Azərbaycan xalq dini — azərbaycanlıların İslamdan kənar, müxtəlif dini xalq inanclarını əhatə edən anlayış. Bu inanclar İslamdan kənar olmalarına baxmayaraq, dinin bir hissəsi olaraq icra edilir. Bu anlayışı ifadə etmək üçün istifadə edilən digər adlandırmalar xalq İslamı, yerli İslam və xürafatdır.
Tarixi
XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı (Adına günü) ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur.
Çar Rusiyası və sovet hakimiyyəti dövründə Azərbaycanda İslam bir din olaraq zəifləmişdir. Bu dövrdə İslam gücünü sadəcə yaşayış şəkli olaraq, adətlərdə və yerli İslamda saxlamışdır. Yerli İslamın güclənməsində əsas səbəb azərbaycanlıların Rusiya işğalı dövründə İslam dünyasından təcrid olunmasındadır. Beləliklə, İslam fundamentalizmi buralara təsir göstərə bilməmişdir. Sovet dövründə mollalar xalq İslamının ənənəvi hədislərini insanlara oxuyurdular. 70 illik sovet hakimiyyətinə baxmayaraq, azərbaycanlılar öz dini inanclarını qoruyub saxlamışdır.
2005-ci ildə 150-dən çox dini təşkilat və məscidin qeydiyyata alınması tənqid edilmiş, bunların insanların ziyarət etdiyi məbədlər olduğu qeyd edilmişdir. Bu qeydiyyatlar xalq dini yaratmaq cəhdi olaraq görülmüşdür. Buna baxmaraq, Qafqaz Müsəlmanları İdarəsi heç bir zaman pirlər və müqəddəslər kultunu qınayan fətva verməmişdir.
Azərbaycandakı sələfi dini görüşü də xalq İslamını, müqəddəs məbədlərin ziyarət edilməsi kimi ənənəvi dini görüşləri qəbul etmir. Xalq İslamının nümayəndələri sələfi baxış bucağına görə dindən çıxmış hesab edilir. Buna görə də Azərbaycanın şimalındakı Quba bölgəsində müqəddəs məbəd yandırılmış, yerli sakinlər bu addımı pisləmişdir.
Xarakteristikası
Azərbaycanlıların özünəməxsus dini inancları var. Azərbaycanlılar və Azərbaycanda yaşayan digər müsəlman xalqlar özünü müsəlman hesab edir, ancaq şamanizm, bütpərəstlik, zərdüştlük izləri daşıyan primitiv dini inanclara da sahib çıxırlar. Belə inanclara müqəddəs sayılan yerlərin ziyarət edilməsi, İslamla əlaqəsi olmayan dini ritualların həyata keçirilməsi daxildir.
Primitiv dinlər bu formalarda üzə çıxır: daş, su, ağac, alov ritualları, kosmoqonik inanclar və s. Qeyd edilən rituallar animizm, sehr, totemizm və fetişizmlə yaxından bağlıdır. Etnoqrafik müşahidələr ruhlarla bağlı ritualların (animizm) hələ də davam etdiyini göstərir. Yerli İslamda müqəddəslərə ehtiram göstərilməsi, şər ruhlardan qorunmaq üçün əfsun və həmaillərdən istifadə, sehrə, caduya inam müşahidə edilir.
Azərbaycanlıların inancları İslama qədərki və İslamdan sonra olmaqla əsas 2 qrupa bölünür. Birinci qrup insan, kainat, varlıq haqqında insan təsəvvürlərini əhatə edir. İslamdan qaynaqlanan inanclar İslama qədərki inancların üzərinə sanki bir İslam "örtüyü" keçirmişdir. Tanrının İslamda tutduğu mövqeyə görə, onun yaratdıqları şeylərə and içilməsi azərbaycanlıların inanclarında mövcuddur. Andlara misal olaraq, Allah haqqı, göy haqqı, duz haqqı, çörək haqqı, nemət haqqı, yer haqqı göstərilə bilər.
