Sergey Mitrofanoviç Yefimenko (rus. Сергей Митрофанович Ефименко; 25 sentyabr (7 oktyabr) 1896, Borzna[d], Çerniqov quberniyası[d] – 5 avqust 1971, Bakı) — teatr rəssamı, qrafika ustası, Azərbaycan SSR xalq rəssamı (1961).
Sergey Yefimenko | |
---|---|
rus. Сергей Митрофанович Ефименко | |
| |
Doğum tarixi | |
Doğum yeri | Borzna, Borzna qəzası, Çerniqov quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı | Rusiya imperiyası→ SSRİ |
Fəaliyyəti | teatr rəssamı |
Təhsili | Moskva Ali Bədii-Texniki Emalatxanası (1924) |
Janr | səhnəqrafiya |
Stillər | monumental romantizm, klassisizm |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Sergey Yefimenko 25 sentyabr (7 oktyabr) 1896-cı ildə Çerniqov quberniyasının Borzna şəhərində anadan olmuşdur. 1915-ci ildə Kiyev Rəssamlıq Məktəbini, 1919-cu ildə isə Daşkənd Rəssamlıq Məktəbini bitirmiş, təhsilini 1921–1924-cü illərdə Moskva Ali Bədii-Texniki Emalatxanasında davam etdirmişdir. Burada o, əvvəlcə keramika şöbəsində oxumuş, daha sonra isə rəssamlıq şöbəsində A. Kuprin, A. Lentulov, F. Fyodorovski və başqalarından rəssamlıq sənətini öyrənmişdir.
Sergey Yefimenko teatr rəssamlığına 1923-cü ildə Moskvada Meyerhold adına Teatrda başlamışdır. 1926-cı ildə Moskva İnqilab Teatrında fəaliyyətini davam etdirmişdir. Teatr-dekorasiya sahəsində təcrübə qazandıqdan sonra 1927-ci ildə Bakıya gələrək ömrünün sonunadək Azərbaycan Dövlət Rus Dram Teatrında əvvəlcə rəssam və sonra isə baş rəssam işləmişdir.
Sergey Yefimenko 1941-ci ildən Sov.İKP üzvü olmuşdur. Rəssam 5 avqust 1971-ci ildə Bakıda vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunub.
Bədii tərtibat işləri
Rəssam Azərbaycan Dövlət Rus Dram Teatrında 150-dən çox tamaşaya bədii tərtibat vermişdir. Mixail Lermontovun "Maskarad", Maksim Qorkinin "Ana", "Həyatın dibində", "Yeqor Bulıçov və başqaları", "Vəhşilər", "Zıkovlar", Nikolay Qoqolun "Müfəttiş", Lev Tolstoyun "Canlı meyit", Denis Fonvizinin "Nadan övlad", Anton Çexovun "Ayı", "Elçilik", "Yubiley", "Qağayı", Aleksandr Qriboyedovun "Ağıldan bəla", Aleksandr Ostrovskinin "Son qurban", "Quduz pullar", "Tufan", "Günahsız müqəssirlər", "İstedadlar və pərəstişkarlar", Fyodor Dostoyevskinin "Alçaldılmışlar və təhqir olunmuşlar", İvan Turgenevin "Atalar və oğullar", Cəfər Cabbarlının "Sevil", "1905-ci ildə", "Od gəlini", Səməd Vurğunun "Xanlar", "Qızıl", Nazim Hikmətin "Demoklun qılıncı", Eduardo de Filipponun "İnsan və centlmen", Bernard Şounun "Missis Uorrenin peşəsi", Uilyam Şekspirin "Otello", Fridrix Şillerin "Məkr və məhəbbət". Aleksis Parnisin "Afrodita adası", Branislav Nuşiçin "Fəlsəfə doktoru". Pyer Bomarşenin "Fiqaronun evlənməsi", Karlo Qoldoninin "İki ağanın bir nökəri" kimi pyeslərin tamaşalarına müxtəlif formalarda səhnə tərtibatlarını işləmişdir.
