Mollahəsənli döyüşü — 1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı, 1578-ci ilin noyabrın 28-i Ağsu çayı sahilində Mollahəsənli adlanan ərazidə Osmanlı imperiyasının vassalı olan Krım xanlığı qoşunları ilə Səfəvi ordusu arasında baş vermiş döyüş. Səfəvi ordusunun komandanı Mirzə Səlman Osmanlının vassalı Krım xanlığı qoşunlarını məğlub etmişdir. Krım qoşunlarının komandanı Adil Gəray xan idi. Adil Gəray xan əsir götürülmüşdür.
Mollahəsənli döyüşü | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1578-1590) Səfəvi-Osmanlı müharibələri | |||
| |||
Tarix | 28 noyabr 1578 | ||
Yeri | Ağsu çayı sahili Pirhəsənli kəndi yaxınlığında | ||
Nəticəsi | Səfəvilərin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
İtkilər | |||
| |||
Arxa plan
1578-ci ilin payızında Osmanlı ordusu Tiflisi və Şirvanı ələ keçirdi. Atası mənşəcə adıq olan Özdəmiroğlu Osman paşa Şirvan bəylərbəyi təyin edildi və ona vəzifəsi ilə birlikdə, sərdar rütbəsi də verildi. Osmanlı ordusunun əsas hissəsinin qışı Ərzincanda keçirməsinə görə Şirvan bəylərbəyiliyi vəzifəsi təhlükəli vəzifə hesab edilirdi. Həmçinin, qüvvələri məhdud olan bu bəylərbəyinə tapşırılan vəzifələrdən biri də Şirvanı geri almaq üçün ola biləcək Səfəvi hücumlarının qarşısını almaq idi. Osman paşanın Şirvanda möhkəmlənə bilməsi üçün Səfəvilərin Şirvan bəylərbəyisi Araz xan Rumlunun qüvvələrini məğlub etməli idi. Araz xan Osmanlı Şamaxını tutmamış oranı tərk etmiş və Kür çayının sahillərinə geri çəkilmişdi. Hərbi əməliyyatların əvvəllərində Krım tatarlarının süvari dəstələrinin varlığı Osmanlı ordusunun döyüş manevr qabiliyyətinin xeyli yüksəlməsinə səbəb olmuşdu. Həmçinin, o da məlum idi ki, Səfəvi şahı vəliəhd oğlu Həmzə Mirzənin nominal komandanlığı altında 12 minlik ordunu Şirvanı geri almağa göndərmişdi. Bu zaman Həmzə Mirzə Peçeviyə görə azyaşlı, Rəhimizadəyə görə isə, 8 yaşlı oğlan idi.
Osman paşa Araz xana iki cinahdan hücum etməyi planlayırdı, lakin gözlənilmədən onun özü Araz xanın hücumuna məruz qaldı. Araz xan tələsirdi, çünki o, Həmzə Mirzə və Məhdi Ülyanın komandanlığı altında əsas Səfəvi ordusunun yaxınlaşmasından xəbərdar idi. Həmçinin, Şirvan əmirləri Şirvanı döyüşsüz tərk etdikləri üçün şahın gözündən düşəcəklərindən qorxurdular.
Şamaxı uğrunda döyüş 9 noyabr 1578-ci ildə başladı və bir neçə gün davam etdi. Üçüncü günün səhərində Krım xanının qardaşı olan Adil Gəray 15 minlik tatar ordusunun komandanlığıda Osmanlı ordusunun yardımına yetişdi. Bu döyüşün nəticəsinin müəyyən olunmasında həlledici faktor oldu və Səfəvi ordusu məğlub edildi.Araz xan və oğlu Osmanlı ordusuna əsir düşdülər və edam edildilər. Osmanlı ordusu qələbə qazansa da, hər iki tərəf xeyli sayda itki vermişdi.
Araz xanın düşərgəsinə hücum
Osman paşa tatarları mükafatlandırdı və onların şərəfinə 3 gün qonaqlıq keçirdi, lakin mükafatlandırma görünür Adil üçün o qədər qaneedici olmamışdır və ya yağmalama onun üçün adi bir şey idi. Adil Gəray və sancaq bəyi Areşa Piyalə bəy Araz xanın düşərgəsinə hücum etmək qərarına gəldi. Döyüşdən sağ çıxa bilən və qaçan qızılbaşlardan düşmən ordusunun yaxınlaşdığını öyrənən Həmzə Mirzə düşərgə salmağı, onu mühafizə etməyi və çay boyunca patrul gəzməyi əmr etdi. Talışlardan olan əmirlər Cavaddakı körpü üzərində Şamaxıdan geri çəkilən qızılbaşların çayı keçməsi üçün mühafizəyə başladılar (Kür və Arazın birləşdiy yerdə). Bu zaman olar Adil Gərayın yaxınlaşması barədə məlumat aldılar. Onlar tatarların çayı keçməsinin qarşısını almaq üçün körpünü uçursalar da, özlərini çatdıran tatar süvarilər çaya baş vurdular və onu keçib döyüşməyə başladılar.
