Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Bu məqaləni lazımdır. |
Dərslik
İkinci-üçüncü sinif şagirdləri üçün nəzərdə tutulan "Vətən dili" dərsliyinin II hissəsi 1888-ci ildə A.O.Çernyayevskinin və Səfərəli bəy Vəlibəyov un tərtibində işıq üzü görür.
Tərtibçilər "Vətən dili"nin II hissəsinə geniş müqəddimə yazmışlar. II hissəyə verilən müqəddimədə tərtibçilər qeyd edir ki, II hissə əsasən K.D.Uşinskinin "Родное слово" əsasında qurulub. Həmçinin bildirilir ki, dərslikdə işlənilən yazı qaydalarının istifadəsində Mirzə Kazım bəy, Lazar Budaqov və Mirzə Əbülhəsən bəy Vəzirovun əsərləri rəhbər tutulub. Bununla yanaşı dərsliyin yazılışında müəlliflər yeni qaydalar və durğu işarələri tətbiq ediblər ki, bu haqda müqəddimənin V-VII səhifələrində kifayət qədər bəhs olunub.
Həmin müqəddimədə Həsənəliağa xan Qaradağskinin (Qaradağinin) xidmətləri xüsusi olaraq vurğulanır: "Bu kitabçada dərc olunan şeir və nəzmə dair təmsilatın çoxusu zəmanə şairlərinin möhtərəmi cənab Həsənəliağa xan Qaradağskinin inşadıdır və təmsillər məşhur Krılov basnilərindən tərcümədir. Türk dilində mübtədilərin qüvveyi-müdərrikə və hafizələrinə müvafiq təmsilat və əşar çox nadirdir. Bu yolda ibtida rəğbət və xidmət göstərən ancaq, bildiyimizə görə, Qaradağski cənablarıdır. Və lihaza sibyan məktəbləri müşarileyhin bu zəhmətini nəzərdə tutmalıdır. Biz dəxi bu barədə o izzətli və möhtərəm cənablara nəhayət mərtəbə rizaməndlik və təşəkkür izhar edirik".
"XIX əsr Azərbaycan məktəbi" kitabında bu haqda deyilir: "Bu kitabın tərtibində yaxından iştirak edənlərdən biri də görkəmli müəllim və şair Həsənəliağa xan Qaradağski(Qaradaği)dir. H.Qaradaği tərtib olunacaq ana dili dərsliyinə daxil etmək üçün uşaq şeirləri və hekayələri yazıb hazırlamağı öz öhdəsinə götürmüş, Şuşada açdığı məktəbdə bu şeir və hekayələri təcrübədən keçirmiş və bunlar A.O.Çernyayevski ilə S.H.Vəlibəyovun "Vətən dili" (II hissə) dərsliyinə daxil edilmişdir".
"1880-ci ildə Qafqaz təhsil dairəsinin təşəbbüsü ilə Azərbaycan dilində qiraət kitabları tərtib etmək üçün Tiflisdə keçirilən ziyalılar müşavirəsinin fəal iştirakçısı Həsənəliağa xan Qaradağski (Qaradaği) Çernyayevski ilə yaxından tanış olmuş və öz əsərlərini, yeni tərtib olunacaq dərsliklərə daxil etmək üçün, ona göndərməyə söz vermişdi. Həsənəliağa xan Qaradağski (Qaradaği) vədinə əməl edir. O, öz şeir və hekayələri ilə yanaşı, İ.A.Krılovdan tərcümə etdiyi 60-a qədər təmsili də Qoriyə göndərir".
Qeyd etmək lazımdır ki, İ.A.Krılovdan Azərbaycan dilinə ilk tərcümə XIX əsrin 30-cu illərində Abbasqulu ağa Bakıxanov etmişdir. O, hələ Krılovun sağlığında "Eşşək və Bülbül" ("Осел и Соловей") təmsilini Ana dilimizə çevirmişdir. Müqayisə üçün deyə bilərik ki, İ.A.Krılovun təmsilləri erməni dilinə 1849-cu ildə, gürcü dilinə isə 1860-cı ildə çevrilmişdir. Azərbaycan dilinə İ.A.Krılovun 60 təmsildən artıq tərcüməsi XIX əsrin 80-ci illərində Həsənəliağa xan Qaradağski (Qaradaği)nin qələmindən çıxmışdır. Görkəmli Azərbacan ədəbiyyatşünası Mikayıl Rəfili bu haqda belə yazırdı: "Xan Qaradağskinin tərcümələri Azərbaycanın mədəni həyatında müstəsna rol oynamışdır. Onun tərcümələri sayəsində tədris-təlim ədəbiyyatı sosial cəhətdən dolğun əsərlərlə zənginləşmişdir... Bu tərcümələr şagirdlər tərəfindən məhəbbətlə oxunub tədris olunur, ədəbi həyatda orijinal bir təzahür kimi qarşılanıb mənimsənilirdi. Qaradağski tərcüməni orijinala yaxın tərzdə verməyə can atırdı. Əlamətdar haldır ki, mütərcim bəzən təkcə məzmunu ötürməklə deyil, atalar sözlərindən, el ifadələrindən də faydalanaraq tərcümələrində öz qənaətlərini verirdi, bu da öz növbəsində Krılov əsərlərinin kvantessensiyasını ifadə edirdi" .
