Şeyx Cüneyd (1429, اردبیل – 1460, Şirvan) — Səfəvi təriqətini rəhbəri (1447–1460), Şeyx Heydərin atası, Şah İsmayıl Xətainin babası.
Şeyx Cüneyd | |
---|---|
fars. شيخ جنيد | |
| |
Ərdəbil hakimliyinin V şeyxi | |
1447 – 1460 | |
Əvvəlki | Şeyx İbrahim |
Sonrakı | Şeyx Heydər |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1429 |
Doğum yeri | Ərdəbil |
Vəfat tarixi | |
Vəfat yeri | Samurçay vadisi I Samur döyüşü |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | Həzrə, Qusar rayonu |
Fəaliyyəti | ilahiyyatçı, rəhbər[d] |
Atası | Şeyx İbrahim |
Həyat yoldaşı | Xədicə Sultan (Uzun Həsənin bacısı) |
Uşağı | Şeyx Heydər |
Ailəsi | Səfəvilər |
Dini | şiəlik |
Həyatı
Şeyx İbrahim vəfat etdikdən sonra 1447-ci ildə onun böyük oğlu Cüneyd ordenin başçısı oldu. O, Ərdəbiliyyə və ya Səfəviyyə kimi tanınan təriqətin beşinci lideridir. İlk dövrlərdə daha çox Azərbaycanda təsir dairəsinə malik olan bu təriqət sonralar Suriya, İraq və xüsusilə Anadoluda yaşayan dini həyata öz təsirini göstərmişdir. Mərkəzi xanəgah Ərdəbildə olsa da, ordenin yayıldığı coğrafiyalardakı müridlər öz müdriklərinə sıx bağlı idilər. Osmanlı İmperiyasındakı müridlər də Ərdəbil xanəgahına vergi ödəyirdilər. Bu səbəbdən Şeyx Cüneydin qüvvətli təsir gücündən çəkinən hökmdarlar onun öz torpaqlarında yaşamsından narahatlıq duyurdular. Ərdəbil şeyxlərinin dövrün dövlət başçıları ilə görüşləri və əlaqələri Şeyx Cüneyddən başlamamışdır. Lakin əvvəlki münasibətlər din və dünya işlərinin ayrılması əsasında davam etdiyi halda, bu vəziyyət Şeyx Cüneyd dövründə dəyişdi. Şeyx Cüneyd dövlət qurmaq ideyası ilə hərəkət edərək Səfəvi təriqət icmasından dini dövlət yaratmaq üçün addımlar atdı. Atası Şeyx İbrahimdən sonra Şeyx Cüneydin məzhəb başçısı olması əmisi Şeyx Cəfəri qanə etmirdi. O dövrdə Ərdəbilin hakimiyyəti altında olan Qaraqoyunlu hökmdarı Cahanşah da Şeyx Cüneydin ətrafına toplaşan müridlərin çoxluğundan narahat olmuş və onun Şeyx Cəfərlə müqavilə bağlamasına zəmin hazırlamışdır. Qızını Şeyx Cəfərin oğlu ilə evləndirdiyi üçün Qaraqoyunlu Cahanşahla qohumluq əlaqələri varidi. Şeyx Cüneyd ilə Şeyx Cəfər arasındakı gərginlikdən istifadə edən Cahanşah Şeyx Cəfərə məktublar yazıb ondan qardaşı oğlunu ölkədən uzaqlaşdırmasını istədi. Hökmdar dəstəyini də alan Şeyx Cəfər təzyiqləri artırdıqda Şeyx Cüneyd Ərdəbili tərk etmək məcburiyyətində qalır. Beləliklə, ordenin idarəsi Şeyx Cəfərə keçir. Şeyx Cüneyd isə ən yaxın sadiq davamçıları ilə başqa ölkəyə yola düşməli olur.
