Qəmər Ağaoğlu (ing. Kamer Aga-Oglu; 15 oktyabr 1903, Şuşa – avqust 1984, Miçiqan) — Qarabağ xanları nəslindən olan, ABŞ-də fəaliyyət göstərmiş incəsənət professoru. Miçiqan Universitetində işləmişdir.
Qəmər Ağaoğlu | |
---|---|
Qəmər Ağaoğlu və ya Qəmər Talıbxanbəyova | |
Doğum tarixi | 15 oktyabr 1903 |
Doğum yeri | |
Vəfat tarixi | avqust 1984 (80 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Məhəmməd Ağaoğlu |
Atası | Talıbxan bəy Talıbxanov |
Elm sahəsi | İncəsənət tarixi |
İş yeri |
Həyatı
Qəmər Ağaoğlu 1903-cü il oktyabrın 15-də Şuşada anadan olmuşdur. Həyatının Azərbaycanda keçən dövrü haqqında çox az məlumat mövcuddur. Orta təhsilini Bakıdakı qız gimnaziyasında aldığı güman edilir.
Ailəsi
Atası Qarabağ xanlarının ailəsindən olan Talıbxan bəy Talıbxanov (1859–1920) həm çar, həm də AXC dövründə müxtəlif inzibati vahidlərin rəisi vəzifəsində çalışmışdır. Böyük bacısı Sürəyya Talıbxanbəyli (1899–1974-cü ildən əvvəl) İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdi. İlk nikahla Cümhuriyyətin sonuncu hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutmuş siyasi mühacir Mustafa Vəkilli (1896–1965) ilə ailə qurmuşdur. Azərbaycan və Anadolu türkcəsinin dialektoloji baxımdan müqayisəli tədqiqi istiqamətində bəzi araşdırmalar aparmışdır. Türkiyədə atom fizikası üzrə ilk mütəxəssislərdən biri olan professor Dilşad Talıbxan-Elbrus (1915–1979) da Qəmər Ağaoğlunun bacısıdır. Elmi fəaliyyətinə universitet yanındakı Təcrübi Fizika İnstitutunda assisent kimi başlamış, 1961-ci ildə isə İzmirdə yeni qurulan Egey universitetinin professoru olmuşdu. Professor Dilşad Elbrus Türkiyədə atom fizikası sahəsində çalışan ilk qadın tədqiqatçı idi. İki kitabın və bir neçə elmi məqalənin müəllifidir.
Dayısı XX əsrin əvvəllərində milli ziyalıların tanınmış nümayəndələrindən idi. AXC dövründə Azərbaycan Parlamentində qanunvericilik şöbəsinə rəhbərlik etmişdi. 1919-cu il dekabrın 7-də daxili işlər nazirinin şəxsi katibi, gənc şərqşünas alim Məhəmməd Ağayev (gələcək Mehmet Ağa-Oğlu — Qəmər Ağaoğlunun gələcək həyat yoldaşı) ilə birlikdə Parlament nəzdində fəaliyyətə başlayan İstiqlal Muzeyinin qurulmasında mühüm xidmətləri olmuşdu. H. Mirzəcamalovla M. Ağayev Cümhuriyyət hökumətinin həyata keçirdiyi başqa bir mühüm siyasi-ideoloji layihə üzərində də birlikdə çalışmışdılar. Hər ikisi 1919-cu ilin oktyabrında Nazirlər Şurası Dəftərxanasının rəisi L. Kriçinskinin rəhbərliyi altında "Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair" arxiv sənədlərinin toplanması və nəşri məqsədi ilə yaradılmış komissiyanın tərkibinə daxil edilmişdilər.
Məhəmməd Ağaoğlu ilə ailə həyatı qurmuş, onunla birlikdə xaricdə oxumuş və çalışmışdır. Lakin sonradan boşanmışdırlar. Gültəkin A. Ludden adında qızları olmuşdur. Gültəkin Ohayo Universitetinin sənət tarixi bölümünün rəhbəri, professor Franklin Luddenlə (1921–2001) ailə qurmuşdur. O, 95 yaşında 2018-ci ilin oktyabrında yaşadığı Ohayo şəhərində vəfat etmişdir.
