Seyid Əli Orlat (? — 1399-cu il) — XV əsrin 4-cü rübündə hakimiyyətdə olmuş Şəki hökmdarı. Şəki-Kaxetiya hökmdarı (1104) və 1017-ci ildə Kiş qalasının müdafiəsinə başçılıq etmiş Asat və Şot qardaşlarından sonra tarixi mənbələrdə adı çəkilən ilk Şəki hökmdarıdır. Əgər adında daşıdığı "seyid" titulu onun Məhəmməd peyğəmbərin nəslindən olmasını göstərirsə, adına əlavə edilən "orlat" kəlməsi onun monqol mənşəli orlat tayfasından çıxmasını bildirməkdədir. Tarixi mənbələrdə Seyid Əli Orlatın adına ilk dəfə 1393-cü ilin sentyabr ayında baş verən hadisələrin təsvirində təsadüf edilir. Göstərilir ki həmin vaxt o, Şəkiyə hücum edən teymurilərin qarşısında duruş gətirə bilməmiş, iqamətgahını tərk edərək dağlara qaçmışdır. Ehtimal var ki, bundan sonra Seyid Əli ilə teymurilər arasındakı münasibətlər bir müddət yaxşı olmiş, lakin Əmir Teymurun oğlu Miranşah (Əmiranşah) tərəfindən Şəkiyə cəza dəstəsinin göndərilməsi və Şəkini talan etdirməsi nəticəsində yenidən pisləşmiş, daha sonra Seyid Əli intiqam üçün gürcülərlə birlikdə, teymurilərin mühasirəndə olan Alıncaq (Əlincə) qalasının müdafiəçilərinə kömək üçün Naxçıvana müvəffəqiyyətli yürüş etmiş, lakin geri dönərkən, Alıncaq qalası yaxınlığında baş vermiş toqquşma zamanı - 1399-cu ilin yanvar ayında, Miranşahın oğlu ilə təkbətək döyüşdə rəqibinin atdığı oxun boynuna sancılması nəticəsində həlak olmuşdur.
Seyid Əli Orlat | |
---|---|
ən geci sentyabr, 1393 – yanvar 1399 | |
Sonrakı | Seyid Əhməd Orlat |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Alıncaq qalası ətrafında |
Uşağı | Seyid Əhməd Orlat |
Dini | İslam |
1384—1396-cı illər
Əmir Teymurun İran yürüşlərinə başlaması
XIV əsrin 70-ci illərində Orta Asiyada – Cağatay ulusunun qərb hissəsində, hakimiyyəti ələ keçirən Əmir Teymur, ömrünün sonuna qədər yalnız baş əmir olsa da, əslində, tarix səhnəsində yeni bir imperiyanın bünövrəsini qoymuş oldu. O, 1384-cı ildə ilk İran yürüşünü edir və Zəncana qədər irəliləyir. Lakin tezliklə geri dönür və bir ildən sonra ikinci İran yürüşünə başlayır. Onun təxminən 1386-cı ilin 2-ci yarısında Mazandaran hakimi Seyid Əli Kiyaya göndərdiyi məktubunun əvvəlində hər iki yürüşün bəzi təfərrüatı xatırlanır və buna əsasən də məlum olur ki Əmir Teymur ikinci İran yürüşünə 1385-ci ildə başlamamışdan öncə, həmin istiqamətdəki, o cümlədən Cənubi Qafqazdakı hakimlərlə əlaqə yaratmış, onları tərəfdaşlığa dəvət etmiş, əvəzində isə, bir çoxundan, o cümlədən hansısa "Şəki əmiri"ndən, yaxud "Şəki əmirləri"ndən rədd cavabı almışdır. Heç şübhəsiz ki bu Əmir Teymurun 1384-cü ildəki birinci İran yürüşü zamanı baş vermişdi. Məktubda adları sadalanan, Əmir Teymura qarşı şərti koalisiya yaratmış yerli hakimlərin idarəçiliyindəki ərazilərin nəyə görə 1384-cü il yürüşündən kənarda qaldığının və nəyə görə Əmir Teymurun o vaxt Zəncandan irəliyə gedə bilmədiyinin səbəbi isə həmin sənəd əsasında aydınlaşır: Əmir Teymurun 1-ci İran yürüşü zamanı da Kiçik Lor hakimi Məlik İzzəddin, Cəlair padşahı Sultan Əhməd (1382–1393; 1405–1412), "Kürdüstan məlikləri", Gürcü çarı V Baqtrat (1360–1393), Şirvanşah İbrahim (1382–1417) və Şəki hökmdarı (yaxud: əmir(lər)i) Əmir Teymura qarşı birgə mübarizə apara bilərdilər. Bəli, sonralar Əmir Teymur öz xatirələrində etiraf edir ki:
"Bu zaman ağlıma belə bir fikir gəldi ki, əgər həmin məmləkətlərin padşahları ittifaq bağlayaraq mənə qarşı birləşsələr necə olacaq? Özüm belə qərara gəldim ki, həmin məmləkətlərin padşahlarını ayrı-ayrılıqda tabe etmək, itaətə gəlməyənləri isə cəzalandırmaq lazımdır.
Lakin müttəfiqlərə qarşı Qızıl Orda xanı Toxtamışın (1380-1396) timsalında ikinci bir fövqəldüşmənin də peyda olması ilə bu "koalisiya" dağıldı. Onların ərazilərinin isə Əmir Teymur tərəfindən tezliklə və asanlıqla işğal edilməsi üçün şərait yarandı.
