Şamanizm – şamanın ruh dünyası hesab edilən dünyanı anlamaq, onunla əlaqə qurmaq və həmin transendental enerjiləri bu dünyaya ötürmək üçün fərqli şüur halına keçməsini özündə ehtiva edən spiritual tətbiqat.
"Şamanik" olaraq təsnifləndirilən inanc və təcrübələr antropoloqlar, arxeoloqlar, tarixçilər, dinşünas alimlər, filosoflar və psixoloqlar daxil olmaqla, müxtəlif sahələrdən olan alimlərin marağına səbəb olub. Bu mövzuda yüzlərlə kitab və akademik məqalələr yazılıb, şamanizmin öyrənilməsi üçün mütəxəssislər tərəfindən nəzarət edilən elmi jurnal təsis olunub. 20-ci əsrdə submədəniyyətin nümayəndələri olan bir çox qərbli dünyanın müxtəlif yerlərindəki yerli dinlərin ideyalarından təsirlənərək neoşamanizm və ya neoşamanik hərəkat adlandırılan müasir magik-dini tətbiqatlar yaratdı. Bu, bir çox neopaqan tətbiqatların inkişafına təsir göstərdi, amma mənsub olmadıqları mədəniyyətləri təmsil etməyə çalışan bir sıra kənar müşahidəçilərə görə, başqa mədəniyyətin ünsürləri məsimsəməkdə ittiham olundu, istismara məruz qaldı və təhrifə uğradı.
Şamanizm termini yerli spiritual tətbiqatları təsvir etmək üçün istifadə olunsa da, bəziləri bunu müxtəlif yerli xalqlar və qəbilələrə xas olan fərqli və qarmaşıq spiritual tətbiqatların ümumiləşdirici söz kimi qiymətləndirib. Terminin bu cür istifadəsi müxtəlif və mürəkkəb xarakter daşıyan yerli mədəniyyətləri bəsitləşdirə, irqçi fikirləri qüvvətləndirə və "digərləri" anlayışına müstəmləkəçi bir baxış bucağı gətirə bilər.
Terminologiya
Etimologiya
Şamanizm sözünün tunqus-mancur dilində "bilici" mənasını verən šaman sözündən, şaman sözünün isə evenki dilindəki šamán sözündən, çox güman ki, Sim evenki xalqlarının danışdığı cənub-qərb dialektindən yarandığı ehtimal olunur. Tunqus termini sonralar Sibirdəki yerli xalqlarla qarşılıqlı əlaqədə olan ruslar tərəfindən qəbul edildi. Bu, sürgün edilmiş rus din xadimi Avvakumun xatirələrində tapılmışdır.
Nikoles Uitsen adlı holland bir səyyah 17-ci əsrin sonlarında bu sözü Qərbi Avropaya gətirdi. O, "Noord en Oost Tataryen" (1692) adlı kitabında tunqus və samodi dillərində danışan yerli Sibir xalqları və bu ərazilərdə qalması haqqında yazdı. Lübekdən olan Adam Brend adlı tacir 1698-ci ildə nəşr olunan kitabında ingilisləri şaman sözü ilə tanış etdi.
Evenki sözünün etimologiyası bəzən tunqus dilində "bilmək" mənasını verən ša söz kökü ilə əlaqələndirilir. Bu fikir linqvsitik baxımdan araşdırılıb: "Bu ehtimal tam inkar oluna bilmədiyi kimi, birmənalı şəkildə qəbul da oluna bilməz, çünki bu dillərin sözdüzəldicilik xüsusiyyətləri fonoloi baxımdan nizamsız xarakter daşıyır (xüsusilə sait sayını nəzərə aldıqda)." Digər alimlər iddia edir ki, sözün birbaşa mancur dilindən gəlir və bu dildən alınan yeganə sözdür ki, ingilis dilində geniş istifadə olunur.
