Şamaxı Cümə məscidi – Şamaxı şəhəri ərazisində yerləşən məscid. Azərbaycan Respublikasının ərazisindəki ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.
Cümə məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şamaxı |
Yerləşir | Şamaxı |
Aidiyyatı | Əməvilər xilafəti |
Memar | Zivər bəy Əhmədbəyov İosif Ploşko |
Sifarişçi | ~ Məsləmə ibn Əbdülmalik |
Əsas tarixlər | 1123 - gürcülər tərəfindən dağıdılıb XVII əsr - ikinci dəfə yenidən qurulub 1859 - zəlzələdən sonra yenidənqurma 1902 - dördüncü dəfə yenidən qurulub 1918 - erməni daşnakları tərəfindən yandırılaraq dağıdılıb 2009-2013 - restavrasiya edilib |
Tikilmə tarixi | 743-744 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Minarələri | 2 |
Günbəzləri | 4 |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 318 |
Kateqoriya | məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid 743-744-cü illərdə inşa edilmişdir. Şamaxı cümə məscidi Cənubi Qafqazda Dərbənd cümə məscidindən (734-cü ildə inşa edilib) sonra ən qədim məsciddir. Orta əsrlərdə bir neçə dəfə bərpa edilmiş məscid 1856 və 1902-ci illərdə baş vermiş Şamaxı zəlzələləri zamanı dağılmış, birinci dəfə Qasım bəy Hacıbababəyov, sonra isə İosif Ploşko tərəfindən bərpa edilmişdir. 1918-ci ildə ermənilər tərəfindən yandırılmış məsciddə son restavrasiya işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2010-2013-cü illərdə aparılmışdır.
Şamil Fətullayev-Fiqarov qeyd edir ki, “Azərbaycan memarlıq tarixində Şamaxı cümə məscidinin əhəmiyyəti o qədər böyükdür ki, onun memarlıq, arxeoloji və elmi-tədqiqat baxımından diqqətlə öyrənilməsi bu qədim qurğunun tarixi haqqında dolğun təsəvvür yaratmağa imkan verir və həmçinin Şirvan-Abşeron memarlıq məktəbinin bir çox aspektlərini işıqlandırır."
Tarixi
İnşası
Məscid 743-744-cü illərdə inşa edilmişdir. XIX əsrə qədər Şamaxı cümə məscidinin tikilmə mərhələləri haqqında demək olar ki, heç bir məlumat yox idi. Onun formalaşmasının başlanğıcı qrafik və mətn sənədlərinin mövcud olmadığı erkən orta əsrlərə gedib çıxır. Şamaxı və Dərbəndin tarixini araşdıran tədqiqatçılar bir qayda olaraq bu məscidin adını çəkməmişlər.
Məlumdur ki, ərəblər işğal etdikləri ərazilərdə yerli sənətkarların xidmətindən geniş faydalanırdılar. Həmin ustalar da öz növbəsində peşə fəaliyyətlərini yerinə yetirərkən təhtəlşüur olaraq yaratdıqları tikililərdə məlum və ənənəvi tikinti-memarlıq üsullarının yayılmasında iştirak etmişlər. Bu şərtlər, həmçinin regional və iqtisadi imkanlar İslam memarlığında yerli müstəqil məktəb və istiqamətlərin meydana çıxmasına müsbət təsir göstərmişdir.
Məscid xəlifə Validin qardaşı, VIII əsrdə Şirvan və Dağıstanı fəth edərək bu ərazilərdə İslamı yaymış Əbu Müslümün hakimiyyəti dövründə inşa olunmuşdur. Ehtimal ki, Şamaxı cümə məscidinin planlaşdırma strukturunun formalaşması orta əsr Azərbaycanında (XII-XIII əsrlər) mədəniyyət və incəsənətin çiçəklənməsi dövründə tamamlanmışdır. Zalların hər biri ayrıca təyinat üzrə istifadə edilmişdir. Ehtimal etmək olar ki, həmin vaxtdan etibarən yenidənqurma, bərpa və əsaslı təmir işləri ilə əlaqədar memarlıq-quruculuq üsulları istisna olunmaqla, Cümə məscidinin planlaşdırılma sistemində əhəmiyyətli dəyişikliklər baş verməmişdir. Şamil Fətullayev-Fiqarov qeyd edir ki, “Tikilinin tarixinin müəyyənləşdirilməsi ilə bağlı təəssüfləndirici hal budur ki, 1918-ci ildə məscidin ermənilər tərəfindən yandırılması zamanı, bina üzərindəki qədim yazılı kitabə daşları məhv olmuşdur.”
1902-ci ildə baş verən zəlzələ Şamaxıda ciddi dağıntılara səbəb olur. Şəhərə xüsusi komissiya tərəfindən baxış keçirilməsi zamanı Tiflisdən gələn geoloq şahzadə Şalkuli Qacar ərəb yazısı ilə müəyyənləşdirdi ki, Cümə məscidi müsəlman tarixi ilə 123-cü ildə yaranmışdır. Beləliklə də aydın olmuşdur ki, Şamaxı cümə məscidi miladi təqvimlə 743-cü ildə inşa edilmişdir və Cənubi Qafqazda Dərbənd cümə məscidindən (734-cü ildə inşa edilib) sonra ən qədim məsciddir.
Bərpası
Orta əsrlər yenidənqurması
Səlcuqluların dövründə yaşamış tarixçi İmadəddin İsfahaninin məlumatına görə, Şirvanşahlar 1123-cü ildən başlayaraq, gürcülərin talançı basqınlarından müdafiə məqsədilə, yardım üçün səlcuqlu Sultan Mahmuda (1118-1131) müraciət edirlər. O yazır ki, o vaxt onlar Şamaxı şəhərinə hücum edərək "məscidi dağıtmışlar, minarəni uçurmuşlar, və şəhərdə quldurluq edirmişlər".
Cümə məscidinin ilk rekonstruksiyası XII əsrin sonundan başladı və Cümə məscidinin dəfələrlə xəsarətlər almasına baxmayaraq, tamamilə məhv olmamasının səbəbi III Böyük Mənuçöhrün dövründə Şirvanşahların güclənməsi ilə bağlı idi. Tarixçi-arxeoloq Q.Ciddi, tarixi qaynaqlara və inşaat kitablarına əsaslanaraq, quruculuq işlərinə görə III Mənüçöhrün "Böyük xaqan" adlandırıldığını deyir.
Məscidin ikinci rekonstruksiyası XVII əsrdə, Səfəvilərin dövründə baş verir. 1656-cı ildə Şamaxıda olan Övliya Çələbi vilayətin ən böyük ibadəd ocaqlarından biri adlandırır. O həm də, Səfəvilər dövründə məsçidin bəzi struktur dəyişikliklərinə məruz qaldığını qeyd edir.
