Avram ibn Samuel Əbulafiya (ivr. אברהם בן שמואל אבולעפיה; 1240, Saraqosa, Araqon krallığı – 1292 və ya 1291, Barselona, Araqon krallığı) — orta əsr yəhudi mistiki və kabbalisti. İspaniyada yaşamışdır.
Əbulafiya | |
---|---|
ivr. אברהם אבולעפיה | |
Doğum tarixi | 1240 |
Doğum yeri | |
Vəfat tarixi | 1292 və ya 1291 |
Vəfat yeri | |
Elm sahələri | Kabbala |
Vikianbarda əlaqəli mediafayllar |
Gəncliyi
Avram ibn Samuel Əbulafiya müsəlman İspaniyasının yetişdirdiyi ən ziddiyyətli yəhudi ilahiyyatçısı və mütəffəkkirlərindəndir. Avantürist xarakterə malik olmasına görə öz adını tarixə həkk etmişdir. Təxminən 1240-cı ildə Saraqosa şəhərində doğulduğu ehtimal olunur. Kiçik yaşlarında ikən ailəsi ilə bərabər Tudelaya köçmüş, burada Tövrat və Talmudu dərindən öyrənmişdir. 1258-ci ildə atası vəfat etmiş, bundan çox keçməmiş o, Fələstinə ziyarətə yollanmışdır. Məhz bu tarixdən etibarən Əbulafiyanın qeyri-adi sərgüzəştləri başlamışdır.
Mistik fəaliyyətinə başlaması
O, Qüdsdən mifik Sambation çayını və İsrail xalqının itmiş on qəbiləsini axtarmağa yolllanmış, lakin Akka şəhərindən o tərəfə keçə bilməmişdir. Fələstin və Suriya bu dövrdə xaçlılar, məmlüklər və davamsız müharibələri ucbatından faciəli dövrünü yaşayırdı. Əbulafiya məqsədinə çatmadan geriyə qayıtmaq qərarına gəlmiş, lakin gəldiyi yolla deyil, Yunanıstan və İtaliyadan keçən səyahətə üstünlük vermişdir. İtaliyada Moşe ben Maymonun yaradıcılığı ilə tanış olaraq, onun fikirlərini qəbul etmişdir. Lakin o daha çox kabbalizmə dair araşdırmalar aparmış, bu barədə bir sıra traktatlar yazmışdır. Barselona şəhərində məskunlaşmış, ətrafına tələbələr toplamışdır. Mistik təcrübələr aparmış, mübtəla olmuş, gələcəkdən xəbər verdiyini bildirmiş, Məsih olduğunu elan etmişdir. Kastiliyaya, daha sonra Yunanıstana getmişdir.
Roma səfəri
Həyatının ən mühüm və ona şöhrət qazandıran hərəkəti bu zamanlar baş vermişdir. Əbulafiya ekstaz halında ikən, Romaya gedərək, Papa ilə görüşməyə dair vəhy aldığını elan etmişdir. Bu görüşün əsas məqsədi Papaya yəhudi xalqına üz vermiş bədbəxtlikləri anlatmaq, onun taleyinə həssas yanaşmaq, həmçinin Müqəddəs Torpağı (Fələstini) azad edərək, yəhudiləri orada yerləşdirmək üçün yardım diləmək olmuşdur. Lakin bu səfərin ən avantürist, ağlasığmaz məramı Roma Papasını yəhudi dininə döndərmək məsələsi idi. Roma Papası bu barədə xəbər verilən kimi o, Əbulafiya iqamətgaha yaxınlaşan kimi onu həbs edərək, tonqalda yandırmaq əmrini verir. Tonqal Sorianodakı iqamətgahın daxilində hazırlanır. 22 avqust 1280-cı ildə Əbulafiya şəhər qapısından içəri keçir və dərhal həbs olunur. Ancaq möcüzə onu alovdan xilas edə bilərdi. Birdən bu möcüzə baş verdi. Papa həmin gecə vəfat etdi. 28 gün həbsdə qalan Əbulafiya bu səfəri və əsraringiz qurtuluşu barəsində "Şəhadət Kitabı" adlı əsəri qələmə almışdır.
Həyatının sonu
Təlimi Siciliyada qəbul edilmiş, xeyli sayda tərəfdar qazanmışdır. Əbulafiya on il ərzində Messinada yaşamış, öz təlimini yaymağa cəhd göstərmişdir. Lakin Palermo ravvinləri ona qarşı çıxaraq Barselonada yaşayan ravvin Şlomo ben Adereti öz tərəfinə çəkməyə nail olmuşlar. Ben Aderet Əbulafiyaya qarşı traktat qələmə almış, nəticədə onun təlimi İspaniyadakı yəhudi dini məktəblərinin proqramından çıxarılmış, daha sonra Siciliyadan qovulmuşdur. Əbülafiya ekstaz halında dünyanın sonunun 505-ci ildə (1290) gələcəyini bildirmişdir. 1291-ci ildən sonra isə onun haqqında heç bir məlumat yoxdur.