Mirça Eliadi isə sanskrit dilində "sərgəndən gəzən müqəddəs şəxs" mənasına gələn śramaṇa sözü Buddizm ilə birlikdə bir çox Mərkəzi Asiya dillərinə yayıldığını və tunqus dilindəki bu sözün əsas mənbəyi ola biləcəyini qeyd etdi. Bu təklif 1917-ci ildən bəri hərtərəfli tənqid edilib. Etnolinqvist Juha Janhunen bunu "anaxronizm" kimi qiymətləndirir və "doğruluq ehtimalı olmayan etimologiyadan" başqa bir şey hesab etmir.
21-ci əsr antropoloqu və arxeoloqu Silvia Tomaskova bir çox avropalının 1600-cü illərin ortalarına qədər ərəb sözü olan şeytan (ərəbcə: شياطين) terminini Ural dağlarının arxasında yaşayan, xristian olmayan yerli xalqların tətbiqatlarına və inanclarına aid etdiyini söyləyir. O təklif edir ki, şaman sözü bu terminin təhrif olunmuş forması kimi müxtəlif tunqus dialektlərinə keçmiş ola bilər və sonralar bu xalqların əsrlər boyunca yaxın təmasda olduğu xristian missionerlərinə, tədqiqatçılara, əsgərlərə və müstəmləkə rəhbərlərinə xəbər deyilib.
Qadın şaman bəzən şamanka adlanır. Bu termin əsl tunqus sözü deyil, sadəcə şaman sözünə rus dilində qadın cinsini bildirən -ka şəkilçisi artırmaqla düzəlir.
Tərifləri
]
Şamanizm termininin antropoloqlar tərəfindən qəbul olunan vahid bir tərifi yoxdur. İngilis tarixçisi qeyd edir ki, 21-ci əsrin əvvəlinə qədər bu terminin istifadə olunan dörd ayrı tərifi var. Bunlardan birincisi "fərqli şüur halında olarkən ruh dünyası ilə əlaqə quran şəxs"ə istinad edir. İkinci tərif bu termini başqalarının istəyi ilə fərqli şüur halına keçib ruh dünyası ilə əlaqə quran şəxslərə aid edərək onu məhdudlaşdırır. Üçüncü tərif şamanların başqaları tərəfindən işlədilməyən xüsusi bir texnikadan istifadə etdiklərini iddia edərək, onları "medium", "cadugər həkim", "ruhi təbib" və ya "peyğəmbər" kimi tanınan, ruh dünyası ilə əlaqə qurduqları deyilən digər şəxslərdən ayırmağa çalışır. Hutton tərəfindən müəyyən edilən dördüncü tərifinə görə isə şamanizm terminindən istifadə edərkən Sibirin və qonşuluqdakı ərazilərin yerli dinlərinə istinad edilir.
İngilis dilinin Oksford lüğətinə əsasən, şaman yaxşı və pis ruhların dünyasına daxil olan, ona təsir göstərən, ritual zamanı trans vəziyyətinə girən, kəhanət söyləyən və şəfa verən şəxsdir. Çox güman ki, şaman sözü Şimali Asiyanın Tunqus dil ailəsinə aid olan evenki dilindən yaranıb. Etnolinqvist Juha Janhunenin dediyinə görə, bu söz Tunqus dil ailəsinin bütün ləhcələrində (Negidal dili, Even dili, Udegey dili/Oroçi dili, Nanay dili, Orok dili, Mancur dili və Ulçi dili) göstərilir; belə görünür ki, şaman sözünün mənasının da Tunqus dillərindən gəlməsini inkar edən heç bir fərziyyə yoxdur və ola bilsin ki, onun kökləri ən azı iki min il əvvələ dayanır. Qərb bu terminlə Rusiya qüvvələrinin 1552-ci ildə şamanist Qazan xanlığını zəbt etməsindən tanış oldu.
