Dumlupınar döyüşü (yun. Μάχη του Τουμλού Μπουνάρ; türk. Dumlupınar (Meydan) Muharebesi və ya Başkumandanlık Meydan Muharebesi) — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türk-Yunan müharibələrinin son döyüşü kimi tarixə keçmişdir. Döyüş 1922-ci ilin avqust ayının 26-dan 30-na qədər Türkiyənin Kütahya ilinin Dumlupınar ilçəsində baş vermişdir.
Dumlupınar döyüşü | |||
---|---|---|---|
Türk-Yunan müharibəsi | |||
Tarix | 26–30 avqust 1922 | ||
Yeri | yaxınlığı, Kütahya, Türkiyə | ||
Nəticəsi | Həlledici türk qələbəsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Arxa plan
1921-ci ilin avqust və sentyabr aylarında Sakarya çayı sahilində baş vermiş döyüşdən sonra yunanların general Anastasios Papulasın rəhbərliyi altındakı Kiçik Asiya Ordusu İzmitdən Əskişəhər və Qara Hisar-ı Sahib (indiki Afyonqarahisar) şəhərlərinə qədər uzanan müdafiə xəttinə doğru geri çəkildi. Yunanların şimal-cənub istiqamətində 700 km məsafədə uzanan müdafiə xətti keçilməz yüksəkliklərdən, təpələrdən ibarət idi. Bu da onların asanlıqla müdafiə oluna biləcəyini göstərirdi. Bu ərazidə yerləşən dəmiryol xətti yunanların əsas təchizat marşrutu idi. İzmirdə mövcud olan yunan qərargahı cəbhə ilə effektiv əlaqə qurulmasında və əməliyyatlara nəzarəti həyata keçirməkdə aciz idi.
Hazırlıqlar
Sakarya döyüşünün uğursuz nəticəsinin ardınca, yunan komandanlığı strukturunda çoxlu dəyişikliklər baş verdi. Yunan hərbi qüvvələrinin mühüm hissəsi müdafiə xəttindən geri çəkildi və heç vaxt həyata keçirilməyən İstanbula hücum üçün hazırlıq görməyə başladı. Yerdə qalan yunan qoşunları 1922-ci ilin mayında general Papulası əvəzləmiş general-leytenant Georgios Hatzianestisin rəhbərliyi altında idi və fikrən qeyri-stabil olaraq qiymətləndirilirdi. Yunan qoşunlarının əhval-ruhiyyəsi aşağı idi, çünki çoxu artıq bir neçə il idi ki, döyüşürdü və müharibənin tez həlli üçün heç bir perspektiv yox idi.
Ankaraya edilə biləcək hər hansı hücum ilə əlaqədar təzyiqlərə baxmayaraq, Ankara Hökumətinin ali baş komandanı təyin olunmuş Mustafa Kamal paşa gözləmə mövqeyində dayandı və mövcud fasilədən istifadə edərək ordusunu gücləndirdi. Eyni zamanda yunanlarla müqayisədə fransızların və italyanların türklərə qarşı rəğbətinin yaranmasını təmin edən çevik diplomatik gedişlərlə Antanta ölkələrini çətin vəziyyətə saldı.
O, son olaraq 1922-ci ilin avqustunda yunanlara qarşı hücuma keçməyi qərara aldı. Türk qoşunlarının yalnız bir əsas hücumu həyata keçirməyə adekvat olduğunu bilən Mustafa Kamal paşa Qara Hisar yaxınlığında yunanların cənub cinahına qarşı səfərbər edilmiş "Saqqallı" Nurəddin paşanın rəhbərliyi altındakı Türk Birinci Ordusunu gücləndirdi. Bu riskli avantüra idi, çünki Yunan Ordusu türklərin zəif sağ cinahına əks-hücum etsəydi, döyüş acı sonluqla bitə bilərdi.
Yunan qoşunları
Yunan qoşunları 12 piyada və 1 süvari diviziyasında ümumi 220,000 nəfərlik canlı qüvvə ilə general-leytenant Georgios Hatzianestisin rəhbərliyi altındakı Kiçik Asiya Ordusunda təşkilatlandılar. Ordunun qərargahı İzmirdə yerləşirdi. Kiçik Asiya Ordusuna general-mayor Nikolaos Trikupis (Qara Hisarda I korpus), general-mayor Kimon Digenis (Qazlıgöldə II korpus) və general-mayor Petros Sumilasın (Əskişəhərdə III korpus) rəhbərlikləri altındakı 3 korpus (I, II və III) daxil idi. Əsasən, daxili müdafiə və antipartizan əməliyyatları üçün müstəqil süvari diviziyası və kiçik hərbi komandanlıq alayı da mövcud idi. Ümumi yunan cəbhəsi 713 km uzunluqda idi.
