Rəhimağa Əmir oğlu İmaməliyev (24.01.1937, Buzovna — 23.05.2002, Buzovna) — Azərbaycan jurnalisti, ensiklopedist, lüğətşünas, naşir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), Həsən bəy Zərdabi mükafatı laureatı (1999).
Rəhimağa İmaməliyev | |
---|---|
Rəhimağa Əmir oğlu İmaməliyev | |
Doğum tarixi | |
Doğum yeri | Buzovna, Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Buzovna, Bakı, Azərbaycan |
Dəfn yeri | Buzovna, Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Jurnalist |
Mükafatları | Həsən bəy Zərdabi mükafatı laureatı |
Həyatı
Rəhimağa İmaməliyev 1937-ci ildə Bakı şəhərinin Buzovna kəndində balıqçı ailəsində anadan olmuşdur. O, 1944–1955-ci illərdə Buzovna kəndində 206 və 125 saylı məktəblərdə təhsil almışdır. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olmuşdur. 1962-ci ildə təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə fəhləlikdən başlamışdır. Yüksəkixtisaslı kitabxanaçı-biblioqraf ixtisasına yiyələnmək üçün o, rəhbər kadrlar hazırlayan ali jurnalist və nəşriyyat sənətkarlığı kurslarında təhsilini mükəmməlləşdirmişdir.
Rəhimağa İmaməliyev 23 may 2002-ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir. Bakı şəhərinin Buzovna kəndində dəfn edilmişdir.
Mərhum Rəhimağa İmaməliyev 1980-ci ildə başladığı "Buzovna ensiklopediyası. Vətənnamə" adlı kitabını 2000-ci ildə bitirməsinə baxmayaraq, kitab nəşr edilməmişdir. O, dünyasını dəyişəndən sonra bu ensiklopediya üzərində iş ailə üzvləri tərəfindən davam etdirilmişdir.
Jurnalist fəaliyyəti
Rəhimağa İmaməliyev Azərbaycan Dövlət Elmi-Texniki İnformasiya İnstitutunda nəşriyyat redaksiyasında redaktor (1960–1962), nəşriyyat-redaksiya şöbəsinin müdiri (1963–1964), məsul katibin müavini (1965) vəzifələrndə çalışmışdır. 1956-cı ildən dövri və ardı davam edən nəşrlərdə, nəşriyyatlarda ştatlı və əvəzçiliklə fəaliyyət göstərmişdir. 1962–1966-cı illərdə Respublikanın mətbuat orqanlarında — "Azərtədrisnəşr", "Kommunist", "Vətənin səsi", "", "Politexnik" qəzeti redaksiyalarında, "Elmi informasiya jurnalı" nda işləmişdir. 1966-cı ildə xalq şairi Rəsul Rzanın sərəncamı ilə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasına böyük elmi redaktor vəzifəsinə təyin edilmişdir. Bircildlik "Azəri ensiklopediyası" nın (1967), oncildlik "Azərbaycan Sovet Ensiklopediyası" nın (1967–1987) hazırlanmasında, işıq üzü görməsində əvəzsiz xidmətləri olmuşdur. İkicildlik "Uşaq ensiklopediyası" nın hazırlanması da məhz onun adı ilə bağlıdır. O, milli dövri mətbuatda, radio-televiziyada, universal sahə ensiklopediyalarında və digər nəşrlərdə çoxlu elmi, tarixi, ədəbi-bədii məqalələrin, oçerk, reportaj, tərcümə və şeirlərin müəllifidir. O, Azərbaycan haqqında görkəmli şəxsiyyətlərin söylədiyi dəyərli fikirləri toplayaraq 1982-ci ildə "Ürək sözləri" adlı kitabını nəşr etdirmişdir. 1993-cü ilə kimi mətbuat redaksiyası, elmi və ədəbi nəzarət redaksiyalarının müdiri vəzifələrində çalışmışdır. 1994–2000-ci illərdə 40-a yaxın ziyalının Azərbaycan Jurnalistlər Birliyi sıralarına qəbul edilməsinə zəmanət vermişdir. Rəhimağa İmaməliyev respublikada mətbuat, nəşriyyat, informasiya, ensiklopediya və lüğətçilik sahəsinin bilicilərindən idi. SSRİ məkanında nəşr edilmiş Gürcüstan, Belarus, Rusiya, Latviya, Litva, Estoniya, Moldova ensiklopediyalarının da Azərbaycanla əlaqəli çoxlu sayda məqalələrin müəllifidir.
