Tatev monastırı (erm. Տաթևի վանք Tat'evi vank' ) – Ermənistan Respublikasının Sünik mərzi ərazisində, Tatev kəndi yaxınlığındakı böyük bazalt qayanın üzərində inşa olunmuş IX əsr monastırıdır. Müasir dövrdə Tatev sözü əsasən monastırla əlaqəli olaraq işlədilir. Monastır kompleksi əsrlərdir ki, (Vorotan çayı) sahilində ucalmaqdadır. Sünik kilsəsinin mərkəzi olan Tatev bölgənin tarixində mühüm rol oynamışdır.
Tatev monastırı | |
---|---|
Ölkə | Ermənistan |
Yerləşir | Sünik mərzi, Tatev kəndi |
Aidiyyatı | Sünik Həvari Kilsəsi EQK |
Sifarişçi | Aşot Süni II Qriqor Supan |
Tikilmə tarixi | 906 |
Vəziyyəti | fəaliyyət göstərir |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iv,vi,vii,ix |
Təyin edilib | 1995 |
İstinad nöm. | 14 |
Dövlət | Ermənistan |
Region | Avropa |
İstinad nöm. | 9.97/9 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
XIV-XV əsrlərdə Tatev monastırı orta əsrlərin ən mühüm erməni universitetlərindən biri olan Tatev Universitetinə ev sahibliyi etmiş, burada elm, din, fəlsəfə tədris edilmiş, kitabların üzü köçürülmüş və miniatürçü rəssamlar çalışmışdır. ən çətin dövrlərində (ermənilərin yaşadığı ərazilər türk sülalələrinin qurğunu dövlətlərin hakimiyyəti altında olduğu orta əsrlərdə) Tatev Universitetinin alimləri erməni mədəniyyətinin qorunub saxlanmasında mühüm rol oynamışlar.
Müasir dövrdə monastır Sünikin əsas turistik obyektidir.2010-cu ildə Tatevi Halidzor kəndi ilə birləşdirən “” adlı kanat yolu çəkilmişdir. Bu kanat dünyanın “ən uzun dayanıqsız ikiqat kanat yolu” kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.
Etimologiyası
Erməni ənənəsinə görə monastır həvari Müqəddəs Faddeyin bölgədə xristianlığı təbliğ edərkən şəhid olmuş şagirdi Estatiusun şərəfinə adlandırılmışdır. Sonradan onun adı tələffüzdə dəyişərək Tatev formasına düşmüşdür.
Məşhur xalq etimologiyası isə monastır kompleksinə daxil olan əsas kilsə binasının inşası ilə əlaqədardı. Belə ki, kilsənin inşası tamamlandıqdan sonra memarın tələbəsi xaçı ucaltmaq üçün qübbənin üstünə çıxır. Lakin işini tamamlayıb aşağı düşərkən yıxılır və ölməməsi üçün dua edərək Tanrıdan ona qanad verməsini istəyir və bu ifadə erməni dilində “ta tev” şəklində səslənir.
Məbədin adının türk dilində etimologiyasına görə ad "tat" və "ev" sözlərindən ibarətdir. Tat sözü Azərbaycanda qədim dövrlərdən həyat keçirən türklərə (həmçinin Sasanilərin hakimiyyəti dövründə Azərbaycana köçürülmüş irandilli əhaliyə) aid edilməklə yanaşı, "tat ev" ifadəsi "böyük ev" anlamında da işlədilmişdir.
Tarixi
Tatev monastırı Ermənistanın cənub-şərqində, qədim Sünik vilayətinin ərazisində, Gorus şəhəri yaxınlığında, İrəvandan 280 km aralıda yerləşir. Tatev yaylağı hələ xristianlıqdan əvvəl məskunlaşmış və burada paqan məbədi mövcud olmuşdur. IV əsrdə bölgədə xristianlığın yayılmasından sonra paqan məbədinin yerində kiçik xristian kilsəsi inşa edilmişdi.
IX əsrdə Tatevin yepiskop qərargahı elan edilməsindən sonra Tatev monastırının inşasına başlanmışdır. Sünik tarixçisi özünün “Sünik vilayətinin tarixi” adlı əsərində 848-906-cı illərdə Sünik knyazı Aşot Süni tərəfindən Qeqarqunik hakimi II Qriqor Supan və şahzadə Cagikin dəstəyi ilə köhnə kilsənin yanında yeni kilsənin inşasına başlanmasından bəhs edilir. ilə Tatevin iqtisadi və siyasi əhəmiyyətinin artmasından sonra Sünik yepiskopu İohannın (Hovannes) müraciəti əsasında çar Aşot Süni ərazidə yeni monastır kompleksinin inşasına qərar verdi.
Lakin, Ermənistan katolikosu göstəişi ilə Tatevə hücum edən erməni ordusu monastırı dağıtmış, Katolikos Ananiya isə monastırı lənətləmişdir. Sünik knyazı I Vasakın hakimiyyətə gəlməsindən sonra Tatev monastırını yenidən bərpa edilmiş və müdafiə sistemini möhkəmləndirilmişdir. XI əsrdə monastırda 1000-dən çox monax yaşayır, həmçinin çoxsaylı kəndlilər monastıra xidmət edirdi.
1040-cı ildə II Smbat 2000 nəfərlik ordu ilə Şəddadilər sülaləsindən olan Əbüləsvar Şavura qarşı döyüşdə iştirak etmiş və onun məğlub edilməsində mühüm rol oynamışdır. Bunun əvəzinə 1044-cü ildə Ərdəbil, Əhər və Lənkəranın müsəlman əmirləri Sünikə soxularaq onun mədəni-ruhani mərkəzi olan Tatev monastırını ələ keçirmiş, Müqəddəs Qriqori kilsəsi və onu əhatə edən binaları dağıtmışlar. Müsəlmanların geri çəkilməsindən sonra II Smabt ömrünün sonuna kim Sünikin bərpa edilməsi ilə məşğul olmuşdur. 1087-ci ildə V Sünik knyazı Sənəkərimin hakimiyyəti dövründə kompleksin şimalında Müqəddəs Məryəm ana kilsəsi inşa olunmuşdu.
XII əsrdə Səlcuqluların Cənubi Qafqaza yürüşləri zamanı və 1136-cı ildə baş vermiş zəlzələdə monastır kompleksi ciddi dağıntılara məruz qalmışdı. 1170-ci ildə monastır kompleksini ələ keçirən Səlcuqlular yanğın törətmişdilər və bu zaman monastırda saxlanan 10.000-dən çox əlyazma yanaraq məhv olmuşdu. XII əsrin sonlarında yepiskop Stepannosun göstərişi ilə monastır kompleksi yenidən bərpa olunmuşdu.
