Sərab xanlığı — XVIII əsrin sonu - XIX əsrin əvvəllərində mövcud olmuş Azərbaycan xanlıqlarından biri.
Xanlıq | |
Sərab xanlığı | |
---|---|
| |
| |
Paytaxt | Sərab |
Rəsmi dilləri | Azərbaycan dili, fars dili |
Dövlət dini | İslam (Şiəlik) |
Ərazisi | Şimaldan Savalan dağı,Ərdəbil və Qaradağ xanlıqları,qərbdən Təbriz xanlığı,cənubdan İran İraqı (İraq-i Əcəm) və şərqdən Ərdəbil xanlığı ilə həmsərhədd idi. |
Əhalisi | azərbaycanlılar, kürdlər |
İdarəetmə forması | Mütləq monarxiya |
Sülalə | Şəqaqi eli |
Xan | |
• (1747-1786) | Əli xan (ilk) |
• (1786-1800) | Sadıq xan Şəqaqi |
• (1820-1822) | Cahangir xan Şəqaqi (son) |
Ərazisi Şimaldan Savalan dağı,Ərdəbil və Qaradağ xanlıqları, qərbdən Təbriz xanlığı, cənubdan İran İraqı (İraq-i Əcəm) və şərqdən Ərdəbil xanlığı ilə həmsərhədd idi.
Xanlığın banisi kürd əsilli Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) olmuşdur. O vilayətdə istiqlaliyyət qazandıqdan sonra,onun daxili vəziyyətini nizama saldı. Əli xan Şəqaqi eyni zamanda dağılmaqda olan şəhər qala divarlarını bərpa etdi və möhkəmləndirdi. Xanlığı daxilən möhkəmləndirdikdən sonra,o,öz torpaqlarını qonşu vilayətlər hesabına genişləndirmək qərarına gəldi. Lakin Məhəmmədhəsən xan Qacarın tarix səhnəsində görünməsi və onun Azərbaycanı özünə tabe etmək məqsədilə gördüyü hərbi tədbirlər Əli xan Şəqaqiyə öz planını həyata keçirməyə imkan vermədi.
Əli xan Şəqaqi xanlığı müdafiə etmək məqsədilə dörd minlik Şəqaqi atlısı ilə Məhəmmədhəsən xanın qarşısına çıxdı. İki qoşun arasında gedən qanlı mübarizə Məhəmmədhəsən xanın məğlubiyyəti ilə nəticələndi. O,üç yüz nəfərdən artıq tələfatdan sonra Sərabdan geri çəkilməyə məcbur oldu. Bu hadisə Sərab xanlığının möhkəmlənməsinə və Əli xanın daha da şöhrətlənməsinə səbəb oldu. O,xanlığın sərhədlərini möhkəmləndirdikdən sonra ərazisini genişləndirmək məqsədilə hətta demək olar ki,başsız qalan İran dövlətinin ərazisinə qoşun çəkməyə başladı.
Sadıq xan xanlığın idarə sistemini nizama saldı, müdafiəsini təşkil etdi. İran tərəfdən təhlükəni nəzərə alaraq xan titulu verdiyi qardaşı Əli bəyi Zəncana hakim təyin etdi. Sadıq xan Təbrizi ələ keçirdi. Lakin Urmiya, Qarabağ və başqa xanlıqlardan kömək alan Nəcəfqulu xan Dünbuli Sadıq xanı geri çəkilməyə məcbur etdi. Sərab xanlığının ərazisi Qacarlar dövlətinin tərkibinə qatıldı.
Azərbaycanın cənub xanlıqlarının əmələ gəlməsi və spesifik xüsusiyyətləri
XVIII əsrin ortalarında zorakılıqla Nadir şahın hakimiyyəti altında birləşdirilmiş ölkələr iri feodallar tərəfindən idarə olunan ayrı-ayrı xanlıqlara (feodal dövlətlərinə) parçalandı. İran və ona daxil olan vilayətlərdə feodal pərakəndəliyi özünün yüksək zirvəsinə çatdı. Ara müharibələri və mərkəzi şah hakimiyyəti uğrunda gedən müharibələr bir-birinə qarışdı.
XVIII əsrin ikinci yarısında İran hakimiyyəti uğrunda gedən müharibələr paytaxtın 6 dəfə dəyişilməsinə və mərkəzi hakimiyyətin 14 dəfə biri digəri ilə düşmənçilik edən müxtəlif feodalların və sülalələrin əlinə keçməsinə səbəb oldu. Bu dövrdə İran taxt-tacı uğrunda bir-birilə qarşıya duran iyirmiyə yaxın nüfuzlu sərkərdə mübarizə aparırdı.
İranda belə vəziyyyətin davam etməsi,mərkəzi dövlət aparatının tamamilə dağılması ayrı-ayrı vilayətlərdə irsən iqtisadi və siyasi hakimlər olan yerli iri feodallara müstəqil hökmranlıq etmək imkanı verdi.
Beləliklə tarixən əmələ gələn obyektiv şəraitlə əlaqədar olaraq,İran,Gürcüstan,Əfqanıstan,Dağıstan və başqa yerlərdə olduğu kimi,Azərbaycanda da müstəqil dövlətlərdən ibarət yerli xanlıqlar yaranmış oldu.
Xanları
Xanlığın inzibati qurluşu
Sərab xanlığı Gərməli,Həştəri və Sərab mahalından ibarətdir:
Həştəri mahalı — Səhənd dağının şərq ətəklərində yerləşirdi. Mahalı idarə edən bəylərin iqamətgahı sərəz kəndi idi.
Gərməli mahalı — bu mahal,Azərbaycanın cənub sərhəddində yerləşirdi. Mahalın iri kəndlərindən biri Türkmənçay idi.
