II Rusiya-İran müharibəsinin xronologiyası |
---|
Şamxor döyüşü (1826) |
Rusiya-İran müharibəsi (1826–1828) — Rusiya ilə İran arasında 1826-cı ilin 16 iyul tarixində Azərbaycanın bölüşdürülməsi uğrunda başlayan bu irimiqyaslı müharibə 1828-ci ilin 10 fevral tarixində Türkmənçay sülhünün imzalanması ilə yekunlaşmışdır.
Müharibənin başlanması
Gülüstan müqaviləsi İranı heç cür qane etmirdi, Qafqazın əldən çıxması böyük itki idi. İran Rusiya ilə müharibəyə hazırlaşırdı. Bu müharibədə öz maraqları olan İngiltərə İrana bacardığı hər bir yardımı edirdi. Bununla bağlı 1814-cü ildə İngiltərə ilə İran arasında müqavilə imzalanır, Təbrizdə və başqa şəhərlərdə silah zavodları tikilir, müharibə olacağı təqdirdə Böyük Britaniya İrana ildə 200 min tümən yardım göndəcəyini vəd edir. Rəsmi Qacar hökuməti isə bunun əvəzində heç bir ölkəni İran ərazisindən Hindistana buraxmayacağına dair öhdəlik götürür. İngilis diplomatları 1821-ci ildə İran ilə Osmanlı imperiyası arasında başlayan müharibənin dayandırılmasına nail oldular. İngilislər İranı Rusiyaya qarşı müharibəyə hazırladılar.
Qacar hökuməti ruslara qarşı Osmanlı İmperiyası ilə də danışığa başladı. Bundan başqa, Şimali Azərbaycan xanlarından da (Onlar Rusiyanın işğalı nəticəsində öz xanlıqlarını itirib İrana qaçmışdılar) istifadə etdi. 1825-ci ildə Rusiyada baş vermiş Dekabristlər üsyanı İran hökumətini müharibəyə daha da şirnikləndirdi. General Ermolov İran ilə müharibənin yaxınlaşdığını öyrənən kimi, bu barədə Rusiya çarına məlumat verdi. Rusiya çarı Osmanlı imperiyası ilə münasibətlərin gərginləşməsi fonunda Talış xanlığının yarısını İrana güzəştə getməklə sülhə nail olmaq istəyirdi. Lakin Rusiya ilə Gülüstan müqaviləsinin şərtlərinin dəyişdirilməsinə dair başlanmış danışıq səmərə vermədi.
1826-cı ilin iyul ayında İran qoşunları sərhədi keçdi. İkinci Rusiya-İran müharibəsi başladı. Bu zaman knyaz Menşikovun başçılığı ilə yeni Rusiya elçiliyi Tehrana yaxınlaşmaqda idi. O, yeni çarı (I Nikolay) tanıtdırmaq üçün göndərilmiş, Fətəli şaha büllür taxt gətirmişdi. Rus elçisi İran qoşunlarının artıq Şuşa və Gəncə qapıları ağzında olduğunu bilmirdi. Tehranda göz dustağı edib ona aydın bir cavab vermirdilər. İranın əsas məqsədioürcüstanın paytaxtı olan Tiflis şəhərini tutaraq rdusunu Cənubi Qafqazdan çıxarıb Terekin o tərəfinə qovmaq idi.
Rus qoşunlarının başlıca zərbəsi isə Təbrizə yönəlmişdi. Qoşunların sayına görə üstünlük İranın tərəfində idi. Şahın nizami piyada ordusu 25 sərbaz ("başlarından keçənlər" anlamına gəlir) və 10 canbaz ("canlarından keçənlər") batalyonundan ibarət idi. Hamısı birlikdə 38,5 min nəfər edirdi. Ancaq yalnız Abbas Mirzənin türk piyada qoşunu və top birliyinin 43 topa xidmət edən əsgərləri birbaşa onun tabeliyində idi. İran piyada qoşunu və sərbaz batalyonlarının xeyli hissəsi isə şahın ixtiyarında qalırdı. İran ordusunda nizami atlı qoşun saxlanmır, onun yerinə (müharibə zamanı) Cənubi Azərbaycandan 6 minə yaxın və tərəkəmə tayfalardan 15 minə yaxın nizami olmayan atlı qoşun toplanırdı. Bu sonuncu "atlı qoşun" Rusiya ordusundakı nə nizami atlı alaylar (kavaieriya), nə də uşaqlıq illərindən yaxşı əsgəri hazırlıq keçən kazak atlı bölmələr ilə yanaşı qoyula bilərdi. Abbas Mirzənin 60 minlik ordusu barədə yazılar öz uğurlarını şişirtməyə çalışan rus hərbi qulluqçularının adı ilə bağlıdır.
qüvvəsi sayca böyük deyildi. Ancaq bu, on illərcə Avropada Avstriya, Osmanlı və xüsusilə Fransa qoşunları ilə saysız müharibələrin döyüş ənənələrinə arxalanan müasir bir ordu idi. Cənubi Qafqazda sayı on minə yaxın olan 33 rus piyada batalyonu və 1 nizami atlı alayı, 9 Don kazak alayı, Bakı və Lənkərandakı 3 batalyon, Gəncə, Şəki və Şirvandakı 2 batalyon silah altında idi. Bundan başqa, Şuşada 2 batalyon, Pəmbək və (İrəvan sərhədi) 3 batalyon qarnizon qulluğunda idi. Minlərlə yerli atlı döyüşçülərin də səfərbər edilərək müharibəyə qatılması nəzərdən qaçmamalıdır.
Müharibənin başlanğıcı Rusiya üçün uğursuz oldu. Abbas Mirzə qoşunların başında Qaradağ- yaylaq yolu ilə Qarabağa getdi, ikinci qoşunu da (çoxu qeyri-nizami atlılar idi) Əmir xan və Mehdiqulu xanla birlikdə Naxçıvan-Sisian dağ yolu ilə arxadan Qarabağa göndərdi. və şirvanlı Mustafa xanı Şirvana, Mir Həsən xanı başqa bir qoşunla Talışa, qardaşı San Aslanı (Həsən xan) İrəvan sərdarı Hüseyn xan və İrakli oğlu Aleksandr Mirzə ilə birlikdə Tiflis üzərinə yolladı. Uğurlu xan Ziyadoğlu Gəncəyə, Hüseyn xan (Səlim xanın oğlu) qardaşı Hacı xanla Şəkiyə — öz dədə yurdlarına girdilər.