Monqolların Azərbaycanda hakimiyyəti dövründə və Hülakülər sülaləsi zamanında monastır kompleksi vergilərdən azad edilmişdi. Sünikin yerli sülaləsi olan Orbelilərin dəstəyi ilə monastır əvvəlki iqtisadi gücünü bərpa etmişdi. 1286-cı ildə monastırın nəzarəti altına keçmiş və Mitropolit təyin olunan Stepannos Orbeli Sünik kilsəsinin yeparxiyalarını vahid mərkəz ətrafında birləşdirməyə çalışmışdır. XIV əsrdə Tatev Universitetinin əsasının qoyulmasından sonra Tatev monastırı həm də böyük mədəniyyət mərkəzinə çevrilmişdir.
Teymurun Sünikə hücumu (1381-1387) zamanı talanmış və yandırılmış Tatev monasıtırı tabeliyində olan ərazilərin də böyük bir hissəsini itirmişdir. 1434-cü ildə Teymuri Sultan Şahruxun Azərbaycana yürüşü zamanı Tatev növbəti dəfə zərbə almışdır.
Müasir dövr
XVII-XVIII əsrlərdə Səfəvilərin hakimiyyəti dövründə kompleksdə monastır həyatı yenidən canlanmağa başlamış, kompleksdə bərpa işləri həyata keçirilmiş və bir neçə yeni bina inşa olunmuşdur. 1796-cı ildə Ağa Məhəmməd xan Qacarın yürüşü zamanı monastır kompleksi növbəti dəfə zərbə almışdır.1822-ci ildə Qarabağ xanlığının Çar Rusiyasının tərkibinə qatılmasından sonra 1836-cı ildə Alban Həvari Kilsəsi kimi Sünik Kilsəsinin də müstəqilliyinə son qoymuş və Sünik kilsəsi Erməni Qriqoryan Kilsəsinin yeparxiyalarından birinə çevrilmişdir.
1921-ci ildə Tatev monastırında keçirilən toplantıdan sonra Dağlıq Ermənistan Respublikasının qurulması elan edilmişdi. Dövlət Tatev kanyonu, Qarakilsə və Qndevaz ərazilərini əhatə edirdi. Gorus şəhəri tanınmamış dövlətin paytaxtı, Qaregin Njde isə rəhbəri elan edildi.
1931-ci ildə baş vermiş zəlzələ zamanı monastıra ciddi ziyan dəydi, Müqəddəs Pavel və Pyotr kilsəsinin qüvvəsi çökdü və zəng qülləsi dağıldı. Sonrakı dövrdə kilsənin dağılmış hissələri bərpa edilsə də, zəng qülləsi bu günə kimi dağılmış olaraq qalmaqdadır.
Memarlıq xüsusiyyətləri
Qala divarları ilə əhatə olunmuş Tatev monastır kompleksinə üç kilsə (Müq. Pavel və Pyotr, Müq. Qriqori Maarifçi, Müq. Məryəm), kitabxana, yemək zalı, zəng qülləsi, mavzoley və digər kiçik adminstrativ binalar daxildir.
Müqəddəs Pavel və Pyotr kilsəsi 895-906-cı illərdə inşa edilmişdir. 1043-cü ildə kilsənin cənub divarına bitişik tağlı zal inşa edilmişdi. Bundan qısa müddəs sonra, 1087-ci ildə kompleksi qoruyan qala divarının şimal tərəfində Müqəddəs Məryəm kilsəsi inşa olunmuşdu. 1295-ci ildə Stepannos Orbelinin təşəbbüsü ilə zəlzələ nəticəsində dağılmış Müqəddəs Qriqori Maarifçi kilsəsinin təməlləri üzərində yeni kilsənin inşasına başlanmışdır. 1787-ci ildə Müqəddəs Qriqori kilsəsinin qərb divarı yaxınlığında Qriqor Tatevatsinin mavzoleyi inşa edilmiş, XIX əsrdə isə Müqəddəs Pavel və Pyotr kilsəsinin qərbində zəng qülləsi inşa edilmiş və mavzoleyə vestibül əlavə olunmuşdur.
Bundan başqa monastır, Qavazan kimi tanınan sütuna da malikdir. Bu sütun X əsrdə Müqəddəs Pavel və Pyotr kilsəsinin inşasının tamamlanmasından sonra ucaldılmış və müxtəlif zəlzələlər və hücumlara baxmayaraq toxunulmaz qalmışdır. XIV əsrdə yaşayış, inzibati və digər binalarla yanaşı kompleksin cənub, qərb və şimal tərəflərini əhatə edən qala divarları inşa edilmişdir. XVIII əsrdə kompleksə yepiskop iqamətgahı, rahib hücrələri, yeməkxana binası, mətbəx, çörəkxana və şərab anbarı əlavə edilmişdir. Əsas qala divarlarının yanında dağlı tavanlarla örtülmüş on altı sinif otağı inşa olunmuşdu.
Monastırın qala divarlarından kənarda, şimal-şərqdə zeytun istehsalı yeri vardır. Həmin məkan dörd istehsal otağından ibarətdir ki, onların da ikisi qübbəli saxlama kamerası, ikisi isə tağlı tavanlı istehsal otaqlarıdır. Bu dəyirman bütün Cənubi Qafqazda dövrümüzə çatmış ən yaxşı dəyirmanlardan birdir ki, ora əsrlərin zeytun istehsalı haqqında ətraflı təəssürat yaradır.
Tatev monastırındakı məktəb binaları memarlıq baxımından orta əsrlərin monastır məktəblərinin memarlığına uyğundur.
Müqəddəs Pavel və Pyotr kilsəsi
Müqəddəs Pavel və Pyotr kilsəsi İsanın iki həvarisinin şərəfinə inşa edilib. Bu kilsə həm də Həvarilər kilsəsi və ya kafedral kimi tanınır. Ehtimal ki, bu kilsə özündən əvvəl həmin ərazidə olmuş daha qədim bir kilsənin yerində inşa edilib və qədim kilsənin adını da miras alıb. Kilsənin qərb divarında yepiskop Hovannesin (İohann) sifarişi ilə hazırlanmış və kilsənin inşa tarixi haqqında məlumat verən xaçkar vardır.
Müqəddəs Pavel və Pyotr kilsəsi monastır kompleksində dövrümüzə çatan ən qədim tikilidir. Kilsə yepiskop Hovannesin xeyir-duası, çar Aşot Süninin təşkilatçılığı və maddi dəstəyi, onun həyat yoldaşı Şahzadə Şuşan, həmçinin, Qeqarqunik hakimi II Qriqor Supan və şahzadə Cagikin dəstəyi ilə inşa olunmuşdur.
Kompleksin ərazisində qərbdən şərqə uzanan kilsə dördbucaqlı bazilika formasında inşa edilmişdir. Kilsənin şərq tərəfində iki tərəfdən depozitari ilə əhatə olunmuş apsidanın ortasında altar yerləşir. Mərkəzi qübbə şərqdən iki sütunla dəstəklənisə də, qərbdən əvvəlki tikilinin qalıqlarına söykənir. İki səviyyəli qübbə maili istiqamətdə kirəmitlə örtülmüşdür. Həm daxildən, həm də xaricdən kilsənin divarları yonulmuş daşlarla üzlənmişdir. Divarlarda və qübbədə olan nazik pəncərələr neflərin işıqlandırılmasını təmin edir. Kilsənin şərq fasadında onun inşasında nişlər və nişlərin də üstündə kilsənin inşasını təmin edən çar Aşot Süni və şahzadə Şuşanın ilanlarla əhatə olunmuş portret-barelyefləri var.
