I Əfridun – Şirvanşahlar dövlətinin on səkkizinci hökmdarı, Şirvanşah I Fəribürzün oğlu.
I Əfridun ibn I Fəribürz | |
---|---|
Şirvanşahlar Dövlətinin XVIII hökmdarı | |
1106 – 1120 | |
Əvvəlki | II Mənuçöhr |
Sonrakı | III Mənuçöhr |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Atası | I Fəribürz |
Uşaqları |
Fəaliyyəti
Qardaşı Şirvanşah II Mənuçöhrün ölümündən sonra hakimiyyətə glmişdir. I Əfridunun adına hələlik sikkə tapılmamışdır. Əfridunun adı yalnız III Fəribürzün əcdadı kimi Pirsaatçay çayı üstündəki xanəgahın giriş baş tağındakı kitabədə xatırlanır. Kitabənin tarixi h.641 (1243/4)-ci il göstərilir. Orada deyilir: "Bu ibnanın tikilməsi müdrik, adil, müəyyəd, müzəffər, dünya və dinin ucası, islamın və müsəlmanların məliki, məlik və sultanların tacı, Əbü-1-Müzəffər Fəribürz ibn Gərşasi, ibn Fərruxzad, ibn Mənuçöhr... və i.a. varisi Cəm Əfridunun zamanında əmr edilmişdir". Bu kitabəyə görə, Əfridun III Fəribürzün ulu babasının atasıdır.
Onun adı, habelə III Mənuçöhrün sikkələrində yalnız sonuncunun atasının adı kimi çəkilir. O, Xaqaninin I Axsitanın arvadı şahzadə İsmət əd-Din Səffət əl-İslama ithaf olunmuş mədhiyyəsində da xatırlanır: "Mən şəhid Əfridunun göhər mədənində Daranın tacını bəzəyən daş-qaş görmüşəm". Bu misralarda Əfridun din uğrunda həlak olmuş şəhid adlandırılır. Əfriduna şamil edilən bu təşbihin izahını hökmranlığının müfəssəl tarixçəsi verilən gürcü salnaməsi "Kartlis tsxovreba" da tapırıq. Burada xəbər verilir ki, gürcü koronikonuna görə 340 (h.514 (1120)-ci ilin noyabrında Şirvan və Dərbənd hakimləri ilə müharibədə Əfridun öldürülmüş və Şirvanşah məğlubiyyətə uğramışdır. "Tarix-i əl- Bab"dan bilirik ki, salnamədə Şirvanşahın oğlu adlandırılan Əfridun dəfələrlə Dərbəndin hakimi olmuş və Dərbənd əmirləri bir neçə dəfə onu qovmuşlar. O, şəhəri faktik olaraq idarə edən rəislərlə mübarizə aparmışdır. Y.A.Paxomov yazır: "Əfridunun adının, sadəcə olaraq, salnaməçinin vaxtında hamının tanıdığı bir şəxs kimi çəkilməsi və başqa bir Şirvan hakiminin adının çəkilməməsi, görünür, müəllifin açıq deməsə də, burada həmin hakimin məhz Əfridun olduğunu nəzərdə tutduğunu göstərir". O vaxtlar Dərbənd, əlbəttə, – Şirvan hakimlərinə qarşı mübarizədə Dərbənd əmirlərinin müttəfiqi olan qıpçaq və digər qeyrimüsəlman köçəri dəstələrinin keçib gəldiyi qapı idi və belə "kafirlərlə" döyüşdə öldürülmüş Əfridun, sözsüz şəhid sayıla bilərdi".S. Aşurbəyli qeyd edir ki, Əfridunun dərbəndlilərlə apardığı müharibədə onların "kafir" müttəfiqləri Fəribürzün müsəlmanlaşdırmağa cəhd göstərdiyi qumuqlar, yaxud şəndanlılar, sərirlər və alanlar da ola bilərdi.