Azərbaycanda ölülər üçün ehsan verilir. Ölünün üçü, yeddisi, qırxı, həmçinin cümə günü müqəddəs hesab edilib, qeyd edilir, halva pişirilir (Həmçinin bax: Adına günü). Ölünün ruhu həmin halvadan şad olur. Azərbaycanlıların qeyd etdiyi Novruz bayramı İslamdan kənar olsa da, onunla birləşdirilmişdir. Novruz bayramında azərbaycanlılar qəbiristanlığı ziyarət edər, qəbirüstü mərasimlər keçirərlər. Bu zaman Quran oxunar, ehsan verilər.
Evə gələn gəlinin ayağının dibində qurban kəsilməsi adəti vardır. Digər hallarda, yeni doğulan uşaq üçün, arzuların yerinə yetməsi, xəstənin şəfa tapması, yurd xoşbəxtliyi üçün qurban kəsilir.
Ənənə və inanclar
Ziyarətgahlar və müqəddəslər
Ziyarətgahların yaradılmasının səbəblərindən asılı olmayaraq, müqəddəs insan vasitəsilə sitayiş edilən varlıq Tanrıdır. Azərbaycanda ağac, daş, su və digər obyektlərlə bağlı olan və ya müqəddəs insanların şərəfinə ucaldılmış pirlər mövcuddur. Müqəddəs şəxslər ya hörmət edilən adamlar idi, ya da sehrli güclərə malik olduqlarına inanılırdı.
Ziyarətçilər pirin ətrafında 3 və ya 7 dəfə dönürlər. Pirsaat pirində mis qabdakı isidilmiş su ilə bədənin ağrıyan hissəsinin isladılması, kiçik daşın həmin hissəyə sürtülməsi həyata keçirilir. Buna baxmayaraq, su və alov ritualları ilə birlikdə Quran kitabı da ziyarətgahlarda oxunur, primitiv ayinlər də, İslam mərasimləri də icra edilir. Burada qurban kəsilir. Azərbaycan pirlərində qədim astral dinlərin, zərdüşlük, xristianlıq və İslamın bəzi xüsusiyyətləri mövcuddur.
Pirləri ziyarət edən şəxslər üçün buralar məscidlərdən ayrı bir yer deyil. Məscidlər rəsmi və ya ortodoks İslamın məkanları olaraq təsnif edilmir. İctimai baxışda belə bir fərq yoxdur. Müqəddəslərin qəbrində dua etmək məsciddə dua etmək qədər dini bir fəaliyyətdir. Bu, daha çox ailəvi və yerli ənənələrə, seçimlərə bağlıdır. Hətta, Azərbaycandakı İslam din xadimləri də dində ziyarətə yer olduğunu fikirləşir.
Uğur və vergi inancları
Bəzi uşaqların gələcəyi gördüyü, olacaq hadisələri hiss etdiyi düşünülür. Bundan başqa yuxuda bəzi simvolların görülməsinin işarə olduğu, bəzi insanlara sirr verildiyi və onların yuxularında həqiqəti gördüyünə inanılır. Bu haqq vergisi hər insana verilmir, sadəcə bəzi nəsillərin bütün üzvlərinə verilir. Belə şəxslər "yuxuda badə içmişlər" adlandırılır. Bu cür ailələrin oğlanlı-qızlı bütün üzvlərində müəyyən bir yaşa gələndə xüsusi hallar müşahidə edilir.
Azərbaycanda Qərb ulduzunu və ya Bəxt ulduzunu görən şəxs uğurlu qəbul edilir. qorunmaq üçün isə üzərlik yandırılır.
Mərasimlərlə bağlı inanclar
Azərbaycanda uzun müddət yağan yağışdan sonra Günəşin çıxması istənilirsə, Baba dağından gətirilən daş ocaqdakı külə basdırılır. Sonra eyni ocaqda xəşil pişirilir. Xəşili ananın ilk uşağı qarışdırar, əfsunçu basdırılan daşın üzərinə közlər yığa-yığa əfşunun sehrli hissəsini oxuyar: "Qodu, odu daşı. Odu kəssin yağışı." Bu ayində Günəş iyəsi ilə əlaqə qurmaq üçün dağ, daş və ocaq kultlarından istifadə olunur. Yağışı yağması üçün isə yeddi daş ipə bağlanıb suya atılar, ucu qarağac və ya fındıq ağacına bağlanılar.