930-cu ildə yepiskop Hakob Dvinetsinin xeyir-duası ilə kilsənin interyeri freskolarla bəzədilmişdir. Bu işlə Konstantinopoldan dəvət edilmiş fransız rəssamları və yerli rəssamlar birlikdə məşğul olmuşlar. Əsas fiqurların üzləri şərq cizgilərinə malikdirlər və interyerdəki bütün yazılar erməni dilindədir. Şərq apsidasında taxta çıxmış İsa tələbələri və digər müqəddəslərlə birlikdə təsvir edilmişdir. Qərb divarında məşhər, şimal divarında isə İsanın doğulması təsvirləri çəkilib. Həmin freskaların az bir hissəsi dövrümüzə çatıb.
- Kilsənin eksteryer dekorasiyası
- Kilsənin barabanında daş-oyma işləri
- Kilsənin interyeri
- Kilsə qübbəsinin daxili görünüşü
- Kilsənin dövrümüzə çatmış freskaları
Müqəddəs Qriqori Marifçi kilsəsi
Müqəddəs Qriqori kilsəsi Müqəddəs Pavel və Pyotr kafedralının cənub divarının yanında inşa edilmişdir. Kilsə 836-848-ci illərdə Sünik şahzadəsi Filippin maddi dəstəyi və sifarişi ilə inşa edilmişdi. XI əsrdə Səlcuqluların yürüşündən sonra kilsə bərpa edilsə də, 1138-ci il zəlzələsi zamanı dağılmışdı. Bir əsrdən artıq xaraba vəziyyətdə qalan kilsə 1295-ci ildə yenidən bərpa edilmişdir.
Müqəddəs Qriqor kilsəsi sadə memarlıq quruluşuna malikdir. Binanın qübbəsi yoxdur. Şimal və cənub tərəfdən üç sütunla dəstəklənən binanın damı maili kirəmitlərlə örtülmüşdür. Kilsənin girişi gözəl həndəsi naxışlarla bəzədilmişdir.
Müqəddəs Məryəm ana kilsəsi
Müqəddəs Məryəm ana kilsəsi (Tanrı anası kilsəsi) kompleksi əhatə edən qala divarlarının şimal tərəfində 1087-ci ildə inşa edilmişdir. Kilsə girişin yanında yerləşən mavzoleyin ikinci mərtəbəsi kimi inşa edilmişdir. 1931-ci ildə baş vermiş zəlzələ zamanı dağılmış kilsə XX əsrdə yenidən bərpa edilmişdir.
Qavazan
Qavazan adlandırılan və kompleksin həyətində ucaldılmış sütun formalı abidə Müqəddəs Üçlüyün şərəfinə inşa edilmişdir. Abidə kafedralın cənubunda yerləşir. Səkkiz metrlik sütun xaç təsvirli daş lövhə ilə tamamlanmışdır. Üzərində çox az naxışı olan yazısız daş inşa olunduğu tarixdən dəyişilməmişdir.
Sütunun inşa olunmasında əsas məqsəd aktiv seysmik zonada baş verəcək zəlzələlər haqqında əvvəlcədən məlumat vermək idi. Hər dəfə tərpənişlərdən sonra sütun öz vertikal formasına qayıdır.
Monastır feodalizmi
Tatev monastırının feodal quruluşu var idi. İnşa edildikdən sonra bölgənin həyatında mühüm rol oynamağa başlayan monastır böyük təsir qüvvəsinə malik olmaqla böyük ərazilərə və çoxlu kəndlərə malik idi. Monastırın əsasının qoyulması haqqında ilk informasiya Stefannos Orbelinin “Sisakan tarixi” əsərində verilir və tarixçi qeyd edir ki, Sünikin sərhəddləri müəyyən edilib ayırıldıqdan sonra, monastırın əsası şahzadə Filipp Süninin oğlu Aşot Süni tərəfindən qoyulmuşdur.
Bir müddət sonra Suraberd (müasir Svarants), Tamalek, Avelandaşt və başqa kəndlərdə torpağın kəndlilərin öhdəsinə verilməsindən sonra onlar arasında torpağın bölünməsi uğrunda mübarizə başladı. Etirazlar daha da uzanaraq açıq üsyana çevrildi və fasilələrlə 990-cı ilə kimi davam etdi, daha sonra isə Sünik çarı I Vasakın Suraberd kəndini dağıdarak əhalisini müxtəlif ərazilərə köçürməsi ilə başa çatdı. Tarixçilər bu üsyanları təxminən eyni dövrdə baş vermiş Tondrakian üsyanları (IX-XI əsrlər) ilə əlaqələndirirlər.
Tatev monastırı 47 kəndə malik idi və əlavə olaraq 677 kənddən də vergi alırdı. Bu cür iqtisadi imkanlar əvvəllər müstəqil əsasları olan həvari mənşəli Sünik kilsəsinin gücünü bərpa etməsinə və 940-950-ci illərdə yepiskop Hakobun Erməni Qriqoryan Kilsəsinə və Eçmiədzin katolikosuna tabe olmaqdan imtina edərək Sünik kilsəsinin müstəqilliyini elan etməsinə şərait yaratmışdı. Bundan sonra erməni katolikosu Ananiya Mokaçi Tatev monastırının dağıdılması əmrini verərək müstəqil Sünik knyazlığı ərazisinə erməni hərbiçilərini göndərmiş və Tatev monastırını lənətləmişdir. Tatev monastırının Erməni Qriqoryan Kilsəsi tərəfindən dağıdılması və zəiflədilməsindən sonra ətraf kilsələr özlərinin müstəqil yepiskopluqlarını elan etmişdilər.958-ci ildə katolikos Vahanın təşəbbüsü ilə Sünik kilsəsinin hüquq va hakimiyyəti bərpa edilmişdi. Sünik knyazı I Vasakın hakimiyyətə gəlməsindən sonra Tatev monastırını yenidən bərpa edilmiş və müdafiə sistemini möhkəmləndirilmişdir.1006-cı ildə yepiskop V Hovannesin hakimiyyəti dövründə Sünik kilsəsi yenidən Erməni Qriqoryan Kilsəsindən asılı vəziyyətə düşmüşdür.
Tatev Universiteti
Tatev Universiteti bölgənin mədəni həyatında diqqətəlayiq rol oynamışdır. Özünün “Sünik vilayətinin tarixi” əsərində Stepannos Orbeli monastırın minlərlə qədim əlyazma, sənəd və müqavilələrə ev sahibliyi etməsindən bəhs edir. Tatev monastırı həm də 1390-1434-cü illər arasında fəaliyyət göstərmiş tatev Universitetinə ev sahibliyi etmişdir. Tatev Universiteti təkcə bölgə əhalisi üçün yox, erməni dilini bilən hər kəs üçün (o cümlədən Erməni Qriqoryan Kilsəsinə tabe olan Alban Həvari Kilsəsi mənsubları üçün) mühüm elm mərkəzi olmuşdur.
