Cəmaləddin Məsum bəy Səfəvi —Şeyxavənd tayfasına mənsub əmirlərdən biri. O, Şah Təhmasibin hakimiyyətinin əvvəllərində qorçi idi. Sonra bir müddət yüzbaşılıq etdi. 1546-1547-ci illərdə Şeyx Səfi məqbərəsi vəqf əmlakının mütəvəllisi, 1559-1560-cı illərdə isə “Vəkalət-i Şah- i din-pənah”, yəni divan əmiri olub, vəzir vəzifəsinə yüksəlmişdi. Məsum bəy 1551-1552 -ci ildə qızılbaş dəstəsinin Ərcişə yürüşünə komandanlıq etmişdi. 1556-cı ildə Məsum bəy lələ kimi şahın oğlu Heydər mirzəyə təhkim olunmuşdu.Şahzadə İsmayılın Qəhqəhə qalasına salınmasının səbəbkarı o idi.Şah Təhmasibin vəziri və vəkili vəzifələrini yerinə yetirən Məsum bəy 976-cı ildə 1568-ci ildə Həccə gedərkən yolda Sultan Səlimin göstərişi ilə öldürülmüşdür.
Məsum bəy Səfəvi | |
---|---|
Cəmaləddin Məsum bəy Səfəvi | |
1560 – 1568 | |
Əvvəlki | Qazi Cahan Qəzvini |
Sonrakı | Mir Seyid Hüseyn Fərahani |
Şəxsi məlumatlar | |
Uşağı | Səid bəy Səfəvi |
Həyatı
Anonim müəllif tərəfindən yazılmış Tarix-i Qızılbaşan adlı əsərdə Məsum bəy Səfəvi haqqında məlumat verilir. Müəllif yazır:
“Şeyxavənd tayfasının böyük əmiri Məsum bəy Səfəvidir. Onlar Həzrət Sultan Şeyx Səfi əl-həqq və-d-dinin nəslindəndirlər. O, Şah Təhmasibin hakimiyyətinin əvvəllərində qorçi idi, sonra bir müddət yüzbaşılıq etdi, ondan sonra Ərdəbil vəqflərinin mütəvəllisi oldu, daha sonra isə Şah Təhmasibin vəkili oldu və 976-cı ildə (26.VI.1568 – 15.VI.1569) Həccə gedərkən yolda Sultan Səlimin göstərişi ilə öldürüldü.” Məsum bəy Səfəvi Səfəvilər nəslindən olub, Şeyx Cüneydin nəticəsi idi. Onun barəsində "Əhsən ət-təvarix"də 1546-1547-cü ildə Ərdəbil mütəvəllisi kimi məlumat verilir.
1544-cü ildə Hümayun şah və Bayram xan Ərdəbilə səfər edərkən onları Ərdəbilə yaxın kəndlərin birində Ərdəbil türbəsinin mütəvəllisi vəzifəsini yerinə yetirən Məsum bəy Səfəvi və şəhərin nüfuzlu şəxsləri qarşılamışdı. Məsum bəy Hümayun şahın şərəfinə böyük bir qonaqlıq təşkil etmiş, öz oğlunu da şahın mehmandarı təyin etmişdi. Daha sonra isə Hümayun şah və yanındakıları Ərdəbildəki Şeyx Səfinin məzarına aparmışdı. Onlar buradan Qəzvinə geri qayıdırlar.
1546-cı ildə Şirvan hakimi Əlqas Mirzə qardaşı Şah Təhmasibə qarşı üsyan qaldırır. Bu zaman Şah Təhmasib bu zaman Qəzvin qışlağında idi. Daha sonra Əlqas Mirzə çətin vəziyyətə düşdüyü anlayıb anası Xan Bəygü xanım və oğlu Əhməd Mirzəni Təhmasibin yanına göndərib ondan bağışlanma dilədi. Şah Təhmasib isə onun üzrünü qəbul edib, bir daha üsyan qaldırmamaq şərti ilə danışıq aparmaq üçün Məsum bəy Səfəvini qızılbaşların öndə gələn əmirləri ilə Əlqas Mirzənin yanına göndərir. Əlqas Mirzə Qurana and içərək hər ilk şahlıq xəzinəsinə 1000 Təbriz tüməni və orduya 1000 əsgər göndərəcəyinə söz verir.
1550-1557-ci illərdə
Hələ 1550-1551-ci ildə I Süleymanın Səfəvi dövlətinə qarşı təşkil etdiyi 3-cü səfər zamanı Şah Təhmasib Məsum bəy Səfəvini divan əmiri təyin edib, bəzi Kürd qiyamçı əmirlərin üsyanını basdırmaq üçün göndərir. O bir çox Kürd əmirini məğlub edib mal-mülklərini müsadirə edərək Qəzvinə geri qayıtdı. 1552-ci ildə Şah Təhmasib osmanlıların Ərzurum haimi İsgəndər Paşanı öldürmək və Səfəvilərə yaxın Osmanlı ərazilərini dağıtmaq üçün 4 Qızılbaş birliyini bir neçə komandir ilə birlikdə Osmanlı ərazisinə göndərdi. Bu birliklərdən birinin rəhbəri də Məsum bəy Səfəvi idi. Məsum bəy Səfəvi Ərciş, Barqiri və Bəndmahiyə göndərilmişdi. Bu barədə Həsən bəy Rumlu yazır:
“Ali əmrə müvafiq olaraq, adlı-sanlı əmirlər hərəkətə keçdilər. Hər dəstə işarə edilən səmtə doğru yubanmadan yola düşdü. Məsum bəy on min süvari ilə çaharşənbə günü, şaban [ayının] 17-də (08.08.1552) Ağmeyğan yaylağından yola çıxdı və onlar da dörd güruh olub yürüşə başladılar. Məsum bəy, Əli sultan Təkəlü ilə ittifaqda Ərcişə hərəkət etdi. Məsum bəy Ərcişə çatdıqda, xondgarın tərəfindən o diyarın valisi və ixtiyar sahibi olan Qara Piri cəsarət üzünü döyüş və vuruş meydanına çevirib qaladan çıxdı. O tərəfdən Məsum bəy, Əli sultanı bir dəstə dilavərlə onu dəf etməyə göndərdi.”