Mühacirət
Türkiyədə
Atası, Qarabağ xanlarının ailəsindən olan Talıbxan bəy Talıbxanov (1859–1920) istər çarizm, istərsə də Azərbaycan Cümhuriyyəti dönəmində Gəncə və Bakı quberniyalarının müxtəlif yerlərində pristav və qəza rəisi kimi çalışmışdı. Talıbxan həm zadəgan nəslindən olmasına, həm də tutduğu vəzifələrə görə Azərbaycan sovetləşdikdən sonra ilk edam edilənlərdən biri olmuşdur. Azərbaycanda bolşevik işğalından az sonra Qəmər anası Xeyransa xanım, bacıları və qardaşı ilə birlikdə Türkiyəyə mühacirət edə bilmişdi. Bu işdə onlara dayısı Hüseyn bəy Mirzəcamalovun (1884–1974) böyük köməklik etmişdi.
Məhəmməd Ağaoğlu kimi tanınan Məhəmməd Ağayev ilə çox güman, Bakıda tanış olmuş, Türkiyəyə mühacirətə gedəndən az sonra isə evlənmişdilər. Çünki əri ilə birlikdə Qəmər xanım da 1922-ci ildə universitet təhsili almaq məqsədi ilə Qərbi Avropaya — Almaniya və Avstriyaya yollanmışdı. Berlin, Yena və Vyana universitetlərində tanınmış mütəxəssislərin yanında Şərq incəsənəti üzrə mükəmməl kurs keçmiş, əcnəbi dillərə yiyələnmişdi. Miçiqan Universitetinin Antropoloji Arxeologiya Muzeyinin rəsmi saytında yerləşdirilmiş tərcümeyi halında da qeyd edildiyi kimi 1927-ci ildə İstanbul Universitetindən Şərq tarixi üzrə magistr dərəcəsi alana kimi Avropanın bir neçə ali məktəbində təhsil almışdı.
ABŞ-də
İstanbula dönəndən sonra o, muzeyçilik sahəsində çalışmağa başlamışdır. İki il sonra isə Detroyt İncəsənət İnstitutunun əməkdaşlıq təklifini qəbul edən əri Məhəmməd Ağaoğlu ilə birlikdə Amerikaya köçmüşdür.
İstanbul Universitetindən aldığı Şərq tarixi üzrə magistr dərəcəsinin ardınca Qəmər Ağaoğlu 1938-ci ildə Miçiqan Universitetində graduate student kursu keçərək Şərq incəsənətinin tarixi üzrə də magistr olmuşdu. Universitet nəzdindəki Antropologiya Muzeyi onu elmi-tədqiqatlar aparmaq məqsədi ilə asissent kimi çalışmağa dəvət etmişdi.
II Dünya müharibəsi illərində qısa müddətə tədris proqramına cəlb edilmişdi. İkinci cəbhənin açılması ərəfəsində amerikalı zabitlərlə rus dili məşğələləri aparırdı.
