"Qisseyi-Yusif" və ya "Yusif" dastanı — Qul Əlinin müəllifi olduğu əsər. Türkdilli bədii fikir tarixində "Yusif və Züleyxa" mövzusunu ilk dəfə qələmə alan şəxs məhz XIII əsrdə yaşamış Qul Əlidir. "Qisseyi-Yusif" maraqlı bir türkcədə yazılmışdır. Əsərdə oğuz, qıpçaq və qarluq türkcələrinin qovuşmasından, sintezindən ibarət qarışıq bir türkcə hakimdir. Onun konkret olaraq türk dilinin hansı qoluna və budağına aid olduğunu müəyyənləşdirmək çətindir. Burada oğuz türkcəsinin dil və üslub xüsusiyyətləri də qabarıq şəkildə özünü büruzə verir.
Qisseyi-Yusif | |
---|---|
Janr | məsnəvi |
Müəllif | Qul Əli |
Orijinal dili | оğuz, qıpçaq və qarluq |
Yazılma ili | XIII əsr |
Nəşr ili | XIII əsr |
Müəllifi
Əsərin müəllifi Əlinin şəxsiyyəti, doğulduğu və yaşadığı yer haqqında dəqiq məlumat yoxdur. Şair əsərin sonunda özü haqqında belə yazır
"Bunu düzən zəif bəndə, adı Əli
Yarlığağıl, əya rəhim, asi qul
Yigirmi dörd rəqəm içrə saldı yılı
Rəhmətindən mehribanlıq umar imdi."
Bu misralardan şairin adının Əli olduğu aydın olur. Lakin təxəllüsü və harda doğulması bilinmir. Diqqətsizlik səbəbindən şair yanlışlıqla "Qul Əli" adlandırılıb. Bu səhv fikir şairin xatırlanan bəndindəki "asi quli", yəni "günahkar bəndəni" ifadələrinə istinadən söylənilib. Əslində buradakı "Qul" elementi sənətkarın ləqəbi və ya təxəllüsü, daha doğrusu, ad-titul komponenti olmayıb Allahın "bəndəsi, qulu" mənasındadır.
Digər tərəfdən ədəbiyyatşünaslıqda onun milli mənsubiyyəti, yaşadığı ədəbi mühit və məkan barədə fərqli mülahizələr mövcuddur. Məsələn, "Qisseyi-Yusif"i tədqiqatçı alimlərdən X. Fleyşeir tatar-oğuz, M, Xautsma, H. Həziz Orta Asiya, K. Brokkelman qədim osmanlı, M. F. Köprülüzadə, Е. Bertels və Əmir Nəcib Xarəzm, Ş. Mərcani, B. Yafarov, Y. Aqişev və X. Usmanov bulqar, B. Perc tatar abidəsi hesab edirlər. N. S. Banarlı da Əlinin "Xarəzm dolaylarında yetişmiş bir oğuz türkü" olduğunu ehtimal edir. Türk filoloqu B. M. Qocatürk isə güman edir ki, "Qisseyi-Yusif" müəllifinin yaşadığı ərazi "Orta Asiya ile Anadolu arasında bir saha olması gerektir". Ümumiyyətlə, tədqiqatçıların çoxu haqlı olaraq pоemanı oğuz ədəbi mühiti ilə əlaqələndirirlər. Azərbaycan alimləri F. Zeynalov, Е. Əlibəyzadə, Z. Hacıyeva və b. isə bu əsəri Azərbaycan xalqının ədəbi-tarixi abidəsi kimi təqdim edirlər.
Əsərin sonunda poemanın yazıldığı il 609-cu il yəni miladi 1212-ci il kimi göstərilir. Bu fakt şairin XIII əsrdə yaşadığını göstərir.
Əsərdəki ərəbcə ifadələr və Qurandan sitatlar Əlinin ərəb dilini yaxşı bildiyini göstərir. Yoxsa o, şeirlərində Qurandan sitatları bu qədər asan şəkildə edə bilməzdi. Sitatların "Yusif" surəsi ilə məhdudlaşmaması onun Quranı yaxşı bildiyini göstərir. Bunlara əsasən, Əlinin mədrəsə təhsili aldığını rahatlıqla deyə bilərik. Ola bilsin ki, Əlinin türkcə ilə yanaşı o dövrün cərəyanlarına uyğun yazılmış ərəbcə əsərləri də var imiş, lakin günümüzə gəlib çatmamışdır.
