Statinlər və ya HMG-CoA reduktaza inhibitorları lipidləri azaldan dərmanlardır. Aşağı sıxlıqlı lipoprotein xolesterol səviyyələrini azaltmaq üçün istifadə edilən ən çox yayılmış dərman vasitələrindən biri sayılırlar. Statinlərin təyin olunduğu andan kursu kəsmədən ömürlük qəbulu tələb olunur (orqanizmin vəziyyətindən asılı olaraq).
Əksər hallarda statinlər xəstələr tərəfindən yaxşı qəbul edilir, lakin bəzən dərman qəbul edərkən yan təsirlər baş verə bilər. Çox vaxt xəstələr baş ağrılarından və yüngül əzələ ağrılarından, həmçinin ürəkbulanmadan şikayətlənirlər.
Statinlərin beynəlxalq qeyri-patent adlarının siyahısına lovastatin, rosuvastatin, atorvastatin, simvastatin , pitavastatin , pravastatin və fluvastatin daxildir. Statinlərlə birləşən dərmanlar da var, məsələn, statin və xolesterinin absorbsiyası inhibitoru.
Atorvastatin və simvastatin bir çox ölkələrdə tibbi istifadə üçün həyati vacib dərmanlar siyahısına daxil edilmişdir.
Təsiretmə mexanizmi
Xolesterin bədən tərəfindən qidanın həzminə kömək edən bütün steroid hormonları, D vitamini və öd turşularını yaratmaq üçün tələb olunur. Xolesterinin təxminən 75% -i qaraciyər hüceyrələri tərəfindən istehsal olunur və 25% -i qida ilə bədənə daxil olur. İki növ xolesterin var: aşağı sıxlıqlı lipoprotein (adətən "pis") və yüksək sıxlıqlı lipoprotein xolesterin (nisbətən "yaxşı"). Bəzən həyat tərzi, genetika və ya pəhriz səbəbiylə qanda “pis” xolesterinin səviyyəsi yüksəlir ki, bu da ürək-damar xəstəliklərinin inkişaf riskini yaradır.Bunun səbəbi "pis" xolesterinin bədəndəki digər maddələrlə birləşərək damarların daxili divarlarında "ateroskleroz lövhələri" adlanan sərt çöküntülər əmələ gətirməsidir. Lövhələr qan damarlarının lümenini daraldır, onları daha az elastik edir. Bəzən lövhələr parçalanır ki, bu da ürəyin işemik xəstəliyi, miokard infarktı və digər ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Statinlər qaraciyərdə "pis" xolesterinin sintezini və müvafiq olaraq qanda konsentrasiyasını azaldır. Beləliklə, preparatın təsiri ürək-damar xəstəliklərinin yaranmasından qoruyur və ölüm hallarını azaldır.
Göstərişlər
Statinlərin "pis" xolesterin səviyyəsini aşağı salmaq və qan damarlarının divarlarında iltihabı azaltmaq qabiliyyəti müəyyən ürək-damar xəstəliklərinin və ya onların ağırlaşmalarının inkişaf riskini azaltmağa təsir edir. Tədqiqatlar göstərir ki, miokard infarktı kimi ürək-damar və insult kimi xəstəliklərin yaranma riskində 21% azalma var. Tipik olaraq, statinlər ciddi yan təsirlər olmadığı halda ömür boyu davam etdirilməsi məsləhət görülür.
Ürək-damar xəstəliyi olmayan insanlar
Amerika kardioloqlar kolleci (ACC) və Amerika Ürək Assosiasiyasının (AHA) 2019-cu il üçün ürək-damar xəstəliklərinin ilkin profilaktikası üçün tövsiyələrinə əsasən, testləri aşağı sıxlıqlı lipoprotein xolesterinin çox yüksək səviyyədə olduğunu göstərən 20-75 yaş arası insanlara - 190 mq/dl (və ya 4,90 mmol/l-dən çox), statin terapiyası dərhal təyin olunmalıdır. Ürək-damar xəstəliyinin əlamətləri olmayan insanlara statinlərin təyin edilib-edilməməsinə qərar vermək üçün həkimlər həmin insanlarda xəstəliyin inkişaf edə biləcəyi riskini qiymətləndirib sonra qərar verirlər. Bunun üçün ilk növbədə risk faktorları müəyyən edilir: siqaret çəkmək, arterial hipertenziya (yüksək qan təzyiqi), şəkərli diabet, hiperlipidemiya (“pis” xolesterinin səviyyəsinin artması və/yaxud “yaxşı” xolesterinin səviyyəsinin azalması), piylənmə, ailədə ürək xəstəliyi tarixinə diqqət yetirilməsi, gənc yaşda qohumlarda damar xəstəlikləri (55 yaşa qədər kişilərdə və 65 yaşa qədər qadınlarda) və s.
Ürək-damar xəstəlikləri olan insanlar
Miokard infarktı, insult və ya periferik arteriya xəstəliyi kimi müəyyən ürək-damar xəstəliyi olan insanlar üçün vəziyyətin pisləşməsinin və ya təkrarlanmasının qarşısını almaq üçün statinlər təyin edilir. Tədqiqatlar göstərir ki, pis xolesterin səviyyəsi 70 mq/dL-dən aşağı düşərsə damarlardakı xolesterin nöqtələrinin ölçüsü azala bilər. Miokard infarktı və ya koronar arteriya əməliyyatından sonra xəstələrə hətta normal xolesterin səviyyələrində də statinlər təyin oluna bilər.