Gərməli mahalının mərkəzi Miyana adlı kiçik şəhər idi. Miyananın iqlimi yaşayış üçün o qədər də əlverişli deyildir. Burada yay Azərbaycanın başqa yerlərinə nisbətən daha isti olurdu. Havanın istilik dərəcəsini yüksək,şəhər və onun ətrafında geniş bataqlıqların mövcud olması qızdırma xəstəliyinin yayılmasına səbəb olurdu. Miyananın iqlimi xüsusilə yeni köçənlər və oradan keçib gedən müsafirlər üçün daha qorxulu idi. Görkəmli fransız səyyahı Taverniye 1668-ci ildəməhz burada xəstələnərək vəfat etmişdir.
Sərab mahalı — xanlığın mərkəzində və Gərməlinin şimalında yerləşmişdir. Buraya Sərab şəhəri və şəhərətrafı kəndlər daxil idi. Başqa mahallarda olduğu kimi,buranı da xan tərəfindən təyin olunmuş naib idarə edirdi.
Sərab xanlığının təəsərrüfat həyatı
Xanlığın əhalisi maldarlıq və əkinçiliklə məşğul olurdu. Maldarlar yayı Buzgüş və Savalan dağlarının ətəklərində,qışı isə Sərab düzənliyində keçirirdilər.
Xanlıqda istehsal edilən çoxlu miqdarda yağ,pendir və başqa süd məmulatı öz keyfiyyətinə görə şöhrət qazanmışdı.
Sərabın iqlimini yerli şəraitə görə iki hissəyə bölmək olar. Ovalıq və düzənliklərin havası mötədil,dağlıq sahələrinin isə sərtdir. Onun şimalında yerləşən Savalan dağı dəniz səviyyəsindən 4200 gəz hündürlükdədir. Xanlığın Əndərab adlı kəndində çoxlu duz istehsal edilirdi. Bu duz həm daxili ehtiyac,həm də qonşu vilayətlərə aparılmaq üçün istehsal edilirdi.
Sərabda bir neçə gön,saxsı qablar hazırlayan və bəzək yağı çıxaran müəssisələr var idi.
Azərbaycan xanlıqlarında ipəkçiliyin,pambıqçılığın inkişafı və onların qonşu ölkələrə ixrac edilməsi inkişaf etməkdə olan pul-mal tədavülünə müəyyən qədər müsbət təsir göstərirdi. Xanlıqlarda,xüsusilə Təbriz,Marağa,Sərab və Urmiyada tut ağacları sahələri var idi,bu da həmin vilayətdə ipəkçiliyin inkişafına əlverişli şərait yaradırdı.
Sənətkarlar əsasən xanlıqların paytaxtları Təbriz,Ərdəbil,Urmiya,Xoy,Marağa,Əhər,Sərab kimi böyük şəhərlərdə,Xalxal,Səlmas,Mərənd,Dehxarqan,Nəmin və sairə ikinci dərəcəli şəhərlərdə,qismən mahal mərkəzlərində (qəsəbələrdə və böyük kəndlərdə) toplanmışdılar. Böyük şəhərlərdən fərqli olaraq,kiçik şəhərlərdə hər bir sənət sahəsi ayrıca əsnaf ətrafında deyil,bir neçə sənət bir əsnaf ətrafında birləşirdi. Sərab,Mərənd,Xalxal və başqa bu kimi kiçik şəhərlərdə oxşar sənət sahələrini birləşdirən bir və ya iki əsnaf təşkil edilmişdi. Çox vaxt ustabaşılar xan divanxanasına lazım olan sənətkarları göndərirdilər. Qısa müddətli işlərdə çalışan bu sənətkarlar əmək haqqı almadan biyar,yaxud əvariz mükəlləfiyyəti adı ilə işləyirdilər. İşin həcmi geniş və əmək sərfetmə müddəti uzun olduğu təqdirdə onlara bəzən əmək haqqı verilirdi.
Daxili ticarət
Xanlıqlarda bazarların idarə edilməsi işi və buradakı hüquqi məsələlərin həlli darğalara tapşırılmışdı. Kiçik şəhərlərdə onların hüququ Ərdəbil və Sərab şəhərindən daha da artıq idi. bu şəhərlərdə darğalar həm də şəhərin daxili nizam-intizamına nəzarət edirdilər.
Ərdəbildə bazar əhalisi arasında baş verən kiçik məsələləri darğa aydınlaşdırıb hökm çıxarmalı idi. Onlar xırda məsələlərə dair münaqişələri bilavasitə və dərhal həll edirdilər. Lakin mühüm məsələlərlə ruhani məhkəmələri məşğul olurdular. Sərab şəhərində isə bütün inzibati işlər darğanın əlində idi. Bu işləri vaxtında həll etmək üçün onun ixtiyarında müəyyən miqdarda silahlı adam olurdu.
Sərab şəhəri
Xanlığın paytaxtı Sərab şəhəri idi. O,şərqdən Büzgüş dağı,Gərməli mahalı,şimaldan Savalan dağı,qərbdən Mehrana rud və Ələm bəraquş,cənubdan Sayın gədiyi ilə həmsərhədd idi. Qarlı dağlarla əhatə olunan bu şəhər yaşıllıqlar içində qərq olmuşdur. Şəhərin yerləşdiyi düzənlik dalan kimi Savalan (şimaldan) və Büzgüş (cənubdan) silsilə dağları arasında uzanmışdır.
Sərab dəniz səthindən təxminən 1669 metr hündürlükdü yerləşir. Onun gözəl iqlimi,münbit torpağı və bol suyu vardır. Şəhərin ətrafında çox da möhkəm olmayan möhrə qala divarlar çəkilmiş və bir sıra az əhəmiyyətli şəhərətrafı istehkamlar salınmışdır.
Sərab şəhəri əsasən altı məhəllədən ibarət idi: Kəllə,Xəlfə (Xəlfəbəyi),Əhərrə,Məvalı,Araxil və Hacı Mirağa.
Sərabda bir neçə məscid,dörd hamam,iki bəzərək yağı çıxaran dəyirman,bir neçə boyaqxana və sairə bu kimi sənətkarlıq məhsulları istehsal edən müəssisələr var idi. Buradakı məscidlərin ən məşhuru: Hacı Əbdülkərim,Cümə,Xəlfəbəyi,Mirsədrəddin,Qardaş,Hacı Əzim,Mirzə Əbdulla,Üç gözlü,Murtuzaoğlu,Mövliya,Hacı Mir Hüseyn,Meydan,Dərvaza və Əhərri adlı məscidlərdən ibarətdir.