Tədqiqi
H. Fleyşeir 1831-ci ildə yazdığı Drezden Kral Kitabxanasının Əlyazmaları Kataloqunda Əlinin Qissəyi-Yusif əsərini ilk dəfə elmi olaraq təsvir edir. Elm dünyasının diqqətini bu işə cəlb edən əsas şəxs isə holland türkoloq Xautsmadır. Xautsma, 1889-cu ildə nəşr etdirdiyi məqalə ilə Əlinin Qisseyi-Yusif əsərinin türkologiya üçün əhəmiyyətini ortaya qoydu. Müəllif bu məqalədə Berlində tədqiqat apararkən əsərin ikinci nüsxəsini də Berlində aşkar etdiyini yazır və iki əsəri müqayisə edərkən Drezden nüsxəsinin daha qədim olduğu qənaətinə gəldiyini bildirir. Xautsma həmçinin məqalədə Qisseyi-Yusifin yazı yerini müəyyənləşdirməyə çalışır. Rəbquzinin "Qisas-i Ənbiya" əsəri ilə böyük oxşarlığa əsaslanaraq, bu şeirin vətəninin Orta Asiya olduğu qənaətinə gəlir və eyni zamanda əsərin dili ilə Kodeks Kumanikusun dili arasındakı oxşarlıqlara diqqət çəkir. Müəllif məqaləsində Drezden nüsxəsindən götürülmüş 160 beyti ərəb hərfləri ilə verdikdən sonra alman dilinə tərcümə edib. Bu misralar ondan sonrakı tədqiqatçıların daim bəhrələndiyi bir mənbə olmuşdur.
Karl Brokkelman 1916-cı ildə nəşr etdirdiyi "Alī’s Qissa’i Jūsuf, der älteste Vorläufer der osmanischen Literatur" adlı məqaləsində isə əsərin dilinin aidliyini vəzn, fonetika və dilçilik xüsusiyyətləri baxımından incələyib. Fleyşeir və Xaustmadan fərqli olaran Brokelman şairin dilinin Qıpçaq və ya Çağatay dili deyil Osmanlıcanın ilk örnəklərindən olduğu fikrini irəli sürmüşdür. Sonu ur- ilə bitən fellərin indiki zaman şəkilçisi əlavə edildikdə u saitinin düşməsi hadisəsini Azərbaycan və Anadolu dialektlərində görülən bir fonetik hadisə olduğunu söyləyərək bu fikrini əsərin yazıldığı yer haqqında sübut kimi göstərir.
Əhməd Cəfəroğlu Türk Dili Tarixi adlı kitabının ikinci cildində Qisseyi Yusif əsərindən bəhs etmişdir. Cəfəroğlu əsərdə oğuz, qıpçaq və qaraxanlı türkcəsinin izlərinə əsaslanaraq onun Xarəzm bölgəsində, oğuzların məskunlaşdığı bir yerdə yazılmış ola biləcəyi fikrini irəli sürür. O həmçinin Drezden və Berlin nüsxələrinə diqqət çəkərək onların üzərində araşdırma aparılmasının vacibliyini vurğulayır.
Əsər Azərbaycanda 1995-ci ildə Elməddin Əlibəyzadənin rəhbərliyi ilə Əbülfəz Hüseyn, Əbülfəz Əliyev, Ayna Hüseynova və Xosrov Qasımovdan ibarət heyət tərəfindən nəşr olunb və Azərbaycan ədəbiyyatının ilkin nümunələrindən biri hesab edilir. Professor Yaqub Babayev özünün " ANA DİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ VƏ EPİK ŞEİRİN İNKİŞAFI (XIII–XIV ƏSRLƏR)" adlı əsərində Qisseyi-Yusif əsərindən bəhs edərək yazır:
"Azərbaycan dilinin əski qatına aid xüsusiyyətlərin başqa türkcələrdən kəmiyyət və keyfiyyətcə üstün olduğu bir ədəbi əsəri Azərbaycan ədəbiyyatının bədii faktı kimi qəbul etmək və onu ədəbiyyat tariximizin dəyərli bir nümunəsi kimi öyrənmək bizim qanuni ədəbi-mənəvi haqqımızdır. "Qisseyi-Yusif"in Azərbaycan ədəbiyyatı nümunəsi olduğunu başqa belə bir fakt da sübut edir ki, ədəbiyyatımızda, bu mövzunu qələmə almağın zəngin və intensiv bir ənənəsi olmuşdur. Deməli, şair Əlinin ana dilində qoyduğu, bu ədəbi yol bir ənənə şəklini almış, çoxlu sayda Azərbaycan sənətkarı bu mövzunu ana dilində qələmə almışdır. Tatar ədəbiyyatında isə belə bir ənənədən, ümumiyyətlə, heç bir iz və soraq yoxdur. Deməli, bu, tatar ədəbiyyatı üçün yad bir mövzudur. "
Türk ədəbiyyatşünas alimlərindən Fuad Körpülü Türk Ədəbiyyatı Tarixi adlı kitabında, Səadət Çağatay isə Türk Ləhcələri Örnəkləri əsərində Qisseyi-Yusif dastanından bəhs etmişdir.
