Ribekit Na2 Fe32+Fe23+ [(OH, F) | Si4 O11]2; Maqnezioribekit – Na2Mg3Fe23+[(OH,F)|Si4 O11]2. — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Ribekit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) | ☐Na₂(Fe²⁺₃Fe³⁺₂)Si₂O₂₂(OH)₂ |
VIII/D.05d | |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
Krokidolit (yaxud mavi asbest) və rodusit – uyğun olaraq ribekit və maqnezioribekitin asbestəbənzər növ müxtəliflikləri.
Xassələri
Rəng – açıq- və tünd-göydən qöyümtül-qarayadək; krokidolitin – mavi, göyümtül-yaşıl, sarımtıl, bozumtul, yaşılımtıl, qızılı-qəhvəyi; Mineralın cizgisinin rəngi – göyümtül-qara, tünd-göydən açıq-göyədək, bəzən rəngsiz; krokidolitin–poladı-boz, qızılı-qəhvəyidən sarıyadək; Parıltı – şüşə, asbestəbənzər əmələgəlmələrdə – ipəyi; Şəffaflıq – qeyri-şəffafdan yarımşəffafadək; Sıxlıq – 3,0-3,4; Sərtlik – 5,5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; krokidolitdə – yoxdur; Bölünmə – qeyri-hamar, asbestəbənzər növ müxtəlifliklərində – tikanlı; Morfologiya – kristallar: iynəvari, üzlərin uzunu istiqamətdə cizgilənmiş prizmatik; Mineral aqreqatları: püruzlar, lifli kütlələr.
Mənşəyi və yayılması
Maqmatik ribekitə natriumla zəngin intruziv və effuziv süxurlarda – qranit, siyenit, riolit, traxit, komenditlərdə və b. rast gəlinir. Habelə qranit peqmatitlərində qeyd edilir. Bu mineralların metamorfik əmələgəlmələri dəmirli kvarsitlərdə, maqnezioribekitinkilər isə həmçinin qlaukofan şistlərində tez-tez müşahidə olunur. Kvars və kalsit damarlarında bəzən hidrotermal mənşəli ribekitə rast gəlinir. Asbestəbənzər ribekit və maqnezioribekitin (sonuncunun liflərinin uzunluğu 20 sm-ə çatır) nadir çökmə - diagenetik əmələgəlmələri qumdaşlarında və alevrolitlərdə qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: qlaukofan, kumminqtonit, qryunerit, amozit, kvars, kalsit, opal və b. Mineralın tapıldığı yerlər: Langezundfyord (Norveç); Tuva, Krasnoyarsk diyarı (Rusiya); Miçikopoten rayonu (Kanada); Franklin rayonu (ABŞ); Xamersli silsiləsi (Qərbi Avstraliya); Transvaal, Qrikvataun (CAR); Lusaki rayonu (Zambiya). Azərbaycanda Laçın rayonunda krokidolit – mavi asbest qeyd edilir.
Tətbiqi
Asbestəbənzər əmələgəlmələr odadavamlı material kimi kimya, elektrotexnika, toxuculuq, kağız, tikinti və b. sənaye sahələrində geniş istifadə edilir. «Pələng gözü» (kvarsla əvəzlənmiş krokidolit) dekorativ daşdır.
İstinadlar
- Hawthorne F. C., Oberti R., Harlow G. E., Maresch W. V., Martin R. F., Schumacher J. C., Welch M. D. Nomenclature of the amphibole supergroup (2012) (ing.). // Am. Mineral. Mineralogical Society of America, 1916. Vol. 97. P. 2031–2048. ISSN 0003-004X; 1945-3027 doi:10.2138/AM.2012.4276
Mənbə
- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
- THE MINERAL RIEBECKITE
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ribekit Na2 Fe32 Fe23 OH F Si4 O11 2 Maqnezioribekit Na2Mg3Fe23 OH F Si4 O11 2 monoklinik sinqoniya Rast gelme tezliyi skalasi tez tez rast gelen RibekitUmumi melumatlarKateqoriya MineralFormul tekrarlanan vahid Na Fe Fe Si O OH VIII D 05d Vikianbarda elaqeli mediafayllarNov muxteliflikleriKrokidolit yaxud mavi asbest ve rodusit uygun olaraq ribekit ve maqnezioribekitin asbestebenzer nov muxteliflikleri XasseleriReng aciq ve tund goyden qoyumtul qarayadek krokidolitin mavi goyumtul yasil sarimtil bozumtul yasilimtil qizili qehveyi Mineralin cizgisinin rengi goyumtul qara tund goyden aciq goyedek bezen rengsiz krokidolitin poladi boz qizili qehveyiden sariyadek Parilti suse asbestebenzer emelegelmelerde ipeyi Seffafliq qeyri seffafdan yarimseffafadek Sixliq 3 0 3 4 Sertlik 5 5 6 Kovrekdir Ayrilma 110 uzre mukemmel krokidolitde yoxdur Bolunme qeyri hamar asbestebenzer nov muxtelifliklerinde tikanli Morfologiya kristallar iynevari uzlerin uzunu istiqametde cizgilenmis prizmatik Mineral aqreqatlari puruzlar lifli kutleler Menseyi ve yayilmasiMaqmatik ribekite natriumla zengin intruziv ve effuziv suxurlarda qranit siyenit riolit traxit komenditlerde ve b rast gelinir Habele qranit peqmatitlerinde qeyd edilir Bu minerallarin metamorfik emelegelmeleri demirli kvarsitlerde maqnezioribekitinkiler ise hemcinin qlaukofan sistlerinde tez tez musahide olunur Kvars ve kalsit damarlarinda bezen hidrotermal menseli ribekite rast gelinir Asbestebenzer ribekit ve maqnezioribekitin sonuncunun liflerinin uzunlugu 20 sm e catir nadir cokme diagenetik emelegelmeleri qumdaslarinda ve alevrolitlerde qeyd edilir Birlikde rast geldiyi minerallar qlaukofan kumminqtonit qryunerit amozit kvars kalsit opal ve b Mineralin tapildigi yerler Langezundfyord Norvec Tuva Krasnoyarsk diyari Rusiya Micikopoten rayonu Kanada Franklin rayonu ABS Xamersli silsilesi Qerbi Avstraliya Transvaal Qrikvataun CAR Lusaki rayonu Zambiya Azerbaycanda Lacin rayonunda krokidolit mavi asbest qeyd edilir TetbiqiAsbestebenzer emelegelmeler odadavamli material kimi kimya elektrotexnika toxuculuq kagiz tikinti ve b senaye sahelerinde genis istifade edilir Peleng gozu kvarsla evezlenmis krokidolit dekorativ dasdir IstinadlarHawthorne F C Oberti R Harlow G E Maresch W V Martin R F Schumacher J C Welch M D Nomenclature of the amphibole supergroup 2012 ing Am Mineral Mineralogical Society of America 1916 Vol 97 P 2031 2048 ISSN 0003 004X 1945 3027 doi 10 2138 AM 2012 4276MenbeAzerbaycan minerallari Baki Nafta Press 2004 Xarici kecidlerTHE MINERAL RIEBECKITE