Adil Gəray (krımtat. Adil Geray)(v. 25 iyul 1579, Qəzvin, Səfəvilər) — Krım xanı I Dövlət Gərayın oğlu, Krım kalqayı.
Adil Gəray | |
---|---|
25 iyun 1577 – 28 noyabr 1578 | |
Əvvəlki | Mehmed Gəray |
Sonrakı | Səadət Gəray |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 25 iyul 1579 |
Vəfat yeri | |
Atası | I Dövlət Gəray |
Uşağı | Bəxt Gəray |
Ailəsi | Gəraylar |
Hərbi xidmət | |
Döyüşlər |
Həyatı
Doğum tarixi bilinmir. Krım xanı I Dövlət Gərayın oğludur. Atasının səltənətində böyük qardaşı kalqay Mehmed Gərayla birlikdə Moskva knyazlığı və Lehistan üzərinə tərtiblənən səfərlərdə iştirak etdi. Atasının vəfatının ardından 1577-ci ildə böyük qardaşı II Mehmed Gəray taxta çıxdı və Adil Gəray kalqay elan olundu.
Ertəsi il Osmanlı sultanı III Muradın Səfəvilər üzərinə səfərə çıxmasıyla Krım tatarları da cəbhəyə çağırıldı. Ancaq səhhətinin pis olmasını bəhanə edən qardaşı səfərə getməyərək tatar birliklərini Adil Gərayın rəhbərliyində Şirvana göndərdi. Qardaşları Şaqay Mübarək və Qazi Gərayın da daxil olduğu 20 min nəfərlik tatar birlikləriylə Şirvana gələn Adil Gəray Səfəvilərin Şirvan bəylərbəyi Araz xan Rumlunun mühasirəyə aldığı Şamaxı qalasına yardıma yollandı. 20 noyabr 1578-ci ildə qala önündə baş verən döyüşdə Səfəvi ordusu məğlub edildi. Krım tatarlarının gəlişiylə əldə olunan zəfərin ardından 3 gün boyunca Şamaxı qalasında ziyafət verildi və hər bir Krım xanzadəsinə dəyərli hədiyyələr təqdim olundu.
Ardından Muğan düzü boyunca hərəkət edən tatar birlikləri bölgədə yaşayan Rumlu tayfasına hücum etdi və xeyli qənimət və əsirlə birlikdə Şirvana qayıtdı. O əsnada Qarabağda olan vəzir Mirzə Salman bu məğlubiyyətlərin ardından 80 min nəfərlik orduyla Şamaxıya doğru yola çıxdı və 26 noyabrda Şamaxıdakı türk qarnizonunu mühasirəyə aldı. O əsnada Qarabağda olan Şah Məhəmməd Xudabəndənin 11 yaşlı oğlu Həmzə Mirzə və anası Məhdi Ülya da orduyla birlikdə Şamaxıya gələn ordunun tərkibində idi. 28 noyabr 1578-ci ildə Ağsu çayı sahilindəki Pirhəsənli kəndi yaxınlığında baş verən və tarixə Mollahəsənli döyüşü olaraq keçən döyüşün nəticəsində tatar birlikləri darmadağın edildi. Adil Gəray əsir alınaraq paytaxt Qəzvinə göndərildi.
Qəzvində mərasimlə qarşılanan Adil Gərayla isti münasibət saxlayan Səfəvi şahı Məhəmməd Xudabəndə bu yolla Krım xanlığının müharibədə tərəf dəyişməsinə ümid edirdi. Hətta siyasi bir evliliklə Gəraylar sülaləsini özünə yaxınlaşdırmaq niyyətində idi. Ancaq çox keçmədən yayılan şayələr bütün bu planları alt-üst etdi. Mollahəsənli döyüşündə əsir alındığı və Qəzvinə gətirildiyi ərəfədə ordugahda olan Məhdi Ülyayla eşq münasibətinin olduğu, Qəzvinə gəldikdən sonra isə keçirilən saray məclislərində olduqca yaxın münasbət saxladığı öyrənildi. Bir çoxlarına görə bu şayələr, Məhdi Ülyanın hakimiyyət iddiasından narazı olanlar tərəfindən yayılmışdı. Nəticədə Adil Gəray 25 iyul 1579-cu ildə Qəzvin zindanlarında qətlə yetirildi. Məhdi Ülya isə ertəsi gün tərtiblənən saray basqını nəticəsində ələ keçirildi və kəməndlə boğularaq edam olundu.
Bəxt Gəray (ö. 1597) adlı oğlu əmisi II Qazi Gərayın səltənətinə , digər əmisi I Fateh Gərayın qısa səltənətində kalqay elan edildi.