Haqqında
Aşağıda verilən misralarda əsərin hicri 630-cu il Rəcəb ayının 30 da yazıldığı artıq bizə məlumdur.
Mövlamidən mədə, nüsrət niyazında
Rəcəb ayı cəlaliyə otuzunda
Tarixinin altı yüz toquzında
Bu zəif bu kitabı düzdi imdi
Bu tarix miladi 1232-ci il may ayının 12-si çərşənbə axşamına təsadüf edir. Bəzi qaynaqlarda isə əsərin yazılma tarixi 1233-cü il olaraq göstərilir.
Əsərin yazıldığı yer haqqında fikir ayrılığı mövcudluğundan əsərin kimə ithaf edildiyi barədə də ortaq bir fikir yoxdur. Ehtimal edilir ki, o dövrdə xalq şeiri tərzində yazılan əsərlərə rəğbət olmadığı üçün əsər heç kəsə təqdim edilməyib.
Mövzusu
Günümüzə qədər Yusif və Züleyxa mövzulu bir çox məsnəvilər yazılmışdır. Yaxın və Orta Şərq ədəbiyyatında bu mövzu ilk dəfə geniş mənada Ə. Firdovsinin qələmə aldığı "Yusif və Züleyxa" pоeması ilə məşhurlaşmışdır. Lakin Firdovsidən əvvəl Əbülmüəyyəd Bəlxi və Bəxtiyari Əxvazi kimi şairlərin də bu mövzuda əsər yazdıqları barədə məlumatlar var. Türkdilli bədii fikir tarixində mövzunu ilk dəfə qələmə alan XIII əsrdə yaşamış Qul Əlidir. Azərbaycan ədəbiyyatında da Yusif hekayəsi əsrlər boyu dəbdə olan ənənəvi mövzulardan biri kimi diqqəti cəlb edir. Ana dilimizdə 20-yə qədər sənətkarın bu süjet əsasında müxtəlif forma və janrlarda əsərlər yazdığı bəllidir. Belə sənətkarlardan Suli Fəqih, Mustafa Zərir (XIV əsr), Yusif Azəri, Mustafa bin Osman (XV əsr), M. Füzuli, Zəmiri, Ziyai Yusif Çələbi (XVI əsr), Atai, Zehni (XVII əsr), İbn Kaşan (XVIII əsr), Yusif Vandamlı (XIX əsr) və s. göstərmək olar. Hətta M. S.Оrdubadi də 1909-cu ildə "Yusif və Züleyxa" adlı dramatik bir pоema yazmış və sonradan (1927) onu "Sevgililər" adı ilə çap etdirmişdir.
Qul Əli Qisseyi-Yusif əsərinin mövzusunu birbaşa Quran və təfsirlərdən götürüb.
Quruluşu
Şair əsərdə "Yegirmi dörd qisim içrə saldı bildi" cümləsi ilə əsərin 24 fəsildən ibarət olması barədə məlumat verir. Bu fəsillərin başlıqlarında bəzi xətalar nəzərə çarpır. Belə ki, Drezden nüsxəsində başlıqların bir qismi yazımayıb və yeri boş saxlanılıb. Təxminən 4984 misra yəni 1246 dörtlükdən ibarət əsərin fəsilləri aşağıdakılardır:
- Hazal Kitab-i Yusif
- Fəsl Tevil Düş Yaqub
- Fəsl Fi Sifət-i Çah
- Fəsl Fir-Rücü İhvat Yusif
- Fəsl Məlik-i Çin-i Hakim
- Fəsl Yusif Kafirlər şəhərinə gəlgən sözləri
- Fəsl Qüds Məliki Düş Görkən sözləri
- Fəsl Yusif Misira Gəlgən sözləri
- Fəsl Fi Bəyan-i Züleyxa Məlikzadə
- Fəsl Fi Bəyan-i Daya sözləri
- Fəsl Misir xatunlarını bəyan qılır
- Fəsl Qissə-i Ərəb
- Fəsl Yusif zindandan çıxgən sözləri
- Fəsl Yusif vəzir olğan sözləri
- Fəsl Təzvic Yusif ibn Yaqub
- Fəsl Məcaət Ecvat Yusif
- Fəsl Yusifin qardaşlarının ündəgən sözləri
- Fəsl Yaqub nəbi Yusifin diriligin bilgən sözləri
- Fəsl Qazquda ikən uçmaxdan gəlgən könləgi atasına yıpargan
- Fəsl Məlik Rəyyan Yaqub öndəgən bəyan
- Fəsl Vəfatı Yaqub Nəbi
- Fəsl Yusif Misirdən çıxqan sözləri
- Fəsl Vəfatı Yusif
- Fəsl əl-Hayru Billahi əl-İzzət vəl-Tevfiku Tamam
Əsərin bir çox yerində Qurandan istinadlara yer verilib. Lakin bu istinadların bəzilərində ərəbcə yanlışlar gözə çarpır. Bu səhvlərin müəllifdən yoxsa əsəri köçürən xəttatdan qaynaqlandığı bilinmir. Bu səhvlər əsasən Berlin nüsxəsində qarşımıza çıxır.