Qasım bəy Hacıbababəyovun restavrasiyası
Məscidin növbəti yenidənqurması 1859-cu il zəlzələsi vaxtı məscidə toxunan böyük zədələrdən sonra başlanıb və 1860-cı ildə quberniya memarı Qasım bəy Hacıbababəyov tərəfindən həyata keçirilib. Bu rekonstruksiya rus rəssamı Qriqori Qaqarinin eskizləri əsasında aparılıb.
1859-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində inzibati-ticarət mərkəzi olan Şamaxı adi əyalət şəhərlərindən birinə çevrilir. Lakin şəhər və quberniya memarı Qasımbəy Hacıbababəyovun düzgün layihələndirməsi əsasında Şamaxının əvvəlki məhəlli planı zəlzələdən sonra bərpa olunub saxlanıldı. Bununla yanaşı onun layihələri ilə şəhərin plan strukturuna uyğun olaraq bir çox dini, yaşayış, ticarət və sair təyinatlı tikililər inşa olundu. Şamaxının şəhər teatrı (1858-ci il), hamam, Cümə məscidinin qonşuluğunda (1877-ci il) inşa olunmuş 2 minarəli məscid və sair bu qəbildən olan tikililərdir. Cümə məscidində əsaslı bərpa işləri məhz 1859-cu il zəlzələsindən sonra aparılmışdır.
Qasımbəy Hacıbababəyovun Cümə məscidi kompleksinin bərpa olunmasında bilavasitə iştirak etməsi barədə dəqiq məlumat yoxdur. Lakin o zamanlar şəhərin baş memarı kimi fəaliyyət göstərmiş memarın Şamaxı Cümə məscidinin bərpasına bilavasitə rəhbərlik etməsi heç bir şübhə doğurmur. 1902-ci ildə yenidən baş vermiş güclü zəlzələyə qədər Şamaxının Cümə məscidi kompleksi öz əhəmiyyəti və nəhəng görünüşü ilə şəhərin mərkəzi siluetində yenə də ucalırdı. Lakin zəlzələdən şəhərin demək olar ki, bütün yaşayış, dini və mülki tikililəri tamamilə dağılmış, o cümlədən Cümə məscidinə böyük ziyan dəymişdi. Şirvanşahlar paytaxtının şanlı memarlıq tarixini əks etdirən şəhər misilsiz itkilərə məruz qalsa da xarabalar içindən yenidən qalxıb dirçəlirdi.
İosif Ploşkonun restavrasiyası
XX əsrdə Cümə məscidinin Şamaxının planlaşdırılmasında və tikintisində tarixi abidə kimi əhəmiyyəti qəbul olunmuş və Qafqazın ali hakimiyyət orqanlarının diqqət mərkəzində olmuşdur. Bunu general-leytenant Yermolovun knyaz (rus.) yazdığı məktub da təsdiq edir. O, yazırdı: "Ərzaqları böyük məsciddən başqa yerlərə təcili şəkildə daşımaq haqqında göstəriş vermək lazımdır. Zabit-mühəndisə təklif olunsun ki, təmir üçün lazım olan şeyləri aydınlaşdırıb dəqiq planlar hazırlasın və mənə göndərsin.”
1903-cü ilin oktyabr ayında Cümə məscidinin bərpası üçün ianə toplamaq üzrə Komitə təşkil olundu. Komitə qarşısında əsrlər boyu Şirvanın mövcudluğunun və böyüklüyünün simvolu olan yarıdağılmış məscidin qorunması kimi məsuliyyətli vəzifə dururdu. Ölçmə çertyojları və başqa materiallar olmadığına görə abidəni tam bərpa etmək müşkül idi. Başqa bir yol isə qədim bünövrə və qorunmuş hissələrin saxlanılması əsasında məscidin bərpa edilməsi idi. İnteryerini daxili məkana plastika cazibədarlığı, yüngüllük və prespektivlər verən tağlar, feska və arabeskalar bəzəyən, Şərqin bir çox dini tikililərindən fərqlənən məscidi unikal memarlıq abidəsi kimi qiymətləndirməyən Komitə ikinci variantı seçir. 1902-ci ildə “Kaspi” qəzetinin 215-ci sayında qəzetin müxbiri “Şamaxı” adlı məqaləsində yazırdı: “Məscidin hətta dağıntıları da özünə hörmət hissi oyadırdı. Ayrılmış divarlar başqa tikililərdə olduğu kimi parçalanmamış, onlar yıxılaraq bütöv bir daş kimi dururlar.”
Məscidin inşası üzrə komitə Şamaxıda doğulmuş mülki mühəndis Zivər bəy Əhmədbəyova Cümə məscidinin yeni binası üçün layihə hazırlamağı tapşırdı. O, həm də dağıdılmış binanın cizgilərini saxlamalı və qismən də olsa binanın qalan hissələrindən istifadə etməli idi. Zivər bəy inşaat işlərinə başlayır, kürsülük daşı qoyulur, mərkəzi mehrabın arxa divarı qismən tikilmiş və yan divarların inşası davam edərkən memar və Komitə arasında narazılıq baş verir. İnşaat işləri dayandırılır və Əhmədbəyov tikintini tərk edir. Komitə məscidin layihələşdirilməsini davam etdirmək xahişi ilə İosif Ploşkoya müraciət edir. Ploşko Zivər bəy Əhmədbəyovun plan quruluşunu saxlayaraq memarlıq həllinin öz variantını təklif etdi.
1902-ci il Şamaxı zəlzələsindən sonra məscidin bərpa layohəsində işləmiş Zivər bəy Əhmədbəyov və İosif Ploşko |
Müxtəlif Avropa və tarixi üslublardan istifadə edərək layihələr yaratmağa adət etmiş İ. Ploşko üçün bu adi bina deyildi. Şamaxı cümə məscidinin layihələşdirilməsi zamanı o mövcud layihə və qismən aparılmış tikinti işləri ilə məhdudlaşmışdı. Məscidin layihəsini tərtib etməmişdən qabaq o, bir daha Bakı və Şamaxının tikililəri ilə tanış olmağa, Şirvanşahlar saray kompleksinə, Bakı qalası minarələrinə diqqət yetirməyə məcbur olmuşdu. Onlar həmişə yalnız alimlərin deyil, həm də bir sıra Bakı memarlarının tədqiqat mövzusu olmuşdur. Şübhəsiz ki, Bakı forştadtında yerləşən Təzəpir məscidi də Ploşkonun diqqətini çəkən abidələrdən olmuşdur.
