1993-cü il Talış-Muğan böhranı və ya Cənub-şərq bölgəsində siyasi böhran — Azərbaycanda Birinci Qarabağ müharibəsi illərində, 1993-cü ilin iyunundan avqustuna qədər davam edən böhran.
Talış-Muğan böhranı | |||
---|---|---|---|
Birinci Qarabağ müharibəsi | |||
| |||
Tarix | 21 iyun – 23 avqust 1993 (3 ay 2 gün) | ||
Yeri | Lənkəran-Astara, Aran; Azərbaycan | ||
Nəticəsi | Azərbaycanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
Ümumi itkilər | |||
| |||
Vəzifəsindən azad edilmiş keçmiş hərbçi Surət Hüseynov Ermənistanla müharibə zamanı gerçəkləşən məğlubiyyətlər ardıcıllığı və hakimiyyətlə bağlı narahatlıqlar səbəbilə Gəncə şəhərində milisləri silahlandıraraq qiyam qaldırmış, bu əsnada digər bir hərbçi, Əbülfəz Elçibəy rəhbərliyindəki Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətinə müxalif, İrana meylli və eks-prezident Ayaz Mütəllibovu dəstəkləyən Ələkrəm Hümbətov 704-cü hərbi hissənin köməyi ilə Azərbaycanın cənub-şərqində yerləşən yeddi rayonda Talış-Muğan Muxtar Respublikasını (TMMR) elan etmişdir. Ələkrəm Hümbətovun məqsədi devrilmiş Mütəllibovun dövlət başçısı kimi vəzifəsini bərpa etmək idi.
Elçibəyin hakimiyyəti Surət Hüseynova və onunla ittifaq bağlamış Heydər Əliyevə verməsi ilə Ələkrəm Hümbətovun yeni rəqibi Yeni Azərbaycan Partiyası hökuməti olmuşdur. Uğursuz danışıqlar sonrası Heydər Əliyev xalqı Ələkrəm Hümbətov hakimiyyətinə qarşı üsyan qaldırmağa çağırmışdır. Yerli əhaliyə repressiya həyata keçirmiş və xalqdan dəstək qazana bilməmiş Ələkrəm Hümbətov AXC-yə bağlı etirazçılar tərəfindən tanınmayan yerli parlamentdən qovulur. Ələkrəm Hümbətov bir müddət gizlənir, lakin sonradan ailə üzvlərinə qarşı cinayət işlərinin açılmasına görə təslim olmuşdur. Ələkrəm Hümbətov ömürlük həbs cəzası almış, 704-cü hərbi hissənin bəzi zabitlərinə qarşı isə cinayət işləri açılmışdır. Ələkrəm Hümbətov 2004-cü ildə əfv edilmişdir və 24 dekabr 2022-ci ildə vəfat edib.
Zəmin
Talışlar Azərbaycanın cənubunda, İranla sərhəd ərazidə yaşayan bir İrandilli xalqdır. Talış dili özü İran dillərinin şimal-qərbi qrupuna aiddir.1989-cu ildə keçirilən əhali siyahıyaalmasına görə, talışlar ümumi Azərbaycan əhalisinin 0.3%-ni təşkil edirdi. Azərbaycanda yaşayan talışların demək olar ki, hamısı Azərbaycan dilində də danışır. Talışlar böyük dərəcədə Azərbaycan əhalisinə assimilyasiya olmuşdur və ümumi mənada, talışlar Azərbaycan cəmiyyətinə inteqrasiya olunmuş bir etnik azlıqdır.
Yenidənqurma dövründə xalq olaraq talışların həyatında canlanma başlamışdır. Talış dilində qəzetlərin çapına icazə verilmiş, "Avesta" mədəni cəmiyyəti yaradılmışdır. Elmi və mədəni sahələrdən başqa siyasi tələblər bu dövrdə artmağa başlamışdır. 1980-cı illərin axırlarında talış muxtariyyətini hədəfləyən Talış Milli Dirçəliş Partiyası yaradılmışdır. 1989-cu ildə bu partiyanın üzvləri rəsmi olaraq Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə müraciət edərək onlara muxtariyyət verilməsini istəmişdir. Digər tərəfdən, talışların çoxu Azərbaycan Xalq Hərəkatının o vaxtkı lideri olan Azərbaycan Xalq Cəbhəsinə (AXC) qoşulmuşdu. Azərbaycanda Naxçıvandan sonra ikinci dəfə Talış bölgəsində sovet rejimi devrilmişdi. Regional siyasi hərəkatların rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və talış xalqının gələcək inkişafının tamamilə Azərbaycan dövlətindən asılı olduğunu vurğulamışdır. Talış siyasi hərəkatının və AXC-nin öncül üzvlərindən biri də Lənkəranda nəqliyyat anbarının direktor müavini, İrana meylli, milliyətcə talış olan Ələkrəm Hümbətov idi. O, 1989-cu ildə AXC-nin Lənkəran şöbəsinin proqramına muxtar respublika elan edilməsi ideyasını irəli sürmüşdü, lakin Əbülfəz Elçibəyin hərəkat daxilində siyasi güc əldə etməsindən bir müddət sonra oradan istefa etmişdi. AXC-ni tərk edən Ələkrəm Hümbətov 1991-ci ildə Zərdüşt ilə Araz Əlizadə qardaşlarının sosial-demokratlarına qoşulmuş, sonradan isə Rəhim Qazıyev tərəfindən hərbi komandirə çevrilmişdi. O, Birinci Qarabağ müharibəsində iştirak etmiş, Lənkəran batalyonunun komandiri olmuş, sonra isə bir neçə ay Azərbaycan müdafiə nazirinin müavini kimi çalışmışdı. Buna baxmayaraq, Hümbətovun komandirlik etdiyi batalyon daha sonra 704-cü hərbi hissənin tərkibinə daxil edilmiş, hərbi hissə komandiri polkovnik Mikayıl Hacıyev olmuşdur.