Əvvəlcə qərb antropoloqları düşünürdü ki, şamanizm termini türklərin və monqolların, eləcə də, qonşuluqda yaşayan, tunqus və samodi dillərində danışan xalqların qədim dinini mənimsəyənlərə aid edilir. Dünyadakı digər dini ənənələri müşahidə etdikdən sonra isə bəzi qərb antropoloqları bu termindən çox geniş mənada istifadə etməyə başladılar. Termin Asiya, Afrika və Avstraliyanın digər bölgələrində şamanizmə dəxli olmayan etnik dinləri, hətta Amerikanın şamanizmlə tamamilə əlaqəsi olmayan hissələrindəki bir sıra magik-dini tətbiqatları təsvir etmək üçün istifadə edildi, çünki onların bir-birlərinə oxşadığı düşünülürdü. Termin bu mədəniyyətə yad olan insanlar tərəfindən səhvən bir çox yerli spiritual tətbiqatlara aid edilsə də, şaman və şamanizm sözləri yerli spirituallığın müxtəlifliyini və mürəkkəbliyi tam şəkildə ifadə etmir. Hər bir millətin və qəbilənin özünəməxsus həyat tərzi var və öz dillərində fərqli terminlərdən istifadə edirlər.
Mirça Eliadi yazır: "Bu mürəkkəb fenomenin birinci və ən təhlükəsiz tərifi belədir: şamanizm dini ekstaz texnikasıdır". Şamanizm şamanların insan dünyası ilə ruh dünyaları arasındakı vasitəçi və ya elçi olduğu düşüncəsini özündə ehtiva edir. Şamanların ruhu düzəltməklə xəstəlikləri müalicə etdiyi deyilir. Ruha təsir edən travmaların yüngülləşdirilməsinin insanın bədəninin tarazlığını və bütövlüyünü bərpa etdiyinə inanılır. Şamanlar həm də cəmiyyəti narahat edən problemləri həll etmək üçün fövqəltəbii aləmlərə və ya ölçülərə girdiklərini, yanlış yolda olan ruhlara istiqamət vermək və xarici ünsürlərin insan ruhunda yaratdığı xəstəlikləri yaxşılaşdırmaq üçün başqa dünyalara daxil olduqlarını iddia edirlər. Şamanlar başlıca olaraq insan dünyasına təsir etdiyinə inandıqları spiritual dünyanı idarə edirlər. Balansın bərpasının xəstəliyin aradan qalxması ilə nəticələnəcəyi deyilir.
Tarixi
Şamanizm dini tətbiqat sistemidir. Tarixən, o, tez-tez yerli və qəbilə cəmiyyətləri ilə əlaqələndirilir. Bura digər dünyayla bağlantısı olan şamanların xəstələri yaxşılaşdırmaq, ruhlarla əlaqə qurmaq və ölülərin ruhunu axirət dünyasına apara biləcək gücə sahib olduğu inancı daxildir. Asiyalı və qərbli ziyarətçilərin əsrlər boyu qeyd etdiklərinə əsasən, şamanizm Şimali Asiyada Sibir köklü xalqları ilə xüsusilə bağlıdır. Bu, əvvəllər Avropa, Asiya, Tibet, Afrikada, Şimali və Cənubi Amerika geniş tətbiq olunan bir ideologiyadır. Bu, tanrıların, şeytanların və ruhların əcdadlarının dünyası kimi fövqəltəbii fenomenə olan inam üzərində qurulmuşdur.
Müstəmləkəçilik və imperializmin struktur təsirlərinə baxmayaraq, yerli xalqların ənənəvi mənəvi təcrübələri tətbiq etmək qabiliyyətini məhdudlaşdıran,
Yerli xalqların ənənəvi spiritual tətbiqatlarını məhdudlaşdıran müstəmləkəçilik və imperializmin struktural çətinliklər törətməsinə baxmayaraq, bir çox icma öz müqəddəratını təyin etmək və dinamik ənənələrini bərpa etməklə yenidən güclənir. Köçəri Tuvan kimi digər qruplar (araşdırmalara görə, bu qəbilənin əhalisindən təxminən 3000 nəfər sağ qalıb) təcrid olunduqlarına görə, bu struktur çətinliklərin bəzilərinin qarşısını ala biliblər. Tuva Rusiyadakı ən təcrid edilmiş qəbilələrdən biridir. Təcrid olunmuş şəkildə yaşadıqlarına görə, onlarda şamanizm ənənələri bu günə qədər qorunub saxlanılmış və digər dinlərin təsirinə məruz qalmamışdır.