Nüsxələri
Berlin nüsxəsi — Bu nüsxə bəzi hissələr hərəkəli, əksərən hərəkəsiz nəstəliq xətti ilə yazılıb. İlk 16 vərəq cədvəllidir və hər səhifədə 2 misralı 16 sətir var. Birinci vərəq sadə bəzəyi ilə diqqət cəlb edir. Bu səhifədə altı sətir var. Yenə nüsxənin son iki vərəqi cədvəllidir. Hansı tarixdə və hara köçürüldüyü bilinməyən bu nüsxəni köçürənin adı 78b-dəki qeyddə Maqsud ibn Ramazan olaraq yazılıb. Surətçinin nüsxənin sonuna əlavə etdiyi düşünülən üç beyt var. Bundan başqa əsərin surətində nüsxəçi tərəfindən yazılmış rübailər də var. Bu qoşma və rübailərin Şərq türkcəsinə xas olması əsərin Anadoluda köçürmədiyini göstərir. Eyni zamanda, bu rübailərdən birində Səmərqənd adının çəkilməsi də bu fikri təsdiq edir.
Drezden nüsxəsi - Nüsxə Drezdendə eb419 nömrədə qeydiyyatdadır. 75 vərəqdən ibarətdir və hər səhifədə 17 sətir var. Nadirən 16–18 misralı sətirlər də gözə çarpır. Səhifələr cədvəlsizdir. Bu nüsxədə başlıqlar üçün yer ayrılsa da bəzi başlıqlar yoxdur. Nadir hərəkəli nəstəliq xətti ilə yazılıb. Berlin nüsxəsinə nəzərən fonetik səhvlər daha çoxdur.
Türkiyə Milli Kitabxana nüsxəsi - Milli Kitabxananın Əlyazmalarında A 7522/2 qeydiyyatda olan nüsxə nömrəsindən də göründüyü kimi, başqa bir kitabın arxasına əlavədir. Əvvəlki kitab Salsalnamədir. Nüsxə kitabın 174b ilə 240b arasında 66 vərəqdən ibarətdir və sonluğu əskikdir. Hər səhifədə iki misradan ibarət 17 sətir var. Ölçüsü 205 x 155 mm-dir. Hərəkəsiz oxunaqlı nəstəliq yazısı ilə yazılan nüsxədə bəzi sözlərin tam, bəzi sözlərin isə qismən vurğulandığı nəzərə çarpır. Əsərin Milli Kitabxanadakı nüsxəsi elm aləminə məlum deyil. Yazı xüsusiyyətlərinə görə nüsxənin Anadolu bölgəsində köçürüldüyü ehtimal olunur.
Kazan nüsxəsi - Bu nüsxə 1839–1863-cü illərdə Kazanda 13 dəfə çap olunub. Orijinal nüsxənin harada olduğu bilinməsə də, onun Kazanda hər hansı bir kitabxanada olduğu düşünülür. Berlin və Drezden nüsxələrindən fərqli olduğu deyilən bu nüsxənin dili daha çox tatar türkcəsinə çevrilib. Buna görə də bu nüsxə istifadə edilməmişdir.
Azərbaycandakı nüsxələr - Əsər haqqında Azərbaycanda bir çox nəşrlər var. Bu nəşrləri əsaslandığı nüsxələr B-3422 nömrəli Bakı əlyazması və B-2737 , B-4233, B-3325 nömrəli "Leninqrad" əlyazmalarıdır.
Həmçinin bax
İstinadlar
- Qul Əli. Qisseyi-Yusif 2022-05-04 at the Wayback Machine. Bakı, "Şərq-Qərb", 2005.
- Qul Əli, 2005. səh. 4
- Babayev, 2008. səh. 90
- Babayev, 2008. səh. 92
- Qul Əli, 2005. səh. 5
- Uygur, 2003. səh. 13
- Uygur, 2003. səh. 16
- Brockelmann, 1917. səh. 5
- Brockelmann, 1917. səh. 8
- Uygur, 2003. səh. 17
- Körpülü, 1926. səh. 255
- Saadet, 1972. səh. 99
- Qul Əli, 2005. səh. 178
- Yaman, 2007. səh. 184
- Ertaylan, 1960. səh. 1
- Durmaz, 2013. səh. 15
- Ertaylan, 1960. səh. 12
- Uygur, 2003. səh. 14
- Uygur, 2003. səh. 18
Mənbə
- Qul Əli. Qisseyi Yusif (PDF). Bakı: Şərq-Qərb. 2005. səh. 216. ISBN .