Bu zaman Səfəvi əmirləri başqa bir yerdə də tatar bölməsinin olduğunu və onlara arxadan hücum etdiyini öyrəndilər. Qarışıqlıq düşdü və düşərgəni müdafiə etmək mümkün olmadı. Təlaş içində geri çəkilən səfəvilərin düşərgəsi ələ keçirildi. Düşərgədəkilərin xilas olma şansları olmadı. Qadınları və uşaqları, qənimətləri ələ keçirən Adil Gəray həmin gün çayı keçərək Şirvana geri döndü. Bütün tarixçilrə qeyd edir ki, tatarlar qəflətən düşərgəyə hücum etmiş və çox sayda qənimət ələ keçirmişdir. "Ərəş xanının 70 gözəl arvadı və qızı, təxminən 50 kənizi və gənc oğlu əsir götürüldü." Bu hadisənin müasirləri (İbrahim Rəhimizadə, Mustafa Əli Gelibolulu və Dal Mehmed Asafi) bu hücumu və soyğunu qınamışdı, çünki bu hadisə Ramazan bayramında baş vermişdi.Peçevi iddia edirdi ki, tatarlar düşərgəyə öz istəkləri ilə hücum etməmişdilər, tarixçi bildirirdi ki, tatarlar düşərgəyə Osman paşanın əmri əsasında hücum etmişdirlər.
Döyüş
Səfəvilər vəliəhd şahzadə Həmzə Mirzənin rəhbərliyi altında ordu topladılar. Əsində isə orduya Şah Məhəmməd Xudabəndənin vəzir Mirzə Salman rəhbərlik edirdi. Oruc bəyə görə, bu ordu Ərəşi alan ordu ilə eyni ordu olmuşdur. Osmanlı mənbələrinə görə, ordudakı döyüşçü çayı 50–100 min arasında dəyişirdi. Mirzə Salman Kür çayını keçmiş və 26 noyabr tarixində Şamaxıya yaxınlaşıb, şəhəri 3 günlük mühasirəyə almışdır. Osman paşa Adil Gəraya məktub göndərmiş və qənimətləri ataraq Şamaxıya gəlməyi əmr etmişdir.
Mirzə Salman və əmirlər Qarabağdan təcili hərəkətə başladılar və Qoyun ölümü keçidindən Kürü keçərək Şirvana daxil oldular. Onlar Osman paşanı Şamaxı qalasında mühasirəyə aldılar. Mühasirə zamanı qızılbaşlar qalaya girmək istəyən bir neçə tatarı ələ keçirdilər. Onlarda Adil Gərayin Osman paşaya məktubu var idi. Qızılbaş əmirləri məktubu oxuyub öyrəndilər ki, tatar xanı Əbubəkr Mirzə ilə birlikdə rumlu tayfasının düşərgəsini talan etmiş, indi isə təcili qaydada şimala, Osman paşanın köməyinə tələsir . Şamaxı ətrafında qalmaq əmirlərə çox təhlükəli göründü. Çünki aydın idi ki, tatarlar gələnə qədər onlar Osman paşanın uğurlu müdafiə olunduğu qalanı ala bilməyəcəklər. Eyni zamanda əmirlər şübhə edirdilər ki, tatarlar cənubdan gələcəyə təqdirdə, onlar bir neçə cəbhədə vuruşmaqla döyüşü uda biləcəklər. Araz xanın faciəli taleyi də bunu düşünməyə əsas yaradırdı . Buna görə də əmirlər Şamaxı yaxınlığında Vəli Xəlifə Şamlının başçılığı altında 3 min nəfərlik dəstə qoyaraq Mirzə Salman, qorçibaşı , Şahrux xan möhrdar, Məhəmməd xan Türkman, Pirə Məhəmməd xan Ustaclı, Sultan Hüseyn xan, Müseyib xan Şərəfəddin oğlu Təkəli, İmamqulu xan Qacar, Əmir Həmzə xan və digər "adlı-sanlı" əmirlərlə cənuba, tatarlara qarşı yerimək barədə qərar qəbul etdilər. Qoşununun bir hissəsini mühasirəni davam etdirmək üçün şəhərin yanında saxlayan Mirzə Salman tatarlarla döyüşmək üçün təxminən 20 minlik qoşunla yola düşdü. Onu müşayiət edən Səfəvi sərkərdələri arasında , Durmuş xanın nəvəsi Məhəmməd xan Ustaclı, Şərəfəddin xan Təkəli, İmamqulu xan Qacar və digərləri var idi. Adil Girey və onun qardaşları – Səadət Gəray və Əsgər Gəray Həmzə Mirzənin qoşunlarının gəlməsi, Şamaxını mühasirəyə alması xəbərini eşidib mühasirəyə alınmış Osman paşanın köməyinə çatmaq üçün şimala hərəkət etdilər. Şamaxıya doğru irəliləyən Adil Gəray 28 noyabr 1578-ci ildə Ağsu çayı sahilindəki Mollahəsənli qəsəbəsində Səfəvi ordusu ilə üzləşdi.
