Kalsit – Ca [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.
Kalsit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) | CaCO₃ |
Vb/A.02 | |
Xüsusiyyətləri | |
ağ | |
Sıxlıq | 2,72 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
Manqanlı, bariumlu, stronsiumlu, dəmirli, sinkli, kobaltlı, qurğuşunlu kalsitlər; islandiya şpatı – rəngsiz, şəffaf, irikristallik güclü ikiqat şüasındırma qabiliyyəti olan kalsit.
Xassələri
Rəng – adətən rəngsiz və südü-ağ rəngli, bəzən qatışıqlarla sarı, qırmızı, boz, yaşıl, qonur, qara kimi müxtəlif rənglərə boyanır. Rəngi bəzən zonal olur; Mineralın cizgisinin rəngi – ağ, boz; Parıltı – şüşə parıltısından sədəfiyədək, ayrılma müstəvilərində irizatsiya edən; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,6-2,8; Sərtlik – 3; Ayrılma – {1011} üzrə mükəmməl; Bölünmə – {0112}, bəzən {0001} üzrə; Sınıqlar – qeyri-hamar; pilləli; Lüminessensiya – nadir torpaq elementlərinin qarışığından asılı olaraq bəzən ağ, mavi, narıncı rəngdə lüminessensiya edir; Başqa xassələr – sıxıldıqda elektriklənir; Morfologiya – kristallar: tez-tez rast gəlir; skalenoedrik, lövhəvarı, romboedrik, prizmatik; mineralın çəkisi 30 tona çatan nəhəng kristalları məlumdur; İkiləşmə: tez-tez {0001} üzrə (o cümlədən polisintetik), nisbətən az hallarda {0112}və {1011} üzrə; Mineral aqreqatları: dənəvər, sıx, torpaqvari (dağ unu) kütlələr, druzalar, stalaktit və stalaqmitlər, oolitlər (oolit və ya kürü daşları), konkresiyalar, qabıqlar, məsaməli əmələgəlmələr (travertin), «mərmər oniksi» – incəzolaqlı yarımşəffaf sıx kütlələr, incəlifli (atlas şpat, papirşpat) əmələgəlmələr, qumlu kalsit – kristalın çəkisinin 60%-dək qum dənələri saxlayan kalsit (fontenblov qum-daşları), araqonit, gips, barit, selestin və b. üzrə psevdo-morfozalar.
Mənşəyi və yayılması
Poligen mineraldır. Kalsitin çox böyük kütlələri ekzogen şəraitlərdə biogen- və xemogen-çökmə yolla əmələ gəlir. Çökmə mənşəli kalsit əhəngdaşlarının, təbaşirin, mergellərin, əhəngli qumdaşlarının və başqa süxurların əsas tərkib hissəsidir. Mineralın biokimyəvi əmələgəlmələri balıqqulaqlı, mərcan əhəngdaşlarını və rifləri təşkil edir. İçərisində çox kiçik foraminifer qabıqları olan asan ovulan əhəngdaşları (təbaşir) bir çox rayonlarda qalın qatlar əmələ gətirir. Əhəngdaşları metamorfik proseslər zamanı yenidən kristallaşaraq sıx metamorfik süxura – mərmərə çevrilir. Metamorfik kalsit kalsifirlərin əsas minerallarındandır. Maqmatik kalsitin əhəmiyyətli kütlələri başqa karbonatlarla birlikdə karbonatitlərdə qeyd olunur. Turş püskürmə süxurlarda və bəzi peqmatitlərdə rast gəlir. Tez-tez az miqdarda effuziv süxurların boşluqlarında qeyd edilir. İsti mineral bulaqların çöküntülərində müşahidə edilir. Mineralın hidrotermal əmələgəlmələri sulfid və arsenidlərlə birlikdə orta- və aşağıtemperaturlu filiz yataqlarında damarlar əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: barit, araqonit, gips, dolomit, seolitlər, flüorit, nasturan, və