Urmiya xanlığı — 1747 və 1868/1869-cu illər arasında, mərkəzi Urmiya şəhəri olmaqla, Cənubi Azərbaycanın qərbində yerləşmiş ən nüfuzlu xanlıqlardan biri.
Xanlıq | |
Urmiya xanlığı | |
---|---|
خانات ارومیه | |
| |
| |
Paytaxt | Urmiya |
Dilləri | Azərbaycan dili, fars dili |
Rəsmi dilləri | Azərbaycan dili, fars dili |
Dövlət dini | İslam (Şiəlik) |
Əhalisi | azərbaycanlılar |
İdarəetmə forması | Mütləq monarxiya |
Sülalə | Əfşar eli |
Xan | |
• (1747-1763) | Fətəli xan Əfşar (ilk) |
• (1821-1865) | Nəcəfqulu xan Qasımlı Əfşar (son) |
Tarixi
Urmiya xanlığının tarixini ilk dəfə mərhum tarixçi Hüseyn Dəlili əsasən farsdilli mənbələrə əsaslanaraq tədqiq etmişdir.
Xanlığın əsasını Nadir şah Əfşar'ın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan Əfşar qoymuşdu. O, hətta Nadir şahın sərkərdəsi olan Azad xanı da öz tərəfinə çəkə bilmişdi. Bundan sonra, o, mərkəzləşdirmə siyasətini həyata keçirməyə başladı. İlk olaraq Təbrizə hücum etdi, Təbriz asılı hala salındı və Təbrizi paytaxt etdi. Daha sonra Xoy xanı Şahbaz xan da Fətəli xanla ittifaq bağlamağa məcbur oldu. Bundan sonra isə Qaradağ, Marağa və Sərab xanlıqları Urmiya xanlığından asılı vəziyyətə salındı. O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən İrəvan xanlığı üzərinə göndərdi. İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən kömək istədi. II İrakli Qazax və Borçalı azərbaycanlılarından topladığı ordunu Mir Mehdi xana köməyə göndərdi.Azad xan geri oturduldu. Beləliklə, Fətəli xan Əfşar Maku və Ərdəbil xanlıqları istisna olmaqla, bütün Cənubi Azərbaycan xanlıqlarına öz hakimiyyətini yaya bilmişdi.
Urmiya xanlığının hökmdarı Fətəli xan Əfşar Nadir şah Əfşarın ən yaxın adamlarından biri idi və Əfşarlar tayfasına mənsub idi. Fətəli xan Əfşar Cənubi Qafqazın tutulması və İranda ali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə müxtəlif xanlıqlara müttəfiqlik haqqında müraciətnamələr göndərildi. İrəvan xanlığına hücum uğursuz olduqda hücum istiqaməti Gürcüstana yönəldi. Çar II İrakli məğlub edildi.
Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bildi (1752). İranın şimalında möhkəmlənən Məhəmmədhəsən xan Qacarla mübarizə çətin oldu. Məhəmmədhəsən xan onun Kərim xan Zəndlə müharibəsindən istifadə edərək Gilanı tutan Fətəli xanı oranı tərk etməyə məcbur etdi. Bununla kifayətlənməyərək Təbrizi, sonra isə Urmiyanı tutdu (1757). Yalnız Məhəmmədhəsən xanın öldürülməsilə asılılıqdan qurtulmaq mümkün oldu (1759). Fətəli xan Təbrizə qayıtdı və hakimiyyətini möhkəmləndirdikdən sonra Qarabağa hücum etdi və onu asılı vəziyyətə saldı (1759).
Məhəmmədhəsən xandan sonra İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Urmiyanı 1763-cü ildə 9 ay mühasirədə saxlayır. Nəhayət Urmiya xanlığını tutan Kərim xan Zənd Fətəli xan Əfşarı Şiraz qonaqlığında edam etdirir.
Kərim xan Zəndin ölümü ilə xanlıq yenidən müstəqil siyasət yeritməyə başladı.
Bu zaman Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan Urmiyalı Əli xanı yanına çağırıb gözlərini çıxartdı. Ağa Məhəmməd xanın çəkilməsindən sonra İmamqulu xan hakim seçildi. O, Sərablı Əli xan Şəqaqi ilə Xoylu Əhməd xana qarşı ittifaq bağladı. Müttəfiqlər Təbriz yaxınlığındakı döyüşdə məğlub oldular. Əmiraslan xan Əfşar Urmiyaya hakim təyin edildi, lakin onun xanlığı uzun çəkmədi. Məhəmmədqulu xan yeni hakim təyin olundu. Ağa Məhəmməd xanın hücumundan sonra Uşnu qalasına çəkildi. Qacarın ölümü ilə müstəqilliyini bərpa edən xanlıq, İran taxtına çıxan Fətəli şaha tabe oldu.
Ərazisi
Azərbaycanın ən qədim və ən böyük vilayətlərindən biri olan Urmiya xanlığı şimalda Salmas, şərqdə Urmiya gölü, cənubda Gürcüstan, qərbdə Türkiyə və İranla həmsərhəd idi. Xanlığın şərqində yerləşən Urmiya gölünün əyalət üçün böyük strateji, iqtisadi və siyasi əhəmiyyəti vardı. Bu göl vasitəsilə Azərbaycanın digər cənub xanlıqları ilə ticarət əlaqələri qurulmuşdu. Urmiya əyaləti Urmiya gölünün sahilləri istisna olmaqla, hər tərəfdən böyük dağ silsilələri ilə əhatə olunmuşdur. Urmiyada dağ torpaqlarının yuxarı hissəsi daha çox qara torpaqla örtüldüyündən burada quru əkinçilik məhsullarının becərilməsi üçün çox əlverişli şərait var idi. Sərhəd dağlarının bəzilərinin səthi ilin bütün fəsillərində qarla örtü olurdu. Bu da, vilayətin suya olan tələbatını tamamilə ödəmiş, kiçik çayların və dərələrin yaranmasına səbəb olmuşdur.
Kənd təsərrüfatı və əkinçilik
Urmiya xanlığının torpağını təbii quruluşuna görə iki hissəyə ayırmaq daha doğru olar. Bunlardan biri mülayim hava və suvarma sisteminə malik geniş ova və düzənliklər, digəri isə əsasən yağış və qar suları ilə suvarılan nisbətən sərt hava şəraitinə malik dağlıq rayonlardır. Xanlığın həm geniş düzənliklərində, həm də dağlıq mahallarında taxılçılıq geniş şəkildə inkişaf etmişdir.