Ailəvi hiperkolesterolemiya
Ailəvi hiperkolesterolemiyası olan xəstələrdə doğuşdan etibarən çox yüksək səviyyədə aşağı sıxlıqlı lipoprotein xolesterin əmələ gəlir, bu da onları ürək-damar xəstəliklərinin erkən inkişafı üçün yüksək risk altında qoyur. Bu vəziyyətdə mütəxəssislər pəhriz və həyat tərzində dəyişikliklər, məcburi müntəzəm fiziki fəaliyyət, eləcə də ömürlük statin terapiyası tövsiyə edirlər. Uşaqda ailəvi hiperkolesterolemiya diaqnozu təsdiq edildikdə, statinlərlə müalicəyə təxminən 10 yaşından başlamaq tövsiyə olunur.
Diabetli insanlar
1 və ya 2-ci tip diabetli xəstələrdə ürək-damar xəstəliklərinin inkişaf riski yüksəkdir. Onu azaltmaq üçün onlar qanda qlükoza səviyyəsini daim nəzarətdə saxlamalı, sağlam həyat tərzi keçirməyə çalışmalıdırlar və bundan əlavə, şəkərli diabet xəstələrinin əksəriyyəti xolesterini azaldan dərmanlar, yəni statinlər qəbul etməlidirlər. UpToDate tibbi məlumat bazasına əsasən, onlar 40 yaşdan yuxarı və ya ürək-damar xəstəlikləri üçün bir neçə risk faktoru (məsələn, ailədə ürək-damar xəstəliyi, yüksək xolesterin, yüksək qan təzyiqi və ya piylənmə) olan xəstələrə təyin edilir. Statinlər insanın xolesterinin səviyyəsi normal olsa belə, infarkt, insult və vaxtından əvvəl ölüm riskini azaldır.
Yan təsirləri
Əksər hallarda statinlər tövsiyə olunan dozalarda istifadə edildikdə xəstələr üçün təhlükəsizdir. Ancaq bütün dərmanlar kimi statinlərin də bir sıra yan təsirləri var. Aşağıdakı arzuolunmaz təsirlər bu dərmanların müxtəlif növləri üçün ümumidir: baş ağrısı, başgicəllənmə, zəiflik, həzm sistemi ilə bağlı problemlər (qəbizlik, ishal, həzmdə problemlər, meteorizm ), əzələ ağrısı, yuxu problemləri.
Bəzi statin növləri ilə baş verə biləcək nadir yan təsirlərə aşağıdakılar daxildir: saç tökülməsi, libidonun azalması, dəri səpgiləri, qaraciyər və ya mədəaltı vəzin iltihabı. Bədən müalicəyə uyğunlaşdıqca bəzi yan təsirlər zamanla yox ola bilər. Yan təsirlər davam edərsə və gündəlik həyatınızda problem yaratmış olarsa, həkiminiz dərmanı və ya onun dozasını dəyişə bilər.
Nadir hallarda statinlər 2-ci tip diabet riskinin artmasına, qaraciyər fermentlərinin artmasına və ya ciddi əzələ zədələnməsinə səbəb ola bilər. Anlamaq lazımdır ki, statinlərin faydaları adətən bu dərmanların qəbulu üçün göstərişləri olan xəstələrdə onların istifadəsi risklərindən üstündür. Mənfi hallar baş verərsə, həkimə müraciət edilməlidir.
Koqnitiv funksiyalar
Statinlər qəbul edən bəzi xəstələr idrak funksiyaları ilə bağlı problemlər bildirirlər - yaddaş itkisi və qarışıqlıq. Bu mövzuda aparılan tədqiqatların nəticələri bu günə qədər son dərəcə ziddiyyətlidir, məsələn, bəzi nəticələr demensiya kimi ağırlaşmaları göstəribsə, digərləri isə yaddaşa mənfi, lakin bərpa olunan və qısamüddətli yan təsir göstərdiyi nəticəyə gəliblər. Həkimlər qeyd edirlər ki, bu mövzunun dərindən öyrənilməsi zəruridir.
Əzələ ağrısı
Əzələ ağrısı statinlərin ümumi yan təsiridir, dərmanın yan təsirləri sırasında müşahidə tədqiqatlarında əzələ ağrısı şikayətləri olduqca tez-tez rast gəlinir (10-15%).
Şəkərli diabet
Bəzi tədqiqatlar göstərir ki, statinlərlə müalicə olunan xəstələrdə karbohidrat mübadiləsinin pozulması və 2-ci tip diabetin inkişafı riski bir qədər yüksək ola bilər. Əgər şəxs statin terapiyasına başlamazdan əvvəl qan şəkərinin səviyyəsini yüksəltmişsə, bu halın baş vermə ehtimalı artır. Lakin ürək-damar xəstəliyinin inkişaf riskinin azalması bu mümkün yan təsirdən üstün hesab edilir.