Həmin dövrdə Bakıda Şərq memarlığının müxtəlif traktə və təfsirində inşa olunmuş bir neçə tikili var idi. Milli irsdən tənqidi şəkildə istifadə Bakıya gəlmiş memarların ciddi öyrənmə predmeti deyildi, həm də o dövrdə Avropa eklektikası və üslubların çiçəklənmə dövrü idi. İ. Ploşko 1909-cu ildə məscidin inşası üzrə Komitəyə ustalıqla hazırlanmış layihə təqdim etdi. Layihədə dini tikili İslamın memarlıq obrazlarında öz bədii təcəssümünü tapmışdı.
Həcm həllinin səciyyəsinə görə ciddi simmetrik kompozisiya sabit tikili deyildi. Baş fasadın çatma tağ sırasının üfüqi həcmi üzərində yüngül pavilyonlu açıq eyvanlara dayaq olan stalaktit pərvaza qədər get-gedə nazikləşən hündür minarələr səmaya doğru yüksəlir. Minarələrin şaquliliyi gərilmiş yay kimi son həddə çatdırılmışdır. Bu memarlıq motivi vasitəsi Şirvanşahlar saray kompleksinin əks-sədası kimi siluet yaradır. Siluet kompozisiyası əsas hissələrin həcm modelləşməsinə səbəb olaraq onun keyfiyyət strukturunu müəyyənləşdirmişdir. Planın üç yerə bölünməsi daxili məkanın təzahüründə az rol oynamamışdır. Bu təbii ki, müəlliflər tərəfindən təklif edilmiş üç günbəz şəklində həcmin xaricinin tamamlanmasını xarakterizə edir.
Mərkəzdə üstünlük təşkil edən günbəzə qədər inkişaf etmiş dekorativ qüllələr künclərdə yerləşdirilmişdi. Burada da, lakin başqa bir planda əksliklər ideyası çıxış edir. Mərkəzdəki hündür slindrik təbil üzərində yerləşən kürəşəkilli, tilli günbəzin yan tərəflərində yastı günbəzlər əks mövqedə dururlar. Həcm kütlələrinin belə traktəsi şəhərin memarlıq-planlaşmastrukturunda aparıcı rolunu təyin edən tikintinin mərkəzi ox üzrə həllini parlaq əks etdirir.
Cümə məscidinin həcm-məkan kompozisiyasını tamamlayan enli ön pilləkənin apardığı üslublaşdırılmış günbəzli portik baş fasadın oxu boyunca yerləşən girişini təşkil edir. Tağlı portikin motivləri Böyük Moğollar dövrünün müsəlman memarlığı nümunələrindən götürülmüşdür. Məscidin ümumi üslubuna yerli koloritin gətirilməsi cəhdlərinə baxmayaraq, eklektika üslubu tikili üzərində üstünlük təşkil edir. Böyük maliyyə vəsaitinin olmaması üzündən məscidin tikintisi ləng gedirdi, lakin, minarələr və mərkəzi günbəzdən başqa qurğunun ümumi həcmi tamamlanmışdı. Günbəzlərin konstruksiyası – metal karkas Varşavada sifariş olunmuşdu, o çox gözəl hazırlandığı üçün məscidin daxili məkanının yaraşığı hesab edilir. Lakin, həmin dövrdə məscidin inşasını tamamlamaq mümkün olmamışdı. 1918-ci ildə baş vermiş Şamaxı qırğınları zamanı törədilmiş yanğında məscid ciddi ziyan çəkmişdi. Bu zaman yeni məscidin binasına əlavə edilmiş qədim kitabələr də məhv edilmişdir.
Qeyd etmək lazımdır ki, məscidin tikintisi zamanı baş fasadın həllində layihədən yayınmalar olmuşdur. Mərkəzi giriş portalında bir sütunlu tağ sıraları sadələşdirilmiş, onu qoşa sütunlu düzbucaqlı açırımlarla əvəz etmişlər. Aydın ifadə olunmuş mərkəz olmadan açırımların ahəngi layihə müəllifinin ümid etdiyi kimi kompozisiyanın iyi qavrayışını vermirdi. Məscidin siluetinin mühüm elementləri olan minarələr inşa edilməmişdi, çünki onların yeri təyin olunmamışdı. Ola bilsin ki, vəsaitə qənaət edilməsi bu geri çəkilmələrə səbəb olmuşdu və iş icraçısı Cahangir bəy Sadıqbəyov müəllifin razılığı ilə tikintini bu istiqamətdə aparmışdır. Sütunların, sütun başlıqlarının hissələrinin əsas elementlərinin cizgiləri, karnizin həlli və həcmin tamamlanmasında müəllif fikirlərindən tamamilə istifadə olunmuşdur. Lakin, Ploşkonun layihəsindən bir qədər uzaqlaşılması kompozisiyanın memarlıq həllinin keyfiyyətini aşağı salmışdı. Cümə məscidinin inşası üzrə Komitənin maddi vəsaitlərə qənaət xətrinə razılaşdığı gözəl əhəng daşından yüksək səviyyədə istifadə təhrifləri müəyyən dərəcədə ört-basdır etmişdir.
Ermənilər tərəfindən yandırılması və restavrasiyası
Şamaxı Cümə məscidi Mart soyqırımından sonra |
Bakıda Mart soyqırımının başladığı dövrdə Şamaxıda Stepan Lalayevin rəhbərliyi ilə "Daşnaksütyun" partiyası nümayəndələri dinc müsəlman əhaliyə qarşı qırğına başlamış və bu hadisələr zamanı törədilmiş yanğında tikintisi hələ tamamlanmamış məscid ciddi zədələnmişdir. Bakıda yaşayan şamaxılıların General (ing.) verdikləri məlumata görə "şəhər talan edilmiş, daha sonra isə yandırılmış, heç bir məscid salamat saxlanmamışdır." Məsciddə törədilən yanğın zamanı 1800 dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar məsciddə həbs edilərək daşnaklar tərəfindən yandırılmışdır. Yanğın zamanı çoxsaylı nadir əlyazmalar və kitablar da məhv edilmişdi. Ermənilər tərəfindən törədilmiş bu yanğının izlərini indi də məscidin bəzi divarlarında görmək mümkündür.