Torpağı daha münbit olan xanlıqda ilin iki fəslində (payız və yay) buğda əkilirdi. Urmiya xanlığında geniş yayılmış əsas buğda növlərindən başqa “mudik”, “dəvədiş”, “qaraqılçıq”, “sümüksüz” və s. nadir buğda və arpa sortları yetişdirilirdi.
Xanlıq ərazisində həmçinin düyü, paxla, lobya, mərcimək, darı, qarğıdalı kimi dənli bitkilər geniş becərilirdi.
Xanlığın torpağı və iqlimi tütünçülük üçün əlverişli olduğundan onun istehsalı da geniş yayılmışdı. Üşnü mahalında tez-tez 1 ha sahədən 700 kq-dan çox tütün əldə edilirdi.
Xanlıqlarının kənd təsərrüfatında pambıqçılıq və ipəkçilik də müəyyən yer tuturdu. Xanlıqlar dövründə pambıq, ipək istehsalı Urmiya, Marağa və Ərdəbil xanlıqlarında daha geniş yayılmışdı.
Bağçılıq və bostançılıq xanlıq əhalisinin əsas məşğuliyyətlərindən biri idi. Burada üzümçülüyün inkişafı şərabçılıq sahəsinin inkişafına müsbət təsir göstərmişdi və nəticədə xanlıq bütün regionda şərab istehsalında ilk pillədə idi.
Urmiya xanlığının torpaqlarının çox hissəsini çəmənliklər və otlaqlar əhatə edirdi. Müvafiq olaraq burada əkinçiliklə yanaşı, heyvandarlıq da əhalinin məşğuliyyətlərindən biri idi. Bəzi mənbələrdə heyvandarlıqla əlaqəli aşağıdakı statisikalar verilmişdir: Urmiyada 16900 baş at, 13200 baş ayğır, 26300 baş eşşək, 4400 baş qatır, 33700 baş inək və öküz, 3.685.000 baş qoyun, 1.420.500 baş keçi varidi. Vilayətdə arıçılıq, ipəkçilik, toyuqçuluq da geniş yayılmış məşğuliyyət sahələrindən idi.
Xanlığın inzibati quruluşu
Xanlıq mərkəz Urmiya şəhərindən və mahallardan ibarət idi. Mahallar nahiyələrə, nahiyələr kəndlərə, obalara bölünürdü. Xanlıq dönəmindən əvvəl mövcud olmuş inzibati-ərazi quruluşu xanlıqlar dövründə də olduğu kimi saxlanmışdı.
Dol mahalı - Urmiya vilayətinin inzibati-ərazi vahidlərindən biri də Dol mahalıdır. Dоl mahalının ərazisi Qaşqagədikdən Xantavusa qədərdir. Mahal qərbdən Kurd, Meh dağları, şimaldan Baranduz mahalı ilə həmsərhəd idi. Mahalın tabeliyində Rəşki-Sultanava, Pirəli, Kamanə, Nizava, Nara, Оğul Daşağıl, Birinci Kənan, İkinci Kənan, Bərdəxоş, Nazlı, Papaz, Zivə, Carava, Şеytanava, Samurta, Xudrava, Dölə, Dördbənd, Talava, Cuşbər, Balıstan, Xan, Tavus və Təzəkənd kəndləri var idi.
Nazlı mahalı - Mahal şimaldan Ənzəl, şərqdən Urmiya gölü, cənubdan Sumay, qərbdən isə Urmiyanın özü ilə həmsərhəd idi. Markəzi Saatlı qəsəbəsi idi. Nazlı mahalında Avşar elinin Kuhgiluyəli (Kəhgəhli) oymağı ya- şam sürürdü.
Rövzə mahalı - şimaldan Sumay, şərqdən Nazlı, cənubdan Tərgəvər, qərbdən Urmiya ilə sərhədlənir. Rövzə mahalına 25 böyük və kiçik kənd bağlı idi. Kəlbəli sultan Qasımlı elin Qırxlı оymağını Rövzə çayının sahilində yеrləşdirmişdi.
Sulduz mahalı - Urmiya gölünün cənubunda yerləşən mahal öz adını XIII əsrdə monqollarla Azərbaycana gəlmiş Sulduz ulusundan alıb. Mahal cənub tərəfdən Firəngi dağları ilə əhatə edilmişdi. Qədimdə burada Aysoru tayfaları yaşayırdı. Mahal Avşar eli tərəfindən idarə olunurdu.
Baranduz mahalı - Mahall öz adını Bəradost tayfalarından alıb. V. Minorski Bəradost tayfası haqqında yazır: “Bəradostlar dövri: “Aləm-araya” görə, Şah Təhmasib zamanında Urmiyada böyük əmirlər vali olarkən Şahsevən kimi tanınan Bəradost tayfası Kara Tac, Tərgəvər ilə Mərgəvəri almış idi.“ Mahal cənubdan Tərgəvər, şərqdən Urmiya mahalları şimaldan Balaşan yüksəkliyi, qərbdən Şəkən bulağı, Dilavan və Nuşirəvan gədiyi ilə həmsərhəddir. Mahalın kəndləri dağ ətəklərində və düzənliklərində yerləşmişdi.
Ənzəl mahalı - bu mahal bəzi mənbələrdə Qarabağ da adlanır. Ənzəl mahalı şimaldan Salmas, şərqdən Urmiya gölü, cənubdan Sumay mahalı və qərbdən Baranduz çayı ilə həmsərhəddir. Mahal I Şah Abbas dövründən (1611-ci ildən) başlayaraq, xanlıqlar dövrünədək Yəhya bəy və daha sonra onun nəsli tərəfindən irsi olaraq soyurqal və tiyul hüququ əsasında idarə edilirdi.
Sayınqala mahalı - günümüzdə Şahindej adlanır. Mahal Marağanın cənub-şərqində yerləşirdi və şimaldan Əcirli, Çahardоl mahalları, cənubdan Saqqız mahalı, şərqdən Tikab mahalı, qərbdən Bоkan mahalı ilə həmsərhəd idi.
Üşnü mahalı - şimaldan Urmiya, şərqdən Sulduz, qərbdən Qasımlı dərəsi ilə həmsərhəddir.Üşnü ümumiyyətlə dağlıq yerdir. Lakin onun əsas kəndləri mahalın mərkəzində uzanan düzənlikdə yerləşir. Qaradağ və Kəlləşin dağları arasındakı dərələrdən axan Əlixan və Ağçay bu düzənliyə tökülür. Mahalın mərkəzi Üşnü şəhəridir.
Dəşt mahalı - cənubdan Mərgəvər, şərqdən Urmiya gölü, şimaldan Bərrə, Rövzə, qərbdən Mirşeyxi və Zərinə çayları ilə həmsərhəd idi. Mahalın ərazisi əsasən dağlıq və təpəlikdən ibarətdir.