Ayın 3 günlüyündə subaylar eyvana çıxıb niyyət tutarlar. Bunu üç gün təkrar edən şəxs üçüncü gün yuxusunda evlənəcəyi şəxsi görər. Ay vasitəsilə gələcəyi görmə inancları Azərbaycandan başqa Şərqi Anadoluda da yayılmışdır. Qisməti təyin etməyin digər bir üsulu Xızır Nəbi bayramında icra edilən üzük falı və ya yeyilən almanın toxumlarının yastıq altına qoyulduqdan sonra görülən yuxudur.
Almanın məhsuldarlıq qüvvəsi ilə bağlı inanc azərbaycanlıların ritualında qorunub saxlanmışdır. Bəy gəlin evə girməzdən əvvəl onun başına alma atar. Alma hissələrə bölünmüş olduğu üçün gəlini ağrıtmaz, gəlinə dəyib parçalara ayrılar. Beləliklə, bir alma 5–6 parçaya (uşağa) bölünər.
Zifaf gecəsindən əvvəl yeddi və ya doqquz budaqlı ağacı şəkər və meyvələrlə bəzəyərlər. Uşaq sahibi olmaq üçün isə qışın doqquzuncu gününün gecə yarısından sonra ayaz vurmuş almanı uşaqsız qadın yeməlidir. Hamiləlik rahat keçsin deyə qoca Bilici qadın hamilənin qarnı üstünə bıçaq sürtər. Doğum zamanı isə Bilici qadının buyruğu ilə içəridə qadınlar, çöldə kişilər bıçaq itiləyərlər. Doğumdan sonra insanlar bıçaq itiləməyi dayandırarlar.
Vacib şəxslər
- Ruhçu. Qəbirinə gedilməyən, yad edilməyən ölünün ruhu öz yaxınını "tutur". Ölünün gözü hələ də bu dünyadır. Buna görə də ölünün nə istədiyi öryənmək üçün ruhçunun yanına gedərlər. Ruhçu ata-anadan qalma bir bacarıq olaraq, ruhları "ölçür". Hər kəs ruh ölçə bilməz. Ruhçu ölünün nə istədiyini yaxınına deyir. Məsələn, ölü halva pişirilib, yeddi qonşusuna paylanmasını istəyə bilər.
- Şesə anası. Şər ruh olan şeşə quşunu öldürən qadındır. Bu qadın Şeşə quşunun vurduğu bir uşağın boğazına toxunarsa, o, sağalır.
- Oxçu. Azərbaycan dilinin dialektlərində "bilici, əfsunçu" mənası ilə qorunub saxlanılmışdır. Bu məna mifoloji düşüncədən qalıb. Tədqiqatçılar qədim zamanlarda şamanların mərasimlərini nağara ilə deyil, oxla yerinə yetirdiyinə dair məlumatlar əldə ediblər. Bu məlumat oxçunun "bilici, əfsunçu" mənası ilə də uyğun gəlir.
- Haqq aşığı. Azərbaycanlıların və Türkiyə türklərinin məhəbbət dastanlarında ərənlər və ya qırxlar tərəfindən badə içizdirilən və bundan sonra ilahi bir sevgi ilə Tanrıya səslənən qəhrəmandır. Haqq aşığı badəni içəndən sonra bütün elmlərin qapısı ona açılır, pis ruhlardan qorunur, nə qılınc, nə ox ona təsir etmir.
İstinadlar
- Sattarov, 2020. səh. 307
- Swietochowski, Tadeusz. (2002). Azerbaijan: The Hidden Faces of Islam. World Policy Journal. 19. 69–76. 10.1215/07402775–2002–4009. page 74.
