Sultanzadə Mehmed Paşa (d. 1603 - ö. iyul 1646, Krit adası) — I İbrahim dövründə 1 il 10 ay 17 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Sultanzadə Mehmed Paşa | |
---|---|
سلطانزاد محمد باشا | |
Əvvəlki | Kəmankeş Qara Mustafa Paşa |
Sonrakı | Bosniyalı Saleh Paşa |
Əvvəlki | Dəli Hüseyn Paşa |
Sonrakı | Nəqqaş Mustafa Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1603 |
Doğum yeri | |
Vəfat tarixi | iyul 1646 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Əbdürrəhman bəy |
Anası | Ayşə xanım |
Həyatı
Sultanzadə Mehmed Paşa təxminən 1603-cü ildə dünyaya gəlmişdir. Atası Əbdürrəhman bəy Rüstəm Paşa və Mihrimah Sultanın nəvəsi, anası Ayşə xanım isə Cığalızadə Yusif Sənan Paşanın qızı idi. Atasının Osmanlı sülaləsinə yaxınlığı səbəbilə “Sultanzadə” ləqəbi ilə anılır. Sarayda Əndərun təhsilini bitirdikdən sonra 18 yaşında II Osmanın Lehistan səfəri əsnasında qapıçıbaşı olaraq saraydan ayrıldı.
1630-cu ildə qübbə vəziri olan Mehmed Paşa 1633-cü ilin oktyabrında İrəvan səfəri hazırlıqları əsnasında bilinməyən səbəblə vəzifədən alındı və Rodos adasına sürgün edildi. Çox keçmədən bağışlandı və 1637-ci ildə Misir bəylərbəyi təyin olundu. 3 il davam edən bu vəzifəsinin ardından Sultan İbrahimin dövründə paytaxta çağırıldı və qübbə vəziri seçildi. 1641-ci ildə Özi sancaqbəyi təyin olundu və bu vəzifədə ikən Azov qalasının işğaldan azad edilməsində iştirak etdi. 1643-cü ildə paytaxta çağırılsa da, sədrəzəm Qara Mustafa Paşa onu özünə rəqib görmüş və paytaxtdan uzaqlaşdırmaq üçün Dəməşq bəylərbəyliyinə göndərmişdir.
31 yanvar 1644 tarixində Qara Mustafa Paşanın vəzifədən alınaraq edam edilməsinin ardından sədarət möhürü Dəməşqə Sultanzadə Mehmed Paşaya göndərildi. Ancaq paşanın paytaxta gəlməkdə gecikdi və sədrəzəm olaraq fəaliyyətə 1644-cü ilin martında başladı. Bu illərdə Sultan İbrahim lələsi olan Cindar Hüseyn Əfəndinin təsirində idi. Özündən əvvəlki sədrəzəmin Hüseyn Əfəndiyə düşmən olması səbəbilə edam edilişindən çəkinən Mehmed Paşa həm özünü, həm də vəzifəsini qorumaq üçün bu müdaxilələrə göz yumdu.
Sultanzadə Mehmed Paşa 17 dekabr 1645 tarixində keçirilən divan məclisi əsnasında gözlənilmədən sədarətdən alındı. Yerinə divan katibi olan dəftərdar Bosniyalı Saleh Paşa sədrəzəm seçildi. Vəzifədən alınan Sultanzadə Mehmed Paşa Krit sərdarı seçilərək paytaxtdan uzaqlaşdırıldı. Sabiq sədrəzəm Krit adasına donanma və kaptan-ı dərya Qara Musa Paşanın müşayəti ilə aparıldı. Ancaq Krit adasına çatan Sultanzadə Mehmed Paşanın səhhəti korlandı və 1646-cı ilin iyul ayında burada vəfat etdi. Cənazəsi Üsküdara gətirilən Sultanzadə Mehmed Paşa anası Ayşə xanımın məzarının yanına dəfn olundu.