Mərgəvər mahalı - Şəmdinan, Ovsi, Qəsəbəli kəndləri və Bərdəsur mahalı ilə həmsərhəd idi. Mahalın ərazisi əsasən dağlıqdır. Onun ən böyük düzənliyi uzunluğu 5 və eni 1, 5 mil olan ovalıqdır. Məşhur Dumdum qalası Mərgəvər mahalında yerləşirdi.
Tərgəvər mahalı - Cənubdan Dəşt, şərqdən Urmiya mahalları, şimaldan Nazlı çayı, qərbdən Mərgəvərlə həmsərhəd idi. Mahalın əsas düzənliyi Deyr dərəsindən başlayaraq şimal-şərqə-Bərdərəş və Ərzin qalalarına qədər geniş məsafədə uzanır. Mahalın ərazisi Nazlı çayından ayrılan və Meşgin adı daşıyan qolun suyu ilə təmin edilirdi. Məhəmmədqulu xan Avşarın hakimiyyəti dönəmində Tərgəvər mahalının naibi İbrahim xan idi.
Sumay mahalı - Cənubdan Baranduz, şərqdən Urmiya, şimaldan Salmas mahalı, İskəndər və Sultan adlı kiçik dağlarla həmsərhəd idi. Mahal dağlıq sahə olduğu üçün onun sakinləri əsasən maldarlıqla məşğul olurdular. Eyni zamanda burada əkinçiklik də yayılmışdır.
Bərdəsur mahalı - Mərgəvər, Şəmdinan, Urmiya və Tərgəvər mahalları ilə əhatə edilmişdi. Onun inzibati mərkəzi yüzdən artıq evi olan Bərdəsur kəndi idi. Bu qala yerli hakimlərin iqamətgahı idi. Qalada dövlət işləri ilə məşğul olan hissə “Ələmlik”, yerli hakimin ailəsinin yaşadığı hissə isə “Hərəmlik” adlanırdı.
Bəykişili mahalı - Xanlığın kiçik mahallarından biri olan Bəykişili şimaldan Nazlı çayı, şərqdən Urmiyə gölü, cənubdan Urmiya mahalı, qərbdən Baranduzla həmsərhəddir. Mahal öz adını Avşar elinin Bəykişili oymağından alıb. Bəykişili oymağı əsasən Urmiya bölgəsində köç-düşlə məşğul id. Tarixi ədəbiyyatda bəzən Bəgəşli, Bəgişli kimi də yazılır.
Təkab mahalı - Marağa xanlığının cənub-şərqində yerləşən ən böyük mahallardan biri idi. O, şimaldan Sərəs, Qaraağac, cənubdan Miranşah, şərqdən Ənguran, qərbdən Sayınqala mahalları ilə həmsərhəd idi. Mahalın ərazisi dağlıqdır.
Qoşaçay və ya Miyandab mahalı - Mahal Marağanın cənub-qərbində, Urmiya gölünün sahilində və tam düzənlikdə yerləşmişdir. O, şimaldan Kavdil kəndi, cənub- dan Tatau, şərqdən Cığıtı və qərbdən Urmiyə gölü ilə həmsərhəd idi.
Sovucbulaq mahalı - Bu mahal hazırda Mahabad adlanır. Qədim zamanlardan Urmiya vilayətinə tabe idi. Bu bölgədə Mükri, Məməş, Dehbokri, Məngur və Gəvrək tayfaları yaşayır.
Urmiya mahalı - Urmiya mahalının inzibati mərkəzi Urmiya şəhəri idi. Şəhər əhalisinin suya olan ehtiyacı Urmiya və yaxud «Şəhər» çayı adlanan çay vasitəsilə təmin edilirdi. Əhalinin əsas peşəsi bağçılıq, xüsusilə üzümçülük, sənətkarlıq, ticarət, əkinçilik və maldarlıq idi. Xanlıqlar dövründə şəhər qalın və möhkəm daş hasarla əhatə edilmişdir. Qala divarlarının ətrafında geniş və dərinxəndəklər qa- zılmışdı. Şəhə daxil olmaq üçün qala divarlarında Torpaqqala, Hazaran, Bazarbaş, Şah Yurdu (Yurte-şah), Hindi, Məşəd, Ərk, adlı darvazalar var idi.
Sosial-iqtisadi vəziyyət
Torpaq mülkiyyət formaları
Xanlıq idarəçiliyi aqrar münasibətlərdə mühüm dəyişikliklər etmədi. Səfəvi dövlətinin bütün ərazisində, o cümlədən Urmiyada da torpaqlar dövlət (divan), xassə və ya xalisə, feodalların xüsusi mülkiyyəti (mülk), dini idaralər və ruhani torpaqları (vəqf) va kənd icmalarının torpaqlarına (camaat torpağı) bölünürdü.
- Divan torpaqları. Urmiya xanlığında dövlətə bağlı оlan tоrpaqlar divani və ya xəzinə tоrpağı adlanırdı. Bu tоrpaqların gəliri bütövlükdə xəzinəyə çatırdı. Belə torpaq mülkiyyəti «divani» adlanırdı. Lakin əvvəlki əsrlərdən fərqli olaraq XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqlarında dövlət torpaqları tədricən əvvəlki əhəmiyyətini itirərək bir növ xanın şəxsi mülkiyyətinə çevrilmişdi.
- Xalisə torpaqları. XVIII-XIX əsrdə Urmiyada vilayətin məhsuldar torpaqlarının yerləşdiyi ərazilərdə bir çox xalisə torpağı mövcud idi. Əfşar xanları müstəqil hakimlik dövründə bir çox ərazini tutub öz mülkləri kimi istifadə etmişdi. Xanlığın xalisə torpaqlarına 63 kənd daxil idi. Bu vilayətdəki kəndlərin 18% ni təşkil edirdi.
- Mülk və ya Ərbabi torpaqları. Atalardan miras qalmış, heç bir şərtə tabe tutulmayan torpaq sahələri, su kanalları, meşələr, otlaqlar və s. dən ibarət idi. Mülk sahibinə mülkədar və ya ərbab deyiilirdi. Orta əsrlərdə Urmiyada kəndlilərin çalışdığı torpaqların 40% mülkədarların əlində idi. Bu sahibkarlar arasında ən iri torpaq sahibləri Əşfar bəyləri idi.
