Mustafa Yusif oğlu Zərir (XIV əsr, Ərzurum – 1350) — XIV əsr Azərbaycan şairi. O, Azərbaycan dilli ədəbiyyatının ilkin inkişaf dövrünün nümayəndələrindən biridir. Mustafa Zərir Suli Fəqih kimi Anadolu ədəbi məktəbinin nümayəndəsidir. M. Zərir sadəcə şair kimi yox, həm də tərcüməçi olaraq da xidmət göstərmişdir. Fuad Körpülü, İsmayıl Hikmət Ərtaylan, Nihad Sami Banarlı, Tələt Onat və başqa türk alimləri müxtəlif səpkili tədqiqatlarında Mustafa Zərirdən "XIV əsr Azəri yazarı" kimi bəhs etmiş, şairin yaratmış olduğu bədii irsin birbaşa Azərbaycan türkcəsində olduğunu dəfələrlə qeyd etmişdirlər.
Mustafa Zərir | |
---|---|
Mustafa Yusif oğlu Zərir | |
Doğum tarixi | XIV əsr |
Doğum yeri | |
Vəfat tarixi | 1350 |
Fəaliyyəti | yazıçı, şair, tərcüməçi |
Vikianbarda əlaqəli mediafayllar |
Şairin Sirətün-Nəbi adlı əsəri türkdilli ədəbiyyatda ilk mövludnamə, yəni Məhəmməd peyğəmbərin həyatı və fəaliyyəti ilə bağlı iri həcmli epik əsərdir. Əsər "Siyəri-Zərir "və "Siyər kitabı" adları ilə də tanınır.
Həyatı
Mustafa Zəririn həyatı haqqında mənbələrdə kifayət qədər məlumat yoxdur. Zəririn həyatı ilə bağlı bilinən faktlar onun öz əsərlərində verdiyi məlumatlar ilə məhdudlaşır. Şair özünün ərəb dilindən tərcümə etdiyi məşhur "Sirətün-Nəbi" adlı mövludnaməyə yazdığı müqəddimədə həyat və şəxsiyyətinə dair bəzi faktlar vermişdir. Burada müəllif özünü Mustafa ibn Yusif ibn Ömər-üz Zərir-ül Ərzən-ir Rumi, "Fütuhüş-Şam" əsərində isə Zərir-i Hakir Mustafa ibn Yusif ibn Ömər əl-Mövləvi və Şeyx Zərir Əbu Məhəmməd ibn Yusif əl-Ərzənir-Rumi (Ərzən-ir Rumi, yəni Ərzurumlu) — deyə xatırladır. Beləliklə, bəlli olur ki, şairin əsl adı Mustafa, atasının adı Yusif, nisbəsi Ərzurumludur. Fütuhüş-Şam əsərindəki adından bəlli olur ki, şair Mövləvi təriqətinə mənsub imiş. Anadan gəlmə kor olduğu üçün Zərir ləqəbini götürüb. Şeirlərində bəzən Zərir bəzən türkcə qarşılığı olan gözsüz təxəllüslərindən istifadə etmişdir. Şair bunu İbni İshaqdan türkcəyə çevirdiyi "Sirətün-Nəbi" mövludnaməsində bir neçə dəfə xatırladır. Məsələn:
Ümidi budurur bu Gözsüzin kim,
Ümidsiz qomaya ol Gözsüzini
Mustafa Zəririn Ərzurumda doğulub, böyüdüyü ehtimal edilir. Şeirlərini Azərbaycan türkcəsində yazması bunun sübutudur. Belə ki, Fuad Körpülü, İsmayıl Hikmət Ərtaylan, Nihad Sami Banarlı, Tələt Onay və başqa türk alimləri də müxtəlif səpkili tədqiqatlarında Mustafa Zərirdən məhz "XIV əsr Azəri yazarı" kimi bəhs etmiş, şairin yaratmış olduğu bədii irsin birbaşa Azərbaycan türkcəsində olduğunu dəfələrlə qeyd etmişdirlər.
1377-ci ildə Misirə səfər edənədək burada yaşamışdır. Mustafa Zəririn ilkin təhsilini Ərzurumda aldığı düşünür. XIV əsrdə Ərzurum Əhmədiyyə, Sultaniyyə, Yakutiyə və Xatuniyyə kimi böyük və əhəmiyyətli mədrəsələri sayəsində dövrün mühüm elm və mədəniyyət mərkəzi olmuşdur. Onun "Qazı Zərir" adlandırılması səbəbindən Ərzurumda Qazı olması ehtimal edilir. Bundan əlavə, Zəriri Misir Sultanı ilə tanış edən məşhur Hənəfi alimlərindən olan Əkmələddin Məhəmməd əl-Babertidir. Bayburtlu olan Baberti, 710/1310–786/1384-cü illərdə yaşamış, ibtidai təhsilini məmləkəti ətrafında tamamlamışdır. Zərir Misirdə Babertidən təhsil almışdır. Zəririn Baberti ilə əvvəlcədən tanış olduğu və məhz onun dəvəti ilə Misirə səfər etdiyi düşünülür. Çünki Baberti Zərirlə eyni illərdə və eyni bölgədə yaşamışdır. Buna görə də onların ilk təhsil illərini birlikdə keçirdikləri də ehtimal olunur.