Şərəf xan və Oruc bəyə görə, Mirzə Salman düşərgə yeri seçimində səhvə yol verən və mühafizəçi təyin etməyən Adil Gəraya hücum etdilər. Onun ordusunda ümumilikdə 12 min tatar və 4–5 min ləzgi, şirvanlı və qarabökrlü var idi. İskəndər bəy Münşi obrazlı şəkildə qeyd edirdi:
Ölülərin qanına bulaşmış döyüş meydanı lalələr örtülmüş çəmənliyi xatırladırdı. |
Səhər başlanan döyüş axşama qədər davam etdi. Şamaxı yaxınlığında qalmaq əmri almış bir sıra qızılbaş əmirləri düşmənin başlıca qüvvələri ilə döyüşdə iştirak etməyi özləri üçün şərəf işi sayaraq mühasirəni özbaşına tərk etmiş, qızılbaş qoşunlarına qoşularaq onların sıralarını xeyli gücləndirmişdilər. Tatarlar bütün günü hər vasitə ilə onları darmadağın etməyi qərara almış qızılbaşların ardı-arası kəsilməyən hücumlarını dəf etmişdilər.
Qızılbaş ordusunun tədricən üstünlüyü ələ aldığını görən Adil Gəray ordusunu ruhlandırmaq üçün özü döyüşə girdi və qısa müddət sonra Baba Xəlifə Qaramanlının başçılıq etdiyi dəstə tərəfindən nizə ilə atından yerə salındı. Qızılbaşlar onu öldürək istəsələr də, tanıyaraq sağ buraxıb, əsir etdilər. Adil Gəray əsir düşdükdən sonra tatar ordusu vahimə içində qaçmağa başladı. Sonda yalnız bölgəni tanıyan ləzgilərin, şirvanlıların və qarabörklülərin bir hissəsi dağlara qaçaraq canını xilas edə bildilər. Araz xan Rumlu məğlub edilərkən tatarların əlinə keçən bütün qənimət geri qaytarıldı.
Tatar ordusu darmadağın edildi, döyüşçülərin çoxu qaçmağa başladı və Adil Gəray 2 min nəfərlə meydanda qaldı və əsir düşdü. İbrahim Rəhimizadəyə görə, əsirlərin gözəlliyi tərəfindən gözləri kor olan, başı əyləncəyə və eyş-işrətə qarışan təhlükəsiz geri çəkilmə təşkil edə bilmədi.
Tatarlara edilən ilk Səfəvi hücumuna Həmzə xan Ustaclı komandanlıq edirdi.
Döyüşün təsviri mənbələrdə müxtəliflik göstərməkdədir. İsgəndər bəy Münşi və Şərəf xan tatarların cəsur formada döyüşdüyünü, döyüşün bütün gün boyunca davam etdiyini yazır,Oruc bəy isə, Səfəvi ordusunun cəld hərəkət etdiyini, tatarların hücuma məruz qaldıqlarını bildikdə artıq yarısının öldürüldüyünü və Adil Gərayın əsir düşdüyünü yazmışdır. İbrahim Peşevi durmaq bilməyən yağışın təsiri nəticəsində tatarların hərəkət edə bilmədiyini və Səfəvi ordusunun tez bir zamanda onların dörd bir yanını mühasirəyə aldığını bildirir. Tarixçilər tatarların məğlubiyyətinin əsas səbəbi kimi təkəbbürlülüyü və diqqətsizliyi göstərirlər.
İbrahim Rəhimizadəyə görə, Adil Gəray "qəzəbli şir kimi döyüşə atılmış"dır. Baba Xəlifə Qaramanlı adında Səfəvi döyüşçüsü tatar komandanı atından yerə salmış və onu öldürmək istəyərkən Adil Gəray ona öz adını demiş və əsir düşmüşdür. Komandansız qalan tatarlar döyüş meydanından qaçmağa başladılar, yerdə qalanları isə qətlə yetirildi. Bölgəni tanıyan şirvanlılar və ləzgilər qaçmağı bacardılar. Qəlbə qazanan Səfəvi ordusu bölgədə tatarlar tərəfindən tərk edilmiş böyük qənimətlərin qaldığını gördülər və tatarları təqib etməyi dayandırdılar. Tatarların Araz xanın düşərgəsindən ələ keçirdikləri demək olar ki, hər şey Mollahəsənli də Səfəvi ordusunun əlinə keçdi. Təxminən 30 tatar zadəganı, 2 min adi döyüşçüsü əsir düşdü. Osmanlı sancaq bəyi Areşa Piyalə bəy də əsir düşənlər arasında idi.
