Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri — Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı, Dövlət gerbi, Dövlət himni və Dövlət möhürü.
Cümhuriyyət elan edildiyi gündən (1918, 28 may) dövlət rəmzlərinin yaradılmasına xüsusi diqqət verildi. Ən mühüm dövlət rəmzlərindən biri kimi Dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirildi. Daha sonra isə Dövlət gerbi, Dövlət möhürü və Dövlət himni də qəbul edildi.
Dövlət bayrağı
1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək onun müstəqilliyini bütün dünyaya bəyan etdi.
O zaman Bakı şəhəri bolşevik-daşnak qruplaşmasından ibarət olan Bakı Xalq Komissarları Soveti adlanan anti-azərbaycan xuntanın əlində olduğu üçün Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti və Milli Şurası 1918-ci il iyunun 16-da Gəncəyə köçdü.
Üçrəngli bayrağın təsdiq edilməsi haqqında qərar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının təsdiq edilməsi (21 iyun 1918-ci il) haqqında qərarların qəbul edilməsi ilə tarixi yaddaşımıza daxil olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi:
"Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".
Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəllifi Üzeyir Hacıbəyov yazırdı:
"Azərbaycan Respublikası sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb… Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışırdı. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir".
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il iyunun 21-də Dövlət bayrağı haqqında qərar qəbul etdi:
Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin. |
Həmin qərara əsasən qırmızı rəngli Dövlət bayrağı üzərində ağ rəngli aypara və səkkizgüşəli ulduz təsvir olunmuşdu. Bu bayraq cüzi fərqlə Osmanlı imperiyasının bayrağına bənzəyirdi və Osmanlı imperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Lakin
Daha sonra Azərbaycan bayrağının dəyişməsi sualı qaldırıldı. Yeni layihə üç ideyanı əks etdirməli idi: Türkçülük, İslamçılıq və Müasirlik. Qeyd olunmalıdır ki, ideyaların formalaşmasında filosof Cəmaləddin Əfqaninin təsiri olmuşdu. Əfqani "Milli birlik fəlsəfəsi və din əsl mahiyyəti" və "İslam birliyi" kitablarında, müsəlman xalqlarının tərəqqisi dini konsolidasiya şəraitində, milli birlik və Avropa hökumətçiliyinin mütərəqqi ənənələrini tədqiq etməsi nəticəsində mümkündür. 1914-cü ildə, Cəmaləddin Əfqani kimi Məhəmməd Əmin Rəsulzadə də islamiyyətin və müsəlmanlığın milliyyət deyil, "ümmətçilik" ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qeyd etmişdi.
1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin haqqında bayrağı qərar qəbul edildi:
Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı: Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin. |
Fətəli xan Xoyski öz nitqində ulduzun guşələrinin sayının 1918-ci ildə əski əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğunu bildirib. Bəzi iddialara görə, 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqilər və türkmənlər) ulduzun 8 guşəsində əks edilib. Digər fərziyyələr də var.
ABŞ veksilloloqu görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci ildə iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi "Füyuzat" (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi:
Türk qanlı, islam imanlı, avropa mədəniyyətli. |
7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan Məhəmməd Əmin Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi "türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini" (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng "Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur".
Üzeyir Hacıbəyov milli bayrağın rənglərin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı:
'Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu...Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır. |
Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi:
Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur. |
Cümhuriyyətin Dövlət bayrağı Aprel işğalı nəticəsində ləğv edilsə də, Azərbaycan xalqının istiqlal mübarizəsində böyük rol oynadı.
1988-ci ildə Milli Azadlıq Hərəkatı başlandıqda üçrəngli bayraq yenidən qaldırıldı. Bununla da Məhəmməd Əmin Rəsulzadənin uzaqgörənliklə dediyi "Bir kərə yüksələn bayraq bir daha enməz" əlamı özünü doğrultdu. Bu tarixi akt Azərbaycan SSR rəhbərliyinin də fəaliyyətinə ciddi təsir göstərdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən 1-ci sessiyasında Azərbaycan Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu, 1990-cı il noyabrın 29-da "Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsi haqqında" fərman verildi və 1991-ci il fevralın 5-də qanunvericilik orqanı tərəfindən təsdiq olundu. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə hazırlandı. Dövlət bayrağı haqqında məsələ Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmişdir. Konstitusiyanın 23-cü maddəsinin II bəndində göstərilir ki, "Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir".
Dövlət gerbi
Hər bir gerb müəyyən ölkənin, dövlətin, millətin, şəhərin özünəməxsus milli adət-ənənələrini, dini və mifik görüşlərini, həmçinin tarixi, siyasi-ideoloji və mədəni baxışlarını müxtəlif simvollar vasitəsilə başqalarına – digər xalqlara, millətlərə, dövlətlərə çatdırmağa, bəyan etməyə xidmət edir.
Dövlət gerbinin layihəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət bayrağı ilə birlikdə Dövlət gerbi, Dövlət möhürü və Dövlət himninin rəsmi qaydada qəbul edilməsi sahəsində müəyyən tədbirlər görülmüşdü. Dövlət gerbi və Dövlət möhürü haqqında ilk dəfə 1919-cu il martın 23-də müsabiqə elan olunmuşdu.
Dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası iki dəfə qərar qəbul etmişdir. Birinci qərara əsasən, 1919-cu ilin martın 23-də "Azərbaycan" qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Qərara əsasən, layihələr həmin il aprelin 20-sinə qədər təqdim olunmalı idi. Çox güman ki, müsabiqəyə təqdim olunmuş layihələr bəyənilməmiş və qəbul edilməmişdir. Buna görə də 1920-ci il yanvarın 30-da Hökumət hərbi ordenlər, milli himn, dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan etmək barədə yenidən qərar çıxarmışdı. Ordenlərin layihəsinə baxılması işi hərbi nazirliyə, himn, gerb və möhür layihələrinə baxılması isə xalq maarifi nazirliyinə tapşırılmışdı. Xalq maarifi nazirliyi bu məqsədlə "Azərbaycan" qəzetində dəfələrlə elan verərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat, ən yaxşı gerb və möhür layihələri üçün isə 25 min manat mükafat müəyyən olunmuşdur. Elanda bildirilirdi ki, müsabiqədə iştirak etmək istəyənlər həmin il mayın 1-nə qədər öz layihələrini məxfi zərflərdə xalq maarifi nazirliyinin dəftərxanasına təqdim etməlidirlər. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının gerbi və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında" yenidən qərar qəbul etdi. Qərarın birinci bəndində hərbi ordenlərin yaradılması üçün müsabiqə elan edilməsi Hərbi Nazirliyə, ikinci bəndində isə milli himnin, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi isə Xalq Maarif Nazirliyinə həvalə edilmişdi. Bu qərarı əsas tutan Xalq Maarif Nazirliyi 1920-ci ilin fevralın 19-da "Azərbaycan" qəzetində (19.02.1920, № 33) dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli himnin mətninin layihələrinin hazırlanması barədə müsabiqə elan etdi. Müsabiqədə ən yaxşı milli himnin mətni və musiqisi üçün 50 min rubl, gerb və möhürün ən yaxşı təsvirinə görə isə 25 min rubl mükafat təyin edilmişdi. Layihələr Xalq Maarif Nazirliyinə təqdim edilməli, Milli İstiqlalın ikinci ildönümünədək (28.05.1920) təsdiq edilməli idi. Lakin 1920-ci il aprelin 27-də Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı bu mühüm dövlət tədbirinin başa çatdırılmasına imkan vermədi.
