Fəxrəddin Altay (20 yanvar 1880, Şkoder – 25 oktyabr 1974, İstanbul) — Türkiyə İstiqlaliyyət müharibəsi qəhrəmanlarından olan hərbçi və siyasətçi. Dumlupınar döyüşündən sonra yunan ordusunun geri çəkilməsini təmin edərək İzmirə girən ilk Türk süvarilərinin komandiridir.
Fəxrəddin Altay | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 yanvar 1880 |
Doğum yeri | |
Vəfat tarixi | 25 oktyabr 1974 (94 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Münimə xanım |
Uşaqları | Xeyrunisə və Tarık |
Atası | İsmayıl bəy |
Anası | Xeyriyyə xanım |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Qoşun növü | Süvari |
Xidmət illəri | 1902-ci ildən |
Rütbəsi | general, ordu generalı |
Döyüşlər | Balkan müharibələri, I Dünya müharibəsi, Türkiyə istiqlaliyyət müharibəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
12 yanvar 1880 tarixində Albaniyanın Şkoder şəhərində anadan olub. Atası, Piyada zabiti İzmirli İsmayıl bəy və anası Xeyriyyə xanımdır. Əli Fikri adında kiçik qardaşı olmuşdur.
Təhsili
Atasının vəzifə təyinatları səbəbilə təhsil həyatı müxtəlif şəhərlərdə keçmişdir. İbtidai təhsilini Mardində bitirdikdən sonra Ərzincanda hərbi ibtidai, Ərzurumda hərbi orta təhsilini tamamlamışdır. 1897-ci ildə bitirdikdən sonra 1900-cü ildə Hərb Akademiyasına daxil olmuşdur. Buradakı təhsilini 1902-ci ildə tamamlayaraq, peşə həyatına başlamışdır.
Hərbi karyerası
İlk vəzifə yeri olan Tunceli və ətrafında 8 il xidmət etmişdir. 1905-ci ildə mayor 1908-ci ildə isə minbaşı rütbəsi almışdır. 1912-ci ildə Münimə xanım ilə evlənmiş, bu nikahdan Xeyrunisə və Tarık adlı iki övladı olmuşdur. II Balkan müharibəsi əsnasında Çatalca Tayfa Süvari Briqadasının rəisi olaraq xidmət göstərmişdir. Ədirnəyə qədər gələn bulqar ordusunun hücumunun qarşısını almışdır. I Dünya müharibəsi başlayanda 3-cü korpus Qərargah rəisi idi. Çanaqqala cəbhəsində də xidmət göstərmişdir. Bu müddət ərzində ilk dəfə Mustafa Kamal ilə tanış olmuş, Çanaqqala döyüşündən sonra qılınclı qızıl ləyaqət və gümüş imtiyaz döyüş medalları ilə təltif edilmişdir. 1915-ci ildə Hərbi Nəzarət üzrə müşavir müavini vəzifəsinə təyin edilmiş və eyni ildə polkovnik rütbəsinə yüksəlmişdir. Qısa bir müddət Rumıniya İbrail cəbhəsində xidmət etdikdən sonra Fələstin cəbhəsinə korpus komandiri olaraq göndərilmişdir. Fələstində məğlubiyyətdən sonra, korpusun qərargahı Konyaya köçürüldü. Bu səbəbdən müharibənin sonunda Konyada 12-ci korpus komandiri olaraq xidmət etmişdir.