2009-cu ilin dekabrında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmış Şamaxı cümə məscidinin bərpa olunması haqqında sərəncam imzalanmışdır. İmzalanmış sərəncama əsasən 2010-cu ildən məscid kompleksi ərazisində bərpa işlərinə start verilmişdir. Bərpa işləri Azərbaycanın "А+А Kompaniyalar Qrupu" tərəfindən həyata keçirilmiş, divar yazılarının bərpası üçün isə İrandan mütəxəssislər dəvət olunmuşdur. Bərpa zamanı İosif Ploşkonun 1909-cu ildə işlədiyi restavrasiya layihəsi əsas götürülmüşdür. 1918-ci ildə törədilmiş yanğından sonra msəcidin qorunmuş bütün hissələri saxlanılmış və orqanik şəkildə kompleksə əlavə edilmişdir. Bərpa işləri zamanı məscidin həyətində aşkarlanmış mədrəsə binası, hücrələr və qəbir abidələrinin ilkin görünüşü saxlanılmışdır. Ümumilikdə restavrasiya prosesi zamanı Şirvan-Abşeron memarlıq məktəbinin inşaat ənənələrinin qorunmasına diqqət yetirilmişdir. Şamaxı seysmik zona olduğu üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilmişdir. 36,4 metr hündürlüyü olan minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özül bərkitmə işləri aparılıb. Layihəyə görə, ibadət məkanının qarşısında üstündə günbəz olan 4 metrlik giriş inşa olunub.
Restavrasiya zamanı məscidin ortada yerləşən böyük və kənarlarda yerləşən kiçik gümbəzləri yenidən qurulmuş və nəfis naxışlarla bəzədilmişdir. Məscidin orta zalı milli interyer üslubunda bərpa edilmişdir və hazırda bu zalda 1500 nəfər eyni vaxtda namaz qıla bilir. Kompleks ərazisində iki hovuz və altı qalereya inşa edilmişdir. Yeni inşa edilmiş iki mərtəbəli inzibati binanın sahəsi 804 kvadrat metrdir. Məscid kompleksi ərazisində 250 nəfər üçün nəzərdə tutulmuş 520 kvadrat metr ərazisi olan Mərasim zalı və mətbəx də fəaliyyət göstərir. Kompleksə həmçinin zəngin invertara malik kitabxana da daxildir.
17 may 2013-cü ildə əsaslı bərpadan sonra Şamaxı cümə məscidinin açılışı baş tutmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, bütün Qafqazın müftisi, müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və Azərbaycandakı digər dinlərin nümayəndələri iştirak etmişlər.
Memarlıq xüsusiyyətləri
Şamaxı Cümə məscidinin interyeri |
Şamaxı məscidinin ilkin özəyinin memarlıq həlli və həcm ifadəsi günbəz üslublu dam örtüklərindən istifadə nəticəsində müəyyən edilmişdi. Bu yerli tikinti-quruculuq üsulları və şəbəkəsiz tağlı taxtapuşların hazırlanması üçün əlverişli olan material-əhəngdaşı tərəfindən şərtləndirilirdi. Tamamilə təbiidir ki, bu qədim ənənələrə malik üsuldan tağlı dam örtüyünə malik yaşayış evlərinin və ictimai binaların tikintisində geniş istifadə olunmuşdur. Hər halda şəhərin tikintisində yeni üslublu dini səciyyəli binaların meydana gəlməsi məscidin ətrafında bütöv bir kompleksin və bu sahənin Şamaxının ictimai-ticarət mərkəzinə çevrilməsinin başlanğıcını qoymuşdu.
Dövrümüzə çatmış Şamaxı cümə məscidi XX əsrin əvvəllərində məscidin köhnə bünövrəsi üzərində və köhnə divarları əsasında tikilmişdir ki, bu da onun qədim planlaşma təşkilini öyrənməyə və müəyyənləşdirməyə imkan vermişdir. Planda düzbucaqlı, uzununa 47 metr, eninə 28 metr sahəsi olan məscid açıq açırımlar vasitəsi ilə bir-biri ilə birləşən üç müstəqil kvadrat hissədən ibarət zala malikdir. Məscidin planlaşdırması əsas etibarilə eyni dövrdə (VIII əsr) inşa olunmuş Dəməşqdəki Əməvi məscidi (ing.) və Kordovadakı (ing.) məşhur ərəbsayağı planlaşdırmasını xatırladır. Bu cür planlaşdırma binanı ümumilikdə tikilinin memarlıq və konstruktiv mahiyyətini pozmadan mərkəzi oxdan hər iki istiqamətdə genişləndirməyə imkan vermişdir.
Planın ümumi sxemi baxımından Şamaxı cümə məscidinə Dərbənd və Dağıstandakı cümə məscidləri daha yaxındır. Daxili məkanın üç hissəyə ayrılmasına görə Şamaxı cümə məscidi Orta Asiyanın (XI-XII əsrlər) bəzi məscid-namazgahlarına bənzəyir. Bu da öz növbəsində müsəlman ölkələri arasındakı əlaqə və qarşılıqlı təsiri göstərir.
Cümə məscidinin müstəqil bölmələr formasında üç hissəli daxili məkanının planlaşdırma quruluşu öz mehrabı olan ayrıca özəyin inkişaf etdirilməsi ideyasını davam etdirmişdir. Bir-birinə bitişik arakəsmələrlə ayrılmış üç həmhüdud zal vahid həcm tərkibində yerləşdirilmişdir. Hər üç zalda dəqiq mərkəzi ox boyunca Məkkəyə tərəf yönlədilmiş mehrab vardır. Bu dini tikililərin inşası təcrübəsində rast gəlinməmiş üsuldur.
İstinadlar
- Ploşko. səh. 34
- Фатуллаев Ш.С. Джума-мечеть в Шемахе. — Баку: Изд. АН Азербайджанской ССР, 1973.
- Ploşko. səh. 31
- Ploşko. səh. 30
- "-ГОСУДАРСТВО АТАБЕКОВ АЗЕРБАЙДЖАНА. Ziya Bünyadov. səh. 15" (PDF). 2021-10-18 tarixində (PDF). İstifadə tarixi: 2014-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- "Эвлия Челеби. Книга путешествий. «Сейахатнаме». Земли Закавказья и сопредельных областей Малой Азии и Ирана. Глава VII. — М: Наука, 1983". 2020-01-21 tarixində . İstifadə tarixi: 2016-03-29. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- Hacıbababəyov. səh. 23
- Hacıbababəyov. səh. 27
- Kaspi qəzet, 215-ci sayı, 1902-ci il.
- Əhmədbəyov. səh. 18
- Ploşko. səh. 32
- Ploşko. səh. 33
- . 2011-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29. (#redundant_parameters); (#redundant_parameters)
- Президент Азербайджана ознакомился с мечетью Джума в Шемахе[ölü keçid]
- . 2010-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-24. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- Ильхам Алиев подписал распоряжение о реставрации Джума мечети в городе Шамаха. 2021-10-21 at the Wayback MachineDay.az, 24.12.2009
- . 2014-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-24. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- Президент Ильхам Алиев: Азербайджан, как независимое государство, вносит свой вклад в исламскую солидарность. 2013-07-14 at the Wayback Machine Trend.az, 18.05.2013
Ədəbiyyat
- Fətullayev-Fiqarov, Şamil, Memar İ.K.Ploşko - "İsmailiyyə"nin memarı, Bakı: Şərq-Qərb, 2013, ISBN
- Fətullayev-Fiqarov, Şamil, Mülki mühəndis Zivər bəy Əhmədbəyov, Bakı: Şərq-Qərb, 2013
- Fətullayev-Fiqarov, Şamil, Bakı memarları XIX əsrin sonu-XX əsrin əvvəllərində, Bakı: Şərq-Qərb, 2013
Həmçinin bax
- Şirvan-Abşeron memarlıq məktəbi
- Cümə məscidi – Azərbaycan ərazisindəki digər cümə məscidləri.