İstinadlar
- Fisher, Alan, Kırım Tatarları, Çev: Eşref B. Özbilen, Selenge Yayınları, 2009
- Halim Giray Han, Gülbün-i Hanan, Osman Cudi Neşri, 1327
Mənbə
- Kırım Hanlığı’nda Kalgaylık ve Nureddinlik Üzerine Bir İnceleme. Furkan Cem Tosun. Yüksek Lisans Tezi. İzmir 2022
- Von Hammer Purgstall, Kırım Hanlığı Tarihi, İnsan Yayınlar, 3. Baskı, 2020
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Adil Geray krimtat Adil Geray v 25 iyul 1579 Qezvin Sefeviler Krim xani I Dovlet Gerayin oglu Krim kalqayi Adil GerayKrim kalqayi25 iyun 1577 28 noyabr 1578EvvelkiMehmed GeraySonrakiSeadet GeraySexsi melumatlarVefat tarixi 25 iyul 1579Vefat yeri Qezvin SefevilerAtasi I Dovlet GerayUsagi Bext GerayAilesi GeraylarHerbi xidmetDoyusler Mollahesenli doyusuHeyatiDogum tarixi bilinmir Krim xani I Dovlet Gerayin ogludur Atasinin seltenetinde boyuk qardasi kalqay Mehmed Gerayla birlikde Moskva knyazligi ve Lehistan uzerine tertiblenen seferlerde istirak etdi Atasinin vefatinin ardindan 1577 ci ilde boyuk qardasi II Mehmed Geray taxta cixdi ve Adil Geray kalqay elan olundu Adil Geray ve Mehdi Ulyanin esq macerasinin tesvir edildiyi miniatur Asafi Dal Mehmed Celebinin Secaetname eserinden Ertesi il Osmanli sultani III Muradin Sefeviler uzerine sefere cixmasiyla Krim tatarlari da cebheye cagirildi Ancaq sehhetinin pis olmasini behane eden qardasi sefere getmeyerek tatar birliklerini Adil Gerayin rehberliyinde Sirvana gonderdi Qardaslari Saqay Mubarek ve Qazi Gerayin da daxil oldugu 20 min neferlik tatar birlikleriyle Sirvana gelen Adil Geray Sefevilerin Sirvan beylerbeyi Araz xan Rumlunun muhasireye aldigi Samaxi qalasina yardima yollandi 20 noyabr 1578 ci ilde qala onunde bas veren doyusde Sefevi ordusu meglub edildi Krim tatarlarinin gelisiyle elde olunan zeferin ardindan 3 gun boyunca Samaxi qalasinda ziyafet verildi ve her bir Krim xanzadesine deyerli hediyyeler teqdim olundu Adil Geray ve Mehdi Ulyanin edaminin tesvir edildiyi miniatur Asafi Dal Mehmed Celebinin Secaetname eserinden Ardindan Mugan duzu boyunca hereket eden tatar birlikleri bolgede yasayan Rumlu tayfasina hucum etdi ve xeyli qenimet ve esirle birlikde Sirvana qayitdi O esnada Qarabagda olan vezir Mirze Salman bu meglubiyyetlerin ardindan 80 min neferlik orduyla Samaxiya dogru yola cixdi ve 26 noyabrda Samaxidaki turk qarnizonunu muhasireye aldi O esnada Qarabagda olan Sah Mehemmed Xudabendenin 11 yasli oglu Hemze Mirze ve anasi Mehdi Ulya da orduyla birlikde Samaxiya gelen ordunun terkibinde idi 28 noyabr 1578 ci ilde Agsu cayi sahilindeki Pirhesenli kendi yaxinliginda bas veren ve tarixe Mollahesenli doyusu olaraq kecen doyusun neticesinde tatar birlikleri darmadagin edildi Adil Geray esir alinaraq paytaxt Qezvine gonderildi Qezvinde merasimle qarsilanan Adil Gerayla isti munasibet saxlayan Sefevi sahi Mehemmed Xudabende bu yolla Krim xanliginin muharibede teref deyismesine umid edirdi Hetta siyasi bir evlilikle Geraylar sulalesini ozune yaxinlasdirmaq niyyetinde idi Ancaq cox kecmeden yayilan sayeler butun bu planlari alt ust etdi Mollahesenli doyusunde esir alindigi ve Qezvine getirildiyi erefede ordugahda olan Mehdi Ulyayla esq munasibetinin oldugu Qezvine geldikden sonra ise kecirilen saray meclislerinde olduqca yaxin munasbet saxladigi oyrenildi Bir coxlarina gore bu sayeler Mehdi Ulyanin hakimiyyet iddiasindan narazi olanlar terefinden yayilmisdi Neticede Adil Geray 25 iyul 1579 cu ilde Qezvin zindanlarinda qetle yetirildi Mehdi Ulya ise ertesi gun tertiblenen saray basqini neticesinde ele kecirildi ve kemendle bogularaq edam olundu Bext Geray o 1597 adli oglu emisi II Qazi Gerayin seltenetine diger emisi I Fateh Gerayin qisa seltenetinde kalqay elan edildi IstinadlarFisher Alan Kirim Tatarlari Cev Esref B Ozbilen Selenge Yayinlari 2009 Halim Giray Han Gulbun i Hanan Osman Cudi Nesri 1327MenbeKirim Hanligi nda Kalgaylik ve Nureddinlik Uzerine Bir Inceleme Furkan Cem Tosun Yuksek Lisans Tezi Izmir 2022 Von Hammer Purgstall Kirim Hanligi Tarihi Insan Yayinlar 3 Baski 2020