Xanlıqlar dövründə Sərab şəhərinin keçmiş əzəmətini xatırladan tarixi yerüstü abidələr arasında Cümə və İmamzadə adlı məqbərə daha böyük şöhrətə malik idi. Cümə məscidinin binası Xəlifə Ömərin hökmranlığı dövründə tikilmişdir. Qeyd etdiyimiz məqbərə özünün orijinal və gözəl arxitekturası ilə səyyahların nəzər-diqqətini cəlb edə bilmişdir.
Sərab şəhərinin vəziyyəti haqqında qismən geniş və maraqlı məlumat verən Fransa səyyahı P.A.Joberin yazdığına görə,oradakı evlər əsasən birmərtəbəli idi. Burada ən böyük bina iki mərtəbədən ibarət olan Sərab xanının sarayı idi. Şəqaqi el başçılarına məxsus bu bina bir neçə böyük otaqlara (əndəruni və biruni) ayrılırdı. Xanın qəbul otağının (divanxananın) ətrafı üzərinə xalı döşəmələr salınmış daş və taxta səkilərdən ibarət idi. Xanın taxtı yuxarı tərəfdə və həmin səkilərlə üzbəüz qoyulmuşdu.
İlk mənbələrdə şəhər əhalisinin sayı haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin arxiv sənədlərində onun sayı 8000-ə yaxın qeyd edilir. Əhali əsasən sənətkarlıq,ticarət,əkinçilik,maldarlıq və çalvadarlıqla məşğul olurdu.
Şəhərdə istehsalın müxtəlif sahələri ilə məşğul olan adamlarla yanaşı,heç bir işlə məşğul olmayan və tüfeyli həyat keçirən bir qrup imtiyazlı təbəqələr də (xanın qohumları,iri feodallar,bəylər,ruhanilər və başqa bu kimi ailələr) yaşayırdı. Sərabda pulla toplanılan illik vergi əsasən aşağıdakılardan ibarət idi:
- Qapandan (çəki və tərəzidən) ildə 130 tümən;
- Sallaqxanalardan ildə 40 tümən;
- Hamamlardan ildə 30 tümən
- Sənətkarlardan ildə 85 tümən
- Tacirlərdən illik gəlirin onda bir hissəsi qədər.
Şəhərdən toplanılan natural vergilərin miqdarı haqqında konkret məlumat verən ilk mənbələrə hələlik təsadüf edilməmişdir.
Sərab tacirləri taxıl və mal-qara alverində fəal iştirak edirdilər. Ona görə də onların ixtiyarında çoxlu miqdarda at,buynuzlu heyvan və qoyun var idi. Bir sıra xanlıqlardan Təbrizə gedən karvan Sərabdan keçməli idi. Bununla əlaqədar orada həmişə böyük taxıl ehtiyatı olurdu.
Ümumi siyasi vəziyyət
Məlum olduğu kimi,xanlıqlar dövründə İranda Zəndlər,sonra Qacarlar sülaləsi hakimiyyət başına gəlmişdir. Obyektiv amillərlə əlaqədar olaraq,hər sülalə özünəməxsus daxili və xarici siyasətə malik idi. Daxili və beynəlxalq şəraitdə baş verən bütün dəyişikliklər öz əksini xanlıqların siyasi həyatında tapırdı. Onların arasındakı qüvvələrin nisbətinin dəyişməsi də məhz bununla əlaqədar idi.
Xanlıqların xarici əlaqələri arasında yadelli işğalçılara qarşı göstərilən inadlı müqavimət əsas yer tuturdu. Ayrı-ayrı xanlıqlarda yaşayan əhalinin apardığı qəhrəmanlıq mübarizələri Azərbaycan xalqının öz azadlıq və istiqlaliyyəti uğrunda apardığı ümumi tarixi mübarizənin ayrılmaz bir hissəsi idi. Həmin dövrdə İran işğalına qarşı gedən azadlıq müharibəsi Azərbaycanın mübarizə tarixində parlaq və şanlı səhifələr açmışdır.
Xarici əlaqələr sahəsində əsas məsələlərdən biri də xanlıqlar arasındakı ictimai,iqtisadi,mədəni və başqa siyasi münasibətlər idi. Müvafiq dövrün bütün mərhələlərində xanlıqlar arasındakı belə əlaqələr mövcud olsa da,bu,ardıcıl deyildi. Belə ki,tarixi hadisələrdən asılı olaraq bu münasibətlər tez-tez qırılır,zəifləyir,çox nadir hallarda qüvvətlənirdi. Xarixi hücumların güclənməsi,düşmən qüvvələrinin təzyiqi artdığı və qələbə ümidi azaldığı təqdirdə hökmdar xanlar öz mövqelərini saxlamaq xatirinə aralarındakı ittifaqı pozur,Azərbaycan xalqının ümumi mənafeyini öz şəxsi mənafeyinə qurban verir və düşmən tərəfinə keçirdilər. Məhz belə bir vəziyyət xanlıqların xarici hücumlar qarşısında zəifləməsinə və nəhayət asılı vəziyyətə düşməsinə səbəb olmuşdur.
Xanlıqlarda saray çəkişmələri və feodal-ara müharibələri tez-tez baş verirdi. Lakin bu vəziyyət ölkənin hər tərəfində eyni səviyyədə deyildi. Azərbaycanın şimal xanlıqlarına nisbətən onun cənubunda feodal çəkişmələrinə az təsadüf olunurdu. Bu da ondan irəli gəlirdi ki,xanlıqlar arasında qüvvələrin nisbəti demək olar ki,eyni deyildi. Həmin dövrdə Fətəli xan Əfşarın fəaliyyətini istisna etsək,yalnız Sərablı Sadıq xan Şəqaqi bir neçə dəfə qəfildən Təbriz xanlığına əsaslı hücum etmişdir. Qalan toqquşmalat olduqca əhəmiyyətsiz və nəticəsiz idi.