Zərir güclü yaddaşı sayəsində İslam elmlərini, ərəb və fars dillərini çox yaxşı öyrənmişdir. Bu, onun yazdığı və tərcümə etdiyi əsərlərin keyfiyyətindən də aydın görünür.
Mustafa Zərir ailə həyatı qurmuş və övladları olmuşdur. Şairin Əbu Məhəmməd ləqəbindən istifadə etməsi onun uşaqlarından birinin adının Məhəmməd olduğunu göstərir. Zərir Sirətün-Nəbi məsnəvisindən Misirdən Anadoluya ailəsi ilə birlikdə qayıtdığını qeyd edir. Lakin şair uşaqları barədə başqa bir məlumat verməyib.
Səyahətləri
Şairin Sirətün-Nəbi adlı mövludnaməyə yazdığı müqəddimədən aydın olur ki, о hicrətin 779-cu ilində (m.1377) Misirə səfər etmişdir. Məqsədi burada hakimiyyət sürən türk məmlükləri sarayına yaxınlaşmaq olmuşdur. Lakin о, Misirə çatmazdan iki il əvvəl, yəni 1377-ci ildə artıq Misir sultanı Məlik Əşrəf Şaban düşmənləri tərəfindən öldürülmüş və yerinə oğlu Məlik Mənsur Əli ibn Şaban ibn Hüseyn keçmişdi. M. Zərir Məlik Mənsur Əlinin sarayına yol tapa bilir, onun məclislərində iştirak edir.Zərir gecələlr sultanın məclisində səhabələrin, padşahların və əmirlərin həyat və döyüşlərini, Şam, Misir və İraqın fəthi ilə bağlı müxtəlif tarixi əhvalatları danışmış və bu vəziyyət beş il davam etmişdir. 1381-ci ildə Məlik Mənsur Zərirdən İbn İshaqın "Kitabi-Sirət-ür-Rəsulullah" əsərini tərcümə etməsini xahiş edir. Əsər tamamlanmadan sultan Məlik Mənsur Əli vəfat edir. Çünki M. Zərir onu müqəddimədə "mərhum" — deyə xatırladır. Şair əsəri "Sirətün-Nəbi" adı ilə ərəbcədən türk dilinə çevirməyə başlayır. Hakimiyyətə yeni gələn sultan Bərkük türk dilini rəsmi dil olaraq qəbul edir və bir çox əsərin türkcəyə çevrilməsini əmr edir. Sultan Zərirdən əsəri tez bir zamanda tamamlamağı xahiş edir. Nəticədə tərcümə işi bir neçə il sonra 1388-ci ildə başa çatır. Misirdə baş verən üsyanlar və münaqişələr nəticəsində Sultan Bərkük taxtdan salınır. Himayəsiz qaldığını başa düşən Mustafa Zərir 1388-ci ildə ailəsi ilə birgə Misirdən İsgəndəriyyəyə oradan dəniz yolu ilə Anadoluya üz tutur. Zərir Qaraman şəhərində məskunlaşır. Bu zaman Qaramanda Qaramanoğulları bəyliyi hökm sürürdü. Şairin nə üçün Qaramana səfər etdiyi məlum olmasa da burada 4 il yaşadığı təsdiq edilmiş faktlardandır. Şairin Mövləvi təriqətinə də məhz Qaramanda yaşayarkən qoşulduğu güman edilir.
1392–1293-cü ildə şair yenidən səfərə çıxır. Bu zaman o ailəsi ilə birlikdə Qaramandan Şama orada Hələb şəhərinə gəlir. Burada Hələb əmiri Çulpanın söhbətlərinə qoşulur. Zərir Hələbdə olarkən Əmir Çulpanın əmri ilə "Fütuhüş-Şam "adlı əsərini türkcəyə tərcümə edir və 1393-cü ildə tamamlayır. Son əsəri "Yüz hədis və yüz hekayə" əsərini də Əmir Çulpana təqdim etdiyi ehtimal olunur. Müəllif səyahətlərinin səbəbinin əsərlərini tanıtmaq olduğunu vurğulayıb.