Böhran
TMMR-nin qurulması
Azərbaycan 1993-cü ildə Ermənistanla Qarabağ müharibəsindəki hərbi uğursuzluqlar səbəbiylə vətəndaş müharibəsinin astanasında idi. Prezident Əbülfəz Elçibəy Azərbaycan Silahlı Qüvvələrinin komandiri və keçmiş kommunist Surət Hüseynovu hərbi uğursuzluqlarına görə ordudan uzaqlaşdırmış, doğulduğu Gəncə şəhərinə qayıdan Hüseynov isə üsyankar milisləri silahlandırmışdır. Surət Hüseynov əmrində olan əsgərlərlə Azərbaycanın paytaxtı Bakıya doğru hərəkət edərək ölkədə siyasi böhrana səbəb olmuş, Elçibəy isə Bakıdan qaçmışdır.
Ələkrəm Hümbətov keçmiş müdafiə naziri Rəhim Qazıyevin dəstəyini almış və eks-prezident Ayaz Mütəllibova sadiq qalmışdır. O həmçinin, iyun qiyamı zamanı rəsmi olaraq Surət Hüseynovu dəstəkləmişdir. Buna baxmayaraq, Surət Hüseynov bu mübarizədə dostu olan Ələkrəm Hümbətova dəstək verməmiş, bununla belə bitərəf mövqe tutduğu üçün Heydər Əliyev açıq şəkildə onu tənqid etmişdir. Bundan sonra Ələkrəm Hümbətov 21 iyun 1993-cü ildə Lənkəranda yerli televiziyada çıxış edərək xalqa müraciətində Azərbaycanın cənub-şərqində Talış-Muğan Muxtar Respublikasını (TMMR) yaratdığını elan etmişdir. Bu ad 1919-cu ilin martından iyun ayına kimi mövcud olmuş, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı vuruşmuş və bolşevikpərəst Muğan Sovet Respublikasından gəlirdi. Tanınmayan respublika Azərbaycanın Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarını əhatə edirdi. Hümbətov respublikanı bir neçə hərbi zabit və əsasən də 704-cü hərbi hissənin köməyi ilə qurmuşdu. Onun üzdə olan prinsipial tələbi muxtariyyət və Azərbaycanın federal bir ölkə kimi yenidən strukturlaşdırılması olsa da, alternativ olaraq İrana qoşulmağı da düşünürdü.
Çevrilişin lideri Hüseynov bu zaman ölkədəki başqa bir siyasətçi, Heydər Əliyev ilə ittifaq yaratmış, Əliyev isə bunun nəticəsində ölkənin müvəqqəti prezidenti seçilmiş, Hüseynov isə baş nazir təyin olunmuşdur. Əliyev ilk növbədə muxtariyyətlə bağlı qeyri-müəyyən mövqe tutmuşdu. O, bu təklifin tərəfdarı olmasa da, açıq şəkildə ona qarşı çıxmamışdı. Əliyev bu böhrana görə AXC, onun milliyətçilik və türkçülük siyasətini günahlandırmışdı. O, çıxışında Ələkrəm Hümətovun "layiqli vətən oğlu" adlandırmışdı. 10 iyulda Bakıda Ələkrəm Hümbətovla Heydər Əliyev arasında dörd saatlıq bir görüş keçirilmişdi. Heydər Əliyev Ələkrəm Hümbətova yüksək vəzifə vəd etmiş və bu görüşdə onu muxtariyyət fikrindən əl çəkməyə çağırmışdır. Öz növbəsində, Ələkrəm Hümbətov Heydər Əliyevdən hakimiyyətin muxtariyyəti tanınmasını tələb etmişdi. Bu görüşdən sonra Heydər Əliyevlə Ələkrəm Hümbətovun bir-birinə münasibəti dəyişmişdir. Ələkrəm Hümbətov avqustun əvvəlində Lənkəranda Hüseynovla görüşəndə Əliyevin istefasını və eks-prezident Ayaz Mütəllibovun vəzifəsinə bərpa olunmasını tələb etmişdi. 7 avqustda Lənkəranda TMMR Xalq Məclisinin təsis yığıncağı keçirilmiş və yeddi rayon sovetinin deputatları böyük səs çoxluğu ilə respublikanın yaradılmasını bəyan etmişdir. Burada Konstitusiya, eləcə də dövlət himni, bayraq və digər dövlət rəmzləri qəbul edilmişdir. Muxtar respublika rəhbərliyi Azərbaycan hakimiyyətindən TMMR-nin rəsmi səviyyədə elan edilməsi üçün səsvermə keçirmək məqsədilə Azərbaycan Ali Sovetindən növbədənkənar iclas çağırmağı tələb etmişdi. Hümbətov saat 14:00-da Bakıya nota göndərmışdır. Bu addımlar AXC, Müsavat və Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən qınanılmışdır.
Toqquşmalar
Yeni hökuməti dəstəkləmək üçün 704-cü briqada daxilində Elman Osmanovun rəhbərliyi ilə 3 min nəfərlik Milli Qvardiya yaradılmışdır. TMMR hakimiyyəti Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara rayonlarında kütləvi repressiyalar həyata keçirmişdi. Milli Qvardiya 5 avqustda Cəlilabad rayon Prokurorluğunun binasını mühasirəyə almış, 11 avqustda isə Astara rayon prokuroru Sahib Süleymanov və polis idarəsinin rəisi İbrahim Quliyevi oğurlamışdır. Həmçinin, həmin gün ikinci dəfə rəsmi Bakıya ultimatum göndərilmişdir.