Gürcülərlə münasibətlər
Bu dövrün hadisələri "Kartlis tsxovreba"da əksini tapmışdır. 1116 (h.510, k.336)-cı ildə Qurucu IV David "...qızı Katanı imperatorun oğluna ərə verəcək. Yunanıstana (Bizansa) göndərmişdir. Bundan əvvəl o, böyük qızı Tamarı Şirvana hakim göndərmişdir". Şahzadə qızın ərinin adı çəkilmir. Mənbələrdən aydın olur ki, Davidin birinci arvadından olan qızı Tamar Əfridunun oğlu III Mənuçöhrün arvadı idi və onların toyu təqribən h.505 (1111)-ci ildə olmuşdu. XII əsrdə Gürcüstanda və Ermənistanda qədim hökmdarlıq nəslindən olan yəhudi mənşəli hakimiyyət sürürdü. Qurucu David qızlarından birini Bizansa, digərini isə Şirvana ərə verməklə Zaqafqaziyaya yaxınlaşmaqda olan səlcuqlar işğalı təhlükəsi qarşısında Gürcüstanın siyasi vəziyyətini möhkəmləndirmişdi. "...Səlcuq hökmranlığından azad olmaq uğrunda mübarizədə mənafe birliyi Gürcüstanla Şirvanın yaxınlaşmasını şərtləndirdi və nəticədə sülalə nikahı baş verdi... Şirvan və Yunanıstan (Bizans) tərəfindən ölkənin təhlükəsizliyi təmin olundu və Qurucu David bütün qüvvələrini səlcuqların qovulmasına yönəldə bildi".
Akademik N.A.Berdzenişvilinin fikrincə, gürcü hökmdarı bu addımı atmaqla Şirvanşahla sazişə getməyə və səlcuq türklərinə qarşı mübarizədə onun köməyini qabaqcadan təmin etməyə çalışırdı."Bu nikah 1105-1106-cı illərdə olmalı idi. Lakin bu addım kifayət etmədi. Əfridun əvvəlki kimi, türklərə meyl göstərirdi və onlarla ittifaqda olmağı üstün tuturdu". Bunun ardınca gürcü hökmdarı aralarındakı qohumluq əlaqələrinə və ittifaqa baxmayaraq, Şirvanşaha qarşı fəal əməliyyata başladı. H.511 (1117)-ci ildə IV David oğlu Demetreni güclü ordu ilə Şirvanşahın üstünə göndərdi. Demetre Kaladzor qalasını tutdu, böyük qənimət və çoxlu əsir götürərək, [İran]ın birləşmiş qüvvələrinin başçısı Sukmanın adamlarını qaçmağa məcbur etdi. Demetre Şirvanlılar üzərində qələbədən sonra təntənə ilə Gürcüstana qayıtdı. Sonrakı iki il dinc keçdi, lakin sonra, h.514 (1120)- cü ildə IV David özü başda olmaqla Şirvana yürüş etdi. Həmin ilin fevralında o, Qəbələ şəhərini tutaraq, çoxlu qızıl, gümüş və digər qiymətli şeylər qənimət götürdü. May ayında o, "Ərəbiyə-Licasdan Şiştlansa və Kürdüvana qədər" Şirvanı viran edərək, çoxlu qənimətlə Kartliyə qayıtdı. Görünür, burada söhbət Lahıc və Şamaxı bölgəsindən gedir. Gürcülərin basqını Şirvanşahı gücdən saldı. Bunun ardınca Dərbəndlə müharibə başladı. H.514 (1120)-cü ilin noyabrında baş verən vuruşmada Əfridunun özü öldürüldü, qoşunu isə darmadağın edildi. Əfridunun nə vaxt hakimiyyətə başlaması məsələsi yeni mənbələr aşkar edilənədək açıq qalır. "Tarix-i əl-Bab"dan bilirik ki, Əfridun I Fəribürzün Dərbənddə canişini olmuşdur: "Şirvanşah Fəribürz öz oğlu Əfridunu Dərbəndə hakim təyin edərək h.458-ci il səfər ayının sonuncu günü (30 yanvar, 1066) oraya göndərdi".
