Osamu Dazai (太宰 治, Dazai Osamu, 19 iyun 1909, Kanaqi[d], Aomori – 13 iyun 1948, Mitaka) və ya əsl adı ilə Şuci Tsuşima (津島 修治, Tsuşima Şuci) – Yaponiya romançısı və müəllifi. XX əsrin ən tanınmış Yaponiya yazıçılarından biridir. Fyodor Dostoyevski və Rünoske Akutaqava kimi yazıçılardan təsirlənmişdir. Etirafla xarakterizə olunan mən-roman janrında olan avtobioqrafik əsərlər yazmışdır. Bədbin və satirik tonda olan əsərləri üçün nihilizm və özünüməhv mövzuları səciyyəvidir. İkinci Dünya müharibəsindən sonra Yaponiyanın postmüharibə dövründəki portretini əks etdirən əsərlər yazmışdır. "" (1946), "" (Şayo, 1947) və "Yarımçıq insanın etirafları" (Ninqen Şikkaku, 1948) ən məşhur əsərləridir.
Osamu Dazai | |
---|---|
yap. 太宰 治 | |
Doğum adı | 津島 修治 |
Təxəllüsləri | 辻島 衆二, 黒木 舜平 |
Doğum tarixi | |
Doğum yeri | , Aomori, Yaponiya |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Mitaka, Tokio, Yaponiya |
Vəfat səbəbi | intihar |
Dəfn yeri | |
Uşaqları | 3 |
Təhsili | Tokio Universiteti |
Fəaliyyəti | yazıçı, roman yazıçısı |
İstiqamət | mən-roman |
Janr | hekayə |
Tanınmış əsərləri | |
Osamu Dazai Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Dazai Yaponiyanın şimalında yaşayan və siyasətlə məşğul olan varlı bir ailədə doğulmuş, yalqız uşaqlıq keçirmişdir. 1933-cü ildə Osamu Dazai təxəllüsü ilə əsərlər yazmağa başlamışdır. Yazıçı onun dostu və mentoru olmuşdur. Dazai həyatı boyunca dəfələrlə intihara təşəbbüs etmiş, bir çox qadınla münasibətdə olmuş, içkiyə qurşanmış, özünü xoşbəxt hiss etməmişdir. İki dəfə namizəd göstərilsə də, mükafatı qazana bilməmişdir. Əsas əsərlərini həyatının son illərində yazmışdır. 1948-ci ildə sevgilisi ilə birlikdə özünü ataraq intihar etmişdir.
İlk illəri
Şuci Tsuşima 19 iyun 1909-cu ildə Honşunun şimalında yerləşən Aomori prefekturasının qəsəbəsində, varlı sahibkar ailəsində doğulmuşdur. 1912–1923-cü illərdə Yaponiya parlamentinin üzvü olan atası tez-tez evdən uzaq olurdu, anası Tane isə xroniki xəstə idi. Şuci doğulanda ailəsi xidmətçilər də daxil olmaqla təxminən 30 nəfərdən ibarət idi: üç qardaşı (iki qardaşı ölmüşdü), dörd bacısı, ulu nənəsi, eləcə də, xalası Kie və xalasının dörd qızı ilə birlikdə yaşayırdı. Kiçik qardaşı Reyci 1912-ci ildə doğulmuşdu və 16 yaşındakı ölümünə qədər Şuci ilə çox yaxın olmuşdur. Şuci doğulan kimi mamaçanın qayğısına verilmiş, daha sonra 8 yaşına kimi xalası Kie və Take tərəfindən böyüdülmüşdür. Take onun təsəvvüründə ana obrazı kimi qalmışdır.