Vəfatı
Mustafa Zəririn ölüm tarixi haqqında mənbələrdə məlumat yoxdur. Onun öz ifadələrindən məlum olur ki, o, 790/1388-ci ildə Sirətün-Nəbi əsərini tamamladığı zaman kifayət qədər yaşlı idi. Şair Fütuhüş-Şam əsərini 1393-cü ildə başa çatdırıb. Onunla bağlı bizə məlum olan son tarix budur. Zəririn bundan sonra nə qədər yaşadığı, nə vaxt və harada öldüyü müəyyən edilməyib.
Yaradıcılığı
Mustafa Zəririn dili xalq dildir. O, dilinin sadəliyi, xoşluğu və təbiiliyi ilə yanaşı, üslubu ilə də diqqət çəkir. O, nəsrində çox uğurlu üslubdan istifadə etmiş, hər kəs, xüsusilə sultanlar məclisi tərəfindən maraqla dinlənilmiş və oxunmuşdur. Zərir nəsrində xalq ifadəsini, hekayə üslubunu da nəzərdən qaçırmayıb. Nəsrində əcnəbi sözlərdən az istifadə etsə də, şeirlərin də ərəb və fars mənşəli sözlərə çox yerdə rast gəlinir. Şeirlərinin dili nəsrindən ağırdır. Mustafa Zəririn lüğəti olduqca zəngindir. O həm türk, həm də Azərbaycan ədəbiyyatşünaslığında yekdil olaraq Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi qəbul edilir. Baxmayaraq ki, Şərqi Anadoluda yaşadığın-dan onun dilində qərbi oğuz türkcəsinin müəyyən elementləri də özünü büruzə verir. Bir sözlə, Q. Zəririn həm tərcümələri, həm də "Yusif və Züleyxa"sı XIV əsr ədəbi dilimizin əsas xüsusiyyətlərini özündə ehtiva edir.
Əsərləri
Qisseyi-Yusif əsəri — Mövzunu Qurani-Kərimdən götürən və Yusifin həyatından bəhs edən bu əsər yazılma tarixinə görə Mustafa Zəririn ilk əsəridir. Zərir əsərini Misirə getməzdən əvvəl 1366–1367-ci illərdə Ərzurumda yazmışdır. Əsər "Yusif və Züleyxa" adı ilə də tanınır. Bilinən yeganə nüsxə İstanbul Universitetinin Kitabxanasında 311 nömrədə yerləşir. Poema 2120 beytdən ibarətdir. Əsərin yazıldığı tarix sonda dəqiq şəkildə göstərilmişdir:
Bən zəif, bən günahkar fəqir,
Söylədüm bu dasitani-binəzir.
Yedi yüz altmış səkizdə söylədüm,
Buncılayın dastan şərh eylədüm.
Fütuhüş-Şam tərcüməsi — Mustafa Zəririn ikinci böyük həcmli əsəridir. Əsər Əbu Abdullah Məhəmməd ibn Vakidi əl-Mədəninin Fütuhüş-Şam adlı əsərinin tərcüməsidir. Mövzusu — Şam və ətrafının İslam ordusu tərəfindən fəthidir. Fütuhüş-Şam tərcüməsi 3 cildən ibarətdir. Şair hələ Misirdə yaşayarkən yazmağa başlamış, 1393-cü ildə Hələbdə olarkən əsəri tamamlayıb Əmir Çulpana təqdim etmişdir. Əsərin nüsxələri aşağıdakılardır:
- Prezident Milli Kitabxanası (Türkiyə)
- Süleymaniyyə Kitabxanasının Fateh, Ayasofya və Sərəz bölmələrində
- İstanbul Universiteti Kitabxanası
- Topqapı Sarayı Muzey Kitabxanası
- Britaniya Kitabxanası
- "Biblioteq and Nationel " və özəl kolleksiyalarda saxlanılan nüsxələri
Sirətün-Nəbi - VIII əsr ərəb alimi Ibni Ishaqın (? – 767) "Kitabü Sirət-ür Rəsulullah" adlı məşhur mövludnaməsinin tərcüməsidir. Ibn Ishaqın bu mövludnaməsinin orijinalı sonralar itmiş və əsər İraq alimi İbn Hişam (IX əsr) tərəfindən yaddaşa əsaslanaraq yenidən qələmə alınmışdır. M. Zərir əsəri hərfən yox, sərbəst şəkildə şərqi oğuz türkcəsində ana dilimizə çevirmişdir. Yəni mətn cümlə-cümlə deyil, oxunduqdan sonra yadda qalan əsas məğz və mətləb əsasında bərpa edilmişdir. Bu əsər türkdilli ədəbiyyatda ilk mövludnamə, yəni Məhəmməd peyğəmbərin həyatı və fəaliyyəti ilə bağlı iri həcmli epik əsərdir. Əsər "Siyəri-Zərir" və "Siyər kitabı" adları ilə də tanınır. Şair bu əsəri ilə məşhurluq qazanıb. Azərbaycan türkcəsinə çevirərkən ona nəsrlə müqəddimə də yazmışdı. Burada о, belə bir əsəri tərcümə etməsinin səbəbini aydınlaşdırmış və öz avtobioqrafiyası ilə bağlı bəzi əhəmiyyətli məlumatlar vermişdi. Bu müqəddimə həm də bədii və rəsmi yazı tariximizdə Azərbaycan dilində günümüzə gəlib çıxan ilk rəsmi-publisistik nəsr nümunəsidir. Əsərdəki dil, təhkiyə, üslub axarı, bədii ahəng, leksik-qrammatik çalar "Kitabi-Dədə Qorqud"u xatırladır. Fərq burasındadır ki, bu mətnin dili "Dədə Qorqud"a nisbətən bu gün üçün daha çox anlaşıqlı və başa düşüləndir.