Müharibə qurtarandan dərhal sonra — 1945-ci ildə Antropologiya Muzeyinin Asiya Kolleksiyası adlandırılan Şərq bölümündə mühafiz asissenti (assistant curator) kimi işini davam etdirmişdi. 1951-ci ildə mühafiz yardımçısı, 1956–1974-cü illərdə isə baş mühafiz olmuşdu. Yeri gəlmişkən Qəmər Ağa-Oğlu 1980-ci illərə qədər ABŞ muzeyçiliyi tarixində yeganə qadın mühafiz olaraq qalmaqda idi. Muzeydəki işi ilə bir sırada pedaqoji sahədəki fəaliyyətini də davam etdirmişdi. 1949–1962-ci illərdə Miçiqan Universitetinin Antropologiya fakültəsində müəllim, 1962-ci ildən həmin fakültədə, 1964-cü ildən isə İncəsənət tarixi bölümündə associate professor (dosent) vəzifəsini tutmuşdu. Həmin vaxtdan təqaüdə ayrıldığı 1974-cü ilə qədər incəsənət tarixi professoru olmuşdu. O, Cənub-Şərqi Asiya keramikası üzrə beynəlxalq miqyasda tanınan nüfuzlu tədqiqatçı və ekspert idi. 1944–1974-cü illərdə Şimali Amerikanın, Avropa və Asiya ölkələrinin çeşidli muzey kolleksiyalarında araşdırma aparmışdı. Qəmər Ağaoğlunun "Şərqi Asiya keramikası. Vilyam kolleksiyası" (ing. The William collection of East Asian ceramics), "Uzaq Şərq keramikası. Vilyam kolleksiyası. Tonnankour bölümü" (ing. The William collection of Far Eastern ceramics. Tonnancour section), "Filippində Yinq Çinq çinisi tapılmışdır" (ing. Ying Ch`ing porcelain found in Filippin), "Miçiqan Universiteti kolleksiyasında mavi və ağ Min bardaqları" (ing. Ming blu and white jars in the University of Micigan collection) kimi kitab və broşürları, məqalələri və sərgi kataloqları mütəxəssislərin fikrincə Asiya və Uzaq Şərq tətbiqi sənətinin öyrənilməsinə ciddi töhfə idi. O, keramika mədəniyyətinə həsr olunmuş əksər beynəlxalq konfransların iştirakçısı, bir çox hallarda isə məruzəçisi qismində çıxış etmişdi. Miçiqan Universitetinin kampusunda (Ann-Arbor), habelə yerli Təbiət Tarixi muzeyində Qəmər xanımın yaxından iştirakı və təşkilatçılığı ilə çoxsaylı şərq incəsənəti sərgiləri keçirilmişdi.
Miçiqan universitetinin professoru Karlo Sinopoli Qəmər Ağaoğlu barədə yazırdı:
Mən həmişə Qəmərin bir neçə addım irəlini görməsindən və kolleksiyalara dərin bələdliyindən heyrətlənirdim. Asiya keramikasını incəlikləri ilə anlayıb dəyərləndirmək baxımından şübhəsiz, dövrünü xeyli qabaqlamışdı. Onun əsərləri bu gün də yarandığı şəraitin ruhuna uyğunluğunu qorumaqdadır. Kolleksiyamızdakı əlyazmalarında irəlini görməyə imkan verən xeyli məqamlar var və yenə ondan öyrənməyə davam etməliyik. |
Vəfatı
1974-cü ildə 30 ildir ki, çalışdığı Miçiqan Universitetindən təqaüdə ayrılmışdır. 1984-cü ilin avqustunda vəfat etmişdir.
Xatirəsi
Qəmər Ağaoğlunun ölümündən 33 il sonra, 2017-ci ilin iyununda Miçiqan Universiteti yanındakı Asiya muzeyinin mühafizi təyin olunan Karlo Sinopoli demişdi:
Mən qürur duyuram ki, bir zamanlar Qəmər Ağa-Oğlunun – Asiya keramikası sahəsində bu qeyri-adi alimin tutduğu vəzifədə çalışacağam. |
Zəngin elmi arxivi və kitabxanası vəsiyyətinə əsasən 1985-ci ildə qızı Gültəkin A. Ludden tərəfindən Miçiqan universitetinin Antropologiya bölümünə hədiyyə edilmişdi.
Həmçinin bax
İstinadlar
- Vilayət Quliyev. "ABŞ-də yaşamış şuşalı professor Qəmər Ağaoğlu". xudaferin.eu. 30 dekabr 2020. 2 mart 2021 tarixində .
- Arzu Jaeed. "Her Story: One of the first female art scholars of the U.S, Kamer Aga-Oglu". nargismagazine.az. 4 iyul 2019. 2022-01-25 tarixində . İstifadə tarixi: 2022-04-28.