Şeyx Cüneydin Osmanlı, Anadolu və Məmlük səfərləri
Şeyx Cüneyd ilk olaraq Osmanlı torpaqlarına səyahət etdi. Çünki Osmanlı sülaləsi keçmişdə Səfəvi şeyxlərinə hədiyyələr göndərir, onlarla ünsiyyətdə olur və maddi yardımlar edirdi. Osmanlı torpaqlarına çatan Şeyx Cüneyd, bəzi tərəfdarlarını səcdə, Quran və təsbeh hədiyyələri ilə Osmanlı hökmdarı II Muradın yanına göndərib, ondan namaz qılmaq, ibadət etmək və Qurtbelidə məskunlaşmaq üçün icazə verməsini xahiş etdi. II Murad hədiyyələri qəbul etdi, lakin Şeyx Cüneydin təsir dairəsindən qorxduğu üçün şeyxin istəyinə mənfi cavab verdi və müridləri bir neçə hədiyyə ilə geri göndərdi. Osmanlı sultanından mənfi cavab aldıqdan sonra 1449-cu ildə o Anadolu bəyliklərindən biri olan Qaramana səfər edir. Qaraman, Təkə və Həmidoğulları əhalisi əvvəllər şiəliyə meyilli idi. Şeyx Cüneyd Konyada Sədrəddin Konəviyə məxsus xanəgahdan yaşayırdı. O, 1456-cı ilə qədər burada qalır. Konyada qısa müddət yaşamasının səbəbi Şeyx Əbdüllətif əl -Qüdsi ilə arasındakı anlaşmazlıqlar idi. Əbdüllətif Şeyx Cüneydi kafir adlandırırdı. Nəticədə Şeyx Cüneyd və müridləri Konyanı tərk edirlər. Onlar buradan Toros dağılarında yaşayan Varsaq türklərinin ərazisinə getsələr də Konyadakı xanəgahın şeyxi Qaraman hökmdarına Şeyx Cüneydi şikayət edir. O da Varsaq tayfasının liderinə Şeyx Cüneydi həbs etmə əmri verir. Varsaq türklərindən də özünə tərəfdaş toplayan Şeyx Cüneyd təzə mənsubları ilə birgə buranı da tərk edir.
Məmlük sultanı Çaxmaqın hakimiyyəti altında olan Suriya torpaqlarına gələn şeyx burada dağıdılmış bir qalanı icarəyə götürərək buranı xanəgah kimi istifadə etməyə başlayır. Şeyx Cüneyd burada apardığı geniş təbliğat nəticəsində öz təriqətini xeyli böyütməyə nail oldu. Hətta Osmanlı və İraqdan çoxlu müridlər Suriyaya gələrək onun ətrafında toplaşırlar. Bunu görən Hələbdəki şeyxlər Məmlük sultanı Çaxmaqa məktub yazıb Şeyx Cüneydi şikayət edirlər. Əmir Çaxmaq Hələb valisinə Şeyx Cüneydi həbs etmə əmri verir. Cüneydin müridləri ilə şahın əsgərləri arasında baş verən döyüşdə 70 mürid həlak olur.
Trabzon Rum imperatorluğuna hücumu
Məğlub olan Şeyx Cüneyd Məmlük torpaqlarını tərk edərək Osmanlı imperiyası tərkibində olan Canikə gəlib çıxır. Şeyx Cüneyd Canikdə yaxşı qarşılanmış və uzun müddət burada yaşamışdır. O, yeni tərəfdarlar toplamaq üçün çalışır, Canik valisi isə onun cəsarətli planlarına mane olmurdu. Trabzon Rum İmperatorluğunu ələ keçirərək öz dövlətini qurmağı planlaşdıran Şeyx Cüneyd kafirlə cihad edəcəyi üçün digər müsəlman hökmdarların maneələri ilə qarşılaşmadı. Bu ərəfədə Trabzon Rum imperatorluğunda taxt-tac mübarizəsi başlamış, Şeyx Cüneyd də bu fürsəti dəyərləndirmək istəmişdi.