- Səttər Əli qızı Durmaz. Çakəri Sinanın "Yusif və Züleyxa" məsnəvisinin filoloji-tekstoloji tədqiqi. Bakı: Şərq-Qərb. Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu. 2013.
- Hakan Yaman. Ali’nin Kıssa-ı Yusuf’unda söz varlığı üzerine. 14. Türkbilig. 2007. 184–199.
- Yaqub Babayev. XIII-XIV əsrlərdə ana dilli Azərbaycan еpik şеirinin inikşaf yоlu // Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (XIII-XIV əsrlər). Bakı: ADPU. 2008. səh. 128.
- Mehmet Fuat Köprülü. Türk Edebiyyatı Tarihi (PDF). Ankara: Ötüken. 1926. səh. 440.
- Çağatay Saadet. Türk Lehçeleri Örnekleri. I–II. Ankara: TDK. 1963–1972.
- İsmail Hikmet Ertaylan. Yusuf ile Züleyha. İÜEF. 1960.
- Carl Brockelmann. Ali's Qıssai Jusuf. Berlin: ABAW. 1917.
- Sinan Uygur. Alinin Kıssa-i Yusufu. Erzurum. Atatürk Üniversitesi Sosyal Bilimler Enstitüsü Türk Dili ve Edebiyatı Anabilim Dalı. 2003.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qisseyi Yusif ve ya Yusif dastani Qul Elinin muellifi oldugu eser Turkdilli bedii fikir tarixinde Yusif ve Zuleyxa movzusunu ilk defe qeleme alan sexs mehz XIII esrde yasamis Qul Elidir Qisseyi Yusif maraqli bir turkcede yazilmisdir Eserde oguz qipcaq ve qarluq turkcelerinin qovusmasindan sintezinden ibaret qarisiq bir turkce hakimdir Onun konkret olaraq turk dilinin hansi qoluna ve budagina aid oldugunu mueyyenlesdirmek cetindir Burada oguz turkcesinin dil ve uslub xususiyyetleri de qabariq sekilde ozunu buruze verir Qisseyi YusifJanr mesneviMuellif Qul EliOrijinal dili oguz qipcaq ve qarluqYazilma ili XIII esrNesr ili XIII esrMuellifiEserin muellifi Elinin sexsiyyeti doguldugu ve yasadigi yer haqqinda deqiq melumat yoxdur Sair eserin sonunda ozu haqqinda bele yazir Bunu duzen zeif bende adi Eli Yarligagil eya rehim asi qul Yigirmi dord reqem icre saldi yili Rehmetinden mehribanliq umar imdi Bu misralardan sairin adinin Eli oldugu aydin olur Lakin texellusu ve harda dogulmasi bilinmir Diqqetsizlik sebebinden sair yanlisliqla Qul Eli adlandirilib Bu sehv fikir sairin xatirlanan bendindeki asi quli yeni gunahkar bendeni ifadelerine istinaden soylenilib Eslinde buradaki Qul elementi senetkarin leqebi ve ya texellusu daha dogrusu ad titul komponenti olmayib Allahin bendesi qulu menasindadir Diger terefden edebiyyatsunasliqda onun milli mensubiyyeti yasadigi edebi muhit ve mekan barede ferqli mulahizeler movcuddur Meselen Qisseyi Yusif i tedqiqatci alimlerden X Fleyseir tatar oguz M Xautsma H Heziz Orta Asiya K Brokkelman qedim osmanli M F Kopruluzade E Bertels ve Emir Necib Xarezm S Mercani B Yafarov Y Aqisev ve X Usmanov bulqar B Perc tatar abidesi hesab edirler N S Banarli da Elinin Xarezm dolaylarinda yetismis bir oguz turku oldugunu ehtimal edir Turk filoloqu B M Qocaturk ise guman edir ki Qisseyi Yusif muellifinin yasadigi erazi Orta Asiya ile Anadolu arasinda bir saha olmasi gerektir Umumiyyetle tedqiqatcilarin coxu haqli olaraq poemani oguz edebi muhiti ile elaqelendirirler Azerbaycan alimleri F Zeynalov E Elibeyzade Z Haciyeva ve b ise bu eseri Azerbaycan xalqinin edebi tarixi abidesi kimi teqdim edirler Eserin sonunda poemanin yazildigi il 609 cu il yeni miladi 1212 ci il kimi gosterilir Bu fakt sairin XIII esrde yasadigini gosterir Eserdeki erebce ifadeler ve Qurandan sitatlar Elinin ereb dilini yaxsi bildiyini gosterir Yoxsa o seirlerinde Qurandan sitatlari bu qeder asan sekilde ede bilmezdi Sitatlarin Yusif suresi ile mehdudlasmamasi onun Qurani yaxsi