Şəkinin talan edilməsi
1385-ci ilin əvvəllərində Toxtamış xanın 90 minlik ordusu Şirvandan keçərək Azərbaycana soxuldu. Qızıl Ordalılar Təbrizi 8 gün mühasirədə saxlayıb son nəhayətdə onu hiylə ilə ələ keçirə bildilər. Əmir Teymur isə eyni vaxtda Kiçik Lor və Kürdüstana yürüş etdi. Az müddətdən sonra Qızıl Ordalılar Azərbaycan vilayətindən əsir götürdükləri 200 min nəfərlə birlikdə geri döndülər. Bu zaman Əmir Teymur əvvəlcə, öz adamlarından bir qrupunu, hələ ilk İran yürüşü zamanı onun tərəfinə keçmiş olan Cəlair əmirlərindən Adil ağa ilə Təbrizə göndərdi. Onlara qarşı heç bir ciddi müqavimətin baş vermədiyini gördükdən sonra isə özü də ordusunun əsas hissələri ilə birlikdə bura gəldi.
1385-ci ildə Təbrizdə üzərində Cağatay ulusunun xanı – Soyurqatmışın (1370–1388) və baş əmir – Əmir Teymurun adları həkk olunmuş sikkələr zərb edildi. O ki qaldı həmin vilayəti təslimə hazırlamış yerli əmir Adil Ağanın aqibətinə, bu iş çox acınacaqlı qurtardı; onu Əmir Teymurun göstərişinə əsasən yaxın adamları ilə birlikdə işgəncə ilə öldürdülər. Beləliklə, Əmir Teymur Azərbaycan vilayətini çox asanlıqla ələ keçirdi. 1386-cı ilin payız fəslinin əvvəllərində isə ətrafdakı digər əraziləri də istila etmək üçün öz ordusu ilə Təbrizdən çıxıb şimal-qərb istiqamətində hərəkətə başladı. Tezliklə Gürcüstana çatdı, oradan da Şəkiyə keçdi. O, özü bütün bunlar barədə elə həmin – yuxarıda qeyd olunan, məktubunda yazır və "Şəki əmir(lər)i" ifadəsini bir daha işlədir:
"Şirvan və Şəki vilayətinin əmirləri, hamısı ki qarşıdurma göstərirdilər, əzilmiş oldular və onlar ki Aləm Pənahın (Ə. T.-un) dərgahına iltica gətirdilər, vilayət və nahiyələri onlara tapşırılmış oldu."
Nizaməddin Şami və Şərafəddin Əli Yəzdinin eyniadlı əsərlərinə – "Zəfərnamələr"ə, görə Əmir Teymur Tiflisi fəth etməsindən və Gürcü çarı Baqratı əsir götürməsindən sonra Şəki ölkəsininin ərazisi ilə hərəkət edərək "Qəbələ məkanına" çatmış, sonra Sorxab qalasını tutmuş və Kür çayını keçərək Qarabağa qışlamağa getmişdir. "Zəfərnamələr"ə görə Əmir Teymur Şəki ölkəsi ərazisindən keçərkən, "lakzi"lərə hücum etmiş, bu ölkənin hər yerinə, o cümlədən Ağcəb, Səkğut vilayətlərinə talançı dəstələr göndərmişdir.
Əmir Teymur 1387-ci ilin yaz fəslinin əvvəllərinə qədər Qarabağda qaldı. və Burada Şirvanşah Şeyx İbrahim layiqli hədiyyələrlə onun yanına gəldi və hörmətlə qarşılandı. Əsir düşmüş Gürcü çarı V Baqrat isə hiylə işlədərək qaçdı.
Əmir Teymur yayda Göyçə gölü ətrafına yaylamamağa qalxır. Daha sonra isə həmin tərəflərdə Cəlairlərin yeganə müqavimət ocağı olan Alıncaq qalasının mühasirəsində şəxsən iştirak edir. Lakin heç bir müvəffəqiyyət qazana bilmir. O, qışı Rey yaxınlığında keçirməyi planlaşdırdığı vaxt xəbər gəlir ki, Toxtamış xanın qoşunları Buxara və Səmərqəndə yürüş edibdir. Buna görə də Əmir Teymur öz ordusu ilə təcili surətdə geri qayıtmağa məcbur olur.
Əmir Teymurun Orta Asiyaya dönməsindən sonra isə düz 6 il ərzində Azərbaycan və İraq-i Əcəm vilayətlərində anarxiya mövcud oldu. Belə ki bu müddət ərzində, Cəlair sultanı Bağdaddan kənara çıxmadı və sözü gedən vilayətlərin idarəsini yerli əyanların öhdəsinə buraxdı.
Tarixi mənbələrdə
Əmir Teymurun Şəkiyə II hücumu
6 ildən sonra yenə – 3-cü dəfə, İran istiqamətində yürüş edən Əmir Teymur, 1393-cü il yanvar ayının 27-də Sultaniyyədə məskən saldı. 3-cü İran yürüşü də Şəkidən yan keçmir. Belə ki Əmir Teymur Gürcüstandan sonra 1394-cü ilin sentyabr ayında Şəki ölkəsinin ərazisinə girdi və ilk olaraq "vilayət-e Bərtaz"ı talan etdirdi. Daha sonra Şəki ölkəsinin dağlıq tərəflərinə – Seyid Əli Orlatın üstünə qoşun göndərdi. "Zəfərnamə"lərə görə bu zaman Seyid Əli Orlat "mülk və malını atıb qaçmaq yolunu tutdu".