İmperator Şeyx Cüneydin gəldiyi xəbərini eşidəndə quru qoşunu ilə Kordilə (Ağcaqala) adlı Aya Fokas monastırına doğru irəliləmiş, quru ordusuna dəstək vermək və düşmənə hücum etmək üçün rum donanmasını da sahil boyu yerləşdirmişdi. Şeyx Cüneydin qüvvələri Meliares ətrafına gəldi və Kapanion adlı boğazda iki tərəf arasında qarşıdurma başladı. Rum donanması sahilə qoşun çıxarmağa çalışarkən böyük bir tufan qopdu. Şeyx Cüneydin qüvvələri fürsətdən istifadə edərək hücuma keçdi. Nəticə də rum ordusunun komandanlığını öz üzərinə götürən komandir Pansebastos İskəndər və oğullarını öldürüb, ordusunu dağıtdı. Şeyx Cüneyd və qüvvələri Trabzon qalasının önünə gəlmişdi. Şeyx Cüneyd götürdüyü əsirlərin bir çoxunu edam etdirdi. Buna baxmayaraq Şeyx üç günlük mühasirədən sonra möhkəm qalanı almaq mümkün olmadı. Şeyx Cüneyd buradan çıxıb Mesohaldion (Torul) qalasına hücum etdi, lakin buradan da heç bir nəticə əldə edə bilmədi. Bu zaman Osmanlı sultanı II Mehmed Hızır bəyi Trabzona hücuma göndərdi (1451–1481). Nəticədə Şeyx Cüneyd Trabzon bölgəsini tərk edir. Cüneydin Trabzona hücumları Trabzon Rum İmperatorluğunu xeyli zəiflətdi və buraya gələn Osmanlı orduları Trabzonu asanlıqla fəth etdi.
Uzun Həsənlə münasibətləri
Həmin dövrdə Diyarbəkirdə hökmranlıq edən Ağqoyunlu hökmdarı Uzun Həsənin şöhrəti yayılmışdı. O basqınları ilə ölkəsinin sərhədlərini get-gedə genişləndirməyə nail olmuşdu. Daima Qaraqoyunlu dövləti ilə mübarizədə olan Ağqoyunlu dövləti Şeyx Cüneyd üçün yaxşı müttəfiq ola bilərdi. Uzun Həsən eyni zamanda dərvişlərin və din xadimlərinin dostu kimi də tanınırdı. Beləliklə, Şeyx Cüneyd Ağqoyunlu dövlətinin torpaqlarına səfər edir. Şeyx Cüneydin Canikdən sonra Həsənkeyfə gəldiyi dəqiqdir. Onun Ağqoyunlu hökmdarı Uzun Həsənlə münasibətində ilk addımı kimin atdığı və görüşün əsas məqsədinin nə olduğu barədə tarixi mənbələr fərqli məlumatlar əks olunub. Lakin Uzun Həsənin dərvişlərə olan maraq və dəstəyinə görə onun Şeyx Cüneydə məktub yazıb dostluq təklif etdiyi, Şeyx Cüneydin isə bu təklifdən məmnunluq duyduğu düşünülür. Bu təklif çox yaxın qohumluq əlaqələrinin də başlanğıcı olur. Şeyx Cüneyd Hasankeyfdən Diyarbəkirə yola düşərkən Uzun Həsən Ağqoyunlu əyanlarından bir neçəsini onunla görüşə göndərdi. Şeyx Cüneyd və tərəfdarları şəhərə yaxınlaşanda şəxsən o, şəhərdən kənara çıxıb onları qarşıladı. Uzun Həsən atından düşüb şeyxi qucaqladı. Diyarbəkirin tarixi divarlarından keçərək şəhərin mərmərdən tikilmiş binalarını, malikanələrini, kilsə və məscidlərini görən müridlər çox təsirlənirlər. Uzun Həsənin qonağı olan şeyxin yanındakı əmirlər və müridlər vaxt ötdükcə öz dərəcələrinə uyğun vəzifələrə təyin edilmişdilər. Şeyx Cüneydin Uzun Həsənlə şəxsi münasibətdə olması aralarındakı yaxınlığı və səmimiyyəti get-gedə artırdı. Hətta bəzi bəylər onların münasibətinə həsəd aparırdılar. Bu səmimiyyətin yaratdığı yaxınlıqla Şeyx Cüneyd Uzun Həsənin bacısı Xədicə Bəyimə elçi düşür. Uzun Həsənin razılığı ilə baş tutan nikahla Səfəvi təriqatinin şeyxi Şeyx Cüneyd Ağqoyunlu sülaləsinin kürəkəni olur. Beləliklə, Şeyx Cüneydin nüfuzu daha da artdı.