"Boz Oğuz" nəşriyyatı
Rəhimağa İmaməliyev 1993-cü ildə "Boz Oğuz" nəşriyyatını təsis etmişdir. Onun bu nəşriyyatı yaratmaqda məqsədi ədəbi irsi öyrənilməmiş yazıçı və şairlərin, tarixin səhifələrindən və yaddaşlardan silinmiş, unudulmuş şəxsiyyətlərin əlyazmalarını toplamaq, çap edib xalqa çatdırmaq idi. Naşir kimi o, bunu vətəndaşlıq borcu hesab edirdi. Fəaliyyətdə olduğu illərdə çox böyük çətinliklərlə üzləşməli olduğuna baxmayaraq, başladığı işə sağlamlığı bahasına ömrünün sonuna kimi əzmlə bu yolda çalışmışdır. Kadr hazırlığında xidmətləri vardır. Yetişdirməsi olan Leyla Abbasovanın 2018-ci ildə işıq üzü görmüş ""Boz Oğuz" nəşriyyatının yaranması və fəaliyyəti" adlı kitabı onun yaradıcılığına və "Boz Oğuz" nəşriyyatının fəaliyyətinə həsr edilmişdir. Fəaliyyəti bir sıra medallara, fəxri fərmanlara layiq görülmüşdür.
Rəhimağa İmaməliyevin təsis etdiyi "Boz Oğuz" nəşriyyatında nəşr etdiyi kitablar: "Abşeron meyxanaları", 1993; A. Əliyev "Solfecio", 1994; Y. Şağani "Azər kimi diyarım var", 1994; Axund Hacı Soltan Əlizadə "Azərbaycan dərvişləri və rövzəxanları", 1995; V. Əfəndiyev "Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri", 1996; R. İmaməliyev "Məşədi Azər. Seçilmiş əsərləri", 1996; R. İmaməliyev "Haşım bəy Sağib. Kim-kimədir", 1996; Hacı Hacıyev "İstiqlalın əzablı yolu", 1996; Məşədi İlham Cəfəroğlu "Quran duaları", 1996; R. İmaməliyev, T. Səlimov-Şağani, "Bakı kəndləri" (ensiklopedik məlumat kitabı), 1996; Həkim Qəni "Füzuliyə təxmislər", 1997; R. İmaməliyev "İslam ensiklopediyası", 1997; R. İmaməliyev "Buzovnalı Məhəmmədismayıl Asi. "Divan"", 1997; T. Babanlı, V. İmaməliyeva "Azərbaycan salnaməsindən səhifələr", 1997; "Vücudnamə, Saqinamə, Tövbənamə" (Ensiklopedik məlumat kitabı), 1997; R. İmaməliyev "Ensiklopediyaçı- şərqşünas Əbülfəz Məmmədzadə", 1997; T. İmaməliyeva, V. İmaməliyeva, R. İmaməliyev "Hikmət və kəlam ensiklopediyası", 1998; Maqsud Mahmudzadə "Şeyx Şamil və onun sələfləri" (sənədli-publisistik qeydlər), 1998; Kamal Rzayev "Qarabağ müharibəsi: həqiqətlər və uydurmalar", 1998; Kamal Rzayev "Правда и ложь о Карабахской войне", 1998; Qumral Sadıqzadə "Son mənzili Xəzər oldu" (Tarixi-publisistik roman), 1998; Qumri Dərbəndi "Kənzül-məsaib", "Gülzari-Hüseyni", 1999; R. İmaməliyev "Yasin-çərəkə" (vəqf məqsədilə), 1998; V. Babanlı "Ömürlük cəza", 1999; Buzovnalı Məşədi Balahüseyn Xoşhal "Ata-babalarımızdan eşitdiklərim, bildiklərim, deyimlərim", 1999; Aydın Hüseynzadə "Romantik şair Əlipaşa Səbur", 2000; Buzovnalı Məşədi Balahüseyn Xoşhal "Ömür bağının çələngi", 2001; Buzovnalı Məşədi Balahüseyn Xoşhal, "Unudulmaz şəxsiyyətlər", 2002; R. İmaməliyev, B. Axundov, M. Mahmudov "Nəşriyyat-poliqrafiya və jurnalistika terminlərinin izahlı lüğəti", "Təhsil" nəşriyyatı, 2009 (vəfatından sonra), "Buzovna Ensiklopediyası – Vətənnamə", "Təhsil" nəşriyyatı, 2022 (vəfatından sonra).
İstinadlar
- . Archived from the original on 2023-01-24. İstifadə tarixi: 2022-04-01.
- . Archived from the original on 2023-01-24. İstifadə tarixi: 2022-04-01.
- . Archived from the original on 2023-01-24. İstifadə tarixi: 2022-05-19.
- . Archived from the original on 2023-01-24. İstifadə tarixi: 2015-12-05.
- . Archived from the original on 2023-01-24. İstifadə tarixi: 2022-04-27.
- . Archived from the original on 2023-01-24. İstifadə tarixi: 2019-02-18.