XVIII əsrin II yarısında Azərbaycanın cənub vilayətlərindəki ümumi siyasi vəziyyəti xüsusiyyəti etibarilə iki hissəyə ayırmaq olar. Onlardan biri,Urmiya xanlığının qüvvətlənməsi (1747-1763),bir sıra xanlıqların ondan asılı vəziyyətə düşməsi,digəri isə Urmiya xanlığının zəifləməsindən sonra Xoy xanlığının inkiçaf etməsi (1763-1813) və onun cənub xanlıqları üzərində üstün mövqeyi ilə izah edilir.
Həmçinin bax
İstinadlar
- Muriel Atkin. Russia and Iran, 1780—1828. 2nd. ed. Minneapolis:University of Minnesota Press Press. 2008. ISBN .
- И.Огранович. Сарабская провинция. Записки Кавказкого отдела императорского русского географического общества,кн. Х,вып.первый. Тифлис. 1876. səh. 218.
- И.Огранович. Сарабская провинция. Записки Кавказкого отдела императорского русского географического общества,кн. Х,вып.первый. Тифлис. 1876. səh. 218.
- "Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlə r). Bakı."Elm". 2007. 592 səh" (PDF). 2020-10-08 tarixində (PDF). İstifadə tarixi: 2013-06-04.
- П.Г.Бутков. Материалы для новой истории Кавказа с 1722 по 1802 г.,I-3,. Петербург. 1869. səh. 16-35.
- Əbülhəsən Qəffari-Kaşani. Golşən-e morad dər tarix-e zəndiyyə,Tehran,1300,səh.120
- Г.Б.Абдуллаев. Азербайджан в XVIII в... səh. 65.
- Г.Друвил. Səfərnamə,1812-1813. Tehran. 1337. səh. 26.
- Əbdülhəsən ibn Məhəmmədəmin Gülüstanə. Mücməl-üt-təvarix dər tarix-e Zəndiyye. Şiraz. 1190. səh. 157.
- С. Чернозубов. Азербайджан (Военный сборник). СПб.,. 1900. səh. 178.
- Bayburdi. Tarix-e Ərəsbaran. Tehran. 1341. səh. 101.
- Hüseyn Dəlili. Azərbaycanın cənub xanlıqları (XVIII əsrin ikinci yarısında). Bakı: "Elm". 1979. səh. 42.
- Məsud Keyhan. Coğrafiya-ye mofəssəle. Tehran. 1311. səh. 170.
- С.Чернозубов. Азербайджан ("Военный сборник",N-6). Петербург. 1909. səh. 178.
- С.Корсун. Военный обзор передового театра. Тифлис. 1909. səh. 134.
- Fərhəng-e coğrafiya-ye İran,səh.264
- Əliəkbər Dehxuda. Lüğətnamə,N°-9. Tehran. 1340. səh. 396.
- С.Корсун. Военный обзор передового театра. Тифлис. 1909. səh. 163.
- И.Огранович. Описание Ардабилъской провинции. səh. 227.
- В.Ф.Минорски. Сведение и населения. səh. 32.
- Əhməd Tacbəxş. Rəvabet-e İran və Rusiyə dər nime-ye əvvəl-e qərn-e nuzdəhəm. təbriz. 1337. səh. 382.
- Г.Друвил. Səfərnamə,1812-1813. Tehran. 1337. səh. 78.
- И.Огранович. Сарабская провинция,кн.10,вып. I. Тифлис. 1876. səh. 218.
- С.Корсун. Военный обзор передового театра. Тифлис. 1909. səh. 161.
- И.Н.Березин. Путешествие по Северной Персии. səh. 30.
- Fərhəng-e coğrafiya-ye İran,IV cild,səh265
- С.Корсун. Военный обзор передового театра. Тифлис. 1909. səh. 162.
- И.Н.Березин. Путешествие по Северной Персии. səh. 31.
- И.Огранович. Сарабская провинция. Записки Кавказкого отдела императорского русского географического общества,кн. Х,вып.первый. Тифлис. 1876. səh. 64.
- АВПР,ф.Главный архив,1—10,1804-1805,д.3,л.1
- И.Н.Березин. Путешествие по Северной Персии. səh. 219.
- Hüseyn Dəlili. Azərbaycanın cənub xanlıqları (XVIII əsrin ikinci yarısında). Bakı: "Elm". 1979. səh. 107.
Qeydlər
- Sər-ab fars dilində suyun başı (mənbəyi) deməkdir. Çox güman ki,vilayətin mərkəzi Heydərxan və Tacyar çaylarının qismən başlanğıcında yerləşdiyinə görə vilayət və şəhər həmin adı almışdır. Bir sıra müəlliflər,o cümlədən İ.N.Berezin şəhərin və vilayətin adını "Serah" (üç yol) qeyd etmişlər. Ərdəbil,Təbriz və Tehrana gedən yollar üzərində yerləşən Sərab vilayətinin belə adlanması da münasib olardı.
- XVIII-XIX əsrin əvvəllərində əsasən yarımköçəri həyat sürən şəqaqi tayfası 20000 ailədən ibarət idi. Savalan,Buzgüş dağları ətəklərində,yaylaq və Muğan düzündə qışlayan həmin tayfa Zəngan,Sərab mahallarında,Qızılüzən çayı ətrafında yayılmışdı.
- Əhməd xan Əbdəli Əfqanıstanda,Məhəmməd Həsən xan Qacar Mazandaran və Astarabadda,Hidayətxan Gilanda,İrakli Gürcüstanda,Əli xan (Adil şah) Sistan və Xorasanda,Kərim xan Zənd İsfahanda,İbrahim Mirzə İraqda,Sərəfraz bəy Xudabəndə Həmədanda,Kait Kəlbəli xan Birugirdidə,Hüseyn xan Zənginə Girmanşahda müstəqil dövlət yaratdılar.