Diyarbəkir və ətrafı bir çox din və məzhəblərin yaşadığı ərazi olduğu üçün Şeyx Cüneydin tərəfdar toplamasına əlverişli yerlər idi. Şeyx Cüneyd sülalədən aldığı icazə ilə Ağqoyunlu sərhədlərindən kənar bir sıra ərazilərə xəlifələrini göndərib, yeni müridlər toplayır. Uzun Həsən Diyarbəkirdə Şeyx Cüneyd üçün günümüzə qədər gəlib çatan tarixi Ərdəbil qəsrini tikdirmişdir. Uzun Həsənlə yaxın münasibətdə olan şeyx onun öz torpaqlarını genişləndirməsini yaxından müşahidə edirdi. O, qazandığı təcrübə ilə yenidən Ərdəbilə qayıdıb öz ordeninin rəhbərliyini geri almağı qərarlaşdırır. Onun gəlişindən xəbər tutan əmisi Şeyx Cəfər yenidən Cahanşaha müraciət edir. Uzun Həsənin dəstəyini alan şeyxin daha da təhlükəli rəqib olduğunu düşünən Qaraqoyunlu Cahanşah, Şeyx Cüneydi yenidən Ərdəbildən qovmaq qərarına gəlir və baş verə biləcək qarşıdurma üçün əsgər toplamağa başlayır. Cahanşahın hazırlığından xəbər tutan Şeyx Cüneyd, ordenin idarəsini əmisinə tapşırıb, dünyanın hər yerindən müridlərini çağırmaq üçün elçilər göndərir. Daha sonra şəhərdən kənarında toplanmış silahlı tərəfdarları ilə Şirvanşahlar Dövlətindən keçərək çərkəzlər üzərinə basqın edir. Bu basqında o, Uzun Həsəndən əldə etdiyi təcrübələri tətbiq edirdi. O Qafqaz dağlarından enərkən yenidən Şirvanşahların hüdudlarından keçərək Qarabağdakı kazarmaya gəlir. Şirvanşahlara vergi verən çərkəzlərə dini kimliyinə görə hücum edən Şeyx Cüneydlə döyüşə girməyə tərəddüd edən Şirvanşah hökmdarı Şeyx Cəfərdn qardaşı oğlu haqqında mənfi məktub alır. Məktubda qardaşı oğlunun üsyançı adlandıran Şeyx Cəfər onun öldürülməsini tələb edir. Nəticədə hücum qərarı verən Şirvanşah hökmdarı Şeyx Cüneydə cəbhədən xəbər göndərərək sərhədlərini tərk etməyi əmr edir. Lakin Şeyx Cüneyd səfiri öldürərək mənfi cavab verir. Tərəflər arasında baş verən döyüşdə Şeyx Cüneyd oxla öldürülür. Onun tərəfdarları şeyxin ölümündən sonra dağılırlar.
Ailəsi
1456/59-cu ildə Uzun Həsənin bacısı Xədicə bəyim ilə evlənmişdir. Atasının ölümündən sonra dünyaya gələn oğlu Heydər dayısı Uzun Həsənin sarayında böyüdü və Uzun Həsənin qızı ilə də evlənərək onun kürəkəni oldu. Xacə Məhəmməd və Xacə Cəmşid adlı oğulları da vardı. Xacə Cəmşid Heydər ilə birlikdə Şirvanşahlarla döyüşlərdən birində öldürülmüşdür.
Mənbə
- . (PDF). Bakı: "Şərq-Qərb". 2007. 344 səh. ISBN . 2018-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-07-12.
- Bintülhüda Kardeşlik. AKKOYUNLU DEVLETİ’NDE TASAVVUF VE TARÎKATLAR. Diyarbakır. T.C.Dicle Üniversitesi Sosyal Bilimler Enstitüsü Temel İslam Bilimleri Anabilim Dalı Tasavvuf Bilim Dalı. 2021.
- Mirzə Abbaslı. Səfəvilərin kökəninə dair. XL. Belleten. 1976. 287–289.
- T. Yazıcı. Cüneydi Safevi. VIII. Ankara: TTK. İA. 1993. 123–124.
- Walter Hinz tərc T.Bıyıklıoğlu. Uzun Həsən və Şeyx Cüneyd. Ankara: TTK. 1992.