"Sirətün-Nəbi"də mənzum parçalar da vardır. Bunlar daha çox tərci-bənd formasındadır.
Əsərin günümüzə çatan nüsxələrindən bəziləri bunlardır:
- Topqapı Sarayı Muzeyi — III Muradın əmri ilə 6 cilddə hazırlanan miniatürlü nüsxənin 1-ci, 2-ci və 6-cı cildləri burada saxlanılır. Əsərin 3-cü , 4-cü və 5-ci cildləri içində 465 minatürlə birlikdə oğurlanıb.
- Nyu-York Xalq Kitabxanası — Oğurlanmış cildlərdən 3-cüsü burada Spensr kolleksiyasında aşkar edilib.
- Dublin Chester Beatty Kitabxanası — yenə oğurlanmış cildlərdən 4-cüsü burada saxlanılır.
- Türk-İslam Əsərləri Muzeyində 4-cü cildin bir nüsxəsi aşkar edilib.
- Dil, Tarix və Coğrafiya Fakültəsi Kitabxanası, Ankara Milli Kitabxanası, Ankara Türk Dil Qurumu Kitabxanası, Bursa Orxan Qazi Kitabxanası, İstanbul Arxeologiya Muzeyi, İstanbul Bələdiyyə Atatürk Kitabxanası, İstanbul İslam Əsərləri Muzeyi Kitabxanası, İstanbul Millət Kitabxanası, İstanbul Nuruosmaniye Kitabxanası, İstanbul Səlimiyə Kitabxanası, İstanbul Səlimağa Kitabxanası, İstanbul Süleymaniyə Kitabxanası, İstanbul Universiteti Kitabxanası, Konya Mövlana Muzeyi Kitabxanası, İstanbul Mertal Tulum Kitabxanası, İsmayıl Hikmət Ərtaylanın şəxsi kitabxanası, Avropanın bir çox kitabxana və özəl kolleksiyalarında saxlanılan nüsxələr
Yüz hədis və yüz hekayə — Şairin son nəsr əsəridir. Zərir bu əsərini Əmir Çulpanın xahişi ilə qələmə almışdır. Əsər Fəzlullah ibn Nəsirül Qavri əl-İmadinin "Töhvətül-Məkkiyə və Əxbərün-Nəbəbiyyə" adlı əsərindən istifadə edərək yazmışdır. İmadinin əsəri 159 hədisdən və bu hədislərlə bağlı hekayələrdən ibarət olsa da, Zərir bu əsəri 100 hədis və 100 hekayə şəklində tərcümə edərək yazır. Əsərin ən yaxşı nüsxəsi Türkiyənin Prezident Milli Kitabxanasında saxlanılır. Süleymaniyyə kitabxanasında da 3 nüsxəsi var. Yaxşılıq, gözəllik, həqiqət kimi dəyərlərdən bəhs edilən hekayələrdə əsasən nağıllarda rast gəlinən bəzi folklor elementləri də var.
İstinadlar
- Record #71505636 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
- Babayev, 2008. səh. 94
- Erkan, 1986. səh. 4
- Xəlilov, Adilov, 2006. səh. 4
- Karahan, 2000. səh. 107
- Karahan, 2000. səh. 108
- Karahan, 2000. səh. 110
- Erkan, 1986. səh. 6
- Xəlilov, Adilov, 2006. səh. 5
- Erkan, 1986. səh. 7
- Babayev, 2008. səh. 95
- Xəlilov, Adilov, 2006. səh. 6
- Babayev, 2008. səh. 96
- Erkan, 1986. səh. 10
- Babayev, 2008. səh. 99
- Xəlilov, Adilov, 2006. səh. 120
- Karahanlı, 2000. səh. 22
- Babayev, 2008. səh. 95-96
- Erkan, 1986. səh. 22-55
- Yıldırım, Yıldız, 2001. səh. 15
Xarici keçidlər
- Y. M. Babayev, XIII-XIV əsrlər Ana dilli ədəbiyyatımızın nümayəndələrindən M. Zərir və S. Fəqih, Bakı Universitetinin xəbərləri, 2008, No. 4.