1340-cı illərdə tənəzzülündən sonra Hovan Vorotnetsi ayrılaraq Cuk, Vorotn ərazilərinə gəldi, bu zaman Orbelilər Tatevdə təhsil verməsi qarşılığında ona öz himayələrini təklif edirlər. Voronetsi Qladzor Universitetində əldə etdiyi təcrübədən tatevdə dərs planının hazırlanması, dərslərin təşkili, tələbələrin klassifikasiyası üçün istifadə etmişdi. Bu isə qısa müddətdə Tatevi uğurlu universitetə çevirməkdə kömək etmiş, Ermənistanın müxtəlif regionlarından və Kilikiyadan gənclər buraya axışmağa başlamışdı.
Voronetsi universitetdə üç bölmə yaratmışdı: erməni və xarici kitabların öyrənilməsi, yazı sənətinin öyrənilməsi və musiqinin öyrənilməsi. Birinci bölmədə humanitar və sosial elmlər, fəlsəfə, nitq, qrammatika, ədəbiyyat və tarix öyrədilirdi. İkinci bölmədə kalliqrafiya, kitabların rəssam dizaynı, divar rəsmləri və miniatürlərin çəkilməsi tədris edilirdi. Üçüncü bölmədə isə qədim musiqi və musiqişünaslıq bilgiləri verilirdi.
1388-ci ildə Voronetsinin ölümündən sonra Qriqor Tatevatsi abbat vəzifəsini tutdu. O, universitetin nüfuzunun daha da artmasına nail oldu. Onun rəhbərliyi dövründə tatev özünün ən canlı və yaradıcı dövrünü yaşadı. Tədris olunan mövzulara erməni ədəbiyyatı, Əhdi-Ətiq və Əhdi-Cədidin şərhi və analizi, müqəddəs ataların yazılarının öyrənilməsi, Platon, Aristotel, və Porfirinin əsərlərinin öyrənilməsi və analizi də daxil idi.
Tatev Universiteti bölgənin əsas elmi və mədəni mərkəzinə çevrilmişdi. Həmin dövrün siyasi təlatümləri, müstəqil erməni sülalələri tərəfindən sıxışdırılması, Tatev monastırının məruz qaldığı hücumlar və dağıntılar nəzərə alındıqda universitetin fəaliyyəti və uğurlarının dəyəri daha aydın şəkildə üzə çıxır.
Tatev Universiteti ermənilərin Fratres Unitores təsirindən qorunmasında da mühüm rol oynamışdır. Papa Vatikanın təsirini Asiyanın içərilərində doğru və Ermənistanda yayılması tapşırığını həyata keçirməyə çalışan Unitores Dominikan ordeninin yerli qolu idi. Tatev Universitetinin ziyalıları bu qüvvələrin erməni xalqına və Erməni Qriqoryan Kilsəsinə təsirinə qarşı mübarizə aparmışlar.
1375-ci ildə Kilikiya erməni çarlığının süqutundan sonra Qriqor Tatevatsi, daha sonra isə onun izləyiciləri Tovma Mesrobetsi və Hovannes Hermonetsi Erməni Qriqoryan Kilsəsi mərkəzinin Sisdən Eçmiədzinə köçürülməsində mühüm rol oynamışlar.1441-ci ildə Eçmiədzin Milli Şurasının verdiyi qərarla həmin minillikdə erməni tarixinin ən mühüm hadisələrindən biri gerçəkləşdirildi.
Qriqor Tatevatsinin ölümündən sonra da universitet nüfuzunu qorumağa davam edirdi. Lakin mürəkkəb siyasi və iqtisadi vəziyyət bir müddət sonra universitetin fəaliyyətinin zəifləməsinə, Teymuri Sultan Şahruxun 1434-cü ildə Azərbaycana yürüü zamanı isə tamamilə fəaliyyətini dayandırmasına səbəb oldu.
Milli İrs
1995-ci ildə Tatev, və onları əhatə edən ərazilər və Urud vadisi UNESCO-nun ilkin siyahısına daxil edilmişdir.
2010-cu ildə bölgədə turizmin inkişaf etdirilməsi məqsədi ilə Ermənistan Respublikası Tatev monastırını ətraf ərazilər ilə əlaqələndirən 5750 m uzunluğunda dünyanın ən uzun dayanacaqsız iki tərəfli kanat yolunu çəkib. “” adlandırılan bu kanat xətti Tatev monastırından Halidzor kəndinə kimi uzanır. $25 milyon dollar dəyəri olan layihə İsveçin “Doppelmayr/Garaventa group” şirkəti tərəfindən həyata keçirilmişdi.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Holding, Nicholas. Armenia with Nagorno Karabagh (3rd). Chalfont St. Peter, Bucks: Bradt Travel Guides. 2011. səh. 255. ISBN .
- "World's longest cable car line opens in Armenia". . 16 October 2010. 19 October 2010 tarixində . İstifadə tarixi: 22 iyul 2014.
- "Armenia Launches World's Longest Aerial Tramway". Azadlıq Radiosu. 17 October 2010. 5 March 2016 tarixində . İstifadə tarixi: 22 iyul 2014.
- "Longest non-stop double track cable car". Guinness World Records. 2014-10-18 tarixində . İstifadə tarixi: 22 iyul 2014.
- Bax: Lusamut.net 2022-08-21 at the Wayback Machine.
- Bax: Tatev Village in the Annals of History 2018-07-19 at the Wayback Machine.
- Ə. Ələkbərli – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 141-143
- Nicholas Holding, Deirdre Holding. Armenia with Nagorno Karabagh 2014-03-05 at the Wayback Machine. — 3-е изд. — Bradt Travel Guides, 2011. — Т. 3. — С. 256:
On the north facade are also representations of the founders of the church – Prince Ashot, his wife Shushan, Grigor Supan, the ruler of Gegharkunik, and Prince Dzagik.
- V. Minorsky. Studies in Caucasian History. — CUP Archive, 1953. — С. 51
- See Find Armenia 2022-03-08 at the Wayback Machine
- Երանքեան, Վ. Հայ Լուսաւորութեան Կեդրոններ (Centres of Illumination in Armenia). Montreal: Horizon Publishing. 1996.
- Սովետական Հայկական Հանրագիտարան. Yerevan. 1976.
- Bax: Tatev Foundation 2009-08-22 at the Wayback Machine
- Bax: Armenian Heritage 2010-10-31 at the Wayback Machine
- Խաչատրյան, Հայկ. Հայաստան Երկիր Ուխտավայր. Beirut, Lebanon: Donigian Publishing. 1998.
- . Հայոց Հին Գրականութեան Պատմութիւն [History of Ancient Armenian Literature]. Antelias, Lebanon: Armenian Catholicossate of Cilicia. 2004.