O, Azərbaycan Dövlət Opera və Balet Teatrında Pyotr Çaykovskinin "Yevgeni Onegin", Müslüm Maqomayevin "Şah İsmayıl" operalarının, Sezar Puninin "Esmeralda" baletinin, Akademik Milli Dram Teatrında Uilyam Şekspirin "Hamlet", "Otello", "Kral Lir", "On ikinci gecə", Cəfər Cabbarlının "Yaşar", Vasili Şkvarkinin "Özgə uşağı", Fridrix Şillerin "Məkr və məhəbbət", Aleksandr Ostrovskinin "Cehizsiz qız", Aleksandr Fadeyevin "Gənc qvardiya", İmran Qasımov və Həsən Seyidbəylinin "Uzaq sahillərdə", Lope de Veqanın "Dəlilər" və başqa əsərlərin tamaşalarının rəssamı olmuşdur.
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1 fevral 1936
- Stalin mükafatı (III dərəcə) — 1951 (İmran Qasımovun "Xəzər üzərində şəfəq" pyesinə Azərbaycan Dövlət Rus Dram Teatrında verdiyi tərtibata görə)
- — 9 iyun 1959
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 24 mart 1961
İstinadlar
- Rəhimli, 2017. səh. 165–166
- Театральные Музеи И Архивы России и Русского Зарубежья. "Ефименко Сергей Митрофанович". theatre-museum.ru (rus). 21 may 2020 tarixində . İstifadə tarixi: 21 may 2020.
- ТЭ, 1963, стб. 656–657
- АСЕ, 1981, сәһ. 136
Ədəbiyyat
- Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 2. Гловацкий — Кетуракис. М.: Советская энциклопедия. 1963. 1212 стб. 43 000 экз.
- Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. 623 с.
- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. 416 səh. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sergey Mitrofanovic Yefimenko rus Sergej Mitrofanovich Efimenko 25 sentyabr 7 oktyabr 1896 Borzna d Cerniqov quberniyasi d 5 avqust 1971 Baki teatr ressami qrafika ustasi Azerbaycan SSR xalq ressami 1961 Sergey Yefimenkorus Sergej Mitrofanovich EfimenkoSergey Yefimenko 1930 cu illerdeDogum tarixi 7 oktyabr 1896Dogum yeri Borzna Borzna qezasi Cerniqov quberniyasi Rusiya ImperiyasiVefat tarixi 5 avqust 1971 74 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri II Fexri XiyabanVetendasligi Rusiya imperiyasi SSRIFealiyyeti teatr ressamiTehsili Moskva Ali Bedii Texniki Emalatxanasi 1924 Janr sehneqrafiyaStiller monumental romantizm klassisizmMukafatlari 1961 1951 1959 Vikianbarda elaqeli mediafayllarHeyatiSergey Yefimenko 25 sentyabr 7 oktyabr 1896 ci ilde Cerniqov quberniyasinin Borzna seherinde anadan olmusdur 1915 ci ilde Kiyev Ressamliq Mektebini 1919 cu ilde ise Daskend Ressamliq Mektebini bitirmis tehsilini 1921 1924 cu illerde Moskva Ali Bedii Texniki Emalatxanasinda davam etdirmisdir Burada o evvelce keramika sobesinde oxumus daha sonra ise ressamliq sobesinde A Kuprin rus A Lentulov rus F Fyodorovski ve basqalarindan ressamliq senetini oyrenmisdir Sergey Yefimenko teatr ressamligina 1923 cu ilde Moskvada Meyerhold adina Teatrda baslamisdir 1926 ci ilde Moskva Inqilab Teatrinda fealiyyetini davam etdirmisdir Teatr