Yaqub Məhərrəm oğlu Babayev (tam adı: Babayev Yaqub Məhərrəm oğlu) — Azərbaycan ədəbiyyatşünası, pedaqoq, filologiya elmləri doktoru, professor (2017),Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Yaqub Babayev | |
---|---|
Yaqub Məhərrəm oğlu Babayev | |
Təxəllüsü | Yaqub Babayev |
Doğum tarixi | |
Doğum yeri | Dəyəqarabulaq, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Gəncə Dövlət Pedaqoji Universiteti |
Fəaliyyəti | ədəbiyyatşünas, pedaqoq, publisist |
Fəaliyyət illəri | 1978-ci ildən |
Əsərlərinin dili | Azərbaycanca |
İstiqamət | ədəbiyyat tarixi |
Janrlar | monoqrafiya, problematik məqalə, publisistika |
Həyatı
Yaqub Məhərrəm oğlu Babayev 12 oktyabr 1958-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində müəllim ailəsində anadan olmuşdur. Dəyəqarabulaq kənd səkkizillik məktəbini bitirmiş (1965-1973), Rüstəm Əliyev (indiki Miskinli) kənd orta məktəbində orta təhsilini tamamlamışdır (1973-1975).
1976-1980-ci illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universiteti) Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İsmayıllı rayonunun Qalacıq və Qələyə kənd məktəbində (1980-1985) ixtisası üzrə müəllim işləmişdir. 1981-1983-cü illərdə ordu sıralarında xidmət etmişdir. V.İ. lenin adına ADPİ-nin (indiki ADPU-nun) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani aspiranturasını bitirmişdir (1985-1988). “Azərbaycan uşaq nəsrinin inkişafı tarixindən (1905-1920)” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır (1989).
Yaqub Babayevin əmək fəaliyyəti 1990-cı ildən etibarən ADPU ilə bağlıdır. O, həmin universitetin “Folklorşünaslıq” laboratoriyasında kiçik elmi işçi (1990-1992) və baş elmi işçi (1992-1994) vəzifələrində çalışmış, Azərbaycan ədəbiyyatı tarxı kafedrasında müəllim (1994-1998) işləmişdir. Daha sonra həmin kafedrada dosent (1998-2003) vəzifəsini tutmuş, 2003-cü ildən universitetdə Folklor və qədim ədəbiyyat kafedrasında dosent vəzifəsini tutmuşdur (2003-2011). İki kafedra birləşdiyi üçün yenidən Azərbaycan ədəbiyyatı tarixı kafedrasında (2011-2015) calışmışdır. 2015-ci ildən Ədəbiyyat və onun tədrisi metodikası (indiki ədəbiyyatın tədrisi texnologiyası) kafedrasında işləyir.
Yaqub Babayev 2012-ci ildə “Anadilli Azərbaycan şeirinin poetikası (XIII-XIV əsrlər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 2019-ci ildə şəkildə professor elmi adını almışdır.
Uzun illərdir ki, Mədəniyyət TV-də efirə çıxan “Məclisi-üns” verlişində mütəxəssis kimi çıxış edir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ədəbiyyatşünaslıq sahəsindəki səmərəli fəaliyyətinə görə 2015-2016-cı illərdə AYB xətti ilə Prezident təqaüdünə layiq görülmüşdür.
Yaradıcılığı
Yaqub Babayevin elmi araşdırmaları əsasən Azərbaycan ədəbiyyatı tarixi, qismən isə uşaq ədəbiyyatı və folklorla bağlıdır. Onun uşaq ədəbiyyatı ilə əlaqəli tədqiqatları, əsasən, XIX əsrin II yarısı və XX əsrin əvvəllərini əhatə edir. Həmmüəllifi olduğu (M.Məmmədov və T.Cavadovla birlikdə) “Pedaqoji mühit və uşaq ədəbiyyatı” (1992) adlı dərs vəsaiti də həmin dövrün uşaq ədəbiyyatının araşdırılmasına həsr edilmişdir. Eyni həmmüəlliflərlə birlikdə tərtib etdiyi “Azərbaycan klassik uşaq ədəbiyyatı antologiyası” (1998) da eyni dövrün mətbu uşaq ədəbiyyatı nümunələrini əhatə edir.