Onun birliyində olan Şəmsəddin xan Kürd Əhlət kəndlərini yandırıb, 30 min qoyun, 10 min inək və 3 min at və çoxlu qənimət ələ keçirmişdi.
İsmayıl Mirzənin həbsi
1557-ci ilin mart ayında Sevindik bəy Heratı tərk edib Təbəs-Yezd yolu ilə Qum və Savəyə gəldi. Bundan sonra I Təhmasib əmir verdi ki, Məsum bəy Səfəvi Qəzvindən Savəyə yola düşsün və İsmayıl Mirzəni təhvil alsın. Məsum bəy İsmayıl Mirzəni də götürüb Qəhqəhə qalasına yola düşdü. Onlar 1557-ci il iyun ayının sonlarında Qəhqəhə qalasına gəlib çatdılar. Bununla da Şah Təhmasibin ölümünə qədər , təqribən 19 il İsmayıl Mirzə bu qalada məhbus oldu. İsmayıl Mirzənin həbs edilməsinin səbəbi Məsum bəy Səfəvi və Məhəmməd xan Təkəlinin onun əməllərini ifşa etməsi idi. Şərəf xan Bidlisi yazır ki, İsmayıl Mirzə Şah Təhmasib tərəfindən Herata göndərilərkən Səbzivarda Şah Təhmasibin Məhəmməd xan Təkəliyə göndərdiyi məktubu açıb oxuyur. Məktubda Şah Təhmasib Məhəmməd xana tapşırmışdı ki, İsmayıl Mirzəni diqqətindən ayırmasın. Həmçinin məktubda yazılmışdı ki, İsmayıl Mirzə hər işdə yalnız əmirin razılığı və təqdir etməsi ilə fəaliyyət göstərməli, tamamilə onun himayəsi altında olmalıdır. İsmayıl Mirzə məktubu oxuduqdan sonra Məhəmməd xana qarşı kin bəsləməyə onunla pis rəftar etməyə başladı. Məhəmməd xanın şahın məktubunu ona vermək tələblərinə Əli sultan soyuqqanlıqla cavab verdi ki, o, I Təhmasibin şifahi əmrini ona çatdırmalıdır. Vəziyyətin çətinləşdiyini görən Məhəmməd xan Şah Təhmasibə məktub göndərib İsmayıl Mirzəni geri çağırmasını əvəzinə Məhəmməd Mirzəni yenidən Herata yollamasını xahiş etdi. Bu zaman şaha böyük təsiri olan vəzir Məsum bəy Səfəvi, sultana qarşı yürüş etmək üçün qoşun toplamaq barədə çağırışla İsmayılın vilayət hakimlərinə göndərdiyi bir neçə məktubu da ona göstərir. Nəticədə İsmayıl Mirzə 19 il 6 ay 21 gün müddətində həbs olunur.
Bəyazidin qarşılanması
Hicri 967/1559-60-cı illərdə Şahzadə Bəyazid Qəzvin yaxınlarına gəldikdə onu qarşılamaqçün Şah Təhmasibin göndərdiyi dəstədə Məsum bəy Səfəvi də var idi. Bu barədə Həsən bəy Rumlu yazır:
“Elə ki Sultan Bayəzid Qəzvin ətrafına çatdı, dinin pənahı olan şah həzrətlərinin vəkili mənsəbinə malik olan Məsum bəy Səfəvi böyük əmirlərlə, o cümlədən Seyid Kəmunə, Sevindik bəy Qorçubaşı və Əliqulu xəlifə Möhürdarla birlikdə onu qarşılamağa tələsdi.” Bəyazid təntənəli şəkilsə 1559-cu ilin oktyabr ayının 24-də çərşənbə günü Qəzvinə aparıldı. I Təhmasib Bəyazidin oğullarını ondan ayırdı və hər birini məşhur əmirlərindən birinə tapşırdı. Bu zaman Məsum bəy Səfəviyə Bəyazidin Osman adlı oğlu tapşırılmışdı. Hicri 968 / 1561-62-ci illərdə Şahzadə Bəyazidin həbsdə olarkən Osmanlı və Səfəvi sarayı yüksək rütbəli şəxsləri, hətta sərhəd boyu paşalar arasında ciddi yazışmalar həyata keçirilmişdi. Bu istiqamətdə h. 968/1561-62-ci illərdə Şah Təhmasibin göstərişi ilə Səfəvi əyanlarının birgə yazdığı məktub Osmanlı əyanlarına göndərildi. Məktubda adı çəkilən şəxslərdən biri də Məsum bəy Səfəvi idi.
1564-1569-cu illərdə
1564-cü ildə Şah Təhmasib Məsum bəy Səfəvini çoxlu ordu ilə Mazandaranı zəbt etməyə göndərir. Bu zaman Mazandaran hakimi Əmir Murad I Təhmasibə məktub yazıb bildirir ki, əgər məqsədiniz vilayətdirsə onu kimə istəsəniz təslim edərəm. Bu səbəbdən şah Mazandaran hakimliyini ona verdi.
Şəhzadə Sam Mirzə Şeyxavənd tayfasına Ərdəbildə xalqla yaxşı rəftar etməyi tapşırmışdı. Buna görə də Şeyxavənd tayfası şahzadəyə qarşı kin bəsləyirdi. Şah Təhmasib 1559-cu ildə xəstələnir. Bu zaman şaiyələr yayılır ki, Sam Mirzə onun bu vəziyyətindən istifadə edib Qəzvinə hücuma keçməyə hazırlaşır. Lakin guya şahzadə şahın sağaldığını eşidib Ərdəbilə geri qayıdıbmış. Çox keçmədən şaiyələr gəlib saraya çatdıqda Şah Təhmasib bu məsələnin araşdırılmasını Məsum bəy Səfəviyə tapşırdı. Məsum bəy Səfəvi isə çox keçmədən xəbərin yalan olduğunu şaha bildirdi.
