilde olub onlari kurd esilli hesab edirdi ve bu fikir muasir dovrun tedqiqatcilari terefinden duz qebul edilir Ailenin banisi Mehemmed bin Seddad 950 ci illerde Dvinde hakimiyyeti ele almisdi Daha sonra aile Arranin muselman seheri Genceye hereket edib Bu seher 970 ci illerde Mehemmedin ogullari I Eli Leskeri Merziban I Fezl terefinden isgal edilib Qardaslar sira ile seheri emir kimi idare edibler Ebulesvar Savur uc qardasin en genci ve IV Seddadi hokmdari Fezl Bin Mehemmedin oglu idi Fezl uzunmuddetli hakimiyyet dovrunde 985 1031 Arranin boyuk hissesinde ve Suniki isgal ederek Ermenistanin bezi hisselerinde Seddadi sulalesinin hakimiyyetini qurmusdur Fezlden sonra Gencede hakimiyyeti boyuk oglu Musa 1031 34 ele kecirib ve o oglu II Eli Leskeri 1034 49 terefinden oldurulub Ebulesvar Savurun adi ereb fars hibrididir Savur qedim fars adi Sapur dur onun kunyasi iran boyuk ehtimalla deylemiler adi Esvar in menasi suvari cengaver olan savar ile eyni kokdendir ereblesmis formasidir Dvin emiri 1022 1049 Teqriben 1060 ci ilde Qafqazin siyasi xeritesi Muneccimbasi qeyd edir ki 1067 ci ilde olduyu zaman Ebulesvar artiq Gencede ve bundan evvel bezi erazilerde 46 il idi ki hakimiyyetde idi Diger menbelere gore bezi eraziler deyerken Dvin nezerde tutulur Demeli o teqriben 1022 ci ilde bu seherin hakimi olmusdu Seher Ermenistanin Baqration kralliginin terkibinde olsa da I Gagikin 1020 ci ilde olumunden sonra onun ogullari arasinda mubarize seheri mudafiesiz qoymusdu Hemcinin 1021 ci ilde seher dagidici deylemi basqinina meruz qalmisdi Netice olaraq Dvin seheri Ermenistan kralligindan ayri dusmus seddadiler terefinden mudafie edilmeye mohtac qalmis ve Ebulesvar Savur buranin hakimi olmusdur Ebulesvar bu merkezden Gencedeki qardasi Musa ve daha sonra qardasi oglu II Eli Leskeriden musteqil siyaset yeridirdi ve Arrandan cox Ermenistana nezaret edirdi O ermeni sulaleleri ile yaxin idi Tasir hokmdari bacisi ile evlenmisdi Onun ikinci oglu tipik ermeni adi Asot ile dogulmusdu Muneccimbasi esasen Gence merkezli meselelere baxdigindan 1049 cu ilde Asot Gencede esas sulale taxtini ele kecirene qeder onun adini cekmir Asotun 1022 1049 cu illerdeki fealiyyeti haqqinda esas menbeler Asotun reqibleri olan ermeniler ve bizanslilardir Ebulesvar ilk defe 1040 ci ilde Edessali Matfeyin tarixi ile qeyd edilir Bu zaman ermeni zadegani Abirat hansi ki I Gagikin ogullari IV Asot ve III Hovannes Smbat arasindaki mubarizeye qarismisdi Dvine geldi Ikincinin naraziligindan qorxan Abirat 12 min suvari ile Ebulesvardan mudafie olunmagini istedi Ebulesvar evvel onunla xos davrandi ve ona yuksek vezife verdi Ancaq daha sonra ona inanmadi ve oldurdu Bu zaman Abiratin leytenanti Sare Abiratin terefdarlari ile birlikde Aniye getdi Teqriben eyni vaxtda aradaki qohumluq bagina baxmayaraq Ebulesvar Tasir hokmdari Davidin uzerine hucum etdi Edessali Matfeye