- Farsdilli tarixi ədəbiyyatda Həştəri adının "Həştrud" (səkkiz çay), Gərməli mahalının isə "Gərmrud" sözlərindən əmələ gəlməsi haqqında məlumat vardır.
- Rus-İran müqaviləsinin (1828) baölanması ilə əlaqədar olaraq Türkmənçay tarixi şöhrət qazanmışdır.
- Miyana — fars sözüdür,orta və aralıq deməkdir. Çox güman ki, şəhər azərbaycanla İraqi-Əcəm arasında yerləşdiyi üçün bu adı almışdır.
- Hülaku xanın hakimiyyəti (1258-1265) dövründən qalmış "darğa" termini monqol sözü olub xüsusi möhür qoyan deməkdir.
- Əndərun — xanın hərəmxanası,yəni onun ailəsinin yaşadığı evlər,birun isə dövləti idarə edən xanın və onun köməkçilərinin iqamətgahı idi.
Mənbə
- CƏNUBİ AZƏRBAYCAN XANLIQLARI
- Azərbaycan xanlıqları 2009-10-27 at the Wayback Machine
- Ənvər Çingizoğlu, Sərab xanlığı, Bakı:Mütərcim, 2013,212 səh.
- Hüseyn Əli oğlu Dəlili,Azərbaycanın cənub xanlıqları,XVIII əsrin ikinci yarısında,Bakı: "Elm" nəşriyyatı,1979
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Serab xanligi XVIII esrin sonu XIX esrin evvellerinde movcud olmus Azerbaycan xanliqlarindan biri XanliqSerab xanligiXVIII XIX esrlerde Serab xanligi 1747 1797Paytaxt SerabResmi dilleri Azerbaycan dili fars diliDovlet dini Islam Sielik Erazisi Simaldan Savalan dagi Erdebil ve Qaradag xanliqlari qerbden Tebriz xanligi cenubdan Iran Iraqi Iraq i Ecem ve serqden Erdebil xanligi ile hemserhedd idi Ehalisi azerbaycanlilar kurdlerIdareetme formasi Mutleq monarxiyaSulale Seqaqi eliXan 1747 1786 Eli xan ilk 1786 1800 Sadiq xan Seqaqi 1820 1822 Cahangir xan Seqaqi son Erazisi Simaldan Savalan dagi Erdebil ve Qaradag xanliqlari qerbden Tebriz xanligi cenubdan Iran Iraqi Iraq i Ecem ve serqden Erdebil xanligi ile hemserhedd idi Xanligin banisi kurd esilli Seqaqi tayfasinin bascisi Eli xan 1747 1786 olmusdur O vilayetde istiqlaliyyet qazandiqdan sonra onun daxili veziyyetini nizama saldi Eli xan Seqaqi eyni zamanda dagilmaqda olan seher qala divarlarini berpa etdi ve mohkemlendirdi Xanligi daxilen mohkemlendirdikden sonra o oz torpaqlarini qonsu vilayetler hesabina genislendirmek qerarina geldi Lakin Mehemmedhesen xan Qacarin tarix sehnesinde gorunmesi ve onun Azerbaycani ozune tabe etmek meqsedile gorduyu herbi tedbirler Eli xan Seqaqiye oz planini heyata kecirmeye imkan vermedi Eli xan Seqaqi xanligi mudafie etmek meqsedile dord minlik Seqaqi atlisi ile Mehemmedhesen xanin qarsisina cixdi Iki qosun arasinda geden qanli mubarize Mehemmedhesen xanin meglubiyyeti ile neticelendi O uc yuz neferden artiq telefatdan sonra Serabdan geri cekilmeye mecbur oldu Bu hadise Serab xanliginin mohkemlenmesine ve Eli xanin daha da sohretlenmesine sebeb oldu O xanligin serhedlerini mohkemlendirdikden sonra erazisini genislendirmek meqsedile hetta demek olar ki bassiz qalan Iran dovletinin erazisine qosun cekmeye basladi Sadiq xan xanligin idare sistemini nizama saldi mudafiesini teskil etdi Iran terefden tehlukeni nezere alaraq xan titulu verdiyi qardasi Eli beyi Zencana hakim teyin etdi Sadiq xan Tebrizi ele kecirdi Lakin Urmiya Qarabag ve basqa xanliqlardan komek alan Necefqulu xan Dunbuli Sadiq xani geri cekilmeye mecbur etdi Serab xanliginin erazisi Qacarlar dovletinin terkibine qatildi Azerbaycanin cenub xanliqlarinin emele gelmesi ve spesifik xususiyyetleriXVIII esrin ortalarinda zorakiliqla Nadir sahin hakimiyyeti altinda birlesdirilmis olkeler iri feodallar terefinden idare olunan ayri ayri xanliqlara feodal dovletlerine parcalandi Iran ve ona daxil olan vilayetlerde feodal perakendeliyi ozunun yuksek zirvesine catdi Ara muharibeleri ve merkezi sah hakimiyyeti ugrunda geden muharibeler bir birine qarisdi XVIII esrin ikinci yarisinda Iran hakimiyyeti ugrunda geden muharibeler paytaxtin 6 defe deyisilmesine ve merkezi hakimiyyetin 14 defe biri digeri ile dusmencilik eden muxtelif feodallarin ve sulalelerin eline kecmesine sebeb oldu Bu dovrde Iran taxt taci ugrunda bir birile qarsiya duran iyirmiye yaxin nufuzlu serkerde mubarize aparirdi Iranda bele veziyyyetin davam etmesi merkezi dovlet aparatinin tamamile dagilmasi ayri ayri vilayetlerde irsen iqtisadi ve siyasi hakimler olan yerli iri feodallara musteqil hokmranliq etmek imkani verdi Belelikle tarixen emele gelen obyektiv seraitle elaqedar olaraq Iran Gurcustan Efqanistan Dagistan ve basqa yerlerde oldugu kimi Azerbaycanda da musteqil dovletlerden ibaret yerli xanliqlar yaranmis oldu XanlariEli xan 1747 1786 Sadiq xan Seqaqi 1786 1800 Cahangir xan Seqaqi 1800 1822 Xanligin inzibati qurlusuSerab