Qaraciyərin disfunksiyası
Qaraciyərin zədələnməsinin dərəcəsini müəyyən etmək üçün alanin aminotransferaza (ALT) fermentinin səviyyəsi qiymətləndirilir. Statinlərlə müalicə alan xəstələrin 0,5-2,0%-də ALT-də orta artım müşahidə olunur. Çox vaxt bu, statin molekulunun növü və ya dərmanın yüksək dozaları ilə əlaqədardır. Tədqiqatlar ALT-də bu kiçik artımın qaraciyər funksiyasındakı dəyişikliklərlə əlaqəli olmadığı qənaətinə gəlir. Xüsusi xəstəlikləri olmayan insanlarda bu cür patoloji vəziyyətlərin qaraciyər çatışmazlığına qədər irəliləməsi olduqca nadirdir, ona görə də statinlərlə müalicə zamanı ALT səviyyələrinin müntəzəm olaraq yoxlanılması vacib deyil.
Digər dərman və qida ilə qarşılıqlı təsiri
Bəzi statinlər klaritromisin, proteaz inhibitorları ( insan immunçatışmazlığı virusunun (HİV) və hepatit C -nin müalicəsinə daxil edilə bilər), siklosporin, gemfibrozil, oral kontraseptivlər və digoksin kimi digər dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Məsələn, HİV proteaz inhibitorlarının və ya hepatit C virusu inhibitorlarının müəyyən statinlərlə eyni vaxtda istifadəsi miopatiyanın və ya rabdomiyolizin inkişaf riskini artıra bilər. HİV və ya hepatit C virusu proteaz inhibitorları lovastatin və simvastatin ilə birlikdə istifadəsi tövsiyə olunmur.
Qreypfrut şirəsi atorvastatin, lovastatin və simvastatinin təsirini artırır ki, bu da yan təsirlərin riskini artıra bilər, buna görə də bu kimi şirə və qidalardan statinləri qəbul edərkən (və ya gündə yarım qreypfrutdan çox olmamaq şərti ilə) çəkinmək lazımdır. Həddindən çox spirtli içki qəbul edən xəstələr də statin terapiyasında ciddi yan təsirlərin inkişaf riskini artırırlar.
Hamiləlik dövründə istifadəsi
Hamilə və əmizdirən qadınların statinlərdən istifadəsi məsləhət görülmür, çünki bu dövrlərdə onların təhlükəsizliyinə dair heç bir inandırıcı sübut və ya araşdırma hələki yoxdur.
Qeyd: Statinlər aşağı sıxlıqlı lipoprotein xolesterinin səviyyəsini və ürək-damar xəstəlikləri riskini azaltmaq üçün ən yaxşı öyrənilmiş və ən çox istifadə edilən dərmanlar sinfidir. Statinlər qəbul edərkən hədəf lipid səviyyələrinə nail olunmursa və ya xəstənin bu dərmanların istifadəsinə mane olan əks göstərişləri varsa, həkim ezetimib, PCSK9 inhibitorları və ya öd turşusu sekvestrantları təyin edə bilər. Standart Omeqa-3 əlavələri əhəmiyyətli fayda göstərməmişdir və buna görə də tövsiyə edilmir.Balıq yağı, darçın, sarımsaq, sarıkök, bitki sterolları və qırmızı maya düyü də xolesterini və aşağı sıxlıqlı lipoprotein səviyyələrini azaltmır.
Həyat tərzi dəyişikliyi
Həyat tərzi qanda xolesterinin səviyyəsinə böyük təsir göstərə bilər, buna görə də statin qəbul edərkən sağlam qida, müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq, sağlam çəki saxlamaq və pis vərdişlərdən imtina etmək vacib sayılır. Statinlər təyin etməzdən əvvəl həkimlər xəstədən xolesterin səviyyələrinin necə reaksiya verdiyini görmək üçün həyat tərzində dəyişiklik etməyi xahiş edə bilərlər. Bəzən həyat tərzinin dəyişilməsi aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azaltmaq üçün kifayət edir.
Tənqid
2007-ci ildə statinləri bir-biri ilə və ya digər müalicələrlə müqayisə edən 192 tədqiqatda maliyyə mənbələrinin tədqiqat metodları və nəticələrinə təsirini qiymətləndirdi. Tədqiqat dərmanının istehsalçısı tərəfindən maliyyələşdirilən tədqiqatlar, müqayisəli dərman istehsalçısı tərəfindən maliyyələşdirilənlərə nisbətən istehsalçının istədiyi nəticələri göstərmə ehtimalı 20 dəfə çox idi. Ümumdünya Səhiyyə Təşkilatı-nın nəşrində qeyd edilirdi ki, statinlərin profilaktik məqsədlərlə istifadəsi çox sayda insanda potensial zərərə səbəb olmuşdur.
Getşe ( dan. Peter Christian Gøtzsche) bu barədə qeyd etmişdir ki, statinlərin qəbulu ürək xəstəliyindən ölüm hallarını azalda, lakin digər səbəblərdən ölüm riskini artıra bilər. Məsələn, serivastatin qəbul edən xəstələr əzələ zədələnməsi və böyrək çatışmazlığı səbəbindən vəfat etdikdən sonra bazardan çıxarıldı.
İstinadlar
- "Overview Statins". NHS. 2021-04-18 tarixində . İstifadə tarixi: 2020-08-13.
- "Cholesterol Drugs". American Heart Association. 2021-01-20 tarixində . İstifadə tarixi: 2020-08-13.
- "Statins: Common questions answered". British Heart Foundation. 2020-03-09 tarixində . İstifadə tarixi: 2020-08-13.
- "Should you take a statin even if your cholesterol is normal?". Harvard Health Publishing. 2012-11. 2020-08-09 tarixində . İstifadə tarixi: 2020-08-13.