Tsuşima yalqız uşaqlıq keçirdikdən sonra 1923-cü ilin aprelində Aomoridə yerləşən orta məktəbə daxil olmuşdur. Məktəbin ikinci ilində kiçik jurnalları redaktə etmiş, dostlarının publikasiyalarına töhfələr vermişdir. 1927-ci ildə yerləşən liseyə qəbul olunmuşdur."Şinkiro" (azərb. "Möcüzə") adlı jurnal təsis etsə də, böyük qardaşı Bunci dərslərinə diqqət ayırması üçün onu ciddi yazıçılıq fəaliyyətindən çəkindirmişdir. Hirosaki illəri ərzində marksizm ilə tanış olmuş, Aleksandr Puşkin, Fyodor Dostoyevski, Rünoske Akutaqava kimi yazıçılardan təsirlənmişdir. Xüsusilə, bu dövrdə Akutaqavanın intiharı onda böyük iz buraxmış, intiharı "bir yazıçı üçün yeganə düzgün ölüm" hesab etmişdir. Tsuşima bu dövrdə "Dibsiz cəhənnəm" (1928), "Yazıq ağcaqanad" (1928), "Bir sahibkarın həyatı" (1929–1930) adlı əsərlər yazmışdır.
Tsuşima solçu aktivistlərin təsiri altına düşmüş və səhv təbəqədə doğulduğu üçün özünü günahkar hiss edərək 1929-cu ildə ilk intihar cəhdini gerçəkləşdirmişdir. 1930-cu ildə heç bir imtahan vermədən, fransız dilində bir söz belə bilmədən Tokio Universitetinin fransız dili ixtisasına qəbul olunmuşdur. Fransız dilinin əsaslarını belə öyrənə bilməmiş, 5 il sonra universiteti buraxmışdır. Kommunistlərlə əlaqəsi 1932-ci ilə qədər davam etmiş, hökumət tərəfindən icra etməyə məcbur edilmişdir. 1930-cu ildə ikinci intihar cəhdini etmişdir. Aomoridən olan bir geyşa olan ilə evlənmək istəsə də, ailəsi buna qarşı çıxmışdır. Nəticədə, yerləşən "Hollywood" barında xidmətçi kimi işləyən Şimeko Tanabe adlı qızla birlikdə özünü Kamakura yaxınlığında dənizə atmışdır. Tanabe ölsə də, Dazai sağ qalmışdır. Buncinin müdaxiləsindən sonra Dazai cinayət məsuliyyətindən xilas olmuşdur. İnsidentdən sonra Bunci onun Hatsuyo ilə evlənməsinə razılıq vermişdir.
Yazıçılıq dövrü
1932-ci ildə Hatsuyonun geyşa həyatı haqqında öyrəndiyi gizli faktlar Tsuşimanı dərindən sarsıtmışdır. O, yaşadığı təcrübələr əsasında 1933-cü ildə "Xatirələr" əsərini nəşr etdirmişdir. Bu əsər yazıçının avtobioqrafik hekayə nəqletmə metodunun ilk nümunəsi hesab olunur.
1933-cü il Dazainin ədəbi karyerasının əsl başlanğıc ili hesab olunur. Tokioda fəaliyyət göstərən "Kaihyo" jurnalının yazıçıları ilə əlaqələr qurmaqla yanaşı, "Qatar" adlı hekayəsinə görə Aomoridə keçirilmiş bir hekayə müsabiqəsinda birinci yerə layiq görülmüşdür. Bu, onun Osamu Dazai təxəllüsü ilə nəşr olunmuş ilk əsəri olmuşdur. 1933-cü ildə nəşr olunmuş "Çevrilmə" əsəri bəyənilmiş, bir neçə jurnal üçün yazmağa başlamışdır. 15 mart 1935-ci ildə "Miyako Shimbun" qəzetində işə düzəlmək üçün keçirilmiş imtahanda uğursuz olduqdan sonra Kamakurada özünü asmağa çalışaraq üçüncü intihar cəhdini gerçəkləşdirmişdir. 1935-ci ildə uduzaraq qazana bilməmişdir. Tokioya qayıtdıqdan sonra onda vərəmin simptomları müəyyən edilmiş, göndərildiyi bir neçə xəstəxanada morfindən asılılığı yaranmışdır. 1937-ci ilin aprelində Dazai morfin asılılığından qurtulmaq üçün göndərildiyi xəstəxanada müalicə alarkən Oyama Hatsuyo onun yaxın dostlarından biri ilə münasibətdə olmuşdur. 1937-ci ildə bir müddət barışaraq cəhd etsələr də, uğursuz olaraq yenə ayrılmışdırlar.