Nəticə
Osmanlı ordusu ümidsiz vəziyyətdə idi. Osman paşa tatarların Mollahəsənlidəki məğlubiyyət xəbərini Şamaxıdakı ordudan gizlətdi və onların qələbə qazandığını elan etdi. Uydurduğu hekayəyə inandırıclıq qazandırmaq üçün toplardan qələbə atəşləri edilməsini əmr etdi, lakin həqiqət tez bir zamanda qaladakı döyüşçülər arasında yayıldı və əsgərlərin bir çoxu fərariliyə başladı. Osman paşa Şamaxını tərk edərək Dərbəndə doğru geri çəkildi. Qızılbaş ordusunun aramsız hücumlarına məruz qalan və pərən-pərən salınmış Osmanlı ordusuna qənimət əldə etmək üçün yerli əhali də hücumlar təşkil edirdi. Yorğunluqdan geri qalan bütün Osmanlı piyadaları beləcə həyatını itirdi, sağ qalmağı bacarmış ordusu ilə Dərbəndə çatan Osman paşa qızılbaş qələbəsindən ruhlanan yerli əhalinin üsyan qaldraraq şəhəri ələ keçirdiyini gördü. Üsyançılar onları şəhərə buraxmaq istəmirdilər. Yaınız güc tətbiq edildikdən sonra şəhər daxil olmaq mümkün oldu. Osmanlı ordusunu Şabrana qədər izləyən qızılbaş ordusu onların bütün top və digər hərbi ləvazimatları ələ keçirmişdilər.
Şamaxıdakı qızılbaş ordusunun bir hissəsi Ərəşə getdi. Ərəş qalasının geri alınması və Osmanlı komandanının öldürülməsindən sonra Səfəvi ordusu Qarabağa geri döndü. Şirvanın bir çoxu yenidən Səfəvilərin hakimiyyəti altına qayıtdı, paytaxt Qəzvinə və bütün ölkəyə "fəthnamələr" ("Qələbə məktubları") göndərilirdi. Lakin onlar sonda üstünlüklərini möhkəmlədməyi bacarmadılar.
Mənbə
İstinadlar
- Рахимизаде, 2005. səh. 116
- Çiçek, 2007
- Печеви, 1988. səh. 40
- Рахимизаде, 2005. səh. 121-123
- Орудж-бек, 2007. səh. 97
- Печеви, 1988. səh. 44
- Рахимизаде, 2005. səh. 128
- Печеви, 1988. səh. 42
- Рахимизаде, 2005. səh. 123
- Eskandar Beg, 1930. səh. 354
- Kütükoğlu, 1962. səh. 85-86
- Рахимизаде, 2005. səh. 126-127
- Шараф-хан, 1967. səh. 237
- Орудж-бек, 2007. səh. 98
- Купели, 2014. səh. 229
- Kütükoğlu, 1962. səh. 83
- Eskandar Beg, 1930. səh. 355
- Шараф-хан, 1967. səh. 237-239
- Печеви, 1988. səh. 43-44
- Kütükoğlu, 1962. səh. 84
- Əfəndiyev, 2007. səh. 184
- Əfəndiyev, 2007. səh. 185
- Рахимизаде, 2005. səh. 129-130
- Шараф-хан, 1967. səh. 237-238
- Əfəndiyev, 2007. səh. 186
- Farah, 2019. səh. 974
- Рахимизаде, 2005. səh. 127
- Печеви, 1988. səh. 45
- Орудж-бек, 2007. səh. 98-99
- Печеви, 1988. səh. 44-45
- Рахимизаде, 2005. səh. 131
- Farah, 2019. səh. 974-975
- Рахимизаде, 2005. səh. 131-133
- Əfəndiyev, 2007. səh. 186-187
- Əfəndiyev, 2007. səh. 187
Ədəbiyyat
- Oruc bəy Bayat. Россия и Европа глазами Орудж-бека Баята - Дон Жуана Персидского. Sankt-Peterburq Dövlət Universiteti. Oqtay Əfəndiyev və . 2007.
- İbrahim Peçevi. История / Ziya Bunyadov. Bakı: Elm. 1988.
- Ибрахим Рахимизаде. Османо-Сефевидская война 1578 - 1590 гг.: по материалам трудов османского летописца Ибрахима Рахимизаде. Baku: Nurlan. 2005.
- Şərəf xan Bitlisi. Шараф-наме / E. I. Vasilyeva. Moskow: Nauka. 1967.