Əmir Teymur 1394-cü ilin sonunda – qış fəsli başlayanda, ordusunu Şəki hökmdarının ərazisindən çıxarıb Kür mənsəbi yaxınlığındakı Mahmudabad şəhəri ətrafına, qışlamağa apardı. Yaz gələndə – 1395-ci il fevralın 28-də, ordunu şimal istiqamətində hərəkətə gətirib Toxtamış xan üzərinə yürüşə başladı. Bir daha 1396-cı ilin yazında oradan geri dönən Əmir Teymur, Dərbənd, Şabran, Aqtam səhrası (Muğanın şimalı), Ərdəbil və Sultaniyyədən keçməklə Həmədana gəldi, buradan isə iyulun 18-də Səmərqəndə yola düşdü.
Miranşahın yanına getməsi ehtimalı
Əmir Teymur öz imperiyasının paytaxtında da çox qərar tutmur və 1398-ci ilin avqustunda Hindistana yürüş edir. O, bundan əvvəl, İrandan qayıdarkən Azərbaycan vilayətinin və onun ətrafındakı ərazilərin idarəsini öz oğlu Əmiranşahın ixtiyarına buraxmışdı. Şərafəddin Əli Yəzdiyə görə Əmirzadə Əmiranşah Azərbaycan taxtgahını və Hülaku xan ulusunu elə məharətlə idarə edirmiş ki, "ətarf və əknafın heç bir padşah zamanında itaət etməmiş sərdarları" onun yanına gəliblərmiş. Həmin müəllifin bu sözlərinə və müvafiq hadisələrin sonrakı gedişatı barədə yenə onun və həm də, Nizaməddin Şaminin qələmə aldıqlarına əsasən güman etmək mümkündür ki, 1396-cı ilin payızına qədər, yəqin ki Şəki hökmdarı Seyid Əli Orlat da Əmirzadə Əmiranşahın yanına gedibmiş.
Miranşahın Şəkini talan etdirməsi
"Zəfərnamə"lərə görə, 1396-cı ildə (payıza qədər) Əmirzadə Əmiranşah Xoy ətrafında ov edərkən atdan yıxılmış və beyni silkələnmişdir. Bu hadisədən sonra isə ağlı sürətlə azalma başlayır, nəticədə bir sıra qeyri-düzgün işlərə yol verir. O cümlədən, 1397, yaxud 1398-cü ilin payızında, atasının əsas ordusunun ondan çox-çox uzaqlarda olmasını nəzərə almayaraq Şəkiyə qoşun çəkmiş və bu ölkəni qarət etdirmişdi.
Naxçıvan yürüşü
"Zəfərnamə"lərə görə məhz Əmirzadə Əmiranşah tərəfindən Şəkinin talan etdirilməsinə cavab olaraq Seyid Əli Orlat Sultan Tahiri teymurilərin mühasirəsində olan Alıncaq qalasından çıxartmaq üçün gürcülərlə birlikdə ora yürüş etmişdir.
Naxçıvan şəhəri yaxınlığındakı həmin istehkamda Cəlairlərin illər boyu topladıqları böyük bir xəzinə saxlanılırdı və qala neçə il idi ki, Sultan Əhmədin oğlu Sultan Tahir və Cəlair əmirlərindən Əmir Altunun başçılığı ilə Əmir Teymurun qoşunlarından müvəffəqiyyətlə müdafiə olunurdu. Teymuri əmirləri növbə ilə Alıncaq qalasını mühasirə etməkdə idilər və son nəhayətdə bu iş Əmir Teymur tərəfindən Hacı Seyfəddinin oğlu Sultan Səncərə və Əmirzadə Əmiranşahın məxsusi qoşunlarına tapşırılmışdı.
O dövrlərdə Alıncaq qalasını görmüş İspaniya səfiri Klavixo (vəfatı:1412) onu belə təsvir edib:
"O dağın başında yerləşib, divar və bürclərlə əhatə olunub, divarlardan içəridə isə çoxlu üzümlüklər, bağlar, becərilmiş sahələr, çoxlu su və otlaqlar; dağın lap başında isə qəsr durur".
Bu ərəfələrdə, Alıncaq qalası daxilində nizam-intizam xeyli zəifləmişdi. Qalanın müdafiəsinə məsul olan şəxslər bir-birləri ilə yola gedə bilmirdilər. İbn Ərəbşahın yazdığına görə, hətta iş o yerə gəlib çatmışdı ki, qalanı müvəqqəti tərk etmiş Əmir Altun geri döndükdə onu içəri buraxmamışdılar.
Həmin illərdə Sultan Əhməd Cəlayırin əlində yalnız Bağdad və İraq-i Ərəbin bir hissəsi qalmaqda idi. Lakin Gürcü çarı Georgi hələ də Cəlairlərin ali hakimiyyətini tanıyırdı və Tiflisdə kəsdirdiyi sikkələr üzərində Sultan Əhmədin adını öz adından əvvəl vurdururdu. Yəqin ki 1399-cu ilin başlanğıcında gürcülərlə Şəki hökmdarının Alıncaq qalasına birlikdə etdikləri hücumun sifarişçisi də Sultan Əhməd idi və bu işdə əsas məqsəd isə Əmir Teymurun gözlənilən növbəti İran yürüşünə qədər, xəzinənin oradan çıxarılması imiş.
Gürcülərlə Şəki hökmdarının qoşunları Alıncaq istehkamına yaxınlaşanda o vaxta qədər qalanı mühasirədə saxlayan teymurilər qalanın ətrafından çəkilməyə məcbur olurlar və Sultan Tahir xəzinəni də götürüb qaladan çıxır.
Sultan Səncər isə Təbrizə gedir və hadisə barədə Əmiranşaha məruzə edir.
"Həmin saat Əmirzadə Əmiranşah Əmirzadə Əbubəkrə, hazır ləşgərlərlə ilğar (çevik hücum), buyurub, Seyid Əlinin dəfinə göndərdi".