- Cornell, 2006. səh. 56
- Aliyeva, 2013. səh. 149-150
- Basile Vereschaguine. Voyage dans les provinces du Caucase. — Le Tour du Monde. — Leipzig, 1869. — С. 309.
- Caferoğlu, 1956. səh. 66-67
- Aliyeva, 2013. səh. 147-148
- Hacıyeva, 1997. səh. 222
- Cornell, 2006. səh. 65
- Wiktor-Mach, 2017. səh. 78
- Nuruzade, 2016. səh. 3
- Hacıyeva, 1997. səh. 217
- Hacıyeva, 1997. səh. 221
- Wiktor-Mach, 2017. səh. 97-98
- Kalafat, 1998. səh. 115
- Kalafat, 1998. səh. 90
- Kalafat, 1998. səh. 68
- Kalafat, 1998. səh. 92
- Kalafat, 1998. səh. 64-65
- Kalafat, 1998. səh. 77
- Kalafat, 1998. səh. 66
- Kalafat, 1998. səh. 75
- Kalafat, 1998. səh. 118
- Mammadov, 2023. səh. 409
- Kalafat, 1998. səh. 55
- Beydili, 2003. səh. 77
- Beydili, 2003. səh. 528
- Beydili, 2003. səh. 229
Ədəbiyyat
- Aliyeva, Lala. (2013). Vernacular Islam in Azerbaijan. Humanities and Social Sciences Review, CD-ROM. ISSN: 2165–6258. 2. 145–151.
- Beydili, Celal. Türk Mitolojisi Ansiklopedik Sözlük (türk). Yurt Yayınevi. 2003.
- Caferoğlu, Ahmet. Azerbaycan ve Anadolu Folklorunda Saklanan İki Şaman Tanrısı (türk). Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, Cilt 5, Sayı 1–4. 1956.
- Cornell, S. E. (2006) The Politicization of Islam in Azerbaijan. Central Asia-Caucasus Institute & Silk Road Studies Program, Washington DC.
- Hacıyeva, Maarife. Azerbaycan Türkleri'nde İnançlar = the Beliefs of Azerbaijan Turks, V. Milletlerarası Türk Halk Kültürü Kongresi: Gelenek, Görenek, İnançlar Seksiyon Bildirileri, 1997, s. 217–222
- Kalafat, Yaşar. Eski Türk Dini İzleri (türk). 1998.
- Mammadov, A. İ. (2023). Tree cult in the mythology of the peoples of the world. Universidad y Sociedad, 15(3), 404–412.
- Nuruzade, Shahla. (2016). RELIGIOUS VIEWS IN MODERN AZERBAIJAN. Theoretical & Applied Science. 43. 151–157. 10.15863/TAS.2016.11.43.28.
- Sattarov, Rufat. "Between the Supernatural and the Natural: Aspects of Religious Beliefs among the Azerbaijani Turks". Man and Nature in the Altaic World.: Proceedings of the 49th Permanent International Altaistic Conference, Berlin, July 30 – August 4, 2006, Berlin, Boston: De Gruyter, 2020, pp. 299–312. https://doi.org/10.1515/9783112208885-036
- Wiktor-Mach, Dobroslawa (2017). Religious Revival and Secularism in Post-Soviet Azerbaijan. De Gruyter.