1937-ci ilin aprelindən 1938-ci ilin sentyabrına qədər Dazai tamamilə fəaliyyətsiz dövr keçirmişdir. Tək yaşamış, az insanla görüşmüş, içkiyə qurşanmışdır. Tsuşima ailəsi Dazainin dostu ilə əlaqə saxlayaraq çətin dövrdən keçən yazıçı üçün evlilik təşkil etməsini xahiş etmişdir. Dazai və 26 yaşlı orta məktəb müəllimi Miçika İşihara 8 yanvar 1939-cu ildə İbusenin evində evlənmişdirlər. Evlilik Dazainin yaradıcılığına müsbət təsir göstərmişdir. 1939-cu ildə "Qızıl şəkil" əsərinə görə ilk ədəbi mükafatını, "" əsərinə görə Kitamura Tohoku mükafatını qazanmışdır. 1939-cu ildə yazdığı "Fuci dağının 100 görünüşü" əsəri "Shinchosha" nəşriyyatı tərəfindən ədəbiyyatının ən yaxşı əsərlərindən biri seçilmişdir. Dazai səyahət etməyə və mühazirələr verməyə başlamış, İzu səyahətindən sonra 1941-ci ildə "Tokionun 8 görünüşü" adlı avtobioqrafik xülasəsi nəşr olunmuşdur.
Postmüharibə
İkinci Dünya müharibəsi illərində yazıları hökumətin senzurasına məruz qalsa da, yazmağa davam etmişdir. Müharibə müxbiri olmaq istəsə də, sağlamlığına görə istəyi qəbul edilməmişdir. Senzuraya məruz qalmamaq üçün tarixi materiallara əsaslanan "Udaycin Sanetemo" (1943) və "Əyalətlərin yeni hekəyələri" kimi əsərlər yazmışdır. 1944-cü ildə nəşriyyatlardan biri anadan olduğu haqqında səyahət kitabçası yazmağı təklif etmişdir. Masuci İbuse ona bu səyahətnaməni özünüifadə vasitəsi kimi yazmağı məsləhət görmüşdür. Beləliklə, ailəsini ziyarət etmək üçün vətəninə yollanan Dazai anekdotlar, xatirələr, müşahidələr və şərhlərlə zəngin olan "Tsuqaru" əsərini ortaya çıxarmışdır.
10 mart 1945-ci ildə Tokio ABŞ tərəfindən bombardmana məruz qalmış və Dazai Miçiko ilə iki uşağını Miçikonun Kofudakı evinə göndərmişdir. 2 apreldə onların Tokiodakı evi məhv olmuşdur. 7 iyulda Kofudakı evləri də yanmış və Dazai ailəsini Kanaqidəki evinə aparmışdır. Həm müharibə, həm çox işləmək Dazainin nihilist üsluba qayıtmasına səbəb olmuşdur. Dazai 1946-cı ilin noyabrında Tokioya qayıtmış və yazıçılıq fəaliyyətinin ən məhsuldar dövrü başlamışdır. Əsərləri yapon oxucular tərəfindən bəyənilmiş və Yaponiyada məşhur şəxsə çevrilmişdir. İçkiyə qurşanan Dazai vərəmə yaxalanmış və sağlamlığı getdikcə pisləşməyə başlamışdır. Əsərlərinin fanatları çox olsa da, özünü xoşbəxt hiss edə bilməmişdir. 1947-ci ildə Ota Şizuko və adlı iki evli qadınla münasibət yaşamağa başlamışdır. Ərini müharibədə itirdikdən sonra gözəllik salonunda işləyən, Dazainin "ölüm mələyi" adlandırılan Tomie yazıçının 1947-ci ildə nəşr olunmuş məşhur əsəri "Batan günəş" romanındakı Kazuko personajı üçün ilham mənbəyi olmuşdur.
1948-ci ildə Dazainin növbəti əsas əsəri olan "Yarımçıq insanın etirafları" nəşr olunmuşdur. Dazai bu əsəri tamamladıqdan sonra 1948-ci ilin yazında "Asahi Shimbun" qəzeti üçün "Əlvida" adlı novella üzərində işləməyə başlasa da, əsəri heç vaxt tamamlaya bilməmişdir. 13 iyun 1948-ci ildə Yamazaki Tomie ilə birlikdə özünü ataraq intihar etmişdir. Cansız bədənləri 19 iyunda – Dazainin 39-cu ad günündə kanaldan çıxarılmışdır.