Mənbə
- Yaqub Babayev. ANA DİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ VƏ EPİK ŞEİRİN İNKİŞAFI (XIII-XIV ƏSRLƏR). Bakı: ADPU. 2008. səh. 128.
- Şaməddin Xəlilov, Məmməd Adilov. Mustafa Zərir. Yusif və Züleyxa (PDF). Bakı: Şərq-Qərb. 2006. səh. 128. ISBN .
- Leyla Karahan. Erzurumlu Darîr’in Hayatı, Eserleri ve Türk Dili Tarihindeki Yeri. Erzurum: Erzurum Kalkınma Vakfı Yay. Hukuk Adamı ve Şair Kadı Darîr Panel. 2000.
- Mustafa Erkan. Siretün-Nebi (Tercümetüz-Zarir) İnceleme-Metin. Ankara. Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü. 1986.
- Selahattin Yıldırım, Necdet Yılmaz. Darîr Mustafa Efendi, Yüz Hadis Yüz Hikaye. İstanbul: Dâru’l-Hadis. 2001.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mustafa Yusif oglu Zerir XIV esr Erzurum 1350 XIV esr Azerbaycan sairi O Azerbaycan dilli edebiyyatinin ilkin inkisaf dovrunun numayendelerinden biridir Mustafa Zerir Suli Feqih kimi Anadolu edebi mektebinin numayendesidir M Zerir sadece sair kimi yox hem de tercumeci olaraq da xidmet gostermisdir Fuad Korpulu Ismayil Hikmet Ertaylan Nihad Sami Banarli Telet Onat ve basqa turk alimleri muxtelif sepkili tedqiqatlarinda Mustafa Zerirden XIV esr Azeri yazari kimi behs etmis sairin yaratmis oldugu bedii irsin birbasa Azerbaycan turkcesinde oldugunu defelerle qeyd etmisdirler Mustafa ZerirMustafa Yusif oglu ZerirDogum tarixi XIV esrDogum yeri ErzurumVefat tarixi 1350Fealiyyeti yazici sair tercumeci Vikianbarda elaqeli mediafayllar Sairin Siretun Nebi adli eseri turkdilli edebiyyatda ilk movludname yeni Mehemmed peygemberin heyati ve fealiyyeti ile bagli iri hecmli epik eserdir Eser Siyeri Zerir ve Siyer kitabi adlari ile de taninir HeyatiMustafa Zeririn heyati haqqinda menbelerde kifayet qeder melumat yoxdur Zeririn heyati ile bagli bilinen faktlar onun oz eserlerinde verdiyi melumatlar ile mehdudlasir Sair ozunun ereb dilinden tercume etdiyi meshur Siretun Nebi adli movludnameye yazdigi muqeddimede heyat ve sexsiyyetine dair bezi faktlar vermisdir Burada muellif ozunu Mustafa ibn Yusif ibn Omer uz Zerir ul Erzen ir Rumi Futuhus Sam eserinde ise Zerir i Hakir Mustafa ibn Yusif ibn Omer el Movlevi ve Seyx Zerir Ebu Mehemmed ibn Yusif el Erzenir Rumi Erzen ir Rumi yeni Erzurumlu deye xatirladir Belelikle belli olur ki sairin esl adi Mustafa atasinin adi Yusif nisbesi Erzurumludur Futuhus Sam eserindeki adindan belli olur ki sair Movlevi teriqetine mensub imis Anadan gelme kor oldugu ucun Zerir leqebini goturub Seirlerinde bezen Zerir bezen turkce qarsiligi olan gozsuz texelluslerinden istifade etmisdir Sair bunu Ibni Ishaqdan turkceye cevirdiyi Siretun Nebi movludnamesinde bir nece defe xatirladir Meselen Umidi budurur bu Gozsuzin kim Umidsiz qomaya ol Gozsuzini Mustafa Zeririn Erzurumda dogulub boyuduyu ehtimal edilir Seirlerini Azerbaycan turkcesinde yazmasi bunun subutudur Bele ki Fuad Korpulu Ismayil Hikmet Ertaylan Nihad Sami Banarli Telet Onay ve basqa turk alimleri de muxtelif sepkili tedqiqatlarinda Mustafa Zerirden mehz XIV esr Azeri yazari kimi behs etmis sairin yaratmis oldugu bedii irsin birbasa Azerbaycan turkcesinde oldugunu defelerle qeyd etmisdirler 1377 ci ilde Misire sefer edenedek burada yasamisdir Mustafa Zeririn ilkin tehsilini Erzurumda aldigi dusunur XIV esrde Erzurum Ehmediyye Sultaniyye Yakutiye ve Xatuniyye kimi boyuk ve ehemiyyetli medreseleri sayesinde