xanligi Germeli Hesteri ve Serab mahalindan ibaretdir Hesteri mahali Sehend daginin serq eteklerinde yerlesirdi Mahali idare eden beylerin iqametgahi serez kendi idi Germeli mahali bu mahal Azerbaycanin cenub serheddinde yerlesirdi Mahalin iri kendlerinden biri Turkmencay idi Germeli mahalinin merkezi Miyana adli kicik seher idi Miyananin iqlimi yasayis ucun o qeder de elverisli deyildir Burada yay Azerbaycanin basqa yerlerine nisbeten daha isti olurdu Havanin istilik derecesini yuksek seher ve onun etrafinda genis bataqliqlarin movcud olmasi qizdirma xesteliyinin yayilmasina sebeb olurdu Miyananin iqlimi xususile yeni kocenler ve oradan kecib geden musafirler ucun daha qorxulu idi Gorkemli fransiz seyyahi Taverniye 1668 ci ildemehz burada xestelenerek vefat etmisdir Serab mahali xanligin merkezinde ve Germelinin simalinda yerlesmisdir Buraya Serab seheri ve seheretrafi kendler daxil idi Basqa mahallarda oldugu kimi burani da xan terefinden teyin olunmus naib idare edirdi Serab xanliginin teeserrufat heyatiXanligin ehalisi maldarliq ve ekincilikle mesgul olurdu Maldarlar yayi Buzgus ve Savalan daglarinin eteklerinde qisi ise Serab duzenliyinde kecirirdiler Xanliqda istehsal edilen coxlu miqdarda yag pendir ve basqa sud memulati oz keyfiyyetine gore sohret qazanmisdi Serabin iqlimini yerli seraite gore iki hisseye bolmek olar Ovaliq ve duzenliklerin havasi motedil dagliq sahelerinin ise sertdir Onun simalinda yerlesen Savalan dagi deniz seviyyesinden 4200 gez hundurlukdedir Xanligin Enderab adli kendinde coxlu duz istehsal edilirdi Bu duz hem daxili ehtiyac hem de qonsu vilayetlere aparilmaq ucun istehsal edilirdi Serabda bir nece gon saxsi qablar hazirlayan ve bezek yagi cixaran muessiseler var idi Azerbaycan xanliqlarinda ipekciliyin pambiqciligin inkisafi ve onlarin qonsu olkelere ixrac edilmesi inkisaf etmekde olan pul mal tedavulune mueyyen qeder musbet tesir gosterirdi Xanliqlarda xususile Tebriz Maraga Serab ve Urmiyada tut agaclari saheleri var idi bu da hemin vilayetde ipekciliyin inkisafina elverisli serait yaradirdi Senetkarlar esasen xanliqlarin paytaxtlari Tebriz Erdebil Urmiya Xoy Maraga Eher Serab kimi boyuk seherlerde Xalxal Selmas Merend Dehxarqan Nemin ve saire ikinci dereceli seherlerde qismen mahal merkezlerinde qesebelerde ve boyuk kendlerde toplanmisdilar Boyuk seherlerden ferqli olaraq kicik seherlerde her bir senet sahesi ayrica esnaf etrafinda deyil bir nece senet bir esnaf etrafinda birlesirdi Serab Merend Xalxal ve basqa bu kimi kicik seherlerde oxsar senet sahelerini birlesdiren bir ve ya iki esnaf teskil edilmisdi Cox vaxt ustabasilar xan divanxanasina lazim olan senetkarlari gonderirdiler Qisa muddetli islerde calisan bu senetkarlar emek haqqi almadan biyar yaxud evariz mukellefiyyeti adi ile isleyirdiler Isin hecmi genis ve emek serfetme muddeti uzun oldugu teqdirde onlara bezen emek haqqi verilirdi Daxili ticaret Azerbaycanin Cenub xanliqlarinin siyasi xeritesi Xanliqlarda bazarlarin idare edilmesi isi ve buradaki huquqi meselelerin helli dargalara tapsirilmisdi Kicik seherlerde onlarin huququ Erdebil ve Serab seherinden daha da artiq idi bu seherlerde dargalar hem de seherin daxili nizam intizamina nezaret edirdiler Erdebilde bazar ehalisi arasinda bas veren kicik meseleleri darga aydinlasdirib hokm cixarmali idi Onlar xirda meselelere dair munaqiseleri bilavasite ve derhal hell edirdiler Lakin muhum meselelerle ruhani mehkemeleri mesgul olurdular Serab seherinde ise butun inzibati isler darganin elinde idi Bu isleri vaxtinda hell etmek ucun onun ixtiyarinda mueyyen miqdarda silahli adam olurdu Serab seheriXanligin paytaxti Serab seheri idi O serqden Buzgus dagi Germeli mahali simaldan Savalan dagi qerbden Mehrana rud ve Elem beraqus cenubdan Sayin gediyi ile hemserhedd idi Qarli daglarla ehate olunan bu seher yasilliqlar icinde qerq olmusdur Seherin yerlesdiyi duzenlik dalan kimi Savalan simaldan ve Buzgus cenubdan silsile daglari arasinda uzanmisdir Serab deniz sethinden texminen 1669 metr hundurlukdu yerlesir Onun gozel iqlimi munbit torpagi ve bol suyu vardir Seherin etrafinda cox da mohkem olmayan mohre qala divarlar cekilmis ve bir sira az ehemiyyetli seheretrafi istehkamlar salinmisdir Serab seheri esasen alti mehelleden ibaret idi Kelle Xelfe Xelfebeyi Eherre Mevali Araxil ve Haci Miraga Serabda bir nece mescid dord hamam iki bezerek yagi cixaran deyirman bir nece boyaqxana ve saire bu kimi senetkarliq mehsullari istehsal eden muessiseler