Onun adı bir də 1068-ci il hadisələri ilə əlaqədar çəkilir. "460-cı ilin ramazan ayında (iyul, 1068) Şirvanşah Fəribürzün oğlu Əfridun əl-Babı tərk edərək Şirvana getdi". H.461 (1068)-ci ildə Fəribürz öz qardaşı Güzdəhəm və qoşunla sərhəd vilayətlərinə (səqr) hərəkət etdi və əl-Bab qalasına daxil oldu. O, dörd gündən sonra qalanı iqamətgahına çevirən oğlu Əfridunu oraya hakim qoyaraq geri qayıtdı..." Nəhayət, sonuncu məlumat: "H.464-cü ilin əvvəlində (oktyabr, 1071) Şirvanşah dərbəndlilərdən adamlar girov alaraq onlarla saziş bağladı və oğlu Əfridunu müstəqil hakim kimi ora göndərdi..." Gətirilən məlumatlardan Əfridunun yaşını müəyyənləşdirmək mümkün olmuşdur. Əgər 1066-cı ildə Əfridunun 20 yaşı olsaydı, 1120-ci ildə, öləndə onun 70-dən çox yaşı var idi. Ehtimal edilir ki, II Mənuçöhrün qısamüddətli hakimiyyətindən sonra Əfridun bütün Şirvanın hakimi olmuşdur. Bunu "Tarix-i əl-Bab"a, V.F.Minorskinin fikrincə, Münəccimbaşının əlavəsi də təsdiq edir. O, 1106/7 və 1120- ci illər arasında hökmranlıq etmişdir.
Ailəsi
- Atası I Fəribürz. Şirvanşah
- Qardaşı II Mənuçöhr. Şirvanşah
- Qardaşı əl-Ədud. Gəncə və Arran hakimi.
- Bacısı Şahbanu Xatun. Şamaxıda Gülüstan qalasını yenidən tikdirmişdir.
- Oğlu III Mənuçöhr. Xələfi.
- Gəlini Tamar. Gürcüstan çarı IV Davidin qızı, Baqrationi sülaləsindən.
SƏLƏF II Mənuçöhr | I Əfridun Kəsranilər | XƏLƏF III Mənuçöhr |
Döyüş və hakimiyyət mübarizəsi xronologiyası
Tarix | Hadisə | Müttəfiqlər | Qarşı tərəf | Yer | Vəzifəsi | Nəticə |
---|---|---|---|---|---|---|
1068-ci il | Güzdəhəm ibn Saların üsyanı | I Fəribürz, Əbd ül-Məlik ibn Ləşkəri | Güzdəhəm ibn Salar, dərbəndlilər | Dərbənd | Şahzadə | qələbə |
1071-1072-ci illər | Dərbəndin itirilməsi | I Fəribürz | Səlcuqlar | Dərbənd | Dərbənd əmiri | məğlubiyyət |
1117-ci il | Demetrenin hücumu | Gürcüstan krallığı | Kaladzor qalası | Şirvanşah | məğlubiyyət | |
1120-ci il | IV Davidin Qəbələyə hücumu | Gürcüstan krallığı | Qəbələ | Şirvanşah | məğlubiyyət | |
1120-ci il | IV Davidin Şirvana hücumu | Gürcüstan krallığı | Şirvan | Şirvanşah | məğlubiyyət | |
1120-ci il | Dərbəndlə müharibə | Dərbənd əmirliyi | Dərbənd | Şirvanşah | məğlubiyyət, öldürülməsi |
İstinadlar
- Aлecкepзaдe. Haдпиcи xaнeгя нa peкe Пиpcaгaт. Apxитeктypa Aзepбaйджaнa эпoxи Hизaми". M., 1947
- Пaxoмoв. Kpaткий кypc... c.32
- Hadi Həsən. Fələki Şirvani, c.33-35
- Пaxoмoв. Kpaткий кypc... c.ЗO.
- Kapтлиc цxoвpeбa, т.I, c.58, 61, 62, 63.
- Mинopcкий, c.58, 61,62, 63.
- Пaxoмoв. Kpaткий кypc... c.3l.
- Mинopcкий, c.57-58
- Бeйлиc. Coчинeния Macyдa, c.30-31.
- S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2006
- Ш.A.Mecxиa. Дидгopcкaя битвa. Tбилиcи, 1974, c.47-48
- Kapтлиc цxoвpeбa, c.334
- Бpocce, I, c.360-362
- Ф.Д.Жopдaния. Xpoники I. Tифлиc, 1892, c.239-240
- A.E.Kpымcкий. Hизaми и eгo coвpeмeнники. Бaкy, 1981, c. 159-160
- "Stephen H. Rapp – Studies in Medieval Georgian Historiography: Early Texts and Eurasian Contexts Subs. 113 (Corpus Scriptorum Christianorum Orientalium)". 2023-07-23 tarixində . İstifadə tarixi: 2011-06-29.