Azərbaycan müstəqilliyini bərpa edəndən (1991, 18 oktyabr) sonra dövlət gerbi haqqında yeni müsabiqə elan olundu. Müsabiqə komissiyasına daxil olan eskizlər Azərbaycan Respublikasının Milli Məclisində geniş müzakirə edildi, lakin onlar qənaətbəxş hesab olunmadı. Buna görə də yuxarıda bəhs olunan gerb layihəsini bərpa etmək qərara alındı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsi rəssam Rafiq Məmmədov tərəfindən təkmilləşdirildi. 1993-cü il 19 yanvar tarixli konstitusiya qanunu ilə dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edildi.
Dövlət himni
Himnin dövlətçilik və istiqlal simvolu kimi mənşəyi türk xalqları, o cümlədən Azərbaycan dövlətçiliyi tarixində qədimdir. Türk mifoloji düşüncəsinə, dövlətçilik ənənəsinə görə, bayraq və təbil ("əsgəri musiqi" anlamında) dövlət və istiqlalın ən müqəddəs rəmzlərindən sayılırdı. Bugünkü anlamda himni əvəz edən tarixi təbil ("əsgəri musiqi") müəyyən günlərdə və yerlərdə yalnız hökmdarın icazəsi, qərarı ilə çalınırdı. Türk dünyasının ən uzunömürlü dövləti olmuş Osmanlı imperatorluğunda dövlətin əsgəri musiqisi əvvəllər "mehtərxaneyi-humayun" ("imperatorluğun, hökmdarın əsgəri musiqisi"), sonralar isə həmin imperatorluğun axırınadək (1923-cü ilədək) "musiqiyi-humayun" ("dövlət musiqisi") adlanırdı. Çox maraqlıdır ki, dövlət musiqisi – təbil çalınarkən hökmdar istisna olmaqla hamının onu ayaq üstə dinləməsi bir qanun idi. Bu ənənə Azərbaycan dövlətçiliyi tarixində də mövcud olmuşdur. Təkcə bunu demək kifayət edər ki, Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında dövlət musiqisini icra edən təbilçilər dəstəsinin 98 nəfər ən məşhur musiqiçidən təşkil edildiyini tarixi qaynaqlar da təsdiqləməkdədir.
Bu nümunələr göstərir ki, dövlətçiliyimizdə dövlət himninin – milli marşın – milli himnin mənşəyi və tarixi təkamülünün əsasını təşkil edən qədim və zəngin dövlətçilik ənənələrimiz olub və XX əsrin əvvəllərindən etibarən müasir anlamda, Avropa tipli himnin formalaşması prosesi məhz həmin ənənələr və ümumbəşəri dəyərlər əsasında baş verib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından xeyli əvvəl, yəni 1917-ci il dekabrın 17-də "Açıq söz" qəzetində Yusif Vəzir Çəmənzəminlinin çap etdirdiyi "Zəruri məsələlər" adlı yazısında Azərbaycan xalqını milli birliyə, Vətənin və millətin taleyi üçün mübarizəyə, qəhrəmanlığa səsləyən milli marşların yaradılması vəzifəsinin şairlərin, ilk növbədə bəstəkar Üzeyir Hacıbəyovun üzərinə düşdüyünü xüsusi vurğulayırdı.
Üzeyir Hacıbəyov 1917-ci ilin sonlarında sözlərini və musiqisini yazdığı "Milli marş" həmin il dekabrın 23-də orkestr tərəfindən ifa edilmişdi. "Milli marş" 1920-ci il 27 aprel çevrilişindən sonra bir daha səslənməmiş və not materialları itirilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti himninin sözləriVurulur meydanda sənc, dəf, Düzülür əsgərlər səfbəsəf!
Yürüyün şövqlə düşmənə tərəf, Biliniz Cəngizdir bizə sələf!
Giriniz meydana sanki şir, Əlinizdə şəmşir ilə şir, Dilinizdə olsun bu zikir,
Ya Allah, Ya Allah, Ya Allah, Hüvə-Kəbir!
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən digər dövlətçilik atributları ilə yanaşı, Dövlət himnimizin yaradılması sahəsində də müəyyən addımlar atılmış, qərarlar qəbul edilmişdi. Müstəqil Azərbaycan Respublikasının dövlət himninin layihəsi 1919–1920-ci illərdə hazırlanmışsa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməmişdir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Maarif Nazirliyinin təklifinə baxaraq 1920-ci il yanvarın 30-da Azərbaycan Respublikasının milli himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında qərar qəbul etmişdi. Bu məqsədlə müsabiqə elan edilməsi Xalq Maarif Nazirliyinə həvalə edilmişdi. Həmçinin hökumət qərarı ilə milli himnin yaradılması məqsədilə müsabiqə qalibinə 50 min rubl vəsait ayrılması nəzərdə tutulmuşdu. Bu qərarı əsas tutaraq 1920-ci il fevralın 19-da Xalq Maarif Nazirliyi "Azərbaycan" (rusca) qəzetində (19 fevral 1920-ci il, № 33) milli himn, dövlət gerbi və möhürünün hazırlanması üçün müsabiqə elan etmişdir. Bu atributların Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ikinci ildönümünədək – yəni 28 may 1920-ci ilədək qanunvericilik səviyyəsində qəbul edilməsi nəzərdə tutulurdu. Lakin təəssüf ki, 1920-ci ilin 27 aprel rus-bolşevik istilası nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi bu böyük milli ideyaların həyata keçirilməsinə imkan vermədi.
Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı"nın sözləri ilk dəfə 1919-cu ildə "Vətən marşı" adı ilə hökumət mətbəəsində "Milli nəğmələr" kitabında çap olunmuş, musiqisi isə ondan sonra bəstələnmişdir. Himin sözlərinin Cəmo Cəbrayılbəyliyə aid olduğu da bildirilir.
"Azərbaycan marşı" 1989-cu ildə tanınmış bəstəkar Aydın Əzimov tərəfindən böyük xor və simfonik orkestr üçün aranjeman edilərək lentə yazılmış, həmin ilin payızında 70 illik fasilədən sonra ilk dəfə olaraq Azərbaycan xalqı qarşısında, eləcə də dövlət televiziyası və radiosunda səsləndirilmişdir.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa olunduqdan sonra Üzeyir bəy Hacıbəylinin Xalq Cümhuriyyəti illərində yazdığı "Azərbaycan marşı" Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli qanunu ilə dövlət himni kimi təsdiq olunmuşdur.