Təsadüfi deyil ki, 1885-ci ildə Əbdürrəhim bəy Haqverdiyev öz ədəbi fəaliyyətinə İ.A.Krılovun "Palıd və Əsa" ("Дуб и Трость") təmsilinin tərcüməsi ilə başlamışdır. Daha sonra Rəşid bəy Əfəndiyev, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq də Krılov yaradıcılığına müraciət etmişlər. 1938-ci ildə Abdulla Şaiqin tərcüməsindən ibarət İ.A.Krılovun 97 təmsili ayrıca bir kitab halında nəşr olunmuşdur . Abdulla Şaiqin tərcümələrində sələflərinin ilk kövrək, lakin cəsarətli tərcümə cəhdlərinin təsiri açıq-aşkar görünməkdədir. Əziz Mirəhmədov yazır: "Azərbaycanın qabaqcıl ziyalıarının, A.Bakıxanov və Mirzə Şəfinin, Seyid Əzim və Xan Qaradağinin keçən əsrdə (XIX əsrdə) rus klassiklərindən tərcümələr etmək sahəsində başladıqları nəcib iş XX əsrin əvvəllərində çox genişlənərək, öz yeni gözəl bəhrələrini verməkdə idi. İndi bu işlə ölkənin ən görkəmli yazıçıları – C.Məmmədquluzadə, Sabir, Ə.Haqverdiyev, A.Səhhət, Ü.Hacıbəyov və başqaları məşğul idilər".
Strukturu
"Vətən dili"nin II hissəsi ilk dəfə 1888 ildə Tiflisdə çap olunub. Bu kitab Azərbaycan dilində 6, rus dilində 4 səhifəlik iki müqəddimə, iki səhifəlik kitabda gedən səhvlərə düzəlişlər və iyirmi altı qismdən təşkil olunmuş 174 səhifə dərslikdən ibarətdir. Dərslik "Bismillahir-rəhmanir-rəhim" ilə başlanır və müxtəlif mövzulu yüz altı kiçik hekayə, iyirmi dörd təmsil, iyirmi iki şeir, iki yüz yetmiş bir atalar sözü, altmış iki tapmaca, beş lətifə, üç yanıltmacdan təşkil olunaraq iyirmi altı qismə-dərsə bölünür. Mövzunu özündə əksər hallarda əhatə edən hər dərsin öz adı var.
I-V dərslər
I dərs təlim almaq və oyun oynamaq üçün zəruri ləvazimata həsr olunub. Burada dərsin mövzusuna uyğun olaraq məktəb, yazı taxtası, kitab, kağız və karandaşı təsvir edən kiçik hekayələr, həmçinin ibrətamiz "Hakim" adlı kiçik hekayə, iki mənzum əsər verilib. I dərsə altı atalar sözü və altı tapmaca daxil olunub.
II dərsdə qab-qacaq və ev əşyaları haqda söhbət açılır. Verilən üç kiçik hekayənin hamısı mövzuya uyğundur. II dərsə iki təmsil, on iki atalar sözü və on tapmaca daxil olunub.
III dərsdə yemək və içki haqda bilgi verilir. Burada verilmiş beş kiçik hekayədən üçü bilavasitə mövzuya aiddir. Qalan iki ("Tülki və qurt", "Qaraçı") hikmətamiz kiçik hekayə isə dərs zamanı yaranan gərginliyin aradan qaldırılmasına, uşaqların yorulmasının qarşısının alınmasına yönəlib, dərsə və ümumiyyətlə həyata maraq oyadır. III dərsə bir təmsil, iki lətifə, iyirmi altı atalar sözü, iki tapmaca və bir yanıltmac daxil olunub.
IV dərs geyimə həsr olunub. Üç kiçik hekayədən birincisi bilavasitə, sonuncusu dolayısı ilə dərsin mövzusuna aiddir. Bu sonuncu kiçik hekayədə ata-oğul, oğul-ata münasibətləri gözəl bir tərzdə təsvir olunub. "Qurt və çoban" adlı kiçik hekayə dərsin mövzusuna ilk baxışdan aid deyil, lakin o dərsə özünəməxsusluq gətirməklə yanaşı, hardasa bir nəfəslik kimi dərsin ortasında yerləşdirilib. IV dərsə bir mənzum hekayə, bir təmsil, yeddi atalar sözü və bir tapmaca daxil olunub.