Heydər Əliyevlə Ələkrəm Hümbətovun növbəti görüşü 12 avqustda baş tutmuşdur. Rəhim Qazıyevin də iştirak etdiyi görüşdə yenə də müsbət nəticə çıxmamışdı. Prezident Heydər Əliyev 16–17 avqust tarixlərində Azərbaycan Milli Məclisinin növbədənkənar iclasını çağırmış, burada parlament üç gün ərzində "Cənub bölgəsində ictimai asayişin bərpası" haqqında qərar qəbul etmişdir. TMMR bu vaxta qədər talışlar arasında əhəmiyyətli dəstək əldə edə bilməmişdi. 23 avqustda Heydər Əliyev televiziya ilə yeddi rayonun əhalisinə və oradakı silahlı qüvvələrə müraciət edərək Hümbətovu devirməyə çağırmışdır. Heydər Əliyevin bu çıxışından 1 gün sonra Ələkrəm Hümbətova qarşı Lənkəranda 10 min nəfərdən çox insanın iştirak etdiyi mitinq keçirilmişdir. Hümbətovun silahlıları parlament önündə yığışan kütləyə atəş açmış, etirazçılar isə binaya soxularaq Hümbətovu qaçmağa məcbur etmişdir. Bəzi mənbələrə görə, mitinqdə mərkəzi hökumətə bağlı təhlükəsizlik qüvvələri də iştirak edirdi. AXC qarşıdurma nəticəsində çoxlu itkilərin olduğunu, yerli xəstəxanaların ölü və yaralılar ilə dolu olduğunu bildirmişdir. Mitinq iştirakçıları ilə Milli Qvardiya arasında baş verən toqquşmalarda 3 nəfər həlak olmuş, 7 nəfər isə yaralanmışdır.
Xalq müqavimətinə əlavə olaraq, Azərbaycan Milli Ordusunun əsas hissələri də cənub rayonlarına cəlb edilmişdir və hərbi müdaxilə nəticəsində mərkəzi hakimiyyət region üzərində nəzarəti bərpa etmişdir.
Nəticə
Ələkrəm Hümbətov parlamentdən qaçdıqdan sonra Talış dağlarında gizlənmişdir. O, buradan İrana qaçmış, lakin tezliklə Azərbaycana ekstradisiya edilmişdir. Azərbaycanın təhlükəsizlik strukturlarından qaçan Ələkrəm Hümbətov həyat yoldaşı Südabə Rəsulovaya qarşı cinayət işi açılması, qardaşlarının həbs edilməsi səbəbilə təslim olmuş və bir neçə ay sonra öz evində həbs edilmişdir. Əvvəlcə o, edam cəzasına məhkum olunmuş, lakin bu, sonradan ömürlük həbslə əvəz edilmişdir. 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından bir gün sonra Ələkrəm Hümbətov Rəhim Qazıyev və dövlətə xəyanətdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılan daha iki məhbusla birlikdə Azərbaycan təhlükəsizlik xidmətinin Bakıdakı təcridxanasından Moskvaya qaçmışdır. Buna baxmayaraq, 1995-ci ilin avqustunda Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilən Ələkrəm Hümbətov 2004-cü ildə Avropa Şurasının təzyiqi ilə əfv edilmişdir. O, qalan ömrünü Niderlandda yaşayaraq başa vurub. TMMR ləğv edildikdən sonra 704-cü hərbi hissənin bəzi zabitlərinə qarşı cinayət işləri açılmışdır.
Heydər Əliyev imzaladığı fərmanı ilə 23 avqustda həlak olanları Azərbaycanın Milli Qəhrəmanı elan etmiş və ailələrini dövlət dəstəyi ilə təmin etmişdir. Həmçinin o, efirdə onlar üçün bir dəqiqəlik sükut istəmişdir.Lənkəran şəhərində "23 Avqust" meydanı açılmış və burada həlak olanların xatirəsi əbədiləşdirilmişdir. Hər ilin 23 avqustunda burada həlak olanlar yad edilir.
Böhran Qarabağ cəbhəsini müdafiəsiz buraxmışdı. Bundan maksimum istifadə edən erməni qüvvələri iyulda Ağdama hücuma keçmiş və Qarabağın şimalının böyük hissəsini işğal etmişdir. Onlar daha sonra cənuba doğru irəliləmiş və növbəti ay Cəbrayıl şəhəri uğrunda döyüşlərə başlamışdır. 3 dəfə əldən ələ keçən şəhər 20 avqustda tam olaraq erməni ordusu tərəfindən işğal edilmişdir. Əlavə olaraq, Ələkrəm Hümbətovun İrana meylli siyasi mövqeyinə baxmayaraq, İran hökuməti böhrana müdaxilə etməmişdi.
Professor Brüs Parrota görə, TMMR-nin etnik xarakteri əhəmiyyətli dərəcədə deyildi, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə onun mövcudluğu ilə yaratdığı aşkar təhlükənin yeganə nəticəsi Ələkrəm Hümbətov və Surət Hüseynovu gözdən salması idi. Bəzi müşahidəçilər hesab edir ki, bu hərəkat Ayaz Mütəllibovun yenidən hakimiyyətə gətirilməsi məqsədini daşıyırdı.
İndiki dövrdə Azərbaycanda TMMR hərəkatına birmənalı separatizm kimi baxılır. Buna baxmayaraq, azərbaycanlı tarixçi Arif Yunusov bu fikirlə razılaşmır. O bildirmişdir ki, 1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış Ələkrəm Hümbətovun rəhbərliyi ilə Lənkəranda sovet hakimiyyəti ləğv edilmişdi. Üstəlik, o dövrdə Ələkrəm Hümbətov özünü milliyyətcə bir azərbaycanlı hesab edirdi və onun 1993-cü ildəki addımları siyasi xarakter daşıyırdı, eks-prezident Ayaz Mütəllibovun rəhbərlik etdiyi rusiyapərəst qüvvələrin hakimiyyətə gəlməsinə hesablanmışdı. Yunusov əlavə edir ki, Əliyevin xalqa müraciətindən sonra onun devrilməsində əsas rolu da talışlar oynamışdı.