Əlavə oxu
- Kərəm Məmmədov. Azərbaycanlıların İslama qədərki dini inancları (magistratura proqramı). Bakı,2006
- Kərəm Məmmədov. Azərbaycanlılarda qurda sitayiş və onun qalıqları. (Azərbaycan tarixi problemləri üzrə gənc tədqiqatçıların birinci respublika elmi konfransının məruzələri). Bakı: 1991 (II hissə), s. 226–228. (rus dilində)
- Kərəm Məmmədov. Azərbaycanlılarda səma cisimlərinə sitayiş. (Azərbaycan tarixi problemləri üzrə məruzələr məcmuəsi). Bakı: 1992 s.67–68. (rus dilində)
- Kərəm Məmmədov. Azərbaycanlılarda qoça sitayiş. (Aspirant və gənc tədqiqatçıların Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş elmi konfransının tezisləri). Bakı: 1994, s.12. (rus dilində)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan xalq dini azerbaycanlilarin Islamdan kenar muxtelif dini xalq inanclarini ehate eden anlayis Bu inanclar Islamdan kenar olmalarina baxmayaraq dinin bir hissesi olaraq icra edilir Bu anlayisi ifade etmek ucun istifade edilen diger adlandirmalar xalq Islami yerli Islam ve xurafatdir TarixiVasili Veressaginin Azerbaycanli qebri resminde das at heykeli resm 1865 ci ilde Susada cekilib XIII esr monqol isgali ve ondan sonraki dovrlerde Elxanilerin hem Iran Azerbaycani hem muasir Azerbaycanin uzerinde hakimiyyet qurmasi burada yayilmis samanciliq adetlerinin guclenmesine getirib cixarmisdir Samanizm adetleri Islamin tesiri ile deyisikliklere meruz qalmis zerersiz ve vacib olmayan yerlerde ozunu qorumusdur Qedim adet enene qaydalari Azerbaycan medeni sahesinde usaq folklor ve oyunlarinda genis xalq tebeqelerinin merasim ve inanclarinda yasamaga davam etmisdir Meselen azerbaycanlilarin cume axsami Adina gunu olulerin ruhuna hormeten yediyi asin qedim samanizm qalintisi olduguna subhe yoxdur Car Rusiyasi ve sovet hakimiyyeti dovrunde Azerbaycanda Islam bir din olaraq zeiflemisdir Bu dovrde Islam gucunu sadece yasayis sekli olaraq adetlerde ve yerli Islamda saxlamisdir Yerli Islamin guclenmesinde esas sebeb azerbaycanlilarin Rusiya isgali dovrunde Islam dunyasindan tecrid olunmasindadir Belelikle Islam fundamentalizmi buralara tesir gostere bilmemisdir Sovet dovrunde mollalar xalq Islaminin enenevi hedislerini insanlara oxuyurdular 70 illik sovet hakimiyyetine baxmayaraq azerbaycanlilar oz dini inanclarini qoruyub saxlamisdir 2005 ci ilde 150 den cox dini teskilat ve mescidin qeydiyyata alinmasi tenqid edilmis bunlarin insanlarin ziyaret etdiyi mebedler oldugu qeyd edilmisdir Bu qeydiyyatlar xalq dini yaratmaq cehdi olaraq gorulmusdur Buna baxmaraq Qafqaz Muselmanlari Idaresi hec bir zaman pirler ve muqeddesler kultunu qinayan fetva vermemisdir Azerbaycandaki selefi dini gorusu de xalq Islamini muqeddes mebedlerin ziyaret edilmesi kimi enenevi dini gorusleri qebul etmir Xalq Islaminin numayendeleri selefi baxis bucagina gore dinden cixmis hesab edilir Buna gore de Azerbaycanin simalindaki Quba bolgesinde muqeddes mebed yandirilmis yerli sakinler bu addimi pislemisdir XarakteristikasiAzerbaycanlilarin ozunemexsus dini inanclari var Azerbaycanlilar ve Azerbaycanda yasayan diger muselman xalqlar ozunu muselman hesab edir ancaq samanizm