V dərs təsərrüfat alətlərinə, tikintiyə aid məfhumları açıqlayır. Burada olduqca maraqlı beş kiçik hekayə verilib. Birinci üç kiçik hekayə bilavasitə mövzuya aiddir, qalan ikisi isə, sanki şagirdlərin istirahət etməsi üçün verilib. V dərsə bir nəzm, on atalar sözü və beş tapmaca daxil olunub.
VI-XII dərslər
VI dərsdən XI dərsədək ibtidai sinif şagirdlərinə heyvanat haqda məlumat verilir.
VI dərs ev və vəhşi heyvanlara, VII dərs dördayaqlı heyvanlar və quşlara həsr olunaraq hərəsi beş kiçik hekayədən tərtib olunub və onların hər birisi müvafiq olaraq öz mövzusuna aiddir. Eləcə də dörd kiçik hekayədən tərtib olunmuş ətyeyən və otyeyən heyvanlar barəsində VIII, beş kiçik hekayəsi olan, ev və vəhşi quşlara həsr olunmuş IX dərslərdir. X dərs quşlar haqqında, onların alıcı, oxuyan və sudaüzən olmaları baxımından yeniyetmələrdə təsəvvürün yaranmasına yönəldilib, buradakı üç kiçik hekayədən birincisinin zahirən mövzu ilə əlaqəsinin olmaması nəzərə çarpır. Lakin onun ibrətamiz olması təqdirə layiqdir. Qalan iki kiçik hekayə bilavasitə mövzuya aiddir. Balıqlar, ilanlar və cüci və həşəratlara həsr olunmuş XI dərsdə üç kiçik hekayə verilib ki, burada ağcaqanad, hətta dəvə və qurbağadan da söhbət açılır. VI dərsə bir təmsil, iyirmi bir atalar sözü və bir tapmaca, VII dərsə bir təmsil, bir şeir, on üç atalar sözü və bir tapmaca, VIII dərsə iki təmsil, səkkiz atalar sözü və bir tapmaca, IX dərsə bir təmsil, iyirmi iki atalar sözü və üç tapmaca, X dərsə iki təmsil, bir lətifə, beş atalar sözü və bir tapmaca, XI dərsə iki təmsil, bir lətifə, səkkiz atalar sözü və üç tapmaca daxil edilmişdir. XII dərsdə taxıl, güllər, ağaclar haqda məlumat verilir, bir sözlə bu dərslər təbiətşünaslıq elminə bir növ giriş xarakteri daşıyır. Onu da qeyd edək ki, bu dərslər müxtəlif mövzulara dair kiçik hekayələr, təmsillər, şeirlər, atalar sözü, tapmacalar, yanıltmaclarla müşayiət olunur ki, bunun da verilməsi Ana dilinə məhəbbət, maraq aşılayır. Bununla da sözü gedən dərsliyin nə dərəcədə incə, pedaqogika elmi baxımından nə dərəcədə doğru tərtib olunması gözlər önünə sərilir. Bu metodikaya sadiqlik digər dərslərdə də özünü göstərir. XII dərsdə dörd kiçik hekayə təqdim olunur. Onlardan ilk üçü mövzu ilə sıx bağlılıq təşkil edir, dördüncüsü isə ibrət xarakteri daşıyaraq şagirdlərə bir növ həyat təcrübəsi aşılayır. Bu dərsə üç şeir, on yeddi atalar sözü və altı tapmaca daxil olunub.
XIII-XVI dərslər
XIII dərs yuxarıdakı təbiətşünaslığa "ekskursun" davamı hesab edilə bilər. Burada insanlar, heyvanat, nəbatat haqda söhbət davam edir, həmçinin adamlar haqqında söhbət gedəndə bu dərs psixologiya fənnini xatırladır. Təbii sərvətlər haqda da təsəvvür bu dərsin mövzularından biridir. XIII dərsə altı kiçik hekayə salınıb və onların hər birisi mövzu ilə sıx bağlıdır. XIII dərsə iki təmsil, beş atalar sözü, üç tapmaca və bir yanıltmac daxil olunub.
XIV dərs coğrafiya elmi haqqında ibtidai biliklərlə tanış edir. Burada həftənin günləri, gecə və gündüz haqqında söhbət açılır. Verilən beş kiçik hekayə isə müxtəlif mövzulardadır. XIV dərsə bir şeir, altı atalar sözü və iki tapmaca daxil olunub.