- Woods, John E. The Aqquyunlu: Clan, Confederation, Empire. The University of Utah Press. 1999.
İstinadlar
- Əfəndiyev, 2007. səh. 42
- Kardeşlik, 2021. səh. 96
- Əfəndiyev, 2007. səh. 43
- Kardeşlik, 2021. səh. 97
- Abbaslı, 1976. səh. 287
- Kardeşlik, 2021. səh. 98
- Abbaslı, 1976. səh. 288
- Hinz, 1992. səh. 17
- Hinz, 1992. səh. 18
- Hinz, 1992. səh. 19
- Hinz, 1992. səh. 20
- Hinz, 1992. səh. 22
- Xacə Zeynalabidin Əli Əbdi bəy — Təkmilətül-əxbar (Səfəvi dövrü — Şah İsmayıl və Şah Təhmasib dövrlərinin tarixi- Xoşbəxt sifətli sədrin vəfat tarixi). — Bakı: Elm, 1996
- "Heydər Səfəvi - Encyclopedia Iranica". 2019-11-17 tarixində . İstifadə tarixi: 2017-04-14.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Seyx Cuneyd 1429 اردبیل 1460 Sirvan Sefevi teriqetini rehberi 1447 1460 Seyx Heyderin atasi Sah Ismayil Xetainin babasi Seyx Cuneydfars شيخ جنيد Seyx Cuneyd turbesiErdebil hakimliyinin V seyxi1447 1460EvvelkiSeyx IbrahimSonrakiSeyx HeyderSexsi melumatlarDogum tarixi 1429Dogum yeri ErdebilVefat tarixi 1460Vefat yeri Samurcay vadisi I Samur doyusuVefat sebebi doyusde olumDefn yeri Hezre Qusar rayonuFealiyyeti ilahiyyatci rehber d Atasi Seyx IbrahimHeyat yoldasi Xedice Sultan Uzun Hesenin bacisi Usagi Seyx HeyderAilesi SefevilerDini sielikHeyatiSeyx Ibrahim vefat etdikden sonra 1447 ci ilde onun boyuk oglu Cuneyd ordenin bascisi oldu O Erdebiliyye ve ya Sefeviyye kimi taninan teriqetin besinci lideridir Ilk dovrlerde daha cox Azerbaycanda tesir dairesine malik olan bu teriqet sonralar Suriya Iraq ve xususile Anadoluda yasayan dini heyata oz tesirini gostermisdir Merkezi xanegah Erdebilde olsa da ordenin yayildigi cografiyalardaki muridler oz mudriklerine six bagli idiler Osmanli Imperiyasindaki muridler de Erdebil xanegahina vergi odeyirdiler Bu sebebden Seyx Cuneydin quvvetli tesir gucunden cekinen hokmdarlar onun oz torpaqlarinda yasamsindan narahatliq duyurdular Erdebil seyxlerinin dovrun dovlet bascilari ile gorusleri ve elaqeleri Seyx Cuneydden baslamamisdir Lakin evvelki munasibetler din ve dunya islerinin ayrilmasi esasinda davam etdiyi halda bu veziyyet Seyx Cuneyd dovrunde deyisdi Seyx Cuneyd dovlet qurmaq ideyasi ile hereket ederek Sefevi teriqet icmasindan dini dovlet yaratmaq ucun addimlar atdi Atasi Seyx Ibrahimden sonra Seyx Cuneydin mezheb bascisi olmasi emisi Seyx Ceferi qane etmirdi O dovrde Erdebilin hakimiyyeti altinda olan Qaraqoyunlu hokmdari Cahansah da Seyx Cuneydin etrafina toplasan muridlerin coxlugundan narahat olmus ve onun Seyx Ceferle muqavile baglamasina zemin hazirlamisdir Qizini Seyx Ceferin oglu ile evlendirdiyi ucun Qaraqoyunlu Cahansahla qohumluq elaqeleri varidi Seyx Cuneyd ile Seyx Cefer arasindaki gerginlikden istifade eden Cahansah Seyx Cefere mektublar yazib ondan qardasi oglunu olkeden uzaqlasdirmasini istedi Hokmdar desteyini de alan Seyx Cefer tezyiqleri artirdiqda Seyx Cuneyd Erdebili terk etmek mecburiyyetinde qalir Belelikle ordenin idaresi Seyx Cefere kecir Seyx Cuneyd ise en yaxin sadiq