butperestlik zerdustluk izleri dasiyan primitiv dini inanclara da sahib cixirlar Bele inanclara muqeddes sayilan yerlerin ziyaret edilmesi Islamla elaqesi olmayan dini rituallarin heyata kecirilmesi daxildir Primitiv dinler bu formalarda uze cixir das su agac alov rituallari kosmoqonik inanclar ve s Qeyd edilen rituallar animizm sehr totemizm ve fetisizmle yaxindan baglidir Etnoqrafik musahideler ruhlarla bagli rituallarin animizm hele de davam etdiyini gosterir Yerli Islamda muqeddeslere ehtiram gosterilmesi ser ruhlardan qorunmaq ucun efsun ve hemaillerden istifade sehre caduya inam musahide edilir Azerbaycanlilarin inanclari Islama qederki ve Islamdan sonra olmaqla esas 2 qrupa bolunur Birinci qrup insan kainat varliq haqqinda insan tesevvurlerini ehate edir Islamdan qaynaqlanan inanclar Islama qederki inanclarin uzerine sanki bir Islam ortuyu kecirmisdir Tanrinin Islamda tutdugu movqeye gore onun yaratdiqlari seylere and icilmesi azerbaycanlilarin inanclarinda movcuddur Andlara misal olaraq Allah haqqi goy haqqi duz haqqi corek haqqi nemet haqqi yer haqqi gosterile biler Azerbaycanda oluler ucun ehsan verilir Olunun ucu yeddisi qirxi hemcinin cume gunu muqeddes hesab edilib qeyd edilir halva pisirilir Hemcinin bax Adina gunu Olunun ruhu hemin halvadan sad olur Azerbaycanlilarin qeyd etdiyi Novruz bayrami Islamdan kenar olsa da onunla birlesdirilmisdir Novruz bayraminda azerbaycanlilar qebiristanligi ziyaret eder qebirustu merasimler kecirerler Bu zaman Quran oxunar ehsan veriler Eve gelen gelinin ayaginin dibinde qurban kesilmesi adeti vardir Diger hallarda yeni dogulan usaq ucun arzularin yerine yetmesi xestenin sefa tapmasi yurd xosbextliyi ucun qurban kesilir Enene ve inanclarZiyaretgahlar ve muqeddesler Esas meqaleler Azerbaycan ziyaretgahlari ve Azerbaycanda muqeddes sexslerin siyahisiDiribaba turbesi Ziyaretgahlarin yaradilmasinin sebeblerinden asili olmayaraq muqeddes insan vasitesile sitayis edilen varliq Tanridir Azerbaycanda agac das su ve diger obyektlerle bagli olan ve ya muqeddes insanlarin serefine ucaldilmis pirler movcuddur Muqeddes sexsler ya hormet edilen adamlar idi ya da sehrli guclere malik olduqlarina inanilirdi Ziyaretciler pirin etrafinda 3 ve ya 7 defe donurler Pirsaat pirinde mis qabdaki isidilmis su ile bedenin agriyan hissesinin isladilmasi kicik dasin hemin hisseye surtulmesi heyata kecirilir Buna baxmayaraq su ve alov rituallari ile birlikde Quran kitabi da ziyaretgahlarda oxunur primitiv ayinler de Islam merasimleri de icra edilir Burada qurban kesilir Azerbaycan pirlerinde qedim astral dinlerin zerdusluk xristianliq ve Islamin bezi xususiyyetleri movcuddur Pirleri ziyaret eden sexsler ucun buralar mescidlerden ayri bir yer deyil Mescidler resmi ve ya ortodoks Islamin mekanlari olaraq tesnif edilmir Ictimai baxisda bele bir ferq yoxdur Muqeddeslerin qebrinde dua etmek mescidde dua etmek qeder dini bir fealiyyetdir Bu daha cox ailevi ve yerli enenelere secimlere baglidir Hetta Azerbaycandaki Islam din xadimleri de dinde ziyarete yer oldugunu fikirlesir Ugur ve vergi inanclari Esas meqaleler Bade ve Buta ilahi vergi