- Tiyul torpaqları. Göstərdiyi xidmət qarşılığında mərkəzi hakimiyyət tərəfindən verilən torpaq mülkiyyəti. Tiyul sahibinin onu satmaq və bağışlamaq hüququ yoxidi. Hədiyyə kimi verilən bu torpaqlar əsasən qonşu vilayətlərdən ələ keçirilən və ya itaət etməyən mülkədarlardan alınan torpaqlar idi.
- Vəqf torpaqları. Məscid, ibadət məkanı, ocaq və s kimi müxtəlif dini qurum və quruluşlara məxsus torpaqlar. Vəqf torpaqların mülkiyyəti nəsildən nəsilə ötürülürdü. Adətən bu torpaqda işləyən kəndlilər məhsulun 1/10 hissəsini öz sahibinə verməli idisə Urmiya xanlığında din adamları məhsulun 4/10 hissəsini mənimsəyirdilər.
- İcma torpaqları. Əsasən vilayətin uc və dağlıq bölgələrində yerləşən, ümumi əhaliyə məxsus torpaqlar.
Vergilər
Azərbaycanın digər xanlıqlarında olduğu kimi Urmiya xanlığında da vergi və mükəlləfiyyətlər eyni idi. Urmiya xanlığında isə kəndli həyətlərinin böyük hissəsinin yеrləşdiyi mülkədar kəndlərində rəiyyətlərindən bəhrənin bir hissəsi kimi buğda və arpanın 1/10-i, darğalıq, bağbaşı vеrgiləri mülkədarın, bəhrənin digər hissəsi-salyana vеrgisi, taxıl və ya pul şəklində еvbaşı təyin еdilən оtaq xərci, ixracat (xan qоşunun saxlanmasına sərf еdilən)-digər vеrgi və yığımlar xan xəzinəsinin xеyrinə yığılırdı.
- Malcəhət - vergisi məhsulun onda birindən ibarət idi. Əgər torpaq mülk sahibini toxum və kənd təsərrüfatı texnikası ilə əkilmişsə bu verginin miqdarı beşdə birə qalxırdı. Bağ və bostanın məhsulundan “malcəhət” vergisi üçdə bir nisbətində idi. Hər on ailə ağaya, yaxud bəyə bir kişi və hər on beş ailə bir qadın xidmətçi verməyə borclu idi. Məhsuldan verilən “malcəhət” vergisi torpaq sahibinin anbarına və ya göstərdiyi yerə məcburi olaraq əkinçilər tərəfindən daşınmalı idi.
- Bağdari - şəhərə gələn tacirlərdən "ayaq basdı" pulu kimi alınan vergi idi. Urmiya xanlığına daxil olac tacirlər 2 tümən bağdari verməli idilər.
- Avraz - adlandırılan və mülkədarın torpağının iki gün ərzində kənd əkinçiləri tərəfindən kollektiv surətdə əkilməsini nəzərdə tutan xanlıq dövründən qalma icbar yenə də qüvvədə idi. Kəndlilər bu məcburi işi də yerinə yetirməli idilər.
- Çöpbaşı - adıyla tanınan və otlaqlara aid olan xanlıq döv- ründən qalma vergi kəndlilər tərəfindən yerinə yetirilir və ödənilirdi. Mülkədarın torpağında müvəqqəti olaraq yaşayan köçəri əkinçilər ailə başına dörd manat ödəməli idilər.
Kəndlilər feodal və torpaq sahibləri üçün etməli olduqları məcburi əmək mükəlləfiyyəti biyar adlanırdı. Adətən Azərbaycanın digər xanlıqlarında xristianlar hərbi mükəlləfiyyətlərdən azad olsalar da, Urmiya xanlığında bu hal istisna idi. 1784-cü ildə İmamqulu xan Əfşarın əmri ilə xristianlar da hərbi mükəlləfiyyətlərə tabe tutuldular.
Əhalinin sosial tərkibi mülkədarlar, məaflar, rəiyyət, rəncbərlər olmaqla bir neçə qrupa bölünürdü. Urmiya xanlığında mülkədar zümrəsinə başda xan оlmaqla, оğulları, qızları, qоhum-əqrəbaları, vəzirlər, ali ruhanilər, məliklər, naiblər, sultanlar, bəylər, ağalar, bir sözlə tiyulu, sоyurqalı оlan bütün fеоdallar daxil idilər.
Vеrgidən azad şəxslərə məaflar dеyirdilər.
Kəndli təbəqəsi rəiyyət adlanırdı. Urmiya xanlığında iki qrup rəiyyət vardı. Birincisi dövlətə, divana (xəzinəyə) vеrgi ödəyən rəiyyətlər. İkinci qrup rəiyyətlər asılı оlduqları mülkədarlara ödənc vеrirdilər.
Xanlıq dönəmində maliklərin, mülkədarların mülklərində çalışıb müəyyən pay alan kəndli zümrəsi də vardı ki, оnlar rəncbər adlanırdılar.
Hakimləri
1. | Fətəli xan Əfşar | 1747—1748 | |
2. | 1748—1749 | ||
3. | Azad xan Əfqan | 1749-1757 | |
4. | Fətəli xan Əfşar (yenidən) | 1757—1762 | |
5. | 1762-1763 | ||
6. | 1763 | ||
7. | Rzaqulu xan Əfşar | 1763-1772 | |
8. | İmamqulu xan Əfşar | 1772-1783 | |
9. | Məhəmmədqulu xan Əfşar | 1784-1795 | |
10. | Qasım xan Əfşar | 1795-1796 | |
11. | Mustafaqulu xan Əfşar | 1796-1797 | |
12. | Məhəmmədqulu xan Əfşar (yenidən) | 1797 | |
13. | Hüseynqulu xan Əfşar | 1797-1821 | |
14. | Nəcəfqulu xan Əfşar | 1821-1865 |
İstinadlar
- "Urmiya xanlığı Ens.az". 2021-09-18 tarixində . İstifadə tarixi: 2020-05-29.
- . 2009-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-06.