Türkiyə İstiqlaliyyət müharibəsində iştirakı
Konyada Fəxrəddin Altayın ətrafında milli qurtuluş fəaliyyəti ilə məşğul olan şəxslər var idi. O, bir müddət milli hərəkata qoşulmaq üçün tərəddüd etsə də, İstanbulun rəsmi işğalından sonra, Nümayəndələr Şurası tərəfindən qəbul edilən İstanbul ilə bütün əlaqələrin kəsilməsi qərarına qarşı çıxmışdır. Bu da tabeliyində olan suvari dəstələrinin Afyondan Konyaya gəlişinə səbəb olmuşdu. Refet bəy, Sarayönü stansiyasına gələrək Fəxrəddin bəyi yanına dəvət etmiş və vilayət valisi, bələdiyyə başçısı, müfti, müdafiə hüquq cəmiyyəti də daxil olmaqla müxalif olaraq tanınan hər kəsi özü ilə gətirməsini istəmişdi. Qrup Mustafa Kamala olan bağlılılqlarını göstərmək məqsədilə silahlı mühafizələrin nəzarəti altında qatara mindirilmişdi. Mustafa Kamalla Ankarada görüşündən sonra tərəddüdləri aradan qalxan Fəxrəddin bəy bundan sonra İstanbuldan deyil Ankaradan əmir almaq barədə fikrini qətiləşdirmişdi. 1-ci TBMM-də millətvəkili olaraq yer almışdı. Məclisdə qruplar yaradılarkən nə 1-ci, nə də 2-ci qrupa daxil olmuş, bağımsızlar adlandırılan yeni bir qrup siyahısı təqdim etmişdi. İstiqlaliyyət müharibəsi ərzində 12-ci korpus komandiri olaraq Konya üsyanının yatırılmasında, o cümlədən, 1-ci və 2-ci İnönü döyüşlərində və Sakarya döyüşündə iştirak etmişdir. 1921-ci ildə general-mayor rütbəsi alaraq Paşa olmuşdur. Dərhal sonra Süvari Qrup komandirliyi vəzifəsinə yüksəlmişdir. İstiqlaliyyət müharibəsinin son illərində Uşak, Afyon, ətrafı toqquşmalarda süvariləri yüksək xidmət göstərmişdir. Kütahyanın Emet qəsəbəsində Emet əhalisi və süvariləri tərəfindən qaçırılan yunan ordusunu qovaraq İzmirə daxil olan ilk süvari alayları da onun tabeliyində idi. 10 sentyabr tarixində İzmirdə Baş komandan Marşal Qazi Mustafa Kamal Atatürk Paşanı qarşılamışdı. Böyük hücumdakı fəaliyyətinə görə general – polkovnik rütbəsinə yüksəlmişdir. İzmirin xilasından sonra tabeliyində olan süvari kropusu ilə Çanaqqala boğazından keçərək İstanbula yönəldi. Bu hadisənin nəticəsində Birləşmiş Krallıq, Fransa və Kanadaya da siyasi təsirləri olan Çanaqqala krizi meydana gəldi.
Millət vəkilliyi
TBMM-in 1-ci çağırışında Mərsin millət vəkili olaraq fəaliyyət göstərsə də cəbhədəki vəzifəsini də mütəmadi olaraq yerinə yetirmişdir. TBMM-in 2-i çağırışında isə İzmir millət vəkili idi. Digər tərəfdən də, 5-ci korpus komandiri olaraq xidmət göstərmişdir. Baş komandan Marşal Qazi Mustafa Kamal Paşanın 1924-cü ildə İzmirə səfəri zamanı onu müşayiət etmişdir. Eyni zamanda həm hərbçi həm də millət vəkili olaraq xidmət göstərmək mümkün olmadıqda Mustafa Kamal Paşanın xahişi ilə məclisə istefasını vermiş, orduda xidmətə davam etmişdir.
Digər fəaliyyətləri
1926-cı ildə ordu generalı rütbəsinə yüksəlmişdir. 1927-ci ildə müalicə üçün Avropaya gedən Fevzi Paşanın yerinə Baş qərargah rəisliyi vəzifəsinə gəlmişdir. 1928-ci ildə Türkiyədə səfərdə olan Əfqan kralı xan ilə yoldaşı kraliça Sürəyya xanımı qonaq etmişdir. 1930-cu ildə Menemen hadisəsindən sonra Menemen, Balıkəsir, Manisada hərbi vəziyyət elan edildiyi bir vaxtda hərbi vəziyyət komandiri olaraq təyin edilmişdir. 1933-cü ildə 1-ci ordu komandiri vəzifəsinə gətirilmişdir.1934-cü ildə Qızıl Ordu hərbi təlimlərinə dəvət edilən tək ölkə — Türkiyə hərbi heyətinin rəhbəri olmuşdur. Eyni il İran və Əfqanıstan arasıda sərhədlə bağlı yaranan münaqişənin həllində vasitəçi olmuşdur. Onun hazırladığı hesabat münaqişənin həlli üçün əsas idi. adlanan hesabat, halhazırki İran – Əfqanıstan sərhəd xəttinin cənub hissəsinin çəkilməsini təmin etmişidir. 1936-cı ildə Birləşmiş krallıq hökmdarı VIII Eduardın Çanaqqala döyüşü baş verən ərazilərə səfəri zamanı onu müşayiət etmişdir. 1938-ci ildə Atatürkün dəfn mərasiminə rəhbərlik etmişdir. 1945-ci ildə isə, Ali Hərbi Şura üzvlüyü zamanı yaş həddinə görə təqaüdə çıxmışdır. 1946–1950-ci illər ərazində CXP-nin Burdur millət vəkili olmuşdur. 1950-ci ildən sonra siyasi həyatdan çəkilərək İstanbula yerləşmiş və 25 oktyabr 1974-cü ildə isə vəfat etmişdir. İlk əvvəl Aşiyan məzarlığında dəfn olunsa da 1988-ci ildə qəbri Ankara Dövlət Qəbiristanlığına köçürülmüşdür.