Dövlət möhürü
Cümhuriyyət Hökuməti 1919 il martın 23-də Azərbaycan Xalq Cümhuriyyətinin dövlət möhürünün layihəsini hazırlamaq üçün müsabiqə elan olunması barədə qərar qəbul etdi. Qərara əsasən, layihələr həmin il aprelin 20-nə qədər Poçt və Teleqraf nazirliyinə təqdim edilməli idi.
Lakin həmin müsabiqənin nəticələri barədə hələlik məlumat aşkar edilməmişdir. İkinci dəfə isə Cümhuriyyət Hökuməti 1920-ci il yanvarın 30-da Dövlət himni və gerbi ilə yanaşı, Dövlət möhürünün də layihəsini hazırlamaq barədə qərar qəbul etdi. Qərara əsasən, bu məsələ ilə bağlı müsabiqə elan olunması xalq maarifi nazirinə həvalə olundu. Xalq maarifi nazirliyi müsabiqə barədə qəzetlərdə verdiyi elanlarda Dövlət himni, gerbi və möhürü üçün müsabiqəyə təqdim olunacaq layihələrin həmin il mayın 1-nə qədər məxfi zərflərdə xalq maarifi nazirliyinin dəftərxanasına göndərilməsini xahiş edirdi. Müsabiqənin nəticələri Azərbaycan İstiqlalının ikinci ildönümünə, yəni 1920 il mayın 28-nə qədər elan olunmalı idi. 1920-ci il aprelin 27-də Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı müsabiqənin başa çatmasına imkan vermədi.
Kağız pullar
Hökumət 1919-cu ilin əvvəllərindən dövlətin ən mühüm sayılan kağız pullar buraxmağa başladı. 1919-cu il ərzində 25, 50, 100, 250 manatlıq kağız pullar buraxıldı. 1920-ci ilin əvvəllərində dövriyyəyə daxil olmuş ən iri nominalın – 500 manatlıq əsginasın üzərində Azərbaycan Xalq Cümhuriyyətinin və nominalın adı Azərbaycan, rus və fransız dillərində verilmişdi. 1919–1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rublla göstərilirdi. Bundan əsas məqsəd uzun illər boyu Rusiya kağız pullarına öyrəşmiş əhalidə yeni milli pula tədricən inam yaratmaq idi. Azərbaycan Xalq Cümhuriyyətinin bu sahədə siyasətinin mahiyyəti milli valyutanı – manatı beynəlxalq miqyasda tanıtmaqla bağlı idi. 500 manatlıq əsginasın üzərində Cümhuriyyətin və nominalın adlarının fransızca verilməsi də bununla əlaqədar olmuşdur.
İstiqrazlar
1919-cu il avqustun 20-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin icazəsi ilə Bakı bələdiyyə idarəsi tərəfindən hər biri 500 manat olmaqla, 100 min ədəd nəzərdə tutulan faizsiz və hərəsi 50 bilet olmaqla, 2 min seriyaya bölünmüş 550 milyon manatlıq uduşlu istiqrazlar da buraxıldı.
Müsabiqə
Cümhuriyyətin hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun əmri ilə Cümhuriyyətin ilk ordeninin – "" ordeninin layihəsi ilə əlaqədar müsabiqə elan edilmişdi. Müsabiqənin şərtlərinə əsasən, ordenin layihəsini iki variantda – hərbi xidmətə və mülki xidmətə görə hazırlamaq nəzərdə tutulmuşdu. Müsabiqəyə 100-ə yaxın layihə təqdim olunmuşdu. Həmin layihənlərdən bir neçəsi Fətəli xan Xoyskinin arxivindən tapılmışdır. Görünür, onlar müsabiqəyə təqdim olunduqdan sonra seçilib saxlanmışdılar.
Poçt markaları
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti müstəqil poçt markaları da buraxmışdır. Poçt və teleqraf nazirliyi Hökumətin tapşırığı ilə 1919-cu ilin iyununda ilki poçt markalarının hazırlanmasına başlamışdı. Markaların layihələrini hazırlamaq poçt və teleqraf nazirliyinin xüsusi tapşırıqlar üzrə məmuru, rəssam Zeynal Əlizadəyə həvalə olunmuşdu. 1919-cu il oktyabrın 20-də milli poçt markaları buraxıldı. Şərq naxışları və müxtəlif rəmzlərlə (əlində Azərbaycan bayrağı tutmuş əsgər, oraq tutmuş kəndli, Suraxanı Atəşgahı, İçərişəhərdən görünüş, Şirvanşahlar Saray Kompleksi və s.) bəzədilmiş 10, 20, 40, 60 qəpiklik, 1, 2, 5, 10, 25, hətta 50 manatlıq markalar buraxılmışdı. Bütün markaların üzərində Azərbaycan və fransız dillərində "Azərbaycan Cümhuriyyəti" sözləri yazılmışdı. Markaların hazırlanmasında və buraxılmasında poçt və teleqraf naziri Camo bəy Hacınskinin mühüm əməyi olmuşdur. Milli markaların dövriyyəyə buraxılması ilə əlaqədar "Azərbaycan" qəzetinin 1919-cu il 11, 12 və 13 oktyabr tarixli saylarında hökumət məlumatları dərc olunmuşdu.
Ədəbiyyat
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. 440 səh.
- Azərbaycan Respublikasının Konstitusiyası, B., 2002;
- Azərbaycan tarixi, 7 cilddə, c.5, Bakı, 2001;
- Azərbaycanda dövlətçilik və onun rəmzləri (tərtibçisi və mətnin müəllifı Nailə Vəlixanlı), Bakı, 2000;
- Əliyev İ., Məhərrəmov E., Azərbaycan Respublikasının Dövlət rəmzləri, Bakı, 2000;
- Mərdanov Misir, Quliyev Əsgər, Azərbaycan Respublikasının dövlət rəmzləri, Bakı, 2001;
- Rəsulzadə M.Ə., Azərbaycan Cümhuriyyəti, Bakı, 1990;
- Азербайджанская Демократическая Республика (1918–1920). Законодательные акты (сборник документов), Баку, 1998.
Həmçinin bax
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 169. ISBN .
- "Azərbaycan Xalq Cümhuriyyəti - Bayraq". Preslib (az.). 2017-04-29 tarixində . İstifadə tarixi: 10 iyul 2016.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
- "Azərbaycan Xalq Cümhuriyyəti. Bayraq. preslib.az". 2017-04-29 tarixində . İstifadə tarixi: 2018-05-22.