Mənbə
- Uzunçarsılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (6. Baskı 2011) ISBN 975-16-0014-6) say.391-393
- Ayhan Buz,(2009) Osmanlı Sadrazamları, Neden Kitap, İstanbul, s.99
- Alper, Omer Mahir, "Mehmed Paşa (Sultanzade, Civankapıcıbaşı)" (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, C.2 s.172, İstanbul:Yapı Kredi Kültür Yayıncılık A.Ş. ISBN 975-08-0071-01.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sultanzade Mehmed Pasa d 1603 o iyul 1646 Krit adasi I Ibrahim dovrunde 1 il 10 ay 17 gun Osmanli imperiyasinin sedrezemi olmus dovlet adamidir Sultanzade Mehmed Pasaسلطانزاد محمد باشاOsmanli sedrezemiEvvelkiKemankes Qara Mustafa PasaSonrakiBosniyali Saleh PasaMisir beylerbeyiEvvelkiDeli Huseyn PasaSonrakiNeqqas Mustafa PasaSexsi melumatlarDogum tarixi 1603Dogum yeri Konstantinopol Osmanli imperiyasiVefat tarixi iyul 1646Vefat yeri Krit Venesiya RespublikasiFealiyyeti siyasetciAtasi Ebdurrehman beyAnasi Ayse xanimHeyatiSultanzade Mehmed Pasa texminen 1603 cu ilde dunyaya gelmisdir Atasi Ebdurrehman bey Rustem Pasa ve Mihrimah Sultanin nevesi anasi Ayse xanim ise Cigalizade Yusif Senan Pasanin qizi idi Atasinin Osmanli sulalesine yaxinligi sebebile Sultanzade leqebi ile anilir Sarayda Enderun tehsilini bitirdikden sonra 18 yasinda II Osmanin Lehistan seferi esnasinda qapicibasi olaraq saraydan ayrildi 1630 cu ilde qubbe veziri olan Mehmed Pasa 1633 cu ilin oktyabrinda Irevan seferi hazirliqlari esnasinda bilinmeyen sebeble vezifeden alindi ve Rodos adasina surgun edildi Cox kecmeden bagislandi ve 1637 ci ilde Misir beylerbeyi teyin olundu 3 il davam eden bu vezifesinin ardindan Sultan Ibrahimin dovrunde paytaxta cagirildi ve qubbe veziri secildi 1641 ci ilde Ozi sancaqbeyi teyin olundu ve bu vezifede iken Azov qalasinin isgaldan azad edilmesinde istirak etdi 1643 cu ilde paytaxta cagirilsa da sedrezem Qara Mustafa Pasa onu ozune reqib gormus ve paytaxtdan uzaqlasdirmaq ucun Demesq beylerbeyliyine gondermisdir 31 yanvar 1644 tarixinde Qara Mustafa Pasanin vezifeden alinaraq edam edilmesinin ardindan sedaret mohuru Demesqe Sultanzade Mehmed Pasaya gonderildi Ancaq pasanin paytaxta gelmekde gecikdi ve sedrezem olaraq fealiyyete 1644 cu ilin martinda basladi Bu illerde Sultan Ibrahim lelesi olan Cindar Huseyn Efendinin tesirinde idi Ozunden evvelki sedrezemin Huseyn Efendiye dusmen olmasi sebebile edam edilisinden cekinen Mehmed Pasa hem ozunu hem de vezifesini qorumaq ucun bu mudaxilelere goz yumdu Sultanzade Mehmed Pasa 17 dekabr 1645 tarixinde kecirilen divan meclisi esnasinda gozlenilmeden sedaretden alindi Yerine divan katibi olan defterdar Bosniyali Saleh Pasa sedrezem secildi Vezifeden alinan Sultanzade Mehmed Pasa Krit serdari secilerek paytaxtdan uzaqlasdirildi Sabiq sedrezem Krit adasina donanma ve kaptan i derya Qara Musa Pasanin musayeti ile aparildi Ancaq Krit adasina catan Sultanzade Mehmed Pasanin sehheti korlandi ve 1646 ci ilin iyul ayinda burada vefat etdi Cenazesi Uskudara getirilen Sultanzade Mehmed Pasa anasi Ayse xanimin mezarinin yanina defn olundu MenbeUzuncarsili Ismail Hakki 1954 Osmanli Tarihi III Cilt 2 Kisim XVI Yuzyil Ortalarindan XVII Yuzyil Sonuna kadar Ankara Turk Tarih Kurumu 6 Baski 2011 ISBN 975 16 0014 6 say 391 393 Ayhan Buz 2009 Osmanli Sadrazamlari Neden Kitap Istanbul s 99 ISBN 978 975 254 278 5 Alper Omer Mahir Mehmed Pasa Sultanzade Civankapicibasi 1999 Yasamlari ve Yapitlariyla Osmanlilar Ansiklopedisi C 2 s 172 Istanbul Yapi Kredi Kultur Yayincilik A S ISBN 975 08 0071 01