Yaqub Babayev Azərbaycan folkloru ilə bağlı aşağıdakı toplama və tərtib kitab-larını ərsəyə gətirmişdir: “İki ustad: Miskin Vəli, Növrəs İman” (1996), “Üç el şairi” (1999), “Miskin Vəli: Şeirlər, dastanlar” (2016).
Yaqub Babayev daha çox orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi ilə məşğul olmuşdur. Bu həm də onunla əlaqədardır ki, o, uzun illər (1994-cü ildən) ali məktəbdə “XIII-XVIII əsrlər (Orta əsrlər) Azərbaycan ədəbiyyatı” fənnini tədris etmiş, həmin fənnin dərsliyini də yazmışdır (“Azərbaycan ədəbiyyatı tarixi: XIII-XVIII əsrlər (2014, 2018). Onun “Anadilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı: XIII-XIV əsrlər” (2008), “XIII-XIV əsrlər anadilli lirik şeirimizin inkişaf yolu” (2009) adlı monoqrafiyaları da klassik Azəraycan ədəbiyyatının araşdırılması ilə bağlıdır. Alim uzun illər ərzində islam şərqində və Azərbaycan ədəbiyyatında təriqət ədəbiyyatının öyrənilməsi istiqamətində də səmərəli işlər görmüşdür. Müəllifin “Təriqət ədəbiyyatı: sufizm, hürufizm” (2007) adlı dərs vəsaiti, nüfuzlu mətbuat orqanlarında dərc olunan bir sıra məqalələri də bu istiqamətdə apardığı araşdırmaların nəticəsində meydana gəlmişdir.
Bütövlükdə Yaqub Babayev bir dərslik, iki dərs vəsaiti, iki monoqrafiya, dörd toplama və tərtib kitabı, yüzdən cox elmi, qırxdan artıq yaxın publisistik məqalənin müəllifidir. Onun Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Ukrayna və başqa ölkələrdə Azərbaycan ədəbiyyatının müxtəlif problemlrinə və şəxsiyyətlərinə həsr olunmuş xeyli elmi məqaləsi dərc olunmuşdur.
Mükafatları
- 2014. ADPU-da ilin müəllimi seçilmişdir.
- 2017. Türksoyun M.P.Vaqif medalını almışdır.
- 2018. “Qızıl kəlmə” mükafatı
- 2021. "Əməkdar müəllim" fəxri adı almışdır.
Kitablar
Monoqrafiya, dərslik və dərs vəsaitləri
- Pedaqoji mühit və uşaq ədəbiyyatı (dərs vəsaiti). Bakı: «Maarif» nəşriyyatı, 1992. (M.Məmmədov və T.Cavadovla birlikdə)
- Miskin Vəli, Növrəs İman. İki ustad (toplama və tərtib). Bakı: Azərnəşr, 1996
- Azərbaycan klassik uşaq ədəbiyyatı antologiyası (tərtib). Bakı: «Елм» nəşriyyatı, 1998 (M.Məmmədov, T.Cavadovla birlikdə)
- Üç el şairi (toplama və tərtib). Bakı: «Dipolmat» nəşriyyatı, 1999.