Soyad qanunu və Fəxrəddin Paşanın "Altay" soyadı
1966-cı ildə Fəxrəddin Altay Paşa Altay klubuna ziyarət edərkən Altay soyadını alması barədə danışır :
Ulu Öndər Mustafa Kamal Paşa ilə danışıq illərində İzmiri ziyarət etdiyimiz zaman Altay ilə ingilis dəniz donanma yığması arasında futbol matçı var idi. Biz matçı birlikdə izlədik. Altayın gözəl oyunundan təsirlənən Mustafa Kamal kövrəldi və qürur duydu. Daha sonra Altayın oyunçularına öz təşəkkürlərini bildirdi. Bu hadisədən bir müddət sonra İran ilə olan sərhəd münaqişəsini həll etmək vəzifəsini Mustafa Kamal Paşa mənə tapşırdı və Təbrizə yola düşdüm. Mən Təbrizdə olduğum zaman Məclisdə soyad qanunu müzakirə edilmiş və ittifaqla Qazi Mustafa Kamal Paşaya Atatürk soyadı verilmişdi. Bütün yurd onu yeni soyadı münasibətilə təbrik edirdi. Mən də bir teleqraf yazaraq öz təbriklərimi çatdırmışdım. Atatürk isə cavab məktubunda yazırdı: Hörmətli Fəxrəddin Altay Paşa, mən də səni təbrik edir, Altay kimi şanlı şərəfli günlər diləyirəm. Teleqrafı aldığım zaman gözlərim doldu. Atatürk birlikdə izlədiyimiz Altay matçının xatirəsinə ithafən mənə bu soyadı layiq görmüşdü. |
"Altay" tankı
Hazırlanmasına 2007-ci ildə başlanılan Türk istehsalı Altay tankı Türkiyə İstiqlaliyyət müharibəsi zamanı 5-ci korpus komandiri Fəxrəddin Altayın xatirəsinə əsasən belə adlandırılmışdır.
Əsərləri
- Türkiyə İstiqlaliyyət müharibəsində süvari korpusunun hərakatı
- İstiqlal hərbimizdə süvari korpusu
- İslam dini
- On il döyüşü və sonrası 1912–1922
- İzmir faciəsinin mühakiməsi, № 89, 1959 (məqalə)
- Birinci Dünya müharibəsində cərəyan edən Üçüncü Qəzzə döyüşünə dair verilən konfrans
- Üçüncü Qəzzə və Qüds döyüşü xatirələri
- İmperatorluq, ittihad və tərəqqi, cümhuriyyət 1902–1938 üç dövrün rəsmləri
Nişan və medalları
- Alman ikinci dərəcəli Xrom nişanı
- Bürünc və Dəmir xaç nişanı
- Müharibə gümüş imtiyaz medalı
- Avstriya Hərbi ləyaqət nişanı
- Müharibə qızıl ləyaqət medalı
- Əfqanıstan nişanı
- TBMM İstiqlal medalı və təşəkkürnamə
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- "Fahrettin Altay, Orgeneral (1315 — P.1) (1880–1974)". 2019-06-11 tarixində . İstifadə tarixi: 2018-09-12.
