Şaqay Mübarək Gəray (krımtat. Şaqay Mubarek Geray)(bilinmir – 1593, Çərkəzistan) — Krım xanı I Dövlət Gərayın oğlu, .
Şaqay Mübarək Gəray | |
---|---|
1584 – 1588 | |
Əvvəlki | Səadət Gəray |
Sonrakı | Səfa Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | 1593 |
Vəfat yeri | |
Atası | I Dövlət Gəray |
Uşaqları | |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Həyatı
Doğum tarixi bilinmir. Krım xanı I Dövlət Gərayın oğludur. Atasının Moskva knyazlığı və Lehistan üzərinə tərtiblədiyi səfərlərə qatıldı. Atasının vəfatının ardından 1577-ci ildə böyük qardaşı II Mehmed Gəray taxta çıxdı və digər qardaşı Adil Gəray kalqay elan olundu. Ertəsi il Osmanlı sultanı III Muradın Səfəvilər üzərinə səfərə çıxmasıyla Krım tatarları da cəbhəyə çağırıldı. Ancaq səhhətinin pis olmasını bəhanə edən qardaşı səfərə getməyərək tatar birliklərini kalqay Adil Gərayın rəhbərliyində Şirvana göndərdi. Şaqay Mübarək və qardaşı Qazi Gərayın da daxil olduğu 20 min nəfərlik tatar birlikləri üçün bu səfər uğursuzluqla nəticələndi. Mollahəsənli döyüşündə ağır itkilər verildi və kalqay Adil Gəray əsir düşdü.
Kalqay rütbəsinə təyinatla bağlı qardaşı II Mehmed Gərayla münasibətləri pisləşən digər qardaşı Alp Gərayı dəstəklədi. Ancaq Krım xanı II Mehmed Gərayla Sultan Murad arasındakı gərginlik, Krım tatarlarının Səfəvilərlə davam edən müharibədən boyun qaçırmasıyla daha da şiddətləndi. Nəticədə sədrəzəm Özdəmiroğlu Osman Paşa idarəsindəki piyada ordu və kaptan-ı dərya Qılınc Əli Paşa idarəsindəki donanma Krım xanını cəzalandırmaq məqsədilə istiqaməti dəyişərək Kəfəyə yola düşdülər. Bundan xəbər tutan kalqay Alp Gəray qardaşları Səlamət və Şaqay Mübarək Gərayla birlikdə Osmanlı ordugahına sığındılar. O əsnada İstanbulda girov tutulan İslam Gəray isə Sultan Murad tərəfindən yeni Krım xanı elan edildi və yeniçəri birlikləriylə Bağçasaraya göndərildi. Osmanlı sultanının fərmanını görən digər yerli əyanlar da onun tərəfinə keçdilər. Taxtını itirən II Mehmed Gəray ailəsi və xidmətçiləriylə birlikdə Kubana sığınsa da, Alp Gərayın rəhbərlik etdiyi tatar birlikləri onu ələ keçirdi və sabiq xan boğularaq edam olundu.
Yeni taxta çıxan II İslam Gəray isə mükafat olaraq qardaşı Alp Gərayı kalqay olaraq saxladı və digər qardaşı Şaqay Mübarək Gəray elan edildi (1584). 2 il boyunca mərhum xanın qaçaq düşən oğlu Səadət Gərayla mübarizə aparan Şaqay Mübarək Gəray çox keçmədən özü də ölkədən qaçdı. Belə ki, II İslam Gəray 1588-ci ildə vəfat etdi və İstanbula girov göndərilən qardaşı II Qazi Gəray xan elan edildi. Yeni təyin olunan qardaşının intiqam almasından çəkinən kalqay Alp Gəray və Şaqay Mübarək Gəray ailələrini də yanlarına alaraq ölkədən qaçdılar. Alp Gəray İstanbula, Şaqay Mübarək Gəray isə xanımı Durbikə Xatunun çərkəz diyarındakı qohumlarının yanına sığındı. 1593-cü ildə burada vəfat etdi.