- Azərbaycan tarixi III cild, 2007. səh. 383
- Dəlili, 1967. səh. 30
- Dəlili, 1967. səh. 78
- Azərbaycan tarixi III cild, 2007. səh. 402
- Dəlili, 1967. səh. 84
- Çingizoğlu, 2013. səh. 25
- Məmmədova, 2002. səh. 195
- Çingizoğlu, 2013. səh. 28
- Məmmədova, 2002. səh. 197
- Çingizoğlu, 2013. səh. 30
- Çingizoğlu, 2013. səh. 33
- Çingizoğlu, 2013. səh. 35
- Çingizoğlu, 2013. səh. 37
- Çingizoğlu, 2013. səh. 38
- Çingizoğlu, 2013. səh. 39
- Çingizoğlu, 2013. səh. 40
- Çingizoğlu, 2013. səh. 41
- Çingizoğlu, 2013. səh. 42
- Məmmədova, 2002. səh. 189
- Çingizoğlu, 2013. səh. 43
- Çingizoğlu, 2013. səh. 162
- Dəlili, 1967. səh. 116
- Məmmədova, 2002. səh. 190
- Məmmədova, 2002. səh. 191
- Dəlili, 1967. səh. 120
- Çingizoğlu, 2013. səh. 164
- Azərbaycan tarixi III cild, 2007. səh. 404
- Çingizoğlu, 2013. səh. 161
- Məmmədova, 2002. səh. 196
- Çingizoğlu, 2013. səh. 160
- Azərbaycan tarixi III cild, 2007. səh. 403
Həmçinin bax
Mənbə
- N.C. Mustafayeva. Cənubi Azərbaycan xanlıqları. Bakı. 1995.
- Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, səh. 139-140
- Ənvər Çingizoğlu, Bəhram Məmmədli. Urmiya xanlığı (PDF). Bakı: SDU nəşriyyatı. 2013. səh. 188.
- Hüseyn Dəlili. Urmiya xanlığının tarixi oçerki (XVIII əsrin II yarısı XIX əsrin 30-cu illərində) - Namizədlik disserasiyası. Bakı. 1967.
- Hüseyn Dəlili. Azərbaycanın cənub xanlıqları (XVIII əsrin ikinci yarısında). Bakı: "Elm". 1979.
- Gövhər Məmmədova. Urmiya xanlığı. Ankara: Türklər jurnalı. 2002. səh. 133-148.
- Süleyman Əliyarlı. Azərbaycan tarixi uzaq keşmişdən 1870-ci ilə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1995.
- Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Urmiya xanligi 1747 ve 1868 1869 cu iller arasinda merkezi Urmiya seheri olmaqla Cenubi Azerbaycanin qerbinde yerlesmis en nufuzlu xanliqlardan biri XanliqUrmiya xanligiخانات ارومیهUrmiya xanligi 1747 1865Paytaxt UrmiyaDilleri Azerbaycan dili fars diliResmi dilleri Azerbaycan dili fars diliDovlet dini Islam Sielik Ehalisi azerbaycanlilarIdareetme formasi Mutleq monarxiyaSulale Efsar eliXan 1747 1763 Feteli xan Efsar ilk 1821 1865 Necefqulu xan Qasimli Efsar son TarixiUrmiya xanliginin tarixini ilk defe merhum tarixci Huseyn Delili esasen farsdilli menbelere esaslanaraq tedqiq etmisdir Xanligin esasini Nadir sah Efsar in emisi oglu Efsar tayfasindan olan Feteli xan Efsar qoymusdu O hetta Nadir sahin serkerdesi olan Azad xani da oz terefine ceke bilmisdi Bundan sonra o merkezlesdirme siyasetini heyata kecirmeye basladi Ilk olaraq Tebrize hucum etdi Tebriz asili hala salindi ve Tebrizi paytaxt etdi Daha sonra Xoy xani Sahbaz xan da Feteli xanla ittifaq baglamaga mecbur oldu Bundan sonra ise Qaradag Maraga ve Serab xanliqlari Urmiya xanligindan asili veziyyete salindi O 1751 ci ilde Azad xani onunla ittifaqdan imtina eden Irevan xanligi uzerine gonderdi Irevan xani Mir Mehdi Kartli cari II Irakliden komek istedi II Irakli Qazax ve Borcali azerbaycanlilarindan topladigi ordunu Mir Mehdi xana komeye gonderdi Azad xan geri oturduldu Belelikle Feteli xan Efsar Maku ve Erdebil xanliqlari istisna olmaqla butun Cenubi Azerbaycan xanliqlarina oz hakimiyyetini yaya bilmisdi Urmiya xanliginin hokmdari Feteli xan Efsar Nadir sah Efsarin en yaxin adamlarindan biri idi ve Efsarlar tayfasina mensub idi Feteli xan Efsar Cenubi Qafqazin tutulmasi ve Iranda ali hakimiyyet ugrunda mubarizeye de xususi ehemiyyet verirdi Bu meqsedle muxtelif xanliqlara muttefiqlik haqqinda muracietnameler gonderildi Irevan xanligina hucum ugursuz olduqda hucum istiqameti Gurcustana yoneldi Car II Irakli meglub edildi Feteli xan Iranda ali hakimiyyet ugrunda mubarize aparan Kerim xan Zendin uzerinde qalib geldikden sonra hakimiyyetini Merkezi ve Qerbi Irana yaya bildi 1752 Iranin simalinda mohkemlenen Mehemmedhesen xan Qacarla mubarize ce tin oldu Mehemmedhesen xan onun Kerim xan Zendle muharibesinden istifade ederek Gilani tutan Feteli xani orani terk etmeye mecbur etdi Bununla kifayetlenmeyerek Tebrizi sonra ise Urmiyani tutdu 1757 Yalniz Mehemmedhesen xanin oldurulmesile asililiqdan qurtulmaq mumkun oldu 1759 Feteli xan Tebrize qayitdi ve hakimiyyetini mohkemlendirdikden sonra Qarabaga hucum etdi ve onu asili veziyyete saldi 1759 Mehemmedhesen xandan sonra Iranda baslica quvveye cevrilen Kerim xan Zend Urmiyani 1763 cu ilde 9 ay muhasirede saxlayir Nehayet Urmiya xanligini tutan Kerim xan Zend Feteli xan Efsari Siraz qonaqliginda edam etdirir Kerim xan Zendin olumu ile xanliq yeniden musteqil siyaset yeritmeye basladi Bu zaman Mehemmedhesen xan Qacarin oglu Aga Mehemmed xan Urmiyali Eli xani yanina cagirib gozlerini cixartdi Aga Mehemmed xanin cekilmesinden sonra Imamqulu xan hakim secildi O Serabli Eli xan Seqaqi ile Xoylu Ehmed xana qarsi ittifaq bagladi Muttefiqler Tebriz yaxinligindaki doyusde meglub oldular Emiraslan xan Efsar Urmiyaya hakim teyin edildi lakin onun xanligi uzun cekmedi Mehemmedqulu xan yeni hakim teyin olundu Aga Mehemmed xanin hucumundan sonra Usnu qalasina cekildi Qacarin olumu ile