var idi Buradaki mescidlerin en meshuru Haci Ebdulkerim Cume Xelfebeyi Mirsedreddin Qardas Haci Ezim Mirze Ebdulla Uc gozlu Murtuzaoglu Movliya Haci Mir Huseyn Meydan Dervaza ve Eherri adli mescidlerden ibaretdir Xanliqlar dovrunde Serab seherinin kecmis ezemetini xatirladan tarixi yerustu abideler arasinda Cume ve Imamzade adli meqbere daha boyuk sohrete malik idi Cume mescidinin binasi Xelife Omerin hokmranligi dovrunde tikilmisdir Qeyd etdiyimiz meqbere ozunun orijinal ve gozel arxitekturasi ile seyyahlarin nezer diqqetini celb ede bilmisdir Serab seherinin veziyyeti haqqinda qismen genis ve maraqli melumat veren Fransa seyyahi P A Joberin yazdigina gore oradaki evler esasen birmertebeli idi Burada en boyuk bina iki mertebeden ibaret olan Serab xaninin sarayi idi Seqaqi el bascilarina mexsus bu bina bir nece boyuk otaqlara enderuni ve biruni ayrilirdi Xanin qebul otaginin divanxananin etrafi uzerine xali dosemeler salinmis das ve taxta sekilerden ibaret idi Xanin taxti yuxari terefde ve hemin sekilerle uzbeuz qoyulmusdu Ilk menbelerde seher ehalisinin sayi haqqinda muxtelif fikirler ireli surulmusdur Lakin arxiv senedlerinde onun sayi 8000 e yaxin qeyd edilir Ehali esasen senetkarliq ticaret ekincilik maldarliq ve calvadarliqla mesgul olurdu Seherde istehsalin muxtelif saheleri ile mesgul olan adamlarla yanasi hec bir isle mesgul olmayan ve tufeyli heyat keciren bir qrup imtiyazli tebeqeler de xanin qohumlari iri feodallar beyler ruhaniler ve basqa bu kimi aileler yasayirdi Serabda pulla toplanilan illik vergi esasen asagidakilardan ibaret idi Qapandan ceki ve tereziden ilde 130 tumen Sallaqxanalardan ilde 40 tumen Hamamlardan ilde 30 tumen Senetkarlardan ilde 85 tumen Tacirlerden illik gelirin onda bir hissesi qeder Seherden toplanilan natural vergilerin miqdari haqqinda konkret melumat veren ilk menbelere helelik tesaduf edilmemisdir Serab tacirleri taxil ve mal qara alverinde feal istirak edirdiler Ona gore de onlarin ixtiyarinda coxlu miqdarda at buynuzlu heyvan ve qoyun var idi Bir sira xanliqlardan Tebrize geden karvan Serabdan kecmeli idi Bununla elaqedar orada hemise boyuk taxil ehtiyati olurdu Umumi siyasi veziyyetMelum oldugu kimi xanliqlar dovrunde Iranda Zendler sonra Qacarlar sulalesi hakimiyyet basina gelmisdir Obyektiv amillerle elaqedar olaraq her sulale ozunemexsus daxili ve xarici siyasete malik idi Daxili ve beynelxalq seraitde bas veren butun deyisiklikler oz eksini xanliqlarin siyasi heyatinda tapirdi Onlarin arasindaki quvvelerin nisbetinin deyismesi de mehz bununla elaqedar idi Xanliqlarin xarici elaqeleri arasinda yadelli isgalcilara qarsi gosterilen inadli muqavimet esas yer tuturdu Ayri ayri xanliqlarda yasayan ehalinin apardigi qehremanliq mubarizeleri Azerbaycan xalqinin oz azadliq ve istiqlaliyyeti ugrunda apardigi umumi tarixi mubarizenin ayrilmaz bir hissesi idi Hemin dovrde Iran isgalina qarsi geden azadliq muharibesi Azerbaycanin mubarize tarixinde parlaq ve sanli sehifeler acmisdir Xarici elaqeler sahesinde esas meselelerden biri de xanliqlar arasindaki ictimai iqtisadi medeni ve basqa siyasi munasibetler idi Muvafiq dovrun butun merhelelerinde xanliqlar arasindaki bele elaqeler movcud olsa da bu ardicil deyildi Bele ki tarixi hadiselerden asili olaraq bu munasibetler tez tez qirilir zeifleyir cox nadir hallarda quvvetlenirdi Xarixi hucumlarin guclenmesi dusmen quvvelerinin tezyiqi artdigi ve qelebe umidi azaldigi teqdirde hokmdar xanlar oz movqelerini saxlamaq xatirine aralarindaki ittifaqi pozur Azerbaycan xalqinin umumi menafeyini oz sexsi menafeyine qurban verir ve dusmen terefine kecirdiler Mehz bele bir veziyyet xanliqlarin xarici hucumlar qarsisinda zeiflemesine ve nehayet asili veziyyete dusmesine sebeb olmusdur Xanliqlarda saray cekismeleri ve feodal ara muharibeleri tez tez bas verirdi Lakin bu veziyyet olkenin her terefinde eyni seviyyede deyildi Azerbaycanin simal xanliqlarina nisbeten onun cenubunda feodal cekismelerine az tesaduf olunurdu Bu da ondan ireli gelirdi ki xanliqlar arasinda quvvelerin nisbeti demek olar ki eyni deyildi Hemin dovrde Feteli xan Efsarin fealiyyetini istisna etsek yalniz Serabli Sadiq xan Seqaqi bir nece defe qefilden Tebriz xanligina esasli hucum etmisdir Qalan toqqusmalat olduqca ehemiyyetsiz ve neticesiz idi XVIII esrin II yarisinda Azerbaycanin cenub vilayetlerindeki umumi siyasi veziyyeti xususiyyeti etibarile iki hisseye ayirmaq olar Onlardan biri Urmiya xanliginin quvvetlenmesi 1747 1763 bir