İrəlidə gedən İran qoşunu Xudafərin körpüsünü sürətlə keçərək rus sərhəd alayını əzdi. Ruslardan 300-ə kimi əsgər öldürüldü, bir qismi əsir düşdü. Sonuncuların içində polkovnik Nazımov və mayor Kovatenski var idi. İran qoşunları sərhəd boyu döyüşlərdə rusları geri oturtdular. Abbas Mirzənin ordusu Şuşa qalasını 16 iyul tarixində mühasirəyə aldı. Mühasirə 48 gün sürdü. Şuşa qarnizonunun rəisi polkovnik Reut yaxşı hazırlıq görmüşdü. Qalanın ələ keçirilməsi uğrunda hücumlar istənilən nəticəni vermədi.
Şuşanın uzun çəkən mühasirəsi müharibənin bütün gedişinə təsir göstərdi. Abbas Mirzə hücumu sürətlə davam etdirərək dağınıq rus qoşunlarını əzmək yerinə böyük qüvvə ilə Şuşa altında əylənib qaldı. Bu, rus komandanlığına dağınıq qoşunlarını birləşdirmək, strateji təşəbbüsü ələ keçirib əks-hücuma keçmək üçün imkan yaratdı.
Müharibənin gedişatı
Şimali Azərbaycanda üsyanlar
İkinci Rusiya-İran müharibəsinin gedişatında yerli bəylərin və başqa zümrələrdən olan əhalinin Rusiyaya qarşı olacağı barədə Ermolovun fikri düz çıxdı. Xalqın əksəriyyəti keçmiş xanlarının çağırışına qoşularaq üsyana qalxdı. Sankt-Peterburqa bu barədə raport göndərən General Ermolov yazırdı:
Köhnə qaçqın xanlar qara camaatı, xüsusilə də inamı yüngül olanları üsyana qaldırdılar. |
O, Azərbaycanda "ümummüsəlman üsyanı" baş verdiyini yazırdı. Təbii ki, Rusiya baş komandanı bu kütləvi üsyanı ortaya gətirən səbəbləri ört-basdır etməyə çalışırdı; başında durduğu əsgəri idarəçiliyin qanunsuz və zorakı davranışını, istismarın və milli zülmün ölçüyəgəlməz şəkildə yayıldığını pərdələmək istəyirdi. Guya bəzi ruhani çağırışları olmasaydı, üsyan da olmaya bilərdi:
“Bizə qarşı ümummüsəlman üsyanı başqa yol ilə deyil, din vasitəsilə ortaya gətirilmişdir, bu üsyanı qızışdıran Abbas Mirzənin yanındakı bir müqəddəs kişidir (Seyid Kərbəla Məhəmməd adlı biri nəzərdə tutulur). |
Rus tarixçisi M.N.Pokrovskinin fikrincə ölçüyəgəlməz ağalıq xalqın üsyana qalxmasına səbəb olmuşdu. İyulun 27-də rus batalyonlarının şəhəri tərk edəcəyini öyrənən gəncəlilər səhər saatlarında qılınclara və xəncərlərə qurşanaraq Narın qalası üzərinə yürüdülər. Başqa rus tarixçisi N. Dubrovin bütün gəncəlilərin (tatarı… voorujilis poqolovno) bu yürüşə qoşulduğunu yazır. Onlar ilk öncə qala həbsxanasını alıb siyasi dustaqları azadlığa buraxdılar. İyulun 28-nə keçən gecə bir çox rus döyüşçülərini qırıb Gəncəni təmizlədilər. Uğurlu xan asanlıqla azad edilmiş şəhərə girib Narın qalada oturdu.
İkinci kütləvi üsyan Talış xanlığında baş verdi. Talış hakimi Mirhəsən xan atası Mirmustafa xan kimi Rusiya təbəəliyinə keçmişdi. Ancaq çar hərbçilərinin özbaşınalığı və onunla bir nökər kimi davranması xanın dözümünə son qoydu. Bu zaman Talış xanlığında Mirhəsən xan deyil, əslində, mayor İlyinski ağalıq edirdi. Xəzər dəniz batalyonunun(660 nəfər) və 50 kazak atlısının komandiri olan bu mayor xanı sıxışdırıb İrana qaçmağa məcbur etdi. Həmçinin xalq da İlyinskinin təhqir və söyüşlərindən, qanunsuz vergi yığımlarından cana doymuşdu. İlyinski Talışa Gürcüstanın Telavi bölgəsindən göndərilmişdi. Əslində yerli camaatı soyub incitdiyi üçün oradan qovulmuşdu. Yeni qulluq yerində də öz davranışını dəyişməyən mayor Talış xanlığının ərazisində törətdiyi cinayətlərə görə hərbi məhkəməyə verilmiş, amma onun haqqında heç bir ölçü götürülməmişdi.
Mirhəsən xan üsyana qalxmış yerli döyüşçülər və bir neçə min İran sərbazı ilə 1826-cı il 25 iyul tarixində Lənkəranda yerləşən rus qarnizonu ilə döyüşə girdi. Altı gün və altı gecə sürən döyüşdən sonra mayor İlyinski "qalanı deyil, onun xarabasını" üsyançılara buraxıb Sara adasına çəkildi. Talış xanlığında da Rusiya hərbi idarəçiliyi devrildi.
İyulun 26-da yanında ruslar daha bir döyüşü uduzdular. İrana qaçmış Bakı hakimi Hüseynqulu xan bu döyüşdən sonra üç minlik İran atlısı ilə Bakı üzərinə yollandı. Çoxsaylı avarlı İran donanması da dənizdən onun köməyinə gəldi. Ancaq xanın bakılıları üsyana qaldırmaq istəyi baş tutmadı.
Yenə iyulun 26-da Ağsu (Yeni Şamaxı) şəhərini azad etmiş Mustafa xan Şirvanda uğurla irəliləməkdə idi. Mustafa xan avqust ayında Şamaxı və Şirvandan rus qoşunlarını vurub çıxara bildi. Rus əsgərləri Qubaya çəkildilər, ancaq artıq burada da yerli bəylər xalqı üsyana qaldırmışdılar. Üsyan dalğası rus əsgəri birləşmələrini Şəkidən də qovdu.
Şimali Azərbaycanı bürüyən kütləvi xalq çıxışları İkinci Rusiya-İran müharibəsinin başlanğıcında tutarlı amillərdən biri idi. Abbas Mirzə bu çıxışlar ilə uzlaşan sinxron bir müharibə apara bilmədi.