- İsgəndər bəy Münşi. History Of Shah Abbas The Great Vol. 1 / Roger M. Savory. — Boulder, Colorado: Westview Press, 1930. History Of Shah Abbas The Great Vol. 1 / Roger M. Savory. Colorado: Westview Press. 1930.
- Купели Озер. Походы крымских татар и турок-осман против Ирана. Золотоордынское обозрение. 2014.
- Çiçek Kemal. Osman Paşa, Özdemiroğlu // Islam ansiklopedisi. 2007.
- Farah Hüseyn. Farah Hüseyn. 1578-1590 Osmanlı-Safevî Savaşı ve Kırım Hanlığı (Османо-сефевидская война 1578-1590-х гг. и Крымское ханство). Akademik Tarih ve Düşünce Dergisi. 2019.
- Kütükoğlu Bekir. Osmanli-Iran Siyâsî münâsebetleri. Edebiyat Fakültesi Matbaasi. 1962.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mollahesenli doyusu 1578 1590 ci iller Sefevi Osmanli muharibesi zamani 1578 ci ilin noyabrin 28 i Agsu cayi sahilinde Mollahesenli adlanan erazide Osmanli imperiyasinin vassali olan Krim xanligi qosunlari ile Sefevi ordusu arasinda bas vermis doyus Sefevi ordusunun komandani Mirze Selman Osmanlinin vassali Krim xanligi qosunlarini meglub etmisdir Krim qosunlarinin komandani Adil Geray xan idi Adil Geray xan esir goturulmusdur Mollahesenli doyusuSefevi Osmanli muharibesi 1578 1590 Sefevi Osmanli muharibeleriSefevilere teslim olur Tarix 28 noyabr 1578Yeri Agsu cayi sahili Pirhesenli kendi yaxinligindaNeticesi Sefevilerin qelebesiMunaqise terefleriSefeviler Imperiyasi Osmanli Imperiyasi Krim xanligiKomandan lar Qulu bey Efsar Sahrux xan mohrdar Mehemmed xan Turkman Pire Mehemmed xan Ustaclu Sultan Huseyn xan Imamqulu xan QacarItkileryungul 2 000 suvariArxa plan1578 ci ilin payizinda Osmanli ordusu Tiflisi ve Sirvani ele kecirdi Atasi mensece adiq olan Ozdemiroglu Osman pasa Sirvan beylerbeyi teyin edildi ve ona vezifesi ile birlikde serdar rutbesi de verildi Osmanli ordusunun esas hissesinin qisi Erzincanda kecirmesine gore Sirvan beylerbeyiliyi vezifesi tehlukeli vezife hesab edilirdi Hemcinin quvveleri mehdud olan bu beylerbeyine tapsirilan vezifelerden biri de Sirvani geri almaq ucun ola bilecek Sefevi hucumlarinin qarsisini almaq idi Osman pasanin Sirvanda mohkemlene bilmesi ucun Sefevilerin Sirvan beylerbeyisi Araz xan Rumlunun quvvelerini meglub etmeli idi Araz xan Osmanli Samaxini tutmamis orani terk etmis ve Kur cayinin sahillerine geri cekilmisdi Herbi emeliyyatlarin evvellerinde Krim tatarlarinin suvari destelerinin varligi Osmanli ordusunun doyus manevr qabiliyyetinin xeyli yukselmesine sebeb olmusdu Hemcinin o da melum idi ki Sefevi sahi veliehd oglu Hemze Mirzenin nominal komandanligi altinda 12 minlik ordunu Sirvani geri almaga gondermisdi Bu zaman Hemze Mirze Peceviye gore azyasli Rehimizadeye gore ise 8 yasli oglan idi Osman pasa Araz xana iki cinahdan hucum etmeyi planlayirdi lakin gozlenilmeden onun ozu Araz xanin hucumuna meruz qaldi Araz xan telesirdi cunki o Hemze Mirze ve Mehdi Ulyanin komandanligi altinda esas Sefevi ordusunun yaxinlasmasindan xeberdar idi Hemcinin Sirvan emirleri Sirvani doyussuz terk etdikleri ucun sahin gozunden duseceklerinden qorxurdular Samaxi ugrunda doyus 9 noyabr 1578 ci ilde basladi ve bir nece gun davam etdi Ucuncu gunun seherinde Krim xaninin qardasi olan Adil Geray 15 minlik tatar ordusunun komandanligida Osmanli ordusunun yardimina yetisdi Bu doyusun neticesinin mueyyen olunmasinda helledici faktor oldu ve Sefevi ordusu meglub edildi Araz xan ve oglu Osmanli ordusuna esir dusduler ve edam edildiler Osmanli ordusu qelebe qazansa da her iki teref xeyli sayda itki vermisdi Araz xanin dusergesine hucumOsman pasa tatarlari