gore 150 min sayinda olan Seddadi ordusu Tasirin boyuk hissesini tutdu Ancaq David ona qarsi genis ittifaq qura bildi Tasir hokmdari David 10 min Ani hokmdari III Hovannes Smbat 3 min Kapan hokmdari 2 min Gurcustan hokmdari 4 min esger temin ede bildi David hemcinin Alban katolikoslarinin desteyini elde etdi Netice olaraq Ebulesvar meglub edildi ve Tasirden cixardildi IV Asot ve III Hovannes Smbat teqriben eyni vaxtda oldu teqriben 1040 41 Asotun oglu II Gagik 1042 45 her ikisinin yerine hakimiyyete geldi ve oz yerini berkitmeye basladi Taxta en boyuk tehluke Bizans imperiyasi idi Bizans XI esrin evvellerinde ermeni eyaletlerine soxulmusdu Hovannes Smbat oz kralligini imperiyaya vesiyyet etmisdi ve onun olumunden sonra Bizans imperatoru IV Mixail 1034 41 Ani seherini ele kecirmeleri ucun esgerlerini gonderdi Gagik hucuma qarsi mubarize apardi ve Konstantinopoldaki siyasi caxnasma ona iki il fasile muddeti verdi IX Konstantin 1042 55 Ermenistana Bizans iddialarini qorumaga meylli sekilde hakimiyyete geldi Dvinden evvel bizanslilarin meglubiyyeti nin miniaturu Bu meqsedle IX Konstantin ermenileri arxadan vurmasi ucun Ebulesvarla elaqe qurdu Ebulesvar elde etdiyi torpaqlarin elinde qalacagi imperial qizil bulla ile tesdiqlendi Ikiterefli hucumla uz uze qalan II Gagik Konstantinopola getmeye mecbur edildi Burada o girov kimi saxlandi ve 1045 ci ilde Ani seheri Bizansin eline kecdi Verdiyi sozlere mehel qoymayan imperator Ani seherini ele kecirdikden sonra Ebulesvardan ele kecirdiyi qalalari bosaltmasini teleb etdi Ebulesvar imtina etdi ve ermenilerin de daxil oldugu Mixail Yasit ve magistros Alan Konstantin rehberliyi altindaki boyuk ordu Dvine yurus etdi Ebulesvar onlarin yaxinlasmasina imkan verdi ve daha sonra suvarma kanallarini acaraq seher etrafindaki erazide dasqin yaratdi Palciqda ilisib qalan dusmenler Seddadi oxculari ucun asan ov idiler Bizans quvvetleri boyuk itki verdi IX Konstantin cavab olaraq Ermenistanin idaresini Katakalon Kekaumen ve parakimomen Konstantine verdi Dvine yurus etmek yerine yeni hakimiyyet Ebulesvar terefinden terefinden feth edilmis qalalari geri almaga calisdi Bizans ordusu Surmeli Anberd ve Xorvirabi isgal etdi ancaq Xelidonion muasir Irevan 1047 ci ilin sentyabrina qeder mubarize apardi Bu zaman ise Leo Tornikinin basciligi altinda bas veren usyan ordunun Konstantinopola qayitmasina ve sulh muqavilesinin baglanmasina sebeb oldu Muqavileye gore Ebulesvar imperatorun hakimiyyetini tanimagi ve Bizans erazisine hucum etmememeyi ohdesine goturdu Dvinin muqavimeti Ermenistan torpaqlarinda Bizansin irelilemesinin qarsisini aldi ve bu Sunik Tasir Xacin kimi kicik kralliqlarin musteqilliklerini davam etdirmesine sebeb oldu Biraz sonra regionda guc balansi tamamile deyisdi 1048 ci ilde Qutalmis ve Ibrahim Yinal basciligi altindaki Selcuqlular Bizans Ermenistanina ilk boyuk miqyasli