- İosif Ploşkonun əsərlərinin siyahısı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Cume mescidi Samaxi Cume mescidi Samaxi seheri erazisinde yerlesen mescid Azerbaycan Respublikasinin erazisindeki en qedim mesciddir Mescid Azerbaycan Respublikasi Medeniyyet ve Turizm Nazirliyi terefinden olke ehemiyyetli tarix medeniyyet abidesi kimi qeydiyyata alinmisdir Cume mescidi40 37 36 sm e 48 38 38 s u Olke AzerbaycanSeher SamaxiYerlesir SamaxiAidiyyati Emeviler xilafetiMemar Ziver bey Ehmedbeyov Iosif PloskoSifarisci Mesleme ibn EbdulmalikEsas tarixler 1123 gurculer terefinden dagidilib XVII esr ikinci defe yeniden qurulub 1859 zelzeleden sonra yenidenqurma 1902 dorduncu defe yeniden qurulub 1918 ermeni dasnaklari terefinden yandirilaraq dagidilib 2009 2013 restavrasiya edilibTikilme tarixi 743 744Uslubu Sirvan Abseron memarliq mektebiMinareleri 2Gunbezleri 4Veziyyeti fealiyyet gosterirAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 318KateqoriyamescidEhemiyyetiOlke ehemiyyetli Vikianbarda elaqeli mediafayllar Mescid 743 744 cu illerde insa edilmisdir Samaxi cume mescidi Cenubi Qafqazda Derbend cume mescidinden 734 cu ilde insa edilib sonra en qedim mesciddir Orta esrlerde bir nece defe berpa edilmis mescid 1856 ve 1902 ci illerde bas vermis Samaxi zelzeleleri zamani dagilmis birinci defe Qasim bey Hacibababeyov sonra ise Iosif Plosko terefinden berpa edilmisdir 1918 ci ilde ermeniler terefinden yandirilmis mescidde son restavrasiya isleri Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyevin serencamina esasen 2010 2013 cu illerde aparilmisdir Samil Fetullayev Fiqarov qeyd edir ki Azerbaycan memarliq tarixinde Samaxi cume mescidinin ehemiyyeti o qeder boyukdur ki onun memarliq arxeoloji ve elmi tedqiqat baximindan diqqetle oyrenilmesi bu qedim qurgunun tarixi haqqinda dolgun tesevvur yaratmaga imkan verir ve hemcinin Sirvan Abseron memarliq mektebinin bir cox aspektlerini isiqlandirir TarixiInsasi Qafqaz Albaniyasi 750 ci ilde Ereb Xilafetinin terkibinde Mescid 743 744 cu illerde insa edilmisdir XIX esre qeder Samaxi cume mescidinin tikilme merheleleri haqqinda demek olar ki hec bir melumat yox idi Onun formalasmasinin baslangici qrafik ve metn senedlerinin movcud olmadigi erken orta esrlere gedib cixir Samaxi ve Derbendin tarixini arasdiran tedqiqatcilar bir qayda olaraq bu mescidin adini cekmemisler Melumdur ki erebler isgal etdikleri erazilerde yerli senetkarlarin xidmetinden genis faydalanirdilar Hemin ustalar da oz novbesinde pese fealiyyetlerini yerine yetirerken tehtelsuur olaraq yaratdiqlari tikililerde melum ve enenevi tikinti memarliq usullarinin yayilmasinda istirak etmisler Bu sertler hemcinin regional ve iqtisadi imkanlar Islam memarliginda yerli musteqil mekteb ve istiqametlerin meydana cixmasina musbet tesir gostermisdir Mescid xelife Validin qardasi VIII esrde Sirvan ve Dagistani feth ederek bu erazilerde Islami yaymis Ebu Muslumun hakimiyyeti dovrunde insa olunmusdur Ehtimal ki Samaxi cume mescidinin planlasdirma strukturunun formalasmasi orta esr Azerbaycaninda XII XIII esrler medeniyyet ve incesenetin ciceklenmesi dovrunde tamamlanmisdir Zallarin her biri ayrica teyinat uzre istifade edilmisdir Ehtimal etmek olar ki hemin vaxtdan etibaren yenidenqurma berpa ve esasli temir isleri ile elaqedar memarliq quruculuq usullari istisna olunmaqla Cume mescidinin planlasdirilma sisteminde ehemiyyetli deyisiklikler bas vermemisdir Samil Fetullayev Fiqarov qeyd edir ki Tikilinin tarixinin mueyyenlesdirilmesi ile bagli teessuflendirici hal budur ki 1918 ci ilde mescidin ermeniler terefinden yandirilmasi zamani bina uzerindeki qedim yazili kitabe daslari mehv olmusdur 1902 ci ilde bas veren zelzele Samaxida ciddi dagintilara sebeb olur Sehere xususi komissiya terefinden baxis kecirilmesi zamani Tiflisden gelen geoloq sahzade Salkuli Qacar ereb yazisi ile mueyyenlesdirdi ki Cume mescidi muselman tarixi ile 123 cu ilde yaranmisdir Belelikle de aydin olmusdur ki Samaxi cume mescidi miladi teqvimle 743 cu ilde insa edilmisdir ve Cenubi Qafqazda Derbend cume mescidinden 734 cu ilde insa edilib sonra en qedim mesciddir Berpasi Orta esrler yenidenqurmasi Samaxida Cume mescidi Qriqori Qaqarin 1848 ci il Selcuqlularin dovrunde yasamis tarixci Imadeddin Isfahaninin melumatina gore Sirvansahlar 1123 cu ilden baslayaraq gurculerin talanci basqinlarindan mudafie meqsedile yardim ucun selcuqlu Sultan Mahmuda 1118 1131 muraciet edirler O yazir ki o vaxt onlar Samaxi seherine hucum ederek mescidi dagitmislar minareni ucurmuslar ve seherde quldurluq edirmisler Cume mescidinin ilk rekonstruksiyasi XII esrin sonundan basladi ve Cume mescidinin defelerle xesaretler almasina baxmayaraq tamamile mehv olmamasinin sebebi III Boyuk Menucohrun dovrunde Sirvansahlarin guclenmesi ile bagli idi Tarixci arxeoloq Q Ciddi tarixi qaynaqlara ve insaat kitablarina esaslanaraq quruculuq islerine gore III Menucohrun Boyuk xaqan adlandirildigini deyir Mescidin ikinci rekonstruksiyasi XVII esrde Sefevilerin dovrunde bas verir 1656 ci ilde Samaxida olan Ovliya Celebi vilayetin en boyuk ibaded ocaqlarindan biri adlandirir O hem de Sefeviler dovrunde mescidin bezi struktur deyisikliklerine meruz qaldigini qeyd edir