- "ÜÇRƏNGLİ BAYRAĞIMIZIN MƏNASI". musavat.com. 5 May 2018 tarixində . İstifadə tarixi: 13 November 2015.
- Mustafayeva, Sabire. "BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ…". www.regionplus.az. 9 October 2017 tarixində . İstifadə tarixi: 13 November 2015.
- ""Azərbaycan Xalq Cümhuriyyəti" saytı". 2017-04-29 tarixində . İstifadə tarixi: 2018-05-22.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I–II cildlər. Bakı, 2005.
- Alakbarov, Faig. "Azərbaycan türkçülüyü ideyası - VI". modern.az. 20 November 2015 tarixində . İstifadə tarixi: 14 November 2015.
- . www.anspress.com. 16 November 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 November 2015.
- Encyclopædia Britannica Online, s. v. "flag of Azerbaijan", accessed April 23, 2016, http://www.britannica.com/topic/flag-of-Azerbaijan 2016-10-11 at the Wayback Machine.Orijinal mətn (ing.)
The star points were said to stand for eight traditional Turkic peoples—the Azerbaijanis (Azeris), Ottomans, Jagatais, Tatars, Kazakhs, Kipchaks, Seljuqs (Seljuks), and Turkmen.
- (http://files.preslib.az/projects/remz/pdf/remz_bayraq.pdf 2022-07-13 at the Wayback Machine) Bayraq. preslib.az.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 171. ISBN .
- "Azərbaycan Xalq Cümhuriyyəti" (az.). axc.preslib.az. 2019-05-29 tarixində . İstifadə tarixi: 8 iyun 2021.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 172. ISBN .
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 335. ISBN .
- "Yaranma tarixi" (az.). azerbaijans.com. 2022-01-05 tarixində . İstifadə tarixi: 8 iyun 2021.
- "Azərbaycan Xalq Cümhuriyyəti. Himn. preslib.az". 2018-05-12 tarixində . İstifadə tarixi: 2018-05-22.
- "Azərbaycan Xalq Cümhuriyyətinin himn. [[Youtube]] saytında". 2021-06-10 tarixində . İstifadə tarixi: 2018-05-22.
- "Azərbaycan Respublikası Dövlət himninin yaranma tarixi" (az.). azerbaijans.com. 2022-03-31 tarixində . İstifadə tarixi: 8 iyun 2021.
- CƏBRAYILBƏYLİ Cəmo Adil oğlu // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 303. ISBN .
- Məmmədli, Nərmin. "Himn qalmaqalı". modern.az (az.). 2024-06-02 tarixində . İstifadə tarixi: 2024-06-02.
- Nigar İxtiyarqızı. "Heydər Əliyev himn söhbətinə bu cür nöqtə qoymuşdu". Axar.Az (az.). 2018-11-06. 2024-06-02 tarixində . İstifadə tarixi: 2024-06-02.
- "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" (PDF) (az.). ebooks.az. 2022-03-28 tarixində (PDF). İstifadə tarixi: 8 iyun 2021.
Xarici keçidlər
«» |
---|
- Azərbaycan Xalq Cümhuriyyəti preslib.az saytında
- "Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik? aztehsil.az saytında
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan Xalq Cumhuriyyetinin dovlet remzleri Azerbaycan Xalq Cumhuriyyetinin Dovlet bayragi Dovlet gerbi Dovlet himni ve Dovlet mohuru Cumhuriyyet elan edildiyi gunden 1918 28 may dovlet remzlerinin yaradilmasina xususi diqqet verildi En muhum dovlet remzlerinden biri kimi Dovlet bayraginin qebul edilmesi daha tez heyata kecirildi Daha sonra ise Dovlet gerbi Dovlet mohuru ve Dovlet himni de qebul edildi Dovlet bayragiEsas meqale Azerbaycan bayragiAzerbaycan Xalq Cumhuriyyetinin ilk dovlet bayragi Gence 1918 21 iyun 1918 ci il mayin 28 de Azerbaycanin Milli Surasi Tiflisde Azerbaycanin Istiqlal Beyannamesini qebul ederek onun musteqilliyini butun dunyaya beyan etdi O zaman Baki seheri bolsevik dasnak qruplasmasindan ibaret olan Baki Xalq Komissarlari Soveti adlanan anti azerbaycan xuntanin elinde oldugu ucun Azerbaycan Xalq Cumhuriyyetinin ilk Milli Hokumeti ve Milli Surasi 1918 ci il iyunun 16 da Genceye kocdu Ucrengli bayragin tesdiq edilmesi haqqinda qerar Azerbaycanin musteqilliyi ve azadligi ugrunda cox cetin seraitde mubarizeye baslayan muveqqeti milli hokumetin fealiyyetinin Gence dovrunun ilk gunleri milli dovletciliyimiz ucun cox ehemiyyetli bir sira qerarlarin o cumleden Azerbaycan Xalq Cumhuriyyetinin dovlet bayraginin tesdiq edilmesi 21 iyun 1918 ci il haqqinda qerarlarin qebul edilmesi ile tarixi yaddasimiza daxil olmusdur Azerbaycan Xalq Cumhuriyyetinin Reyaset Heyetinin sedri Mehemmed Emin Resulzade 1918 ci ilde Azerbaycan parlamentinin yigincaginda demisdi Bizim qaldirdigimiz bayragin uc rengi turk milli medeniyyetinin muselman sivilizasiyasinin ve muasir Avropa demokratik esaslarinin simvoludur Azerbaycan Respublikasinin resmi dovlet himninin muellifi Uzeyir Hacibeyov yazirdi Azerbaycan Respublikasi saglam milli ozul uzerinde ve turk dusuncesi ile yaradilib Eyni zamanda Azerbaycan yeni cemiyyet formalasdirmaga Avropa dusuncesi ile hereket etmeye calisirdi Bayragimizdaki uc reng bu elementleri ozunde eks etdirir Azerbaycan Xalq Cumhuriyyeti Hokumeti 1918 ci il iyunun 21 de Dovlet bayragi haqqinda qerar qebul etdi Ustunde qirmizi fonda ag sekkizguseli ulduz ve aypara tesviri olan qumas Azerbaycanin bayragi kimi tesdiq edilsin Hemin qerara esasen qirmizi rengli Dovlet bayragi uzerinde ag rengli aypara ve sekkizguseli ulduz tesvir olunmusdu Bu bayraq cuzi ferqle Osmanli imperiyasinin bayragina benzeyirdi ve Osmanli imperatorlugunun XVIII esrin sonundan XIX esrin 50 ci illerinedek movcud olmus uzerinde ag rengli aypara ve sekkizguseli ulduz tesviri olan qirmizi rengli dovlet bayragi idi LakinAzerbaycan Xalq