sira xanliqlarin ondan asili veziyyete dusmesi digeri ise Urmiya xanliginin zeiflemesinden sonra Xoy xanliginin inkicaf etmesi 1763 1813 ve onun cenub xanliqlari uzerinde ustun movqeyi ile izah edilir Hemcinin baxAzerbaycan xanliqlari Sadiq xan Seqaqi Germerud mahaliIstinadlarMuriel Atkin Russia and Iran 1780 1828 2nd ed Minneapolis University of Minnesota Press Press 2008 ISBN 0 521 58336 5 I Ogranovich Sarabskaya provinciya Zapiski Kavkazkogo otdela imperatorskogo russkogo geograficheskogo obshestva kn H vyp pervyj Tiflis 1876 seh 218 I Ogranovich Sarabskaya provinciya Zapiski Kavkazkogo otdela imperatorskogo russkogo geograficheskogo obshestva kn H vyp pervyj Tiflis 1876 seh 218 Azerbaycan tarixi Yeddi cildde III cild XIII XVIII esrle r Baki Elm 2007 592 seh PDF 2020 10 08 tarixinde PDF Istifade tarixi 2013 06 04 P G Butkov Materialy dlya novoj istorii Kavkaza s 1722 po 1802 g I 3 Peterburg 1869 seh 16 35 Ebulhesen Qeffari Kasani Golsen e morad der tarix e zendiyye Tehran 1300 seh 120 G B Abdullaev Azerbajdzhan v XVIII v seh 65 G Druvil Sefername 1812 1813 Tehran 1337 seh 26 Ebdulhesen ibn Mehemmedemin Gulustane Mucmel ut tevarix der tarix e Zendiyye Siraz 1190 seh 157 S Chernozubov Azerbajdzhan Voennyj sbornik SPb 1900 seh 178 Bayburdi Tarix e Eresbaran Tehran 1341 seh 101 Huseyn Delili Azerbaycanin cenub xanliqlari XVIII esrin ikinci yarisinda Baki Elm 1979 seh 42 Mesud Keyhan Cografiya ye mofessele Tehran 1311 seh 170 S Chernozubov Azerbajdzhan Voennyj sbornik N 6 Peterburg 1909 seh 178 S Korsun Voennyj obzor peredovogo teatra Tiflis 1909 seh 134 Ferheng e cografiya ye Iran seh 264 Eliekber Dehxuda Lugetname N 9 Tehran 1340 seh 396 S Korsun Voennyj obzor peredovogo teatra Tiflis 1909 seh 163 I Ogranovich Opisanie Ardabilskoj provincii seh 227 V F Minorski Svedenie i naseleniya seh 32 Ehmed Tacbexs Revabet e Iran ve Rusiye der nime ye evvel e qern e nuzdehem tebriz 1337 seh 382 G Druvil Sefername 1812 1813 Tehran 1337 seh 78 I Ogranovich Sarabskaya provinciya kn 10 vyp I Tiflis 1876 seh 218 S Korsun Voennyj obzor peredovogo teatra Tiflis 1909 seh 161 I N Berezin Puteshestvie po Severnoj Persii seh 30 Ferheng e cografiya ye Iran IV cild seh265 S Korsun Voennyj obzor peredovogo teatra Tiflis 1909 seh 162 I N Berezin Puteshestvie po Severnoj Persii seh 31 I Ogranovich Sarabskaya provinciya Zapiski Kavkazkogo otdela imperatorskogo russkogo geograficheskogo obshestva kn H vyp pervyj Tiflis 1876 seh 64 AVPR f Glavnyj arhiv 1 10 1804 1805 d 3 l 1 I N Berezin Puteshestvie po Severnoj Persii seh 219 Huseyn Delili Azerbaycanin cenub xanliqlari XVIII esrin ikinci yarisinda Baki Elm 1979 seh 107 QeydlerSer ab fars dilinde suyun basi menbeyi demekdir Cox guman ki vilayetin merkezi Heyderxan ve Tacyar caylarinin qismen baslangicinda yerlesdiyine gore vilayet ve seher hemin adi almisdir Bir sira muellifler o cumleden I N Berezin seherin ve vilayetin adini Serah uc yol qeyd etmisler Erdebil Tebriz ve Tehrana geden yollar uzerinde yerlesen Serab vilayetinin bele adlanmasi da munasib olardi XVIII XIX esrin evvellerinde esasen yarimkoceri heyat suren seqaqi tayfasi 20000 aileden ibaret idi Savalan Buzgus daglari eteklerinde yaylaq ve Mugan duzunde qislayan hemin tayfa Zengan Serab mahallarinda Qiziluzen cayi etrafinda yayilmisdi Ehmed xan Ebdeli Efqanistanda Mehemmed Hesen xan Qacar Mazandaran ve Astarabadda Hidayetxan Gilanda Irakli Gurcustanda Eli xan Adil sah Sistan ve Xorasanda Kerim xan Zend Isfahanda Ibrahim Mirze Iraqda Serefraz bey Xudabende Hemedanda Kait Kelbeli xan Birugirdide Huseyn xan Zengine Girmansahda musteqil dovlet yaratdilar Farsdilli tarixi edebiyyatda Hesteri adinin Hestrud sekkiz cay Germeli mahalinin ise Germrud sozlerinden emele gelmesi haqqinda melumat vardir Rus Iran muqavilesinin 1828 baolanmasi ile elaqedar olaraq Turkmencay tarixi sohret qazanmisdir Miyana fars sozudur orta ve araliq demekdir Cox guman ki seher azerbaycanla Iraqi Ecem arasinda yerlesdiyi ucun bu adi almisdir Hulaku xanin hakimiyyeti 1258 1265 dovrunden qalmis darga termini monqol sozu olub xususi mohur qoyan demekdir Enderun xanin heremxanasi yeni onun ailesinin yasadigi evler birun ise dovleti idare eden xanin ve onun komekcilerinin iqametgahi idi MenbeCENUBI AZERBAYCAN XANLIQLARI Azerbaycan xanliqlari 2009 10 27 at the Wayback Machine Enver Cingizoglu Serab xanligi Baki Mutercim 2013 212 seh Huseyn Eli oglu Delili Azerbaycanin cenub xanliqlari XVIII esrin ikinci yarisinda Baki Elm nesriyyati 1979