musteqilliyini berpa eden xanliq Iran taxtina cixan Feteli saha tabe oldu ErazisiAzerbaycanin en qedim ve en boyuk vilayetlerinden biri olan Urmiya xanligi simalda Salmas serqde Urmiya golu cenubda Gurcustan qerbde Turkiye ve Iranla hemserhed idi Xanligin serqinde yerlesen Urmiya golunun eyalet ucun boyuk strateji iqtisadi ve siyasi ehemiyyeti vardi Bu gol vasitesile Azerbaycanin diger cenub xanliqlari ile ticaret elaqeleri qurulmusdu Urmiya eyaleti Urmiya golunun sahilleri istisna olmaqla her terefden boyuk dag silsileleri ile ehate olunmusdur Urmiyada dag torpaqlarinin yuxari hissesi daha cox qara torpaqla ortulduyunden burada quru ekincilik mehsullarinin becerilmesi ucun cox elverisli serait var idi Serhed daglarinin bezilerinin sethi ilin butun fesillerinde qarla ortu olurdu Bu da vilayetin suya olan telebatini tamamile odemis kicik caylarin ve derelerin yaranmasina sebeb olmusdur Kend teserrufati ve ekincilik Urmiya xanliginin torpagini tebii qurulusuna gore iki hisseye ayirmaq daha dogru olar Bunlardan biri mulayim hava ve suvarma sistemine malik genis ova ve duzenlikler digeri ise esasen yagis ve qar sulari ile suvarilan nisbeten sert hava seraitine malik dagliq rayonlardir Xanligin hem genis duzenliklerinde hem de dagliq mahallarinda taxilciliq genis sekilde inkisaf etmisdir Torpagi daha munbit olan xanliqda ilin iki feslinde payiz ve yay bugda ekilirdi Urmiya xanliginda genis yayilmis esas bugda novlerinden basqa mudik devedis qaraqilciq sumuksuz ve s nadir bugda ve arpa sortlari yetisdirilirdi Xanliq erazisinde hemcinin duyu paxla lobya mercimek dari qargidali kimi denli bitkiler genis becerilirdi Xanligin torpagi ve iqlimi tutunculuk ucun elverisli oldugundan onun istehsali da genis yayilmisdi Usnu mahalinda tez tez 1 ha saheden 700 kq dan cox tutun elde edilirdi Xanliqlarinin kend teserrufatinda pambiqciliq ve ipekcilik de mueyyen yer tuturdu Xanliqlar dovrunde pambiq ipek istehsali Urmiya Maraga ve Erdebil xanliqlarinda daha genis yayilmisdi Bagciliq ve bostanciliq xanliq ehalisinin esas mesguliyyetlerinden biri idi Burada uzumculuyun inkisafi serabciliq sahesinin inkisafina musbet tesir gostermisdi ve neticede xanliq butun regionda serab istehsalinda ilk pillede idi Urmiya xanliginin torpaqlarinin cox hissesini cemenlikler ve otlaqlar ehate edirdi Muvafiq olaraq burada ekincilikle yanasi heyvandarliq da ehalinin mesguliyyetlerinden biri idi Bezi menbelerde heyvandarliqla elaqeli asagidaki statisikalar verilmisdir Urmiyada 16900 bas at 13200 bas aygir 26300 bas essek 4400 bas qatir 33700 bas inek ve okuz 3 685 000 bas qoyun 1 420 500 bas keci varidi Vilayetde ariciliq ipekcilik toyuqculuq da genis yayilmis mesguliyyet sahelerinden idi Xanligin inzibati qurulusu Xanliq merkez Urmiya seherinden ve mahallardan ibaret idi Mahallar nahiyelere nahiyeler kendlere obalara bolunurdu Xanliq doneminden evvel movcud olmus inzibati erazi qurulusu xanliqlar dovrunde de oldugu kimi saxlanmisdi Dol mahali Urmiya vilayetinin inzibati erazi vahidlerinden biri de Dol mahalidir Dol mahalinin erazisi Qasqagedikden Xantavusa qederdir Mahal qerbden Kurd Meh daglari simaldan Baranduz mahali ile hemserhed idi Mahalin tabeliyinde Reski Sultanava Pireli Kamane Nizava Nara Ogul Dasagil Birinci Kenan Ikinci Kenan Berdexos Nazli Papaz Zive Carava Seytanava Samurta Xudrava Dole Dordbend Talava Cusber Balistan Xan Tavus ve Tezekend kendleri var idi Nazli mahali Mahal simaldan Enzel serqden Urmiya golu cenubdan Sumay qerbden ise Urmiyanin ozu ile hemserhed idi Markezi Saatli qesebesi idi Nazli mahalinda Avsar elinin Kuhgiluyeli Kehgehli oymagi ya sam sururdu Rovze mahali simaldan Sumay serqden Nazli cenubdan Tergever qerbden Urmiya ile serhedlenir Rovze mahalina 25 boyuk ve kicik kend bagli idi Kelbeli sultan Qasimli elin Qirxli oymagini Rovze cayinin sahilinde yerlesdirmisdi Sulduz mahali Urmiya golunun cenubunda yerlesen mahal oz adini XIII esrde monqollarla Azerbaycana gelmis Sulduz ulusundan alib Mahal cenub terefden Firengi daglari ile ehate edilmisdi Qedimde burada Aysoru tayfalari yasayirdi Mahal Avsar eli terefinden idare olunurdu Baranduz mahali Mahall oz adini Beradost tayfalarindan alib V Minorski Beradost tayfasi haqqinda yazir Beradostlar dovri Alem araya gore Sah Tehmasib zamaninda Urmiyada boyuk emirler vali olarken Sahseven kimi taninan Beradost tayfasi Kara Tac Tergever ile Mergeveri almis idi Mahal cenubdan Tergever serqden Urmiya mahallari simaldan Balasan yuksekliyi qerbden Seken bulagi Dilavan ve Nusirevan gediyi ile hemserheddir Mahalin kendleri dag eteklerinde ve duzenliklerinde yerlesmisdi Enzel mahali bu mahal bezi menbelerde Qarabag da adlanir Enzel mahali simaldan Salmas serqden Urmiya golu cenubdan Sumay mahali ve qerbden Baranduz cayi ile hemserheddir Mahal I Sah Abbas dovrunden 1611 ci ilden baslayaraq xanliqlar dovrunedek Yehya bey ve daha sonra onun nesli terefinden irsi olaraq soyurqal ve tiyul huququ esasinda idare edilirdi Sayinqala mahali gunumuzde Sahindej adlanir Mahal Maraganin cenub serqinde