bildiyini gosterir Bunlara esasen Elinin medrese tehsili aldigini rahatliqla deye bilerik Ola bilsin ki Elinin turkce ile yanasi o dovrun cereyanlarina uygun yazilmis erebce eserleri de var imis lakin gunumuze gelib catmamisdir TedqiqiH Fleyseir 1831 ci ilde yazdigi Drezden Kral Kitabxanasinin Elyazmalari Kataloqunda Elinin Qisseyi Yusif eserini ilk defe elmi olaraq tesvir edir Elm dunyasinin diqqetini bu ise celb eden esas sexs ise holland turkoloq Xautsmadir Xautsma 1889 cu ilde nesr etdirdiyi meqale ile Elinin Qisseyi Yusif eserinin turkologiya ucun ehemiyyetini ortaya qoydu Muellif bu meqalede Berlinde tedqiqat apararken eserin ikinci nusxesini de Berlinde askar etdiyini yazir ve iki eseri muqayise ederken Drezden nusxesinin daha qedim oldugu qenaetine geldiyini bildirir Xautsma hemcinin meqalede Qisseyi Yusifin yazi yerini mueyyenlesdirmeye calisir Rebquzinin Qisas i Enbiya eseri ile boyuk oxsarliga esaslanaraq bu seirin veteninin Orta Asiya oldugu qenaetine gelir ve eyni zamanda eserin dili ile Kodeks Kumanikusun dili arasindaki oxsarliqlara diqqet cekir Muellif meqalesinde Drezden nusxesinden goturulmus 160 beyti ereb herfleri ile verdikden sonra alman diline tercume edib Bu misralar ondan sonraki tedqiqatcilarin daim behrelendiyi bir menbe olmusdur Karl Brokkelman 1916 ci ilde nesr etdirdiyi Ali s Qissa i Jusuf der alteste Vorlaufer der osmanischen Literatur adli meqalesinde ise eserin dilinin aidliyini vezn fonetika ve dilcilik xususiyyetleri baximindan inceleyib Fleyseir ve Xaustmadan ferqli olaran Brokelman sairin dilinin Qipcaq ve ya Cagatay dili deyil Osmanlicanin ilk orneklerinden oldugu fikrini ireli surmusdur Sonu ur ile biten fellerin indiki zaman sekilcisi elave edildikde u saitinin dusmesi hadisesini Azerbaycan ve Anadolu dialektlerinde gorulen bir fonetik hadise oldugunu soyleyerek bu fikrini eserin yazildigi yer haqqinda subut kimi gosterir Ehmed Ceferoglu Turk Dili Tarixi adli kitabinin ikinci cildinde Qisseyi Yusif eserinden behs etmisdir Ceferoglu eserde oguz qipcaq ve qaraxanli turkcesinin izlerine esaslanaraq onun Xarezm bolgesinde oguzlarin meskunlasdigi bir yerde yazilmis ola bileceyi fikrini ireli surur O hemcinin Drezden ve Berlin nusxelerine diqqet cekerek onlarin uzerinde arasdirma aparilmasinin vacibliyini vurgulayir Eser Azerbaycanda 1995 ci ilde Elmeddin Elibeyzadenin rehberliyi ile Ebulfez Huseyn Ebulfez Eliyev Ayna Huseynova ve Xosrov Qasimovdan ibaret heyet terefinden nesr olunb ve Azerbaycan edebiyyatinin ilkin numunelerinden biri hesab edilir Professor Yaqub Babayev ozunun ANA DILLI AZERBAYCAN EDEBIYYATININ TESEKKULU VE EPIK SEIRIN INKISAFI XIII XIV ESRLER adli eserinde Qisseyi Yusif eserinden behs ederek yazir Azerbaycan dilinin eski qatina aid xususiyyetlerin basqa turkcelerden kemiyyet ve keyfiyyetce ustun oldugu bir edebi eseri Azerbaycan edebiyyatinin bedii fakti kimi qebul etmek ve onu edebiyyat tariximizin deyerli bir numunesi kimi oyrenmek bizim qanuni edebi menevi haqqimizdir Qisseyi Yusif in Azerbaycan edebiyyati numunesi oldugunu basqa bele bir fakt da subut edir ki edebiyyatimizda bu movzunu qeleme almagin zengin ve intensiv bir enenesi olmusdur Demeli sair Elinin ana dilinde qoydugu bu edebi yol bir enene seklini almis coxlu sayda Azerbaycan senetkari bu movzunu ana dilinde qeleme almisdir Tatar edebiyyatinda ise bele bir eneneden umumiyyetle hec bir iz ve soraq yoxdur Demeli bu tatar edebiyyati ucun yad bir