Qasim bey Hacibababeyovun restavrasiyasi 1859 cu il Samaxi zelzelesinden sonra seherin mehellelerinin o cumleden memarliq abidelerinin berpasina Qasim bey Hacibababeyov rehberlik etmisdi Mescidin novbeti yenidenqurmasi 1859 cu il zelzelesi vaxti mescide toxunan boyuk zedelerden sonra baslanib ve 1860 ci ilde quberniya memari Qasim bey Hacibababeyov terefinden heyata kecirilib Bu rekonstruksiya rus ressami Qriqori Qaqarinin eskizleri esasinda aparilib 1859 cu ilde bas vermis guclu zelzele neticesinde inzibati ticaret merkezi olan Samaxi adi eyalet seherlerinden birine cevrilir Lakin seher ve quberniya memari Qasimbey Hacibababeyovun duzgun layihelendirmesi esasinda Samaxinin evvelki mehelli plani zelzeleden sonra berpa olunub saxlanildi Bununla yanasi onun layiheleri ile seherin plan strukturuna uygun olaraq bir cox dini yasayis ticaret ve sair teyinatli tikililer insa olundu Samaxinin seher teatri 1858 ci il hamam Cume mescidinin qonsulugunda 1877 ci il insa olunmus 2 minareli mescid ve sair bu qebilden olan tikililerdir Cume mescidinde esasli berpa isleri mehz 1859 cu il zelzelesinden sonra aparilmisdir Qasimbey Hacibababeyovun Cume mescidi kompleksinin berpa olunmasinda bilavasite istirak etmesi barede deqiq melumat yoxdur Lakin o zamanlar seherin bas memari kimi fealiyyet gostermis memarin Samaxi Cume mescidinin berpasina bilavasite rehberlik etmesi hec bir subhe dogurmur 1902 ci ilde yeniden bas vermis guclu zelzeleye qeder Samaxinin Cume mescidi kompleksi oz ehemiyyeti ve neheng gorunusu ile seherin merkezi siluetinde yene de ucalirdi Lakin zelzeleden seherin demek olar ki butun yasayis dini ve mulki tikilileri tamamile dagilmis o cumleden Cume mescidine boyuk ziyan deymisdi Sirvansahlar paytaxtinin sanli memarliq tarixini eks etdiren seher misilsiz itkilere meruz qalsa da xarabalar icinden yeniden qalxib dircelirdi Iosif Ploskonun restavrasiyasi Mescid 1902 ci il zelzelesinden sonra XX esrde Cume mescidinin Samaxinin planlasdirilmasinda ve tikintisinde tarixi abide kimi ehemiyyeti qebul olunmus ve Qafqazin ali hakimiyyet orqanlarinin diqqet merkezinde olmusdur Bunu general leytenant Yermolovun knyaz rus yazdigi mektub da tesdiq edir O yazirdi Erzaqlari boyuk mescidden basqa yerlere tecili sekilde dasimaq haqqinda gosteris vermek lazimdir Zabit muhendise teklif olunsun ki temir ucun lazim olan seyleri aydinlasdirib deqiq planlar hazirlasin ve mene gondersin 1903 cu ilin oktyabr ayinda Cume mescidinin berpasi ucun iane toplamaq uzre Komite teskil olundu Komite qarsisinda esrler boyu Sirvanin movcudlugunun ve boyukluyunun simvolu olan yaridagilmis mescidin qorunmasi kimi mesuliyyetli vezife dururdu Olcme certyojlari ve basqa materiallar olmadigina gore abideni tam berpa etmek muskul idi Basqa bir yol ise qedim bunovre ve qorunmus hisselerin saxlanilmasi esasinda mescidin berpa edilmesi idi Interyerini daxili mekana plastika cazibedarligi yungulluk ve prespektivler veren taglar feska ve arabeskalar bezeyen Serqin bir cox dini tikililerinden ferqlenen mescidi unikal memarliq abidesi kimi qiymetlendirmeyen Komite ikinci varianti secir 1902 ci ilde Kaspi qezetinin 215 ci sayinda qezetin muxbiri Samaxi adli meqalesinde yazirdi Mescidin hetta dagintilari da ozune hormet hissi oyadirdi Ayrilmis divarlar basqa tikililerde oldugu kimi parcalanmamis onlar yixilaraq butov bir das kimi dururlar Mescidin insasi uzre komite Samaxida dogulmus mulki muhendis Ziver bey Ehmedbeyova Cume mescidinin yeni binasi ucun layihe hazirlamagi tapsirdi O hem de dagidilmis binanin cizgilerini saxlamali ve qismen de olsa binanin qalan hisselerinden istifade etmeli idi Ziver bey insaat islerine baslayir kursuluk dasi qoyulur merkezi mehrabin arxa divari qismen tikilmis ve yan divarlarin insasi davam ederken memar ve Komite arasinda naraziliq bas verir Insaat isleri dayandirilir ve Ehmedbeyov tikintini terk edir Komite mescidin layihelesdirilmesini davam etdirmek xahisi ile Iosif Ploskoya muraciet edir Plosko Ziver bey Ehmedbeyovun plan qurulusunu saxlayaraq memarliq hellinin oz variantini teklif etdi 1902 ci il Samaxi zelzelesinden sonra mescidin berpa layohesinde islemis Ziver bey Ehmedbeyov ve Iosif Plosko Muxtelif Avropa ve tarixi uslublardan istifade ederek layiheler yaratmaga adet etmis I Plosko ucun bu adi bina deyildi Samaxi cume mescidinin layihelesdirilmesi zamani o movcud layihe ve qismen aparilmis tikinti isleri ile mehdudlasmisdi Mescidin layihesini tertib etmemisden qabaq o bir daha Baki ve Samaxinin tikilileri ile tanis olmaga Sirvansahlar saray kompleksine Baki qalasi minarelerine diqqet yetirmeye mecbur olmusdu Onlar hemise yalniz alimlerin deyil hem de bir sira Baki memarlarinin tedqiqat movzusu olmusdur Subhesiz ki Baki forstadtinda yerlesen Tezepir mescidi de Ploskonun diqqetini ceken abidelerden olmusdur Hemin dovrde Bakida Serq memarliginin muxtelif trakte ve tefsirinde insa olunmus bir nece tikili var idi Milli irsden tenqidi sekilde istifade Bakiya gelmis memarlarin ciddi oyrenme predmeti deyildi hem de o dovrde Avropa eklektikasi ve uslublarin ciceklenme dovru idi I Plosko 1909 cu ilde mescidin insasi uzre Komiteye ustaliqla hazirlanmis layihe teqdim etdi Layihede dini tikili Islamin memarliq