Mənbə
İstinadlar
- Rəşidvaş, 2013. səh. 218
- Məmmədov, 2018. səh. 157
- Demoscope
- Svetoxovski, Kollins, 1999. səh. 122
- Kornell, 2015. səh. 84
- Şnirelman, 2003. səh. 118
- Babək, Vaysman və Vasserman, 2004. səh. 74
- Bölükbaşı, 2011. səh. 130
- The New York Times, 1993. səh. 2
- Kornell, 2015. səh. 75
- Bölükbaşı, 2011. səh. 15
- Ter-Abrahamyan, 2005. səh. 123
- Qolts, 1998. səh. 412
- Pınar, 2009. səh. 231
- Schmemann, 1993, The New York Times
- Library of Congress
- Koyl, 2020. səh. 83
- de Vaal. səh. 227
- Bölükbaşı, 2011. səh. 207
- Şermatova, 2001. səh. 219
- Asatryan, Borciyan, 2005. səh. 45
- Həmid, 2020
- Minahan, 2016. səh. 409
- Ter-Abrahamyan, 2005. səh. 122
- The Associated Press, 1993. səh. A6
- Jiroxov, 2012. səh. 118
- Musabəyov, 2012
- Elnur, 2007
- Sokor, 2005
- Rasizadə, 1999. səh. 40
- Fərd, 2019. səh. 190
- Pınar, 2009. səh. 232
- BBC, 2003
- Kornell, 2015. səh. 85
- BBC, 2013
- Qolts, 1998. səh. 413
- Süleymanova, 2014
- AzərTAc, 2013
- Jiroxov, 2012. səh. 274
- Parrot, 1995
- Yunusov, 2007. səh. 148–149
Ədəbiyyat
- Rəşidvaş, Vahid. "Iranian People: Iranian Ethnic Groups" (PDF). International Journal of Humanities and Social Science (ingilis). 3 (15). 2013.
- A. Məmmədov, Azər. "Formation of the Talysh Ethnos Worldview under Geoethnic Conservation Area Conditions". Journal of History Culture and Art Research (ingilis). 7 (2). 2018. doi:http://dx.doi.org/10.7596/taksad.v7i2.1604 (#bad_doi).
- Qolts, Tomas. Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic (ingilis) (1st Edition). Routledge. 1998. ISBN .
- Kornell, Svente E. Azerbaijan Since Independence (ingilis). Taylor & Francis. 2015. ISBN .
- Bölükbaşı, Suha. Azerbaijan: A Political History. London: I. B. Taurus. 2011. ISBN .
- K. Kollins, Tadeus. Historical Dictionary of Azerbaijan. Asian/Oceanian Historical Dictionaries. Lenhem: The Scarecrow Press. 1999. (#redundant_parameters); (#first_missing_last)
- "Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по республикам СССР: Азербайджанская ССР — Еженедельная демографическая газета Демоскоп Weekly". Демоскоп (rus). 26 avqust 2011 tarixində arxivləşdirilib.
- A. Şnirelman, Viktor. Войны памяти: мифы, идентичность и политика в Закавказье (rus). Академкнига. 2003. ISBN .
- C. Koyl, Ceyms. Russia's Interventions in Ethnic Conflicts: The Case of Armenia and Azerbaijan (ingilis). Springer Nature. 2020 ISBN=3030595730. (#missing_pipe)
- Babək, Vladimir; Vaysman, Demian; Vasserman, Aryə. Political Organization in Central Asia and Azerbaijan: Sources and Documents (rus). Routledge. 2004. ISBN .
- İpək, Pınar. "Azerbaijan's Foreign Policy and Challenges for Energy Security". Middle East Journal (ingilis). 63 (2). 2009.
- Ter-Abrahamian, Hrant. "On the Formation of the National Identity of the Talishis in Azerbaijan Republic". Iran & the Caucasus (ingilis). Brill. 2005.
- Asatryan, Qarnik; Borciyan, Həbib. "Talish and the Talishis (The State of Research)". Iran & the Caucasus (ingilis). Brill. 2005.
- "Azerbaijani Quits; Ex-Communist Steps In". Associated Press. 14 iyun 1993 – The New York Times vasitəsilə.
- Şmemann, Serj. "Veteran Communist Crowns A Comeback in Azerbaijan". The New York Times (ingilis). 1 iyul 1993. 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
- "Caucasus City Falls to Armenian Forces". The New York Times (ingilis). 24 avqust 1993. 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
- "The Coup of June 1993". Library of Congress (ingilis). 31 avqust 2021 tarixində .
- B. Minahan, Ceyms. Encyclopedia of Stateless Nations: Ethnic and National Groups around the world (ingilis). ABC-CLIO. 2016. ISBN .
- Jiroxov, Mixail. Меч и огонь Карабаха: хроника незнаменитой войны, 1988-1994 (rus). Центрполиграф. 2012. ISBN .
- Socor, Vladimir. "Talysh issue, dormant in Azerbaijan, reopened in Armenia". The Jamestown Foundation. 27 may 2005. 30 sentyabr 2007 tarixində .
- "Əlikram Hümbətov Qarabağda ermənilərə qarşı vuruşmasından "təəssüflənir"". BBC News (az.). 27 sentyabr 2013. 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
- Fərd, Fahimə Xansari. "Ethnic Bargaining and Separatism in the South Caucasus". Region. Slavica Publishers. 8 (2). 2019.
- Parrot, Brüs. State Building and Military Power in Russia and the New States of Eurasia. M.E. Sharpe. 1995. ISBN .
- de Vaal, Tomas. Black Garden: Armenia and Azerbaijan through Peace and War (ingilis) (10th Anniversary, Revised, Updated). NYU Press. 2013. ISBN .
- Musabəyov, Rasim. "Становление независимого азербайджанского государства и этнические меньшинства". Сахаровский центр (ingilis). 2 mart 2012 tarixində .
- Elnur. . Həftə içi (az.). 25 avqust 2007. 2021-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
- "Arxivlənmiş surət". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 23 avqust 2013. 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-21.
- Süleymanova, Sevda. "Vətənin və dövlətin varlığını qoruyanlar". Vətən səsi. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi. 2014. 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-21.
- "Azerbaijan in a stir over political prisoner". BBC News (ingilis). 6 fevral 2003. 24 noyabr 2021 tarixində .
- Şermatova, Sənubər. Гейдар Алиев (Наброски к портрету человека и "портрету режима") // Азербайджан и Россия: общества и государства (rus). Летний сад. ISBN .