Vəfatı
Müttəfiqlər geri qayıtmaqda ikən yolda Miranşahın oğlu Əbubəkr mirzənin başçılığı altında Təbrizdən "ilğar" edən ordu arxadan onlara çatır. Müttəfiqlər bunu görən kimi geri dönüb teymurilərin üstünə gedirlər. Seyid Əli Orlat isə mərkəzdən irəli çıxıb intiqam almaq üçün gənc Əbubəkr mirzəni üstünə şığıyır. Lakin bu zaman, təsadüfən, Əbubəkr mirzənin atdığı oxlardan biri Seyid Əlinin dəbilqəsinin zireh ətəyini deşərək boynuna sancıldı və
"həmən bir yaraya minik heyvanının (–atının?) belindən yıxıldı və həlak oldu."
Bu uğursuzluğa baxmayaraq, müttəfiqlər hücumu davam etdirirlər və Əbubəkr mirzənin ordusunu qaçmağa məcbur edirlər.
Əbubəkr mirzə özü sağ-salamat Təbrizə – Əmiranşahın yanına, qayıdır və bundan sonra onlar bir adamı Əmir Teymurun yanına yollayırlar ki, onu da son hadisələrdən xəbərdar etsinlər.
Əmir Teymuru Hindistan yürüşü boyu müşayiət etmiş Qiyasəddin Əlinin yazdığına görə onlar geri dönərkən – 1399-cu ilin mart ayının 3-də, Cənavə çayı yaxınlığında Əmiranşahın yolladığı nökərlərlə qarşılaşıblar. Bu adamlar, təlimatlarına uyğun olaraq, öz tərəflərində baş vermiş son hadisələr, o cümlədən Alıncaq qalası ilə bağlı son xəbərləri Əmir Teymura çatdırıblar. Onların Təbrizdən Hindistandakı Cənavə çayı yaxınlığına qədər təxminən 3 min km-lik yolu neçə günə qət etdiklərini bilsəydik, həm də Alıncaq qalası ətrafında baş vermiş məlum hadisənin, o cümlədən Şəki hökmdarı Seyid Əli Orlatın həlak olduğu vaxtı da dəqiqləşdirmiş olardıq. Lakin təəssüf ki bu işdə məsələnin həllinə bir yox, iki nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Belə ki əgər Əmir Teymurun imperiyasında xüsusi yol xidməti olsaydı, Əmiranşahın yolladığı "nökərlər"in mənzil başına çatmaları üçün bir ay kifayət edərdisə, adi halda bunun üçün iki dəfə çox müddət tələb olunmaqdadı. Amma hər halda, sözgedən Alıncaq qalası hadisəsinin vaxtı ilə Seyid Əli Orlatın hakimiyyətinin başa çatması, yəni onun həlak olma tarixini şərti olaraq 1399-cu ilin yanvar ayı hesab etmək mümkündür.
Mənbə
İstinadlar
- Zeynəddin bin Həmdullah Qəzvini. Bakı, 1990, səh.: 48.
- Əmir Teymurun vəsiyyətləri, Bakı, 1991, səh.: 36.
- 1482 –1483-cü illərdə Şirvan şəhərlərində Cəlair sultanı Qiyasəddin Əhmədin adından sikkə kəsilirdi (Bax: М. А. Сейфеддини. Монетное дело и денежное обращение в Азербайджане ХII-ХV вв. ч.2, Баку, 1981, стр.: 224). 1385-ci ildən ta h.1390-cı ilə qədər isə burada Qızıl Orda xanı Toxtamışdan qeyri, digər hökmdarın adından sikkə zərb edilməyib. Deməli, Şirvan 1385-ci ilə qədər rəsmən, Cəlairlərin, bundan sonra isə Qızıl Ordanın ərazisi imiş.
- F. Mestopskiyə görə, Teymurləng həmin vaxt Toxtamış xanla qarşılaşmaqdan çəkinmişdir; bax: Foma Mestopski. Teymurləngin və onun xələflərinin tarixi. Bakı, 1956, səh.: 11.
- М.А.Сейфеддини. 1981, səh.: 224.
- عبدالحسين نوائي، اسناد و مكاتبات تاريخي ايران از تيمور تا شاه اسماعيل، تهران-١٣٤١و ۱۳۵۶ ,səh. 54 – 57
- (Özbəkistan EA Şərqşünaslıq İnstitutundakı 4472 şifrə altında saxlanılan əlyazmanın fasimelisinin 1972-ci il Daşkənd nəşri (Ə. Urunbayev tərəfindən nəşrə hazırlanıb)) səh.: 348a/b ،شرف الدين عل ىزدى ،١٩٧٢
- Путешественники об Азербайджане, вып. I, Баку, 1961, стр.: 50.
- səh.: 66 ابن عربشاه، زندگانى شگفت آور تيمور(ترجمهء كتاب عجايب المقدور فى اخبار تيمور، ترجمه: محمد على نجاتى)، طهران –١٢٣٩
- səh.: 66 ،ابن عربشاه، ١٢٣٩
- Nizamuddin Sami, Zafar-nama. — Histoire des conquetes de Tamer-Ian intitulee Zafaruama par Nizamuddin Sami. Edition critique par Felix Tauer, t. I: Texte persan du Zafarnama, Praha, 1937; t. II: Introduction, commentaire, index, Praha, 1956, səh.: 148.