yuruslerini etdiler Seddadiler onlari Bizansa qarsi muttefiq kimi gorseler de Qutalmis 1046 1047 ci ilde Genceye de yurus etdiyine gore selcuqlular da seddadiler ucun bir tehdid idi Qisa muddet sonra 1048 ci ilin sonlarinda ve ya 1049 cu ilin evvellerinde A F Gfrorer ve M H Yinanc kimi muellifler teqriben 1050 ci ili E Honiqmann 1055 1056 ci ili teklif edibler bizanslilar raiktor Nikeforos basciligi altinda basqa bir hucum heyata kecirdiler Hemin dovrun Bizans tarixcisi Con Skilicaya gore bunun sebebi Ebulesvarin Aplesfar razilasmani pozmasi ve Bizans torpaqlarina yurus etmesi idi Seddadi hakimi Dvinde qaldigi zaman bizanslilar onun etrafindaki yerleri Demir korpu ve Genceye qeder xarab etdiler Bu Ebulesvarin tabelik andini berpa etmesine ve qardasioglu Ebulhesen Leskerinin oglu Erdesiri girov vermesine sebeb oldu Gence emiri 1049 1067 1049 cu ilde Ebulesvarin qardasioglu olan Gence emiri Leskeri 15 illik cetin hakimiyyet dovrunden sonra oldu Ondan sonra hakimiyyete azyasli Enusirvan geldi ancaq heqiqi hakimiyyet hacib Ebu Mensurun elinde idi Teqriben iki ay sonra yeni rejimin siyasetine qarsi olan bir qrup boyuk sexs Semkirde Ebu Mensuru devirdi ve Ebulesvari Gencede de hakimiyyeti ele kecirmesi ucun cagirdi Ebulesvar onlarla razilasdi ve Dvini terk etdi Dvin seheri Bizansa qarsi daha cox mudafiesiz qaldi 1053 cu ile qeder seher bir cox hakimin eline verildi 1053 cu ilde ise onun oglu Ebu Nesr Isgender seherin ve etraf erazilerin hakimi elan edildi Seddadi hokmdari Ebulesvar Savur evvelce Semkirde her seyi qaydaya saldi ve butun Arran torpaqlarini ve qalalarini ele kecirererk Genceye daxil oldu Heyatinin bu dovrunde Ebulesvar hokmdar ve doyuscu kimi boyuk sohret qazandi Movdud Qeznevinin sarayinda 8 il yasayan Ziyariler sahzadesi Keykavus 1050 1087 hansi ki sonra hokmdarlar ucun guzgu olan meshur Qabusnameni yazib Genceye gelmis ve xristianlara qarsi cihadda istirak etmek ucun bir nece ilini Seddadi sarayinda kecirmisdi Keykavusa gore ev sahibi boyuk hokmdar mohkem ve agilli cesaretli belagetli dialektik saf etiqadli uzaqgoren adamdir Bu qiymetlendirme bizanslilar terefinden de desteklenirdi Skilica onu dusmenlerinin taktika ve siyasetlerini pozmaga qadir olaraq tesvir edirdi Muneccimbasi yazir ki Genceni aldiqdan sonra Ebulesvar sulalenin demek olar ki yavas yavas iten adini berpa etdi O guclu ve hakimiyyeti altinda olan sexslerin ve ordunun veziyyeti intizamli oldu Gence qapilari 1062 ci ilde Ebulesvarin emri ile tikilib hal hazirda Gurcustandaki Gelati monastirindadir Muneccimbasiya gore 1053 cu ilde Ebulesvar gurculerden Besre qalasini aldi onu mohkemlendirdi ve oz adamlarindan orda qarnizon qurdu 1054 5 ci ilde o bir cox qonsulari ile birlikde Selcuq sultani Togrul beyin 1037 63 vassali oldu Ancaq ilk dovrler selcuqlarin hakimiyyeti ele de guclu olmayib ne Togrul ne de onun varisi Alp Arslan hemin