dovrun muhum elm ve medeniyyet merkezi olmusdur Onun Qazi Zerir adlandirilmasi sebebinden Erzurumda Qazi olmasi ehtimal edilir Bundan elave Zeriri Misir Sultani ile tanis eden meshur Henefi alimlerinden olan Ekmeleddin Mehemmed el Babertidir Bayburtlu olan Baberti 710 1310 786 1384 cu illerde yasamis ibtidai tehsilini memleketi etrafinda tamamlamisdir Zerir Misirde Babertiden tehsil almisdir Zeririn Baberti ile evvelceden tanis oldugu ve mehz onun deveti ile Misire sefer etdiyi dusunulur Cunki Baberti Zerirle eyni illerde ve eyni bolgede yasamisdir Buna gore de onlarin ilk tehsil illerini birlikde kecirdikleri de ehtimal olunur Zerir guclu yaddasi sayesinde Islam elmlerini ereb ve fars dillerini cox yaxsi oyrenmisdir Bu onun yazdigi ve tercume etdiyi eserlerin keyfiyyetinden de aydin gorunur Mustafa Zerir aile heyati qurmus ve ovladlari olmusdur Sairin Ebu Mehemmed leqebinden istifade etmesi onun usaqlarindan birinin adinin Mehemmed oldugunu gosterir Zerir Siretun Nebi mesnevisinden Misirden Anadoluya ailesi ile birlikde qayitdigini qeyd edir Lakin sair usaqlari barede basqa bir melumat vermeyib Seyahetleri Sairin Siretun Nebi adli movludnameye yazdigi muqeddimeden aydin olur ki o hicretin 779 cu ilinde m 1377 Misire sefer etmisdir Meqsedi burada hakimiyyet suren turk memlukleri sarayina yaxinlasmaq olmusdur Lakin o Misire catmazdan iki il evvel yeni 1377 ci ilde artiq Misir sultani Melik Esref Saban dusmenleri terefinden oldurulmus ve yerine oglu Melik Mensur Eli ibn Saban ibn Huseyn kecmisdi M Zerir Melik Mensur Elinin sarayina yol tapa bilir onun meclislerinde istirak edir Zerir gecelelr sultanin meclisinde sehabelerin padsahlarin ve emirlerin heyat ve doyuslerini Sam Misir ve Iraqin fethi ile bagli muxtelif tarixi ehvalatlari danismis ve bu veziyyet bes il davam etmisdir 1381 ci ilde Melik Mensur Zerirden Ibn Ishaqin Kitabi Siret ur Resulullah eserini tercume etmesini xahis edir Eser tamamlanmadan sultan Melik Mensur Eli vefat edir Cunki M Zerir onu muqeddimede merhum deye xatirladir Sair eseri Siretun Nebi adi ile erebceden turk diline cevirmeye baslayir Hakimiyyete yeni gelen sultan Berkuk turk dilini resmi dil olaraq qebul edir ve bir cox eserin turkceye cevrilmesini emr edir Sultan Zerirden eseri tez bir zamanda tamamlamagi xahis edir Neticede tercume isi bir nece il sonra 1388 ci ilde basa catir Misirde bas veren usyanlar ve munaqiseler neticesinde Sultan Berkuk taxtdan salinir Himayesiz qaldigini basa dusen Mustafa Zerir 1388 ci ilde ailesi ile birge Misirden Isgenderiyyeye oradan deniz yolu ile Anadoluya uz tutur Zerir Qaraman seherinde meskunlasir Bu zaman Qaramanda Qaramanogullari beyliyi hokm sururdu Sairin ne ucun Qaramana sefer etdiyi melum olmasa da burada 4 il yasadigi tesdiq edilmis faktlardandir Sairin Movlevi teriqetine de mehz Qaramanda yasayarken qosuldugu guman edilir 1392 1293 cu ilde sair yeniden sefere cixir Bu zaman o ailesi ile birlikde Qaramandan Sama orada Heleb seherine gelir Burada Heleb emiri Culpanin sohbetlerine qosulur Zerir Helebde olarken Emir Culpanin emri ile Futuhus Sam adli eserini turkceye tercume edir ve 1393 cu ilde tamamlayir Son eseri Yuz hedis ve yuz hekaye eserini de Emir Culpana teqdim etdiyi ehtimal olunur Muellif seyahetlerinin sebebinin eserlerini tanitmaq oldugunu vurgulayib Vefati Mustafa Zeririn olum tarixi haqqinda menbelerde melumat