- Yunusov, Arif. Азербайджан в начале XXI века конфликты и потенциальные угрозы (rus). Adiloğlu. 2007. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
1993 cu il Talis Mugan bohrani ve ya Cenub serq bolgesinde siyasi bohran Azerbaycanda Birinci Qarabag muharibesi illerinde 1993 cu ilin iyunundan avqustuna qeder davam eden bohran Talis Mugan bohraniBirinci Qarabag muharibesiBohranin bas verdiyi rayonlarTarix 21 iyun 23 avqust 1993 3 ay 2 gun Yeri Lenkeran Astara Aran AzerbaycanNeticesi Azerbaycanin qelebesiMunaqise terefleriTalis Mugan Muxtar Respublikasi Azerbaycan AXCKomandan lar Elekrem Humbetov Elman Osmanov Rehim Qaziyev Heyder Eliyev Necmeddin Sadikov Sefer Ebiyev Ebulfez ElcibeyTereflerin quvvesi3 min herbi qulluqcu namelum sayda herbi quvve 10 min etirazciUmumi itkileren azi 3 nefer mulki sexs helak olmusdur en azi 7 nefer mulki sexs yaralanmisdir Vezifesinden azad edilmis kecmis herbci Suret Huseynov Ermenistanla muharibe zamani gerceklesen meglubiyyetler ardicilligi ve hakimiyyetle bagli narahatliqlar sebebile Gence seherinde milisleri silahlandiraraq qiyam qaldirmis bu esnada diger bir herbci Ebulfez Elcibey rehberliyindeki Azerbaycan Xalq Cebhesi AXC hakimiyyetine muxalif Irana meylli ve eks prezident Ayaz Mutellibovu destekleyen Elekrem Humbetov 704 cu herbi hissenin komeyi ile Azerbaycanin cenub serqinde yerlesen yeddi rayonda Talis Mugan Muxtar Respublikasini TMMR elan etmisdir Elekrem Humbetovun meqsedi devrilmis Mutellibovun dovlet bascisi kimi vezifesini berpa etmek idi Elcibeyin hakimiyyeti Suret Huseynova ve onunla ittifaq baglamis Heyder Eliyeve vermesi ile Elekrem Humbetovun yeni reqibi Yeni Azerbaycan Partiyasi hokumeti olmusdur Ugursuz danisiqlar sonrasi Heyder Eliyev xalqi Elekrem Humbetov hakimiyyetine qarsi usyan qaldirmaga cagirmisdir Yerli ehaliye repressiya heyata kecirmis ve xalqdan destek qazana bilmemis Elekrem Humbetov AXC ye bagli etirazcilar terefinden taninmayan yerli parlamentden qovulur Elekrem Humbetov bir muddet gizlenir lakin sonradan aile uzvlerine qarsi cinayet islerinin acilmasina gore teslim olmusdur Elekrem Humbetov omurluk hebs cezasi almis 704 cu herbi hissenin bezi zabitlerine qarsi ise cinayet isleri acilmisdir Elekrem Humbetov 2004 cu ilde efv edilmisdir ve 24 dekabr 2022 ci ilde vefat edib ZeminTalislar Azerbaycanin cenubunda Iranla serhed erazide yasayan bir Irandilli xalqdir Talis dili ozu Iran dillerinin simal qerbi qrupuna aiddir 1989 cu ilde kecirilen ehali siyahiyaalmasina gore talislar umumi Azerbaycan ehalisinin 0 3 ni teskil edirdi Azerbaycanda yasayan talislarin demek olar ki hamisi Azerbaycan dilinde de danisir Talislar boyuk derecede Azerbaycan ehalisine assimilyasiya olmusdur ve umumi menada talislar Azerbaycan cemiyyetine inteqrasiya olunmus bir etnik azliqdir Yenidenqurma dovrunde xalq olaraq talislarin heyatinda canlanma baslamisdir Talis dilinde qezetlerin capina icaze verilmis Avesta medeni cemiyyeti yaradilmisdir Elmi ve medeni sahelerden basqa siyasi telebler bu dovrde artmaga baslamisdir 1980 ci illerin axirlarinda talis muxtariyyetini hedefleyen Talis Milli Dircelis Partiyasi yaradilmisdir 1989 cu ilde bu partiyanin uzvleri resmi olaraq Sovet Ittifaqi Kommunist Partiyasi Merkezi Komitesine muraciet ederek onlara muxtariyyet verilmesini istemisdir Diger terefden talislarin coxu Azerbaycan Xalq Herekatinin o vaxtki lideri olan Azerbaycan Xalq Cebhesine AXC qosulmusdu Azerbaycanda Naxcivandan sonra ikinci defe Talis bolgesinde sovet rejimi devrilmisdi Regional siyasi herekatlarin rehberleri Azerbaycanin erazi butovluyunu desteklediklerini ve talis xalqinin gelecek inkisafinin tamamile Azerbaycan dovletinden asili oldugunu vurgulamisdir Talis siyasi herekatinin ve AXC nin oncul uzvlerinden biri de Lenkeranda neqliyyat anbarinin direktor muavini Irana meylli milliyetce talis olan Elekrem Humbetov idi O 1989 cu ilde AXC nin Lenkeran sobesinin proqramina muxtar respublika elan edilmesi ideyasini ireli surmusdu lakin Ebulfez Elcibeyin herekat daxilinde siyasi guc elde etmesinden bir muddet sonra oradan istefa etmisdi AXC ni terk eden Elekrem Humbetov 1991 ci ilde Zerdust ile Araz Elizade qardaslarinin sosial demokratlarina qosulmus sonradan ise Rehim Qaziyev terefinden herbi komandire cevrilmisdi O Birinci Qarabag muharibesinde istirak etmis Lenkeran batalyonunun komandiri olmus sonra ise bir nece ay Azerbaycan mudafie nazirinin muavini kimi calismisdi Buna baxmayaraq Humbetovun komandirlik etdiyi batalyon daha sonra 704 cu herbi hissenin terkibine daxil edilmis herbi