Coğrafi anlamları bir qədər də genişləndirərək XV dərs mövsümlər, aylar barədə, həmçinin bayramlar haqqında təsəvvür yaradır. Dörd kiçik hekayənin sonuncusu orucluğa həsr olunub. XV dərsə bir şeir, bir lətifə, altı atalar sözü və iki tapmaca daxil olunub.
XVI dərs pul və onunla yanaşı olduqca maraqlı mövzuya – çəki, ölçü və vaxta həsr olunub. Bu dərsdə verilən dörd kiçik hekayədə tərtibçilərin dərsliyə nə dərəcədə həssas yanaşdıqları özünü göstərir. Məsələn, mövzusu çəki, ölçü, vaxt olan dərsdə ədalət prinsipləri, mizan-tərəzi, heç kəsin haqqını tapdamamaqdan bəhs olunur. Bu, ədalətli hökmdarın rəftarından, zəhmətkeş qarışqa və qayğısız quşa həsr olunmuş dörd kiçik hekayədə özünü daha bariz şəkildə göstərir. Bu dərsdə daş tərəzi elə təsvir edilir ki, ömrü boyu onu görməyən müasir insanın gözləri qarşısında təbii bir mənzərə canlanır. XV dərsdə bayramlar haqda söhbət açılır və Qurban bayramı haqqında məlumat verilir. XVI dərsə iki mənzum əsər, doqquz atalar sözü və bir tapmaca daxil olunub.
XVII-XXIV dərslər
XVII dərsdə tikinti, heyvanat və nəbatat haqqında geniş məlumat verilmiş və bura mövzu ilə sıx bağlılıq təşkil edən dörd kiçik hekayə daxil edilmişdir. XVII dərsdə bir təmsil, bir şeir, iki atalar sözü və beş tapmaca verilib.
İnsanın əzalarına həsr olunmuş XVIII dərsə dörd kiçik hekayə daxil olunub. Onlardan birində kərpicin necə ayaqlanıb düzəldilməsindən söhbət açılır, növbəti iki kiçik hekayədə isə olduqca ibrətamiz, uşaqları düşünməyə sövq edən mövzulardan bəhs olunur. Sonuncu kiçik hekayədə isə insan əzaları məcazi mənada mübahisədə verilir, uşaqların anladıqları tərzdə diqqətə çatdırılır. XVIII dərsə bir təmsil, bir şeir, on doqquz atalar sözü, üç tapmaca və bir yanıltmac daxil edilib.
Növbəti üç dərsdə sosial məsələlərə dair verilmiş ibtidai biliklər sistem halına salınır. XIX dərsdə qohumluq əlaqələrindən söhbət açılır. Dörd kiçik hekayədə övlad-valideyn və ailədaxili münasibətlərdən bəhs olunur. Üçüncü kiçik hekayədə halal zəhmətlə haram gəlir haqqında ibrətamiz bir söhbət açılır. Duzlu-məzəli, lətifə xarakterli sonuncu kiçik hekayə uşaqlarda gülüşlə yanaşı, məntiqlə düşünüb-danışmağın əsaslarına yiyələnməyə kömək edir. XIX dərsə bir təmsil, bir şeir, on iki atalar sözü və bir tapmaca daxil olunub.
XX dərs müsəlman (Azərbaycan) adları adlanır və buraya hikmətamiz üç kiçik hekayə daxil olunub. XX dərsdə iki təmsil, bir nəzm, dörd atalar sözü verilib. XXI və XXIII dərslərdə isə insanın gənclik və ahıllıq çağları, sahib olduqları peşələr haqda bilgilər verilir. Belə ki, verilmiş üç kiçik hekayə XXI dərsə və iki kiçik hekayə XXIII dərsə kənd həyatından, azla kifayətlənmə, artıq tamahın başa bəla gətirdiyindən, kasıbçılıq-zənginlik, bilik öyrənmək üçün olunan səyin nəticə verəcəyi haqqında, həkim peşəsindən, əsgər və zərgər, xəbislik və müdrüklük haqda söhbət açılır. XXI dərsə səkkiz atalar sözü, XXIII dərsə isə bir təmsil, bir şeir, on atalar sözü daxil olunub.
XXII və XXIV dərslər bir növ keçilmiş materalın təkrarı mahiyyətindədir. XXII dərsdə üç, XXIV dərsdə dörd kiçik hekayə verilib. Onların hamısı ibrətamiz xarakter daşıyır, uşaqların həyat təcrübəsinə yiyələnməsinə kömək edir. XXII dərsə bir təmsil, bir nəzm, altı atalar sözü və bir tapmaca daxil olunub, XXIV dərsdə isə bir təmsil, bir atalar sözü verilib.