1564-ci ildə keçmiş Herat hakimi Məhəmməd xan Şərəfəddin oğlunun oğlu Xorasan əmir əl-ümərası və Məhəmməd Mirzənin lələsi Qazax xan Şah I Təhmasibə qarşı qiyam qaldırır. Qazax xanın ixtiyarında təxmini 12 min nəfərlik ordu və 10 min nəfər tüfəngçi qulam varidi. Buna arxayın olan Qazax xan tədricən Xorasanda müstəqil hərəkət etməyə başladı.Qazax xanın üsyan xəbəri I Təhmasibə çatan zaman şah əmir etdi ki, Məşhəd hakimi İbrahim Mirzənin rəhbərliyindəki qardaşları, Qəndahar hakimi Hüseyn Mirzə, Sistan hakimi Bədiüzzaman Mirzə və vəkil Məsum bəy Səfəvi üsyanı yatırmaq üçün Xorasana yola düşsün. Şah Təhmasib Məsum bəy Səfəvi və İbrahim Mirzəyə tapşırmışdı ki, Qazax xanı öyüd və nəsihətlərlə razı salıb saraya gətirsinlər. Əgər Qazax xan itaətsizlik etsə döyüşə başlasınlar. Bu səbəbdən Məsum bəy Səfəvi və İbrahim Mirzə Qazax xana məktub göndərib ondan təslim olmasını istədilər. Lakin Qazax xan bu məktuba əhəmiyyət vermədi. Nəticədə tərəflər Guriyan adlanan yerdə qarşı-qarşıya gəldilər. Döyüşdə məğlub olan Qazax xan geri çəkilib Məhəmməd Mirzə ilə birlikdə Heratın İxtiyarəddin qalasına sığındılar. Lakin Qazax xan gizlənməyin mənasız olduğunu başa düşüb 19 yanvar 1565-ci ildə təslim oldu. Məsum bəy Səfəvi qalaya gedərək Məhəmməd Mirzəni oradan çıxardı. Bu zaman Qazax xan xəstələnib vəfat etdi. Şah Təhmasib Qazax xan ilə döyüşən qızılbaşların hamısına xələtlər payladı. Daha sonra şah əmr etdi ki, Məsum bəy və ixtiyarındakı qoşun Əbivərd və Nisa üzərinə hərəkət etsinlər. Onlar şahın əmrini müvəffəqiyyətlə yerinə yetirib bölgənin mərkəzi olan Məşhəd şəhərinə qayıtdılar.
Şah Təhmasibin Xan Əhmədə qarşı 2 noyabr 1567 tarixində Gilana göndərdiyi ikinci böyük ordunun tərkibinə Məsum bəy Səfəvi də daxil edilmişdi. Şah Təhmasib Məsum bəyə verdiyi əmrdə Lahicana hücumun təfərrüatlarını və hücum yollarını izah etmiş, həmçinin tapşırıq vermişdi ki, Xan Əhmədə təslim olmaq üçün son bir fürsət versin. Şah Xan Əhmədin babalarının Səfəvilərə göstərdiyi xidmətlərə görə əvvəlcə Əmir bəy Əfşara onun yanıma getməsini və onu saraya gəlməyə razı salmasını əmr etdi. Əgər Xan Əhməd qəbul etsə, onlardan bu barədə şaha xəbər verməli idilər. O cümlədən Xan Əhmədə zərər verməyəcəklərinə dair Qurani-Kərimə and içmişdilər. Əmrə əməl etmədiyi təqdirdə Xan Əhməd tutularaq saraya gətirilməli idi. Lakin Xan Əhməd təqribən 30.000 atlı ilə Məsum bəylə döyüşə hazırlaşmışdı. Bundan xəbər tutan Məsum bəy ona məktub yazdı. Məktubda bildirdi ki, qoşununu dağıtsın, ata-babalarının hörmətinə görə Şah Təhmasindən bağışlanma diləsin və tərəfdarlarına da təslim olmağı əmr etsin. Xan Əhməd Məsum bəy ilə razılaşıb dediyini etdi və ordusunu dağıtdı. Lakin Xan Əhməd səhər yeməyi yeyərkən qəflətən Məsum bəy Səfəvinin hücumuna məruz qaldı. Xan Əhməd qaçmağa nail oldu.
Bu zaman Məsum bəy əmr edir ki, onun ixtiyarındakı birlik Lahicana doğru hərəkətə başlasın. Xan Əhməd isə Lahican sipəhsaları Əmir Cahangir və Deyləman sipəhsaları Şah Mansuru 10 minlik ordu ilə ona qarşı göndərdi. Baş verən döyüşdə Xan Əhməd məğlub oldu. Lahican qızılbaşların əlinə keçdi. Əşkur dağlarına qaçan Xan Əhməd çarəsiz qalaraq Lahicanın bəzi nüfuzlu şəxslərini Şah Təhmasibin yanına göndərərək əfv dilədi. Lakin I Təhmasibin onun əfvini qəbul etmədi. Şah əmr etdi ki, Əşkur dağlarının hər bir nöqtəsi axtarılsın. Bu zaman Deyləman, Kisəm, Harqam və Gilan bölgələrindən təxminən 20 minə yaxın əhali Sığnaq dərəsində toplaşaraq Xan Əhmədin yaşadığı yerə öz nümayəndələrini göndərdi. Onlar Xan Əhməddən ərzaq istədilər. Xan Əhməd öz xidmətçilərinin bir qismini əhali üçün ərzaq axtarışına göndərdi. Özü isə Sığnaq dərəsinə gəldi. Bundan xəbər tutan Məsum bəy oğlu Sədrəddinin rəhbərliyindəki qoşunu Xan Əhmədin ardınca göndərdi. Lakin Xan Əhməd bu dəfə də qaçmağa nail oldu.