Bezi usaqlarin geleceyi gorduyu olacaq hadiseleri hiss etdiyi dusunulur Bundan basqa yuxuda bezi simvollarin gorulmesinin isare oldugu bezi insanlara sirr verildiyi ve onlarin yuxularinda heqiqeti gorduyune inanilir Bu haqq vergisi her insana verilmir sadece bezi nesillerin butun uzvlerine verilir Bele sexsler yuxuda bade icmisler adlandirilir Bu cur ailelerin oglanli qizli butun uzvlerinde mueyyen bir yasa gelende xususi hallar musahide edilir Azerbaycanda Qerb ulduzunu ve ya Bext ulduzunu goren sexs ugurlu qebul edilir qorunmaq ucun ise uzerlik yandirilir Merasimlerle bagli inanclar Esas meqale Azerbaycanda merasimlerNovruz bayraminda qulaq fali Azerbaycan poct markasi Azerbaycanda uzun muddet yagan yagisdan sonra Gunesin cixmasi istenilirse Baba dagindan getirilen das ocaqdaki kule basdirilir Sonra eyni ocaqda xesil pisirilir Xesili ananin ilk usagi qarisdirar efsuncu basdirilan dasin uzerine kozler yiga yiga efsunun sehrli hissesini oxuyar Qodu odu dasi Odu kessin yagisi Bu ayinde Gunes iyesi ile elaqe qurmaq ucun dag das ve ocaq kultlarindan istifade olunur Yagisi yagmasi ucun ise yeddi das ipe baglanib suya atilar ucu qaragac ve ya findiq agacina baglanilar Ayin 3 gunluyunde subaylar eyvana cixib niyyet tutarlar Bunu uc gun tekrar eden sexs ucuncu gun yuxusunda evleneceyi sexsi gorer Ay vasitesile geleceyi gorme inanclari Azerbaycandan basqa Serqi Anadoluda da yayilmisdir Qismeti teyin etmeyin diger bir usulu Xizir Nebi bayraminda icra edilen uzuk fali ve ya yeyilen almanin toxumlarinin yastiq altina qoyulduqdan sonra gorulen yuxudur Almanin mehsuldarliq quvvesi ile bagli inanc azerbaycanlilarin ritualinda qorunub saxlanmisdir Bey gelin eve girmezden evvel onun basina alma atar Alma hisselere bolunmus oldugu ucun gelini agritmaz geline deyib parcalara ayrilar Belelikle bir alma 5 6 parcaya usaga boluner Zifaf gecesinden evvel yeddi ve ya doqquz budaqli agaci seker ve meyvelerle bezeyerler Usaq sahibi olmaq ucun ise qisin doqquzuncu gununun gece yarisindan sonra ayaz vurmus almani usaqsiz qadin yemelidir Hamilelik rahat kecsin deye qoca Bilici qadin hamilenin qarni ustune bicaq surter Dogum zamani ise Bilici qadinin buyrugu ile iceride qadinlar colde kisiler bicaq itileyerler Dogumdan sonra insanlar bicaq itilemeyi dayandirarlar Vacib sexslerRuhcu Qebirine gedilmeyen yad edilmeyen olunun ruhu oz yaxinini tutur Olunun gozu hele de bu dunyadir Buna gore de olunun ne istediyi oryenmek ucun ruhcunun yanina gederler Ruhcu ata anadan qalma bir bacariq olaraq ruhlari olcur Her kes ruh olce bilmez Ruhcu olunun ne istediyini yaxinina deyir Meselen olu halva pisirilib yeddi qonsusuna paylanmasini isteye biler Sese anasi Ser ruh olan sese qusunu olduren qadindir Bu qadin Sese qusunun vurdugu bir usagin bogazina toxunarsa o sagalir Oxcu Azerbaycan dilinin dialektlerinde bilici efsuncu menasi ile qorunub saxlanilmisdir Bu mena mifoloji dusunceden qalib Tedqiqatcilar qedim zamanlarda samanlarin merasimlerini nagara ile deyil oxla yerine yetirdiyine dair melumatlar elde edibler Bu melumat oxcunun bilici efsuncu menasi ile de uygun gelir Haqq asigi Azerbaycanlilarin