- "Controlling Cholesterol with Statins". U.S. Food and Drug Administration. 2017-02-16. 2015-11-18 tarixində . İstifadə tarixi: 2020-08-14.
- Mayo clinic stuff. "Statins: Are these cholesterol-lowering drugs right for you?". Mayo Clinic. 2020-03-14. 2020-08-12 tarixində . İstifadə tarixi: 2020-08-14.
- WHO, 2019
- "Cholesterol". FDA Office of Women’s Health. 2020-09-19 tarixində . İstifadə tarixi: 2020-08-13.
- "Правительство Российской Федерации. Распоряжение от 12 октября 2019 г. № 2406-р" (PDF). Правительство России. 2020-03-31 tarixində (PDF). İstifadə tarixi: 2020-08-13.
- "Cholesterol". Centers for Disease Control and Prevention. 2021-01-25 tarixində . İstifadə tarixi: 2020-08-13.
- "Cholesterol and Statins Infographic". FDA U.S. Food and Drug Administration. 2020-12-26 tarixində . İstifadə tarixi: 2020-08-12.
- "What is Cholesterol?". American Heart Association. 2017-04-30. 2020-08-13 tarixində . İstifadə tarixi: 2020-08-13.
- Robert S. Rosenson. "Patient education: High cholesterol and lipids (Beyond the Basics)". UpToDate. 2020-07. İstifadə tarixi: 2020-08-13.
- "It is quite understandable to have questions when you may need to take a new medicine". Heart UK. Cholesterol Charity. 2020-08-13 tarixində . İstifadə tarixi: 2020-08-13.
- Peter WF Wilson. "Cardiovascular disease risk assessment for primary prevention in adults: Our approach". UpToDate. 2020-05. 2021-03-24 tarixində . İstifadə tarixi: 2020-08-13.
- Arnett DK, Blumenthal RS, Albert MA. "2019 ACC/AHA Guideline on the Primary Prevention of Cardiovascular Disease". American College of Cardiology. 2019-03-17. 2020-07-25 tarixində . İstifadə tarixi: 2020-08-13.
- Robert S Rosenson, Christopher P Cannon. "Patient education: High cholesterol and lipid treatment options (Beyond the Basics)". UpToDate. 2020-06-16. 2020-11-28 tarixində . İstifadə tarixi: 2020-08-13.
- "Uses. Statins". NHS UK. 2020-12-06 tarixində . İstifadə tarixi: 2020-08-13.
- Julian M Aroesty, Joseph P Kannam. "Patient education: Heart attack recovery (Beyond the Basics)". UpToDate. İstifadə tarixi: 2020-08-13.
- Patrice Wendling. "Making the Case for Early Statins in Familial Hypercholesterolemia". MedScape. 2019-10-16. 2020-08-31 tarixində . İstifadə tarixi: 2020-08-13.
- "Familial hypercholesterolemia". MedlinePlus. 2020-07-30 tarixində . İstifadə tarixi: 2020-08-13.
- Nice. "Familial hypercholesterolaemia: identification and management". Guidelines. 2019-10-30. 2020-09-21 tarixində . İstifadə tarixi: 2020-08-13.
- "Avoiding complications". NHS UK. 2021-08-17 tarixində . İstifadə tarixi: 2020-08-13.
- "Health problems. Type 2 diabetes". NHS UK. 2020-07-12 tarixində . İstifadə tarixi: 2020-08-13.
- Deborah J Wexler. "Patient education: Preventing complications from diabetes (Beyond the Basics)". UpToDate. 2019-12. İstifadə tarixi: 2020-08-13.
- BPharm C. Fookes. "Statins". Drugs.com. 2018-08-30. 2020-07-08 tarixində . İstifadə tarixi: 2020-08-13.
- "Side effects. Statins". NHS UK. 2020-06-24 tarixində . İstifadə tarixi: 2020-08-13.
- BPharm C. Fookes. "Statins". Drugs.com. 2018-08-30. 2020-07-08 tarixində . İstifadə tarixi: 2020-08-13.
- "FDA Drug Safety Communication: Important safety label changes to cholesterol-lowering statin drugs". U.S. Food and Drug Administration. 2016-01-19. 2020-03-15 tarixində . İstifadə tarixi: 2020-08-14.
- Mayo Clinic Stuff. "Statin side effects: Weigh the benefits and risks". Mayo Clinic. 2014-03-31 tarixində . İstifadə tarixi: 2020-08-13.
- Baigent, 2019
- BPharm C. Fookes. "Statins". Drugs.com. 2018-08-30. 2020-07-08 tarixində . İstifadə tarixi: 2020-08-13.
- "FDA Drug Safety Communication: Interactions between certain HIV or hepatitis C drugs and cholesterol-lowering statin drugs can increase the risk of muscle injury". U.S. Food and Drug Administration. 2016-01-19. 2019-04-24 tarixində . İstifadə tarixi: 2020-08-14.
- "Grapefruit juice and statins". Harvard Health Publishing. 2020-08-14 tarixində . İstifadə tarixi: 2020-08-14.
- Robert S Rosenson, Christopher P Cannon. "Patient education: High cholesterol and lipid treatment options (Beyond the Basics)". UpToDate. 2020-11-28 tarixində . İstifadə tarixi: 2020-08-14.