davamcilari ile basqa olkeye yola dusmeli olur Seyx Cuneydin Osmanli Anadolu ve Memluk seferleri Seyx Cuneyd ilk olaraq Osmanli torpaqlarina seyahet etdi Cunki Osmanli sulalesi kecmisde Sefevi seyxlerine hediyyeler gonderir onlarla unsiyyetde olur ve maddi yardimlar edirdi Osmanli torpaqlarina catan Seyx Cuneyd bezi terefdarlarini secde Quran ve tesbeh hediyyeleri ile Osmanli hokmdari II Muradin yanina gonderib ondan namaz qilmaq ibadet etmek ve Qurtbelide meskunlasmaq ucun icaze vermesini xahis etdi II Murad hediyyeleri qebul etdi lakin Seyx Cuneydin tesir dairesinden qorxdugu ucun seyxin isteyine menfi cavab verdi ve muridleri bir nece hediyye ile geri gonderdi Osmanli sultanindan menfi cavab aldiqdan sonra 1449 cu ilde o Anadolu beyliklerinden biri olan Qaramana sefer edir Qaraman Teke ve Hemidogullari ehalisi evveller sieliye meyilli idi Seyx Cuneyd Konyada Sedreddin Koneviye mexsus xanegahdan yasayirdi O 1456 ci ile qeder burada qalir Konyada qisa muddet yasamasinin sebebi Seyx Ebdulletif el Qudsi ile arasindaki anlasmazliqlar idi Ebdulletif Seyx Cuneydi kafir adlandirirdi Neticede Seyx Cuneyd ve muridleri Konyani terk edirler Onlar buradan Toros dagilarinda yasayan Varsaq turklerinin erazisine getseler de Konyadaki xanegahin seyxi Qaraman hokmdarina Seyx Cuneydi sikayet edir O da Varsaq tayfasinin liderine Seyx Cuneydi hebs etme emri verir Varsaq turklerinden de ozune terefdas toplayan Seyx Cuneyd teze mensublari ile birge burani da terk edir Memluk sultani Caxmaqin hakimiyyeti altinda olan Suriya torpaqlarina gelen seyx burada dagidilmis bir qalani icareye goturerek burani xanegah kimi istifade etmeye baslayir Seyx Cuneyd burada apardigi genis tebligat neticesinde oz teriqetini xeyli boyutmeye nail oldu Hetta Osmanli ve Iraqdan coxlu muridler Suriyaya gelerek onun etrafinda toplasirlar Bunu goren Helebdeki seyxler Memluk sultani Caxmaqa mektub yazib Seyx Cuneydi sikayet edirler Emir Caxmaq Heleb valisine Seyx Cuneydi hebs etme emri verir Cuneydin muridleri ile sahin esgerleri arasinda bas veren doyusde 70 murid helak olur Trabzon Rum imperatorluguna hucumu Meglub olan Seyx Cuneyd Memluk torpaqlarini terk ederek Osmanli imperiyasi terkibinde olan Canike gelib cixir Seyx Cuneyd Canikde yaxsi qarsilanmis ve uzun muddet burada yasamisdir O yeni terefdarlar toplamaq ucun calisir Canik valisi ise onun cesaretli planlarina mane olmurdu Trabzon Rum Imperatorlugunu ele kecirerek oz dovletini qurmagi planlasdiran Seyx Cuneyd kafirle cihad edeceyi ucun diger muselman hokmdarlarin maneeleri ile qarsilasmadi Bu erefede Trabzon Rum imperatorlugunda taxt tac mubarizesi baslamis Seyx Cuneyd de bu furseti deyerlendirmek istemisdi Imperator Seyx Cuneydin geldiyi xeberini esidende quru qosunu ile Kordile Agcaqala adli Aya Fokas monastirina dogru irelilemis quru ordusuna destek vermek ve dusmene hucum etmek ucun rum donanmasini da sahil boyu yerlesdirmisdi Seyx Cuneydin quvveleri Meliares etrafina geldi ve Kapanion adli bogazda iki teref arasinda qarsidurma basladi