- . Archived from the original on 2023-01-24. İstifadə tarixi: 2019-02-20.
- . Archived from the original on 2023-01-24. İstifadə tarixi: 2022-05-18.
- . Archived from the original on 2022-07-03. İstifadə tarixi: 2022-05-18.
- . Archived from the original on 2021-10-23. İstifadə tarixi: 2021-04-02.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Rehimaga Emir oglu Imameliyev 24 01 1937 Buzovna 23 05 2002 Buzovna Azerbaycan jurnalisti ensiklopedist lugetsunas nasir Azerbaycan Jurnalistler Birliyinin uzvu 1980 Hesen bey Zerdabi mukafati laureati 1999 Rehimaga ImameliyevRehimaga Emir oglu ImameliyevDogum tarixi 24 yanvar 1937Dogum yeri Buzovna Baki Azerbaycan SSR SSRIVefat tarixi 23 may 2002 65 yasinda Vefat yeri Buzovna Baki AzerbaycanDefn yeri Buzovna Baki AzerbaycanMilliyyeti azerbaycanliFealiyyeti JurnalistMukafatlari Hesen bey Zerdabi mukafati laureatiHeyatiRehimaga Imameliyev 1937 ci ilde Baki seherinin Buzovna kendinde baliqci ailesinde anadan olmusdur O 1944 1955 ci illerde Buzovna kendinde 206 ve 125 sayli mekteblerde tehsil almisdir 1957 ci ilde Azerbaycan Dovlet Universitetinin Serqsunasliq fakultesinin kitabxanaciliq sobesine daxil olmusdur 1962 ci ilde tehsilini basa vurduqdan sonra emek fealiyyetine fehlelikden baslamisdir Yuksekixtisasli kitabxanaci biblioqraf ixtisasina yiyelenmek ucun o rehber kadrlar hazirlayan ali jurnalist ve nesriyyat senetkarligi kurslarinda tehsilini mukemmellesdirmisdir Rehimaga Imameliyev 23 may 2002 ci ilde uzun suren xestelikden vefat etmisdir Baki seherinin Buzovna kendinde defn edilmisdir Merhum Rehimaga Imameliyev 1980 ci ilde basladigi Buzovna ensiklopediyasi Vetenname adli kitabini 2000 ci ilde bitirmesine baxmayaraq kitab nesr edilmemisdir O dunyasini deyisenden sonra bu ensiklopediya uzerinde is aile uzvleri terefinden davam etdirilmisdir Jurnalist fealiyyetiRehimaga Imameliyev Azerbaycan Dovlet Elmi Texniki Informasiya Institutunda nesriyyat redaksiyasinda redaktor 1960 1962 nesriyyat redaksiya sobesinin mudiri 1963 1964 mesul katibin muavini 1965 vezifelernde calismisdir 1956 ci ilden dovri ve ardi davam eden nesrlerde nesriyyatlarda statli ve evezcilikle fealiyyet gostermisdir 1962 1966 ci illerde Respublikanin metbuat orqanlarinda Azertedrisnesr Kommunist Vetenin sesi Politexnik qezeti redaksiyalarinda Elmi informasiya jurnali nda islemisdir 1966 ci ilde xalq sairi Resul Rzanin serencami ile Azerbaycan Sovet Ensiklopediyasinin Bas redaksiyasina boyuk elmi redaktor vezifesine teyin edilmisdir Bircildlik Azeri ensiklopediyasi nin 1967 oncildlik Azerbaycan Sovet Ensiklopediyasi nin 1967 1987 hazirlanmasinda isiq uzu gormesinde evezsiz xidmetleri olmusdur Ikicildlik Usaq ensiklopediyasi nin hazirlanmasi da mehz onun adi ile baglidir O milli dovri metbuatda radio televiziyada universal sahe ensiklopediyalarinda ve diger nesrlerde coxlu elmi tarixi edebi bedii meqalelerin ocerk reportaj tercume ve seirlerin muellifidir O Azerbaycan haqqinda gorkemli sexsiyyetlerin soylediyi deyerli fikirleri toplayaraq 1982 ci ilde Urek sozleri adli kitabini nesr etdirmisdir 1993 cu ile kimi metbuat redaksiyasi elmi ve edebi nezaret redaksiyalarinin mudiri vezifelerinde calismisdir 1994 2000 ci illerde 40 a yaxin ziyalinin Azerbaycan Jurnalistler Birliyi siralarina qebul edilmesine zemanet vermisdir Rehimaga Imameliyev respublikada metbuat nesriyyat informasiya ensiklopediya ve lugetcilik sahesinin bilicilerinden idi SSRI mekaninda nesr edilmis Gurcustan Belarus