Şəmkir döyüşü
Rusiya komandanlığı artıq avqust ayında özünə gəlməyə başladı. Dağınıq ordu birləşmələri Gəncə-Tiflis xəttinə yığıldı. Rus qoşunları yeni alaylar hesabına gücləndirildi. Çar I Nikolay Cənubi Qafqaz komandanlığını İ.F. Paskeviçə tapşırdı. Baş komandan qalan Ermolov az sonra bu vəzifəni də ona verib istefaya getdi. Rus qoşunlarının hücuma keçməsi üçün şərait yarandı. Avqustun sonunda İran qoşunları gürcü şahzadəsi Aleksandrın başçılığı altında Şəmkir yaxınlığında idi. Abbas Mirzənin oğlu Məmməd Mirzə yeni qoşunla gəlib Şəmkiri tutdu, amma buradan irəli gedə bilmədi. Sentyabrın üçündə Şəmkir altındakı düzənlikdə Zəyəm dağı ətəyində İran və Rusiya qoşunları arasında döyüş oldu. Ruslar qalib gəldilər. İran qoşunu 1500 döyüşçü itirərək Gəncəyə çəkildi. Şuşa qalası altında ay yarımdan çox hərəkətsiz duran Abbas Mirzə səhvini anlayaraq başlıca ordu ilə tələsik Gəncə səmtinə yola düşdü, ancaq artıq gec idi. Azərbaycanın şimal əyalətlərində kütləvi xalq çıxışlarının yaratdığı əlverişli durum əldən verilmişdi.
Gəncə döyüşü
Şəmkir altında uğurdan sonra rus qoşunları sentyabrın 4-də Gəncəni tutdular. Sentyabrın 9-da Qafqaz korpusunun başlıca qüvvələri onlarla birləşdi. Şuşa mühasirəsini buraxıb buraya gələn Abbas Mirzə yeni döyüşün qaçınılmaz olduğunu bilirdi. Sentybarın 10-da Paskeviç də qoşunla Gəncəyə gəldi. Döyüş sentyabrın 13-də Nizami Gəncəvi məqbərəsinin yaxınlığındakı çöldə oldu. Rus ordusunda 8700, İran ordusunda isə 35 min döyüşçü var idi. İki ordu arasında dəhşətli döyüş başladı. Ruslar yenə uğur qazandılar. 2 düşərgə, 4 bayraq, bir top və başqa hərbi qənimət ələ keçirdilər. İran ordusu 1000-ə kimi əsgər itirdi. 1100 əsgər, 2 batalyon komandiri və 7 zabit əsir düşdü. Uğurlu xan da əsir alınanlar içərisində idi. İran qoşunları dağınıq halda Araza doğru çəkilib o taya keçdi. Gəncə döyüşü ikinci Rusiya-iran müharibəsənin ən böyük döyüşü oldu. Cənubi Qafqazın da, bütün müharibənin də taleyi burada bitdi. Bu döyüşdən sonra İran ordusu bir daha özünə gələ bilmədi. Döyüşdən sonra rus komandanlığı üçün 1826-cı il üysanlarını yatırmaqdan ötəri əlverişli imkan yarandı. Bu, Yermolovun baş komandan vəzifəsində son fəal döyüşləri oldu. Rus komandanlığı müharibənin gedişində ara-sıra yerli qüvvələrdən də istifadə etməyə çalışırdı. 1826-cı ilin noyabrında Araz üzrə sərhədi qorumaq üçün "Qarabağ türklərindən" qeyri-nizami atlı dəstə yaradıldı. 1827-ci il döyüşlərində Borçalı türklərinin könüllü atlı dəstələri də iştirak edirdi. İran qoşunları Talış xanlığı sayılmazsa, artıq bütün Şimali Azərbaycan torpaqlarını tərk etmişdilər.
Müharibənin Cənubi Azərbaycana keçirilməsi
1827-ci ilin yanvar ayında ruslar Qaradağın mərkəzi Əhəri tutdu. öz əsərində bu hadisəni belə ifadə edir:
Qışın oğlan çağında general Madatov müharibə dövründə çəkilən əziyyəti əvəz etsin deyə Qarabağ və Şirvan qoşunlarını götürüb Meşkini və Əhəri çapmağa, qarət etməyə getdi. Meşkin vilayətini o ki var soyub qarət etdilər. |
Aprel ayında rus qoşunlarının Qarabağ birləşməsi Xudafərin körpüsünü ələ keçirmək uğrunda döyüşürdü. Bir bölüyü isə Ağzıböyük keçidi ilə İrəvana gedirdi.
Bu zaman Yermolovun bütünlüklə işdən götürülməsi general Madatovu da yerindən oynatdı. Qraf Paskeviç onu Xudafərin körpüsü üzərindən götürüb knyaz Abxazovla əvəz etdi. Bu dəyişmənin səbəbi Madatovun Meşkin yürüşünə heç də icazəsiz getməsi deyildi. Paskeviç özü də Qarabağ vilayətinə belə soyğunçuluğa getmişdi səbəb yerli əhalinin, xan və bəylərin Yermolov-Madatov "siyasətindən" kəskin narazılığı və üsyana qalxması idi. Bu dəyişmələrlə çar hökuməti öz ordusunun Cənubi Qafqaz işini yüngülləşdirmək istəyirdi.
1827-ci il aprelin 20-də Xudafərin körpüsü tutuldu. Başlıca qüvvələr Eçmiədzinə gələrək İrəvana doğru irəlilədi. İrəvanın iki aylıq mühasirəsi yenə uğursuz oldu. İyunun 26-da Naxçıvan qalası döyüşsüz tutuldu. Rus qoşunları strateji dəyəri olan Abbasabad qalasına yaxınlaşdı. Abbas Mirzə 16 minlik qoşunla qala qarnizonunun köməyinə gəldisə də, qalanı müdafiə etmək münkün olmadı. Avqust ayında Alagözün ətəklərində, Əşdərək və Uşaqan kəndləri yaxınlığındakı döyüşlərdə ruslar üstün gəldilər. Sonra Sərdarabad ruslar tərəfindən tutuldu. İrəvan qalasının mühasirəsi sentyabrın 26-da başlandı. Paskeviç yazırdı ki, İrəvan vilayətində 10000 müsəlman (Azərbaycan türkü) və yalnız 3000 erməni ailəsi yaşayırdı. Oktyabrın 1-də gün qaralana yaxın qanlı döyüşdən sonra İrəvan qalası tutuldu. I Nikolayın fərmanı ilə, onun qlinyanıy qorşok, yəni gildən (torpaqdan) hazırlanan küp adlandırdığı İrəvan qalasının adı qraf Paskeviçin tituluna əlavə edildi.