- Təriqət ədəbiyyatı: sufizm, hürufizm (dərs vəsaiti). Bakı: «Nurlan» nəşriyyatı, 2007; 2011
- Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (ХIII-ХIV əsrlər). (monoqrafiya). Bakı: ADPU, 2008
- ХIII-ХIV əsrlər anadilli lirik şeirimizin inkişaf yolu. (monoqrafiya). Bakı: «Elm və təhsil» nəşriyyatı, 2009
- Miskin Vəli. Şeirlər, dastanlar (toplama və tərtib). Bakı: «Elm və təhsil» nəşriyyatı, 2016
- Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər) – (dərslik), Bakı: «Elm və təhsil nəşriyyatı», 2014; 2018
Proqramlar
- Orta əsrlər Azərbaycan ədəbiyyatı (magistr hazırlığı üçün proqram). Bakı: ADPU, 2005
- Füzulinin poetikası (magistr hazırlığı üçün програм). Bakı: ADPU, 2015
- ХIII-ХVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi (proqram). Bakalavr hazırlığı üçün Bakı: ADPU, 2018
İstinadlar
- . 2021-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
- "Universitetimizin professoru Yaqub Babayev Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatına layiq görülüb". 2021-04-23 tarixində . İstifadə tarixi: 2021-04-23.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yaqub Meherrem oglu Babayev tam adi Babayev Yaqub Meherrem oglu Azerbaycan edebiyyatsunasi pedaqoq filologiya elmleri doktoru professor 2017 Azerbaycan Yazicilar Birliyinin uzvu Yaqub BabayevYaqub Meherrem oglu BabayevTexellusu Yaqub BabayevDogum tarixi 12 oktyabr 1958 65 yas Dogum yeri Deyeqarabulaq Gedebey rayonu Azerbaycan SSR SSRIVetendasligi SSRI AzerbaycanMilliyyeti azerbaycanliTehsili Gence Dovlet Pedaqoji UniversitetiFealiyyeti edebiyyatsunas pedaqoq publisistFealiyyet illeri 1978 ci ildenEserlerinin dili AzerbaycancaIstiqamet edebiyyat tarixiJanrlar monoqrafiya problematik meqale publisistikaHeyatiYaqub Meherrem oglu Babayev 12 oktyabr 1958 ci ilde Gedebey rayonunun Deyeqarabulaq kendinde muellim ailesinde anadan olmusdur Deyeqarabulaq kend sekkizillik mektebini bitirmis 1965 1973 Rustem Eliyev indiki Miskinli kend orta mektebinde orta tehsilini tamamlamisdir 1973 1975 1976 1980 ci illerde Hesen bey Zerdabi adina Kirovabad Dovlet Pedaqoji Institutunun indiki Gence Dovlet Pedaqoji Universiteti Azerbaycan dili ve edebiyyati fakultesini ferqlenme diplomu ile bitirmisdir Ali mektebi bitirdikden sonra teyinatla gonderildiyi Ismayilli rayonunun Qalaciq ve Qeleye kend mektebinde 1980 1985 ixtisasi uzre muellim islemisdir 1981 1983 cu illerde ordu siralarinda xidmet etmisdir V I lenin adina ADPI nin indiki ADPU nun Azerbaycan edebiyyati tarixi kafedrasinin eyani aspiranturasini bitirmisdir 1985 1988 Azerbaycan usaq nesrinin inkisafi tarixinden 1905 1920 movzusunda dissertasiya mudafie ederek filologiya elmleri namizedi elmi derecesi almisdir 1989 Yaqub Babayevin emek fealiyyeti 1990 ci ilden etibaren ADPU ile baglidir O hemin universitetin Folklorsunasliq laboratoriyasinda kicik elmi isci 1990 1992 ve bas elmi isci 1992 1994 vezifelerinde calismis Azerbaycan edebiyyati tarxi kafedrasinda muellim 1994 1998 islemisdir Daha sonra hemin kafedrada dosent 1998 2003 vezifesini tutmus 2003 cu ilden universitetde Folklor ve qedim edebiyyat kafedrasinda dosent vezifesini tutmusdur 2003 2011 Iki kafedra birlesdiyi ucun yeniden Azerbaycan edebiyyati tarixi kafedrasinda 2011 2015 calismisdir 2015 ci ilden Edebiyyat ve onun tedrisi metodikasi indiki edebiyyatin tedrisi texnologiyasi kafedrasinda isleyir Yaqub Babayev 2012 ci ilde Anadilli Azerbaycan seirinin poetikasi XIII XIV esrler movzusunda doktorluq dissertasiyasi mudafie ederek filologiya elmleri doktoru elmi derecesi almisdir 2019 ci ilde sekilde professor elmi adini almisdir Uzun illerdir ki Medeniyyet TV de efire cixan Meclisi uns verlisinde mutexessis kimi cixis edir Azerbaycan Yazicilar Birliyinin