İnisiasiya və öyrənmə
Şamanlar tez-tez yuxular və ya işarələr vasitəsilə çağırıldıqlarını iddia edirlər. Ancaq bəziləri bu güclərin onlara miras qaldığını deyirlər. Ənənəvi cəmiyyətlərdə şaman təlimləri uzunluğuna görə fərqlənir, amma bu, adətən illər tələb edir.
Törner və həmkarları, "şamanist inisiasiya böhranı" adlanan bir fenomenin adını çəkirlər. Bu, özündə fiziki xəstəlik və ya psixoloji böhranı ehtiva edən, şaman olmağa keçid mərasimidir. Şaman çağırılan zaman bu xəstəliklərin rolunun əhəmiyyətli olması şimal-şərqi Çində Tunqus xalqları arasında sonuncu usta şaman olan Çuonnasuanın tarixçəsində özünü göstərir.
Yaralı şəfaçı arxetipi şamanlara da aiddir. Bu proses gənc şamanlar üçün önəmlidir. Keçirdikləri xəstəlik onları ölümün astanasına gətirir. Bunun iki səbəbə görə baş verdiyi deyilir:
- Şaman yeraltı dünyadan keçir, beləcə, xəstə olan şəxs və qəbilə üçün həyati əhəmiyyətli məlumatları əldə etmək üçün onun dərinliklərinə enir.
- Şaman xəstəliyi anlamaq üçün özü də xəstə olmalıdır. Şaman öz xəstəliyinə qalib gəlirsə, bütün əzab çəkənləri sağaldacağına inanılır.
İstinadlar
- Singh, Manvir. "The cultural evolution of shamanism". Behavioral and Brain Sciences. 41. 2018: e66: 1–61. doi:10.1017/S0140525X17001893. PMID 28679454.
- Gredig, Florian. Finding New Cosmologies. Berlin: Lit Verlag Dr. W. Hopf. 2009.
- Kehoe, Alice Beck. Shamans and religion : an anthropological exploration in critical thinking. Prospect Heights, Ill.: Waveland Press. 2000. ISBN .
- G. Hobson, "The Rise of the White Shaman as a New Version of Cultural Imperialism." in: Hobson, Gary, ed. The Remembered Earth. Albuquerque, NM: Red Earth Press; 1978: 100–08.
- Belcourt, Billy-Ray. "Fatal Naming Rituals". Hazlitt. 2022-05-06 tarixində . İstifadə tarixi: 30 mart 2020.
- Kollmar-Paulenz, Karenina. "The Invention of "Shamanism" in 18th Century Mongolian Elite Discourse". Rocznik Orientalistyczny. LXV (1). 2012: 90–106.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Samanizm samanin ruh dunyasi hesab edilen dunyani anlamaq onunla elaqe qurmaq ve hemin transendental enerjileri bu dunyaya oturmek ucun ferqli suur halina kecmesini ozunde ehtiva eden spiritual tetbiqat Valentin Haqdaev Olxon adasinin esas samani Samanik olaraq tesniflendirilen inanc ve tecrubeler antropoloqlar arxeoloqlar tarixciler dinsunas alimler filosoflar ve psixoloqlar daxil olmaqla muxtelif sahelerden olan alimlerin maragina sebeb olub Bu movzuda yuzlerle kitab ve akademik meqaleler yazilib samanizmin oyrenilmesi ucun mutexessisler terefinden nezaret edilen elmi jurnal tesis olunub 20 ci esrde submedeniyyetin numayendeleri olan bir cox qerbli dunyanin muxtelif yerlerindeki yerli dinlerin ideyalarindan tesirlenerek neosamanizm ve ya neosamanik herekat adlandirilan muasir magik dini tetbiqatlar yaratdi Bu bir cox neopaqan tetbiqatlarin inkisafina tesir gosterdi amma mensub olmadiqlari medeniyyetleri temsil etmeye calisan bir sira kenar musahidecilere gore basqa medeniyyetin unsurleri mesimsemekde ittiham olundu istismara meruz qaldi ve tehrife ugradi Samanizm termini yerli spiritual tetbiqatlari tesvir etmek ucun istifade olunsa da bezileri bunu muxtelif yerli xalqlar ve qebilelere xas olan