XXV-XXVI dərslər
XXV dərsdə heyvanların hərəkətləri, çıxartdıqları səslər haqda danışılır. Dərsə salınmış beş kiçik hekayə sırasında sonuncusu yeniyetmələrdə, fikrimizcə, xüsusi maraq oyatmağa yönəlib, burada fizika qanunu uşaqların anladıqları dildə çatdırılır. XXV dərsə bir təmsil, bir münacat, on atalar sözü və üç tapmaca daxil olunub. XXVI dərsdə verilən beş kiçik hekayədə isə psixoloji cəhətcə yaxşılıq və yamanlıq məfhumları haqqında ibtidai sinif şagirdlərində təsəvvürlər yaradılır. XXVI dərsə bir mənzum hekayə, on səkkiz atalar sözü və bir tapmaca daxil olunub.
169-cu səhifədə II hissədə verilmiş tapmacaların cavabları, 170-174-cü səhifələrində isə mündəricat verilib.
Həmçinin bax
Mənbə
- Çernyayevski A.O., Vətən dili, I hissə; Çernyayevski A.O., Vəlibəyov S.H., Vətən dili, II hissə. Faksimil nəşr. Tərtib və transfoneliterasiya edən, ön söz, qeyd və şərhlər, sözlük və cədvəllərin müəllifi: Vüqar Qaradağlı. CBS, Bakı – 2007. 740 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqale boyuk olcude ve ya tamamile tek menbeye esaslanir Movzu ile bagli muzakirelere qosula ve fikirlerinizi bildire bilersiniz Meqaleye etibarli menbeler elave ederek tekmillesdire bilersiniz Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin DerslikIkinci ucuncu sinif sagirdleri ucun nezerde tutulan Veten dili dersliyinin II hissesi 1888 ci ilde A O Cernyayevskinin ve Sefereli bey Velibeyov un tertibinde isiq uzu gorur Tertibciler Veten dili nin II hissesine genis muqeddime yazmislar II hisseye verilen muqeddimede tertibciler qeyd edir ki II hisse esasen K D Usinskinin Rodnoe slovo esasinda qurulub Hemcinin bildirilir ki derslikde islenilen yazi qaydalarinin istifadesinde Mirze Kazim bey Lazar Budaqov ve Mirze Ebulhesen bey Vezirovun eserleri rehber tutulub Bununla yanasi dersliyin yazilisinda muellifler yeni qaydalar ve durgu isareleri tetbiq edibler ki bu haqda muqeddimenin V VII sehifelerinde kifayet qeder behs olunub Hemin muqeddimede Heseneliaga xan Qaradagskinin Qaradaginin xidmetleri xususi olaraq vurgulanir Bu kitabcada derc olunan seir ve nezme dair temsilatin coxusu zemane sairlerinin mohteremi cenab Heseneliaga xan Qaradagskinin insadidir ve temsiller meshur Krilov basnilerinden tercumedir Turk dilinde mubtedilerin quvveyi muderrike ve hafizelerine muvafiq temsilat ve esar cox nadirdir Bu yolda ibtida regbet ve xidmet gosteren ancaq bildiyimize gore Qaradagski cenablaridir Ve lihaza sibyan mektebleri musarileyhin bu zehmetini nezerde tutmalidir Biz dexi bu barede o izzetli ve mohterem cenablara nehayet mertebe rizamendlik ve tesekkur izhar edirik XIX esr Azerbaycan mektebi kitabinda bu haqda deyilir Bu kitabin tertibinde yaxindan istirak edenlerden biri de gorkemli muellim ve sair Heseneliaga xan Qaradagski Qaradagi dir H Qaradagi tertib olunacaq ana dili dersliyine daxil etmek ucun usaq seirleri ve hekayeleri yazib hazirlamagi oz ohdesine goturmus Susada acdigi mektebde bu seir ve hekayeleri tecrubeden kecirmis ve bunlar A O Cernyayevski ile S H Velibeyovun Veten dili II hisse dersliyine daxil edilmisdir 1880 ci ilde Qafqaz tehsil dairesinin tesebbusu ile Azerbaycan dilinde qiraet kitablari tertib etmek ucun Tiflisde kecirilen ziyalilar musaviresinin feal istirakcisi Heseneliaga xan Qaradagski Qaradagi Cernyayevski ile yaxindan tanis olmus ve oz eserlerini yeni tertib olunacaq dersliklere daxil etmek ucun ona gondermeye soz vermisdi Heseneliaga xan Qaradagski Qaradagi vedine emel edir O oz seir ve hekayeleri ile yanasi I A Krilovdan tercume etdiyi 60 a qeder temsili de Qoriye gonderir Qeyd etmek lazimdir ki I A Krilovdan Azerbaycan diline ilk tercume XIX esrin 30 cu illerinde Abbasqulu aga Bakixanov etmisdir O hele