- Sonda kimin qalib gəlməsi barədə N.Şaminin yazdıqları ilə Ş.Ə.Yəzdinin yazdıqlarında müəyyən fərqlər var; məsələn, N.Şami yazır ki,
- Sultan Tahir "elə ki Seyid Əlini o vaqiə yıxdı, gürcülərlə birlikdə Gürcüstan tərəfə fərar etdi və ondan sonra Bağdada – atasının yanına getdi; və Əmirzadə Əbubəkr sabiq qayda üzrə yenə Alıncaq qalasının mühasirəsinə müqərrər buyurub və Seyid Əli Şəkinin başını bədənindən ayırtdırıb atasının yanına gətirdi və bu səbəbə bir nökəri Səmərqəndə (– əslində, Hindistana) göndərdilər"; Nizamuddin Sami, Zafar-nama. — Histoire des conquetes de Tamer-Ian intitulee Zafaruama par Nizamuddin Sami. Edition critique par Felix Tauer, t. I: Texte persan du Zafarnama, Praha, 1937; t. II: Introduction, commentaire, index, Praha, 1956, səh.: 148.
Ş.Ə.Yəzdi isə yazır ki,
- "Amma elə ki gürcülər qalib olmuş idilər və Təbriz ləşgəri qovulub, şahzadə də geri qayıtdı və sağ-salamat bu təhlükəli yerdən kənara çıxdı; və gürcülər [də] öz məkanlarına qayıtdılar"; 348b – 349b، شرف الدين على يزدى، ١٩٧٢
Ədəbiyyat
- . Şəki hökmdarı Seyid Əli. "İki od arasında" romanı 2016-03-04 at the Wayback Machine. Bakı. . 1993. səh. 5. (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Seyid Eli Orlat 1399 cu il XV esrin 4 cu rubunde hakimiyyetde olmus Seki hokmdari Seki Kaxetiya hokmdari 1104 ve 1017 ci ilde Kis qalasinin mudafiesine basciliq etmis Asat ve Sot qardaslarindan sonra tarixi menbelerde adi cekilen ilk Seki hokmdaridir Eger adinda dasidigi seyid titulu onun Mehemmed peygemberin neslinden olmasini gosterirse adina elave edilen orlat kelmesi onun monqol menseli orlat tayfasindan cixmasini bildirmekdedir Tarixi menbelerde Seyid Eli Orlatin adina ilk defe 1393 cu ilin sentyabr ayinda bas veren hadiselerin tesvirinde tesaduf edilir Gosterilir ki hemin vaxt o Sekiye hucum eden teymurilerin qarsisinda durus getire bilmemis iqametgahini terk ederek daglara qacmisdir Ehtimal var ki bundan sonra Seyid Eli ile teymuriler arasindaki munasibetler bir muddet yaxsi olmis lakin Emir Teymurun oglu Miransah Emiransah terefinden Sekiye ceza destesinin gonderilmesi ve Sekini talan etdirmesi neticesinde yeniden pislesmis daha sonra Seyid Eli intiqam ucun gurculerle birlikde teymurilerin muhasirende olan Alincaq Elince qalasinin mudafiecilerine komek ucun Naxcivana muveffeqiyyetli yurus etmis lakin geri donerken Alincaq qalasi yaxinliginda bas vermis toqqusma zamani 1399 cu ilin yanvar ayinda Miransahin oglu ile tekbetek doyusde reqibinin atdigi oxun boynuna sancilmasi neticesinde helak olmusdur Seyid Eli OrlatSeki hokmdarien geci sentyabr 1393 yanvar 1399SonrakiSeyid Ehmed OrlatSexsi melumatlarVefat tarixi yanvar 1399Vefat yeri Alincaq qalasi etrafindaUsagi Seyid Ehmed OrlatDini Islam1384 1396 ci illerXeritede Cenubi Qafqazda en geci 1384 cu ilden 1551 ci ile qeder movcud olmus Seki hokmdarliginin da texmini serhedleri gosterilir Emir Teymurun Iran yuruslerine baslamasi XIV esrin 70 ci illerinde Orta Asiyada Cagatay ulusunun qerb hissesinde hakimiyyeti ele keciren Emir Teymur omrunun sonuna qeder yalniz bas emir olsa da eslinde tarix sehnesinde yeni bir imperiyanin bunovresini qoymus oldu O 1384 ci ilde ilk Iran yurusunu edir ve Zencana qeder irelileyir Lakin tezlikle geri donur ve bir ilden sonra ikinci Iran yurusune baslayir Onun texminen 1386 ci ilin 2 ci yarisinda Mazandaran hakimi Seyid Eli Kiyaya gonderdiyi mektubunun evvelinde her iki yurusun bezi teferruati xatirlanir ve buna esasen de melum olur ki Emir Teymur ikinci Iran yurusune 1385 ci ilde baslamamisdan once hemin istiqametdeki o cumleden Cenubi Qafqazdaki hakimlerle elaqe yaratmis onlari terefdasliga devet etmis evezinde ise bir coxundan o cumleden hansisa Seki emiri nden yaxud Seki emirleri nden redd cavabi almisdir Hec subhesiz ki bu Emir Teymurun 1384 cu ildeki birinci Iran yurusu zamani bas vermisdi Mektubda adlari sadalanan Emir Teymura qarsi serti koalisiya yaratmis yerli hakimlerin idareciliyindeki erazilerin neye gore 1384 cu il yurusunden kenarda qaldiginin ve neye gore Emir Teymurun o vaxt Zencandan ireliye gede bilmediyinin sebebi ise hemin sened esasinda aydinlasir Emir Teymurun 1 ci Iran yurusu zamani da Kicik Lor hakimi Melik Izzeddin Celair padsahi Sultan Ehmed 1382 1393 1405 1412 Kurdustan