yerlesirdi ve simaldan Ecirli Cahardol mahallari cenubdan Saqqiz mahali serqden Tikab mahali qerbden Bokan mahali ile hemserhed idi Usnu mahali simaldan Urmiya serqden Sulduz qerbden Qasimli deresi ile hemserheddir Usnu umumiyyetle dagliq yerdir Lakin onun esas kendleri mahalin merkezinde uzanan duzenlikde yerlesir Qaradag ve Kellesin daglari arasindaki derelerden axan Elixan ve Agcay bu duzenliye tokulur Mahalin merkezi Usnu seheridir Dest mahali cenubdan Mergever serqden Urmiya golu simaldan Berre Rovze qerbden Mirseyxi ve Zerine caylari ile hemserhed idi Mahalin erazisi esasen dagliq ve tepelikden ibaretdir Mergever mahali Semdinan Ovsi Qesebeli kendleri ve Berdesur mahali ile hemserhed idi Mahalin erazisi esasen dagliqdir Onun en boyuk duzenliyi uzunlugu 5 ve eni 1 5 mil olan ovaliqdir Meshur Dumdum qalasi Mergever mahalinda yerlesirdi Tergever mahali Cenubdan Dest serqden Urmiya mahallari simaldan Nazli cayi qerbden Mergeverle hemserhed idi Mahalin esas duzenliyi Deyr deresinden baslayaraq simal serqe Berderes ve Erzin qalalarina qeder genis mesafede uzanir Mahalin erazisi Nazli cayindan ayrilan ve Mesgin adi dasiyan qolun suyu ile temin edilirdi Mehemmedqulu xan Avsarin hakimiyyeti doneminde Tergever mahalinin naibi Ibrahim xan idi Sumay mahali Cenubdan Baranduz serqden Urmiya simaldan Salmas mahali Iskender ve Sultan adli kicik daglarla hemserhed idi Mahal dagliq sahe oldugu ucun onun sakinleri esasen maldarliqla mesgul olurdular Eyni zamanda burada ekinciklik de yayilmisdir Berdesur mahali Mergever Semdinan Urmiya ve Tergever mahallari ile ehate edilmisdi Onun inzibati merkezi yuzden artiq evi olan Berdesur kendi idi Bu qala yerli hakimlerin iqametgahi idi Qalada dovlet isleri ile mesgul olan hisse Elemlik yerli hakimin ailesinin yasadigi hisse ise Heremlik adlanirdi Beykisili mahali Xanligin kicik mahallarindan biri olan Beykisili simaldan Nazli cayi serqden Urmiye golu cenubdan Urmiya mahali qerbden Baranduzla hemserheddir Mahal oz adini Avsar elinin Beykisili oymagindan alib Beykisili oymagi esasen Urmiya bolgesinde koc dusle mesgul id Tarixi edebiyyatda bezen Begesli Begisli kimi de yazilir Tekab mahali Maraga xanliginin cenub serqinde yerlesen en boyuk mahallardan biri idi O simaldan Seres Qaraagac cenubdan Miransah serqden Enguran qerbden Sayinqala mahallari ile hemserhed idi Mahalin erazisi dagliqdir Qosacay ve ya Miyandab mahali Mahal Maraganin cenub qerbinde Urmiya golunun sahilinde ve tam duzenlikde yerlesmisdir O simaldan Kavdil kendi cenub dan Tatau serqden Cigiti ve qerbden Urmiye golu ile hemserhed idi Sovucbulaq mahali Bu mahal hazirda Mahabad adlanir Qedim zamanlardan Urmiya vilayetine tabe idi Bu bolgede Mukri Memes Dehbokri Mengur ve Gevrek tayfalari yasayir Urmiya mahali Urmiya mahalinin inzibati merkezi Urmiya seheri idi Seher ehalisinin suya olan ehtiyaci Urmiya ve yaxud Seher cayi adlanan cay vasitesile temin edilirdi Ehalinin esas pesesi bagciliq xususile uzumculuk senetkarliq ticaret ekincilik ve maldarliq idi Xanliqlar dovrunde seher qalin ve mohkem das hasarla ehate edilmisdir Qala divarlarinin etrafinda genis ve derinxendekler qa zilmisdi Sehe daxil olmaq ucun qala divarlarinda Torpaqqala Hazaran Bazarbas Sah Yurdu Yurte sah Hindi Mesed Erk adli darvazalar var idi Sosial iqtisadi veziyyetTorpaq mulkiyyet formalari Xanliq idareciliyi aqrar munasibetlerde muhum deyisiklikler etmedi Sefevi dovletinin butun erazisinde o cumleden Urmiyada da torpaqlar dovlet divan xasse ve ya xalise feodallarin xususi mulkiyyeti mulk dini idaraler ve ruhani torpaqlari veqf va kend icmalarinin torpaqlarina camaat torpagi bolunurdu Divan torpaqlari Urmiya xanliginda dovlete bagli olan torpaqlar divani ve ya xezine torpagi adlanirdi Bu torpaqlarin geliri butovlukde xezineye catirdi Bele torpaq mulkiyyeti divani adlanirdi Lakin evvelki esrlerden ferqli olaraq XVIII esrin ikinci yarisinda Azerbaycan xanliqlarinda dovlet torpaqlari tedricen evvelki ehemiyyetini itirerek bir nov xanin sexsi mulkiyyetine cevrilmisdi Xalise torpaqlari XVIII XIX esrde Urmiyada vilayetin mehsuldar torpaqlarinin yerlesdiyi erazilerde bir cox xalise torpagi movcud idi Efsar xanlari musteqil hakimlik dovrunde bir cox erazini tutub oz mulkleri kimi istifade etmisdi Xanligin xalise torpaqlarina 63 kend daxil idi Bu vilayetdeki kendlerin 18 ni teskil edirdi Mulk ve ya Erbabi torpaqlari Atalardan miras qalmis hec bir serte tabe tutulmayan torpaq saheleri su kanallari meseler otlaqlar ve s den ibaret idi Mulk sahibine mulkedar ve ya erbab deyiilirdi Orta esrlerde Urmiyada kendlilerin calisdigi torpaqlarin 40 mulkedarlarin elinde idi Bu sahibkarlar arasinda en iri torpaq sahibleri Esfar beyleri idi Tiyul torpaqlari Gosterdiyi xidmet qarsiliginda merkezi hakimiyyet terefinden verilen torpaq mulkiyyeti Tiyul sahibinin onu satmaq ve bagislamaq huququ yoxidi Hediyye kimi verilen bu torpaqlar esasen qonsu vilayetlerden ele kecirilen ve ya itaet etmeyen mulkedarlardan alinan torpaqlar idi Veqf torpaqlari Mescid ibadet mekani ocaq ve s