- "Considerations. Statins". NHS UK. 2020-12-06 tarixində . İstifadə tarixi: 2020-08-14.
- Robert S Rosenson, Christopher P Cannon. "Patient education: High cholesterol and lipid treatment options (Beyond the Basics)". UpToDate. 2020-11-28 tarixində . İstifadə tarixi: 2020-08-14.
- "Ezetimibe". NHS UK. 2020-09-19 tarixində . İstifadə tarixi: 2020-08-14.
- "What are PCSK9 inhibitors?". Drugs.com. 2020-06-23 tarixində . İstifadə tarixi: 2020-08-14.
- "Bile acid sequestrants for cholesterol". MedlinePlus. 2020-09-24 tarixində . İstifadə tarixi: 2020-08-14.
- Robert S Rosenson, Christopher P Cannon. "Patient education: High cholesterol and lipid treatment options (Beyond the Basics)". UpToDate. 2020-06-16. 2020-11-28 tarixində . İstifadə tarixi: 2020-08-13.
- Совместный проект Всемирной организации здравоохранения и Международной программы действий для здравоохранения. Как распознавать продвижение лекарств и как к нему относиться: практическое руководство (PDF). Ziganshina L., Lexchin J. 181.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Statinler ve ya HMG CoA reduktaza inhibitorlari lipidleri azaldan dermanlardir Asagi sixliqli lipoprotein xolesterol seviyyelerini azaltmaq ucun istifade edilen en cox yayilmis derman vasitelerinden biri sayilirlar Statinlerin teyin olundugu andan kursu kesmeden omurluk qebulu teleb olunur orqanizmin veziyyetinden asili olaraq Ekser hallarda statinler xesteler terefinden yaxsi qebul edilir lakin bezen derman qebul ederken yan tesirler bas vere biler Cox vaxt xesteler bas agrilarindan ve yungul ezele agrilarindan hemcinin urekbulanmadan sikayetlenirler Statinlerin beynelxalq qeyri patent adlarinin siyahisina lovastatin rosuvastatin atorvastatin simvastatin pitavastatin pravastatin ve fluvastatin daxildir Statinlerle birlesen dermanlar da var meselen statin ve xolesterinin absorbsiyasi inhibitoru Atorvastatin ve simvastatin bir cox olkelerde tibbi istifade ucun heyati vacib dermanlar siyahisina daxil edilmisdir Tesiretme mexanizmiXolesterin beden terefinden qidanin hezmine komek eden butun steroid hormonlari D vitamini ve od tursularini yaratmaq ucun teleb olunur Xolesterinin texminen 75 i qaraciyer huceyreleri terefinden istehsal olunur ve 25 i qida ile bedene daxil olur Iki nov xolesterin var asagi sixliqli lipoprotein adeten pis ve yuksek sixliqli lipoprotein xolesterin nisbeten yaxsi Bezen heyat terzi genetika ve ya pehriz sebebiyle qanda pis xolesterinin seviyyesi yukselir ki bu da urek damar xesteliklerinin inkisaf riskini yaradir Bunun sebebi pis xolesterinin bedendeki diger maddelerle birleserek damarlarin daxili divarlarinda ateroskleroz lovheleri adlanan sert cokuntuler emele getirmesidir Lovheler qan damarlarinin lumenini daraldir onlari daha az elastik edir Bezen lovheler parcalanir ki bu da ureyin isemik xesteliyi miokard infarkti ve diger urek damar xesteliklerine sebeb ola biler Statinler qaraciyerde pis xolesterinin sintezini ve muvafiq olaraq qanda konsentrasiyasini azaldir Belelikle preparatin tesiri urek damar xesteliklerinin yaranmasindan qoruyur ve olum hallarini azaldir GosterislerStatinlerin pis xolesterin seviyyesini asagi salmaq ve qan damarlarinin divarlarinda iltihabi azaltmaq qabiliyyeti mueyyen urek damar xesteliklerinin ve ya onlarin agirlasmalarinin inkisaf riskini azaltmaga tesir edir Tedqiqatlar gosterir ki miokard infarkti kimi urek damar ve insult kimi xesteliklerin yaranma riskinde 21 azalma var Tipik olaraq statinler ciddi yan tesirler olmadigi halda omur boyu davam etdirilmesi meslehet gorulur Urek damar xesteliyi olmayan insanlar Amerika kardioloqlar kolleci ACC ve Amerika Urek Assosiasiyasinin AHA 2019 cu il ucun urek damar xesteliklerinin ilkin profilaktikasi ucun tovsiyelerine esasen testleri asagi sixliqli lipoprotein xolesterinin cox yuksek seviyyede oldugunu gosteren 20 75 yas arasi insanlara 190 mq dl ve ya 4 90 mmol l den cox statin terapiyasi derhal teyin olunmalidir Urek damar xesteliyinin elametleri olmayan insanlara statinlerin teyin edilib edilmemesine qerar vermek ucun hekimler hemin insanlarda xesteliyin inkisaf ede bileceyi riskini qiymetlendirib sonra qerar verirler Bunun ucun ilk novbede risk faktorlari mueyyen edilir siqaret cekmek arterial hipertenziya yuksek qan tezyiqi sekerli diabet hiperlipidemiya pis xolesterinin seviyyesinin artmasi ve yaxud yaxsi xolesterinin