dovrde zerb edilmis sikkelerde yoxdur 1062 ci ilde Ebulesvar Tiflis emirliyinden elci qebul etdi Tiflis emirliyi hemin dovrde xristian gurcu kralliqlari arasinda tecrid olunmus muselman istehkami idi Emir Cefer ibn Elinin olumunden sonra emirliyin yerlileri onun mubarize aparan ogullarini kocmeye mecbur etmisdiler ve indi Ebulesvardan sehere hakim olmasini isteyirdiler Ebulesvar bunu qebul etmeye meylli idi ancaq onun veziri Bextiyar ibn Salman quvvelerin boluneceyini soyleyerek onu fikrinden dasindirdi Ebulesvarin imtina etmesinden sonra Tiflis 1068 ci ilde Alp Arslan qovana qeder gurculerin elinde qaldi Bu hadise Seddadilerin gucunun mehdudiyyetlerini gosterdi Buna diger bir subutu da eyni ilde Deryal kecidi vasitesile alanlarin yurusudur Muneccimbasiya gore Arranin 20 minden cox sakini kole olaraq aparilib Alan tehdidine qarsi Ebulesvar paytaxt seher Gencenin etrafinda sedd ve xendek qurub Yeni istehkamatin divarlari 1139 cu ilde I Demetri rehberliyi altindaki gurculer terefinden aparilib ve hal hazirda da Gelati monastirinda saxlanilir Eyni vaxtda Ebulesvarin qonsusu Sirvansah I Feriburzle 1063 96 elaqeleri qefleten pozuldu Iki sulalenin qohumluq elaqeleri var idi Feriburzun atasi Salar ibn Yezid Ebulesvarin qizi ile evlenmisdi Ancaq indi Seddadi hokmdari Sirvana qarsi yuruslere baslamisdi 1063 cu ilin yazinda Ebulesvar Quylamiyan qalasini tutdu Sirvanin paytaxti Samaxiya yurus etdi Sirvansahlarin quvvelerini doyusde meglub etdi onlarin dusergesini talan etdi ve oz dogma qizini onun xezinesini ve meiyyetini goturdu O Arrana qayitdi ancaq iyulda yeniden Sirvana yurus etdi Novbeti il o tezeden Sirvana isgal etdi ve bir sira qalalari tutdu Bu zaman kurd qebileleri onun terefine kecdi Genceye qayitdiqdan sonra 1064 cu ilin iyun ve ya iyul ayinda Seddadilerle Sirvansahlar sulalesi arasinda sulh muqavilesi baglandi Ebulesvar 40 min qizil dinar qarsiliginda Quylamiyan qalasini qaytardi 1064 cu ilde Selcuq sultani Alp Arslan Bizans Ermenistanini isgal etdi ve Ani seherini ele kecirdi Ebulesvar eraziye edilen basqinlara sexsen basciliq edirdi O Muneccimbasi terefinden Ermenistandaki en gozellerden biri olaraq tesvir edilen Vicin seherini isgal etdi Muneccimbasiya gore Alp Arslan Aninin idaresini ona verdi Ibn el Esir qeyd edir ki seher adi bilinmeyen bir emire verilir Vardan Areveltsi qeyd edir ki seher Ebulesvarin oglu ve xelefi Fezle verildi Genceye qayitdiqdan ve ordunun sepelenmesinden sonra alanlar yeniden Deryal kecidini kecdiler Oktyabr 1065 ve Seki ehalisi ile ittifaq quraraq Arrana basqin etdiler Semkirde onlar cihad ucun 200 den cox adami oldurduler ve Berde etrafina yurus etmezden evvel Gence qapilarina qeder geldiler Ebulesvar ve ordusu doyus meydaninda basqincilarla qarsilasmaq yerine divarlarla ehate edilmis seherin icinde qalmaga ustunluk verdi Alanlar esir etdikleri adamlarla birlikde simala