Cumhuriyyeti hokumetinin 9 noyabr 1918 ci il iclasindaki protokoldan bayraq haqqinda sened Daha sonra Azerbaycan bayraginin deyismesi suali qaldirildi Yeni layihe uc ideyani eks etdirmeli idi Turkculuk Islamciliq ve Muasirlik Qeyd olunmalidir ki ideyalarin formalasmasinda filosof Cemaleddin Efqaninin tesiri olmusdu Efqani Milli birlik felsefesi ve din esl mahiyyeti ve Islam birliyi kitablarinda muselman xalqlarinin tereqqisi dini konsolidasiya seraitinde milli birlik ve Avropa hokumetciliyinin mutereqqi enenelerini tedqiq etmesi neticesinde mumkundur 1914 cu ilde Cemaleddin Efqani kimi Mehemmed Emin Resulzade de islamiyyetin ve muselmanligin milliyyet deyil ummetcilik ifade etdiyini milliyyetin ise din uzerinde deyil dil ve medeniyyet birliyi uzerinde quruldugunu ve bu milli diriliyin temelini teskil eden milli medeniyyetin unsurlerini izah ederek milli herekatin ictimai felsefesini qeyd etmisdi 1918 ci ilin noyabrin 9 da Feteli xan Xoyskinin hesabati esasinda Azerbaycan Xalq Cumhuriyyetinin haqqinda bayragi qerar qebul edildi Azerbaycan Xalq Cumhuriyyetininucrengli dovlet bayragi Baki 1918 9 noyabrMilli bayraq haqqinda Azerbaycan hokumeti qerarlari defterinden 9 noyabr 1918 ci il tarixli cixarisi Esidildi Nazirler Surasi sedrinin Milli bayraq haqqinda meruzesi Qerara alindi Yasil qirmizi ve mavi renglerden ag aypara ve sekkizbucaq ulduzdan ibaret olan bayraq Milli bayraq hesab edilsin Feteli xan Xoyski oz nitqinde ulduzun guselerinin sayinin 1918 ci ilde eski elifba ile yazilan Azerbaycan sozune isare oldugunu bildirib Bezi iddialara gore 8 oguz tayfasinin birlesmesi azerbaycanlilar osmanlilar cagataylar tatarlar qazaxlar qipcaqlar selcuqiler ve turkmenler ulduzun 8 gusesinde eks edilib Diger ferziyyeler de var 1919 cu ilde AXC hokumetinin poct markasi Eli bey Huseynzade ABS veksilloloqu gore bayragin muellifi Eli bey Huseynzade idi 1907 ci ilde iyul ayinin 10 da Bakida Huseynzadenin nesr etdiyi Fuyuzat bolluq bereket menasindadir jurnalindaki bir meqalesinde Turk hissiyyatli islam etiqadli fireng qafali kimi ilk defe teqdim etdiyi bu fikri sonradan mutefekkir Ziya Goyalp bele ifade etmisdi Turk qanli islam imanli avropa medeniyyetli 7 dekabr 1918 ci ilde Serqde ve Turk Islam dunyasinda ilk demokratik dunyevi dovlet olan Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin acilisi zamani olmus Azerbaycan bayragi Parlament binasi uzerinde qaldirilmisdir Azerbaycan Xalq Cumhuriyyetinin ilk Parlamentini acan Mehemmed Emin Resulzade musteqil Azerbaycani temsil eden milli bayragimizdaki uc rengi turk hurriyyeti islam medeniyyeti ve muasir Avropa iqtidari ehraranesini demokratiyasini ifade etdiyini xususi olaraq qeyd edirdi O basqa bir cixisinda ise deyirdi ki Azerbaycanin Dovlet bayragindaki bu uc reng Turk milli medeniyyetinin muasir Avropa demokratiyasinin ve islam sivilizasiyasinin simvoludur Uzeyir Hacibeyov milli bayragin renglerin ifade etdiyi mena ve funksiyadan danisaraq yazirdi Azerbaycan Respublikasi o zaman butun Serqde ve Avropada en demokratik parlament modeline malik idi ve saglam bir milliyyet fikri ve turkluk suuru uzerinde qurulmusdu Eyni zamanda Azerbaycan cagdas bir cemiyyet qurmaga Avropa zehniyyeti ile calismaga ezm etmisdir Bayragimizin uc rengi bu umdenin timsalidir Uzeyir Hacibeyov Azerbaycan Xalq Cumhuriyyetinin bir illiyine hesr olunmus Bir yas adli meqalesinde milli bayraqdaki renglerin menasina toxunaraq deyirdi Mavi rengi turkluye yasil rengi islamliga ve al rengi medeniyyete isare olan bayragimizin menayi meneviyyesi de budur Cumhuriyyetin Dovlet bayragi Aprel isgali neticesinde legv edilse de Azerbaycan xalqinin istiqlal mubarizesinde boyuk rol oynadi 1988 ci ilde Milli Azadliq Herekati baslandiqda ucrengli bayraq yeniden qaldirildi Bununla da Mehemmed Emin Resulzadenin uzaqgorenlikle dediyi Bir kere yukselen bayraq bir daha enmez elami ozunu dogrultdu Bu tarixi akt Azerbaycan SSR rehberliyinin de fealiyyetine ciddi tesir gosterdi 1990 ci il noyabrin 17 de Naxcivan Muxtar Respublikasi Ali Meclisinin Heyder Eliyevin sedrliyi ile kecen 1 ci sessiyasinda Azerbaycan Cumhuriyyetinin ucrengli Dovlet bayragi Naxcivan Muxtar Respublikasinin dovlet bayragi kimi qebul olundu 1990 ci il noyabrin 29 da Azerbaycan SSR in adinin ve dovlet bayraginin deyisdirilmesi haqqinda ferman verildi ve 1991 ci il fevralin 5 de qanunvericilik orqani terefinden tesdiq olundu Azerbaycan Respublikasinin Dovlet bayragi haqqinda esasname hazirlandi Dovlet bayragi haqqinda mesele Azerbaycan Respublikasi Konstitusiyasinda tesbit edilmisdir Konstitusiyanin 23 cu maddesinin II bendinde gosterilir ki Azerbaycan Respublikasinin Dovlet bayragi beraber enli uc ufuqi zolaqdan ibaretdir Yuxari zolaq mavi orta zolaq qirmizi asagi zolaq yasil rengdedir ve qirmizi zolagin ortasinda bayragin her iki uzunde ag rengli aypara ve sekkizguseli ulduz tesvir edilmisdir Bayragin eninin uzunluguna nisbeti 1 2 dir Dovlet gerbiEsas meqale Azerbaycan gerbiAzerbaycan gerbi Istanbul Alaeddin metbeesi Her bir gerb mueyyen olkenin dovletin milletin seherin ozunemexsus milli adet enenelerini dini ve mifik goruslerini hemcinin tarixi siyasi ideoloji ve medeni baxislarini muxtelif simvollar vasitesile basqalarina diger xalqlara