seviyyesinin azalmasi piylenme ailede urek xesteliyi tarixine diqqet yetirilmesi genc yasda qohumlarda damar xestelikleri 55 yasa qeder kisilerde ve 65 yasa qeder qadinlarda ve s Urek damar xestelikleri olan insanlar Miokard infarkti insult ve ya periferik arteriya xesteliyi kimi mueyyen urek damar xesteliyi olan insanlar ucun veziyyetin pislesmesinin ve ya tekrarlanmasinin qarsisini almaq ucun statinler teyin edilir Tedqiqatlar gosterir ki pis xolesterin seviyyesi 70 mq dL den asagi duserse damarlardaki xolesterin noqtelerinin olcusu azala biler Miokard infarkti ve ya koronar arteriya emeliyyatindan sonra xestelere hetta normal xolesterin seviyyelerinde de statinler teyin oluna biler Ailevi hiperkolesterolemiya Ailevi hiperkolesterolemiyasi olan xestelerde dogusdan etibaren cox yuksek seviyyede asagi sixliqli lipoprotein xolesterin emele gelir bu da onlari urek damar xesteliklerinin erken inkisafi ucun yuksek risk altinda qoyur Bu veziyyetde mutexessisler pehriz ve heyat terzinde deyisiklikler mecburi muntezem fiziki fealiyyet elece de omurluk statin terapiyasi tovsiye edirler Usaqda ailevi hiperkolesterolemiya diaqnozu tesdiq edildikde statinlerle mualiceye texminen 10 yasindan baslamaq tovsiye olunur Diabetli insanlar 1 ve ya 2 ci tip diabetli xestelerde urek damar xesteliklerinin inkisaf riski yuksekdir Onu azaltmaq ucun onlar qanda qlukoza seviyyesini daim nezaretde saxlamali saglam heyat terzi kecirmeye calismalidirlar ve bundan elave sekerli diabet xestelerinin ekseriyyeti xolesterini azaldan dermanlar yeni statinler qebul etmelidirler UpToDate tibbi melumat bazasina esasen onlar 40 yasdan yuxari ve ya urek damar xestelikleri ucun bir nece risk faktoru meselen ailede urek damar xesteliyi yuksek xolesterin yuksek qan tezyiqi ve ya piylenme olan xestelere teyin edilir Statinler insanin xolesterinin seviyyesi normal olsa bele infarkt insult ve vaxtindan evvel olum riskini azaldir Yan tesirleriEkser hallarda statinler tovsiye olunan dozalarda istifade edildikde xesteler ucun tehlukesizdir Ancaq butun dermanlar kimi statinlerin de bir sira yan tesirleri var Asagidaki arzuolunmaz tesirler bu dermanlarin muxtelif novleri ucun umumidir bas agrisi basgicellenme zeiflik hezm sistemi ile bagli problemler qebizlik ishal hezmde problemler meteorizm ezele agrisi yuxu problemleri Bezi statin novleri ile bas vere bilecek nadir yan tesirlere asagidakilar daxildir sac tokulmesi libidonun azalmasi deri sepgileri qaraciyer ve ya medealti vezin iltihabi Beden mualiceye uygunlasdiqca bezi yan tesirler zamanla yox ola biler Yan tesirler davam ederse ve gundelik heyatinizda problem yaratmis olarsa hekiminiz dermani ve ya onun dozasini deyise biler Nadir hallarda statinler 2 ci tip diabet riskinin artmasina qaraciyer fermentlerinin artmasina ve ya ciddi ezele zedelenmesine sebeb ola biler Anlamaq lazimdir ki statinlerin faydalari adeten bu dermanlarin qebulu ucun gosterisleri olan xestelerde onlarin istifadesi risklerinden ustundur Menfi hallar bas vererse hekime muraciet edilmelidir Koqnitiv funksiyalar Statinler qebul eden bezi xesteler idrak funksiyalari ile bagli problemler bildirirler yaddas itkisi ve qarisiqliq Bu movzuda aparilan tedqiqatlarin neticeleri bu gune qeder son derece ziddiyyetlidir meselen bezi neticeler demensiya kimi agirlasmalari gosteribse digerleri ise yaddasa menfi lakin berpa olunan ve qisamuddetli yan tesir gosterdiyi neticeye gelibler Hekimler qeyd edirler ki bu movzunun derinden oyrenilmesi zeruridir Ezele agrisi Ezele agrisi statinlerin umumi yan tesiridir dermanin yan tesirleri sirasinda musahide tedqiqatlarinda ezele agrisi sikayetleri olduqca tez tez rast gelinir 10 15 Sekerli diabet Bezi tedqiqatlar gosterir ki statinlerle mualice olunan xestelerde karbohidrat mubadilesinin pozulmasi ve 2 ci tip diabetin inkisafi riski bir qeder yuksek ola biler Eger sexs statin terapiyasina baslamazdan evvel qan sekerinin seviyyesini yukseltmisse bu halin bas verme ehtimali artir Lakin urek damar xesteliyinin inkisaf riskinin azalmasi bu mumkun yan tesirden ustun hesab edilir Qaraciyerin disfunksiyasi Qaraciyerin zedelenmesinin derecesini mueyyen etmek ucun alanin aminotransferaza ALT fermentinin seviyyesi qiymetlendirilir Statinlerle mualice alan xestelerin 0 5 2 0 de ALT de orta artim musahide olunur Cox vaxt bu statin molekulunun novu ve ya dermanin yuksek