Paskeviçin Cənubi Azərbaycana girməyi qadağan etməsinə baxmayaraq rus birləşməsinin komandanı Eristov oktyabrın 2-də Mərəndi tutub Təbrizə doğru irəlilərdi.
Təbrizdə şah qarnizonunun rəisi Allahyar xan müdafiəyə hazırlaşdı. Ancaq Təbrizin ruhani başçısı rusların tərəfinə keçərək şəhərliləri ardınca apardı. Oktyabrın 13-də rus bölükləri Təbrizə girdi.
M.N.Pokrovski Cənubi Azərbaycan əhalisinin də rus qoşunlarına kəskin müqavimət göstərdiyini yazmışdır. Ancaq Qacarların soyğunçu siyasətindən Cənubi Azərbaycan cana doymuşdu. Buranın şiə ruhaniləri isə Qacar şahlarını "uzurpator" sayır, qanunsuz olaraq Səfəvi taxtına yiyələndiklərini söyləyirdilər. Rusiya baş komandanı Paskeviç Şimali Azərbaycanda Yermolovun yol verdiyi yanlış üsullardan qaçmağa çalışır, əhalini və yerli hakimləri qıcıqlandırmırdı. İran "qərbçilərinin" (Avropasayağı yenilikçiliyin) başçısı Abbas Mirzənin mərkəzləşdirmə siyasəti də Cənubi Azərbaycan xanlarını Rusiya asılılığına doğru sürükləmədə idi. Bütün bunlar Rusiya qoşunlarının irəliləməsini asanlaşdırırdı.
Təbriz tutulduqdan sonra Tehran üzərinə yol açıldı. Təbrizi (əslində Cənubi Azərbaycanı) idarə etmək üçün rus hərbçilərinin və şəhərlilərin nümayəndələrindən Müvəqqəti İdarə yaradıldı. Onun rəisi general Osten-Saken oldu. Təbriz qalasının komendantı da rus zabitlərindən qoyuldu. Müctəhid Mir Fəttah Müvəqqəti idarənin tərkibində idi.
Nəticə
Müharibə Rusiya imperiyasının qəti qələbəsi ilə nəcitələndi. Müharibəni bitirmək üçün danışıqlara başlanıldı imzalandı.
Yermolovun və Menşikovun bir ay sonra Rusiya Xarici İşlər naziri qraf K.V. Nesselrodeyə təqdim etdikləri yazılı təklifləri də nəzərə alınmaqla sülh və ticarət müqaviləsinin layihəsi hazırlanmışdı. Gələcək müqavilənin şərtləri haqqında çar fərmanı 1827-ci II mayın 24-də Cəlaloğlu yanındakı rus düşərgəsinə gətirildi. Rus komandanlığı danışıq aparmaq üçün tam hazır idi. Qaraziədin danışıqlarında A. S. Qriboyedov İran məmurlarına psixoloji baxımdan təsir göstərmək üçün bildirdi ki, biz irəli gedib Azərbaycana sahib olaraq bu geniş vilayətin müstəqilliyini təmin edəcəyik.
Noyabr ayının 6-da Dehkarqanda danışıqlar yenidən başladı. Təzminat məsələsi üzrə bəzi ciddi narazılıqlar yanvarın 7-də danışıqların kəsilməsinə gətirib çıxardı. Rus qoşunları irəli atıldı. Yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil tutuldu. Müqavilənin bağlanması sürətləndi. Fevralın 9-dan 10-na keçən gecə Təbriz yaxınlığında Türkmənçay kəndində müqavilə imzalandı.
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu burada saxlanmış, təzminat və s. haqqında yeni maddələr əlavə edilmişdi.
Birinci maddə ilə tərəflər arasında əbədi sülh elan olunurdu. Müqavilə İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçdiyini (III maddə) təsbit edir, sərhədləri ayırır (IV maddə), İranın Rusiyaya iyirmi milyon gümüş rubl təzminat ödəyəcəyi bildirilirdi (II maddə). Abbas Mirzənin vəliəhd kimi tanınmasına ayrıca yer verilir (VII maddə). Xəzərdənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ təsdiq edilirdi (VIII maddə). Onuncu maddə ticarət konsulluqları açılmasından, on birinci maddə qarşılıqlı olaraq müharibə ilə dayandırılmış işlərin bərpasından bəhs edirdi. XII, XIV, XV maddələr iki ölkə arasında əhalinin hərəkəti və başqa məsələlərə toxunurdu. On beşinci maddə ermənilərin İrandan Cənubi Qafqaza köçürülməsi (müqavilədə konkret deyilməsə də ümumi razılıq belə olmuşdu) ilə bağlı idi. Sonuncu maddə sülh haqqında yerlərə bilgi verilməsi, onun ratifikasiyası məsələlərinə toxunurdu.
Müqavilə Rusiya tərəfindən 1828-ci ilin martında, Qacarlar tərəfindən iyul ayında ratifikasiya edildi.
Türkmənçay müqaviləsi XIX yüzillikdə İranın İngiltərə, Fransa, Rusiya və Osmanlı ilə bağladığı müqavilələr içərisində ən ağırı idi. Bu müqavilə İranı Rusiyadan asılı vəziyyətə gətirirdi.
Müasir mədəniyyətdə yeri
Müharibənin bitməsindən sonra imzalanan Türkmənçay sülh müqaviləsi XX və XXI əsr boyunca bir millətin ayrılığının simvolu halına gəlmişdir. Azərbaycan ədəbiyyatında xüsusi mövzuya çevrilən bir millətin ayrı düşməsinə onlarla əsər həsr edilmişdir. Bunlara Bəxtiyar Vahabzadənin Gülüstan poemasını, Süleyman Rüstəmin Təbrizim şerini, Sayman Aruzun Yüz il inqilab romanını, Yusif Vəzir Çəmənzəminlinin İki od arasında romanını, Xəlil Rza Ulutürkün əsərlərini misal göstərmək olar.
Bir millətin ayrılığını musiqi sahəsində də göstərmək üçün bəstəkar Əli Səlimi 1958-ci ildə Fərhad İbrahiminin Ayrılıq şerinə musiqi bəstələmişdir.