b. Mineralın tapıldığı yerlər: çoxsaylıdır: Nyu-Meksiko ştatı (ABŞ); Akureyri (İslandiya); Şərqi Sibir, Ural, Kareliya (Rusiya); Qara-Dağ (Krım); Zakarpatye (Ukrayna); Fontenblo (Fransa); Karrara (İtaliya); Yunanıstan; Gürcüstan və b. Azərbaycanda geniş yayılmışdır: Böyük və Kiçik Qafqazda və Abşeron yarımadasında çoxsaylı əhəngdaşı yataqları vardır; İslandiya şpatının bir sıra yataq və təzahürləri Kiçik Qafqazın Lök-Qarabağ struktur-formasiya zonasında(Mirikənd-Arçınprak, Sakur, Ningin, Ağkənd, Aranzəmin, Qurot və b.) və Dağlıq Talışda (Lerik rayonu) yerləşir; Kiçik Qafqazda həmçinin Çobandağ, Erkeç, Martuni təbaşir yataqları vardır; kalsit Şimali Qarabağın badamdaş effuzivlərində və kürəvari lavalarında qeyd edilir. Bir çox dəmir filizi, kolçedan, polimetal, qızıl filizi, civə yataqlarında (Daşkəsən, Gədəbəy, Bittubulaq, Çıraqdərə, Toğanalı, Filizçay, Katsdağ, Katex, Vejnəli, Dağkəsəmən və b.) qeyd edilmişdir.
Tətbiqi
İslandiya şpatı optik cihazqayırmada (mikroskoplar üçün nikolların və s. hazırlanması), atlas şpat və «mərmər oniksi» zərgərlikdə istifadə edilir. Əhəngdaşı və mərmərlər tikintidə, portland-sement istehsalında, əhəngdaşları isə həmçinin kimya və poliqrafiya sənayesində, mərmərlər – heykəltəraşlıqda, elektrotexnikada, təbaşir–lak-boya, parfyu-meriya, rezin sənayesində və s. geniş tətbiq olunur.
İstinadlar
- Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
Mənbə
- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
- THE MINERAL CALCITE
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kalsit Ca CO3 triqonal sinqoniya Rast gelme tezliyi skalasi her yerde rast gelen KalsitUmumi melumatlarKateqoriya MineralFormul tekrarlanan vahid CaCO Vb A 02XususiyyetleriagSixliq 2 72 q sm Vikianbarda elaqeli mediafayllarNov muxteliflikleriManqanli bariumlu stronsiumlu demirli sinkli kobaltli qurgusunlu kalsitler islandiya spati rengsiz seffaf irikristallik guclu ikiqat suasindirma qabiliyyeti olan kalsit XasseleriReng adeten rengsiz ve sudu ag rengli bezen qatisiqlarla sari qirmizi boz yasil qonur qara kimi muxtelif renglere boyanir Rengi bezen zonal olur Mineralin cizgisinin rengi ag boz Parilti suse pariltisindan sedefiyedek ayrilma mustevilerinde irizatsiya eden Seffafliq seffaf yarimseffaf qeyri seffaf Sixliq 2 6 2 8 Sertlik 3 Ayrilma 1011 uzre mukemmel Bolunme 0112 bezen 0001 uzre Siniqlar qeyri hamar pilleli Luminessensiya nadir torpaq elementlerinin qarisigindan asili olaraq bezen ag mavi narinci rengde luminessensiya edir Basqa xasseler sixildiqda elektriklenir Morfologiya kristallar tez tez rast gelir skalenoedrik lovhevari romboedrik prizmatik mineralin cekisi 30 tona catan neheng kristallari melumdur Ikilesme tez tez 0001 uzre o cumleden polisintetik nisbeten az hallarda 0112 ve 1011 uzre Mineral aqreqatlari denever six torpaqvari dag unu kutleler druzalar stalaktit ve stalaqmitler oolitler oolit ve ya kuru daslari konkresiyalar qabiqlar mesameli emelegelmeler