İstinadlar
- Fisher, Alan, Kırım Tatarları, Çev: Eşref B. Özbilen, Selenge Yayınları, 2009
- Halim Giray Han, Gülbün-i Hanan, Osman Cudi Neşri, 1327
Mənbə
- Kırım Hanlığı’nda Kalgaylık ve Nureddinlik Üzerine Bir İnceleme. Furkan Cem Tosun. Yüksek Lisans Tezi. İzmir 2022
- Von Hammer Purgstall, Kırım Hanlığı Tarihi, İnsan Yayınlar, 3. Baskı, 2020
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Saqay Mubarek Geray krimtat Saqay Mubarek Geray bilinmir 1593 Cerkezistan Krim xani I Dovlet Gerayin oglu Saqay Mubarek Geray1584 1588EvvelkiSeadet GeraySonrakiSefa GeraySexsi melumatlarDogum tarixi bilinmirVefat tarixi 1593Vefat yeri CerkezistanAtasi I Dovlet GerayUsaqlari Canibey Geray Dovlet Geray kalqay Ailesi GeraylarDini sunni islamHeyatiDogum tarixi bilinmir Krim xani I Dovlet Gerayin ogludur Atasinin Moskva knyazligi ve Lehistan uzerine tertiblediyi seferlere qatildi Atasinin vefatinin ardindan 1577 ci ilde boyuk qardasi II Mehmed Geray taxta cixdi ve diger qardasi Adil Geray kalqay elan olundu Ertesi il Osmanli sultani III Muradin Sefeviler uzerine sefere cixmasiyla Krim tatarlari da cebheye cagirildi Ancaq sehhetinin pis olmasini behane eden qardasi sefere getmeyerek tatar birliklerini kalqay Adil Gerayin rehberliyinde Sirvana gonderdi Saqay Mubarek ve qardasi Qazi Gerayin da daxil oldugu 20 min neferlik tatar birlikleri ucun bu sefer ugursuzluqla neticelendi Mollahesenli doyusunde agir itkiler verildi ve kalqay Adil Geray esir dusdu Kalqay rutbesine teyinatla bagli qardasi II Mehmed Gerayla munasibetleri pislesen diger qardasi Alp Gerayi destekledi Ancaq Krim xani II Mehmed Gerayla Sultan Murad arasindaki gerginlik Krim tatarlarinin Sefevilerle davam eden muharibeden boyun qacirmasiyla daha da siddetlendi Neticede sedrezem Ozdemiroglu Osman Pasa idaresindeki piyada ordu ve kaptan i derya Qilinc Eli Pasa idaresindeki donanma Krim xanini cezalandirmaq meqsedile istiqameti deyiserek Kefeye yola dusduler Bundan xeber tutan kalqay Alp Geray qardaslari Selamet ve Saqay Mubarek Gerayla birlikde Osmanli ordugahina sigindilar O esnada Istanbulda girov tutulan Islam Geray ise Sultan Murad terefinden yeni Krim xani elan edildi ve yeniceri birlikleriyle Bagcasaraya gonderildi Osmanli sultaninin fermanini goren diger yerli eyanlar da onun terefine kecdiler Taxtini itiren II Mehmed Geray ailesi ve xidmetcileriyle birlikde Kubana siginsa da Alp Gerayin rehberlik etdiyi tatar birlikleri onu ele kecirdi ve sabiq xan bogularaq edam olundu Yeni taxta cixan II Islam Geray ise mukafat olaraq qardasi Alp Gerayi kalqay olaraq saxladi ve diger qardasi Saqay Mubarek Geray elan edildi 1584 2 il boyunca merhum xanin qacaq dusen oglu Seadet Gerayla mubarize aparan Saqay Mubarek Geray cox kecmeden ozu de olkeden qacdi Bele ki II Islam Geray 1588 ci ilde vefat etdi ve Istanbula girov gonderilen qardasi II Qazi Geray xan elan edildi Yeni teyin olunan qardasinin intiqam almasindan cekinen kalqay Alp Geray ve Saqay Mubarek Geray ailelerini de yanlarina alaraq olkeden qacdilar Alp Geray Istanbula Saqay Mubarek Geray ise xanimi Durbike Xatunun cerkez diyarindaki qohumlarinin yanina sigindi 1593 cu ilde burada vefat etdi IstinadlarFisher Alan Kirim Tatarlari Cev Esref B Ozbilen Selenge Yayinlari 2009 Halim Giray Han Gulbun i Hanan Osman Cudi Nesri 1327MenbeKirim Hanligi nda Kalgaylik ve Nureddinlik Uzerine Bir Inceleme Furkan Cem Tosun Yuksek Lisans Tezi Izmir 2022 Von Hammer Purgstall Kirim Hanligi Tarihi Insan Yayinlar 3 Baski 2020