ve Turkiye turklerinin mehebbet dastanlarinda erenler ve ya qirxlar terefinden bade icizdirilen ve bundan sonra ilahi bir sevgi ile Tanriya seslenen qehremandir Haqq asigi badeni icenden sonra butun elmlerin qapisi ona acilir pis ruhlardan qorunur ne qilinc ne ox ona tesir etmir IstinadlarSattarov 2020 seh 307 Swietochowski Tadeusz 2002 Azerbaijan The Hidden Faces of Islam World Policy Journal 19 69 76 10 1215 07402775 2002 4009 page 74 Cornell 2006 seh 56 Aliyeva 2013 seh 149 150 Basile Vereschaguine Voyage dans les provinces du Caucase Le Tour du Monde Leipzig 1869 S 309 Caferoglu 1956 seh 66 67 Aliyeva 2013 seh 147 148 Haciyeva 1997 seh 222 Cornell 2006 seh 65 Wiktor Mach 2017 seh 78 Nuruzade 2016 seh 3 Haciyeva 1997 seh 217 Haciyeva 1997 seh 221 Wiktor Mach 2017 seh 97 98 Kalafat 1998 seh 115 Kalafat 1998 seh 90 Kalafat 1998 seh 68 Kalafat 1998 seh 92 Kalafat 1998 seh 64 65 Kalafat 1998 seh 77 Kalafat 1998 seh 66 Kalafat 1998 seh 75 Kalafat 1998 seh 118 Mammadov 2023 seh 409 Kalafat 1998 seh 55 Beydili 2003 seh 77 Beydili 2003 seh 528 Beydili 2003 seh 229EdebiyyatAliyeva Lala 2013 Vernacular Islam in Azerbaijan Humanities and Social Sciences Review CD ROM ISSN 2165 6258 2 145 151 Beydili Celal Turk Mitolojisi Ansiklopedik Sozluk turk Yurt Yayinevi 2003 Caferoglu Ahmet Azerbaycan ve Anadolu Folklorunda Saklanan Iki Saman Tanrisi turk Ankara Universitesi Ilahiyat Fakultesi Dergisi Cilt 5 Sayi 1 4 1956 Cornell S E 2006 The Politicization of Islam in Azerbaijan Central Asia Caucasus Institute amp Silk Road Studies Program Washington DC Haciyeva Maarife Azerbaycan Turkleri nde Inanclar the Beliefs of Azerbaijan Turks V Milletlerarasi Turk Halk Kulturu Kongresi Gelenek Gorenek Inanclar Seksiyon Bildirileri 1997 s 217 222 Kalafat Yasar Eski Turk Dini Izleri turk 1998 Mammadov A I 2023 Tree cult in the mythology of the peoples of the world Universidad y Sociedad 15 3 404 412 Nuruzade Shahla 2016 RELIGIOUS VIEWS IN MODERN AZERBAIJAN Theoretical amp Applied Science 43 151 157 10 15863 TAS 2016 11 43 28 Sattarov Rufat Between the Supernatural and the Natural Aspects of Religious Beliefs among the Azerbaijani Turks Man and Nature in the Altaic World Proceedings of the 49th Permanent International Altaistic Conference Berlin July 30 August 4 2006 Berlin Boston De Gruyter 2020 pp 299 312 https doi org 10 1515 9783112208885 036 Wiktor Mach Dobroslawa 2017 Religious Revival and Secularism in Post Soviet Azerbaijan De Gruyter Elave oxuKerem Memmedov Azerbaycanlilarin Islama qederki dini inanclari magistratura proqrami Baki 2006 Kerem Memmedov Azerbaycanlilarda qurda sitayis ve onun qaliqlari Azerbaycan tarixi problemleri uzre genc tedqiqatcilarin birinci respublika elmi konfransinin meruzeleri Baki 1991 II hisse s 226 228 rus dilinde Kerem Memmedov Azerbaycanlilarda sema cisimlerine sitayis Azerbaycan tarixi problemleri uzre meruzeler mecmuesi Baki 1992 s 67 68 rus dilinde Kerem Memmedov Azerbaycanlilarda qoca sitayis Aspirant ve genc tedqiqatcilarin Baki Dovlet Universitetinin 75 illiyine hesr olunmus elmi konfransinin tezisleri Baki 1994 s 12 rus dilinde