hisse komandiri polkovnik Mikayil Haciyev olmusdur BohranTMMR nin qurulmasi Azerbaycan 1993 cu ilde Ermenistanla Qarabag muharibesindeki herbi ugursuzluqlar sebebiyle vetendas muharibesinin astanasinda idi Prezident Ebulfez Elcibey Azerbaycan Silahli Quvvelerinin komandiri ve kecmis kommunist Suret Huseynovu herbi ugursuzluqlarina gore ordudan uzaqlasdirmis doguldugu Gence seherine qayidan Huseynov ise usyankar milisleri silahlandirmisdir Suret Huseynov emrinde olan esgerlerle Azerbaycanin paytaxti Bakiya dogru hereket ederek olkede siyasi bohrana sebeb olmus Elcibey ise Bakidan qacmisdir Elekrem Humbetov 2009 cu ilde Elekrem Humbetov kecmis mudafie naziri Rehim Qaziyevin desteyini almis ve eks prezident Ayaz Mutellibova sadiq qalmisdir O hemcinin iyun qiyami zamani resmi olaraq Suret Huseynovu desteklemisdir Buna baxmayaraq Suret Huseynov bu mubarizede dostu olan Elekrem Humbetova destek vermemis bununla bele biteref movqe tutdugu ucun Heyder Eliyev aciq sekilde onu tenqid etmisdir Bundan sonra Elekrem Humbetov 21 iyun 1993 cu ilde Lenkeranda yerli televiziyada cixis ederek xalqa muracietinde Azerbaycanin cenub serqinde Talis Mugan Muxtar Respublikasini TMMR yaratdigini elan etmisdir Bu ad 1919 cu ilin martindan iyun ayina kimi movcud olmus Azerbaycan Xalq Cumhuriyyetine qarsi vurusmus ve bolsevikperest Mugan Sovet Respublikasindan gelirdi Taninmayan respublika Azerbaycanin Lenkeran Lerik Masalli Yardimli Celilabad ve Bilesuvar rayonlarini ehate edirdi Humbetov respublikani bir nece herbi zabit ve esasen de 704 cu herbi hissenin komeyi ile qurmusdu Onun uzde olan prinsipial telebi muxtariyyet ve Azerbaycanin federal bir olke kimi yeniden strukturlasdirilmasi olsa da alternativ olaraq Irana qosulmagi da dusunurdu Cevrilisin lideri Huseynov bu zaman olkedeki basqa bir siyasetci Heyder Eliyev ile ittifaq yaratmis Eliyev ise bunun neticesinde olkenin muveqqeti prezidenti secilmis Huseynov ise bas nazir teyin olunmusdur Eliyev ilk novbede muxtariyyetle bagli qeyri mueyyen movqe tutmusdu O bu teklifin terefdari olmasa da aciq sekilde ona qarsi cixmamisdi Eliyev bu bohrana gore AXC onun milliyetcilik ve turkculuk siyasetini gunahlandirmisdi O cixisinda Elekrem Humetovun layiqli veten oglu adlandirmisdi 10 iyulda Bakida Elekrem Humbetovla Heyder Eliyev arasinda dord saatliq bir gorus kecirilmisdi Heyder Eliyev Elekrem Humbetova yuksek vezife ved etmis ve bu gorusde onu muxtariyyet fikrinden el cekmeye cagirmisdir Oz novbesinde Elekrem Humbetov Heyder Eliyevden hakimiyyetin muxtariyyeti taninmasini teleb etmisdi Bu gorusden sonra Heyder Eliyevle Elekrem Humbetovun bir birine munasibeti deyismisdir Elekrem Humbetov avqustun evvelinde Lenkeranda Huseynovla gorusende Eliyevin istefasini ve eks prezident Ayaz Mutellibovun vezifesine berpa olunmasini teleb etmisdi 7 avqustda Lenkeranda TMMR Xalq Meclisinin tesis yigincagi kecirilmis ve yeddi rayon sovetinin deputatlari boyuk ses coxlugu ile respublikanin yaradilmasini beyan etmisdir Burada Konstitusiya elece de dovlet himni bayraq ve diger dovlet remzleri qebul edilmisdir Muxtar respublika rehberliyi Azerbaycan hakimiyyetinden TMMR nin resmi seviyyede elan edilmesi ucun sesverme kecirmek meqsedile Azerbaycan Ali Sovetinden novbedenkenar iclas cagirmagi teleb etmisdi Humbetov saat 14 00 da Bakiya nota gondermisdir Bu addimlar AXC Musavat ve Azerbaycan Sosial Demokrat Partiyasi terefinden qinanilmisdir Toqqusmalar Suret Huseynov ve Heyder Eliyev Yeni hokumeti desteklemek ucun 704 cu briqada daxilinde Elman Osmanovun rehberliyi ile 3 min neferlik Milli Qvardiya yaradilmisdir TMMR hakimiyyeti Celilabad Lenkeran Masalli Lerik Yardimli Astara rayonlarinda kutlevi repressiyalar heyata kecirmisdi Milli Qvardiya 5 avqustda Celilabad rayon Prokurorlugunun binasini muhasireye almis 11 avqustda ise Astara rayon prokuroru Sahib Suleymanov ve polis idaresinin reisi Ibrahim Quliyevi ogurlamisdir Hemcinin hemin gun ikinci defe resmi Bakiya ultimatum gonderilmisdir Heyder Eliyevle Elekrem Humbetovun novbeti gorusu 12 avqustda bas tutmusdur Rehim Qaziyevin de istirak etdiyi gorusde yene de musbet netice cixmamisdi Prezident Heyder Eliyev 16 17 avqust tarixlerinde Azerbaycan Milli Meclisinin novbedenkenar iclasini cagirmis burada parlament uc gun erzinde Cenub bolgesinde ictimai asayisin berpasi haqqinda qerar qebul etmisdir TMMR bu vaxta qeder talislar arasinda ehemiyyetli destek elde ede bilmemisdi 23 avqustda Heyder Eliyev televiziya ile yeddi rayonun ehalisine ve oradaki silahli quvvelere muraciet ederek Humbetovu devirmeye