- З.M.Бyниятoв. Гpyзия и Шиpвaн в пepвoй пoлoвинe XII в. Гpyзия в эпoxy Pycтaвeли. Tбилиcи, 1966, c.282
- И.A.Джaвaxишвили. Иcтopия фyзинcкoгo нapoдa, II, Tбилиcи, 1965, c.198
- H.Бepдзeнишвили. Из пpoшлoгo вocтoчнoй Kaxeтии "Mимoмxилвeли" Tбилиcи, 1953 (gürcü dilində), c.69.
- H.Ш.Acaтиaни. Пoлитичecкиe взaимooтнeшeния Гpyзии и Шиpвaнa в XII в. Tr. Tбилиccк. Гoc. Ун-тa, т.125, 1968 (gürcü dilində), c.26.
- Brosse, c.360, 381
- Hadi Həsən. Fəlвki Şirvani, s.8.
- Бpocce, ч.l, c.364
- Kapтлиc цxoвpeбa, I, c.334, 339.
- Mинopcкий. Иcтopия Шиpвaнa, c.58, 61-64
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
I Efridun Sirvansahlar dovletinin on sekkizinci hokmdari Sirvansah I Feriburzun oglu I Efridun ibn I FeriburzSirvansahlar Dovletinin XVIII hokmdari1106 1120EvvelkiII MenucohrSonrakiIII MenucohrSexsi melumatlarDogum tarixi 1046Dogum yeri SamaxiVefat tarixi 1120Vefat yeri SamaxiAtasi I FeriburzUsaqlari III Boyuk Menucohr Sahzade QubadFealiyyetiQardasi Sirvansah II Menucohrun olumunden sonra hakimiyyete glmisdir I Efridunun adina helelik sikke tapilmamisdir Efridunun adi yalniz III Feriburzun ecdadi kimi Pirsaatcay cayi ustundeki xanegahin giris bas tagindaki kitabede xatirlanir Kitabenin tarixi h 641 1243 4 ci il gosterilir Orada deyilir Bu ibnanin tikilmesi mudrik adil mueyyed muzeffer dunya ve dinin ucasi islamin ve muselmanlarin meliki melik ve sultanlarin taci Ebu 1 Muzeffer Feriburz ibn Gersasi ibn Ferruxzad ibn Menucohr ve i a varisi Cem Efridunun zamaninda emr edilmisdir Bu kitabeye gore Efridun III Feriburzun ulu babasinin atasidir Onun adi habele III Menucohrun sikkelerinde yalniz sonuncunun atasinin adi kimi cekilir O Xaqaninin I Axsitanin arvadi sahzade Ismet ed Din Seffet el Islama ithaf olunmus medhiyyesinde da xatirlanir Men sehid Efridunun goher medeninde Daranin tacini bezeyen das qas gormusem Bu misralarda Efridun din ugrunda helak olmus sehid adlandirilir Efriduna samil edilen bu tesbihin izahini hokmranliginin mufessel tarixcesi verilen gurcu salnamesi Kartlis tsxovreba da tapiriq Burada xeber verilir ki gurcu koronikonuna gore 340 h 514 1120 ci ilin noyabrinda Sirvan ve Derbend hakimleri ile muharibede Efridun oldurulmus ve Sirvansah meglubiyyete ugramisdir Tarix i el Bab dan bilirik ki salnamede Sirvansahin oglu adlandirilan Efridun defelerle Derbendin hakimi olmus ve Derbend emirleri bir nece defe onu qovmuslar O seheri faktik olaraq idare eden reislerle mubarize aparmisdir Y A Paxomov yazir Efridunun adinin sadece olaraq salnamecinin vaxtinda haminin tanidigi bir sexs kimi cekilmesi ve basqa bir Sirvan hakiminin adinin cekilmemesi gorunur muellifin aciq demese de burada hemin hakimin mehz Efridun oldugunu nezerde tutdugunu gosterir O vaxtlar Derbend elbette Sirvan hakimlerine qarsi mubarizede Derbend emirlerinin muttefiqi olan qipcaq ve diger qeyrimuselman koceri destelerinin kecib geldiyi qapi idi ve bele kafirlerle doyusde oldurulmus Efridun sozsuz sehid sayila bilerdi S Asurbeyli qeyd edir ki Efridunun derbendlilerle apardigi muharibede onlarin kafir muttefiqleri Feriburzun