Şimali Azərbaycanda Cənubi Azərbaycan həsrətini simvollaşdırmaq üçün XX əsrin ortalarından etibarən kişi adı kimi Təbriz adı çox yayılmışdır. Xalq şairi və Azərbaycan azadlıq hərəkatının rəhbərlərindən biri olan Xəlil Rza Ulutürk də Qarabağ müharibəsində şəhid olan və Azərbaycan Respublikasının Milli Qəhrəmanı olan oğluna Təbriz adı vermişdir.
Türkmənçay sülh müqaviləsinin imzalandığı gün hər il Şimali Azərbaycanda və Cənubi Azərbaycanda gizli və ya açıq şəkildə qeyd edilir.
Həmçinin bax
Ədəbiyyat
- Süleyman Əliyarlı, Azərbaycan tarixi (Bakı:Azərbaycan nəşriyyatı, 1996)
İstinadlar
- Azərbaycan tarixi 7 cilddə, III cild. Bakı. 1999.
- Swietochowski, Tadeusz. Eastern Europe, Russia and Central Asia 2003.
- Nersesov, Mirzə Yusif. Tarixi-Safi.
- A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East, ed. Spencer C. Tucker, (ABC-CLIO, 2010), 1148.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
II Rusiya Iran muharibesinin xronologiyasiSamxor doyusu 1826 Gence doyusu 1826 Usaqan doyusu 1827 Irevan qalasinin isgali 1827 Turkmencay muqavilesi 1828 br Rusiya Iran muharibesi 1826 1828 Rusiya ile Iran arasinda 1826 ci ilin 16 iyul tarixinde Azerbaycanin bolusdurulmesi ugrunda baslayan bu irimiqyasli muharibe 1828 ci ilin 10 fevral tarixinde Turkmencay sulhunun imzalanmasi ile yekunlasmisdir Muharibenin baslanmasiGulustan muqavilesi Irani hec cur qane etmirdi Qafqazin elden cixmasi boyuk itki idi Iran Rusiya ile muharibeye hazirlasirdi Bu muharibede oz maraqlari olan Ingiltere Irana bacardigi her bir yardimi edirdi Bununla bagli 1814 cu ilde Ingiltere ile Iran arasinda muqavile imzalanir Tebrizde ve basqa seherlerde silah zavodlari tikilir muharibe olacagi teqdirde Boyuk Britaniya Irana ilde 200 min tumen yardim gondeceyini ved edir Resmi Qacar hokumeti ise bunun evezinde hec bir olkeni Iran erazisinden Hindistana buraxmayacagina dair ohdelik goturur Ingilis diplomatlari 1821 ci ilde Iran ile Osmanli imperiyasi arasinda baslayan muharibenin dayandirilmasina nail oldular Ingilisler Irani Rusiyaya qarsi muharibeye hazirladilar Qacar hokumeti ruslara qarsi Osmanli Imperiyasi ile de danisiga basladi Bundan basqa Simali Azerbaycan xanlarindan da Onlar Rusiyanin isgali neticesinde oz xanliqlarini itirib Irana qacmisdilar istifade etdi 1825 ci ilde Rusiyada bas vermis Dekabristler usyani Iran hokumetini muharibeye daha da sirniklendirdi General Ermolov Iran ile muharibenin yaxinlasdigini oyrenen kimi bu barede Rusiya carina melumat verdi Rusiya cari Osmanli imperiyasi ile munasibetlerin gerginlesmesi fonunda Talis xanliginin yarisini Irana guzeste getmekle sulhe nail olmaq isteyirdi Lakin Rusiya ile Gulustan muqavilesinin sertlerinin deyisdirilmesine dair baslanmis danisiq semere vermedi 1826 ci ilin iyul ayinda Iran qosunlari serhedi kecdi Ikinci Rusiya Iran muharibesi basladi Bu zaman knyaz Mensikovun basciligi ile yeni Rusiya elciliyi Tehrana yaxinlasmaqda idi O yeni cari I Nikolay tanitdirmaq ucun gonderilmis Feteli saha bullur taxt getirmisdi Rus elcisi Iran qosunlarinin artiq Susa ve Gence qapilari agzinda oldugunu bilmirdi Tehranda goz dustagi edib ona aydin bir cavab vermirdiler Iranin esas meqsediourcustanin paytaxti olan Tiflis seherini tutaraq rdusunu Cenubi Qafqazdan cixarib Terekin o terefine qovmaq idi Rus qosunlarinin baslica zerbesi ise Tebrize yonelmisdi Qosunlarin sayina gore ustunluk Iranin terefinde idi Sahin nizami piyada ordusu 25 serbaz baslarindan kecenler anlamina gelir ve 10 canbaz canlarindan kecenler batalyonundan ibaret idi Hamisi birlikde 38 5 min nefer edirdi Ancaq yalniz Abbas Mirzenin turk piyada qosunu ve top birliyinin 43 topa xidmet eden esgerleri birbasa onun tabeliyinde idi Iran piyada qosunu ve serbaz batalyonlarinin xeyli hissesi ise sahin ixtiyarinda qalirdi Iran ordusunda nizami atli qosun saxlanmir onun yerine muharibe zamani Cenubi Azerbaycandan 6 mine yaxin ve terekeme tayfalardan 15 mine yaxin nizami olmayan atli qosun toplanirdi Bu sonuncu atli qosun Rusiya ordusundaki ne nizami atli alaylar kavaieriya ne de usaqliq illerinden yaxsi esgeri hazirliq kecen kazak atli bolmeler ile yanasi qoyula bilerdi Abbas Mirzenin 60 minlik ordusu barede yazilar oz ugurlarini sisirtmeye calisan rus herbi qulluqcularinin adi ile baglidir quvvesi sayca boyuk deyildi Ancaq bu on illerce Avropada Avstriya Osmanli ve xususile Fransa qosunlari ile saysiz muharibelerin doyus enenelerine arxalanan muasir bir ordu idi Cenubi Qafqazda sayi on mine yaxin olan 33 rus piyada batalyonu ve 1 nizami atli alayi 9 Don kazak alayi Baki ve Lenkerandaki 3 batalyon Gence Seki ve Sirvandaki 2 batalyon silah altinda idi Bundan basqa Susada 2 batalyon Pembek ve Irevan serhedi 3 batalyon qarnizon qullugunda idi Minlerle yerli atli doyusculerin de seferber edilerek muharibeye qatilmasi nezerden qacmamalidir Muharibenin baslangici Rusiya ucun ugursuz oldu Abbas Mirze qosunlarin