Vəkillik və Vəzirlik
Şahın əyanı, “vəkalət-i şah-i din-pənah”vəzifəsini tutan Məsum bəyin adı ilk dəfə hicri 967 (1559-1560)43-ci ildə, yəni Qazi Cahan vəzir vəzifəsindən kənar olunduqdan 10 il sonra çəkilir. Bu müddətdə digər şəxslərin vəzir (yaxud vəkil) vəzifəsini tutmuş olduğunu bilmirik. Məsum bəy lələ kimi şahın sevimli oğlu Heydər Mirzəyə təhkim olunmuşdu.
İsgəndər bəy Türkman Münşi «Tarix-i aləmara-yi Abbasi»də I Şah Təhmasibin ölümü əsnasına aid olan siyahıda həyatda olan və yüksək dövlət vəzifələrində çalışan türk və qeyri-türk əmirlərin adlarını qeyd etmişdir. İskəndər bəy Münşi göstərir ki, Məsum bəy Səfəvi “divan əmiri olub ali vəzarət vəzifəsinə yüksəldilmişdi” və şahdan daim rəğbət görürdü.
Şərəf xan Bidlisi göstərir ki, Məsum bəy Səfəvi hicri 976 (1568- 1569)-cı ildə vəzir vəzifəsindən imtina etmiş və bu vəzifə Əmir Seyid Şərif Saniyə verilmişdi. Iskəndər bəy Münşi xəbər verir ki, Məsum bəy Səfəvinin istefasından sonra “bir neçə il ərzində vəzarət müstəqil vəzirdən məhrum olmuşdu”.
Ölümü
Məsum bəy Səfəvinin ölümü ilə bağlı ətraflı məlumata “Əhsən ət-Təvarix”də “Müxtəlif əhvalatlar” başlığı altında rast gəlmək mümkündür. Həsən bəy Rumlu yazır:
“Məsum bəy islam həccini həyata keçirmək və insanların ən xeyirlisi olan həzrətin (Məhəmməd peyğəmbərin) nurlu məqbərəsini təvaf etmək niyyətinə düşdükdə, Şahqulu sultan Ustaclu ilə birlikdə Ruma elçiliyə getmiş adamların bəziləri ona dedilər ki, sizin Rum padşahının ölkəsinə getməyiniz məsləhət deyildir, çünki rumilər sizə zərər vura bilərlər. Onlar Məsum bəyin həcc ziyarətinə yollanmasına münasibət bildirərək ona “sizin getməyiniz məsləhət deyildir” söylədilər. Lakin vəkil vəzifəsinin sahibi (Məsum bəy) bu fikri qəbul etmədi. Buna baxmayaraq, Van ölkəsindən ta qətlə yetirildiyi vaxta (yerə) qədər onunla izzət və ehtiramla davrandılar və daim hörmət göstərdilər. Ulu Mədinədən üç mənzil məsafədə Xanmirzə adı ilə məşhur olan, tayı-bərabəri olmayan, əqli və nəqli elmləri yaxşı bilən oğlu Mirzə Xanəhmədlə, bir neçə nəfər mülazimi və etibar, ixtiyar sahibi olan Bəşarət bəy Daruğa ilə birlikdə qətlə yetirildi”
Rumlu həmçinin qeyd edir ki, osmanlılar söz yaydılar ki, guya bu hadisəni ərəb quldurları törətmişdi. Osmanlı vəzirləri Sultan Səlimə bildirdilər ki, guya Məsum bəy Səfəvinin əsl məqsədi Həcc ziyarətinə getmək deyil. O, Anadoluda yaşayan ələviləri Osmanlı dövlətinə qarşı təhrik etmək məqsədilə yola çıxıb. II Səlim bu xəbəri eşidim Şam hakimi Dərviş paşaya əmr verdi ki, Məsum bəyi aradan qaldırsın. Dərviş paşa, ərəb geyimli 200 nəfərlik süvari ilə Məsum bəyin silahsız olduğu bir zamanda hücum edərək onu qətlə yetirdi. Sultan Səlim isə üzrxahlıq etmək üçün Əli ağa Çavuşbaşını Şah Təhmasibin yanına göndərdi. Təhmasib məsələdən xəbər tutsa da, Osmanlı elçisini ehtiramla qarşılayıb yola saldı.
Ailəsi
- Xanəhməd mirzə Səfəvi - 1569-cu ildə Osmanlılar tərəfindən həccdə öldürüldü.
- Xacə Nemət Səfəvi - Hümayunu Ərdəbildə gizlətmişdi.
- Səid bəy Səfəvi - Astarabad hakimi, İsa xanın atası, Səid bəy Kəmunə kimi tanınırdı.
- Sədrəddin xan Səfəvi - saray əmiri. Şahzadə Heydərin lələsi kimi öz atasını əvəz etmişdi.
İstinadlar
- Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü - şah İsmayıl və şah Təhmasib dövrlərinin tarixi). - Bakı: Elm, 1996, səh 79.
- Roger Savory Iran Under the Safavids (Cambridge University Press), səh.68
- Məhəmmədi, 1993. səh. 16
- Əfəndiyev, 2007. səh. 76
- Rumlu, 2017. səh. 533
- Münşi, 2009. səh. 70
- Rumlu, 2017. səh. 550
- Rumlu, 2017. səh. 557
- Münşi, 2009. səh. 133
- Bidlisi, 1971. səh. 208
- Münşi, 2009. səh. 125
- Rumlu, 2017. səh. 588
- Bayramlı, 2015. səh. 93
- Əfəndiyev, 2007. səh. 98
- Rumlu, 2017. səh. 596
- Cavanşir, 2007. səh. 676
- Rumlu, 2017. səh. 597
- Rumlu, 2017. səh. 598
- Münşi, 2009. səh. 112
- Rumlu, 2017. səh. 605
- Cavanşir, 2007. səh. 679
- Əfəndiyev, 2007. səh. 302
- Bayramlı, 2015. səh. 63
- Bayramlı, 2015. səh. 88
- Rumlu, 2017. səh. 609
- . 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-21.