mukafatlandirdi ve onlarin serefine 3 gun qonaqliq kecirdi lakin mukafatlandirma gorunur Adil ucun o qeder qaneedici olmamisdir ve ya yagmalama onun ucun adi bir sey idi Adil Geray ve sancaq beyi Aresa Piyale bey Araz xanin dusergesine hucum etmek qerarina geldi Doyusden sag cixa bilen ve qacan qizilbaslardan dusmen ordusunun yaxinlasdigini oyrenen Hemze Mirze duserge salmagi onu muhafize etmeyi ve cay boyunca patrul gezmeyi emr etdi Talislardan olan emirler Cavaddaki korpu uzerinde Samaxidan geri cekilen qizilbaslarin cayi kecmesi ucun muhafizeye basladilar Kur ve Arazin birlesdiy yerde Bu zaman olar Adil Gerayin yaxinlasmasi barede melumat aldilar Onlar tatarlarin cayi kecmesinin qarsisini almaq ucun korpunu ucursalar da ozlerini catdiran tatar suvariler caya bas vurdular ve onu kecib doyusmeye basladilar Bu zaman Sefevi emirleri basqa bir yerde de tatar bolmesinin oldugunu ve onlara arxadan hucum etdiyini oyrendiler Qarisiqliq dusdu ve dusergeni mudafie etmek mumkun olmadi Telas icinde geri cekilen sefevilerin dusergesi ele kecirildi Dusergedekilerin xilas olma sanslari olmadi Qadinlari ve usaqlari qenimetleri ele keciren Adil Geray hemin gun cayi kecerek Sirvana geri dondu Butun tarixcilre qeyd edir ki tatarlar qefleten dusergeye hucum etmis ve cox sayda qenimet ele kecirmisdir Eres xaninin 70 gozel arvadi ve qizi texminen 50 kenizi ve genc oglu esir goturuldu Bu hadisenin muasirleri Ibrahim Rehimizade Mustafa Eli Gelibolulu ve Dal Mehmed Asafi bu hucumu ve soygunu qinamisdi cunki bu hadise Ramazan bayraminda bas vermisdi Pecevi iddia edirdi ki tatarlar dusergeye oz istekleri ile hucum etmemisdiler tarixci bildirirdi ki tatarlar dusergeye Osman pasanin emri esasinda hucum etmisdirler Sirvanin xeritesiDoyusSefeviler veliehd sahzade Hemze Mirzenin rehberliyi altinda ordu topladilar Esinde ise orduya Sah Mehemmed Xudabendenin vezir Mirze Salman rehberlik edirdi Oruc beye gore bu ordu Eresi alan ordu ile eyni ordu olmusdur Osmanli menbelerine gore ordudaki doyuscu cayi 50 100 min arasinda deyisirdi Mirze Salman Kur cayini kecmis ve 26 noyabr tarixinde Samaxiya yaxinlasib seheri 3 gunluk muhasireye almisdir Osman pasa Adil Geraya mektub gondermis ve qenimetleri ataraq Samaxiya gelmeyi emr etmisdir Mirze Salman ve emirler Qarabagdan tecili herekete basladilar ve Qoyun olumu kecidinden Kuru kecerek Sirvana daxil oldular Onlar Osman pasani Samaxi qalasinda muhasireye aldilar Muhasire zamani qizilbaslar qalaya girmek isteyen bir nece tatari ele kecirdiler Onlarda Adil Gerayin Osman pasaya mektubu var idi Qizilbas emirleri mektubu oxuyub oyrendiler ki tatar xani Ebubekr Mirze ile birlikde rumlu tayfasinin dusergesini talan etmis indi ise tecili qaydada simala Osman pasanin komeyine telesir Samaxi etrafinda qalmaq emirlere cox tehlukeli gorundu Cunki aydin idi ki tatarlar gelene qeder onlar Osman pasanin ugurlu mudafie olundugu qalani ala bilmeyecekler Eyni zamanda emirler subhe edirdiler ki tatarlar cenubdan geleceye teqdirde onlar bir nece cebhede vurusmaqla doyusu uda bilecekler Araz xanin facieli taleyi de bunu dusunmeye esas yaradirdi Buna gore de emirler Samaxi yaxinliginda Veli Xelife Samlinin basciligi altinda 3 min neferlik deste qoyaraq Mirze Salman qorcibasi Sahrux xan mohrdar Mehemmed xan Turkman Pire Mehemmed xan Ustacli Sultan Huseyn xan Museyib xan Serefeddin oglu Tekeli Imamqulu xan Qacar Emir Hemze xan ve diger adli sanli emirlerle cenuba tatarlara qarsi yerimek barede qerar qebul etdiler Qosununun bir hissesini muhasireni davam etdirmek ucun