obrazlarinda oz bedii tecessumunu tapmisdi Hecm hellinin seciyyesine gore ciddi simmetrik kompozisiya sabit tikili deyildi Bas fasadin catma tag sirasinin ufuqi hecmi uzerinde yungul pavilyonlu aciq eyvanlara dayaq olan stalaktit pervaza qeder get gede naziklesen hundur minareler semaya dogru yukselir Minarelerin saquliliyi gerilmis yay kimi son hedde catdirilmisdir Bu memarliq motivi vasitesi Sirvansahlar saray kompleksinin eks sedasi kimi siluet yaradir Siluet kompozisiyasi esas hisselerin hecm modellesmesine sebeb olaraq onun keyfiyyet strukturunu mueyyenlesdirmisdir Planin uc yere bolunmesi daxili mekanin tezahurunde az rol oynamamisdir Bu tebii ki muellifler terefinden teklif edilmis uc gunbez seklinde hecmin xaricinin tamamlanmasini xarakterize edir Mescidin Iosif Plosko terefinden 1909 cu ilde hazirlanmis plani 2010 cu ilde mescidin restavrasiyasi zamani da bu plan istifade edilmisdir Merkezde ustunluk teskil eden gunbeze qeder inkisaf etmis dekorativ qulleler kunclerde yerlesdirilmisdi Burada da lakin basqa bir planda ekslikler ideyasi cixis edir Merkezdeki hundur slindrik tebil uzerinde yerlesen kuresekilli tilli gunbezin yan tereflerinde yasti gunbezler eks movqede dururlar Hecm kutlelerinin bele traktesi seherin memarliq planlasmastrukturunda aparici rolunu teyin eden tikintinin merkezi ox uzre hellini parlaq eks etdirir Cume mescidinin hecm mekan kompozisiyasini tamamlayan enli on pillekenin apardigi uslublasdirilmis gunbezli portik bas fasadin oxu boyunca yerlesen girisini teskil edir Tagli portikin motivleri Boyuk Mogollar dovrunun muselman memarligi numunelerinden goturulmusdur Mescidin umumi uslubuna yerli koloritin getirilmesi cehdlerine baxmayaraq eklektika uslubu tikili uzerinde ustunluk teskil edir Boyuk maliyye vesaitinin olmamasi uzunden mescidin tikintisi leng gedirdi lakin minareler ve merkezi gunbezden basqa qurgunun umumi hecmi tamamlanmisdi Gunbezlerin konstruksiyasi metal karkas Varsavada sifaris olunmusdu o cox gozel hazirlandigi ucun mescidin daxili mekaninin yarasigi hesab edilir Lakin hemin dovrde mescidin insasini tamamlamaq mumkun olmamisdi 1918 ci ilde bas vermis Samaxi qirginlari zamani toredilmis yanginda mescid ciddi ziyan cekmisdi Bu zaman yeni mescidin binasina elave edilmis qedim kitabeler de mehv edilmisdir Qeyd etmek lazimdir ki mescidin tikintisi zamani bas fasadin hellinde layiheden yayinmalar olmusdur Merkezi giris portalinda bir sutunlu tag siralari sadelesdirilmis onu qosa sutunlu duzbucaqli acirimlarla evez etmisler Aydin ifade olunmus merkez olmadan acirimlarin ahengi layihe muellifinin umid etdiyi kimi kompozisiyanin iyi qavrayisini vermirdi Mescidin siluetinin muhum elementleri olan minareler insa edilmemisdi cunki onlarin yeri teyin olunmamisdi Ola bilsin ki vesaite qenaet edilmesi bu geri cekilmelere sebeb olmusdu ve is icracisi Cahangir bey Sadiqbeyov muellifin raziligi ile tikintini bu istiqametde aparmisdir Sutunlarin sutun basliqlarinin hisselerinin esas elementlerinin cizgileri karnizin helli ve hecmin tamamlanmasinda muellif fikirlerinden tamamile istifade olunmusdur Lakin Ploskonun layihesinden bir qeder uzaqlasilmasi kompozisiyanin memarliq hellinin keyfiyyetini asagi salmisdi Cume mescidinin insasi uzre Komitenin maddi vesaitlere qenaet xetrine razilasdigi gozel eheng dasindan yuksek seviyyede istifade tehrifleri mueyyen derecede ort basdir etmisdir Ermeniler terefinden yandirilmasi ve restavrasiyasi Samaxi Cume mescidi Mart soyqirimindan sonra Bakida Mart soyqiriminin basladigi dovrde Samaxida Stepan Lalayevin rehberliyi ile Dasnaksutyun partiyasi numayendeleri dinc muselman ehaliye qarsi qirgina baslamis ve bu hadiseler zamani toredilmis yanginda tikintisi hele tamamlanmamis mescid ciddi zedelenmisdir Bakida yasayan samaxililarin General ing verdikleri melumata gore seher talan edilmis daha sonra ise yandirilmis hec bir mescid salamat saxlanmamisdir Mescidde toredilen yangin zamani 1800 dinc sakin o cumleden qadinlar usaqlar ve yaslilar mescidde hebs edilerek dasnaklar terefinden yandirilmisdir Yangin zamani coxsayli nadir elyazmalar ve kitablar da mehv edilmisdi Ermeniler terefinden toredilmis bu yanginin izlerini indi de mescidin bezi divarlarinda gormek mumkundur 2009 cu ilin dekabrinda Azerbaycan Respublikasi Prezidenti Ilham Eliyev terefinden tarix memarliq abidesi kimi qeydiyyata alinmis Samaxi cume mescidinin berpa olunmasi haqqinda serencam imzalanmisdir Imzalanmis serencama esasen 2010 cu ilden mescid kompleksi erazisinde berpa islerine start verilmisdir Berpa isleri Azerbaycanin A A Kompaniyalar Qrupu terefinden heyata kecirilmis divar yazilarinin berpasi ucun ise Irandan mutexessisler devet olunmusdur Berpa zamani Iosif Ploskonun 1909 cu ilde islediyi restavrasiya layihesi esas goturulmusdur 1918 ci ilde toredilmis yangindan sonra msecidin qorunmus butun hisseleri saxlanilmis ve orqanik sekilde komplekse elave edilmisdir Berpa isleri zamani mescidin heyetinde askarlanmis medrese binasi hucreler ve qebir abidelerinin ilkin gorunusu saxlanilmisdir Umumilikde restavrasiya prosesi zamani Sirvan Abseron memarliq mektebinin insaat enenelerinin qorunmasina diqqet yetirilmisdir Samaxi seysmik zona oldugu ucun mescidin bunovresi