- Քիպարեան, Հ. Կիւրեղ Վ. Պատմութիւն Հայ Հին Գրականութեան. Ս. Ղազար, Վենետիկ: St. Lazar. 1992.
- Hacikyan, Agop. The Heritage of Armenian Literature. II. Detroit: Wayne State University Press. 2005.
- Mathews, Thomas F. Armenian Gospel Iconography - The Tradition of the Glajor Gospel. Los Angelos: Dumbarton Oaks. 1990.
- Bax: World Heritage Convention 2013-03-26 at the Wayback Machine
- "Տաթևի վերածնունդ ծրագիր". 2010-04-26 tarixində . İstifadə tarixi: 24 iyul 2014.
Ədəbiyyat
- Kouymjian, Dickran. . Armenian Studies Program. California State University, Fresno. 2011-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-24.
Xarici keçidlər
- Rəsmi saytı 2017-12-14 at the Wayback Machine
- Tatev monastırının 3D Virtual Modeli 2011-07-17 at the Wayback Machine
- Tatev monastırı. 3600 Panorama 2016-03-05 at the Wayback Machine
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tatev monastiri erm Տաթևի վանք Tat evi vank Ermenistan Respublikasinin Sunik merzi erazisinde Tatev kendi yaxinligindaki boyuk bazalt qayanin uzerinde insa olunmus IX esr monastiridir Muasir dovrde Tatev sozu esasen monastirla elaqeli olaraq isledilir Monastir kompleksi esrlerdir ki Vorotan cayi sahilinde ucalmaqdadir Sunik kilsesinin merkezi olan Tatev bolgenin tarixinde muhum rol oynamisdir Tatev monastiri39 22 46 sm e 46 15 00 s u Olke ErmenistanYerlesir Sunik merzi Tatev kendiAidiyyati Sunik Hevari Kilsesi EQKSifarisci Asot Suni II Qriqor SupanTikilme tarixi 906Veziyyeti fealiyyet gosterirUNESCO Ehtiyat SiyahisiTipiMedeniKriteriyai ii iv vi vii ixTeyin edilib1995Istinad nom 14DovletErmenistanRegionAvropaIstinad nom 9 97 9KateqoriyaMebedEhemiyyetiDunya ehemiyyetliTatev monastiriMonastirin plani Vikianbarda elaqeli mediafayllar XIV XV esrlerde Tatev monastiri orta esrlerin en muhum ermeni universitetlerinden biri olan Tatev Universitetine ev sahibliyi etmis burada elm din felsefe tedris edilmis kitablarin uzu kocurulmus ve miniaturcu ressamlar calismisdir en cetin dovrlerinde ermenilerin yasadigi eraziler turk sulalelerinin qurgunu dovletlerin hakimiyyeti altinda oldugu orta esrlerde Tatev Universitetinin alimleri ermeni medeniyyetinin qorunub saxlanmasinda muhum rol oynamislar Muasir dovrde monastir Sunikin esas turistik obyektidir 2010 cu ilde Tatevi Halidzor kendi ile birlesdiren adli kanat yolu cekilmisdir Bu kanat dunyanin en uzun dayaniqsiz ikiqat kanat yolu kimi Ginnesin Rekordlar Kitabina daxil edilmisdir EtimologiyasiErmeni enenesine gore monastir hevari Muqeddes Faddeyin bolgede xristianligi teblig ederken sehid olmus sagirdi Estatiusun serefine adlandirilmisdir Sonradan onun adi teleffuzde deyiserek Tatev formasina dusmusdur Meshur xalq etimologiyasi ise monastir kompleksine daxil olan esas kilse binasinin insasi ile elaqedardi Bele ki kilsenin insasi tamamlandiqdan sonra memarin telebesi xaci ucaltmaq ucun qubbenin ustune cixir Lakin isini tamamlayib asagi duserken yixilir ve olmemesi ucun dua ederek Tanridan ona qanad vermesini isteyir ve bu ifade ermeni dilinde ta tev seklinde seslenir Mebedin adinin turk dilinde etimologiyasina gore ad tat ve ev sozlerinden ibaretdir Tat sozu Azerbaycanda qedim dovrlerden heyat keciren turklere hemcinin Sasanilerin hakimiyyeti dovrunde Azerbaycana kocurulmus irandilli ehaliye aid edilmekle yanasi tat ev ifadesi boyuk ev anlaminda da isledilmisdir TarixiTarixi Sunik erazisi Tatev monastiri Ermenistanin cenub serqinde qedim Sunik vilayetinin erazisinde Gorus seheri yaxinliginda Irevandan 280 km aralida yerlesir Tatev yaylagi hele xristianliqdan evvel meskunlasmis ve burada paqan mebedi movcud olmusdur IV esrde bolgede xristianligin yayilmasindan sonra paqan mebedinin yerinde kicik xristian kilsesi insa edilmisdi IX esrde Tatevin yepiskop qerargahi elan edilmesinden sonra Tatev monastirinin insasina baslanmisdir Sunik tarixcisi ozunun Sunik vilayetinin tarixi adli eserinde 848 906 ci illerde Sunik knyazi Asot Suni terefinden Qeqarqunik hakimi II Qriqor Supan ve sahzade Cagikin desteyi ile kohne kilsenin yaninda yeni kilsenin insasina baslanmasindan behs edilir ile Tatevin iqtisadi ve siyasi ehemiyyetinin artmasindan sonra Sunik yepiskopu Iohannin Hovannes muracieti esasinda car Asot Suni erazide yeni monastir kompleksinin insasina qerar verdi Lakin Ermenistan katolikosu gosteisi ile Tateve hucum eden ermeni ordusu monastiri dagitmis Katolikos Ananiya ise monastiri lenetlemisdir Sunik knyazi I Vasakin hakimiyyete gelmesinden sonra Tatev monastirini yeniden berpa edilmis ve mudafie sistemini mohkemlendirilmisdir XI esrde monastirda 1000 den cox monax yasayir hemcinin coxsayli kendliler monastira xidmet edirdi Monastir kompleksi 1918 ci ilde 1040 ci ilde II Smbat 2000 neferlik ordu ile Seddadiler sulalesinden olan Ebulesvar Savura qarsi doyusde istirak etmis ve onun meglub edilmesinde muhum rol oynamisdir Bunun evezine 1044 cu ilde Erdebil Eher ve Lenkeranin muselman emirleri Sunike soxularaq onun medeni ruhani merkezi olan Tatev monastirini ele kecirmis Muqeddes Qriqori kilsesi ve onu ehate eden binalari dagitmislar Muselmanlarin geri cekilmesinden sonra II Smabt omrunun sonuna kim Sunikin berpa edilmesi ile mesgul olmusdur 1087 ci ilde V Sunik knyazi Senekerimin hakimiyyeti dovrunde kompleksin simalinda Muqeddes Meryem ana kilsesi insa olunmusdu XII esrde Selcuqlularin Cenubi Qafqaza yurusleri zamani ve 1136 ci ilde bas vermis zelzelede monastir kompleksi ciddi dagintilara meruz qalmisdi 