movzudur Turk edebiyyatsunas alimlerinden Fuad Korpulu Turk Edebiyyati Tarixi adli kitabinda Seadet Cagatay ise Turk Lehceleri Ornekleri eserinde Qisseyi Yusif dastanindan behs etmisdir HaqqindaAsagida verilen misralarda eserin hicri 630 cu il Receb ayinin 30 da yazildigi artiq bize melumdur Movlamiden mede nusret niyazinda Receb ayi celaliye otuzunda Tarixinin alti yuz toquzinda Bu zeif bu kitabi duzdi imdi Bu tarix miladi 1232 ci il may ayinin 12 si cersenbe axsamina tesaduf edir Bezi qaynaqlarda ise eserin yazilma tarixi 1233 cu il olaraq gosterilir Eserin yazildigi yer haqqinda fikir ayriligi movcudlugundan eserin kime ithaf edildiyi barede de ortaq bir fikir yoxdur Ehtimal edilir ki o dovrde xalq seiri terzinde yazilan eserlere regbet olmadigi ucun eser hec kese teqdim edilmeyib Movzusu Gunumuze qeder Yusif ve Zuleyxa movzulu bir cox mesneviler yazilmisdir Yaxin ve Orta Serq edebiyyatinda bu movzu ilk defe genis menada E Firdovsinin qeleme aldigi Yusif ve Zuleyxa poemasi ile meshurlasmisdir Lakin Firdovsiden evvel Ebulmueyyed Belxi ve Bextiyari Exvazi kimi sairlerin de bu movzuda eser yazdiqlari barede melumatlar var Turkdilli bedii fikir tarixinde movzunu ilk defe qeleme alan XIII esrde yasamis Qul Elidir Azerbaycan edebiyyatinda da Yusif hekayesi esrler boyu debde olan enenevi movzulardan biri kimi diqqeti celb edir Ana dilimizde 20 ye qeder senetkarin bu sujet esasinda muxtelif forma ve janrlarda eserler yazdigi bellidir Bele senetkarlardan Suli Feqih Mustafa Zerir XIV esr Yusif Azeri Mustafa bin Osman XV esr M Fuzuli Zemiri Ziyai Yusif Celebi XVI esr Atai Zehni XVII esr Ibn Kasan XVIII esr Yusif Vandamli XIX esr ve s gostermek olar Hetta M S Ordubadi de 1909 cu ilde Yusif ve Zuleyxa adli dramatik bir poema yazmis ve sonradan 1927 onu Sevgililer adi ile cap etdirmisdir Qul Eli Qisseyi Yusif eserinin movzusunu birbasa Quran ve tefsirlerden goturub Qurulusu Sair eserde Yegirmi dord qisim icre saldi bildi cumlesi ile eserin 24 fesilden ibaret olmasi barede melumat verir Bu fesillerin basliqlarinda bezi xetalar nezere carpir Bele ki Drezden nusxesinde basliqlarin bir qismi yazimayib ve yeri bos saxlanilib Texminen 4984 misra yeni 1246 dortlukden ibaret eserin fesilleri asagidakilardir Hazal Kitab i Yusif Fesl Tevil Dus Yaqub Fesl Fi Sifet i Cah Fesl Fir Rucu Ihvat Yusif Fesl Melik i Cin i Hakim Fesl Yusif Kafirler seherine gelgen sozleri Fesl Quds Meliki Dus Gorken sozleri Fesl Yusif Misira Gelgen sozleri Fesl Fi Beyan i Zuleyxa Melikzade Fesl Fi Beyan i Daya sozleri Fesl Misir xatunlarini beyan qilir Fesl Qisse i Ereb Fesl Yusif zindandan cixgen sozleri Fesl Yusif vezir olgan sozleri Fesl Tezvic Yusif ibn Yaqub Fesl Mecaet Ecvat Yusif Fesl Yusifin qardaslarinin undegen sozleri Fesl Yaqub nebi Yusifin diriligin bilgen sozleri Fesl Qazquda iken ucmaxdan gelgen konlegi atasina yipargan Fesl Melik Reyyan Yaqub ondegen beyan Fesl Vefati Yaqub Nebi Fesl Yusif Misirden cixqan sozleri Fesl Vefati Yusif Fesl el Hayru Billahi el Izzet vel Tevfiku Tamam Eserin bir cox yerinde Qurandan istinadlara yer verilib Lakin bu istinadlarin bezilerinde erebce yanlislar goze carpir Bu sehvlerin muellifden yoxsa eseri kocuren xettatdan qaynaqlandigi bilinmir Bu sehvler esasen Berlin nusxesinde qarsimiza cixir NusxeleriBerlin nusxesi Bu nusxe bezi hisseler herekeli ekseren herekesiz nesteliq xetti ile yazilib Ilk 16 vereq cedvellidir ve her sehifede 2 misrali 16 setir var Birinci vereq