dozalari ile elaqedardir Tedqiqatlar ALT de bu kicik artimin qaraciyer funksiyasindaki deyisikliklerle elaqeli olmadigi qenaetine gelir Xususi xestelikleri olmayan insanlarda bu cur patoloji veziyyetlerin qaraciyer catismazligina qeder irelilemesi olduqca nadirdir ona gore de statinlerle mualice zamani ALT seviyyelerinin muntezem olaraq yoxlanilmasi vacib deyil Diger derman ve qida ile qarsiliqli tesiriBezi statinler klaritromisin proteaz inhibitorlari insan immuncatismazligi virusunun HIV ve hepatit C nin mualicesine daxil edile biler siklosporin gemfibrozil oral kontraseptivler ve digoksin kimi diger dermanlarla qarsiliqli tesir gostere biler Meselen HIV proteaz inhibitorlarinin ve ya hepatit C virusu inhibitorlarinin mueyyen statinlerle eyni vaxtda istifadesi miopatiyanin ve ya rabdomiyolizin inkisaf riskini artira biler HIV ve ya hepatit C virusu proteaz inhibitorlari lovastatin ve simvastatin ile birlikde istifadesi tovsiye olunmur Qreypfrut siresi atorvastatin lovastatin ve simvastatinin tesirini artirir ki bu da yan tesirlerin riskini artira biler buna gore de bu kimi sire ve qidalardan statinleri qebul ederken ve ya gunde yarim qreypfrutdan cox olmamaq serti ile cekinmek lazimdir Heddinden cox spirtli icki qebul eden xesteler de statin terapiyasinda ciddi yan tesirlerin inkisaf riskini artirirlar Hamilelik dovrunde istifadesiHamile ve emizdiren qadinlarin statinlerden istifadesi meslehet gorulmur cunki bu dovrlerde onlarin tehlukesizliyine dair hec bir inandirici subut ve ya arasdirma heleki yoxdur Qeyd Statinler asagi sixliqli lipoprotein xolesterinin seviyyesini ve urek damar xestelikleri riskini azaltmaq ucun en yaxsi oyrenilmis ve en cox istifade edilen dermanlar sinfidir Statinler qebul ederken hedef lipid seviyyelerine nail olunmursa ve ya xestenin bu dermanlarin istifadesine mane olan eks gosterisleri varsa hekim ezetimib PCSK9 inhibitorlari ve ya od tursusu sekvestrantlari teyin ede biler Standart Omeqa 3 elaveleri ehemiyyetli fayda gostermemisdir ve buna gore de tovsiye edilmir Baliq yagi darcin sarimsaq sarikok bitki sterollari ve qirmizi maya duyu de xolesterini ve asagi sixliqli lipoprotein seviyyelerini azaltmir Heyat terzi deyisikliyiHeyat terzi qanda xolesterinin seviyyesine boyuk tesir gostere biler buna gore de statin qebul ederken saglam qida muntezem fiziki fealiyyetle mesgul olmaq saglam ceki saxlamaq ve pis verdislerden imtina etmek vacib sayilir Statinler teyin etmezden evvel hekimler xesteden xolesterin seviyyelerinin nece reaksiya verdiyini gormek ucun heyat terzinde deyisiklik etmeyi xahis ede bilerler Bezen heyat terzinin deyisilmesi asagi sixliqli lipoproteinlerin seviyyesini azaltmaq ucun kifayet edir Tenqid2007 ci ilde statinleri bir biri ile ve ya diger mualicelerle muqayise eden 192 tedqiqatda maliyye menbelerinin tedqiqat metodlari ve neticelerine tesirini qiymetlendirdi Tedqiqat dermaninin istehsalcisi terefinden maliyyelesdirilen tedqiqatlar muqayiseli derman istehsalcisi terefinden maliyyelesdirilenlere nisbeten istehsalcinin istediyi neticeleri gosterme ehtimali 20 defe cox idi Umumdunya Sehiyye Teskilati nin nesrinde qeyd edilirdi ki statinlerin profilaktik meqsedlerle istifadesi cox sayda insanda potensial zerere sebeb olmusdur Getse dan Peter Christian Gotzsche bu barede qeyd etmisdir ki statinlerin qebulu urek xesteliyinden olum hallarini azalda lakin diger sebeblerden olum riskini artira biler Meselen serivastatin qebul eden xesteler ezele zedelenmesi ve boyrek catismazligi sebebinden vefat etdikden sonra bazardan cixarildi Istinadlar Overview Statins NHS 2021 04 18 tarixinde Istifade tarixi 2020 08 13 Cholesterol Drugs American Heart Association 2021 01 20 tarixinde Istifade tarixi 2020 08 13 Statins Common questions answered British Heart Foundation 2020 03 09 tarixinde Istifade tarixi 2020 08 13 Should you take a statin even if your cholesterol is normal Harvard Health Publishing 2012 11 2020 08 09 tarixinde Istifade tarixi 2020 08 13 Controlling Cholesterol with Statins U S Food and Drug Administration 2017 02 16 2015 11 18 tarixinde Istifade tarixi 2020 08 14 Mayo clinic stuff Statins Are these cholesterol lowering drugs right for you Mayo Clinic 2020 03 14 2020 08 12 tarixinde Istifade tarixi 2020 08 14 WHO 2019 Cholesterol FDA Office of Women s Health 2020 09 19 tarixinde Istifade tarixi 2020 08 13 