Hər yunan korpusunun 4 diviziyası vardı. Ι korpus 1-ci, 4-cü, 5-ci və 12-ci, II korpus 2-ci, 7-ci, 9-cu və 13-cü, III korpus isə 3-cü, 10-cu, 11-ci və müstəqil diviziyalardan ibarət idi. Hər yunan diviziyasının 2-4 batalyon alayı və 8-42 artilleriya topu (artilleriya cəbhə xətti və ehtiyat diviziyalar arasında bölünmüşdü). Baxmayaraq ki, kəmiyyət baxımından üstün olan yunanların ağır artilleriya (yalnız bütün cəbhə üzrə 40 köhnəlmiş top mövcud idi) və süvari (hər diviziya üzrə 1 yarım-rota) çatışmazlıqları var idi.
Türk qoşunları
Türk qoşunları 18 piyada və 5 süvari diviziyasında ümumi 208,000 nəfərlik canlı qüvvə ilə mirliva İsmət paşanın rəhbərliyi altında Qərb cəbhəsində təşkilatlandılar. Hücum məqsədləri üçün Qərb cəbhəsi qərargahı Qara Hisarın 15 km cənubunda, döyüş xətlərinə çox yaxın olan Qocatəpə yüksəkliyində yerləşirdi. Qərb cəbhəsi mirliva Nurəddin paşanın rəhbərliyi altındakı Birinci Ordudan (Qocatəpə yüksəkliyi), mirliva Yaqub Şevki paşanın rəhbərliyi altındakı İkinci Ordudan (Doğlat), polkovnik Xalid bəyin rəhbərliyi altındakı Qocaeli alayı və mirliva Fəxrəddin paşanın rəhbərliyi altındakı V süvari korpusundan ibarət idi.
Hücum məqsədi üçün türk komandanlığı öz qoşunlarını yenidən böldü və Birinci Ordunu gücləndirdi. Birinci Ordu I korpusdan (14-cü, 15-ci, 23-cü və 57-ci piyada diviziyaları), II korpusdan (3-cü, 4-cü və 7-ci piyada diviziyaları) və IV korpusdan (5-ci, 8-ci, 11-ci və 12-ci piyada diviziyaları) ibarət idi. İkinci Ordu III korpusdan (Porsuq alayı və 41-ci diviziya), VI korpusdan (16-cı, 17-ci piyada diviziyaları və müvəqqəti süvari diviziyası) və müstəqil 1-ci və 61-ci piyada diviziyalarından ibarət idi. Qocaeli alayı 18-ci piyada diviziyası, əlavə piyada və süvari dəstələrindən ibarət idi. V süvari korpusu 1-ci, 2-ci və 14-cü süvari diviziyalarından ibarət idi. Hər türk piyada diviziyası bir piyada batalyonu, 3 piyada alayı, 12 artilleriya topu və orta hesabla 7,500 nəfərlik canlı qüvvəyə malik idi.
Qarşılıqlı planlar
Türklərin planı
Türklərin planı Qara Hisar yaxınlığındakı yunan mövqelərinə 1-ci və 2-ci ordularla hücum etmək idi. Birinci Ordu yunanların A korpusunun nəzarətində olan Qara Hisarın cənub-qərbindəki düşmən mövqelərinə doğru şimal istiqamətində hücum edir. V süvari korpusu Kirkə vadisindəki zəif müdafiə olunan yunan mövqelərinə doğru hərəkət etməklə Birinci Orduya kömək edir və düşmənin cəbhə xəttinin arxasına keçir. İkinci Ordu isə Qara Hisarın şimalındakı yunan mövqelərinə doğru qərb istiqamətində hücum edir.