melikleri Gurcu cari V Baqtrat 1360 1393 Sirvansah Ibrahim 1382 1417 ve Seki hokmdari yaxud emir ler i Emir Teymura qarsi birge mubarize apara bilerdiler Beli sonralar Emir Teymur oz xatirelerinde etiraf edir ki Bu zaman aglima bele bir fikir geldi ki eger hemin memleketlerin padsahlari ittifaq baglayaraq mene qarsi birlesseler nece olacaq Ozum bele qerara geldim ki hemin memleketlerin padsahlarini ayri ayriliqda tabe etmek itaete gelmeyenleri ise cezalandirmaq lazimdir Lakin muttefiqlere qarsi Qizil Orda xani Toxtamisin 1380 1396 timsalinda ikinci bir fovqeldusmenin de peyda olmasi ile bu koalisiya dagildi Onlarin erazilerinin ise Emir Teymur terefinden tezlikle ve asanliqla isgal edilmesi ucun serait yarandi Sekinin talan edilmesi 1385 ci ilin evvellerinde Toxtamis xanin 90 minlik ordusu Sirvandan kecerek Azerbaycana soxuldu Qizil Ordalilar Tebrizi 8 gun muhasirede saxlayib son nehayetde onu hiyle ile ele kecire bildiler Emir Teymur ise eyni vaxtda Kicik Lor ve Kurdustana yurus etdi Az muddetden sonra Qizil Ordalilar Azerbaycan vilayetinden esir goturdukleri 200 min neferle birlikde geri donduler Bu zaman Emir Teymur evvelce oz adamlarindan bir qrupunu hele ilk Iran yurusu zamani onun terefine kecmis olan Celair emirlerinden Adil aga ile Tebrize gonderdi Onlara qarsi hec bir ciddi muqavimetin bas vermediyini gordukden sonra ise ozu de ordusunun esas hisseleri ile birlikde bura geldi 1385 ci ilde Tebrizde uzerinde Cagatay ulusunun xani Soyurqatmisin 1370 1388 ve bas emir Emir Teymurun adlari hekk olunmus sikkeler zerb edildi O ki qaldi hemin vilayeti teslime hazirlamis yerli emir Adil Aganin aqibetine bu is cox acinacaqli qurtardi onu Emir Teymurun gosterisine esasen yaxin adamlari ile birlikde isgence ile oldurduler Belelikle Emir Teymur Azerbaycan vilayetini cox asanliqla ele kecirdi 1386 ci ilin payiz feslinin evvellerinde ise etrafdaki diger erazileri de istila etmek ucun oz ordusu ile Tebrizden cixib simal qerb istiqametinde herekete basladi Tezlikle Gurcustana catdi oradan da Sekiye kecdi O ozu butun bunlar barede ele hemin yuxarida qeyd olunan mektubunda yazir ve Seki emir ler i ifadesini bir daha isledir Sirvan ve Seki vilayetinin emirleri hamisi ki qarsidurma gosterirdiler ezilmis oldular ve onlar ki Alem Penahin E T un dergahina iltica getirdiler vilayet ve nahiyeleri onlara tapsirilmis oldu Nizameddin Sami ve Serafeddin Eli Yezdinin eyniadli eserlerine Zefernameler e gore Emir Teymur Tiflisi feth etmesinden ve Gurcu cari Baqrati esir goturmesinden sonra Seki olkesininin erazisi ile hereket ederek Qebele mekanina catmis sonra Sorxab qalasini tutmus ve Kur cayini kecerek Qarabaga qislamaga getmisdir Zefernameler e gore Emir Teymur Seki olkesi erazisinden kecerken lakzi lere hucum etmis bu olkenin her yerine o cumleden Agceb Sekgut vilayetlerine talanci desteler gondermisdir Emir Teymur 1387 ci ilin yaz feslinin evvellerine qeder Qarabagda qaldi ve Burada Sirvansah Seyx Ibrahim layiqli hediyyelerle onun yanina geldi ve hormetle qarsilandi Esir dusmus Gurcu cari V Baqrat ise hiyle islederek qacdi Emir Teymur yayda Goyce golu etrafina yaylamamaga qalxir Daha sonra ise hemin tereflerde Celairlerin yegane muqavimet ocagi olan Alincaq qalasinin muhasiresinde sexsen istirak edir Lakin hec bir muveffeqiyyet qazana bilmir O qisi Rey yaxinliginda kecirmeyi planlasdirdigi vaxt xeber gelir ki Toxtamis xanin qosunlari Buxara ve Semerqende yurus edibdir Buna gore de Emir Teymur oz ordusu ile tecili suretde geri qayitmaga mecbur olur Emir Teymurun Orta Asiyaya donmesinden sonra ise duz 6 il erzinde Azerbaycan ve Iraq i Ecem vilayetlerinde anarxiya movcud oldu Bele ki bu muddet erzinde Celair sultani Bagdaddan kenara cixmadi ve sozu geden vilayetlerin idaresini yerli eyanlarin ohdesine buraxdi Tarixi menbelerdeEmir Teymurun Sekiye II hucumu 6 ilden sonra yene 3 cu defe Iran istiqametinde yurus eden Emir Teymur 1393 cu il yanvar ayinin 27 de Sultaniyyede mesken saldi 3 cu Iran yurusu de Sekiden yan kecmir Bele ki Emir Teymur Gurcustandan sonra 1394 cu ilin sentyabr ayinda Seki olkesinin erazisine girdi ve ilk olaraq vilayet e Bertaz i talan etdirdi Daha sonra Seki olkesinin dagliq tereflerine Seyid Eli Orlatin ustune qosun gonderdi Zefername lere