muselmanlasdirmaga cehd gosterdiyi qumuqlar yaxud sendanlilar serirler ve alanlar da ola bilerdi Gurculerle munasibetler Bu dovrun hadiseleri Kartlis tsxovreba da eksini tapmisdir 1116 h 510 k 336 ci ilde Qurucu IV David qizi Katani imperatorun ogluna ere verecek Yunanistana Bizansa gondermisdir Bundan evvel o boyuk qizi Tamari Sirvana hakim gondermisdir Sahzade qizin erinin adi cekilmir Menbelerden aydin olur ki Davidin birinci arvadindan olan qizi Tamar Efridunun oglu III Menucohrun arvadi idi ve onlarin toyu teqriben h 505 1111 ci ilde olmusdu XII esrde Gurcustanda ve Ermenistanda qedim hokmdarliq neslinden olan yehudi menseli hakimiyyet sururdu Qurucu David qizlarindan birini Bizansa digerini ise Sirvana ere vermekle Zaqafqaziyaya yaxinlasmaqda olan selcuqlar isgali tehlukesi qarsisinda Gurcustanin siyasi veziyyetini mohkemlendirmisdi Selcuq hokmranligindan azad olmaq ugrunda mubarizede menafe birliyi Gurcustanla Sirvanin yaxinlasmasini sertlendirdi ve neticede sulale nikahi bas verdi Sirvan ve Yunanistan Bizans terefinden olkenin tehlukesizliyi temin olundu ve Qurucu David butun quvvelerini selcuqlarin qovulmasina yonelde bildi Akademik N A Berdzenisvilinin fikrince gurcu hokmdari bu addimi atmaqla Sirvansahla sazise getmeye ve selcuq turklerine qarsi mubarizede onun komeyini qabaqcadan temin etmeye calisirdi Bu nikah 1105 1106 ci illerde olmali idi Lakin bu addim kifayet etmedi Efridun evvelki kimi turklere meyl gosterirdi ve onlarla ittifaqda olmagi ustun tuturdu Bunun ardinca gurcu hokmdari aralarindaki qohumluq elaqelerine ve ittifaqa baxmayaraq Sirvansaha qarsi feal emeliyyata basladi H 511 1117 ci ilde IV David oglu Demetreni guclu ordu ile Sirvansahin ustune gonderdi Demetre Kaladzor qalasini tutdu boyuk qenimet ve coxlu esir goturerek Iran in birlesmis quvvelerinin bascisi Sukmanin adamlarini qacmaga mecbur etdi Demetre Sirvanlilar uzerinde qelebeden sonra tentene ile Gurcustana qayitdi Sonraki iki il dinc kecdi lakin sonra h 514 1120 cu ilde IV David ozu basda olmaqla Sirvana yurus etdi Hemin ilin fevralinda o Qebele seherini tutaraq coxlu qizil gumus ve diger qiymetli seyler qenimet goturdu May ayinda o Erebiye Licasdan Sistlansa ve Kurduvana qeder Sirvani viran ederek coxlu qenimetle Kartliye qayitdi Gorunur burada sohbet Lahic ve Samaxi bolgesinden gedir Gurculerin basqini Sirvansahi gucden saldi Bunun ardinca Derbendle muharibe basladi H 514 1120 cu ilin noyabrinda bas veren vurusmada Efridunun ozu olduruldu qosunu ise darmadagin edildi Efridunun ne vaxt hakimiyyete baslamasi meselesi yeni menbeler askar edilenedek aciq qalir Tarix i el Bab dan bilirik ki Efridun I Feriburzun Derbendde canisini olmusdur Sirvansah Feriburz oz oglu Efridunu Derbende hakim teyin ederek h 458 ci il sefer ayinin sonuncu gunu 30 yanvar 1066 oraya gonderdi Onun adi bir de 1068 ci il hadiseleri ile elaqedar cekilir 460 ci ilin ramazan ayinda iyul 1068 Sirvansah Feriburzun oglu Efridun el Babi terk ederek Sirvana getdi H 461 1068 ci ilde Feriburz oz qardasi Guzdehem ve qosunla serhed vilayetlerine seqr hereket