Mistik təcrübələri
Əbulafiyanın təlimi insan ruhunun mistik yollarla Tanrı ilə əlaqəsini bərpa etməyə yönəlmişdir. Onun fikrincə, ruh hisslərin əsarətində olduğundan İlahi formaları qəbul etməyə çətinlik çəkir. Onu bu problemdən qutarmağın yolu insan nəfsinin tamamilə aradan qaldırılması və ya şəkil dəyişdirməsindən keçir. Şüuru dəyişdirmək üçün, istifadə etmək ən məqsədəuyğun vasitə kimi diqqətə çatdırılır. Burada ən mühüm ad Tanrının adıdır və o, meditasiyaların əsas obyektidir. Bu üsula gematriya deyilir. Əbulafiyanın fikrincə, bunun köməyilə, gizli elmləri öyrənmək mümkündür. O, ibrani dilinin bütün dünya dillərinin anası olduğunu irəli sürmüş, lakin başqa dillərdə də hərflərin kombinasiyasının mümkün olduğunu bildirmişdir. Bu üsul aşağıdakı hissələrdən ibarətdir.
- Yazma (mihtav), bu zaman müxtəlif hərf kombinasiyaları yazılır.
- Səsləndirmə (mivta), bu zaman həmin hərf kombinasiyaları başın müəyyən edilmiş hərəkəti və xüsusi tənəffüs üsulu ilə səsləndirilir.
- Düşüncə (mahşav), son mərhələdə insan öz cismini hiss etmir, hərflər isə canlanaraq işıqlanmağa və rəqs etməyə başlayır, bu zaman onlara suaalar verərək məlumat toplamaq olar. İnsan işıq saçmağa başlayır, düşüncə sürətinin artdığı, çəkisini hiss etmədiyini müşahidə edir, yırğalanır və titrəyir. Bütün bu mərhələlərdən sonra təcrübə edənin qarşısında insanabənzər məxluq peyda olur və gələcəyə dair xəbərlər verməyə başlayır. Əslində bu məxluq təcrübə keçən şəxsin özü olur.
Əbulafiyanın mistik təcrübələri özündə bəzi sufi üsullarını ehtiva etsə də, lakin ondan əsaslı surətdə fərqlənir. O, sufi zikrlərinin kabbalizmə əsaslanmadığı üçün natamam qaldığını bildirmiş, onlarda olan bəzi məqamlara tənqidi münasibət göstərmişdir.
Əbülafiya çoxsaylı əsərlərin müəllifi olsa da, onlar XIX əsrədək demək olar ki, nəşr edilməmişlər. Burada onun özünü Məsih elan etməsinə görə ortodoksal yəhudilik tərəfindən rədd edilməsinin mühüm xidməti olmuşdur.
İstinadlar
- Abulafia, Abraham b. Samuel // Çex Milli Hakimiyyət Məlumat bazası.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 6.
- Abraham Aboulafia // Babelio (fr.). 2007.
- Энциклопедический словарь. 2009. АБУЛАФИЯ Авраам.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Avram ibn Samuel Ebulafiya ivr אברהם בן שמואל אבולעפיה 1240 Saraqosa Araqon kralligi 1292 ve ya 1291 Barselona Araqon kralligi orta esr yehudi mistiki ve kabbalisti Ispaniyada yasamisdir Ebulafiyaivr אברהם אבולעפיה Dogum tarixi 1240Dogum yeri Saraqosa Araqon kralligiVefat tarixi 1292 ve ya 1291Vefat yeri Barselona Araqon kralligiElm saheleri Kabbala Vikianbarda elaqeli mediafayllarGencliyiAvram ibn Samuel Ebulafiya muselman Ispaniyasinin yetisdirdiyi en ziddiyyetli yehudi ilahiyyatcisi ve muteffekkirlerindendir Avanturist xaraktere malik olmasina gore oz adini tarixe hekk etmisdir Texminen 1240 ci ilde Saraqosa seherinde doguldugu ehtimal olunur Kicik yaslarinda iken ailesi ile beraber Tudelaya kocmus burada Tovrat ve Talmudu derinden oyrenmisdir 1258 ci ilde atasi vefat etmis bundan cox kecmemis o Felestine ziyarete yollanmisdir Mehz bu tarixden etibaren Ebulafiyanin qeyri adi serguzestleri baslamisdir Mistik fealiyyetine baslamasiO Qudsden mifik Sambation cayini ve Israil xalqinin itmis on qebilesini axtarmaga yolllanmis lakin Akka seherinden o terefe kece bilmemisdir Felestin ve Suriya bu dovrde xaclilar memlukler ve davamsiz muharibeleri ucbatindan facieli dovrunu yasayirdi Ebulafiya meqsedine catmadan geriye qayitmaq qerarina gelmis lakin geldiyi yolla deyil Yunanistan ve Italiyadan kecen seyahete ustunluk vermisdir Italiyada Mose ben Maymonun yaradiciligi ile tanis olaraq onun fikirlerini qebul etmisdir Lakin o daha cox kabbalizme dair arasdirmalar aparmis bu barede bir sira traktatlar yazmisdir Barselona seherinde meskunlasmis etrafina telebeler toplamisdir Mistik tecrubeler aparmis mubtela olmus gelecekden xeber verdiyini