- Ömər Özcan. "Prof. Dr. Dilşad Talıbxan Elbrus". Azərbaycan müəllimi. 2 mart 2021 tarixində .
- Ömər Özcan. "Mühacirətdə yaşanan mücahid ömrü". 525.az. https://525.az/?name=xeber&news_id=10308 tarixində .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qemer Agaoglu ing Kamer Aga Oglu 15 oktyabr 1903 Susa avqust 1984 Miciqan Qarabag xanlari neslinden olan ABS de fealiyyet gostermis incesenet professoru Miciqan Universitetinde islemisdir Qemer AgaogluQemer Agaoglu ve ya Qemer TalibxanbeyovaDogum tarixi 15 oktyabr 1903 1903 10 15 Dogum yeri Susa Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi avqust 1984 80 yasinda Vefat yeri Miciqan ABSMilliyyeti AzerbaycanliHeyat yoldasi Mehemmed AgaogluAtasi Talibxan bey TalibxanovElm sahesi Incesenet tarixiIs yeri Miciqan UniversitetiHeyatiQemer Agaoglu 1903 cu il oktyabrin 15 de Susada anadan olmusdur Heyatinin Azerbaycanda kecen dovru haqqinda cox az melumat movcuddur Orta tehsilini Bakidaki qiz gimnaziyasinda aldigi guman edilir AilesiAtasi Qarabag xanlarinin ailesinden olan Talibxan bey Talibxanov 1859 1920 hem car hem de AXC dovrunde muxtelif inzibati vahidlerin reisi vezifesinde calismisdir Boyuk bacisi Sureyya Talibxanbeyli 1899 1974 cu ilden evvel Istanbul Universitetinin dil edebiyyat fakultesini bitirmisdi Ilk nikahla Cumhuriyyetin sonuncu hokumet kabinetinde daxili isler naziri vezifesini tutmus siyasi muhacir Mustafa Vekilli 1896 1965 ile aile qurmusdur Azerbaycan ve Anadolu turkcesinin dialektoloji baximdan muqayiseli tedqiqi istiqametinde bezi arasdirmalar aparmisdir Turkiyede atom fizikasi uzre ilk mutexessislerden biri olan professor Dilsad Talibxan Elbrus 1915 1979 da Qemer Agaoglunun bacisidir Elmi fealiyyetine universitet yanindaki Tecrubi Fizika Institutunda assisent kimi baslamis 1961 ci ilde ise Izmirde yeni qurulan Egey universitetinin professoru olmusdu Professor Dilsad Elbrus Turkiyede atom fizikasi sahesinde calisan ilk qadin tedqiqatci idi Iki kitabin ve bir nece elmi meqalenin muellifidir Dayisi XX esrin evvellerinde milli ziyalilarin taninmis numayendelerinden idi AXC dovrunde Azerbaycan Parlamentinde qanunvericilik sobesine rehberlik etmisdi 1919 cu il dekabrin 7 de daxili isler nazirinin sexsi katibi genc serqsunas alim Mehemmed Agayev gelecek Mehmet Aga Oglu Qemer Agaoglunun gelecek heyat yoldasi ile birlikde Parlament nezdinde fealiyyete baslayan Istiqlal Muzeyinin qurulmasinda muhum xidmetleri olmusdu H Mirzecamalovla M Agayev Cumhuriyyet hokumetinin heyata kecirdiyi basqa bir muhum siyasi ideoloji layihe uzerinde de birlikde calismisdilar Her ikisi 1919 cu ilin oktyabrinda Nazirler Surasi Defterxanasinin reisi L Kricinskinin rehberliyi altinda Zaqafqaziyanin muselman ehalisine qarsi rus siyasetine dair arxiv senedlerinin toplanmasi ve nesri meqsedi ile yaradilmis komissiyanin terkibine daxil edilmisdiler Mehemmed Agaoglu ile aile heyati qurmus onunla birlikde xaricde oxumus ve calismisdir Lakin sonradan bosanmisdirlar Gultekin A Ludden adinda qizlari