ferqli ve qarmasiq spiritual tetbiqatlarin umumilesdirici soz kimi qiymetlendirib Terminin bu cur istifadesi muxtelif ve murekkeb xarakter dasiyan yerli medeniyyetleri besitlesdire irqci fikirleri quvvetlendire ve digerleri anlayisina mustemlekeci bir baxis bucagi getire biler TerminologiyaEtimologiya Sibir samaninin Hollandiyali Nikoles Uitsen terefinden cekilmis melum olan en erken tesviri 17 ci esr Uitsen onu seytanin kesisi adlandirib ve seytani keyfiyyetlerine gore ayaqlari caynaqli cekib 8 Samanizm sozunun tunqus mancur dilinde bilici menasini veren saman sozunden saman sozunun ise evenki dilindeki saman sozunden cox guman ki Sim evenki xalqlarinin danisdigi cenub qerb dialektinden yarandigi ehtimal olunur Tunqus termini sonralar Sibirdeki yerli xalqlarla qarsiliqli elaqede olan ruslar terefinden qebul edildi Bu surgun edilmis rus din xadimi Avvakumun xatirelerinde tapilmisdir Nikoles Uitsen adli holland bir seyyah 17 ci esrin sonlarinda bu sozu Qerbi Avropaya getirdi O Noord en Oost Tataryen 1692 adli kitabinda tunqus ve samodi dillerinde danisan yerli Sibir xalqlari ve bu erazilerde qalmasi haqqinda yazdi Lubekden olan Adam Brend adli tacir 1698 ci ilde nesr olunan kitabinda ingilisleri saman sozu ile tanis etdi Evenki sozunun etimologiyasi bezen tunqus dilinde bilmek menasini veren sa soz koku ile elaqelendirilir Bu fikir linqvsitik baximdan arasdirilib Bu ehtimal tam inkar oluna bilmediyi kimi birmenali sekilde qebul da oluna bilmez cunki bu dillerin sozduzeldicilik xususiyyetleri fonoloi baximdan nizamsiz xarakter dasiyir xususile sait sayini nezere aldiqda Diger alimler iddia edir ki sozun birbasa mancur dilinden gelir ve bu dilden alinan yegane sozdur ki ingilis dilinde genis istifade olunur Mirca Eliadi ise sanskrit dilinde sergenden gezen muqeddes sexs menasina gelen sramaṇa sozu Buddizm ile birlikde bir cox Merkezi Asiya dillerine yayildigini ve tunqus dilindeki bu sozun esas menbeyi ola bileceyini qeyd etdi Bu teklif 1917 ci ilden beri herterefli tenqid edilib Etnolinqvist Juha Janhunen bunu anaxronizm kimi qiymetlendirir ve dogruluq ehtimali olmayan etimologiyadan basqa bir sey hesab etmir 21 ci esr antropoloqu ve arxeoloqu Silvia Tomaskova bir cox avropalinin 1600 cu illerin ortalarina qeder ereb sozu olan seytan erebce شياطين terminini Ural daglarinin arxasinda yasayan xristian olmayan yerli xalqlarin tetbiqatlarina ve inanclarina aid etdiyini soyleyir O teklif edir ki saman sozu bu terminin tehrif olunmus formasi kimi muxtelif tunqus dialektlerine kecmis ola biler ve sonralar bu xalqlarin esrler boyunca yaxin temasda oldugu xristian missionerlerine tedqiqatcilara esgerlere ve mustemleke rehberlerine xeber deyilib Qadin saman bezen samanka adlanir Bu termin esl tunqus sozu deyil sadece saman sozune rus dilinde qadin cinsini bildiren ka sekilcisi artirmaqla duzelir Terifleri Xakas oldugu ehtimal olunan qadin saman Rusiya imperiyasi 1908 ci il 22 Samanizm termininin antropoloqlar terefinden qebul olunan vahid bir terifi yoxdur Ingilis tarixcisi qeyd edir ki 21 ci esrin evveline qeder bu terminin istifade olunan dord ayri terifi var Bunlardan birincisi ferqli suur halinda olarken ruh dunyasi ile elaqe quran sexs e