İlk hədəf İzmir-Qara Hisar və Qara Hisar-Əskişəhər dəmiryol xətlərini kəsmək idi, beləliklə İzmirdən Qara Hisar ətrafındakı yunan qoşunlarının və Əskişəhərdəki C korpusunun hər hansı dəstəyinin qarşısı alınır. İkinci fazada 1-ci və 2-ci ordular Kütahyanın cənubunda birləşərək Qara Hisarda yunan qoşunlarını tamamilə mühasirəyə alırlar.
Yunanların planı
Yunan ali komandanlığı əsas türk hücumunu əvvəlcədən güman etmiş, lakin hücumun hansı istiqamətdən həyata keçiriləcəyi onlar üçün qeyri-müəyyən idi. Yunanlar türk hücumunun həm Ankara-Əskişəhər, həm də Konya-Qara Hisar dəmiryol xətti boyu gerçəkləşəcəyini gözləyirdilər. Onlara məlum olmayan vaxtda 1921-ci ilin yayında Sakarya döyüşündən sonra geri çəkilərkən dağıtdıqları dəmiryolu hələ də bərpa olunmamış və işlək deyildi. Sakaryadan geri çəkilmənin ardınca, yunan korpus komandanlığı ilkin olaraq parçalandı və Kiçik Asiya Ordusu iki alaya bölündü: Şimal və Cənub alayları. Hər biri sərbəst döyüşmək və istənilən türk hücumuna qarşı müqavimət göstərmək üçün kifayət qədər güclü idi. Ordu komandanının dəyişdirilməsindən və general-leytenant Georgios Hatzianestisin gəlişindən sonra bir sıra dəyişikliklər baş verdi. Hatzianestis 3 korpus komandanlığı təşkil etmişdi. Bütün 3 korpus cəbhənin bütün hissələrinə nəzarət edirdi, lakin I (Qara Hisar ətrafı) və III (Əskişəhər ətrafı) korpuslar cəbhə boyu düzülərkən B korpusu ümumi ehtiyat qüvvə kimi fəaliyyət göstərirdi.
Türk hücumu olacağı təqdirdə, II korpus hücum edilən bölmənin komandanlığının rəhbərliyi altında məğlub olardı (həm I korpus cənuba, həm də III korpus şimala doğru). Hatzianestis qarşı tərəf barədə məlumatlara baxmayaraq, inanırdı ki, yunan cəbhə xətləri kifayət qədər vaxta istənilən türk hücumuna qarşı tab gətirməyə hazırdır. Beləliklə, B korpusu hücum edən türk ordularının cinahlarına qarşı öz cinah əks-hücumunu həyata keçirə bilərdi.
Türk hücumundan öncə, yunan kəşfiyyatı türklərin hazırlıqlarını ortaya çıxartmış, lakin bu onların təşkilati işlərinin ölçüsünü və hücum tarixini müəyyən etməyə imkan verməmişdi.
Döyüş
Türk hücumu və irəliləyişi (26–27 avqust 1922-ci il)
Türk hücumu 1922-ci ilin avqust ayının 25-dən 26-na keçən gecə V süvari korpusunun Kirkə aşırımı ilə yunan müdafiə xəttinin arxasına keçməyi nəticəsində başladı. Aşırım, irəliləyən türk süvarilərinin asanlıqla məhv etdiyi bir qrup yunan əsgəri tərəfindən nəzarət altında saxlanılırdı. Türk süvariləri yunanların teleqraf xətlərini və dəmiryol xəttini kəsməyə nail oldu (hər ikisi 26 avqustda saat 18:00-da baş vermişdir). Beləliklə, düşmənin İzmir və Qara Hisar arasındakı əlaqələri ciddi formada kəsildi.