- "fahrettin altay". 2022-02-04 tarixində . İstifadə tarixi: 2018-09-12.
- Mustafa Okuklu, Fahrettin Altay, Dokuz Eylül Üniversitesi Atatürk İlkeleri ve İnkılâp Tarihi Enstitüsü, Yüksek Tez Çalışması, İzmir 2009
- "Fahreddin Altay — asker ve siyasetçi". 2020-09-23 tarixində . İstifadə tarixi: 2018-09-12.
- . 2017-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-12.
- . 2011-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-12.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Fexreddin Altay 20 yanvar 1880 Skoder 25 oktyabr 1974 Istanbul Turkiye Istiqlaliyyet muharibesi qehremanlarindan olan herbci ve siyasetci Dumlupinar doyusunden sonra yunan ordusunun geri cekilmesini temin ederek Izmire giren ilk Turk suvarilerinin komandiridir Fexreddin AltaySexsi melumatlarDogum tarixi 20 yanvar 1880 1880 01 20 Dogum yeri Skoder AlbaniyaVefat tarixi 25 oktyabr 1974 1974 10 25 94 yasinda Vefat yeri Istanbul Istanbul ili TurkiyeDefn yeri Turkiye Dovlet mezarligiVetendasligi TurkiyeHeyat yoldasi Munime xanimUsaqlari Xeyrunise ve TarikAtasi Ismayil beyAnasi Xeyriyye xanimTehsili Osmanli Herbi Mektebi d Herbi fealiyyetiQosun novu SuvariXidmet illeri 1902 ci ildenRutbesi general ordu generaliDoyusler Balkan muharibeleri I Dunya muharibesi Turkiye istiqlaliyyet muharibesi Vikianbarda elaqeli mediafayllarHeyati12 yanvar 1880 tarixinde Albaniyanin Skoder seherinde anadan olub Atasi Piyada zabiti Izmirli Ismayil bey ve anasi Xeyriyye xanimdir Eli Fikri adinda kicik qardasi olmusdur Tehsili Atasinin vezife teyinatlari sebebile tehsil heyati muxtelif seherlerde kecmisdir Ibtidai tehsilini Mardinde bitirdikden sonra Erzincanda herbi ibtidai Erzurumda herbi orta tehsilini tamamlamisdir 1897 ci ilde bitirdikden sonra 1900 cu ilde Herb Akademiyasina daxil olmusdur Buradaki tehsilini 1902 ci ilde tamamlayaraq pese heyatina baslamisdir Herbi karyerasiIlk vezife yeri olan Tunceli ve etrafinda 8 il xidmet etmisdir 1905 ci ilde mayor 1908 ci ilde ise minbasi rutbesi almisdir 1912 ci ilde Munime xanim ile evlenmis bu nikahdan Xeyrunise ve Tarik adli iki ovladi olmusdur II Balkan muharibesi esnasinda Catalca Tayfa Suvari Briqadasinin reisi olaraq xidmet gostermisdir Edirneye qeder gelen bulqar ordusunun hucumunun qarsisini almisdir I Dunya muharibesi baslayanda 3 cu korpus Qerargah reisi idi Canaqqala cebhesinde de xidmet gostermisdir Bu muddet erzinde ilk defe Mustafa Kamal ile tanis olmus Canaqqala doyusunden sonra qilincli qizil leyaqet ve gumus imtiyaz doyus medallari ile teltif edilmisdir 1915 ci ilde Herbi Nezaret uzre musavir muavini vezifesine teyin edilmis ve eyni ilde polkovnik rutbesine yukselmisdir Qisa bir muddet Ruminiya Ibrail cebhesinde xidmet etdikden sonra Felestin cebhesine korpus komandiri olaraq gonderilmisdir Felestinde meglubiyyetden sonra korpusun qerargahi Konyaya kocuruldu Bu sebebden muharibenin sonunda Konyada 12 ci korpus komandiri olaraq xidmet etmisdir Turkiye Istiqlaliyyet muharibesinde istiraki Konyada Fexreddin Altayin etrafinda milli qurtulus fealiyyeti ile mesgul olan sexsler var idi O bir muddet milli herekata qosulmaq ucun tereddud etse de Istanbulun resmi isgalindan sonra Numayendeler