basinda Qaradag yaylaq yolu ile Qarabaga getdi ikinci qosunu da coxu qeyri nizami atlilar idi Emir xan ve Mehdiqulu xanla birlikde Naxcivan Sisian dag yolu ile arxadan Qarabaga gonderdi ve sirvanli Mustafa xani Sirvana Mir Hesen xani basqa bir qosunla Talisa qardasi San Aslani Hesen xan Irevan serdari Huseyn xan ve Irakli oglu Aleksandr Mirze ile birlikde Tiflis uzerine yolladi Ugurlu xan Ziyadoglu Genceye Huseyn xan Selim xanin oglu qardasi Haci xanla Sekiye oz dede yurdlarina girdiler Irelide geden Iran qosunu Xudaferin korpusunu suretle kecerek rus serhed alayini ezdi Ruslardan 300 e kimi esger olduruldu bir qismi esir dusdu Sonuncularin icinde polkovnik Nazimov ve mayor Kovatenski var idi Iran qosunlari serhed boyu doyuslerde ruslari geri oturtdular Abbas Mirzenin ordusu Susa qalasini 16 iyul tarixinde muhasireye aldi Muhasire 48 gun surdu Susa qarnizonunun reisi polkovnik Reut yaxsi hazirliq gormusdu Qalanin ele kecirilmesi ugrunda hucumlar istenilen neticeni vermedi Susanin uzun ceken muhasiresi muharibenin butun gedisine tesir gosterdi Abbas Mirze hucumu suretle davam etdirerek daginiq rus qosunlarini ezmek yerine boyuk quvve ile Susa altinda eylenib qaldi Bu rus komandanligina daginiq qosunlarini birlesdirmek strateji tesebbusu ele kecirib eks hucuma kecmek ucun imkan yaratdi Muharibenin gedisatiSimali Azerbaycanda usyanlar Ikinci Rusiya Iran muharibesinin gedisatinda yerli beylerin ve basqa zumrelerden olan ehalinin Rusiyaya qarsi olacagi barede Ermolovun fikri duz cixdi Xalqin ekseriyyeti kecmis xanlarinin cagirisina qosularaq usyana qalxdi Sankt Peterburqa bu barede raport gonderen General Ermolov yazirdi Kohne qacqin xanlar qara camaati xususile de inami yungul olanlari usyana qaldirdilar O Azerbaycanda umummuselman usyani bas verdiyini yazirdi Tebii ki Rusiya bas komandani bu kutlevi usyani ortaya getiren sebebleri ort basdir etmeye calisirdi basinda durdugu esgeri idareciliyin qanunsuz ve zoraki davranisini istismarin ve milli zulmun olcuyegelmez sekilde yayildigini perdelemek isteyirdi Guya bezi ruhani cagirislari olmasaydi usyan da olmaya bilerdi Bize qarsi umummuselman usyani basqa yol ile deyil din vasitesile ortaya getirilmisdir bu usyani qizisdiran Abbas Mirzenin yanindaki bir muqeddes kisidir Seyid Kerbela Mehemmed adli biri nezerde tutulur Rus tarixcisi M N Pokrovskinin fikrince olcuyegelmez agaliq xalqin usyana qalxmasina sebeb olmusdu Iyulun 27 de rus batalyonlarinin seheri terk edeceyini oyrenen genceliler seher saatlarinda qilinclara ve xencerlere qursanaraq Narin qalasi uzerine yuruduler Basqa rus tarixcisi N Dubrovin butun gencelilerin tatari voorujilis poqolovno bu yuruse qosuldugunu yazir Onlar ilk once qala hebsxanasini alib siyasi dustaqlari azadliga buraxdilar Iyulun 28 ne kecen gece bir cox rus doyusculerini qirib Genceni temizlediler Ugurlu xan asanliqla azad edilmis sehere girib Narin qalada oturdu Ikinci kutlevi usyan Talis xanliginda bas verdi Talis hakimi Mirhesen xan atasi Mirmustafa xan kimi Rusiya tebeeliyine kecmisdi Ancaq car herbcilerinin ozbasinaligi ve onunla bir noker kimi davranmasi xanin dozumune son qoydu Bu zaman Talis xanliginda Mirhesen xan deyil eslinde mayor Ilyinski agaliq edirdi Xezer deniz batalyonunun 660 nefer ve 50 kazak atlisinin komandiri olan bu mayor xani sixisdirib Irana qacmaga mecbur etdi Hemcinin xalq da Ilyinskinin tehqir ve soyuslerinden qanunsuz vergi yigimlarindan cana doymusdu Ilyinski Talisa Gurcustanin Telavi bolgesinden gonderilmisdi Eslinde yerli camaati soyub incitdiyi ucun oradan qovulmusdu Yeni qulluq yerinde de oz davranisini deyismeyen mayor Talis xanliginin erazisinde toretdiyi cinayetlere gore herbi mehkemeye verilmis amma onun haqqinda hec bir olcu goturulmemisdi Mirhesen xan usyana qalxmis yerli doyusculer ve bir nece min Iran serbazi ile 1826 ci il 25 iyul tarixinde Lenkeranda yerlesen rus qarnizonu ile doyuse girdi Alti gun ve alti gece suren doyusden sonra mayor Ilyinski qalani deyil onun xarabasini usyancilara buraxib Sara adasina cekildi Talis xanliginda da Rusiya herbi idareciliyi devrildi Iyulun 26 da yaninda ruslar daha bir doyusu uduzdular Irana qacmis Baki hakimi Huseynqulu xan bu doyusden sonra uc minlik Iran atlisi ile Baki uzerine yollandi Coxsayli avarli Iran donanmasi da denizden onun komeyine geldi Ancaq xanin bakililari usyana qaldirmaq isteyi bas tutmadi Yene iyulun 26 da Agsu Yeni Samaxi seherini azad etmis Mustafa xan Sirvanda ugurla irelilemekde idi Mustafa xan avqust ayinda Samaxi ve Sirvandan rus qosunlarini vurub cixara bildi Rus esgerleri Qubaya cekildiler ancaq artiq burada da yerli beyler xalqi usyana qaldirmisdilar Usyan dalgasi rus esgeri birlesmelerini Sekiden de qovdu Simali Azerbaycani buruyen kutlevi xalq cixislari Ikinci Rusiya Iran muharibesinin baslangicinda tutarli amillerden biri idi Abbas Mirze bu cixislar ile uzlasan sinxron bir muharibe