Avqustun 26-sı səhəri Türk Birinci və İkinci orduları eyni vaxtda hücuma keçdi. Güclü artilleriya atəşindən sonra İkinci Ordunun hücumu yunanları şoka saldı və türklər 5-ci yunan diviziyasının (Yunan I korpusunun) bəzi mövqelərini ələ keçirməyə nail oldu. Türklər tərəfindən yenidən başladılan hücumlar kifayət qədər uğurlu olmadı. Əlavə qüvvələrin gəlməsiylə, yunan 5-ci diviziyası məhdud əks-hücumlar edərək öz cəbhəsini bərpa etdi. İkinci Ordu III korpusun mövqelərinə də hücum etmiş və nəticədə II korpusun kömək etməsinin qarşısını almışdı.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dumlupinar doyusu yun Maxh toy Toymloy Mpoynar turk Dumlupinar Meydan Muharebesi ve ya Baskumandanlik Meydan Muharebesi Turkiye Istiqlaliyyet muharibesindeki Turk Yunan muharibelerinin son doyusu kimi tarixe kecmisdir Doyus 1922 ci ilin avqust ayinin 26 dan 30 na qeder Turkiyenin Kutahya ilinin Dumlupinar ilcesinde bas vermisdir Dumlupinar doyusuTurk Yunan muharibesiTurk esgerleri sengerde hucum emrini gozleyerkenTarix 26 30 avqust 1922Yeri yaxinligi Kutahya TurkiyeNeticesi Helledici turk qelebesiMunaqise terefleriAnkara Hokumeti YunanistanKomandan lar Mustafa Kamal pasa Fevzi pasa Ismet pasa Georgios Hatzianestis Nikolaos Trikupis Kimon Digenis Petros SumilasTereflerin quvvesi98 670 piyada 5 286 suvari 323 artilleriya 130 000 piyada 1 300 suvari 348 artilleriyaItkiler26 avqust 9 sentyabr 2 318 olu 9 360 yarali 1 697 itkin 101 esir Umumi 13 476 31 avqust seherinden 10 000 itki 2 000 olu ve 2 000 esir 100 doyus topu 250 zirehli masin Vikianbarda elaqeli mediafayllarArxa plan1921 ci ilin avqust ve sentyabr aylarinda Sakarya cayi sahilinde bas vermis doyusden sonra yunanlarin general Anastasios Papulasin rehberliyi altindaki Kicik Asiya Ordusu Izmitden Eskiseher ve Qara Hisar i Sahib indiki Afyonqarahisar seherlerine qeder uzanan mudafie xettine dogru geri cekildi Yunanlarin simal cenub istiqametinde 700 km mesafede uzanan mudafie xetti kecilmez yuksekliklerden tepelerden ibaret idi Bu da onlarin asanliqla mudafie oluna bileceyini gosterirdi Bu erazide yerlesen demiryol xetti yunanlarin esas techizat marsrutu idi Izmirde movcud olan yunan qerargahi cebhe ile effektiv elaqe qurulmasinda ve emeliyyatlara nezareti heyata kecirmekde aciz idi HazirliqlarMustafa Kamal pasa ve Ismet pasa Turk Birinci Ordusunun herbi telimini teftis ederken Ilqin 1 aprel 1922 ci il Sakarya doyusunun ugursuz neticesinin ardinca yunan komandanligi strukturunda coxlu deyisiklikler bas verdi Yunan herbi quvvelerinin muhum hissesi mudafie xettinden geri cekildi ve hec vaxt heyata kecirilmeyen Istanbula hucum ucun hazirliq gormeye basladi Yerde qalan yunan qosunlari 1922 ci ilin mayinda general Papulasi evezlemis general leytenant Georgios Hatzianestisin rehberliyi altinda idi ve fikren qeyri stabil olaraq qiymetlendirilirdi Yunan qosunlarinin ehval ruhiyyesi asagi idi cunki coxu artiq bir nece il idi ki doyusurdu ve muharibenin tez helli ucun hec bir perspektiv yox idi Turk topculari Boyuk hucumdan evvel 1922 ci ilin avqustu Ankaraya edile bilecek her hansi hucum ile elaqedar tezyiqlere baxmayaraq Ankara Hokumetinin ali bas komandani teyin olunmus Mustafa Kamal pasa gozleme movqeyinde dayandi ve movcud fasileden istifade ederek ordusunu guclendirdi Eyni zamanda yunanlarla muqayisede fransizlarin ve italyanlarin turklere qarsi regbetinin yaranmasini temin eden cevik diplomatik gedislerle Antanta olkelerini cetin veziyyete saldi O son olaraq 1922 