Surasi terefinden qebul edilen Istanbul ile butun elaqelerin kesilmesi qerarina qarsi cixmisdir Bu da tabeliyinde olan suvari destelerinin Afyondan Konyaya gelisine sebeb olmusdu Refet bey Sarayonu stansiyasina gelerek Fexreddin beyi yanina devet etmis ve vilayet valisi belediyye bascisi mufti mudafie huquq cemiyyeti de daxil olmaqla muxalif olaraq taninan her kesi ozu ile getirmesini istemisdi Qrup Mustafa Kamala olan baglililqlarini gostermek meqsedile silahli muhafizelerin nezareti altinda qatara mindirilmisdi Mustafa Kamalla Ankarada gorusunden sonra tereddudleri aradan qalxan Fexreddin bey bundan sonra Istanbuldan deyil Ankaradan emir almaq barede fikrini qetilesdirmisdi 1 ci TBMM de milletvekili olaraq yer almisdi Meclisde qruplar yaradilarken ne 1 ci ne de 2 ci qrupa daxil olmus bagimsizlar adlandirilan yeni bir qrup siyahisi teqdim etmisdi Istiqlaliyyet muharibesi erzinde 12 ci korpus komandiri olaraq Konya usyaninin yatirilmasinda o cumleden 1 ci ve 2 ci Inonu doyuslerinde ve Sakarya doyusunde istirak etmisdir 1921 ci ilde general mayor rutbesi alaraq Pasa olmusdur Derhal sonra Suvari Qrup komandirliyi vezifesine yukselmisdir Istiqlaliyyet muharibesinin son illerinde Usak Afyon etrafi toqqusmalarda suvarileri yuksek xidmet gostermisdir Kutahyanin Emet qesebesinde Emet ehalisi ve suvarileri terefinden qacirilan yunan ordusunu qovaraq Izmire daxil olan ilk suvari alaylari da onun tabeliyinde idi 10 sentyabr tarixinde Izmirde Bas komandan Marsal Qazi Mustafa Kamal Ataturk Pasani qarsilamisdi Boyuk hucumdaki fealiyyetine gore general polkovnik rutbesine yukselmisdir Izmirin xilasindan sonra tabeliyinde olan suvari kropusu ile Canaqqala bogazindan kecerek Istanbula yoneldi Bu hadisenin neticesinde Birlesmis Kralliq Fransa ve Kanadaya da siyasi tesirleri olan Canaqqala krizi meydana geldi Millet vekilliyiTBMM in 1 ci cagirisinda Mersin millet vekili olaraq fealiyyet gosterse de cebhedeki vezifesini de mutemadi olaraq yerine yetirmisdir TBMM in 2 i cagirisinda ise Izmir millet vekili idi Diger terefden de 5 ci korpus komandiri olaraq xidmet gostermisdir Bas komandan Marsal Qazi Mustafa Kamal Pasanin 1924 cu ilde Izmire seferi zamani onu musayiet etmisdir Eyni zamanda hem herbci hem de millet vekili olaraq xidmet gostermek mumkun olmadiqda Mustafa Kamal Pasanin xahisi ile meclise istefasini vermis orduda xidmete davam etmisdir Diger fealiyyetleriDiyarbekirde Ataturk Altay ve Afet Inan 1937 1926 ci ilde ordu generali rutbesine yukselmisdir 1927 ci ilde mualice ucun Avropaya geden Fevzi Pasanin yerine Bas qerargah reisliyi vezifesine gelmisdir 1928 ci ilde Turkiyede seferde olan Efqan krali xan ile yoldasi kralica Sureyya xanimi qonaq etmisdir 1930 cu ilde Menemen hadisesinden sonra Menemen Balikesir Manisada herbi veziyyet elan edildiyi bir vaxtda herbi veziyyet komandiri olaraq teyin edilmisdir 1933 cu ilde 1 ci ordu komandiri vezifesine getirilmisdir 1934 cu ilde Qizil Ordu herbi telimlerine devet edilen tek olke Turkiye herbi heyetinin rehberi olmusdur Eyni il Iran ve Efqanistan arasida serhedle bagli yaranan munaqisenin hellinde vasiteci olmusdur Onun hazirladigi hesabat munaqisenin helli