milletlere dovletlere catdirmaga beyan etmeye xidmet edir Dovlet gerbinin layihesi Azerbaycan Xalq Cumhuriyyeti dovrunde hazirlansa da o illerde onun qanunvericilik seviyyesinde tesdiqi ve qebul edilmesi mumkun olmamisdi Azerbaycan Xalq Cumhuriyyeti dovrunde Dovlet bayragi ile birlikde Dovlet gerbi Dovlet mohuru ve Dovlet himninin resmi qaydada qebul edilmesi sahesinde mueyyen tedbirler gorulmusdu Dovlet gerbi ve Dovlet mohuru haqqinda ilk defe 1919 cu il martin 23 de musabiqe elan olunmusdu Dovlet gerbinin ve mohurunun tesvirinin hazirlanmasi ile bagli musabiqe elan edilmesi haqqinda Azerbaycan Xalq Cumhuriyyeti Nazirler Surasi iki defe qerar qebul etmisdir Birinci qerara esasen 1919 cu ilin martin 23 de Azerbaycan qezetinde Azerbaycan Xalq Cumhuriyyetinin dovlet gerbi ve mohuru layihelerinin hazirlanmasi ucun musabiqe elan edilmisdi Qerara esasen layiheler hemin il aprelin 20 sine qeder teqdim olunmali idi Cox guman ki musabiqeye teqdim olunmus layiheler beyenilmemis ve qebul edilmemisdir Buna gore de 1920 ci il yanvarin 30 da Hokumet herbi ordenler milli himn dovlet gerbi ve mohuru layihelerinin hazirlanmasi ucun musabiqe elan etmek barede yeniden qerar cixarmisdi Ordenlerin layihesine baxilmasi isi herbi nazirliye himn gerb ve mohur layihelerine baxilmasi ise xalq maarifi nazirliyine tapsirilmisdi Xalq maarifi nazirliyi bu meqsedle Azerbaycan qezetinde defelerle elan vererek bildirmisdi ki teqdim edilecek en yaxsi dovlet himni layihesine gore 50 min manat en yaxsi gerb ve mohur layiheleri ucun ise 25 min manat mukafat mueyyen olunmusdur Elanda bildirilirdi ki musabiqede istirak etmek isteyenler hemin il mayin 1 ne qeder oz layihelerini mexfi zerflerde xalq maarifi nazirliyinin defterxanasina teqdim etmelidirler Azerbaycan Xalq Cumhuriyyeti Nazirler Surasi 1920 ci il yanvarin 30 da Azerbaycan Respublikasinin gerbi ve mohurunun milli himninin ve herbi ordenlerinin layihelerinin hazirlanmasi haqqinda yeniden qerar qebul etdi Qerarin birinci bendinde herbi ordenlerin yaradilmasi ucun musabiqe elan edilmesi Herbi Nazirliye ikinci bendinde ise milli himnin dovlet gerbi ve mohurunun layihelerinin hazirlanmasi ile bagli musabiqe kecirilmesi ise Xalq Maarif Nazirliyine hevale edilmisdi Bu qerari esas tutan Xalq Maarif Nazirliyi 1920 ci ilin fevralin 19 da Azerbaycan qezetinde 19 02 1920 33 dovlet gerbi ve mohurunun tesvirinin elece de milli himnin metninin layihelerinin hazirlanmasi barede musabiqe elan etdi Musabiqede en yaxsi milli himnin metni ve musiqisi ucun 50 min rubl gerb ve mohurun en yaxsi tesvirine gore ise 25 min rubl mukafat teyin edilmisdi Layiheler Xalq Maarif Nazirliyine teqdim edilmeli Milli Istiqlalin ikinci ildonumunedek 28 05 1920 tesdiq edilmeli idi Lakin 1920 ci il aprelin 27 de Azerbaycanin Sovet Rusiyasi terefinden isgali bu muhum dovlet tedbirinin basa catdirilmasina imkan vermedi Azerbaycan musteqilliyini berpa edenden 1991 18 oktyabr sonra dovlet gerbi haqqinda yeni musabiqe elan olundu Musabiqe komissiyasina daxil olan eskizler Azerbaycan Respublikasinin Milli Meclisinde genis muzakire edildi lakin onlar qenaetbexs hesab olunmadi Buna gore de yuxarida behs olunan gerb layihesini berpa etmek qerara alindi Azerbaycan Xalq Cumhuriyyeti dovrunde hazirlanmis gerb layihesi ressam Rafiq Memmedov terefinden tekmillesdirildi 1993 cu il 19 yanvar tarixli konstitusiya qanunu ile dovlet gerbinin rengli ve ag qara tesviri tesdiq edildi Dovlet himniEsas meqale Azerbaycan himniAzerbaycan Xalq Cumhuriyyeti himninin sozleri Himnin dovletcilik ve istiqlal simvolu kimi menseyi turk xalqlari o cumleden Azerbaycan dovletciliyi tarixinde qedimdir Turk mifoloji dusuncesine dovletcilik enenesine gore bayraq ve tebil esgeri musiqi anlaminda dovlet ve istiqlalin en muqeddes remzlerinden sayilirdi Bugunku anlamda himni evez eden tarixi tebil esgeri musiqi mueyyen gunlerde ve yerlerde yalniz hokmdarin icazesi qerari ile calinirdi Turk dunyasinin en uzunomurlu dovleti olmus Osmanli imperatorlugunda dovletin esgeri musiqisi evveller mehterxaneyi humayun imperatorlugun hokmdarin esgeri musiqisi sonralar ise hemin imperatorlugun axirinadek 1923 cu iledek musiqiyi humayun dovlet musiqisi adlanirdi Cox maraqlidir ki dovlet musiqisi tebil calinarken hokmdar istisna olmaqla haminin onu ayaq uste dinlemesi bir qanun idi Bu enene Azerbaycan dovletciliyi tarixinde de movcud olmusdur Tekce bunu demek kifayet eder ki Azerbaycan Agqoyunlu hokmdari Uzun Hesenin sarayinda dovlet musiqisini icra eden tebilciler destesinin 98 nefer en meshur musiqiciden teskil edildiyini tarixi qaynaqlar da tesdiqlemekdedir Bu numuneler gosterir ki dovletciliyimizde dovlet himninin milli marsin milli himnin menseyi ve tarixi tekamulunun esasini teskil eden qedim ve zengin dovletcilik enenelerimiz olub ve XX esrin evvellerinden etibaren muasir anlamda Avropa tipli himnin formalasmasi prosesi mehz hemin eneneler ve umumbeseri deyerler esasinda bas verib Azerbaycan Xalq Cumhuriyyetinin yaranmasindan xeyli evvel yeni 1917 ci il dekabrin 17 de Aciq soz qezetinde Yusif Vezir Cemenzeminlinin cap etdirdiyi Zeruri meseleler adli yazisinda Azerbaycan xalqini milli birliye Vetenin ve milletin taleyi ucun mubarizeye qehremanliga sesleyen milli