bir metr derinliyinde demir beton konstruksiyalarla mohkemlendirilmisdir 36 4 metr hundurluyu olan minarelerin davamliligini artirmaq meqsedi ile 15 metr derinliyinde ozul berkitme isleri aparilib Layiheye gore ibadet mekaninin qarsisinda ustunde gunbez olan 4 metrlik giris insa olunub Restavrasiya zamani mescidin ortada yerlesen boyuk ve kenarlarda yerlesen kicik gumbezleri yeniden qurulmus ve nefis naxislarla bezedilmisdir Mescidin orta zali milli interyer uslubunda berpa edilmisdir ve hazirda bu zalda 1500 nefer eyni vaxtda namaz qila bilir Kompleks erazisinde iki hovuz ve alti qalereya insa edilmisdir Yeni insa edilmis iki mertebeli inzibati binanin sahesi 804 kvadrat metrdir Mescid kompleksi erazisinde 250 nefer ucun nezerde tutulmus 520 kvadrat metr erazisi olan Merasim zali ve metbex de fealiyyet gosterir Komplekse hemcinin zengin invertara malik kitabxana da daxildir 17 may 2013 cu ilde esasli berpadan sonra Samaxi cume mescidinin acilisi bas tutmusdur Acilis merasiminde Azerbaycan Respublikasinin prezidenti Ilham Eliyev butun Qafqazin muftisi muselman olkelerinin Azerbaycandaki sefirleri ve Azerbaycandaki diger dinlerin numayendeleri istirak etmisler Memarliq xususiyyetleriSamaxi Cume mescidinin interyeri Samaxi mescidinin ilkin ozeyinin memarliq helli ve hecm ifadesi gunbez uslublu dam ortuklerinden istifade neticesinde mueyyen edilmisdi Bu yerli tikinti quruculuq usullari ve sebekesiz tagli taxtapuslarin hazirlanmasi ucun elverisli olan material ehengdasi terefinden sertlendirilirdi Tamamile tebiidir ki bu qedim enenelere malik usuldan tagli dam ortuyune malik yasayis evlerinin ve ictimai binalarin tikintisinde genis istifade olunmusdur Her halda seherin tikintisinde yeni uslublu dini seciyyeli binalarin meydana gelmesi mescidin etrafinda butov bir kompleksin ve bu sahenin Samaxinin ictimai ticaret merkezine cevrilmesinin baslangicini qoymusdu Dovrumuze catmis Samaxi cume mescidi XX esrin evvellerinde mescidin kohne bunovresi uzerinde ve kohne divarlari esasinda tikilmisdir ki bu da onun qedim planlasma teskilini oyrenmeye ve mueyyenlesdirmeye imkan vermisdir Planda duzbucaqli uzununa 47 metr enine 28 metr sahesi olan mescid aciq acirimlar vasitesi ile bir biri ile birlesen uc musteqil kvadrat hisseden ibaret zala malikdir Mescidin planlasdirmasi esas etibarile eyni dovrde VIII esr insa olunmus Demesqdeki Emevi mescidi ing ve Kordovadaki ing meshur erebsayagi planlasdirmasini xatirladir Bu cur planlasdirma binani umumilikde tikilinin memarliq ve konstruktiv mahiyyetini pozmadan merkezi oxdan her iki istiqametde genislendirmeye imkan vermisdir Planin umumi sxemi baximindan Samaxi cume mescidine Derbend ve Dagistandaki cume mescidleri daha yaxindir Daxili mekanin uc hisseye ayrilmasina gore Samaxi cume mescidi Orta Asiyanin XI XII esrler bezi mescid namazgahlarina benzeyir Bu da oz novbesinde muselman olkeleri arasindaki elaqe ve qarsiliqli tesiri gosterir Cume mescidinin musteqil bolmeler formasinda uc hisseli daxili mekaninin planlasdirma qurulusu oz mehrabi olan ayrica ozeyin inkisaf etdirilmesi ideyasini davam etdirmisdir Bir birine bitisik arakesmelerle ayrilmis uc hemhudud zal vahid hecm terkibinde yerlesdirilmisdir Her uc zalda deqiq merkezi ox boyunca Mekkeye teref yonledilmis mehrab vardir Bu dini tikililerin insasi tecrubesinde rast gelinmemis usuldur IstinadlarPlosko seh 34 Fatullaev Sh S Dzhuma mechet v Shemahe Baku Izd AN Azerbajdzhanskoj SSR 1973 Plosko seh 31 Plosko seh 30 GOSUDARSTVO ATABEKOV AZERBAJDZhANA Ziya Bunyadov seh 15 PDF 2021 10 18 tarixinde PDF Istifade tarixi 2014 07 25 redundant parameters redundant parameters redundant parameters Evliya Chelebi Kniga puteshestvij Sejahatname Zemli Zakavkazya i sopredelnyh oblastej Maloj Azii i Irana Glava VII M Nauka 1983 2020 01 21 tarixinde Istifade tarixi 2016 03 29 redundant parameters redundant parameters redundant parameters Hacibababeyov seh 23 Hacibababeyov seh 27 Kaspi qezet 215 ci sayi 1902 ci il Ehmedbeyov seh 18 Plosko seh 32 Plosko seh 33 2011 11 28 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2016 03 29 redundant parameters redundant parameters Prezident Azerbajdzhana oznakomilsya s mechetyu Dzhuma v Shemahe olu kecid 2010 01 28 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2010 08 24 redundant parameters redundant parameters redundant parameters Ilham Aliev podpisal rasporyazhenie o restavracii Dzhuma mecheti v gorode Shamaha 2021 10 21 at the Wayback MachineDay az 24 12 2009 2014 11 13 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2010 08 24 redundant parameters redundant parameters redundant parameters Prezident Ilham Aliev Azerbajdzhan kak nezavisimoe gosudarstvo vnosit svoj vklad v islamskuyu solidarnost 2013 07 14 at the Wayback Machine Trend az 18 05 2013EdebiyyatFetullayev Fiqarov Samil Memar I K Plosko Ismailiyye nin memari Baki Serq Qerb 2013 ISBN 978 9952 32 020 6 Fetullayev Fiqarov Samil Mulki muhendis Ziver bey Ehmedbeyov Baki Serq Qerb 2013 Fetullayev Fiqarov Samil Baki memarlari XIX esrin sonu XX esrin evvellerinde Baki Serq Qerb 2013Hemcinin baxSirvan Abseron memarliq mektebi Cume mescidi Azerbaycan erazisindeki diger cume mescidleri Iosif Ploskonun eserlerinin siyahisi