- Əfəndiyev, 2007. səh. 146
- Bayramlı, 2015. səh. 62
Mənbə
- Babək Cavanşir. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007. səh. 896.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. səh. 344. ISBN .
- Zabil Həsrət oğlu Bayramlı. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU. Bakı: «AVROPA» nəşriyyatı. 2015. səh. 348.
- Şərəfxan Bidlisi. Şərəfnamə. İstanbul: Osmanbey Matbaası. 1971.
- M.Ə.Məhəmmədi. TARİX-İ QEZELBAŞAN. Bakı: Azərbaycan nəşriyyatı. 1993. səh. 48.
- Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661. ISBN .
- İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF). I. Bakı: Təhsil. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. 2009. səh. 792.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cemaleddin Mesum bey Sefevi Seyxavend tayfasina mensub emirlerden biri O Sah Tehmasibin hakimiyyetinin evvellerinde qorci idi Sonra bir muddet yuzbasiliq etdi 1546 1547 ci illerde Seyx Sefi meqberesi veqf emlakinin mutevellisi 1559 1560 ci illerde ise Vekalet i Sah i din penah yeni divan emiri olub vezir vezifesine yukselmisdi Mesum bey 1551 1552 ci ilde qizilbas destesinin Ercise yurusune komandanliq etmisdi 1556 ci ilde Mesum bey lele kimi sahin oglu Heyder mirzeye tehkim olunmusdu Sahzade Ismayilin Qehqehe qalasina salinmasinin sebebkari o idi Sah Tehmasibin veziri ve vekili vezifelerini yerine yetiren Mesum bey 976 ci ilde 1568 ci ilde Hecce gederken yolda Sultan Selimin gosterisi ile oldurulmusdur Mesum bey SefeviCemaleddin Mesum bey Sefevi Sefevi imperiyasinin bas veziri1560 1568EvvelkiQazi Cahan QezviniSonrakiMir Seyid Huseyn FerahaniSexsi melumatlarUsagi Seid bey SefeviHeyatiAnonim muellif terefinden yazilmis Tarix i Qizilbasan adli eserde Mesum bey Sefevi haqqinda melumat verilir Muellif yazir Seyxavend tayfasinin boyuk emiri Mesum bey Sefevidir Onlar Hezret Sultan Seyx Sefi el heqq ve d dinin neslindendirler O Sah Tehmasibin hakimiyyetinin evvellerinde qorci idi sonra bir muddet yuzbasiliq etdi ondan sonra Erdebil veqflerinin mutevellisi oldu daha sonra ise Sah Tehmasibin vekili oldu ve 976 ci ilde 26 VI 1568 15 VI 1569 Hecce gederken yolda Sultan Selimin gosterisi ile olduruldu Mesum bey Sefevi Sefeviler neslinden olub Seyx Cuneydin neticesi idi Onun baresinde Ehsen et tevarix de 1546 1547 cu ilde Erdebil mutevellisi kimi melumat verilir 1544 cu ilde Humayun sah ve Bayram xan Erdebile sefer ederken onlari Erdebile yaxin kendlerin birinde Erdebil turbesinin mutevellisi vezifesini yerine yetiren Mesum bey Sefevi ve seherin nufuzlu sexsleri qarsilamisdi Mesum bey Humayun sahin serefine boyuk bir qonaqliq teskil etmis oz oglunu da sahin mehmandari teyin etmisdi Daha sonra ise Humayun sah ve yanindakilari Erdebildeki Seyx Sefinin mezarina aparmisdi Onlar buradan Qezvine geri qayidirlar 1546 ci ilde Sirvan hakimi Elqas Mirze qardasi Sah Tehmasibe qarsi usyan qaldirir Bu zaman Sah Tehmasib bu zaman Qezvin qislaginda idi Daha sonra Elqas Mirze cetin veziyyete dusduyu anlayib anasi Xan Beygu xanim ve oglu Ehmed Mirzeni Tehmasibin yanina gonderib ondan bagislanma diledi Sah Tehmasib ise onun uzrunu qebul edib bir daha usyan qaldirmamaq serti ile danisiq aparmaq ucun Mesum bey Sefevini qizilbaslarin onde gelen emirleri ile Elqas Mirzenin yanina gonderir Elqas Mirze Qurana and icerek her ilk sahliq xezinesine 1000 Tebriz tumeni ve orduya 1000 esger gondereceyine soz verir 1550 1557 ci illerde Hele 1550 1551 ci ilde I Suleymanin Sefevi dovletine qarsi teskil etdiyi 3 cu sefer zamani Sah Tehmasib Mesum bey Sefevini divan emiri teyin edib bezi Kurd qiyamci emirlerin usyanini basdirmaq ucun gonderir O bir cox Kurd emirini meglub edib mal mulklerini musadire ederek Qezvine geri qayitdi 1552 ci ilde Sah Tehmasib osmanlilarin Erzurum haimi Isgender Pasani oldurmek ve Sefevilere yaxin Osmanli erazilerini dagitmaq ucun 4 Qizilbas birliyini bir nece komandir ile birlikde Osmanli erazisine gonderdi Bu birliklerden birinin rehberi de Mesum bey Sefevi idi Mesum bey Sefevi Ercis Barqiri ve Bendmahiye gonderilmisdi Bu barede Hesen bey Rumlu yazir Ali emre muvafiq olaraq adli sanli emirler herekete kecdiler Her deste isare edilen semte dogru yubanmadan yola dusdu Mesum bey on min suvari