marslarin yaradilmasi vezifesinin sairlerin ilk novbede bestekar Uzeyir Hacibeyovun uzerine dusduyunu xususi vurgulayirdi Uzeyir Hacibeyov 1917 ci ilin sonlarinda sozlerini ve musiqisini yazdigi Milli mars hemin il dekabrin 23 de orkestr terefinden ifa edilmisdi Milli mars 1920 ci il 27 aprel cevrilisinden sonra bir daha seslenmemis ve not materiallari itirilmisdi Azerbaycan Xalq Cumhuriyyeti himninin sozleri Vurulur meydanda senc def Duzulur esgerler sefbesef Yuruyun sovqle dusmene teref Biliniz Cengizdir bize selef Giriniz meydana sanki sir Elinizde semsir ile sir Dilinizde olsun bu zikir Ya Allah Ya Allah Ya Allah Huve Kebir Uzeyir Hacibeyov Azerbaycan Xalq Cumhuriyyeti hokumeti terefinden diger dovletcilik atributlari ile yanasi Dovlet himnimizin yaradilmasi sahesinde de mueyyen addimlar atilmis qerarlar qebul edilmisdi Musteqil Azerbaycan Respublikasinin dovlet himninin layihesi 1919 1920 ci illerde hazirlanmissa da o dovrun tarixi siyasi hadiseleri onun qanunvericilik seviyyesinde qebuluna imkan vermemisdir Bele ki Azerbaycan Xalq Cumhuriyyetinin Nazirler Surasi Maarif Nazirliyinin teklifine baxaraq 1920 ci il yanvarin 30 da Azerbaycan Respublikasinin milli himni dovlet gerbi ve mohuru herbi ordenlerinin layihelerinin hazirlanmasi haqqinda qerar qebul etmisdi Bu meqsedle musabiqe elan edilmesi Xalq Maarif Nazirliyine hevale edilmisdi Hemcinin hokumet qerari ile milli himnin yaradilmasi meqsedile musabiqe qalibine 50 min rubl vesait ayrilmasi nezerde tutulmusdu Bu qerari esas tutaraq 1920 ci il fevralin 19 da Xalq Maarif Nazirliyi Azerbaycan rusca qezetinde 19 fevral 1920 ci il 33 milli himn dovlet gerbi ve mohurunun hazirlanmasi ucun musabiqe elan etmisdir Bu atributlarin Azerbaycan Xalq Cumhuriyyetinin yaranmasinin ikinci ildonumunedek yeni 28 may 1920 ci iledek qanunvericilik seviyyesinde qebul edilmesi nezerde tutulurdu Lakin teessuf ki 1920 ci ilin 27 aprel rus bolsevik istilasi neticesinde Azerbaycan Xalq Cumhuriyyetinin devrilmesi bu boyuk milli ideyalarin heyata kecirilmesine imkan vermedi Uzeyir Hacibeyov ve sair Ehmed Cavad terefinden tertib edilmis Azerbaycan marsi nin sozleri ilk defe 1919 cu ilde Veten marsi adi ile hokumet metbeesinde Milli negmeler kitabinda cap olunmus musiqisi ise ondan sonra bestelenmisdir Himin sozlerinin Cemo Cebrayilbeyliye aid oldugu da bildirilir Azerbaycan marsi 1989 cu ilde taninmis bestekar Aydin Ezimov terefinden boyuk xor ve simfonik orkestr ucun aranjeman edilerek lente yazilmis hemin ilin payizinda 70 illik fasileden sonra ilk defe olaraq Azerbaycan xalqi qarsisinda elece de dovlet televiziyasi ve radiosunda seslendirilmisdir 1991 ci ilde Azerbaycanin dovlet musteqilliyi yeniden berpa olunduqdan sonra Uzeyir bey Hacibeylinin Xalq Cumhuriyyeti illerinde yazdigi Azerbaycan marsi Azerbaycan Respublikasinin 1992 ci il 27 may tarixli qanunu ile dovlet himni kimi tesdiq olunmusdur Dovlet mohuruEsas meqale Dovlet mohuru AXC Cumhuriyyet Hokumeti 1919 il martin 23 de Azerbaycan Xalq Cumhuriyyetinin dovlet mohurunun layihesini hazirlamaq ucun musabiqe elan olunmasi barede qerar qebul etdi Qerara esasen layiheler hemin il aprelin 20 ne qeder Poct ve Teleqraf nazirliyine teqdim edilmeli idi Lakin hemin musabiqenin neticeleri barede helelik melumat askar edilmemisdir Ikinci defe ise Cumhuriyyet Hokumeti 1920 ci il yanvarin 30 da Dovlet himni ve gerbi ile yanasi Dovlet mohurunun de layihesini hazirlamaq barede qerar qebul etdi Qerara esasen bu mesele ile bagli musabiqe elan olunmasi xalq maarifi nazirine hevale olundu Xalq maarifi nazirliyi musabiqe barede qezetlerde verdiyi elanlarda Dovlet himni gerbi ve mohuru ucun musabiqeye teqdim olunacaq layihelerin hemin il mayin 1 ne qeder mexfi zerflerde xalq maarifi nazirliyinin defterxanasina gonderilmesini xahis edirdi Musabiqenin neticeleri Azerbaycan Istiqlalinin ikinci ildonumune yeni 1920 il mayin 28 ne qeder elan olunmali idi 1920 ci il aprelin 27 de Azerbaycanin Sovet Rusiyasi terefinden isgali musabiqenin basa catmasina imkan vermedi Kagiz pullarHokumet 1919 cu ilin evvellerinden dovletin en muhum sayilan kagiz pullar buraxmaga basladi 1919 cu il erzinde 25 50 100 250 manatliq kagiz pullar buraxildi 1920 ci ilin evvellerinde dovriyyeye daxil olmus en iri nominalin 500 manatliq esginasin uzerinde Azerbaycan Xalq Cumhuriyyetinin ve nominalin adi Azerbaycan rus ve fransiz dillerinde verilmisdi 1919 1920 ci illerde buraxilmis pul vahidlerinin adlari Azerbaycan dilinde manatla rus dilinde ise rublla gosterilirdi Bundan esas meqsed uzun iller boyu Rusiya kagiz pullarina oyresmis ehalide yeni milli pula tedricen inam yaratmaq idi Azerbaycan Xalq Cumhuriyyetinin bu sahede siyasetinin mahiyyeti milli valyutani manati beynelxalq miqyasda tanitmaqla bagli idi 500 manatliq esginasin uzerinde Cumhuriyyetin ve nominalin adlarinin fransizca verilmesi de bununla elaqedar olmusdur Istiqrazlar1919 cu il avqustun 20 de Azerbaycan Xalq Cumhuriyyeti Hokumetinin icazesi ile Baki belediyye idaresi terefinden her biri 500 manat olmaqla 100 min eded nezerde tutulan faizsiz ve heresi 50 bilet olmaqla 2 min seriyaya bolunmus 550 milyon manatliq uduslu istiqrazlar da buraxildi MusabiqeSemed bey Mehmandarov Cumhuriyyetin herbi naziri