ci ilin avqustunda yunanlara qarsi hucuma kecmeyi qerara aldi Turk qosunlarinin yalniz bir esas hucumu heyata kecirmeye adekvat oldugunu bilen Mustafa Kamal pasa Qara Hisar yaxinliginda yunanlarin cenub cinahina qarsi seferber edilmis Saqqalli Nureddin pasanin rehberliyi altindaki Turk Birinci Ordusunu guclendirdi Bu riskli avantura idi cunki Yunan Ordusu turklerin zeif sag cinahina eks hucum etseydi doyus aci sonluqla bite bilerdi Yunan qosunlari Yunan qosunlari 12 piyada ve 1 suvari diviziyasinda umumi 220 000 neferlik canli quvve ile general leytenant Georgios Hatzianestisin rehberliyi altindaki Kicik Asiya Ordusunda teskilatlandilar Ordunun qerargahi Izmirde yerlesirdi Kicik Asiya Ordusuna general mayor Nikolaos Trikupis Qara Hisarda I korpus general mayor Kimon Digenis Qazligolde II korpus ve general mayor Petros Sumilasin Eskiseherde III korpus rehberlikleri altindaki 3 korpus I II ve III daxil idi Esasen daxili mudafie ve antipartizan emeliyyatlari ucun musteqil suvari diviziyasi ve kicik herbi komandanliq alayi da movcud idi Umumi yunan cebhesi 713 km uzunluqda idi Her yunan korpusunun 4 diviziyasi vardi I korpus 1 ci 4 cu 5 ci ve 12 ci II korpus 2 ci 7 ci 9 cu ve 13 cu III korpus ise 3 cu 10 cu 11 ci ve musteqil diviziyalardan ibaret idi Her yunan diviziyasinin 2 4 batalyon alayi ve 8 42 artilleriya topu artilleriya cebhe xetti ve ehtiyat diviziyalar arasinda bolunmusdu Baxmayaraq ki kemiyyet baximindan ustun olan yunanlarin agir artilleriya yalniz butun cebhe uzre 40 kohnelmis top movcud idi ve suvari her diviziya uzre 1 yarim rota catismazliqlari var idi Turk qosunlari Turk esgerleri cebheye getmezden evvel Qurban bayrami ucun ibadet ederken 4 avqust 1922 ci il Ulus meydani Ankara Turk qosunlari 18 piyada ve 5 suvari diviziyasinda umumi 208 000 neferlik canli quvve ile mirliva Ismet pasanin rehberliyi altinda Qerb cebhesinde teskilatlandilar Hucum meqsedleri ucun Qerb cebhesi qerargahi Qara Hisarin 15 km cenubunda doyus xetlerine cox yaxin olan Qocatepe yuksekliyinde yerlesirdi Qerb cebhesi mirliva Nureddin pasanin rehberliyi altindaki Birinci Ordudan Qocatepe yuksekliyi mirliva Yaqub Sevki pasanin rehberliyi altindaki Ikinci Ordudan Doglat polkovnik Xalid beyin rehberliyi altindaki Qocaeli alayi ve mirliva Fexreddin pasanin rehberliyi altindaki V suvari korpusundan ibaret idi Hucum meqsedi ucun turk komandanligi oz qosunlarini yeniden boldu ve Birinci Ordunu guclendirdi Birinci Ordu I korpusdan 14 cu 15 ci 23 cu ve 57 ci piyada diviziyalari II korpusdan 3 cu 4 cu ve 7 ci piyada diviziyalari ve IV korpusdan 5 ci 8 ci 11 ci ve 12 ci piyada diviziyalari ibaret idi Ikinci Ordu III korpusdan Porsuq alayi ve 41 ci diviziya VI korpusdan 16 ci 17 ci piyada diviziyalari ve muveqqeti suvari diviziyasi ve musteqil 1 ci ve 61 ci piyada diviziyalarindan ibaret idi Qocaeli alayi 18 ci piyada diviziyasi elave piyada ve suvari destelerinden ibaret idi V suvari korpusu 1 ci 2 ci ve 14 cu suvari diviziyalarindan ibaret idi Her turk piyada diviziyasi bir piyada batalyonu 3 piyada alayi 12 artilleriya topu ve orta hesabla 7 500 neferlik canli quvveye malik idi Qarsiliqli planlarTurklerin plani Turk qosunlari Ulus meydaninda hereket ederken Ankara 15 avqust 1922 ci il Turklerin plani Qara Hisar yaxinligindaki yunan movqelerine 1 ci ve 2 ci ordularla hucum etmek idi Birinci Ordu yunanlarin A korpusunun nezaretinde olan Qara Hisarin cenub qerbindeki dusmen movqelerine dogru simal istiqametinde hucum edir