apara bilmedi Semkir doyusu Rusiya komandanligi artiq avqust ayinda ozune gelmeye basladi Daginiq ordu birlesmeleri Gence Tiflis xettine yigildi Rus qosunlari yeni alaylar hesabina guclendirildi Car I Nikolay Cenubi Qafqaz komandanligini I F Paskevice tapsirdi Bas komandan qalan Ermolov az sonra bu vezifeni de ona verib istefaya getdi Rus qosunlarinin hucuma kecmesi ucun serait yarandi Avqustun sonunda Iran qosunlari gurcu sahzadesi Aleksandrin basciligi altinda Semkir yaxinliginda idi Abbas Mirzenin oglu Memmed Mirze yeni qosunla gelib Semkiri tutdu amma buradan ireli gede bilmedi Sentyabrin ucunde Semkir altindaki duzenlikde Zeyem dagi eteyinde Iran ve Rusiya qosunlari arasinda doyus oldu Ruslar qalib geldiler Iran qosunu 1500 doyuscu itirerek Genceye cekildi Susa qalasi altinda ay yarimdan cox hereketsiz duran Abbas Mirze sehvini anlayaraq baslica ordu ile telesik Gence semtine yola dusdu ancaq artiq gec idi Azerbaycanin simal eyaletlerinde kutlevi xalq cixislarinin yaratdigi elverisli durum elden verilmisdi Gence doyusu Semkir altinda ugurdan sonra rus qosunlari sentyabrin 4 de Genceni tutdular Sentyabrin 9 da Qafqaz korpusunun baslica quvveleri onlarla birlesdi Susa muhasiresini buraxib buraya gelen Abbas Mirze yeni doyusun qacinilmaz oldugunu bilirdi Sentybarin 10 da Paskevic de qosunla Genceye geldi Doyus sentyabrin 13 de Nizami Gencevi meqberesinin yaxinligindaki colde oldu Rus ordusunda 8700 Iran ordusunda ise 35 min doyuscu var idi Iki ordu arasinda dehsetli doyus basladi Ruslar yene ugur qazandilar 2 duserge 4 bayraq bir top ve basqa herbi qenimet ele kecirdiler Iran ordusu 1000 e kimi esger itirdi 1100 esger 2 batalyon komandiri ve 7 zabit esir dusdu Ugurlu xan da esir alinanlar icerisinde idi Iran qosunlari daginiq halda Araza dogru cekilib o taya kecdi Gence doyusu ikinci Rusiya iran muharibesenin en boyuk doyusu oldu Cenubi Qafqazin da butun muharibenin de taleyi burada bitdi Bu doyusden sonra Iran ordusu bir daha ozune gele bilmedi Doyusden sonra rus komandanligi ucun 1826 ci il uysanlarini yatirmaqdan oteri elverisli imkan yarandi Bu Yermolovun bas komandan vezifesinde son feal doyusleri oldu Rus komandanligi muharibenin gedisinde ara sira yerli quvvelerden de istifade etmeye calisirdi 1826 ci ilin noyabrinda Araz uzre serhedi qorumaq ucun Qarabag turklerinden qeyri nizami atli deste yaradildi 1827 ci il doyuslerinde Borcali turklerinin konullu atli desteleri de istirak edirdi Iran qosunlari Talis xanligi sayilmazsa artiq butun Simali Azerbaycan torpaqlarini terk etmisdiler Muharibenin Cenubi Azerbaycana kecirilmesi 1827 ci ilin yanvar ayinda ruslar Qaradagin merkezi Eheri tutdu oz eserinde bu hadiseni bele ifade edir Qisin oglan caginda general Madatov muharibe dovrunde cekilen eziyyeti evez etsin deye Qarabag ve Sirvan qosunlarini goturub Meskini ve Eheri capmaga qaret etmeye getdi Meskin vilayetini o ki var soyub qaret etdiler Aprel ayinda rus qosunlarinin Qarabag birlesmesi Xudaferin korpusunu ele kecirmek ugrunda doyusurdu Bir boluyu ise Agziboyuk kecidi ile Irevana gedirdi Bu zaman Yermolovun butunlukle isden goturulmesi general Madatovu da yerinden oynatdi Qraf Paskevic onu Xudaferin korpusu uzerinden goturub knyaz Abxazovla evez etdi Bu deyismenin sebebi Madatovun Meskin yurusune hec de icazesiz getmesi deyildi Paskevic ozu de Qarabag vilayetine bele soygunculuga getmisdi sebeb yerli ehalinin xan ve beylerin Yermolov Madatov siyasetinden keskin naraziligi ve usyana qalxmasi idi Bu deyismelerle car hokumeti oz ordusunun Cenubi Qafqaz isini yungullesdirmek isteyirdi 1827 ci il aprelin 20 de Xudaferin korpusu tutuldu Baslica quvveler Ecmiedzine gelerek Irevana dogru ireliledi Irevanin iki ayliq muhasiresi yene ugursuz oldu Iyunun 26 da Naxcivan qalasi doyussuz tutuldu Rus qosunlari strateji deyeri olan Abbasabad qalasina yaxinlasdi Abbas Mirze 16 minlik qosunla qala qarnizonunun komeyine geldise de qalani mudafie etmek munkun olmadi Avqust ayinda Alagozun eteklerinde Esderek ve Usaqan kendleri yaxinligindaki doyuslerde ruslar ustun geldiler Sonra Serdarabad ruslar terefinden tutuldu Irevan qalasinin muhasiresi sentyabrin 26 da baslandi Paskevic yazirdi ki Irevan vilayetinde 10000 muselman Azerbaycan turku ve yalniz 3000 ermeni ailesi yasayirdi Oktyabrin 1 de gun qaralana yaxin qanli doyusden sonra Irevan qalasi tutuldu I Nikolayin fermani ile onun qlinyaniy qorsok yeni gilden torpaqdan hazirlanan kup adlandirdigi Irevan qalasinin adi qraf Paskevicin tituluna elave edildi Paskevicin Cenubi Azerbaycana girmeyi qadagan etmesine baxmayaraq rus birlesmesinin komandani Eristov oktyabrin 2 de Merendi tutub Tebrize dogru irelilerdi Tebrizde sah qarnizonunun reisi Allahyar xan mudafieye hazirlasdi Ancaq Tebrizin ruhani bascisi ruslarin terefine kecerek seherlileri ardinca apardi Oktyabrin 13 de rus bolukleri Tebrize girdi M N Pokrovski Cenubi Azerbaycan