Krilovun sagliginda Essek ve Bulbul Osel i Solovej temsilini Ana dilimize cevirmisdir Muqayise ucun deye bilerik ki I A Krilovun temsilleri ermeni diline 1849 cu ilde gurcu diline ise 1860 ci ilde cevrilmisdir Azerbaycan diline I A Krilovun 60 temsilden artiq tercumesi XIX esrin 80 ci illerinde Heseneliaga xan Qaradagski Qaradagi nin qeleminden cixmisdir Gorkemli Azerbacan edebiyyatsunasi Mikayil Refili bu haqda bele yazirdi Xan Qaradagskinin tercumeleri Azerbaycanin medeni heyatinda mustesna rol oynamisdir Onun tercumeleri sayesinde tedris telim edebiyyati sosial cehetden dolgun eserlerle zenginlesmisdir Bu tercumeler sagirdler terefinden mehebbetle oxunub tedris olunur edebi heyatda orijinal bir tezahur kimi qarsilanib menimsenilirdi Qaradagski tercumeni orijinala yaxin terzde vermeye can atirdi Elametdar haldir ki mutercim bezen tekce mezmunu oturmekle deyil atalar sozlerinden el ifadelerinden de faydalanaraq tercumelerinde oz qenaetlerini verirdi bu da oz novbesinde Krilov eserlerinin kvantessensiyasini ifade edirdi Tesadufi deyil ki 1885 ci ilde Ebdurrehim bey Haqverdiyev oz edebi fealiyyetine I A Krilovun Palid ve Esa Dub i Trost temsilinin tercumesi ile baslamisdir Daha sonra Resid bey Efendiyev Mirze Elekber Sabir Abbas Sehhet Abdulla Saiq de Krilov yaradiciligina muraciet etmisler 1938 ci ilde Abdulla Saiqin tercumesinden ibaret I A Krilovun 97 temsili ayrica bir kitab halinda nesr olunmusdur Abdulla Saiqin tercumelerinde seleflerinin ilk kovrek lakin cesaretli tercume cehdlerinin tesiri aciq askar gorunmekdedir Eziz Mirehmedov yazir Azerbaycanin qabaqcil ziyaliarinin A Bakixanov ve Mirze Sefinin Seyid Ezim ve Xan Qaradaginin kecen esrde XIX esrde rus klassiklerinden tercumeler etmek sahesinde basladiqlari necib is XX esrin evvellerinde cox genislenerek oz yeni gozel behrelerini vermekde idi Indi bu isle olkenin en gorkemli yazicilari C Memmedquluzade Sabir E Haqverdiyev A Sehhet U Hacibeyov ve basqalari mesgul idiler Strukturu Veten dili nin II hissesi ilk defe 1888 ilde Tiflisde cap olunub Bu kitab Azerbaycan dilinde 6 rus dilinde 4 sehifelik iki muqeddime iki sehifelik kitabda geden sehvlere duzelisler ve iyirmi alti qismden teskil olunmus 174 sehife derslikden ibaretdir Derslik Bismillahir rehmanir rehim ile baslanir ve muxtelif movzulu yuz alti kicik hekaye iyirmi dord temsil iyirmi iki seir iki yuz yetmis bir atalar sozu altmis iki tapmaca bes letife uc yaniltmacdan teskil olunaraq iyirmi alti qisme derse bolunur Movzunu ozunde ekser hallarda ehate eden her dersin oz adi var I V dersler I ders telim almaq ve oyun oynamaq ucun zeruri levazimata hesr olunub Burada dersin movzusuna uygun olaraq mekteb yazi taxtasi kitab kagiz ve karandasi tesvir eden kicik hekayeler hemcinin ibretamiz Hakim adli kicik hekaye iki menzum eser verilib I derse alti atalar sozu ve alti tapmaca daxil olunub II dersde qab qacaq ve ev esyalari haqda sohbet acilir Verilen uc kicik hekayenin hamisi movzuya uygundur II derse iki temsil on iki atalar sozu ve on tapmaca daxil olunub III dersde yemek ve icki haqda bilgi verilir Burada verilmis bes kicik hekayeden ucu bilavasite movzuya aiddir Qalan iki Tulki ve qurt Qaraci hikmetamiz kicik hekaye ise ders zamani yaranan gerginliyin aradan qaldirilmasina usaqlarin yorulmasinin qarsisinin alinmasina yonelib derse ve umumiyyetle heyata maraq oyadir III derse bir temsil iki letife iyirmi alti atalar sozu iki tapmaca ve bir yaniltmac daxil olunub IV ders geyime hesr olunub Uc kicik hekayeden birincisi bilavasite sonuncusu dolayisi ile dersin movzusuna aiddir Bu sonuncu kicik hekayede ata ogul ogul ata munasibetleri gozel bir terzde tesvir olunub Qurt ve coban adli kicik hekaye dersin movzusuna