istinad edir Ikinci terif bu termini basqalarinin isteyi ile ferqli suur halina kecib ruh dunyasi ile elaqe quran sexslere aid ederek onu mehdudlasdirir Ucuncu terif samanlarin basqalari terefinden isledilmeyen xususi bir texnikadan istifade etdiklerini iddia ederek onlari medium caduger hekim ruhi tebib ve ya peygember kimi taninan ruh dunyasi ile elaqe qurduqlari deyilen diger sexslerden ayirmaga calisir Hutton terefinden mueyyen edilen dorduncu terifine gore ise samanizm termininden istifade ederken Sibirin ve qonsuluqdaki erazilerin yerli dinlerine istinad edilir Ingilis dilinin Oksford lugetine esasen saman yaxsi ve pis ruhlarin dunyasina daxil olan ona tesir gosteren ritual zamani trans veziyyetine giren kehanet soyleyen ve sefa veren sexsdir Cox guman ki saman sozu Simali Asiyanin Tunqus dil ailesine aid olan evenki dilinden yaranib Etnolinqvist Juha Janhunenin dediyine gore bu soz Tunqus dil ailesinin butun lehcelerinde Negidal dili Even dili Udegey dili Oroci dili Nanay dili Orok dili Mancur dili ve Ulci dili gosterilir bele gorunur ki saman sozunun menasinin da Tunqus dillerinden gelmesini inkar eden hec bir ferziyye yoxdur ve ola bilsin ki onun kokleri en azi iki min il evvele dayanir Qerb bu terminle Rusiya quvvelerinin 1552 ci ilde samanist Qazan xanligini zebt etmesinden tanis oldu Evvelce qerb antropoloqlari dusunurdu ki samanizm termini turklerin ve monqollarin elece de qonsuluqda yasayan tunqus ve samodi dillerinde danisan xalqlarin qedim dinini menimseyenlere aid edilir Dunyadaki diger dini eneneleri musahide etdikden sonra ise bezi qerb antropoloqlari bu terminden cox genis menada istifade etmeye basladilar Termin Asiya Afrika ve Avstraliyanin diger bolgelerinde samanizme dexli olmayan etnik dinleri hetta Amerikanin samanizmle tamamile elaqesi olmayan hisselerindeki bir sira magik dini tetbiqatlari tesvir etmek ucun istifade edildi cunki onlarin bir birlerine oxsadigi dusunulurdu Termin bu medeniyyete yad olan insanlar terefinden sehven bir cox yerli spiritual tetbiqatlara aid edilse de saman ve samanizm sozleri yerli spiritualligin muxtelifliyini ve murekkebliyi tam sekilde ifade etmir Her bir milletin ve qebilenin ozunemexsus heyat terzi var ve oz dillerinde ferqli terminlerden istifade edirler Mirca Eliadi yazir Bu murekkeb fenomenin birinci ve en tehlukesiz terifi beledir samanizm dini ekstaz texnikasidir Samanizm samanlarin insan dunyasi ile ruh dunyalari arasindaki vasiteci ve ya elci oldugu dusuncesini ozunde ehtiva edir Samanlarin ruhu duzeltmekle xestelikleri mualice etdiyi deyilir Ruha tesir eden travmalarin yungullesdirilmesinin insanin bedeninin tarazligini ve butovluyunu berpa etdiyine inanilir Samanlar hem de cemiyyeti narahat eden problemleri hell etmek ucun fovqeltebii alemlere ve ya olculere girdiklerini yanlis yolda olan ruhlara istiqamet vermek ve xarici unsurlerin insan ruhunda yaratdigi xestelikleri yaxsilasdirmaq ucun basqa dunyalara daxil olduqlarini iddia edirler Samanlar baslica olaraq insan dunyasina tesir etdiyine inandiqlari spiritual dunyani idare edirler Balansin berpasinin xesteliyin aradan qalxmasi ile neticeleneceyi deyilir TarixiSamanizm dini tetbiqat sistemidir Tarixen o tez tez yerli