seherin yaninda saxlayan Mirze Salman tatarlarla doyusmek ucun texminen 20 minlik qosunla yola dusdu Onu musayiet eden Sefevi serkerdeleri arasinda Durmus xanin nevesi Mehemmed xan Ustacli Serefeddin xan Tekeli Imamqulu xan Qacar ve digerleri var idi Adil Girey ve onun qardaslari Seadet Geray ve Esger Geray Hemze Mirzenin qosunlarinin gelmesi Samaxini muhasireye almasi xeberini esidib muhasireye alinmis Osman pasanin komeyine catmaq ucun simala hereket etdiler Samaxiya dogru irelileyen Adil Geray 28 noyabr 1578 ci ilde Agsu cayi sahilindeki Mollahesenli qesebesinde Sefevi ordusu ile uzlesdi Seref xan ve Oruc beye gore Mirze Salman duserge yeri seciminde sehve yol veren ve muhafizeci teyin etmeyen Adil Geraya hucum etdiler Onun ordusunda umumilikde 12 min tatar ve 4 5 min lezgi sirvanli ve qarabokrlu var idi Iskender bey Munsi obrazli sekilde qeyd edirdi Olulerin qanina bulasmis doyus meydani laleler ortulmus cemenliyi xatirladirdi Seher baslanan doyus axsama qeder davam etdi Samaxi yaxinliginda qalmaq emri almis bir sira qizilbas emirleri dusmenin baslica quvveleri ile doyusde istirak etmeyi ozleri ucun seref isi sayaraq muhasireni ozbasina terk etmis qizilbas qosunlarina qosularaq onlarin siralarini xeyli guclendirmisdiler Tatarlar butun gunu her vasite ile onlari darmadagin etmeyi qerara almis qizilbaslarin ardi arasi kesilmeyen hucumlarini def etmisdiler Qizilbas ordusunun tedricen ustunluyu ele aldigini goren Adil Geray ordusunu ruhlandirmaq ucun ozu doyuse girdi ve qisa muddet sonra Baba Xelife Qaramanlinin basciliq etdiyi deste terefinden nize ile atindan yere salindi Qizilbaslar onu oldurek isteseler de taniyaraq sag buraxib esir etdiler Adil Geray esir dusdukden sonra tatar ordusu vahime icinde qacmaga basladi Sonda yalniz bolgeni taniyan lezgilerin sirvanlilarin ve qaraborklulerin bir hissesi daglara qacaraq canini xilas ede bildiler Araz xan Rumlu meglub edilerken tatarlarin eline kecen butun qenimet geri qaytarildi Tatar ordusu darmadagin edildi doyusculerin coxu qacmaga basladi ve Adil Geray 2 min neferle meydanda qaldi ve esir dusdu Ibrahim Rehimizadeye gore esirlerin gozelliyi terefinden gozleri kor olan basi eylenceye ve eys isrete qarisan tehlukesiz geri cekilme teskil ede bilmedi Tatarlara edilen ilk Sefevi hucumuna Hemze xan Ustacli komandanliq edirdi Doyusun tesviri menbelerde muxteliflik gostermekdedir Isgender bey Munsi ve Seref xan tatarlarin cesur formada doyusduyunu doyusun butun gun boyunca davam etdiyini yazir Oruc bey ise Sefevi ordusunun celd hereket etdiyini tatarlarin hucuma meruz qaldiqlarini bildikde artiq yarisinin oldurulduyunu ve Adil Gerayin esir dusduyunu yazmisdir Ibrahim Pesevi durmaq bilmeyen yagisin tesiri neticesinde tatarlarin hereket ede bilmediyini ve Sefevi ordusunun tez bir zamanda onlarin dord bir yanini muhasireye aldigini bildirir Tarixciler tatarlarin meglubiyyetinin esas sebebi kimi tekebburluluyu ve diqqetsizliyi gosterirler Ibrahim Rehimizadeye gore Adil Geray qezebli sir kimi doyuse atilmis dir Baba Xelife Qaramanli adinda Sefevi doyuscusu tatar komandani atindan yere salmis ve onu oldurmek isteyerken Adil Geray ona oz adini demis ve esir dusmusdur Komandansiz qalan tatarlar doyus meydanindan qacmaga basladilar yerde qalanlari ise qetle yetirildi Bolgeni taniyan sirvanlilar ve lezgiler qacmagi bacardilar Qelbe qazanan Sefevi ordusu bolgede tatarlar terefinden terk edilmis boyuk qenimetlerin qaldigini gorduler ve tatarlari teqib etmeyi dayandirdilar Tatarlarin Araz xanin dusergesinden ele kecirdikleri