ehalisinin de rus qosunlarina keskin muqavimet gosterdiyini yazmisdir Ancaq Qacarlarin soyguncu siyasetinden Cenubi Azerbaycan cana doymusdu Buranin sie ruhanileri ise Qacar sahlarini uzurpator sayir qanunsuz olaraq Sefevi taxtina yiyelendiklerini soyleyirdiler Rusiya bas komandani Paskevic Simali Azerbaycanda Yermolovun yol verdiyi yanlis usullardan qacmaga calisir ehalini ve yerli hakimleri qiciqlandirmirdi Iran qerbcilerinin Avropasayagi yenilikciliyin bascisi Abbas Mirzenin merkezlesdirme siyaseti de Cenubi Azerbaycan xanlarini Rusiya asililigina dogru suruklemede idi Butun bunlar Rusiya qosunlarinin irelilemesini asanlasdirirdi Tebriz tutulduqdan sonra Tehran uzerine yol acildi Tebrizi eslinde Cenubi Azerbaycani idare etmek ucun rus herbcilerinin ve seherlilerin numayendelerinden Muveqqeti Idare yaradildi Onun reisi general Osten Saken oldu Tebriz qalasinin komendanti da rus zabitlerinden qoyuldu Muctehid Mir Fettah Muveqqeti idarenin terkibinde idi NeticeMuharibe Rusiya imperiyasinin qeti qelebesi ile necitelendi Muharibeni bitirmek ucun danisiqlara baslanildi imzalandi Yermolovun ve Mensikovun bir ay sonra Rusiya Xarici Isler naziri qraf K V Nesselrodeye teqdim etdikleri yazili teklifleri de nezere alinmaqla sulh ve ticaret muqavilesinin layihesi hazirlanmisdi Gelecek muqavilenin sertleri haqqinda car fermani 1827 ci II mayin 24 de Celaloglu yanindaki rus dusergesine getirildi Rus komandanligi danisiq aparmaq ucun tam hazir idi Qaraziedin danisiqlarinda A S Qriboyedov Iran memurlarina psixoloji baximdan tesir gostermek ucun bildirdi ki biz ireli gedib Azerbaycana sahib olaraq bu genis vilayetin musteqilliyini temin edeceyik Noyabr ayinin 6 da Dehkarqanda danisiqlar yeniden basladi Tezminat meselesi uzre bezi ciddi naraziliqlar yanvarin 7 de danisiqlarin kesilmesine getirib cixardi Rus qosunlari ireli atildi Yanvarin 28 de Urmiya fevralin 8 de Erdebil tutuldu Muqavilenin baglanmasi suretlendi Fevralin 9 dan 10 na kecen gece Tebriz yaxinliginda Turkmencay kendinde muqavile imzalandi Turkmencay muqavilesi 16 maddeden ibaret idi Gulustan muqavilesinin bezi maddelerinin mezmunu burada saxlanmis tezminat ve s haqqinda yeni maddeler elave edilmisdi Birinci madde ile terefler arasinda ebedi sulh elan olunurdu Muqavile Irevan ve Naxcivan xanliqlarinin Rusiyaya kecdiyini III madde tesbit edir serhedleri ayirir IV madde Iranin Rusiyaya iyirmi milyon gumus rubl tezminat odeyeceyi bildirilirdi II madde Abbas Mirzenin veliehd kimi taninmasina ayrica yer verilir VII madde Xezerdenizinde yalniz Rusiyanin herbi donanma saxlamaq huququ tesdiq edilirdi VIII madde Onuncu madde ticaret konsulluqlari acilmasindan on birinci madde qarsiliqli olaraq muharibe ile dayandirilmis islerin berpasindan behs edirdi XII XIV XV maddeler iki olke arasinda ehalinin hereketi ve basqa meselelere toxunurdu On besinci madde ermenilerin Irandan Cenubi Qafqaza kocurulmesi muqavilede konkret deyilmese de umumi raziliq bele olmusdu ile bagli idi Sonuncu madde sulh haqqinda yerlere bilgi verilmesi onun ratifikasiyasi meselelerine toxunurdu Muqavile Rusiya terefinden 1828 ci ilin martinda Qacarlar terefinden iyul ayinda ratifikasiya edildi Turkmencay muqavilesi XIX yuzillikde Iranin Ingiltere Fransa Rusiya ve Osmanli ile bagladigi muqavileler icerisinde en agiri idi Bu muqavile Irani Rusiyadan asili veziyyete getirirdi Muasir medeniyyetde yeriMuharibenin bitmesinden sonra imzalanan Turkmencay sulh muqavilesi XX ve XXI esr boyunca bir milletin ayriliginin simvolu halina gelmisdir Azerbaycan edebiyyatinda xususi movzuya cevrilen bir milletin ayri dusmesine onlarla eser hesr edilmisdir Bunlara Bextiyar Vahabzadenin Gulustan poemasini Suleyman Rustemin Tebrizim serini Sayman Aruzun Yuz il inqilab romanini Yusif Vezir Cemenzeminlinin Iki od arasinda romanini Xelil Rza Uluturkun eserlerini misal gostermek olar Bir milletin ayriligini musiqi sahesinde de gostermek ucun bestekar Eli Selimi 1958 ci ilde Ferhad Ibrahiminin Ayriliq serine musiqi bestelemisdir Simali Azerbaycanda Cenubi Azerbaycan hesretini simvollasdirmaq ucun XX esrin ortalarindan etibaren kisi adi kimi Tebriz adi cox yayilmisdir Xalq sairi ve Azerbaycan azadliq herekatinin rehberlerinden biri olan Xelil Rza Uluturk de Qarabag muharibesinde sehid olan ve Azerbaycan Respublikasinin Milli Qehremani olan ogluna Tebriz adi vermisdir Turkmencay sulh muqavilesinin imzalandigi gun her il Simali Azerbaycanda ve Cenubi Azerbaycanda gizli ve ya aciq sekilde qeyd edilir Hemcinin baxRusiya Iran muharibesi 1804 1813 EdebiyyatSuleyman Eliyarli Azerbaycan tarixi Baki Azerbaycan nesriyyati 1996 IstinadlarAzerbaycan tarixi 7 cildde III cild Baki 1999 Swietochowski Tadeusz Eastern Europe Russia and Central Asia 2003 Nersesov Mirze Yusif Tarixi Safi A Global Chronology of Conflict From the Ancient World to the Modern Middle East ed Spencer C Tucker ABC CLIO 2010 1148