Pravitelstvo Rossijskoj Federacii Rasporyazhenie ot 12 oktyabrya 2019 g 2406 r PDF Pravitelstvo Rossii 2020 03 31 tarixinde PDF Istifade tarixi 2020 08 13 Cholesterol Centers for Disease Control and Prevention 2021 01 25 tarixinde Istifade tarixi 2020 08 13 Cholesterol and Statins Infographic FDA U S Food and Drug Administration 2020 12 26 tarixinde Istifade tarixi 2020 08 12 What is Cholesterol American Heart Association 2017 04 30 2020 08 13 tarixinde Istifade tarixi 2020 08 13 Robert S Rosenson Patient education High cholesterol and lipids Beyond the Basics UpToDate 2020 07 Istifade tarixi 2020 08 13 It is quite understandable to have questions when you may need to take a new medicine Heart UK Cholesterol Charity 2020 08 13 tarixinde Istifade tarixi 2020 08 13 Peter WF Wilson Cardiovascular disease risk assessment for primary prevention in adults Our approach UpToDate 2020 05 2021 03 24 tarixinde Istifade tarixi 2020 08 13 Arnett DK Blumenthal RS Albert MA 2019 ACC AHA Guideline on the Primary Prevention of Cardiovascular Disease American College of Cardiology 2019 03 17 2020 07 25 tarixinde Istifade tarixi 2020 08 13 Robert S Rosenson Christopher P Cannon Patient education High cholesterol and lipid treatment options Beyond the Basics UpToDate 2020 06 16 2020 11 28 tarixinde Istifade tarixi 2020 08 13 Uses Statins NHS UK 2020 12 06 tarixinde Istifade tarixi 2020 08 13 Julian M Aroesty Joseph P Kannam Patient education Heart attack recovery Beyond the Basics UpToDate Istifade tarixi 2020 08 13 Patrice Wendling Making the Case for Early Statins in Familial Hypercholesterolemia MedScape 2019 10 16 2020 08 31 tarixinde Istifade tarixi 2020 08 13 Familial hypercholesterolemia MedlinePlus 2020 07 30 tarixinde Istifade tarixi 2020 08 13 Nice Familial hypercholesterolaemia identification and management Guidelines 2019 10 30 2020 09 21 tarixinde Istifade tarixi 2020 08 13 Avoiding complications NHS UK 2021 08 17 tarixinde Istifade tarixi 2020 08 13 Health problems Type 2 diabetes NHS UK 2020 07 12 tarixinde Istifade tarixi 2020 08 13 Deborah J Wexler Patient education Preventing complications from diabetes Beyond the Basics UpToDate 2019 12 Istifade tarixi 2020 08 13 BPharm C Fookes Statins Drugs com 2018 08 30 2020 07 08 tarixinde Istifade tarixi 2020 08 13 Side effects Statins NHS UK 2020 06 24 tarixinde Istifade tarixi 2020 08 13 BPharm C Fookes Statins Drugs com 2018 08 30 2020 07 08 tarixinde Istifade tarixi 2020 08 13 FDA Drug Safety Communication Important safety label changes to cholesterol lowering statin drugs U S Food and Drug Administration 2016 01 19 2020 03 15 tarixinde Istifade tarixi 2020 08 14 Mayo Clinic Stuff Statin side effects Weigh the benefits and risks Mayo Clinic 2014 03 31 tarixinde Istifade tarixi 2020 08 13 Baigent 2019 BPharm C Fookes Statins Drugs com 2018 08 30 2020 07 08 tarixinde Istifade tarixi 2020 08 13 FDA Drug Safety Communication Interactions between certain HIV or hepatitis C drugs and cholesterol lowering statin drugs can increase the risk of muscle injury U S Food and Drug Administration 2016 01 19 2019 04 24 tarixinde Istifade tarixi 2020 08 14 Grapefruit juice and statins Harvard Health Publishing 2020 08 14 tarixinde Istifade tarixi 2020 08 14 Robert S Rosenson Christopher P Cannon Patient education High cholesterol and lipid treatment options Beyond the Basics UpToDate 2020 11 28 tarixinde Istifade tarixi 2020 08 14 Considerations Statins NHS UK 2020 12 06 tarixinde Istifade tarixi 2020 08 14 Robert S Rosenson Christopher P Cannon Patient education High cholesterol and lipid treatment options Beyond the Basics UpToDate 2020 11 28 tarixinde Istifade tarixi 2020 08 14 Ezetimibe NHS UK 2020 09 19 tarixinde Istifade tarixi 2020 08 14 What are PCSK9 inhibitors Drugs com 2020 06 23 tarixinde Istifade tarixi 2020 08 14 Bile acid sequestrants for cholesterol MedlinePlus 2020 09 24 tarixinde Istifade tarixi 2020 08 14 Robert S Rosenson Christopher P Cannon Patient education High cholesterol and lipid treatment options Beyond the Basics UpToDate 2020 06 16 2020 11 28 tarixinde Istifade tarixi 2020 08 13 Sovmestnyj proekt Vsemirnoj organizacii zdravoohraneniya i Mezhdunarodnoj programmy dejstvij dlya zdravoohraneniya Kak raspoznavat prodvizhenie lekarstv i kak k nemu otnositsya prakticheskoe rukovodstvo PDF Ziganshina L Lexchin J 181