1170 ci ilde monastir kompleksini ele keciren Selcuqlular yangin toretmisdiler ve bu zaman monastirda saxlanan 10 000 den cox elyazma yanaraq mehv olmusdu XII esrin sonlarinda yepiskop Stepannosun gosterisi ile monastir kompleksi yeniden berpa olunmusdu Monqollarin Azerbaycanda hakimiyyeti dovrunde ve Hulakuler sulalesi zamaninda monastir kompleksi vergilerden azad edilmisdi Sunikin yerli sulalesi olan Orbelilerin desteyi ile monastir evvelki iqtisadi gucunu berpa etmisdi 1286 ci ilde monastirin nezareti altina kecmis ve Mitropolit teyin olunan Stepannos Orbeli Sunik kilsesinin yeparxiyalarini vahid merkez etrafinda birlesdirmeye calismisdir XIV esrde Tatev Universitetinin esasinin qoyulmasindan sonra Tatev monastiri hem de boyuk medeniyyet merkezine cevrilmisdir Teymurun Sunike hucumu 1381 1387 zamani talanmis ve yandirilmis Tatev monasitiri tabeliyinde olan erazilerin de boyuk bir hissesini itirmisdir 1434 cu ilde Teymuri Sultan Sahruxun Azerbaycana yurusu zamani Tatev novbeti defe zerbe almisdir Muasir dovr XVII XVIII esrlerde Sefevilerin hakimiyyeti dovrunde kompleksde monastir heyati yeniden canlanmaga baslamis kompleksde berpa isleri heyata kecirilmis ve bir nece yeni bina insa olunmusdur 1796 ci ilde Aga Mehemmed xan Qacarin yurusu zamani monastir kompleksi novbeti defe zerbe almisdir 1822 ci ilde Qarabag xanliginin Car Rusiyasinin terkibine qatilmasindan sonra 1836 ci ilde Alban Hevari Kilsesi kimi Sunik Kilsesinin de musteqilliyine son qoymus ve Sunik kilsesi Ermeni Qriqoryan Kilsesinin yeparxiyalarindan birine cevrilmisdir 1921 ci ilde Tatev monastirinda kecirilen toplantidan sonra Dagliq Ermenistan Respublikasinin qurulmasi elan edilmisdi Dovlet Tatev kanyonu Qarakilse ve Qndevaz erazilerini ehate edirdi Gorus seheri taninmamis dovletin paytaxti Qaregin Njde ise rehberi elan edildi 1931 ci ilde bas vermis zelzele zamani monastira ciddi ziyan deydi Muqeddes Pavel ve Pyotr kilsesinin quvvesi cokdu ve zeng qullesi dagildi Sonraki dovrde kilsenin dagilmis hisseleri berpa edilse de zeng qullesi bu gune kimi dagilmis olaraq qalmaqdadir Memarliq xususiyyetleriYag deyirmeninin daxili gorunusu Qala divarlari ile ehate olunmus Tatev monastir kompleksine uc kilse Muq Pavel ve Pyotr Muq Qriqori Maarifci Muq Meryem kitabxana yemek zali zeng qullesi mavzoley ve diger kicik adminstrativ binalar daxildir Muqeddes Pavel ve Pyotr kilsesi 895 906 ci illerde insa edilmisdir 1043 cu ilde kilsenin cenub divarina bitisik tagli zal insa edilmisdi Bundan qisa muddes sonra 1087 ci ilde kompleksi qoruyan qala divarinin simal terefinde Muqeddes Meryem kilsesi insa olunmusdu 1295 ci ilde Stepannos Orbelinin tesebbusu ile zelzele neticesinde dagilmis Muqeddes Qriqori Maarifci kilsesinin temelleri uzerinde yeni kilsenin insasina baslanmisdir 1787 ci ilde Muqeddes Qriqori kilsesinin qerb divari yaxinliginda Qriqor Tatevatsinin mavzoleyi insa edilmis XIX esrde ise Muqeddes Pavel ve Pyotr kilsesinin qerbinde zeng qullesi insa edilmis ve mavzoleye vestibul elave olunmusdur Bundan basqa monastir Qavazan kimi taninan sutuna da malikdir Bu sutun X esrde Muqeddes Pavel ve Pyotr kilsesinin insasinin tamamlanmasindan sonra ucaldilmis ve muxtelif zelzeleler ve hucumlara baxmayaraq toxunulmaz qalmisdir XIV esrde yasayis inzibati ve diger binalarla yanasi kompleksin cenub qerb ve simal tereflerini ehate eden qala divarlari insa edilmisdir XVIII esrde komplekse yepiskop iqametgahi rahib hucreleri yemekxana binasi metbex corekxana ve serab anbari elave edilmisdir Esas qala divarlarinin yaninda dagli tavanlarla ortulmus on alti sinif otagi insa olunmusdu Monastirin qala divarlarindan kenarda simal serqde zeytun istehsali yeri vardir Hemin mekan dord istehsal otagindan ibaretdir ki onlarin da ikisi qubbeli saxlama kamerasi ikisi ise tagli tavanli istehsal otaqlaridir Bu deyirman butun Cenubi Qafqazda dovrumuze catmis en yaxsi deyirmanlardan birdir ki ora esrlerin zeytun istehsali haqqinda etrafli teessurat yaradir Tatev monastirindaki mekteb binalari memarliq baximindan orta esrlerin monastir mekteblerinin memarligina uygundur Muqeddes Pavel ve Pyotr kilsesi Muqeddes Pavel ve Pyotr kilsesi Muqeddes Pavel ve Pyotr kilsesi Isanin iki hevarisinin serefine insa edilib Bu kilse hem de Hevariler kilsesi ve ya kafedral kimi taninir Ehtimal ki bu kilse ozunden evvel hemin erazide olmus daha qedim bir kilsenin yerinde insa edilib ve qedim kilsenin adini da miras alib Kilsenin qerb divarinda yepiskop Hovannesin Iohann sifarisi ile hazirlanmis ve kilsenin insa tarixi haqqinda melumat veren xackar vardir Muqeddes Pavel ve Pyotr kilsesinin plani Muqeddes Pavel ve Pyotr kilsesi monastir kompleksinde dovrumuze catan en qedim tikilidir Kilse yepiskop Hovannesin xeyir duasi car Asot Suninin teskilatciligi ve maddi desteyi onun heyat yoldasi Sahzade Susan hemcinin Qeqarqunik hakimi II Qriqor Supan ve sahzade Cagikin desteyi ile insa olunmusdur Kompleksin erazisinde qerbden serqe uzanan kilse dordbucaqli bazilika formasinda insa edilmisdir Kilsenin serq terefinde iki terefden depozitari ile ehate olunmus apsidanin ortasinda altar yerlesir Merkezi qubbe serqden iki sutunla desteklenise de qerbden evvelki tikilinin qaliqlarina soykenir Iki seviyyeli qubbe maili istiqametde kiremitle ortulmusdur Hem daxilden hem de xaricden kilsenin divarlari yonulmus daslarla uzlenmisdir Divarlarda ve qubbede olan nazik pencereler neflerin isiqlandirilmasini temin edir Kilsenin serq