gore bu zaman Seyid Eli Orlat mulk ve malini atib qacmaq yolunu tutdu Emir Teymur 1394 cu ilin sonunda qis fesli baslayanda ordusunu Seki hokmdarinin erazisinden cixarib Kur mensebi yaxinligindaki Mahmudabad seheri etrafina qislamaga apardi Yaz gelende 1395 ci il fevralin 28 de ordunu simal istiqametinde herekete getirib Toxtamis xan uzerine yuruse basladi Bir daha 1396 ci ilin yazinda oradan geri donen Emir Teymur Derbend Sabran Aqtam sehrasi Muganin simali Erdebil ve Sultaniyyeden kecmekle Hemedana geldi buradan ise iyulun 18 de Semerqende yola dusdu Miransahin yanina getmesi ehtimali Emir Teymur oz imperiyasinin paytaxtinda da cox qerar tutmur ve 1398 ci ilin avqustunda Hindistana yurus edir O bundan evvel Irandan qayidarken Azerbaycan vilayetinin ve onun etrafindaki erazilerin idaresini oz oglu Emiransahin ixtiyarina buraxmisdi Serafeddin Eli Yezdiye gore Emirzade Emiransah Azerbaycan taxtgahini ve Hulaku xan ulusunu ele meharetle idare edirmis ki etarf ve eknafin hec bir padsah zamaninda itaet etmemis serdarlari onun yanina geliblermis Hemin muellifin bu sozlerine ve muvafiq hadiselerin sonraki gedisati barede yene onun ve hem de Nizameddin Saminin qeleme aldiqlarina esasen guman etmek mumkundur ki 1396 ci ilin payizina qeder yeqin ki Seki hokmdari Seyid Eli Orlat da Emirzade Emiransahin yanina gedibmis Miransahin Sekini talan etdirmesi Zefername lere gore 1396 ci ilde payiza qeder Emirzade Emiransah Xoy etrafinda ov ederken atdan yixilmis ve beyni silkelenmisdir Bu hadiseden sonra ise agli suretle azalma baslayir neticede bir sira qeyri duzgun islere yol verir O cumleden 1397 yaxud 1398 cu ilin payizinda atasinin esas ordusunun ondan cox cox uzaqlarda olmasini nezere almayaraq Sekiye qosun cekmis ve bu olkeni qaret etdirmisdi Naxcivan yurusu Zefername lere gore mehz Emirzade Emiransah terefinden Sekinin talan etdirilmesine cavab olaraq Seyid Eli Orlat Sultan Tahiri teymurilerin muhasiresinde olan Alincaq qalasindan cixartmaq ucun gurculerle birlikde ora yurus etmisdir Naxcivan seheri yaxinligindaki hemin istehkamda Celairlerin iller boyu topladiqlari boyuk bir xezine saxlanilirdi ve qala nece il idi ki Sultan Ehmedin oglu Sultan Tahir ve Celair emirlerinden Emir Altunun basciligi ile Emir Teymurun qosunlarindan muveffeqiyyetle mudafie olunurdu Teymuri emirleri novbe ile Alincaq qalasini muhasire etmekde idiler ve son nehayetde bu is Emir Teymur terefinden Haci Seyfeddinin oglu Sultan Sencere ve Emirzade Emiransahin mexsusi qosunlarina tapsirilmisdi O dovrlerde Alincaq qalasini gormus Ispaniya sefiri Klavixo vefati 1412 onu bele tesvir edib O dagin basinda yerlesib divar ve burclerle ehate olunub divarlardan iceride ise coxlu uzumlukler baglar becerilmis saheler coxlu su ve otlaqlar dagin lap basinda ise qesr durur Bu erefelerde Alincaq qalasi daxilinde nizam intizam xeyli zeiflemisdi Qalanin mudafiesine mesul olan sexsler bir birleri ile yola gede bilmirdiler Ibn Erebsahin yazdigina gore hetta is o yere gelib catmisdi ki qalani muveqqeti terk etmis Emir Altun geri dondukde onu iceri buraxmamisdilar Hemin illerde Sultan Ehmed Celayirin elinde yalniz Bagdad ve Iraq i Erebin bir hissesi qalmaqda idi Lakin Gurcu cari Georgi hele de Celairlerin ali hakimiyyetini taniyirdi ve Tiflisde kesdirdiyi sikkeler uzerinde Sultan Ehmedin adini oz adindan evvel vurdururdu Yeqin ki 1399 cu ilin baslangicinda gurculerle Seki hokmdarinin Alincaq qalasina birlikde etdikleri hucumun sifariscisi de Sultan Ehmed idi ve bu isde esas meqsed ise Emir Teymurun gozlenilen novbeti Iran yurusune qeder xezinenin oradan cixarilmasi imis Gurculerle Seki hokmdarinin qosunlari Alincaq istehkamina yaxinlasanda o vaxta qeder qalani muhasirede saxlayan teymuriler qalanin etrafindan cekilmeye mecbur olurlar ve Sultan Tahir xezineni de goturub qaladan cixir Sultan Sencer ise Tebrize gedir ve hadise barede Emiransaha meruze edir Hemin saat Emirzade Emiransah Emirzade Ebubekre hazir lesgerlerle ilgar cevik hucum buyurub Seyid Elinin define gonderdi Vefati Muttefiqler geri qayitmaqda iken yolda Miransahin oglu Ebubekr mirzenin basciligi altinda Tebrizden ilgar eden ordu arxadan onlara catir Muttefiqler bunu goren kimi geri donub teymurilerin ustune gedirler Seyid Eli Orlat ise merkezden