yoxdur Onun oz ifadelerinden melum olur ki o 790 1388 ci ilde Siretun Nebi eserini tamamladigi zaman kifayet qeder yasli idi Sair Futuhus Sam eserini 1393 cu ilde basa catdirib Onunla bagli bize melum olan son tarix budur Zeririn bundan sonra ne qeder yasadigi ne vaxt ve harada olduyu mueyyen edilmeyib YaradiciligiMustafa Zeririn dili xalq dildir O dilinin sadeliyi xoslugu ve tebiiliyi ile yanasi uslubu ile de diqqet cekir O nesrinde cox ugurlu uslubdan istifade etmis her kes xususile sultanlar meclisi terefinden maraqla dinlenilmis ve oxunmusdur Zerir nesrinde xalq ifadesini hekaye uslubunu da nezerden qacirmayib Nesrinde ecnebi sozlerden az istifade etse de seirlerin de ereb ve fars menseli sozlere cox yerde rast gelinir Seirlerinin dili nesrinden agirdir Mustafa Zeririn lugeti olduqca zengindir O hem turk hem de Azerbaycan edebiyyatsunasliginda yekdil olaraq Azerbaycan edebiyyatinin numayendesi kimi qebul edilir Baxmayaraq ki Serqi Anadoluda yasadigin dan onun dilinde qerbi oguz turkcesinin mueyyen elementleri de ozunu buruze verir Bir sozle Q Zeririn hem tercumeleri hem de Yusif ve Zuleyxa si XIV esr edebi dilimizin esas xususiyyetlerini ozunde ehtiva edir Eserleri Qisseyi Yusif eseri Movzunu Qurani Kerimden goturen ve Yusifin heyatindan behs eden bu eser yazilma tarixine gore Mustafa Zeririn ilk eseridir Zerir eserini Misire getmezden evvel 1366 1367 ci illerde Erzurumda yazmisdir Eser Yusif ve Zuleyxa adi ile de taninir Bilinen yegane nusxe Istanbul Universitetinin Kitabxanasinda 311 nomrede yerlesir Poema 2120 beytden ibaretdir Eserin yazildigi tarix sonda deqiq sekilde gosterilmisdir Ben zeif ben gunahkar feqir Soyledum bu dasitani binezir Yedi yuz altmis sekizde soyledum Buncilayin dastan serh eyledum Futuhus Sam tercumesi Mustafa Zeririn ikinci boyuk hecmli eseridir Eser Ebu Abdullah Mehemmed ibn Vakidi el Medeninin Futuhus Sam adli eserinin tercumesidir Movzusu Sam ve etrafinin Islam ordusu terefinden fethidir Futuhus Sam tercumesi 3 cilden ibaretdir Sair hele Misirde yasayarken yazmaga baslamis 1393 cu ilde Helebde olarken eseri tamamlayib Emir Culpana teqdim etmisdir Eserin nusxeleri asagidakilardir Prezident Milli Kitabxanasi Turkiye Suleymaniyye Kitabxanasinin Fateh Ayasofya ve Serez bolmelerinde Istanbul Universiteti Kitabxanasi Topqapi Sarayi Muzey Kitabxanasi Britaniya Kitabxanasi Biblioteq and Nationel ve ozel kolleksiyalarda saxlanilan nusxeleri Siretun Nebi VIII esr ereb alimi Ibni Ishaqin 767 Kitabu Siret ur Resulullah adli meshur movludnamesinin tercumesidir Ibn Ishaqin bu movludnamesinin orijinali sonralar itmis ve eser Iraq alimi Ibn Hisam IX esr terefinden yaddasa esaslanaraq yeniden qeleme alinmisdir M Zerir eseri herfen yox serbest sekilde serqi oguz turkcesinde ana dilimize cevirmisdir Yeni metn cumle cumle deyil oxunduqdan sonra yadda qalan esas megz ve metleb esasinda berpa edilmisdir Bu eser turkdilli edebiyyatda ilk movludname yeni Mehemmed peygemberin heyati ve fealiyyeti ile bagli iri hecmli epik eserdir Eser Siyeri Zerir ve Siyer kitabi adlari ile de taninir Sair bu eseri ile meshurluq qazanib Azerbaycan turkcesine cevirerken ona nesrle muqeddime de yazmisdi Burada o bele bir eseri tercume etmesinin sebebini aydinlasdirmis ve oz avtobioqrafiyasi ile bagli bezi ehemiyyetli melumatlar vermisdi Bu muqeddime hem de bedii ve resmi yazi tariximizde Azerbaycan