ilk baxisdan aid deyil lakin o derse ozunemexsusluq getirmekle yanasi hardasa bir nefeslik kimi dersin ortasinda yerlesdirilib IV derse bir menzum hekaye bir temsil yeddi atalar sozu ve bir tapmaca daxil olunub V ders teserrufat aletlerine tikintiye aid mefhumlari aciqlayir Burada olduqca maraqli bes kicik hekaye verilib Birinci uc kicik hekaye bilavasite movzuya aiddir qalan ikisi ise sanki sagirdlerin istirahet etmesi ucun verilib V derse bir nezm on atalar sozu ve bes tapmaca daxil olunub VI XII dersler VI dersden XI dersedek ibtidai sinif sagirdlerine heyvanat haqda melumat verilir VI ders ev ve vehsi heyvanlara VII ders dordayaqli heyvanlar ve quslara hesr olunaraq heresi bes kicik hekayeden tertib olunub ve onlarin her birisi muvafiq olaraq oz movzusuna aiddir Elece de dord kicik hekayeden tertib olunmus etyeyen ve otyeyen heyvanlar baresinde VIII bes kicik hekayesi olan ev ve vehsi quslara hesr olunmus IX derslerdir X ders quslar haqqinda onlarin alici oxuyan ve sudauzen olmalari baximindan yeniyetmelerde tesevvurun yaranmasina yoneldilib buradaki uc kicik hekayeden birincisinin zahiren movzu ile elaqesinin olmamasi nezere carpir Lakin onun ibretamiz olmasi teqdire layiqdir Qalan iki kicik hekaye bilavasite movzuya aiddir Baliqlar ilanlar ve cuci ve heseratlara hesr olunmus XI dersde uc kicik hekaye verilib ki burada agcaqanad hetta deve ve qurbagadan da sohbet acilir VI derse bir temsil iyirmi bir atalar sozu ve bir tapmaca VII derse bir temsil bir seir on uc atalar sozu ve bir tapmaca VIII derse iki temsil sekkiz atalar sozu ve bir tapmaca IX derse bir temsil iyirmi iki atalar sozu ve uc tapmaca X derse iki temsil bir letife bes atalar sozu ve bir tapmaca XI derse iki temsil bir letife sekkiz atalar sozu ve uc tapmaca daxil edilmisdir XII dersde taxil guller agaclar haqda melumat verilir bir sozle bu dersler tebietsunasliq elmine bir nov giris xarakteri dasiyir Onu da qeyd edek ki bu dersler muxtelif movzulara dair kicik hekayeler temsiller seirler atalar sozu tapmacalar yaniltmaclarla musayiet olunur ki bunun da verilmesi Ana diline mehebbet maraq asilayir Bununla da sozu geden dersliyin ne derecede ince pedaqogika elmi baximindan ne derecede dogru tertib olunmasi gozler onune serilir Bu metodikaya sadiqlik diger derslerde de ozunu gosterir XII dersde dord kicik hekaye teqdim olunur Onlardan ilk ucu movzu ile six bagliliq teskil edir dorduncusu ise ibret xarakteri dasiyaraq sagirdlere bir nov heyat tecrubesi asilayir Bu derse uc seir on yeddi atalar sozu ve alti tapmaca daxil olunub XIII XVI dersler XIII ders yuxaridaki tebietsunasliga ekskursun davami hesab edile biler Burada insanlar heyvanat nebatat haqda sohbet davam edir hemcinin adamlar haqqinda sohbet gedende bu ders psixologiya fennini xatirladir Tebii servetler haqda da tesevvur bu dersin movzularindan biridir XIII derse alti kicik hekaye salinib ve onlarin her birisi movzu ile six baglidir XIII derse iki temsil bes atalar sozu uc tapmaca ve bir yaniltmac daxil olunub XIV ders cografiya elmi haqqinda ibtidai biliklerle tanis edir Burada heftenin gunleri gece ve gunduz haqqinda sohbet acilir Verilen bes kicik hekaye ise muxtelif movzulardadir XIV derse bir seir alti atalar sozu ve iki tapmaca daxil olunub Cografi anlamlari bir qeder de genislendirerek XV ders movsumler aylar barede hemcinin bayramlar haqqinda tesevvur yaradir Dord kicik hekayenin sonuncusu orucluga hesr olunub XV derse bir seir bir letife alti atalar sozu ve iki tapmaca daxil olunub XVI ders pul ve onunla yanasi olduqca maraqli movzuya ceki olcu ve vaxta hesr olunub Bu dersde verilen dord kicik hekayede tertibcilerin dersliye ne derecede hessas yanasdiqlari ozunu gosterir Meselen