Rum donanmasi sahile qosun cixarmaga calisarken boyuk bir tufan qopdu Seyx Cuneydin quvveleri fursetden istifade ederek hucuma kecdi Netice de rum ordusunun komandanligini oz uzerine goturen komandir Pansebastos Iskender ve ogullarini oldurub ordusunu dagitdi Seyx Cuneyd ve quvveleri Trabzon qalasinin onune gelmisdi Seyx Cuneyd goturduyu esirlerin bir coxunu edam etdirdi Buna baxmayaraq Seyx uc gunluk muhasireden sonra mohkem qalani almaq mumkun olmadi Seyx Cuneyd buradan cixib Mesohaldion Torul qalasina hucum etdi lakin buradan da hec bir netice elde ede bilmedi Bu zaman Osmanli sultani II Mehmed Hizir beyi Trabzona hucuma gonderdi 1451 1481 Neticede Seyx Cuneyd Trabzon bolgesini terk edir Cuneydin Trabzona hucumlari Trabzon Rum Imperatorlugunu xeyli zeifletdi ve buraya gelen Osmanli ordulari Trabzonu asanliqla feth etdi Uzun Hesenle munasibetleriHemin dovrde Diyarbekirde hokmranliq eden Agqoyunlu hokmdari Uzun Hesenin sohreti yayilmisdi O basqinlari ile olkesinin serhedlerini get gede genislendirmeye nail olmusdu Daima Qaraqoyunlu dovleti ile mubarizede olan Agqoyunlu dovleti Seyx Cuneyd ucun yaxsi muttefiq ola bilerdi Uzun Hesen eyni zamanda dervislerin ve din xadimlerinin dostu kimi de taninirdi Belelikle Seyx Cuneyd Agqoyunlu dovletinin torpaqlarina sefer edir Seyx Cuneydin Canikden sonra Hesenkeyfe geldiyi deqiqdir Onun Agqoyunlu hokmdari Uzun Hesenle munasibetinde ilk addimi kimin atdigi ve gorusun esas meqsedinin ne oldugu barede tarixi menbeler ferqli melumatlar eks olunub Lakin Uzun Hesenin dervislere olan maraq ve desteyine gore onun Seyx Cuneyde mektub yazib dostluq teklif etdiyi Seyx Cuneydin ise bu teklifden memnunluq duydugu dusunulur Bu teklif cox yaxin qohumluq elaqelerinin de baslangici olur Seyx Cuneyd Hasankeyfden Diyarbekire yola duserken Uzun Hesen Agqoyunlu eyanlarindan bir necesini onunla goruse gonderdi Seyx Cuneyd ve terefdarlari sehere yaxinlasanda sexsen o seherden kenara cixib onlari qarsiladi Uzun Hesen atindan dusub seyxi qucaqladi Diyarbekirin tarixi divarlarindan kecerek seherin mermerden tikilmis binalarini malikanelerini kilse ve mescidlerini goren muridler cox tesirlenirler Uzun Hesenin qonagi olan seyxin yanindaki emirler ve muridler vaxt otdukce oz derecelerine uygun vezifelere teyin edilmisdiler Seyx Cuneydin Uzun Hesenle sexsi munasibetde olmasi aralarindaki yaxinligi ve semimiyyeti get gede artirdi Hetta bezi beyler onlarin munasibetine hesed aparirdilar Bu semimiyyetin yaratdigi yaxinliqla Seyx Cuneyd Uzun Hesenin bacisi Xedice Beyime elci dusur Uzun Hesenin raziligi ile bas tutan nikahla Sefevi teriqatinin seyxi Seyx Cuneyd Agqoyunlu sulalesinin kurekeni olur Belelikle Seyx Cuneydin nufuzu daha da artdi Diyarbekir ve etrafi bir cox din ve mezheblerin yasadigi erazi oldugu ucun Seyx Cuneydin terefdar toplamasina elverisli yerler idi Seyx Cuneyd sulaleden aldigi icaze ile Agqoyunlu serhedlerinden kenar bir sira erazilere xelifelerini gonderib yeni muridler toplayir Uzun Hesen Diyarbekirde Seyx Cuneyd ucun