demek olar ki her sey Mollahesenli de Sefevi ordusunun eline kecdi Texminen 30 tatar zadegani 2 min adi doyuscusu esir dusdu Osmanli sancaq beyi Aresa Piyale bey de esir dusenler arasinda idi NeticeOsmanli ordusu umidsiz veziyyetde idi Osman pasa tatarlarin Mollahesenlideki meglubiyyet xeberini Samaxidaki ordudan gizletdi ve onlarin qelebe qazandigini elan etdi Uydurdugu hekayeye inandiricliq qazandirmaq ucun toplardan qelebe atesleri edilmesini emr etdi lakin heqiqet tez bir zamanda qaladaki doyusculer arasinda yayildi ve esgerlerin bir coxu ferariliye basladi Osman pasa Samaxini terk ederek Derbende dogru geri cekildi Qizilbas ordusunun aramsiz hucumlarina meruz qalan ve peren peren salinmis Osmanli ordusuna qenimet elde etmek ucun yerli ehali de hucumlar teskil edirdi Yorgunluqdan geri qalan butun Osmanli piyadalari belece heyatini itirdi sag qalmagi bacarmis ordusu ile Derbende catan Osman pasa qizilbas qelebesinden ruhlanan yerli ehalinin usyan qaldraraq seheri ele kecirdiyini gordu Usyancilar onlari sehere buraxmaq istemirdiler Yainiz guc tetbiq edildikden sonra seher daxil olmaq mumkun oldu Osmanli ordusunu Sabrana qeder izleyen qizilbas ordusu onlarin butun top ve diger herbi levazimatlari ele kecirmisdiler Samaxidaki qizilbas ordusunun bir hissesi Erese getdi Eres qalasinin geri alinmasi ve Osmanli komandaninin oldurulmesinden sonra Sefevi ordusu Qarabaga geri dondu Sirvanin bir coxu yeniden Sefevilerin hakimiyyeti altina qayitdi paytaxt Qezvine ve butun olkeye fethnameler Qelebe mektublari gonderilirdi Lakin onlar sonda ustunluklerini mohkemledmeyi bacarmadilar MenbeIstinadlar Rahimizade 2005 seh 116 Cicek 2007 Pechevi 1988 seh 40 Rahimizade 2005 seh 121 123 Orudzh bek 2007 seh 97 Pechevi 1988 seh 44 Rahimizade 2005 seh 128 Pechevi 1988 seh 42 Rahimizade 2005 seh 123 Eskandar Beg 1930 seh 354 Kutukoglu 1962 seh 85 86 Rahimizade 2005 seh 126 127 Sharaf han 1967 seh 237 Orudzh bek 2007 seh 98 Kupeli 2014 seh 229 Kutukoglu 1962 seh 83 Eskandar Beg 1930 seh 355 Sharaf han 1967 seh 237 239 Pechevi 1988 seh 43 44 Kutukoglu 1962 seh 84 Efendiyev 2007 seh 184 Efendiyev 2007 seh 185 Rahimizade 2005 seh 129 130 Sharaf han 1967 seh 237 238 Efendiyev 2007 seh 186 Farah 2019 seh 974 Rahimizade 2005 seh 127 Pechevi 1988 seh 45 Orudzh bek 2007 seh 98 99 Pechevi 1988 seh 44 45 Rahimizade 2005 seh 131 Farah 2019 seh 974 975 Rahimizade 2005 seh 131 133 Efendiyev 2007 seh 186 187 Efendiyev 2007 seh 187 Edebiyyat Oruc bey Bayat Rossiya i Evropa glazami Orudzh beka Bayata Don Zhuana Persidskogo Sankt Peterburq Dovlet Universiteti Oqtay Efendiyev ve 2007 Ibrahim Pecevi Istoriya Ziya Bunyadov Baki Elm 1988 Ibrahim Rahimizade Osmano Sefevidskaya vojna 1578 1590 gg po materialam trudov osmanskogo letopisca Ibrahima Rahimizade Baku Nurlan 2005 Seref xan Bitlisi Sharaf name E I Vasilyeva Moskow Nauka 1967 Isgender bey Munsi History Of Shah Abbas The Great Vol 1 Roger M Savory Boulder Colorado Westview Press 1930 History Of Shah Abbas The Great Vol 1 Roger M Savory Colorado Westview Press 1930 Kupeli Ozer Pohody krymskih tatar i turok osman protiv Irana Zolotoordynskoe obozrenie 2014 Cicek Kemal Osman Pasa Ozdemiroglu Islam ansiklopedisi 2007 Farah Huseyn Farah Huseyn 1578 1590 Osmanli Safevi Savasi ve Kirim Hanligi Osmano sefevidskaya vojna 1578 1590 h gg i Krymskoe hanstvo Akademik Tarih ve Dusunce Dergisi 2019 Kutukoglu Bekir Osmanli Iran Siyasi munasebetleri Edebiyat Fakultesi Matbaasi 1962 Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 407 ISBN 978 9952 34 101 0