ucun esas idi adlanan hesabat halhazirki Iran Efqanistan serhed xettinin cenub hissesinin cekilmesini temin etmisidir 1936 ci ilde Birlesmis kralliq hokmdari VIII Eduardin Canaqqala doyusu bas veren erazilere seferi zamani onu musayiet etmisdir 1938 ci ilde Ataturkun defn merasimine rehberlik etmisdir 1945 ci ilde ise Ali Herbi Sura uzvluyu zamani yas heddine gore teqaude cixmisdir 1946 1950 ci iller erazinde CXP nin Burdur millet vekili olmusdur 1950 ci ilden sonra siyasi heyatdan cekilerek Istanbula yerlesmis ve 25 oktyabr 1974 cu ilde ise vefat etmisdir Ilk evvel Asiyan mezarliginda defn olunsa da 1988 ci ilde qebri Ankara Dovlet Qebiristanligina kocurulmusdur Soyad qanunu ve Fexreddin Pasanin Altay soyadi1966 ci ilde Fexreddin Altay Pasa Altay klubuna ziyaret ederken Altay soyadini almasi barede danisir Ulu Onder Mustafa Kamal Pasa ile danisiq illerinde Izmiri ziyaret etdiyimiz zaman Altay ile ingilis deniz donanma yigmasi arasinda futbol matci var idi Biz matci birlikde izledik Altayin gozel oyunundan tesirlenen Mustafa Kamal kovreldi ve qurur duydu Daha sonra Altayin oyuncularina oz tesekkurlerini bildirdi Bu hadiseden bir muddet sonra Iran ile olan serhed munaqisesini hell etmek vezifesini Mustafa Kamal Pasa mene tapsirdi ve Tebrize yola dusdum Men Tebrizde oldugum zaman Meclisde soyad qanunu muzakire edilmis ve ittifaqla Qazi Mustafa Kamal Pasaya Ataturk soyadi verilmisdi Butun yurd onu yeni soyadi munasibetile tebrik edirdi Men de bir teleqraf yazaraq oz tebriklerimi catdirmisdim Ataturk ise cavab mektubunda yazirdi Hormetli Fexreddin Altay Pasa men de seni tebrik edir Altay kimi sanli serefli gunler dileyirem Teleqrafi aldigim zaman gozlerim doldu Ataturk birlikde izlediyimiz Altay matcinin xatiresine ithafen mene bu soyadi layiq gormusdu Altay tankiHazirlanmasina 2007 ci ilde baslanilan Turk istehsali Altay tanki Turkiye Istiqlaliyyet muharibesi zamani 5 ci korpus komandiri Fexreddin Altayin xatiresine esasen bele adlandirilmisdir EserleriTurkiye Istiqlaliyyet muharibesinde suvari korpusunun herakati Istiqlal herbimizde suvari korpusu Islam dini On il doyusu ve sonrasi 1912 1922 Izmir faciesinin muhakimesi 89 1959 meqale Birinci Dunya muharibesinde cereyan eden Ucuncu Qezze doyusune dair verilen konfrans Ucuncu Qezze ve Quds doyusu xatireleri Imperatorluq ittihad ve tereqqi cumhuriyyet 1902 1938 uc dovrun resmleriNisan ve medallariAlman ikinci dereceli Xrom nisani Burunc ve Demir xac nisani Muharibe gumus imtiyaz medali Avstriya Herbi leyaqet nisani Muharibe qizil leyaqet medali Efqanistan nisani TBMM Istiqlal medali ve tesekkurnameIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Fahrettin Altay Orgeneral 1315 P 1 1880 1974 2019 06 11 tarixinde Istifade tarixi 2018 09 12 fahrettin altay 2022 02 04 tarixinde Istifade tarixi 2018 09 12 Mustafa Okuklu Fahrettin Altay Dokuz Eylul Universitesi Ataturk Ilkeleri ve Inkilap Tarihi Enstitusu Yuksek Tez Calismasi Izmir 2009 Fahreddin Altay asker ve siyasetci 2020 09 23 tarixinde Istifade tarixi 2018 09 12 2017 12 16 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 09 12 2011 12 27 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 09 12