etdi ve el Bab qalasina daxil oldu O dord gunden sonra qalani iqametgahina ceviren oglu Efridunu oraya hakim qoyaraq geri qayitdi Nehayet sonuncu melumat H 464 cu ilin evvelinde oktyabr 1071 Sirvansah derbendlilerden adamlar girov alaraq onlarla sazis bagladi ve oglu Efridunu musteqil hakim kimi ora gonderdi Getirilen melumatlardan Efridunun yasini mueyyenlesdirmek mumkun olmusdur Eger 1066 ci ilde Efridunun 20 yasi olsaydi 1120 ci ilde olende onun 70 den cox yasi var idi Ehtimal edilir ki II Menucohrun qisamuddetli hakimiyyetinden sonra Efridun butun Sirvanin hakimi olmusdur Bunu Tarix i el Bab a V F Minorskinin fikrince Muneccimbasinin elavesi de tesdiq edir O 1106 7 ve 1120 ci iller arasinda hokmranliq etmisdir AilesiAtasi I Feriburz Sirvansah Qardasi II Menucohr Sirvansah Qardasi el Edud Gence ve Arran hakimi Bacisi Sahbanu Xatun Samaxida Gulustan qalasini yeniden tikdirmisdir Oglu III Menucohr Xelefi Gelini Tamar Gurcustan cari IV Davidin qizi Baqrationi sulalesinden SELEF II Menucohr I Efridun Kesraniler XELEF III MenucohrDoyus ve hakimiyyet mubarizesi xronologiyasi Tarix Hadise Muttefiqler Qarsi teref Yer Vezifesi Netice1068 ci il Guzdehem ibn Salarin usyani I Feriburz Ebd ul Melik ibn Leskeri Guzdehem ibn Salar derbendliler Derbend Sahzade qelebe1071 1072 ci iller Derbendin itirilmesi I Feriburz Selcuqlar Derbend Derbend emiri meglubiyyet1117 ci il Demetrenin hucumu Gurcustan kralligi Kaladzor qalasi Sirvansah meglubiyyet1120 ci il IV Davidin Qebeleye hucumu Gurcustan kralligi Qebele Sirvansah meglubiyyet1120 ci il IV Davidin Sirvana hucumu Gurcustan kralligi Sirvan Sirvansah meglubiyyet1120 ci il Derbendle muharibe Derbend emirliyi Derbend Sirvansah meglubiyyet oldurulmesiIstinadlar Aleckepzade Hadpici xanegya na peke Pipcagat Apxitektypa Azepbajdzhana epoxi Hizami M 1947 Paxomov Kpatkij kypc c 32 Hadi Hesen Feleki Sirvani c 33 35 Paxomov Kpatkij kypc c ZO Kaptlic cxovpeba t I c 58 61 62 63 Minopckij c 58 61 62 63 Paxomov Kpatkij kypc c 3l Minopckij c 57 58 Bejlic Cochineniya Macyda c 30 31 S Asurbeyli Sirvansahlar dovleti Baki 2006 Sh A Mecxia Didgopckaya bitva Tbilici 1974 c 47 48 Kaptlic cxovpeba c 334 Bpocce I c 360 362 F D Zhopdaniya Xponiki I Tiflic 1892 c 239 240 A E Kpymckij Hizami i ego covpemenniki Baky 1981 c 159 160 Stephen H Rapp Studies in Medieval Georgian Historiography Early Texts and Eurasian Contexts Subs 113 Corpus Scriptorum Christianorum Orientalium 2023 07 23 tarixinde Istifade tarixi 2011 06 29 Z M Byniyatov Gpyziya i Shipvan v pepvoj polovine XII v Gpyziya v epoxy Pyctaveli Tbilici 1966 c 282 I A Dzhavaxishvili Ictopiya fyzinckogo napoda II Tbilici 1965 c 198 H Bepdzenishvili Iz pposhlogo voctochnoj Kaxetii Mimomxilveli Tbilici 1953 gurcu dilinde c 69 H Sh Acatiani Politicheckie vzaimootnesheniya Gpyzii i Shipvana v XII v Tr Tbilicck Goc Un ta t 125 1968 gurcu dilinde c 26 Brosse c 360 381 Hadi Hesen Felvki Sirvani s 8 Bpocce ch l c 364 Kaptlic cxovpeba I c 334 339 Minopckij Ictopiya Shipvana c 58 61 64 Sirvansahlar dovleti portaliHemcinin bax Kesraniler Azerbaycan tarixi