ile caharsenbe gunu saban ayinin 17 de 08 08 1552 Agmeygan yaylagindan yola cixdi ve onlar da dord guruh olub yuruse basladilar Mesum bey Eli sultan Tekelu ile ittifaqda Ercise hereket etdi Mesum bey Ercise catdiqda xondgarin terefinden o diyarin valisi ve ixtiyar sahibi olan Qara Piri cesaret uzunu doyus ve vurus meydanina cevirib qaladan cixdi O terefden Mesum bey Eli sultani bir deste dilaverle onu def etmeye gonderdi Onun birliyinde olan Semseddin xan Kurd Ehlet kendlerini yandirib 30 min qoyun 10 min inek ve 3 min at ve coxlu qenimet ele kecirmisdi Ismayil Mirzenin hebsi 1557 ci ilin mart ayinda Sevindik bey Herati terk edib Tebes Yezd yolu ile Qum ve Saveye geldi Bundan sonra I Tehmasib emir verdi ki Mesum bey Sefevi Qezvinden Saveye yola dussun ve Ismayil Mirzeni tehvil alsin Mesum bey Ismayil Mirzeni de goturub Qehqehe qalasina yola dusdu Onlar 1557 ci il iyun ayinin sonlarinda Qehqehe qalasina gelib catdilar Bununla da Sah Tehmasibin olumune qeder teqriben 19 il Ismayil Mirze bu qalada mehbus oldu Ismayil Mirzenin hebs edilmesinin sebebi Mesum bey Sefevi ve Mehemmed xan Tekelinin onun emellerini ifsa etmesi idi Seref xan Bidlisi yazir ki Ismayil Mirze Sah Tehmasib terefinden Herata gonderilerken Sebzivarda Sah Tehmasibin Mehemmed xan Tekeliye gonderdiyi mektubu acib oxuyur Mektubda Sah Tehmasib Mehemmed xana tapsirmisdi ki Ismayil Mirzeni diqqetinden ayirmasin Hemcinin mektubda yazilmisdi ki Ismayil Mirze her isde yalniz emirin raziligi ve teqdir etmesi ile fealiyyet gostermeli tamamile onun himayesi altinda olmalidir Ismayil Mirze mektubu oxuduqdan sonra Mehemmed xana qarsi kin beslemeye onunla pis reftar etmeye basladi Mehemmed xanin sahin mektubunu ona vermek teleblerine Eli sultan soyuqqanliqla cavab verdi ki o I Tehmasibin sifahi emrini ona catdirmalidir Veziyyetin cetinlesdiyini goren Mehemmed xan Sah Tehmasibe mektub gonderib Ismayil Mirzeni geri cagirmasini evezine Mehemmed Mirzeni yeniden Herata yollamasini xahis etdi Bu zaman saha boyuk tesiri olan vezir Mesum bey Sefevi sultana qarsi yurus etmek ucun qosun toplamaq barede cagirisla Ismayilin vilayet hakimlerine gonderdiyi bir nece mektubu da ona gosterir Neticede Ismayil Mirze 19 il 6 ay 21 gun muddetinde hebs olunur Beyazidin qarsilanmasi Hicri 967 1559 60 ci illerde Sahzade Beyazid Qezvin yaxinlarina geldikde onu qarsilamaqcun Sah Tehmasibin gonderdiyi destede Mesum bey Sefevi de var idi Bu barede Hesen bey Rumlu yazir Ele ki Sultan Bayezid Qezvin etrafina catdi dinin penahi olan sah hezretlerinin vekili mensebine malik olan Mesum bey Sefevi boyuk emirlerle o cumleden Seyid Kemune Sevindik bey Qorcubasi ve Eliqulu xelife Mohurdarla birlikde onu qarsilamaga telesdi Beyazid tenteneli sekilse 1559 cu ilin oktyabr ayinin 24 de cersenbe gunu Qezvine aparildi I Tehmasib Beyazidin ogullarini ondan ayirdi ve her birini meshur emirlerinden birine tapsirdi Bu zaman Mesum bey Sefeviye Beyazidin Osman adli oglu tapsirilmisdi Hicri 968 1561 62 ci illerde Sahzade Beyazidin hebsde olarken Osmanli ve Sefevi sarayi yuksek rutbeli sexsleri hetta serhed boyu pasalar arasinda ciddi yazismalar heyata kecirilmisdi Bu istiqametde h 968 1561 62 ci illerde Sah Tehmasibin gosterisi ile Sefevi eyanlarinin birge yazdigi mektub Osmanli eyanlarina gonderildi Mektubda adi cekilen sexslerden biri de Mesum bey Sefevi idi 1564 1569 cu illerde 1564 cu ilde Sah Tehmasib Mesum bey Sefevini coxlu ordu ile Mazandarani zebt etmeye gonderir Bu zaman Mazandaran hakimi Emir Murad I Tehmasibe mektub yazib bildirir ki eger meqsediniz vilayetdirse onu kime isteseniz teslim ederem Bu sebebden sah Mazandaran hakimliyini ona verdi Sehzade Sam Mirze Seyxavend tayfasina Erdebilde xalqla yaxsi reftar etmeyi tapsirmisdi Buna gore de Seyxavend tayfasi sahzadeye qarsi kin besleyirdi Sah Tehmasib 1559 cu ilde xestelenir Bu zaman saiyeler yayilir ki Sam Mirze onun bu veziyyetinden istifade edib Qezvine hucuma kecmeye hazirlasir Lakin guya sahzade sahin sagaldigini esidib Erdebile geri qayidibmis Cox kecmeden saiyeler gelib saraya catdiqda Sah Tehmasib bu meselenin arasdirilmasini Mesum bey Sefeviye tapsirdi Mesum bey Sefevi ise cox kecmeden xeberin yalan oldugunu saha bildirdi 1564 ci ilde