Rusiya Latviya Litva Estoniya Moldova ensiklopediyalarinin da Azerbaycanla elaqeli coxlu sayda meqalelerin muellifidir Boz Oguz nesriyyati Rehimaga Imameliyev 1993 cu ilde Boz Oguz nesriyyatini tesis etmisdir Onun bu nesriyyati yaratmaqda meqsedi edebi irsi oyrenilmemis yazici ve sairlerin tarixin sehifelerinden ve yaddaslardan silinmis unudulmus sexsiyyetlerin elyazmalarini toplamaq cap edib xalqa catdirmaq idi Nasir kimi o bunu vetendasliq borcu hesab edirdi Fealiyyetde oldugu illerde cox boyuk cetinliklerle uzlesmeli olduguna baxmayaraq basladigi ise saglamligi bahasina omrunun sonuna kimi ezmle bu yolda calismisdir Kadr hazirliginda xidmetleri vardir Yetisdirmesi olan Leyla Abbasovanin 2018 ci ilde isiq uzu gormus Boz Oguz nesriyyatinin yaranmasi ve fealiyyeti adli kitabi onun yaradiciligina ve Boz Oguz nesriyyatinin fealiyyetine hesr edilmisdir Fealiyyeti bir sira medallara fexri fermanlara layiq gorulmusdur Rehimaga Imameliyevin tesis etdiyi Boz Oguz nesriyyatinda nesr etdiyi kitablar Abseron meyxanalari 1993 A Eliyev Solfecio 1994 Y Sagani Azer kimi diyarim var 1994 Axund Haci Soltan Elizade Azerbaycan dervisleri ve rovzexanlari 1995 V Efendiyev Azerbaycan Respublikasi seherlerinin inkisafinin cografi meseleleri 1996 R Imameliyev Mesedi Azer Secilmis eserleri 1996 R Imameliyev Hasim bey Sagib Kim kimedir 1996 Haci Haciyev Istiqlalin ezabli yolu 1996 Mesedi Ilham Ceferoglu Quran dualari 1996 R Imameliyev T Selimov Sagani Baki kendleri ensiklopedik melumat kitabi 1996 Hekim Qeni Fuzuliye texmisler 1997 R Imameliyev Islam ensiklopediyasi 1997 R Imameliyev Buzovnali Mehemmedismayil Asi Divan 1997 T Babanli V Imameliyeva Azerbaycan salnamesinden sehifeler 1997 Vucudname Saqiname Tovbename Ensiklopedik melumat kitabi 1997 R Imameliyev Ensiklopediyaci serqsunas Ebulfez Memmedzade 1997 T Imameliyeva V Imameliyeva R Imameliyev Hikmet ve kelam ensiklopediyasi 1998 Maqsud Mahmudzade Seyx Samil ve onun selefleri senedli publisistik qeydler 1998 Kamal Rzayev Qarabag muharibesi heqiqetler ve uydurmalar 1998 Kamal Rzayev Pravda i lozh o Karabahskoj vojne 1998 Qumral Sadiqzade Son menzili Xezer oldu Tarixi publisistik roman 1998 Qumri Derbendi Kenzul mesaib Gulzari Huseyni 1999 R Imameliyev Yasin cereke veqf meqsedile 1998 V Babanli Omurluk ceza 1999 Buzovnali Mesedi Balahuseyn Xoshal Ata babalarimizdan esitdiklerim bildiklerim deyimlerim 1999 Aydin Huseynzade Romantik sair Elipasa Sebur 2000 Buzovnali Mesedi Balahuseyn Xoshal Omur baginin celengi 2001 Buzovnali Mesedi Balahuseyn Xoshal Unudulmaz sexsiyyetler 2002 R Imameliyev B Axundov M Mahmudov Nesriyyat poliqrafiya ve jurnalistika terminlerinin izahli lugeti Tehsil nesriyyati 2009 vefatindan sonra Buzovna Ensiklopediyasi Vetenname Tehsil nesriyyati 2022 vefatindan sonra Istinadlar Archived from the original on 2023 01 24 Istifade tarixi 2022 04 01 Archived from the original on 2023 01 24 Istifade tarixi 2022 04 01 Archived from the original on 2023 01 24 Istifade tarixi 2022 05 19 Archived from the original on 2023 01 24 Istifade tarixi 2015 12 05 Archived from the original on 2023 01 24 Istifade tarixi 2022 04 27 Archived from the original on 2023 01 24 Istifade tarixi 2019 02 18 Archived from the original on 2023 01 24 Istifade tarixi 2019 02 20 Archived from the original on 2023 01 24 Istifade tarixi 2022 05 18 Archived from the original on 2022 07 03 Istifade tarixi 2022 05 18 Archived from the original on 2021 10 23 Istifade tarixi 2021 04 02