qayitmaqdan evvel Araza qeder catdilar Ebulesvar 19 noyabr 1067 ci ilde oldu ve Gencenin esas mescidinde defn edildi Onun yerine taxta hele sagliginda Ebulesvar terefinden varis elan edilen ve Seddadi ailesi ordu ve Arran insanlari terefinden sedaqet andi icilen II Fezl geldi Fezlden basqa Ebulesvarin 4 oglu var idi Asot Isgender Menucohr ve Merziban Hemcinin onun Sirvansah Salar ibn Yezidle evlenen bir qizi var idi Ebulesvar Savurun hakimiyyet dovru Seddadiler dovletinin zenit dovrudur ancaq sulalelenin zeiflemesi onun olumunden derhal sonra basladi selcuqlar Arranda ve etraf erazide hakimiyyetlerini guclendirdiler Alp Arslan boyuk miqdarda xerac almaq ucun sexsen Genceye geldi II Fezlin hakimiyyet dovru cetin idi O sekkiz ay gurcu esirliyinde olmusdu ancaq Derbendi tuta bilmisdi Ondan sonra hakimiyyete 1073 cu ilde oglu III Fezl geldi ancaq 1075 ci ilde qulam Sav Tegin terefinden devrildi Selcuqlar Sav Tegine Arran ve Derbendin hakimiyyetini verdi Bu ailenin Arrandaki hakimiyyetini bitirdi ancaq ailenin kicik xetti Ebulesvarin ucuncu oglu Menucohrden baslayaraq Anini emir kimi idare etmeye davam etdi Evvelce selcuqlardan sonra gurculerden vassal asililiginda olan sulale teqriben 1200 cu ile qeder hakimiyyetde qaldi MenbeIstinadlar Ter Ghewondyan 1976 seh 119 Minorsky 1977 seh 2 4 Peacock 2011 Minorsky 1977 seh 33 34 Bosworth 1968 seh 34 Minorsky 1977 seh 5 16 34 39 Minorsky 1977 seh 6 16 17 40 45 Minorsky 1977 seh 6 17 18 46 50 Minorsky 1977 seh 50 Minorsky 1977 seh 22 Ter Ghewondyan 1976 seh 120 121 Ter Ghewondyan 1976 seh 120 Minorsky 1977 seh 44 Minorsky 1977 seh 51 Ter Ghewondyan 1976 seh 121 Minorsky 1977 seh 51 52 Minorsky 1977 seh 52 Ter Ghewondyan 1976 seh 121 122 Ter Ghewondyan 1976 seh 122 Minorsky 1977 seh 52 53 Minorsky 1977 seh 53 Ter Ghewondyan 1976 seh 122 123 Minorsky 1977 seh 53 54 Ter Ghewondyan 1976 seh 123 Minorsky 1977 seh 18 48 Minorsky 1977 seh 48 49 54 56 59 64 Minorsky 1977 seh 18 19 Minorsky 1977 seh 19 Minorsky 1977 seh 56 Bosworth 1968 seh 35 Minorsky 1977 seh 19 20 56 58 Minorsky 1977 seh 20 Minorsky 1977 seh 31 note 14 Minorsky 1977 seh 20 21 31 32 notes 15 18 58 Minorsky 1977 seh 21 Minorsky 1977 seh 22 59 Minorsky 1977 seh 22 23 59 Minorsky 1977 seh 6 21 22 Minorsky 1977 seh 64 Minorsky 1977 seh 64 68 Minorsky 1977 seh 79 101 Edebiyyat The Political and Dynastic History of the Iranian World A D 1000 1217 Frye R N redaktor The Cambridge History of Iran Volume 5 The Saljuq and Mongol Periods Cambridge Cambridge University Press 1968 1 202 ISBN 0 521 06936 X Studies in Caucasian History Cambridge Cambridge University Press 1977 1953 ISBN 0 521 05735 3 Peacock Andrew Encyclopaedia Iranica Online Edition 2011 Archived from the original on 6 July 2015 Istifade tarixi 14 March 2015 The Arab Emirates in Bagratid Armenia Transl Nina G Garsoian Lisbon Livraria Bertrand 1976 OCLC 490638192