fasadinda onun insasinda nisler ve nislerin de ustunde kilsenin insasini temin eden car Asot Suni ve sahzade Susanin ilanlarla ehate olunmus portret barelyefleri var 930 cu ilde yepiskop Hakob Dvinetsinin xeyir duasi ile kilsenin interyeri freskolarla bezedilmisdir Bu isle Konstantinopoldan devet edilmis fransiz ressamlari ve yerli ressamlar birlikde mesgul olmuslar Esas fiqurlarin uzleri serq cizgilerine malikdirler ve interyerdeki butun yazilar ermeni dilindedir Serq apsidasinda taxta cixmis Isa telebeleri ve diger muqeddeslerle birlikde tesvir edilmisdir Qerb divarinda mesher simal divarinda ise Isanin dogulmasi tesvirleri cekilib Hemin freskalarin az bir hissesi dovrumuze catib Kilsenin eksteryer dekorasiyasi Kilsenin barabaninda das oyma isleri Kilsenin interyeri Kilse qubbesinin daxili gorunusu Kilsenin dovrumuze catmis freskalari Muqeddes Qriqori Marifci kilsesi Muqeddes Qriqori Marifci kilsesi Muqeddes Qriqori kilsesi Muqeddes Pavel ve Pyotr kafedralinin cenub divarinin yaninda insa edilmisdir Kilse 836 848 ci illerde Sunik sahzadesi Filippin maddi desteyi ve sifarisi ile insa edilmisdi XI esrde Selcuqlularin yurusunden sonra kilse berpa edilse de 1138 ci il zelzelesi zamani dagilmisdi Bir esrden artiq xaraba veziyyetde qalan kilse 1295 ci ilde yeniden berpa edilmisdir Muqeddes Qriqor kilsesi sade memarliq qurulusuna malikdir Binanin qubbesi yoxdur Simal ve cenub terefden uc sutunla desteklenen binanin dami maili kiremitlerle ortulmusdur Kilsenin girisi gozel hendesi naxislarla bezedilmisdir Muqeddes Meryem ana kilsesiMuqeddes Meryem ana kilsesi Muqeddes Meryem ana kilsesi Tanri anasi kilsesi kompleksi ehate eden qala divarlarinin simal terefinde 1087 ci ilde insa edilmisdir Kilse girisin yaninda yerlesen mavzoleyin ikinci mertebesi kimi insa edilmisdir 1931 ci ilde bas vermis zelzele zamani dagilmis kilse XX esrde yeniden berpa edilmisdir Qavazan Qavazan Qavazan adlandirilan ve kompleksin heyetinde ucaldilmis sutun formali abide Muqeddes Ucluyun serefine insa edilmisdir Abide kafedralin cenubunda yerlesir Sekkiz metrlik sutun xac tesvirli das lovhe ile tamamlanmisdir Uzerinde cox az naxisi olan yazisiz das insa olundugu tarixden deyisilmemisdir Sutunun insa olunmasinda esas meqsed aktiv seysmik zonada bas verecek zelzeleler haqqinda evvelceden melumat vermek idi Her defe terpenislerden sonra sutun oz vertikal formasina qayidir Monastir feodalizmiTatev monastirinin feodal qurulusu var idi Insa edildikden sonra bolgenin heyatinda muhum rol oynamaga baslayan monastir boyuk tesir quvvesine malik olmaqla boyuk erazilere ve coxlu kendlere malik idi Monastirin esasinin qoyulmasi haqqinda ilk informasiya Stefannos Orbelinin Sisakan tarixi eserinde verilir ve tarixci qeyd edir ki Sunikin serheddleri mueyyen edilib ayirildiqdan sonra monastirin esasi sahzade Filipp Suninin oglu Asot Suni terefinden qoyulmusdur Bir muddet sonra Suraberd muasir Svarants Tamalek Avelandast ve basqa kendlerde torpagin kendlilerin ohdesine verilmesinden sonra onlar arasinda torpagin bolunmesi ugrunda mubarize basladi Etirazlar daha da uzanaraq aciq usyana cevrildi ve fasilelerle 990 ci ile kimi davam etdi daha sonra ise Sunik cari I Vasakin Suraberd kendini dagidarak ehalisini muxtelif erazilere kocurmesi ile basa catdi Tarixciler bu usyanlari texminen eyni dovrde bas vermis Tondrakian usyanlari IX XI esrler ile elaqelendirirler Tatev monastiri 47 kende malik idi ve elave olaraq 677 kendden de vergi alirdi Bu cur iqtisadi imkanlar evveller musteqil esaslari olan hevari menseli Sunik kilsesinin gucunu berpa etmesine ve 940 950 ci illerde yepiskop Hakobun Ermeni Qriqoryan Kilsesine ve Ecmiedzin katolikosuna tabe olmaqdan imtina ederek Sunik kilsesinin musteqilliyini elan etmesine serait yaratmisdi Bundan sonra ermeni katolikosu Ananiya Mokaci Tatev monastirinin dagidilmasi emrini vererek musteqil Sunik knyazligi erazisine ermeni herbicilerini gondermis ve Tatev monastirini lenetlemisdir Tatev monastirinin Ermeni Qriqoryan Kilsesi terefinden dagidilmasi ve zeifledilmesinden sonra etraf kilseler ozlerinin musteqil yepiskopluqlarini elan etmisdiler 958 ci ilde katolikos Vahanin tesebbusu ile Sunik kilsesinin huquq va hakimiyyeti berpa edilmisdi Sunik knyazi I Vasakin hakimiyyete gelmesinden sonra Tatev monastirini yeniden berpa edilmis ve mudafie sistemini mohkemlendirilmisdir 1006 ci ilde yepiskop V Hovannesin hakimiyyeti dovrunde Sunik kilsesi yeniden Ermeni Qriqoryan Kilsesinden asili veziyyete dusmusdur Tatev Universiteti1388 1409 cu illerde universitete rehberlik etmis dovrunde universitet ozunun ciceklenme dovrunu yasamisdir miniatur XV esr Tatev Universiteti bolgenin medeni heyatinda diqqetelayiq rol oynamisdir Ozunun Sunik vilayetinin tarixi eserinde Stepannos Orbeli monastirin minlerle qedim elyazma sened ve muqavilelere ev sahibliyi etmesinden behs edir Tatev monastiri hem de 1390 1434 cu iller arasinda fealiyyet gostermis tatev Universitetine ev sahibliyi etmisdir Tatev Universiteti tekce bolge ehalisi ucun yox ermeni dilini bilen her kes ucun o cumleden Ermeni Qriqoryan Kilsesine tabe olan Alban Hevari Kilsesi mensublari ucun muhum elm merkezi olmusdur 1340 ci illerde tenezzulunden sonra Hovan Vorotnetsi ayrilaraq Cuk Vorotn erazilerine geldi bu zaman Orbeliler Tatevde tehsil vermesi qarsiliginda ona oz himayelerini teklif edirler Voronetsi Qladzor Universitetinde elde etdiyi tecrubeden tatevde ders planinin hazirlanmasi