olmusdur Gultekin Ohayo Universitetinin senet tarixi bolumunun rehberi professor Franklin Luddenle 1921 2001 aile qurmusdur O 95 yasinda 2018 ci ilin oktyabrinda yasadigi Ohayo seherinde vefat etmisdir MuhaciretTurkiyede Atasi Qarabag xanlarinin ailesinden olan Talibxan bey Talibxanov 1859 1920 ister carizm isterse de Azerbaycan Cumhuriyyeti doneminde Gence ve Baki quberniyalarinin muxtelif yerlerinde pristav ve qeza reisi kimi calismisdi Talibxan hem zadegan neslinden olmasina hem de tutdugu vezifelere gore Azerbaycan sovetlesdikden sonra ilk edam edilenlerden biri olmusdur Azerbaycanda bolsevik isgalindan az sonra Qemer anasi Xeyransa xanim bacilari ve qardasi ile birlikde Turkiyeye muhaciret ede bilmisdi Bu isde onlara dayisi Huseyn bey Mirzecamalovun 1884 1974 boyuk komeklik etmisdi Avropada oxuyan Cumhuriyyet telebeleri umumi yigincagi Berlin Anadolu klubu 1922 1923 xu iller Tam merkezdeki xanim Qemer Agaoglu Talibxanbeyli onun arxasinda heyat yoldasi Mehemmed Agaoglu Mehemmed Agaoglu kimi taninan Mehemmed Agayev ile cox guman Bakida tanis olmus Turkiyeye muhacirete gedenden az sonra ise evlenmisdiler Cunki eri ile birlikde Qemer xanim da 1922 ci ilde universitet tehsili almaq meqsedi ile Qerbi Avropaya Almaniya ve Avstriyaya yollanmisdi Berlin Yena ve Vyana universitetlerinde taninmis mutexessislerin yaninda Serq inceseneti uzre mukemmel kurs kecmis ecnebi dillere yiyelenmisdi Miciqan Universitetinin Antropoloji Arxeologiya Muzeyinin resmi saytinda yerlesdirilmis tercumeyi halinda da qeyd edildiyi kimi 1927 ci ilde Istanbul Universitetinden Serq tarixi uzre magistr derecesi alana kimi Avropanin bir nece ali mektebinde tehsil almisdi ABS de Istanbula donenden sonra o muzeycilik sahesinde calismaga baslamisdir Iki il sonra ise Detroyt Incesenet Institutunun emekdasliq teklifini qebul eden eri Mehemmed Agaoglu ile birlikde Amerikaya kocmusdur Istanbul Universitetinden aldigi Serq tarixi uzre magistr derecesinin ardinca Qemer Agaoglu 1938 ci ilde Miciqan Universitetinde graduate student kursu kecerek Serq incesenetinin tarixi uzre de magistr olmusdu Universitet nezdindeki Antropologiya Muzeyi onu elmi tedqiqatlar aparmaq meqsedi ile asissent kimi calismaga devet etmisdi II Dunya muharibesi illerinde qisa muddete tedris proqramina celb edilmisdi Ikinci cebhenin acilmasi erefesinde amerikali zabitlerle rus dili mesgeleleri aparirdi Qemer xanim Tzin sulalesinin merasim geyimleri kolleksiyasina daxil olan iki Cin paltarini numayis etdirir Miciqan Universiteti 1948 Muharibe qurtarandan derhal sonra 1945 ci ilde Antropologiya Muzeyinin Asiya Kolleksiyasi adlandirilan Serq bolumunde muhafiz asissenti assistant curator kimi isini davam etdirmisdi 1951 ci ilde muhafiz yardimcisi 1956 1974 cu illerde ise bas muhafiz olmusdu Yeri gelmisken Qemer Aga Oglu 1980 ci illere qeder ABS muzeyciliyi tarixinde yegane qadin muhafiz olaraq qalmaqda idi Muzeydeki isi ile bir sirada pedaqoji sahedeki fealiyyetini de davam etdirmisdi 1949 1962 ci illerde