tam artilleriya generali Semed bey Mehmandarovun emri ile Cumhuriyyetin ilk ordeninin Istiqlal ordeninin layihesi ile elaqedar musabiqe elan edilmisdi Musabiqenin sertlerine esasen ordenin layihesini iki variantda herbi xidmete ve mulki xidmete gore hazirlamaq nezerde tutulmusdu Musabiqeye 100 e yaxin layihe teqdim olunmusdu Hemin layihenlerden bir necesi Feteli xan Xoyskinin arxivinden tapilmisdir Gorunur onlar musabiqeye teqdim olunduqdan sonra secilib saxlanmisdilar Poct markalariAzerbaycan Xalq Cumhuriyyeti Hokumeti musteqil poct markalari da buraxmisdir Poct ve teleqraf nazirliyi Hokumetin tapsirigi ile 1919 cu ilin iyununda ilki poct markalarinin hazirlanmasina baslamisdi Markalarin layihelerini hazirlamaq poct ve teleqraf nazirliyinin xususi tapsiriqlar uzre memuru ressam Zeynal Elizadeye hevale olunmusdu 1919 cu il oktyabrin 20 de milli poct markalari buraxildi Serq naxislari ve muxtelif remzlerle elinde Azerbaycan bayragi tutmus esger oraq tutmus kendli Suraxani Atesgahi Iceriseherden gorunus Sirvansahlar Saray Kompleksi ve s bezedilmis 10 20 40 60 qepiklik 1 2 5 10 25 hetta 50 manatliq markalar buraxilmisdi Butun markalarin uzerinde Azerbaycan ve fransiz dillerinde Azerbaycan Cumhuriyyeti sozleri yazilmisdi Markalarin hazirlanmasinda ve buraxilmasinda poct ve teleqraf naziri Camo bey Hacinskinin muhum emeyi olmusdur Milli markalarin dovriyyeye buraxilmasi ile elaqedar Azerbaycan qezetinin 1919 cu il 11 12 ve 13 oktyabr tarixli saylarinda hokumet melumatlari derc olunmusdu EdebiyyatAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi Iki cildde I cild Baki Lider nesriyyat 2004 440 seh Azerbaycan Respublikasinin Konstitusiyasi B 2002 Azerbaycan tarixi 7 cildde c 5 Baki 2001 Azerbaycanda dovletcilik ve onun remzleri tertibcisi ve metnin muellifi Naile Velixanli Baki 2000 Eliyev I Meherremov E Azerbaycan Respublikasinin Dovlet remzleri Baki 2000 Merdanov Misir Quliyev Esger Azerbaycan Respublikasinin dovlet remzleri Baki 2001 Resulzade M E Azerbaycan Cumhuriyyeti Baki 1990 Azerbajdzhanskaya Demokraticheskaya Respublika 1918 1920 Zakonodatelnye akty sbornik dokumentov Baku 1998 Hemcinin baxAzerbaycan remzleri Azerbaycan Xalq CumhuriyyetiIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider 2004 seh 169 ISBN 9952 417 14 2 Azerbaycan Xalq Cumhuriyyeti Bayraq Preslib az 2017 04 29 tarixinde Istifade tarixi 10 iyul 2016 Azerbaycan Xalq Cumhuriyyeti Nazirler Surasi 1918 ci il noyabrin 9 da Azerbaycanin yeni ucrengli mavi qirmizi yasil zolaqlardan ibaret ve uzerinde ag rengli aypara ve sekkizguseli ulduz tesviri olan milli bayraginin tesdiq edilmesi haqqinda qerar qebul etmisdir Azerbaycan Xalq Cumhuriyyeti Bayraq preslib az 2017 04 29 tarixinde Istifade tarixi 2018 05 22 UCRENGLI BAYRAGIMIZIN MENASI musavat com 5 May 2018 tarixinde Istifade tarixi 13 November 2015 Mustafayeva Sabire BIR KERE YUKSELEN BAYRAQ www regionplus az 9 October 2017 tarixinde Istifade tarixi 13 November 2015 Azerbaycan Xalq Cumhuriyyeti sayti 2017 04 29 tarixinde Istifade tarixi 2018 05 22 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I II cildler Baki 2005 Alakbarov Faig Azerbaycan turkculuyu ideyasi VI modern az 20 November 2015 tarixinde Istifade tarixi 14 November 2015 www anspress com 16 November 2010 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 13 November 2015 Encyclopaedia Britannica Online s v flag of Azerbaijan accessed April 23 2016 http www britannica com topic flag of Azerbaijan 2016 10 11 at the Wayback Machine Orijinal metn ing The star points were said to stand for eight traditional Turkic peoples the Azerbaijanis Azeris Ottomans Jagatais Tatars Kazakhs Kipchaks Seljuqs Seljuks and Turkmen http files preslib az projects remz pdf remz bayraq pdf 2022 07 13 at the Wayback Machine Bayraq preslib az Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider 2004 seh 171 ISBN 9952 417 14 2 Azerbaycan Xalq Cumhuriyyeti az axc preslib az 2019 05 29 tarixinde Istifade tarixi 8 iyun 2021 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider 2004 seh 172 ISBN 9952 417 14 2 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider 2004 seh 335 ISBN 9952 417 14 2 Yaranma tarixi az azerbaijans com 2022 01 05 tarixinde Istifade tarixi 8 iyun 2021 Azerbaycan Xalq Cumhuriyyeti Himn preslib az 2018 05 12 tarixinde Istifade tarixi 2018 05 22 Azerbaycan Xalq Cumhuriyyetinin himn Youtube saytinda 2021 06 10 tarixinde Istifade tarixi 2018 05 22 Azerbaycan Respublikasi Dovlet himninin yaranma tarixi az azerbaijans com 2022 03 31 tarixinde Istifade tarixi 8 iyun 2021 CEBRAYILBEYLI Cemo Adil oglu Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider 2004 seh 303 ISBN 9952 417 14 2 Memmedli Nermin Himn qalmaqali modern az az 2024 06 02 tarixinde Istifade tarixi 2024 06 02 Nigar Ixtiyarqizi Heyder Eliyev himn sohbetine bu cur noqte qoymusdu Axar Az az 2018 11 06 2024 06 02 tarixinde Istifade tarixi 2024 06 02 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi PDF az ebooks az 2022 03 28 tarixinde PDF Istifade tarixi 8 iyun 2021 Xarici kecidler Azerbaycan Xalq Cumhuriyyeti Azerbaycan Xalq Cumhuriyyeti preslib az saytinda Azerbaycan Xalq Cumhuriyyetinin bayragi haqqinda ne bilirik aztehsil az saytinda