dekorasiya sahesinde tecrube qazandiqdan sonra 1927 ci ilde Bakiya gelerek omrunun sonunadek Azerbaycan Dovlet Rus Dram Teatrinda evvelce ressam ve sonra ise bas ressam islemisdir Sergey Yefimenko 1941 ci ilden Sov IKP uzvu olmusdur Ressam 5 avqust 1971 ci ilde Bakida vefat etmisdir II Fexri Xiyabanda defn olunub Bedii tertibat isleriRessam Azerbaycan Dovlet Rus Dram Teatrinda 150 den cox tamasaya bedii tertibat vermisdir Mixail Lermontovun Maskarad Maksim Qorkinin Ana Heyatin dibinde Yeqor Bulicov ve basqalari Vehsiler Zikovlar Nikolay Qoqolun Mufettis Lev Tolstoyun Canli meyit Denis Fonvizinin Nadan ovlad Anton Cexovun Ayi Elcilik Yubiley Qagayi Aleksandr Qriboyedovun Agildan bela Aleksandr Ostrovskinin Son qurban Quduz pullar Tufan Gunahsiz muqessirler Istedadlar ve perestiskarlar Fyodor Dostoyevskinin Alcaldilmislar ve tehqir olunmuslar Ivan Turgenevin Atalar ve ogullar Cefer Cabbarlinin Sevil 1905 ci ilde Od gelini Semed Vurgunun Xanlar Qizil Nazim Hikmetin Demoklun qilinci Eduardo de Filipponun Insan ve centlmen Bernard Sounun Missis Uorrenin pesesi Uilyam Sekspirin Otello Fridrix Sillerin Mekr ve mehebbet Aleksis Parnisin Afrodita adasi Branislav Nusicin Felsefe doktoru Pyer Bomarsenin Fiqaronun evlenmesi Karlo Qoldoninin Iki aganin bir nokeri kimi pyeslerin tamasalarina muxtelif formalarda sehne tertibatlarini islemisdir O Azerbaycan Dovlet Opera ve Balet Teatrinda Pyotr Caykovskinin Yevgeni Onegin Muslum Maqomayevin Sah Ismayil operalarinin Sezar Puninin Esmeralda baletinin Akademik Milli Dram Teatrinda Uilyam Sekspirin Hamlet Otello Kral Lir On ikinci gece Cefer Cabbarlinin Yasar Vasili Skvarkinin Ozge usagi Fridrix Sillerin Mekr ve mehebbet Aleksandr Ostrovskinin Cehizsiz qiz Aleksandr Fadeyevin Genc qvardiya Imran Qasimov ve Hesen Seyidbeylinin Uzaq sahillerde Lope de Veqanin Deliler ve basqa eserlerin tamasalarinin ressami olmusdur Mukafatlari Azerbaycan SSR emekdar incesenet xadimi fexri adi 1 fevral 1936 Stalin mukafati III derece 1951 Imran Qasimovun Xezer uzerinde sefeq pyesine Azerbaycan Dovlet Rus Dram Teatrinda verdiyi tertibata gore Qirmizi emek bayragi ordeni 9 iyun 1959 Azerbaycan SSR xalq ressami fexri adi 24 mart 1961IstinadlarRehimli 2017 seh 165 166 Teatralnye Muzei I Arhivy Rossii i Russkogo Zarubezhya Efimenko Sergej Mitrofanovich theatre museum ru rus 21 may 2020 tarixinde Istifade tarixi 21 may 2020 TE 1963 stb 656 657 ASE 1981 sәһ 136EdebiyyatTeatralnaya enciklopediya v 6 t gl red P A Markov T 2 Glovackij Keturakis M Sovetskaya enciklopediya 1963 1212 stb 43 000 ekz Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә V ҹild Italiјa Kuba Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1981 623 s Ilham Rehimli Azerbaycan Teatr Ensiklopediyasi 3 cildde 3 cu cild Baki Azernesr 2017 416 seh ISBN 5 86874 179 X