bildirmis Mesih oldugunu elan etmisdir Kastiliyaya daha sonra Yunanistana getmisdir Roma seferiHeyatinin en muhum ve ona sohret qazandiran hereketi bu zamanlar bas vermisdir Ebulafiya ekstaz halinda iken Romaya gederek Papa ile gorusmeye dair vehy aldigini elan etmisdir Bu gorusun esas meqsedi Papaya yehudi xalqina uz vermis bedbextlikleri anlatmaq onun taleyine hessas yanasmaq hemcinin Muqeddes Torpagi Felestini azad ederek yehudileri orada yerlesdirmek ucun yardim dilemek olmusdur Lakin bu seferin en avanturist aglasigmaz merami Roma Papasini yehudi dinine dondermek meselesi idi Roma Papasi bu barede xeber verilen kimi o Ebulafiya iqametgaha yaxinlasan kimi onu hebs ederek tonqalda yandirmaq emrini verir Tonqal Sorianodaki iqametgahin daxilinde hazirlanir 22 avqust 1280 ci ilde Ebulafiya seher qapisindan iceri kecir ve derhal hebs olunur Ancaq mocuze onu alovdan xilas ede bilerdi Birden bu mocuze bas verdi Papa hemin gece vefat etdi 28 gun hebsde qalan Ebulafiya bu seferi ve esraringiz qurtulusu baresinde Sehadet Kitabi adli eseri qeleme almisdir Heyatinin sonuTelimi Siciliyada qebul edilmis xeyli sayda terefdar qazanmisdir Ebulafiya on il erzinde Messinada yasamis oz telimini yaymaga cehd gostermisdir Lakin Palermo ravvinleri ona qarsi cixaraq Barselonada yasayan ravvin Slomo ben Adereti oz terefine cekmeye nail olmuslar Ben Aderet Ebulafiyaya qarsi traktat qeleme almis neticede onun telimi Ispaniyadaki yehudi dini mekteblerinin proqramindan cixarilmis daha sonra Siciliyadan qovulmusdur Ebulafiya ekstaz halinda dunyanin sonunun 505 ci ilde 1290 geleceyini bildirmisdir 1291 ci ilden sonra ise onun haqqinda hec bir melumat yoxdur Mistik tecrubeleriEbulafiyanin telimi insan ruhunun mistik yollarla Tanri ile elaqesini berpa etmeye yonelmisdir Onun fikrince ruh hisslerin esaretinde oldugundan Ilahi formalari qebul etmeye cetinlik cekir Onu bu problemden qutarmagin yolu insan nefsinin tamamile aradan qaldirilmasi ve ya sekil deyisdirmesinden kecir Suuru deyisdirmek ucun istifade etmek en meqsedeuygun vasite kimi diqqete catdirilir Burada en muhum ad Tanrinin adidir ve o meditasiyalarin esas obyektidir Bu usula gematriya deyilir Ebulafiyanin fikrince bunun komeyile gizli elmleri oyrenmek mumkundur O ibrani dilinin butun dunya dillerinin anasi oldugunu ireli surmus lakin basqa dillerde de herflerin kombinasiyasinin mumkun oldugunu bildirmisdir Bu usul asagidaki hisselerden ibaretdir Yazma mihtav bu zaman muxtelif herf kombinasiyalari yazilir Seslendirme mivta bu zaman hemin herf kombinasiyalari basin mueyyen edilmis hereketi ve xususi teneffus usulu ile seslendirilir Dusunce mahsav son merhelede insan oz cismini hiss etmir herfler ise canlanaraq isiqlanmaga ve reqs etmeye baslayir bu zaman onlara suaalar vererek melumat toplamaq olar Insan isiq sacmaga baslayir dusunce suretinin artdigi cekisini hiss etmediyini musahide edir yirgalanir ve titreyir Butun bu merhelelerden sonra tecrube edenin qarsisinda insanabenzer mexluq peyda olur ve geleceye dair xeberler vermeye baslayir Eslinde bu mexluq tecrube kecen sexsin ozu olur Ebulafiyanin mistik tecrubeleri ozunde bezi sufi usullarini ehtiva etse de lakin ondan esasli suretde ferqlenir O sufi zikrlerinin kabbalizme esaslanmadigi ucun natamam qaldigini bildirmis onlarda olan bezi meqamlara tenqidi munasibet gostermisdir Ebulafiya coxsayli eserlerin muellifi olsa da onlar XIX esredek demek olar ki nesr edilmemisler Burada onun ozunu Mesih elan etmesine gore ortodoksal yehudilik terefinden redd edilmesinin muhum xidmeti olmusdur IstinadlarAbulafia Abraham b Samuel Cex Milli Hakimiyyet Melumat bazasi Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Roux P d Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays fr 2 Editions Robert Laffont 1994 Vol 1 P 6 ISBN 978 2 221 06888 5 Abraham Aboulafia Babelio fr 2007 Enciklopedicheskij slovar 2009 ABULAFIYa Avraam