movzusu ceki olcu vaxt olan dersde edalet prinsipleri mizan terezi hec kesin haqqini tapdamamaqdan behs olunur Bu edaletli hokmdarin reftarindan zehmetkes qarisqa ve qaygisiz qusa hesr olunmus dord kicik hekayede ozunu daha bariz sekilde gosterir Bu dersde das terezi ele tesvir edilir ki omru boyu onu gormeyen muasir insanin gozleri qarsisinda tebii bir menzere canlanir XV dersde bayramlar haqda sohbet acilir ve Qurban bayrami haqqinda melumat verilir XVI derse iki menzum eser doqquz atalar sozu ve bir tapmaca daxil olunub XVII XXIV dersler XVII dersde tikinti heyvanat ve nebatat haqqinda genis melumat verilmis ve bura movzu ile six bagliliq teskil eden dord kicik hekaye daxil edilmisdir XVII dersde bir temsil bir seir iki atalar sozu ve bes tapmaca verilib Insanin ezalarina hesr olunmus XVIII derse dord kicik hekaye daxil olunub Onlardan birinde kerpicin nece ayaqlanib duzeldilmesinden sohbet acilir novbeti iki kicik hekayede ise olduqca ibretamiz usaqlari dusunmeye sovq eden movzulardan behs olunur Sonuncu kicik hekayede ise insan ezalari mecazi menada mubahisede verilir usaqlarin anladiqlari terzde diqqete catdirilir XVIII derse bir temsil bir seir on doqquz atalar sozu uc tapmaca ve bir yaniltmac daxil edilib Novbeti uc dersde sosial meselelere dair verilmis ibtidai bilikler sistem halina salinir XIX dersde qohumluq elaqelerinden sohbet acilir Dord kicik hekayede ovlad valideyn ve ailedaxili munasibetlerden behs olunur Ucuncu kicik hekayede halal zehmetle haram gelir haqqinda ibretamiz bir sohbet acilir Duzlu mezeli letife xarakterli sonuncu kicik hekaye usaqlarda gulusle yanasi mentiqle dusunub danismagin esaslarina yiyelenmeye komek edir XIX derse bir temsil bir seir on iki atalar sozu ve bir tapmaca daxil olunub XX ders muselman Azerbaycan adlari adlanir ve buraya hikmetamiz uc kicik hekaye daxil olunub XX dersde iki temsil bir nezm dord atalar sozu verilib XXI ve XXIII derslerde ise insanin genclik ve ahilliq caglari sahib olduqlari peseler haqda bilgiler verilir Bele ki verilmis uc kicik hekaye XXI derse ve iki kicik hekaye XXIII derse kend heyatindan azla kifayetlenme artiq tamahin basa bela getirdiyinden kasibciliq zenginlik bilik oyrenmek ucun olunan seyin netice vereceyi haqqinda hekim pesesinden esger ve zerger xebislik ve mudrukluk haqda sohbet acilir XXI derse sekkiz atalar sozu XXIII derse ise bir temsil bir seir on atalar sozu daxil olunub XXII ve XXIV dersler bir nov kecilmis materalin tekrari mahiyyetindedir XXII dersde uc XXIV dersde dord kicik hekaye verilib Onlarin hamisi ibretamiz xarakter dasiyir usaqlarin heyat tecrubesine yiyelenmesine komek edir XXII derse bir temsil bir nezm alti atalar sozu ve bir tapmaca daxil olunub XXIV dersde ise bir temsil bir atalar sozu verilib XXV XXVI dersler XXV dersde heyvanlarin hereketleri cixartdiqlari sesler haqda danisilir Derse salinmis bes kicik hekaye sirasinda sonuncusu yeniyetmelerde fikrimizce xususi maraq oyatmaga yonelib burada fizika qanunu usaqlarin anladiqlari dilde catdirilir XXV derse bir temsil bir munacat on atalar sozu ve uc tapmaca daxil olunub XXVI dersde verilen bes kicik hekayede ise psixoloji cehetce yaxsiliq ve yamanliq mefhumlari haqqinda ibtidai sinif sagirdlerinde tesevvurler yaradilir XXVI derse bir menzum hekaye on sekkiz atalar sozu ve bir tapmaca daxil olunub 169 cu sehifede II hissede verilmis tapmacalarin cavablari 170 174 cu sehifelerinde ise mundericat verilib Hemcinin baxVeten dili I hisse MenbeCernyayevski A O Veten dili I hisse Cernyayevski A O Velibeyov S H Veten dili II hisse Faksimil nesr Tertib ve transfoneliterasiya eden on soz qeyd ve serhler sozluk ve cedvellerin muellifi Vuqar Qaradagli CBS Baki 2007 740 seh