kecmis Herat hakimi Mehemmed xan Serefeddin oglunun oglu Xorasan emir el umerasi ve Mehemmed Mirzenin lelesi Qazax xan Sah I Tehmasibe qarsi qiyam qaldirir Qazax xanin ixtiyarinda texmini 12 min neferlik ordu ve 10 min nefer tufengci qulam varidi Buna arxayin olan Qazax xan tedricen Xorasanda musteqil hereket etmeye basladi Qazax xanin usyan xeberi I Tehmasibe catan zaman sah emir etdi ki Meshed hakimi Ibrahim Mirzenin rehberliyindeki qardaslari Qendahar hakimi Huseyn Mirze Sistan hakimi Bediuzzaman Mirze ve vekil Mesum bey Sefevi usyani yatirmaq ucun Xorasana yola dussun Sah Tehmasib Mesum bey Sefevi ve Ibrahim Mirzeye tapsirmisdi ki Qazax xani oyud ve nesihetlerle razi salib saraya getirsinler Eger Qazax xan itaetsizlik etse doyuse baslasinlar Bu sebebden Mesum bey Sefevi ve Ibrahim Mirze Qazax xana mektub gonderib ondan teslim olmasini istediler Lakin Qazax xan bu mektuba ehemiyyet vermedi Neticede terefler Guriyan adlanan yerde qarsi qarsiya geldiler Doyusde meglub olan Qazax xan geri cekilib Mehemmed Mirze ile birlikde Heratin Ixtiyareddin qalasina sigindilar Lakin Qazax xan gizlenmeyin menasiz oldugunu basa dusub 19 yanvar 1565 ci ilde teslim oldu Mesum bey Sefevi qalaya gederek Mehemmed Mirzeni oradan cixardi Bu zaman Qazax xan xestelenib vefat etdi Sah Tehmasib Qazax xan ile doyusen qizilbaslarin hamisina xeletler payladi Daha sonra sah emr etdi ki Mesum bey ve ixtiyarindaki qosun Ebiverd ve Nisa uzerine hereket etsinler Onlar sahin emrini muveffeqiyyetle yerine yetirib bolgenin merkezi olan Meshed seherine qayitdilar Sah Tehmasibin Xan Ehmede qarsi 2 noyabr 1567 tarixinde Gilana gonderdiyi ikinci boyuk ordunun terkibine Mesum bey Sefevi de daxil edilmisdi Sah Tehmasib Mesum beye verdiyi emrde Lahicana hucumun teferruatlarini ve hucum yollarini izah etmis hemcinin tapsiriq vermisdi ki Xan Ehmede teslim olmaq ucun son bir furset versin Sah Xan Ehmedin babalarinin Sefevilere gosterdiyi xidmetlere gore evvelce Emir bey Efsara onun yanima getmesini ve onu saraya gelmeye razi salmasini emr etdi Eger Xan Ehmed qebul etse onlardan bu barede saha xeber vermeli idiler O cumleden Xan Ehmede zerer vermeyeceklerine dair Qurani Kerime and icmisdiler Emre emel etmediyi teqdirde Xan Ehmed tutularaq saraya getirilmeli idi Lakin Xan Ehmed teqriben 30 000 atli ile Mesum beyle doyuse hazirlasmisdi Bundan xeber tutan Mesum bey ona mektub yazdi Mektubda bildirdi ki qosununu dagitsin ata babalarinin hormetine gore Sah Tehmasinden bagislanma dilesin ve terefdarlarina da teslim olmagi emr etsin Xan Ehmed Mesum bey ile razilasib dediyini etdi ve ordusunu dagitdi Lakin Xan Ehmed seher yemeyi yeyerken qefleten Mesum bey Sefevinin hucumuna meruz qaldi Xan Ehmed qacmaga nail oldu Bu zaman Mesum bey emr edir ki onun ixtiyarindaki birlik Lahicana dogru herekete baslasin Xan Ehmed ise Lahican sipehsalari Emir Cahangir ve Deyleman sipehsalari Sah Mansuru 10 minlik ordu ile ona qarsi gonderdi Bas veren doyusde Xan Ehmed meglub oldu Lahican qizilbaslarin eline kecdi Eskur daglarina qacan Xan Ehmed caresiz qalaraq Lahicanin bezi nufuzlu sexslerini Sah Tehmasibin yanina gondererek efv diledi Lakin I Tehmasibin onun efvini qebul etmedi Sah emr etdi ki Eskur daglarinin her bir noqtesi axtarilsin Bu zaman Deyleman Kisem Harqam ve Gilan bolgelerinden texminen 20 mine yaxin ehali Signaq deresinde toplasaraq Xan Ehmedin yasadigi yere oz numayendelerini gonderdi Onlar Xan Ehmedden erzaq istediler Xan Ehmed oz xidmetcilerinin bir qismini ehali ucun erzaq axtarisina gonderdi Ozu ise Signaq deresine geldi Bundan xeber tutan Mesum bey oglu Sedreddinin rehberliyindeki qosunu Xan Ehmedin ardinca gonderdi Lakin Xan Ehmed bu defe de qacmaga nail oldu Vekillik ve VezirlikSahin eyani vekalet i sah i din penah vezifesini tutan Mesum beyin adi ilk defe hicri 967 1559 1560 43 ci ilde yeni Qazi Cahan vezir vezifesinden kenar olunduqdan 10 il sonra cekilir Bu muddetde diger sexslerin vezir yaxud vekil vezifesini tutmus oldugunu bilmirik Mesum bey lele kimi sahin sevimli oglu Heyder Mirzeye tehkim olunmusdu Isgender bey Turkman Munsi Tarix i alemara yi Abbasi de I Sah Tehmasibin olumu esnasina aid olan siyahida heyatda olan ve yuksek dovlet vezifelerinde calisan