ve qebile cemiyyetleri ile elaqelendirilir Bura diger dunyayla baglantisi olan samanlarin xesteleri yaxsilasdirmaq ruhlarla elaqe qurmaq ve olulerin ruhunu axiret dunyasina apara bilecek guce sahib oldugu inanci daxildir Asiyali ve qerbli ziyaretcilerin esrler boyu qeyd etdiklerine esasen samanizm Simali Asiyada Sibir koklu xalqlari ile xususile baglidir Bu evveller Avropa Asiya Tibet Afrikada Simali ve Cenubi Amerika genis tetbiq olunan bir ideologiyadir Bu tanrilarin seytanlarin ve ruhlarin ecdadlarinin dunyasi kimi fovqeltebii fenomene olan inam uzerinde qurulmusdur Mustemlekecilik ve imperializmin struktur tesirlerine baxmayaraq yerli xalqlarin enenevi menevi tecrubeleri tetbiq etmek qabiliyyetini mehdudlasdiran Yerli xalqlarin enenevi spiritual tetbiqatlarini mehdudlasdiran mustemlekecilik ve imperializmin struktural cetinlikler toretmesine baxmayaraq bir cox icma oz muqedderatini teyin etmek ve dinamik enenelerini berpa etmekle yeniden guclenir Koceri Tuvan kimi diger qruplar arasdirmalara gore bu qebilenin ehalisinden texminen 3000 nefer sag qalib tecrid olunduqlarina gore bu struktur cetinliklerin bezilerinin qarsisini ala bilibler Tuva Rusiyadaki en tecrid edilmis qebilelerden biridir Tecrid olunmus sekilde yasadiqlarina gore onlarda samanizm eneneleri bu gune qeder qorunub saxlanilmis ve diger dinlerin tesirine meruz qalmamisdir Inisiasiya ve oyrenmeSamanlar tez tez yuxular ve ya isareler vasitesile cagirildiqlarini iddia edirler Ancaq bezileri bu guclerin onlara miras qaldigini deyirler Enenevi cemiyyetlerde saman telimleri uzunluguna gore ferqlenir amma bu adeten iller teleb edir Torner ve hemkarlari samanist inisiasiya bohrani adlanan bir fenomenin adini cekirler Bu ozunde fiziki xestelik ve ya psixoloji bohrani ehtiva eden saman olmaga kecid merasimidir Saman cagirilan zaman bu xesteliklerin rolunun ehemiyyetli olmasi simal serqi Cinde Tunqus xalqlari arasinda sonuncu usta saman olan Cuonnasuanin tarixcesinde ozunu gosterir Yarali sefaci arxetipi samanlara da aiddir Bu proses genc samanlar ucun onemlidir Kecirdikleri xestelik onlari olumun astanasina getirir Bunun iki sebebe gore bas verdiyi deyilir Saman yeralti dunyadan kecir belece xeste olan sexs ve qebile ucun heyati ehemiyyetli melumatlari elde etmek ucun onun derinliklerine enir Saman xesteliyi anlamaq ucun ozu de xeste olmalidir Saman oz xesteliyine qalib gelirse butun ezab cekenleri sagaldacagina inanilir IstinadlarSingh Manvir The cultural evolution of shamanism Behavioral and Brain Sciences 41 2018 e66 1 61 doi 10 1017 S0140525X17001893 PMID 28679454 Gredig Florian Finding New Cosmologies Berlin Lit Verlag Dr W Hopf 2009 Kehoe Alice Beck Shamans and religion an anthropological exploration in critical thinking Prospect Heights Ill Waveland Press 2000 ISBN 978 1 57766 162 7 G Hobson The Rise of the White Shaman as a New Version of Cultural Imperialism in Hobson Gary ed The Remembered Earth Albuquerque NM Red Earth Press 1978 100 08 Belcourt Billy Ray Fatal Naming Rituals Hazlitt 2022 05 06 tarixinde Istifade tarixi 30 mart 2020 Kollmar Paulenz Karenina The Invention of Shamanism in 18th Century Mongolian Elite Discourse Rocznik Orientalistyczny LXV 1 2012 90 106