kimi muxtelif dini qurum ve quruluslara mexsus torpaqlar Veqf torpaqlarin mulkiyyeti nesilden nesile oturulurdu Adeten bu torpaqda isleyen kendliler mehsulun 1 10 hissesini oz sahibine vermeli idise Urmiya xanliginda din adamlari mehsulun 4 10 hissesini menimseyirdiler Icma torpaqlari Esasen vilayetin uc ve dagliq bolgelerinde yerlesen umumi ehaliye mexsus torpaqlar Vergiler Azerbaycanin diger xanliqlarinda oldugu kimi Urmiya xanliginda da vergi ve mukellefiyyetler eyni idi Urmiya xanliginda ise kendli heyetlerinin boyuk hissesinin yerlesdiyi mulkedar kendlerinde reiyyetlerinden behrenin bir hissesi kimi bugda ve arpanin 1 10 i dargaliq bagbasi vergileri mulkedarin behrenin diger hissesi salyana vergisi taxil ve ya pul seklinde evbasi teyin edilen otaq xerci ixracat xan qosunun saxlanmasina serf edilen diger vergi ve yigimlar xan xezinesinin xeyrine yigilirdi Malcehet vergisi mehsulun onda birinden ibaret idi Eger torpaq mulk sahibini toxum ve kend teserrufati texnikasi ile ekilmisse bu verginin miqdari besde bire qalxirdi Bag ve bostanin mehsulundan malcehet vergisi ucde bir nisbetinde idi Her on aile agaya yaxud beye bir kisi ve her on bes aile bir qadin xidmetci vermeye borclu idi Mehsuldan verilen malcehet vergisi torpaq sahibinin anbarina ve ya gosterdiyi yere mecburi olaraq ekinciler terefinden dasinmali idi Bagdari sehere gelen tacirlerden ayaq basdi pulu kimi alinan vergi idi Urmiya xanligina daxil olac tacirler 2 tumen bagdari vermeli idiler Avraz adlandirilan ve mulkedarin torpaginin iki gun erzinde kend ekincileri terefinden kollektiv suretde ekilmesini nezerde tutan xanliq dovrunden qalma icbar yene de quvvede idi Kendliler bu mecburi isi de yerine yetirmeli idiler Copbasi adiyla taninan ve otlaqlara aid olan xanliq dov runden qalma vergi kendliler terefinden yerine yetirilir ve odenilirdi Mulkedarin torpaginda muveqqeti olaraq yasayan koceri ekinciler aile basina dord manat odemeli idiler Kendliler feodal ve torpaq sahibleri ucun etmeli olduqlari mecburi emek mukellefiyyeti biyar adlanirdi Adeten Azerbaycanin diger xanliqlarinda xristianlar herbi mukellefiyyetlerden azad olsalar da Urmiya xanliginda bu hal istisna idi 1784 cu ilde Imamqulu xan Efsarin emri ile xristianlar da herbi mukellefiyyetlere tabe tutuldular Ehalinin sosial terkibi mulkedarlar meaflar reiyyet rencberler olmaqla bir nece qrupa bolunurdu Urmiya xanliginda mulkedar zumresine basda xan olmaqla ogullari qizlari qohum eqrebalari vezirler ali ruhaniler melikler naibler sultanlar beyler agalar bir sozle tiyulu soyurqali olan butun feodallar daxil idiler Vergiden azad sexslere meaflar deyirdiler Kendli tebeqesi reiyyet adlanirdi Urmiya xanliginda iki qrup reiyyet vardi Birincisi dovlete divana xezineye vergi odeyen reiyyetler Ikinci qrup reiyyetler asili olduqlari mulkedarlara odenc verirdiler Xanliq doneminde maliklerin mulkedarlarin mulklerinde calisib mueyyen pay alan kendli zumresi de vardi ki onlar rencber adlanirdilar Hakimleri1 Feteli xan Efsar 1747 17482 1748 17493 Azad xan Efqan 1749 17574 Feteli xan Efsar yeniden 1757 17625 1762 17636 17637 Rzaqulu xan Efsar 1763 17728 Imamqulu xan Efsar 1772 17839 Mehemmedqulu xan Efsar 1784 179510 Qasim xan Efsar 1795 179611 Mustafaqulu xan Efsar 1796 179712 Mehemmedqulu xan Efsar yeniden 179713 Huseynqulu xan Efsar 1797 182114 Necefqulu xan Efsar 1821 1865Istinadlar Urmiya xanligi Ens az 2021 09 18 tarixinde Istifade tarixi 2020 05 29 2009 10 27 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2008 08 06 Azerbaycan tarixi III cild 2007 seh 383 Delili 1967 seh 30 Delili 1967 seh 78 Azerbaycan tarixi III cild 2007 seh 402 Delili 1967 seh 84 Cingizoglu 2013 seh 25 Memmedova 2002 seh 195 Cingizoglu 2013 seh 28 Memmedova 2002 seh 197 Cingizoglu 2013 seh 30 Cingizoglu 2013 seh 33 Cingizoglu 2013 seh 35 Cingizoglu 2013 seh 37 Cingizoglu 2013 seh 38 Cingizoglu 2013 seh 39 Cingizoglu 2013 seh 40 Cingizoglu 2013 seh 41 Cingizoglu 2013 seh 42 Memmedova 2002 seh 189 Cingizoglu 2013 seh 43 Cingizoglu 2013 seh 162 Delili 1967 seh 116 Memmedova 2002 seh 190 Memmedova 2002 seh 191 Delili 1967 seh 120 Cingizoglu 2013 seh 164 Azerbaycan tarixi III cild 2007 seh 404 Cingizoglu 2013 seh 161 Memmedova 2002 seh 196 Cingizoglu 2013 seh 160 Azerbaycan tarixi III cild 2007 seh 403Hemcinin baxAzerbaycan xanliqlariMenbeN C Mustafayeva Cenubi Azerbaycan xanliqlari Baki 1995 Enver Cingizoglu Aydin Avsar Avsarlar Baki Susa 2008 seh 139 140 Enver Cingizoglu Behram Memmedli Urmiya xanligi PDF Baki SDU nesriyyati 2013 seh 188 Huseyn Delili Urmiya xanliginin tarixi ocerki XVIII esrin II yarisi XIX esrin 30 cu illerinde Namizedlik disserasiyasi Baki 1967 Huseyn Delili Azerbaycanin cenub xanliqlari XVIII esrin ikinci yarisinda Baki Elm 1979 Govher Memmedova Urmiya xanligi Ankara Turkler jurnali 2002 seh 133 148 Suleyman Eliyarli Azerbaycan tarixi uzaq kesmisden 1870 ci ile qeder Baki Azerbaycan nesriyyati 1995 Azerbaycan tarixi Yeddi cildde III cild XIII XVIII esrler Baki Elm nesriyyat Naile Velixanli 2007 seh 592