gunumuze qeder gelib catan tarixi Erdebil qesrini tikdirmisdir Uzun Hesenle yaxin munasibetde olan seyx onun oz torpaqlarini genislendirmesini yaxindan musahide edirdi O qazandigi tecrube ile yeniden Erdebile qayidib oz ordeninin rehberliyini geri almagi qerarlasdirir Onun gelisinden xeber tutan emisi Seyx Cefer yeniden Cahansaha muraciet edir Uzun Hesenin desteyini alan seyxin daha da tehlukeli reqib oldugunu dusunen Qaraqoyunlu Cahansah Seyx Cuneydi yeniden Erdebilden qovmaq qerarina gelir ve bas vere bilecek qarsidurma ucun esger toplamaga baslayir Cahansahin hazirligindan xeber tutan Seyx Cuneyd ordenin idaresini emisine tapsirib dunyanin her yerinden muridlerini cagirmaq ucun elciler gonderir Daha sonra seherden kenarinda toplanmis silahli terefdarlari ile Sirvansahlar Dovletinden kecerek cerkezler uzerine basqin edir Bu basqinda o Uzun Hesenden elde etdiyi tecrubeleri tetbiq edirdi O Qafqaz daglarindan enerken yeniden Sirvansahlarin hududlarindan kecerek Qarabagdaki kazarmaya gelir Sirvansahlara vergi veren cerkezlere dini kimliyine gore hucum eden Seyx Cuneydle doyuse girmeye tereddud eden Sirvansah hokmdari Seyx Ceferdn qardasi oglu haqqinda menfi mektub alir Mektubda qardasi oglunun usyanci adlandiran Seyx Cefer onun oldurulmesini teleb edir Neticede hucum qerari veren Sirvansah hokmdari Seyx Cuneyde cebheden xeber gondererek serhedlerini terk etmeyi emr edir Lakin Seyx Cuneyd sefiri oldurerek menfi cavab verir Terefler arasinda bas veren doyusde Seyx Cuneyd oxla oldurulur Onun terefdarlari seyxin olumunden sonra dagilirlar Ailesi1456 59 cu ilde Uzun Hesenin bacisi Xedice beyim ile evlenmisdir Atasinin olumunden sonra dunyaya gelen oglu Heyder dayisi Uzun Hesenin sarayinda boyudu ve Uzun Hesenin qizi ile de evlenerek onun kurekeni oldu Xace Mehemmed ve Xace Cemsid adli ogullari da vardi Xace Cemsid Heyder ile birlikde Sirvansahlarla doyuslerden birinde oldurulmusdur Menbe PDF Baki Serq Qerb 2007 344 seh ISBN 978 9952 34 101 0 2018 07 12 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2018 07 12 Bintulhuda Kardeslik AKKOYUNLU DEVLETI NDE TASAVVUF VE TARIKATLAR Diyarbakir T C Dicle Universitesi Sosyal Bilimler Enstitusu Temel Islam Bilimleri Anabilim Dali Tasavvuf Bilim Dali 2021 Mirze Abbasli Sefevilerin kokenine dair XL Belleten 1976 287 289 T Yazici Cuneydi Safevi VIII Ankara TTK IA 1993 123 124 Walter Hinz terc T Biyiklioglu Uzun Hesen ve Seyx Cuneyd Ankara TTK 1992 Woods John E The Aqquyunlu Clan Confederation Empire The University of Utah Press 1999 IstinadlarEfendiyev 2007 seh 42 Kardeslik 2021 seh 96 Efendiyev 2007 seh 43 Kardeslik 2021 seh 97 Abbasli 1976 seh 287 Kardeslik 2021 seh 98 Abbasli 1976 seh 288 Hinz 1992 seh 17 Hinz 1992 seh 18 Hinz 1992 seh 19 Hinz 1992 seh 20 Hinz 1992 seh 22 Xace Zeynalabidin Eli Ebdi bey Tekmiletul exbar Sefevi dovru Sah Ismayil ve Sah Tehmasib dovrlerinin tarixi Xosbext sifetli sedrin vefat tarixi Baki Elm 1996 Heyder Sefevi Encyclopedia Iranica 2019 11 17 tarixinde Istifade tarixi 2017 04 14