cagirmisdir Heyder Eliyevin bu cixisindan 1 gun sonra Elekrem Humbetova qarsi Lenkeranda 10 min neferden cox insanin istirak etdiyi mitinq kecirilmisdir Humbetovun silahlilari parlament onunde yigisan kutleye ates acmis etirazcilar ise binaya soxularaq Humbetovu qacmaga mecbur etmisdir Bezi menbelere gore mitinqde merkezi hokumete bagli tehlukesizlik quvveleri de istirak edirdi AXC qarsidurma neticesinde coxlu itkilerin oldugunu yerli xestexanalarin olu ve yaralilar ile dolu oldugunu bildirmisdir Mitinq istirakcilari ile Milli Qvardiya arasinda bas veren toqqusmalarda 3 nefer helak olmus 7 nefer ise yaralanmisdir Xalq muqavimetine elave olaraq Azerbaycan Milli Ordusunun esas hisseleri de cenub rayonlarina celb edilmisdir ve herbi mudaxile neticesinde merkezi hakimiyyet region uzerinde nezareti berpa etmisdir NeticeHumbetov bohran zamani eks prezident Ayaz Mutellibovu sagda hakimiyyete qaytarmaq isteyirdi ve bu prosesde kecmis mudafie naziri Rehim Qaziyevin solda desteyini qazana bilmisdi Elekrem Humbetov parlamentden qacdiqdan sonra Talis daglarinda gizlenmisdir O buradan Irana qacmis lakin tezlikle Azerbaycana ekstradisiya edilmisdir Azerbaycanin tehlukesizlik strukturlarindan qacan Elekrem Humbetov heyat yoldasi Sudabe Resulovaya qarsi cinayet isi acilmasi qardaslarinin hebs edilmesi sebebile teslim olmus ve bir nece ay sonra oz evinde hebs edilmisdir Evvelce o edam cezasina mehkum olunmus lakin bu sonradan omurluk hebsle evez edilmisdir 20 sentyabr 1994 cu ilde Esrin muqavilesi nin imzalanmasindan bir gun sonra Elekrem Humbetov Rehim Qaziyev ve dovlete xeyanetde ittiham olunaraq mehkeme qarsisina cixarilan daha iki mehbusla birlikde Azerbaycan tehlukesizlik xidmetinin Bakidaki tecridxanasindan Moskvaya qacmisdir Buna baxmayaraq 1995 ci ilin avqustunda Azerbaycanin tehlukesizlik quvveleri terefinden ele kecirilen Elekrem Humbetov 2004 cu ilde Avropa Surasinin tezyiqi ile efv edilmisdir O qalan omrunu Niderlandda yasayaraq basa vurub TMMR legv edildikden sonra 704 cu herbi hissenin bezi zabitlerine qarsi cinayet isleri acilmisdir Heyder Eliyev imzaladigi fermani ile 23 avqustda helak olanlari Azerbaycanin Milli Qehremani elan etmis ve ailelerini dovlet desteyi ile temin etmisdir Hemcinin o efirde onlar ucun bir deqiqelik sukut istemisdir Lenkeran seherinde 23 Avqust meydani acilmis ve burada helak olanlarin xatiresi ebedilesdirilmisdir Her ilin 23 avqustunda burada helak olanlar yad edilir Bohran Qarabag cebhesini mudafiesiz buraxmisdi Bundan maksimum istifade eden ermeni quvveleri iyulda Agdama hucuma kecmis ve Qarabagin simalinin boyuk hissesini isgal etmisdir Onlar daha sonra cenuba dogru irelilemis ve novbeti ay Cebrayil seheri ugrunda doyuslere baslamisdir 3 defe elden ele kecen seher 20 avqustda tam olaraq ermeni ordusu terefinden isgal edilmisdir Elave olaraq Elekrem Humbetovun Irana meylli siyasi movqeyine baxmayaraq Iran hokumeti bohrana mudaxile etmemisdi Professor Brus Parrota gore TMMR nin etnik xarakteri ehemiyyetli derecede deyildi eyni zamanda Azerbaycanin erazi butovluyune onun movcudlugu ile yaratdigi askar tehlukenin yegane neticesi Elekrem Humbetov ve Suret Huseynovu gozden salmasi idi Bezi musahideciler hesab edir ki bu herekat Ayaz Mutellibovun yeniden hakimiyyete getirilmesi meqsedini dasiyirdi Indiki dovrde Azerbaycanda TMMR herekatina birmenali separatizm kimi baxilir Buna baxmayaraq azerbaycanli tarixci Arif Yunusov bu fikirle razilasmir O bildirmisdir ki 1990 ci ilde Azerbaycanin musteqilliyi ugrunda mubarize aparmis Elekrem Humbetovun rehberliyi ile Lenkeranda sovet hakimiyyeti legv edilmisdi Ustelik o dovrde Elekrem Humbetov ozunu milliyyetce bir azerbaycanli hesab edirdi ve onun 1993 cu ildeki addimlari siyasi xarakter dasiyirdi eks prezident Ayaz Mutellibovun rehberlik etdiyi rusiyaperest quvvelerin hakimiyyete gelmesine hesablanmisdi Yunusov elave edir ki Eliyevin xalqa muracietinden sonra onun devrilmesinde esas rolu da talislar oynamisdi MenbeIstinadlar Residvas 2013 seh 218 Memmedov 2018 seh 157 Demoscope Svetoxovski Kollins 1999 seh 122 Kornell 2015 seh 84 Snirelman 2003 seh 118 Babek Vaysman ve Vasserman 2004 seh 74 Bolukbasi 2011 seh 130 The New York Times 1993 seh 2 Kornell 2015 seh 75 Bolukbasi 2011 seh 15 Ter Abrahamyan 2005 seh 123 Qolts 1998 seh 412 Pinar 2009 seh 231 Schmemann 1993 The New York Times Library of Congress Koyl 2020 seh 83 de Vaal seh 227 Bolukbasi 2011 seh 207 Sermatova 2001 seh 219 Asatryan Borciyan 2005 seh 45 Hemid 2020 Minahan 2016 seh 409 Ter Abrahamyan 2005 seh 122 The