sade bezeyi ile diqqet celb edir Bu sehifede alti setir var Yene nusxenin son iki vereqi cedvellidir Hansi tarixde ve hara kocurulduyu bilinmeyen bu nusxeni kocurenin adi 78b deki qeydde Maqsud ibn Ramazan olaraq yazilib Suretcinin nusxenin sonuna elave etdiyi dusunulen uc beyt var Bundan basqa eserin suretinde nusxeci terefinden yazilmis rubailer de var Bu qosma ve rubailerin Serq turkcesine xas olmasi eserin Anadoluda kocurmediyini gosterir Eyni zamanda bu rubailerden birinde Semerqend adinin cekilmesi de bu fikri tesdiq edir Drezden nusxesi Nusxe Drezdende eb419 nomrede qeydiyyatdadir 75 vereqden ibaretdir ve her sehifede 17 setir var Nadiren 16 18 misrali setirler de goze carpir Sehifeler cedvelsizdir Bu nusxede basliqlar ucun yer ayrilsa da bezi basliqlar yoxdur Nadir herekeli nesteliq xetti ile yazilib Berlin nusxesine nezeren fonetik sehvler daha coxdur Turkiye Milli Kitabxana nusxesi Milli Kitabxananin Elyazmalarinda A 7522 2 qeydiyyatda olan nusxe nomresinden de gorunduyu kimi basqa bir kitabin arxasina elavedir Evvelki kitab Salsalnamedir Nusxe kitabin 174b ile 240b arasinda 66 vereqden ibaretdir ve sonlugu eskikdir Her sehifede iki misradan ibaret 17 setir var Olcusu 205 x 155 mm dir Herekesiz oxunaqli nesteliq yazisi ile yazilan nusxede bezi sozlerin tam bezi sozlerin ise qismen vurgulandigi nezere carpir Eserin Milli Kitabxanadaki nusxesi elm alemine melum deyil Yazi xususiyyetlerine gore nusxenin Anadolu bolgesinde kocurulduyu ehtimal olunur Kazan nusxesi Bu nusxe 1839 1863 cu illerde Kazanda 13 defe cap olunub Orijinal nusxenin harada oldugu bilinmese de onun Kazanda her hansi bir kitabxanada oldugu dusunulur Berlin ve Drezden nusxelerinden ferqli oldugu deyilen bu nusxenin dili daha cox tatar turkcesine cevrilib Buna gore de bu nusxe istifade edilmemisdir Azerbaycandaki nusxeler Eser haqqinda Azerbaycanda bir cox nesrler var Bu nesrleri esaslandigi nusxeler B 3422 nomreli Baki elyazmasi ve B 2737 B 4233 B 3325 nomreli Leninqrad elyazmalaridir Hemcinin baxQul Eli Dastani Ehmed Herami Mehri ve VefaIstinadlarQul Eli Qisseyi Yusif 2022 05 04 at the Wayback Machine Baki Serq Qerb 2005 Qul Eli 2005 seh 4 Babayev 2008 seh 90 Babayev 2008 seh 92 Qul Eli 2005 seh 5 Uygur 2003 seh 13 Uygur 2003 seh 16 Brockelmann 1917 seh 5 Brockelmann 1917 seh 8 Uygur 2003 seh 17 Korpulu 1926 seh 255 Saadet 1972 seh 99 Qul Eli 2005 seh 178 Yaman 2007 seh 184 Ertaylan 1960 seh 1 Durmaz 2013 seh 15 Ertaylan 1960 seh 12 Uygur 2003 seh 14 Uygur 2003 seh 18MenbeQul Eli Qisseyi Yusif PDF Baki Serq Qerb 2005 seh 216 ISBN 9952 418 25 3 Setter Eli qizi Durmaz Cakeri Sinanin Yusif ve Zuleyxa mesnevisinin filoloji tekstoloji tedqiqi Baki Serq Qerb Azerbaycan Milli Elmler Akademiyasi akad Z M Bunyadov adina Serqsunasliq Institutu 2013 Hakan Yaman Ali nin Kissa i Yusuf unda soz varligi uzerine 14 Turkbilig 2007 184 199 Yaqub Babayev XIII XIV esrlerde ana dilli Azerbaycan epik seirinin iniksaf yolu Ana dilli Azerbaycan edebiyyatinin tesekkulu ve epik seirin inkisafi XIII XIV esrler Baki ADPU 2008 seh 128 Mehmet Fuat Koprulu Turk Edebiyyati Tarihi PDF Ankara Otuken 1926 seh 440 Cagatay Saadet Turk Lehceleri Ornekleri I II Ankara TDK 1963 1972 Ismail Hikmet Ertaylan Yusuf ile Zuleyha IUEF 1960 Carl Brockelmann Ali s Qissai Jusuf Berlin ABAW 1917 Sinan Uygur Alinin Kissa i Yusufu Erzurum Ataturk Universitesi Sosyal Bilimler Enstitusu Turk Dili ve Edebiyati Anabilim Dali 2003 Xarici kecidler