V suvari korpusu Kirke vadisindeki zeif mudafie olunan yunan movqelerine dogru hereket etmekle Birinci Orduya komek edir ve dusmenin cebhe xettinin arxasina kecir Ikinci Ordu ise Qara Hisarin simalindaki yunan movqelerine dogru qerb istiqametinde hucum edir Ilk hedef Izmir Qara Hisar ve Qara Hisar Eskiseher demiryol xetlerini kesmek idi belelikle Izmirden Qara Hisar etrafindaki yunan qosunlarinin ve Eskiseherdeki C korpusunun her hansi desteyinin qarsisi alinir Ikinci fazada 1 ci ve 2 ci ordular Kutahyanin cenubunda birleserek Qara Hisarda yunan qosunlarini tamamile muhasireye alirlar Yunanlarin plani Yunan ali komandanligi esas turk hucumunu evvelceden guman etmis lakin hucumun hansi istiqametden heyata kecirileceyi onlar ucun qeyri mueyyen idi Yunanlar turk hucumunun hem Ankara Eskiseher hem de Konya Qara Hisar demiryol xetti boyu gercekleseceyini gozleyirdiler Onlara melum olmayan vaxtda 1921 ci ilin yayinda Sakarya doyusunden sonra geri cekilerken dagitdiqlari demiryolu hele de berpa olunmamis ve islek deyildi Sakaryadan geri cekilmenin ardinca yunan korpus komandanligi ilkin olaraq parcalandi ve Kicik Asiya Ordusu iki alaya bolundu Simal ve Cenub alaylari Her biri serbest doyusmek ve istenilen turk hucumuna qarsi muqavimet gostermek ucun kifayet qeder guclu idi Ordu komandaninin deyisdirilmesinden ve general leytenant Georgios Hatzianestisin gelisinden sonra bir sira deyisiklikler bas verdi Hatzianestis 3 korpus komandanligi teskil etmisdi Butun 3 korpus cebhenin butun hisselerine nezaret edirdi lakin I Qara Hisar etrafi ve III Eskiseher etrafi korpuslar cebhe boyu duzulerken B korpusu umumi ehtiyat quvve kimi fealiyyet gosterirdi Turk hucumu olacagi teqdirde II korpus hucum edilen bolmenin komandanliginin rehberliyi altinda meglub olardi hem I korpus cenuba hem de III korpus simala dogru Hatzianestis qarsi teref barede melumatlara baxmayaraq inanirdi ki yunan cebhe xetleri kifayet qeder vaxta istenilen turk hucumuna qarsi tab getirmeye hazirdir Belelikle B korpusu hucum eden turk ordularinin cinahlarina qarsi oz cinah eks hucumunu heyata kecire bilerdi Turk hucumundan once yunan kesfiyyati turklerin hazirliqlarini ortaya cixartmis lakin bu onlarin teskilati islerinin olcusunu ve hucum tarixini mueyyen etmeye imkan vermemisdi DoyusTurk hucumu ve irelileyisi 26 27 avqust 1922 ci il 1922 ci ilin 26 avqustunda turklerin hucumu erefesinde Qerb cebhesindeki veziyyeti gosteren xerite Turk hucumu 1922 ci ilin avqust ayinin 25 den 26 na kecen gece V suvari korpusunun Kirke asirimi ile yunan mudafie xettinin arxasina kecmeyi neticesinde basladi Asirim irelileyen turk suvarilerinin asanliqla mehv etdiyi bir qrup yunan esgeri terefinden nezaret altinda saxlanilirdi Turk suvarileri yunanlarin teleqraf xetlerini ve demiryol xettini kesmeye nail oldu her ikisi 26 avqustda saat 18 00 da bas vermisdir Belelikle dusmenin Izmir ve Qara Hisar arasindaki elaqeleri ciddi formada kesildi Avqustun 26 si seheri Turk Birinci ve Ikinci ordulari eyni vaxtda hucuma kecdi Guclu artilleriya atesinden sonra Ikinci Ordunun hucumu yunanlari soka saldi ve turkler 5 ci yunan diviziyasinin Yunan I korpusunun bezi movqelerini ele kecirmeye nail oldu Turkler terefinden yeniden basladilan hucumlar kifayet qeder ugurlu olmadi Elave quvvelerin gelmesiyle yunan 5 ci diviziyasi mehdud eks hucumlar ederek oz cebhesini berpa etdi Ikinci Ordu III korpusun movqelerine de hucum etmis ve neticede II korpusun komek etmesinin qarsisini almisdi