derslerin teskili telebelerin klassifikasiyasi ucun istifade etmisdi Bu ise qisa muddetde Tatevi ugurlu universitete cevirmekde komek etmis Ermenistanin muxtelif regionlarindan ve Kilikiyadan gencler buraya axismaga baslamisdi Voronetsi universitetde uc bolme yaratmisdi ermeni ve xarici kitablarin oyrenilmesi yazi senetinin oyrenilmesi ve musiqinin oyrenilmesi Birinci bolmede humanitar ve sosial elmler felsefe nitq qrammatika edebiyyat ve tarix oyredilirdi Ikinci bolmede kalliqrafiya kitablarin ressam dizayni divar resmleri ve miniaturlerin cekilmesi tedris edilirdi Ucuncu bolmede ise qedim musiqi ve musiqisunasliq bilgileri verilirdi 1388 ci ilde Voronetsinin olumunden sonra Qriqor Tatevatsi abbat vezifesini tutdu O universitetin nufuzunun daha da artmasina nail oldu Onun rehberliyi dovrunde tatev ozunun en canli ve yaradici dovrunu yasadi Tedris olunan movzulara ermeni edebiyyati Ehdi Etiq ve Ehdi Cedidin serhi ve analizi muqeddes atalarin yazilarinin oyrenilmesi Platon Aristotel ve Porfirinin eserlerinin oyrenilmesi ve analizi de daxil idi Tatev Universiteti bolgenin esas elmi ve medeni merkezine cevrilmisdi Hemin dovrun siyasi telatumleri musteqil ermeni sulaleleri terefinden sixisdirilmasi Tatev monastirinin meruz qaldigi hucumlar ve dagintilar nezere alindiqda universitetin fealiyyeti ve ugurlarinin deyeri daha aydin sekilde uze cixir Tatev Universiteti ermenilerin Fratres Unitores tesirinden qorunmasinda da muhum rol oynamisdir Papa Vatikanin tesirini Asiyanin icerilerinde dogru ve Ermenistanda yayilmasi tapsirigini heyata kecirmeye calisan Unitores Dominikan ordeninin yerli qolu idi Tatev Universitetinin ziyalilari bu quvvelerin ermeni xalqina ve Ermeni Qriqoryan Kilsesine tesirine qarsi mubarize aparmislar 1375 ci ilde Kilikiya ermeni carliginin suqutundan sonra Qriqor Tatevatsi daha sonra ise onun izleyicileri Tovma Mesrobetsi ve Hovannes Hermonetsi Ermeni Qriqoryan Kilsesi merkezinin Sisden Ecmiedzine kocurulmesinde muhum rol oynamislar 1441 ci ilde Ecmiedzin Milli Surasinin verdiyi qerarla hemin minillikde ermeni tarixinin en muhum hadiselerinden biri gerceklesdirildi Qriqor Tatevatsinin olumunden sonra da universitet nufuzunu qorumaga davam edirdi Lakin murekkeb siyasi ve iqtisadi veziyyet bir muddet sonra universitetin fealiyyetinin zeiflemesine Teymuri Sultan Sahruxun 1434 cu ilde Azerbaycana yuruu zamani ise tamamile fealiyyetini dayandirmasina sebeb oldu Milli Irs1995 ci ilde Tatev ve onlari ehate eden eraziler ve Urud vadisi UNESCO nun ilkin siyahisina daxil edilmisdir 2010 cu ilde bolgede turizmin inkisaf etdirilmesi meqsedi ile Ermenistan Respublikasi Tatev monastirini etraf eraziler ile elaqelendiren 5750 m uzunlugunda dunyanin en uzun dayanacaqsiz iki terefli kanat yolunu cekib adlandirilan bu kanat xetti Tatev monastirindan Halidzor kendine kimi uzanir 25 milyon dollar deyeri olan layihe Isvecin Doppelmayr Garaventa group sirketi terefinden heyata kecirilmisdi IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Holding Nicholas Armenia with Nagorno Karabagh 3rd Chalfont St Peter Bucks Bradt Travel Guides 2011 seh 255 ISBN 9781841623450 World s longest cable car line opens in Armenia 16 October 2010 19 October 2010 tarixinde Istifade tarixi 22 iyul 2014 Armenia Launches World s Longest Aerial Tramway Azadliq Radiosu 17 October 2010 5 March 2016 tarixinde Istifade tarixi 22 iyul 2014 Longest non stop double track cable car Guinness World Records 2014 10 18 tarixinde Istifade tarixi 22 iyul 2014 Bax Lusamut net 2022 08 21 at the Wayback Machine Bax Tatev Village in the Annals of History 2018 07 19 at the Wayback Machine E Elekberli Qedim turk oguz yurdu Ermenistan Baki 1994 seh 141 143 Nicholas Holding Deirdre Holding Armenia with Nagorno Karabagh 2014 03 05 at the Wayback Machine 3 e izd Bradt Travel Guides 2011 T 3 S 256 On the north facade are also representations of the founders of the church Prince Ashot his wife Shushan Grigor Supan the ruler of Gegharkunik and Prince Dzagik V Minorsky Studies in Caucasian History CUP Archive 1953 S 51 See Find Armenia 2022 03 08 at the Wayback Machine Երանքեան Վ Հայ Լուսաւորութեան Կեդրոններ Centres of Illumination in Armenia Montreal Horizon Publishing 1996 Սովետական Հայկական Հանրագիտարան Yerevan 1976 Bax Tatev Foundation 2009 08 22 at the Wayback Machine Bax Armenian Heritage 2010 10 31 at the Wayback Machine Խաչատրյան Հայկ Հայաստան Երկիր Ուխտավայր Beirut Lebanon Donigian Publishing 1998 Հայոց Հին Գրականութեան Պատմութիւն History of Ancient Armenian Literature Antelias Lebanon Armenian Catholicossate of Cilicia 2004 Քիպարեան Հ Կիւրեղ Վ Պատմութիւն Հայ Հին Գրականութեան Ս Ղազար Վենետիկ St Lazar 1992 Hacikyan Agop The Heritage of Armenian Literature II Detroit Wayne State University Press 2005 Mathews Thomas F Armenian Gospel Iconography The Tradition of the Glajor Gospel Los Angelos Dumbarton Oaks 1990 Bax World Heritage Convention 2013 03 26 at the Wayback Machine Տաթևի վերածնունդ ծրագիր 2010 04 26 tarixinde Istifade tarixi 24 iyul 2014 EdebiyyatKouymjian Dickran Armenian Studies Program California State University Fresno 2011 09 27 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 07 24 Xarici kecidlerResmi sayti 2017 12 14 at the Wayback Machine Tatev monastirinin 3D Virtual Modeli 2011 07 17 at the Wayback Machine Tatev monastiri 3600 Panorama 2016 03 05 at the Wayback MachineHemcinin baxAzerbaycanlilarin Qerbi Azerbaycandan deportasiyasi