travertin mermer oniksi incezolaqli yarimseffaf six kutleler incelifli atlas spat papirspat emelegelmeler qumlu kalsit kristalin cekisinin 60 dek qum deneleri saxlayan kalsit fontenblov qum daslari araqonit gips barit selestin ve b uzre psevdo morfozalar Menseyi ve yayilmasiPoligen mineraldir Kalsitin cox boyuk kutleleri ekzogen seraitlerde biogen ve xemogen cokme yolla emele gelir Cokme menseli kalsit ehengdaslarinin tebasirin mergellerin ehengli qumdaslarinin ve basqa suxurlarin esas terkib hissesidir Mineralin biokimyevi emelegelmeleri baliqqulaqli mercan ehengdaslarini ve rifleri teskil edir Icerisinde cox kicik foraminifer qabiqlari olan asan ovulan ehengdaslari tebasir bir cox rayonlarda qalin qatlar emele getirir Ehengdaslari metamorfik prosesler zamani yeniden kristallasaraq six metamorfik suxura mermere cevrilir Metamorfik kalsit kalsifirlerin esas minerallarindandir Maqmatik kalsitin ehemiyyetli kutleleri basqa karbonatlarla birlikde karbonatitlerde qeyd olunur Turs puskurme suxurlarda ve bezi peqmatitlerde rast gelir Tez tez az miqdarda effuziv suxurlarin bosluqlarinda qeyd edilir Isti mineral bulaqlarin cokuntulerinde musahide edilir Mineralin hidrotermal emelegelmeleri sulfid ve arsenidlerle birlikde orta ve asagitemperaturlu filiz yataqlarinda damarlar emele getirir Birlikde rast geldiyi minerallar barit araqonit gips dolomit seolitler fluorit nasturan ve b Mineralin tapildigi yerler coxsaylidir Nyu Meksiko stati ABS Akureyri Islandiya Serqi Sibir Ural Kareliya Rusiya Qara Dag Krim Zakarpatye Ukrayna Fontenblo Fransa Karrara Italiya Yunanistan Gurcustan ve b Azerbaycanda genis yayilmisdir Boyuk ve Kicik Qafqazda ve Abseron yarimadasinda coxsayli ehengdasi yataqlari vardir Islandiya spatinin bir sira yataq ve tezahurleri Kicik Qafqazin Lok Qarabag struktur formasiya zonasinda Mirikend Arcinprak Sakur Ningin Agkend Aranzemin Qurot ve b ve Dagliq Talisda Lerik rayonu yerlesir Kicik Qafqazda hemcinin Cobandag Erkec Martuni tebasir yataqlari vardir kalsit Simali Qarabagin badamdas effuzivlerinde ve kurevari lavalarinda qeyd edilir Bir cox demir filizi kolcedan polimetal qizil filizi cive yataqlarinda Daskesen Gedebey Bittubulaq Ciraqdere Toganali Filizcay Katsdag Katex Vejneli Dagkesemen ve b qeyd edilmisdir TetbiqiIslandiya spati optik cihazqayirmada mikroskoplar ucun nikollarin ve s hazirlanmasi atlas spat ve mermer oniksi zergerlikde istifade edilir Ehengdasi ve mermerler tikintide portland sement istehsalinda ehengdaslari ise hemcinin kimya ve poliqrafiya senayesinde mermerler heykelterasliqda elektrotexnikada tebasir lak boya parfyu meriya rezin senayesinde ve s genis tetbiq olunur IstinadlarStrunz K H Tennyson C Mineralogische Tabellen Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage mit einer Einfuhrung in die Kristallchemie 8 Leypsiq Akademische Verlagsgesellschaft 1982 MenbeAzerbaycan minerallari Baki Nafta Press 2004 Xarici kecidlerTHE MINERAL CALCITE