turk ve qeyri turk emirlerin adlarini qeyd etmisdir Iskender bey Munsi gosterir ki Mesum bey Sefevi divan emiri olub ali vezaret vezifesine yukseldilmisdi ve sahdan daim regbet gorurdu Seref xan Bidlisi gosterir ki Mesum bey Sefevi hicri 976 1568 1569 ci ilde vezir vezifesinden imtina etmis ve bu vezife Emir Seyid Serif Saniye verilmisdi Iskender bey Munsi xeber verir ki Mesum bey Sefevinin istefasindan sonra bir nece il erzinde vezaret musteqil vezirden mehrum olmusdu OlumuMesum bey Sefevinin olumu ile bagli etrafli melumata Ehsen et Tevarix de Muxtelif ehvalatlar basligi altinda rast gelmek mumkundur Hesen bey Rumlu yazir Mesum bey islam heccini heyata kecirmek ve insanlarin en xeyirlisi olan hezretin Mehemmed peygemberin nurlu meqberesini tevaf etmek niyyetine dusdukde Sahqulu sultan Ustaclu ile birlikde Ruma elciliye getmis adamlarin bezileri ona dediler ki sizin Rum padsahinin olkesine getmeyiniz meslehet deyildir cunki rumiler size zerer vura bilerler Onlar Mesum beyin hecc ziyaretine yollanmasina munasibet bildirerek ona sizin getmeyiniz meslehet deyildir soylediler Lakin vekil vezifesinin sahibi Mesum bey bu fikri qebul etmedi Buna baxmayaraq Van olkesinden ta qetle yetirildiyi vaxta yere qeder onunla izzet ve ehtiramla davrandilar ve daim hormet gosterdiler Ulu Medineden uc menzil mesafede Xanmirze adi ile meshur olan tayi beraberi olmayan eqli ve neqli elmleri yaxsi bilen oglu Mirze Xanehmedle bir nece nefer mulazimi ve etibar ixtiyar sahibi olan Besaret bey Daruga ile birlikde qetle yetirildi Rumlu hemcinin qeyd edir ki osmanlilar soz yaydilar ki guya bu hadiseni ereb quldurlari toretmisdi Osmanli vezirleri Sultan Selime bildirdiler ki guya Mesum bey Sefevinin esl meqsedi Hecc ziyaretine getmek deyil O Anadoluda yasayan elevileri Osmanli dovletine qarsi tehrik etmek meqsedile yola cixib II Selim bu xeberi esidim Sam hakimi Dervis pasaya emr verdi ki Mesum beyi aradan qaldirsin Dervis pasa ereb geyimli 200 neferlik suvari ile Mesum beyin silahsiz oldugu bir zamanda hucum ederek onu qetle yetirdi Sultan Selim ise uzrxahliq etmek ucun Eli aga Cavusbasini Sah Tehmasibin yanina gonderdi Tehmasib meseleden xeber tutsa da Osmanli elcisini ehtiramla qarsilayib yola saldi AilesiXanehmed mirze Sefevi 1569 cu ilde Osmanlilar terefinden heccde olduruldu Xace Nemet Sefevi Humayunu Erdebilde gizletmisdi Seid bey Sefevi Astarabad hakimi Isa xanin atasi Seid bey Kemune kimi taninirdi Sedreddin xan Sefevi saray emiri Sahzade Heyderin lelesi kimi oz atasini evez etmisdi IstinadlarXace Zeynalabidin Eli Ebdi bey Tekmiletul exbar Sefevi dovru sah Ismayil ve sah Tehmasib dovrlerinin tarixi Baki Elm 1996 seh 79 Roger Savory Iran Under the Safavids Cambridge University Press seh 68 Mehemmedi 1993 seh 16 Efendiyev 2007 seh 76 Rumlu 2017 seh 533 Munsi 2009 seh 70 Rumlu 2017 seh 550 Rumlu 2017 seh 557 Munsi 2009 seh 133 Bidlisi 1971 seh 208 Munsi 2009 seh 125 Rumlu 2017 seh 588 Bayramli 2015 seh 93 Efendiyev 2007 seh 98 Rumlu 2017 seh 596 Cavansir 2007 seh 676 Rumlu 2017 seh 597 Rumlu 2017 seh 598 Munsi 2009 seh 112 Rumlu 2017 seh 605 Cavansir 2007 seh 679 Efendiyev 2007 seh 302 Bayramli 2015 seh 63 Bayramli 2015 seh 88 Rumlu 2017 seh 609 2016 03 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 12 21 Efendiyev 2007 seh 146 Bayramli 2015 seh 62MenbeBabek Cavansir IRAN DAKI TURK BOYLARI ve BOY MENSUBU KISILER SAFEVI DONEMI I SAH TAHMASB HAKIMIYETININ SONUNA KADAR 1576 Istanbul T C Mimar Sinan Guzel Sanatlar Universitesi Sosyal Bilimler Enstitusu Tarih Anabilim Dali Ortacag Tarihi Programi 2007 seh 896 Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 seh 344 ISBN 978 9952 34 101 0 Zabil Hesret oglu Bayramli AZERBAYCAN SEFEVI DOVLETININ QURULUSU VE IDARE OLUNMASINDA TURK QIZILBAS EYANLARININ ROLU Baki AVROPA nesriyyati 2015 seh 348 Serefxan Bidlisi Serefname Istanbul Osmanbey Matbaasi 1971 M E Mehemmedi TARIX I QEZELBASAN Baki Azerbaycan nesriyyati 1993 seh 48 Hesen bey Rumlu Ehsenut tevarix Kastamonu Uzanlar Namiq Musali Oqtay Efendiyev 2017 661 ISBN 978 605 030 641 5 Isgender bey Munsi Turkman Tarix i Alemara yi Abbasi Abbasin dunyani bezeyen tarixi PDF I Baki Tehsil AMEA A A Bakixanov adina Tarix Institutu 2009 seh 792