uzvudur Edebiyyatsunasliq sahesindeki semereli fealiyyetine gore 2015 2016 ci illerde AYB xetti ile Prezident teqaudune layiq gorulmusdur YaradiciligiYaqub Babayevin elmi arasdirmalari esasen Azerbaycan edebiyyati tarixi qismen ise usaq edebiyyati ve folklorla baglidir Onun usaq edebiyyati ile elaqeli tedqiqatlari esasen XIX esrin II yarisi ve XX esrin evvellerini ehate edir Hemmuellifi oldugu M Memmedov ve T Cavadovla birlikde Pedaqoji muhit ve usaq edebiyyati 1992 adli ders vesaiti de hemin dovrun usaq edebiyyatinin arasdirilmasina hesr edilmisdir Eyni hemmuelliflerle birlikde tertib etdiyi Azerbaycan klassik usaq edebiyyati antologiyasi 1998 da eyni dovrun metbu usaq edebiyyati numunelerini ehate edir Yaqub Babayev Azerbaycan folkloru ile bagli asagidaki toplama ve tertib kitab larini erseye getirmisdir Iki ustad Miskin Veli Novres Iman 1996 Uc el sairi 1999 Miskin Veli Seirler dastanlar 2016 Yaqub Babayev daha cox orta esrler Azerbaycan edebiyyatinin tedqiqi ile mesgul olmusdur Bu hem de onunla elaqedardir ki o uzun iller 1994 cu ilden ali mektebde XIII XVIII esrler Orta esrler Azerbaycan edebiyyati fennini tedris etmis hemin fennin dersliyini de yazmisdir Azerbaycan edebiyyati tarixi XIII XVIII esrler 2014 2018 Onun Anadilli Azerbaycan edebiyyatinin tesekkulu ve epik seirin inkisafi XIII XIV esrler 2008 XIII XIV esrler anadilli lirik seirimizin inkisaf yolu 2009 adli monoqrafiyalari da klassik Azeraycan edebiyyatinin arasdirilmasi ile baglidir Alim uzun iller erzinde islam serqinde ve Azerbaycan edebiyyatinda teriqet edebiyyatinin oyrenilmesi istiqametinde de semereli isler gormusdur Muellifin Teriqet edebiyyati sufizm hurufizm 2007 adli ders vesaiti nufuzlu metbuat orqanlarinda derc olunan bir sira meqaleleri de bu istiqametde apardigi arasdirmalarin neticesinde meydana gelmisdir Butovlukde Yaqub Babayev bir derslik iki ders vesaiti iki monoqrafiya dord toplama ve tertib kitabi yuzden cox elmi qirxdan artiq yaxin publisistik meqalenin muellifidir Onun Rusiya Iran Turkiye Qazaxistan Turkmenistan Ukrayna ve basqa olkelerde Azerbaycan edebiyyatinin muxtelif problemlrine ve sexsiyyetlerine hesr olunmus xeyli elmi meqalesi derc olunmusdur Mukafatlari2014 ADPU da ilin muellimi secilmisdir 2017 Turksoyun M P Vaqif medalini almisdir 2018 Qizil kelme mukafati 2021 Emekdar muellim fexri adi almisdir KitablarMonoqrafiya derslik ve ders vesaitleri Pedaqoji muhit ve usaq edebiyyati ders vesaiti Baki Maarif nesriyyati 1992 M Memmedov ve T Cavadovla birlikde Miskin Veli Novres Iman Iki ustad toplama ve tertib Baki Azernesr 1996 Azerbaycan klassik usaq edebiyyati antologiyasi tertib Baki Elm nesriyyati 1998 M Memmedov T Cavadovla birlikde Uc el sairi toplama ve tertib Baki Dipolmat nesriyyati 1999 Teriqet edebiyyati sufizm hurufizm ders vesaiti Baki Nurlan nesriyyati 2007 2011 Ana dilli Azerbaycan edebiyyatinin tesekkulu ve epik seirin inkisafi HIII HIV esrler monoqrafiya Baki ADPU 2008 HIII HIV esrler anadilli lirik seirimizin inkisaf yolu monoqrafiya Baki Elm ve tehsil nesriyyati 2009 Miskin Veli Seirler dastanlar toplama ve tertib Baki Elm ve tehsil nesriyyati 2016 Azerbaycan edebiyyati tarixi XIII XVIII esrler derslik Baki Elm ve tehsil nesriyyati 2014 2018Proqramlar Orta esrler Azerbaycan edebiyyati magistr hazirligi ucun proqram Baki ADPU 2005 Fuzulinin poetikasi magistr hazirligi ucun program Baki ADPU 2015 HIII HVIII esrler Azerbaycan edebiyyati tarixi proqram Bakalavr hazirligi ucun Baki ADPU 2018Istinadlar 2021 04 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 04 23 Universitetimizin professoru Yaqub Babayev Medeniyyet Nazirliyinin Qizil kelme mukafatina layiq gorulub 2021 04 23 tarixinde Istifade tarixi 2021 04 23