Miciqan Universitetinin Antropologiya fakultesinde muellim 1962 ci ilden hemin fakultede 1964 cu ilden ise Incesenet tarixi bolumunde associate professor dosent vezifesini tutmusdu Hemin vaxtdan teqaude ayrildigi 1974 cu ile qeder incesenet tarixi professoru olmusdu O Cenub Serqi Asiya keramikasi uzre beynelxalq miqyasda taninan nufuzlu tedqiqatci ve ekspert idi 1944 1974 cu illerde Simali Amerikanin Avropa ve Asiya olkelerinin cesidli muzey kolleksiyalarinda arasdirma aparmisdi Qemer Agaoglunun Serqi Asiya keramikasi Vilyam kolleksiyasi ing The William collection of East Asian ceramics Uzaq Serq keramikasi Vilyam kolleksiyasi Tonnankour bolumu ing The William collection of Far Eastern ceramics Tonnancour section Filippinde Yinq Cinq cinisi tapilmisdir ing Ying Ch ing porcelain found in Filippin Miciqan Universiteti kolleksiyasinda mavi ve ag Min bardaqlari ing Ming blu and white jars in the University of Micigan collection kimi kitab ve brosurlari meqaleleri ve sergi kataloqlari mutexessislerin fikrince Asiya ve Uzaq Serq tetbiqi senetinin oyrenilmesine ciddi tohfe idi O keramika medeniyyetine hesr olunmus ekser beynelxalq konfranslarin istirakcisi bir cox hallarda ise meruzecisi qisminde cixis etmisdi Miciqan Universitetinin kampusunda Ann Arbor habele yerli Tebiet Tarixi muzeyinde Qemer xanimin yaxindan istiraki ve teskilatciligi ile coxsayli serq inceseneti sergileri kecirilmisdi Miciqan universitetinin professoru Karlo Sinopoli Qemer Agaoglu barede yazirdi Men hemise Qemerin bir nece addim irelini gormesinden ve kolleksiyalara derin beledliyinden heyretlenirdim Asiya keramikasini incelikleri ile anlayib deyerlendirmek baximindan subhesiz dovrunu xeyli qabaqlamisdi Onun eserleri bu gun de yarandigi seraitin ruhuna uygunlugunu qorumaqdadir Kolleksiyamizdaki elyazmalarinda irelini gormeye imkan veren xeyli meqamlar var ve yene ondan oyrenmeye davam etmeliyik Vefati1974 cu ilde 30 ildir ki calisdigi Miciqan Universitetinden teqaude ayrilmisdir 1984 cu ilin avqustunda vefat etmisdir XatiresiQemer Agaoglunun olumunden 33 il sonra 2017 ci ilin iyununda Miciqan Universiteti yanindaki Asiya muzeyinin muhafizi teyin olunan Karlo Sinopoli demisdi Men qurur duyuram ki bir zamanlar Qemer Aga Oglunun Asiya keramikasi sahesinde bu qeyri adi alimin tutdugu vezifede calisacagam Zengin elmi arxivi ve kitabxanasi vesiyyetine esasen 1985 ci ilde qizi Gultekin A Ludden terefinden Miciqan universitetinin Antropologiya bolumune hediyye edilmisdi Hemcinin baxDilsad Elbrus Mehemmed AgaogluIstinadlarVilayet Quliyev ABS de yasamis susali professor Qemer Agaoglu xudaferin eu 30 dekabr 2020 2 mart 2021 tarixinde Arzu Jaeed Her Story One of the first female art scholars of the U S Kamer Aga Oglu nargismagazine az 4 iyul 2019 2022 01 25 tarixinde Istifade tarixi 2022 04 28 Omer Ozcan Prof Dr Dilsad Talibxan Elbrus Azerbaycan muellimi 2 mart 2021 tarixinde Omer Ozcan Muhaciretde yasanan mucahid omru 525 az https 525 az name xeber amp news id 10308 tarixinde