Associated Press 1993 seh A6 Jiroxov 2012 seh 118 Musabeyov 2012 Elnur 2007 Sokor 2005 Rasizade 1999 seh 40 Ferd 2019 seh 190 Pinar 2009 seh 232 BBC 2003 Kornell 2015 seh 85 BBC 2013 Qolts 1998 seh 413 Suleymanova 2014 AzerTAc 2013 Jiroxov 2012 seh 274 Parrot 1995 Yunusov 2007 seh 148 149 Edebiyyat Residvas Vahid Iranian People Iranian Ethnic Groups PDF International Journal of Humanities and Social Science ingilis 3 15 2013 A Memmedov Azer Formation of the Talysh Ethnos Worldview under Geoethnic Conservation Area Conditions Journal of History Culture and Art Research ingilis 7 2 2018 doi http dx doi org 10 7596 taksad v7i2 1604 bad doi Qolts Tomas Azerbaijan Diary A Rogue Reporter s Adventures in an Oil rich War torn Post Soviet Republic ingilis 1st Edition Routledge 1998 ISBN 076560244X Kornell Svente E Azerbaijan Since Independence ingilis Taylor amp Francis 2015 ISBN 1317476204 Bolukbasi Suha Azerbaijan A Political History London I B Taurus 2011 ISBN 1780767595 K Kollins Tadeus Historical Dictionary of Azerbaijan Asian Oceanian Historical Dictionaries Lenhem The Scarecrow Press 1999 redundant parameters first missing last Vsesoyuznaya perepis naseleniya 1989 goda Nacionalnyj sostav naseleniya po respublikam SSSR Azerbajdzhanskaya SSR Ezhenedelnaya demograficheskaya gazeta Demoskop Weekly Demoskop rus 26 avqust 2011 tarixinde arxivlesdirilib A Snirelman Viktor Vojny pamyati mify identichnost i politika v Zakavkaze rus Akademkniga 2003 ISBN 5946281186 C Koyl Ceyms Russia s Interventions in Ethnic Conflicts The Case of Armenia and Azerbaijan ingilis Springer Nature 2020 ISBN 3030595730 missing pipe Babek Vladimir Vaysman Demian Vasserman Arye Political Organization in Central Asia and Azerbaijan Sources and Documents rus Routledge 2004 ISBN 1135776806 Ipek Pinar Azerbaijan s Foreign Policy and Challenges for Energy Security Middle East Journal ingilis 63 2 2009 Ter Abrahamian Hrant On the Formation of the National Identity of the Talishis in Azerbaijan Republic Iran amp the Caucasus ingilis Brill 2005 Asatryan Qarnik Borciyan Hebib Talish and the Talishis The State of Research Iran amp the Caucasus ingilis Brill 2005 Azerbaijani Quits Ex Communist Steps In Associated Press 14 iyun 1993 The New York Times vasitesile Smemann Serj Veteran Communist Crowns A Comeback in Azerbaijan The New York Times ingilis 1 iyul 1993 2021 12 18 tarixinde arxivlesdirilib Istifade tarixi 2021 12 19 Caucasus City Falls to Armenian Forces The New York Times ingilis 24 avqust 1993 2021 12 18 tarixinde arxivlesdirilib Istifade tarixi 2021 12 19 The Coup of June 1993 Library of Congress ingilis 31 avqust 2021 tarixinde B Minahan Ceyms Encyclopedia of Stateless Nations Ethnic and National Groups around the world ingilis ABC CLIO 2016 ISBN 978 1 61069 953 2 Jiroxov Mixail Mech i ogon Karabaha hronika neznamenitoj vojny 1988 1994 rus Centrpoligraf 2012 ISBN 5227032270 Socor Vladimir Talysh issue dormant in Azerbaijan reopened in Armenia The Jamestown Foundation 27 may 2005 30 sentyabr 2007 tarixinde Elikram Humbetov Qarabagda ermenilere qarsi vurusmasindan teessuflenir BBC News az 27 sentyabr 2013 2021 12 18 tarixinde arxivlesdirilib Istifade tarixi 2021 12 19 Ferd Fahime Xansari Ethnic Bargaining and Separatism in the South Caucasus Region Slavica Publishers 8 2 2019 Parrot Brus State Building and Military Power in Russia and the New States of Eurasia M E Sharpe 1995 ISBN 1 56324 360 1 de Vaal Tomas Black Garden Armenia and Azerbaijan through Peace and War ingilis 10th Anniversary Revised Updated NYU Press 2013 ISBN 0814760325 Musabeyov Rasim Stanovlenie nezavisimogo azerbajdzhanskogo gosudarstva i etnicheskie menshinstva Saharovskij centr ingilis 2 mart 2012 tarixinde Elnur Hefte ici az 25 avqust 2007 2021 12 14 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 12 19 Arxivlenmis suret Azerbaycan Dovlet Informasiya Agentliyi 23 avqust 2013 2021 12 21 tarixinde arxivlesdirilib Istifade tarixi 2021 12 21 Suleymanova Sevda Vetenin ve dovletin varligini qoruyanlar Veten sesi Qacqinlarin ve Mecburi Kockunlerin Isleri uzre Dovlet Komitesi 2014 2021 12 21 tarixinde arxivlesdirilib Istifade tarixi 2021 12 21 Azerbaijan in a stir over political prisoner BBC News ingilis 6 fevral 2003 24 noyabr 2021 tarixinde Sermatova Senuber Gejdar Aliev Nabroski k portretu cheloveka i portretu rezhima Azerbajdzhan i Rossiya obshestva i gosudarstva rus Letnij sad ISBN 5 94381 025 0 Yunusov Arif Azerbajdzhan v nachale XXI veka konflikty i potencialnye ugrozy rus Adiloglu 2007 ISBN 9952805225