dilinde gunumuze gelib cixan ilk resmi publisistik nesr numunesidir Eserdeki dil tehkiye uslub axari bedii aheng leksik qrammatik calar Kitabi Dede Qorqud u xatirladir Ferq burasindadir ki bu metnin dili Dede Qorqud a nisbeten bu gun ucun daha cox anlasiqli ve basa dusulendir Siretun Nebi de menzum parcalar da vardir Bunlar daha cox terci bend formasindadir Eserin gunumuze catan nusxelerinden bezileri bunlardir Topqapi Sarayi Muzeyi III Muradin emri ile 6 cildde hazirlanan miniaturlu nusxenin 1 ci 2 ci ve 6 ci cildleri burada saxlanilir Eserin 3 cu 4 cu ve 5 ci cildleri icinde 465 minaturle birlikde ogurlanib Nyu York Xalq Kitabxanasi Ogurlanmis cildlerden 3 cusu burada Spensr kolleksiyasinda askar edilib Dublin Chester Beatty Kitabxanasi yene ogurlanmis cildlerden 4 cusu burada saxlanilir Turk Islam Eserleri Muzeyinde 4 cu cildin bir nusxesi askar edilib Dil Tarix ve Cografiya Fakultesi Kitabxanasi Ankara Milli Kitabxanasi Ankara Turk Dil Qurumu Kitabxanasi Bursa Orxan Qazi Kitabxanasi Istanbul Arxeologiya Muzeyi Istanbul Belediyye Ataturk Kitabxanasi Istanbul Islam Eserleri Muzeyi Kitabxanasi Istanbul Millet Kitabxanasi Istanbul Nuruosmaniye Kitabxanasi Istanbul Selimiye Kitabxanasi Istanbul Selimaga Kitabxanasi Istanbul Suleymaniye Kitabxanasi Istanbul Universiteti Kitabxanasi Konya Movlana Muzeyi Kitabxanasi Istanbul Mertal Tulum Kitabxanasi Ismayil Hikmet Ertaylanin sexsi kitabxanasi Avropanin bir cox kitabxana ve ozel kolleksiyalarinda saxlanilan nusxeler Yuz hedis ve yuz hekaye Sairin son nesr eseridir Zerir bu eserini Emir Culpanin xahisi ile qeleme almisdir Eser Fezlullah ibn Nesirul Qavri el Imadinin Tohvetul Mekkiye ve Exberun Nebebiyye adli eserinden istifade ederek yazmisdir Imadinin eseri 159 hedisden ve bu hedislerle bagli hekayelerden ibaret olsa da Zerir bu eseri 100 hedis ve 100 hekaye seklinde tercume ederek yazir Eserin en yaxsi nusxesi Turkiyenin Prezident Milli Kitabxanasinda saxlanilir Suleymaniyye kitabxanasinda da 3 nusxesi var Yaxsiliq gozellik heqiqet kimi deyerlerden behs edilen hekayelerde esasen nagillarda rast gelinen bezi folklor elementleri de var IstinadlarRecord 71505636 VIAF cd Dublin Ohio OCLC 2003 Babayev 2008 seh 94 Erkan 1986 seh 4 Xelilov Adilov 2006 seh 4 Karahan 2000 seh 107 Karahan 2000 seh 108 Karahan 2000 seh 110 Erkan 1986 seh 6 Xelilov Adilov 2006 seh 5 Erkan 1986 seh 7 Babayev 2008 seh 95 Xelilov Adilov 2006 seh 6 Babayev 2008 seh 96 Erkan 1986 seh 10 Babayev 2008 seh 99 Xelilov Adilov 2006 seh 120 Karahanli 2000 seh 22 Babayev 2008 seh 95 96 Erkan 1986 seh 22 55 Yildirim Yildiz 2001 seh 15Xarici kecidlerY M Babayev XIII XIV esrler Ana dilli edebiyyatimizin numayendelerinden M Zerir ve S Feqih Baki Universitetinin xeberleri 2008 No 4 MenbeYaqub Babayev ANA DILLI AZERBAYCAN EDEBIYYATININ TESEKKULU VE EPIK SEIRIN INKISAFI XIII XIV ESRLER Baki ADPU 2008 seh 128 Sameddin Xelilov Memmed Adilov Mustafa Zerir Yusif ve Zuleyxa PDF Baki Serq Qerb 2006 seh 128 ISBN 9952 34 016 8 Leyla Karahan Erzurumlu Darir in Hayati Eserleri ve Turk Dili Tarihindeki Yeri Erzurum Erzurum Kalkinma Vakfi Yay Hukuk Adami ve Sair Kadi Darir Panel 2000 Mustafa Erkan Siretun Nebi Tercumetuz Zarir Inceleme Metin Ankara Ankara Universitesi Sosyal Bilimler Enstitusu 1986 Selahattin Yildirim Necdet Yilmaz Darir Mustafa Efendi Yuz Hadis Yuz Hikaye Istanbul Daru l Hadis 2001