ireli cixib intiqam almaq ucun genc Ebubekr mirzeni ustune sigiyir Lakin bu zaman tesadufen Ebubekr mirzenin atdigi oxlardan biri Seyid Elinin debilqesinin zireh eteyini deserek boynuna sancildi ve hemen bir yaraya minik heyvaninin atinin belinden yixildi ve helak oldu Bu ugursuzluga baxmayaraq muttefiqler hucumu davam etdirirler ve Ebubekr mirzenin ordusunu qacmaga mecbur edirler Ebubekr mirze ozu sag salamat Tebrize Emiransahin yanina qayidir ve bundan sonra onlar bir adami Emir Teymurun yanina yollayirlar ki onu da son hadiselerden xeberdar etsinler Emir Teymuru Hindistan yurusu boyu musayiet etmis Qiyaseddin Elinin yazdigina gore onlar geri donerken 1399 cu ilin mart ayinin 3 de Cenave cayi yaxinliginda Emiransahin yolladigi nokerlerle qarsilasiblar Bu adamlar telimatlarina uygun olaraq oz tereflerinde bas vermis son hadiseler o cumleden Alincaq qalasi ile bagli son xeberleri Emir Teymura catdiriblar Onlarin Tebrizden Hindistandaki Cenave cayi yaxinligina qeder texminen 3 min km lik yolu nece gune qet etdiklerini bilseydik hem de Alincaq qalasi etrafinda bas vermis melum hadisenin o cumleden Seki hokmdari Seyid Eli Orlatin helak oldugu vaxti da deqiqlesdirmis olardiq Lakin teessuf ki bu isde meselenin helline bir yox iki noqteyi nezerden yanasmaq lazimdir Bele ki eger Emir Teymurun imperiyasinda xususi yol xidmeti olsaydi Emiransahin yolladigi nokerler in menzil basina catmalari ucun bir ay kifayet ederdise adi halda bunun ucun iki defe cox muddet teleb olunmaqdadi Amma her halda sozgeden Alincaq qalasi hadisesinin vaxti ile Seyid Eli Orlatin hakimiyyetinin basa catmasi yeni onun helak olma tarixini serti olaraq 1399 cu ilin yanvar ayi hesab etmek mumkundur MenbeIstinadlar Zeyneddin bin Hemdullah Qezvini Baki 1990 seh 48 Emir Teymurun vesiyyetleri Baki 1991 seh 36 1482 1483 cu illerde Sirvan seherlerinde Celair sultani Qiyaseddin Ehmedin adindan sikke kesilirdi Bax M A Sejfeddini Monetnoe delo i denezhnoe obrashenie v Azerbajdzhane HII HV vv ch 2 Baku 1981 str 224 1385 ci ilden ta h 1390 ci ile qeder ise burada Qizil Orda xani Toxtamisdan qeyri diger hokmdarin adindan sikke zerb edilmeyib Demeli Sirvan 1385 ci ile qeder resmen Celairlerin bundan sonra ise Qizil Ordanin erazisi imis F Mestopskiye gore Teymurleng hemin vaxt Toxtamis xanla qarsilasmaqdan cekinmisdir bax Foma Mestopski Teymurlengin ve onun xeleflerinin tarixi Baki 1956 seh 11 M A Sejfeddini 1981 seh 224 عبدالحسين نوائي اسناد و مكاتبات تاريخي ايران از تيمور تا شاه اسماعيل تهران ١٣٤١و ۱۳۵۶ seh 54 57 Ozbekistan EA Serqsunasliq Institutundaki 4472 sifre altinda saxlanilan elyazmanin fasimelisinin 1972 ci il Daskend nesri E Urunbayev terefinden nesre hazirlanib seh 348a b شرف الدين عل ىزدى ١٩٧٢ Puteshestvenniki ob Azerbajdzhane vyp I Baku 1961 str 50 seh 66 ابن عربشاه زندگانى شگفت آور تيمور ترجمهء كتاب عجايب المقدور فى اخبار تيمور ترجمه محمد على نجاتى طهران ١٢٣٩ seh 66 ابن عربشاه ١٢٣٩ Nizamuddin Sami Zafar nama Histoire des conquetes de Tamer Ian intitulee Zafaruama par Nizamuddin Sami Edition critique par Felix Tauer t I Texte persan du Zafarnama Praha 1937 t II Introduction commentaire index Praha 1956 seh 148 Sonda kimin qalib gelmesi barede N Saminin yazdiqlari ile S E Yezdinin yazdiqlarinda mueyyen ferqler var meselen N Sami yazir ki Sultan Tahir ele ki Seyid Elini o vaqie yixdi gurculerle birlikde Gurcustan terefe ferar etdi ve ondan sonra Bagdada atasinin yanina getdi ve Emirzade Ebubekr sabiq qayda uzre yene Alincaq qalasinin muhasiresine muqerrer buyurub ve Seyid Eli Sekinin basini bedeninden ayirtdirib atasinin yanina getirdi ve bu sebebe bir nokeri Semerqende eslinde Hindistana gonderdiler Nizamuddin Sami Zafar nama Histoire des conquetes de Tamer Ian intitulee Zafaruama par Nizamuddin Sami Edition critique par Felix Tauer t I Texte persan du Zafarnama Praha 1937 t II Introduction commentaire index Praha 1956 seh 148 S E Yezdi ise yazir ki Amma ele ki gurculer qalib olmus idiler ve Tebriz lesgeri qovulub sahzade de geri qayitdi ve sag salamat bu tehlukeli yerden kenara cixdi ve gurculer de oz mekanlarina qayitdilar 348b 349b شرف الدين على يزدى ١٩٧٢ Edebiyyat Seki hokmdari Seyid Eli Iki od arasinda romani 2016 03 04 at the Wayback Machine Baki Genclik nesriyyati 1993 seh 5 az