Əsərləri
Bir çox müasir yapon nəsr yazıçısı kimi Dazai də bir çox forma və üslubda əsərlər yazmışdır. Yaponiya və Qərbdə romançı kimi tanınsa da, ancaq iki əsəri roman kimi qəbul olunur. Həyat təcrübələri əsasında bir çox memuar tipli avtobioqrafik əsər yazmışdır. "Xatirələr" (1933) və "Tokionun səkkiz görünüşü" (1941) kimi əsərləri həyatı haqqında uzun hesabatlar olsa da, "Andın tamamlanması" (満願, Manqan, 1938) və "İçkisizliyin ürəyi" (禁酒の心, Kinşu no kokoro, 1943) kimi əsərləri qısa və anekdot xarakterlidir.
Dazay öz təcrübələri ilə yanaşı tarixi və ədəbi materiallardan da istifadə etmişdir. İki ən məşhur hekayələr toplusu klassik yapon ədəbiyyatına əsaslanır: 1945-ci ildə nəşr olunmuş "Nağıllar" (お伽草紙, Otoqi zoşi) əsərində orta əsrlərə aid dörd yapon hekayəsini, 1945-ci ildə nəşr olunmuş "Əyalət hekayələrinin yeni təfsiri" (新釈諸国噺, Şinşaku şokoku banaşi) əsərində isə XVI əsrdə tərəfindən yazılmış 12 hekayəni öz dili ilə yenidən nəql etmişdir.
Dazai bəzi əsərlərində Qərb yazıçılarının əsərlərindən ilham mənbəyi kimi istifadə etmişdir. Vilyam Şekspirin "Hamlet" əsəri əsasında 1941-ci ildə "Yeni Hamlet" (新ハムレット, Şin Hamuretu) əsərini yazmışdır. Fridrix Şillerin "Əhd" şeiri əsasında ən məşhur əsərlərindən biri hesab olunan "Qaç, Melos!" (走れメロス, Haşire Merosu, 1940) novellasını ortaya çıxarmışdır. "Qadınların dueli" (女の決闘, Onna no ketto, 1940) isə alman yazıçısı bir əsərinin yenidən işlənmiş versiyasıdır.
"" (斜陽, Şayo, 1947) və "Yarımçıq insanın etirafları" (人間失格, Ninqen Şikkaku, 1948) Dazainin başlıca əsərləri hesab olunur. İkinci dünya müharibəsindən sonra Yaponiyada aristokratiyanın çöküşündən bəhs edən "Batan günəş" əsəri cəmi 3 nəfərdən ibarət olan bir ailə haqqındadır. Romanın xaos tərzində olan yazılış üslubu həm müharibədən sonrakı Yaponiyanın vəziyyətini, həm də yazıçının daxilində hökm sürən emosional böhranı əks etdirmişdir. "Batan günəş" nəşr olunduqdan dərhal sonra populyar olmuş və Yaponiyada postmüharibə ədəbiyyatının ilk vacib əsərlərindən biri hesab olunmuşdur. Dazainin digər ən əhəmiyyətli əsəri olan "Yarımçıq insanın etirafları" yazıçının həyatını əks etdirən avtobioqrafik əsərdir. Baş qəhrəman Oba Yozonun adı daha əvvəl yazıçının 1935-ci ildə nəşr olunmuş "Təlxəklik çiçəkləri" (道化の華, Doke no hana) əsərində istifadə olunmuşdur. Romanın əsas mətnini Yozo tərəfindən yazılmış və hekayəni nəql edən şəxs tərəfindən aşkarlanmış üç gündəlik təşkil edir. Gündəliklər Yozonun cəmiyyətə uyğunlaşa bilməyib sağ qalmaq üçün təlxəklik kimi vasitələrdən istifadə etməsini, Yoşiko adlı bir qızla evlənməsini aydınlaşdırır.
İstinadlar
- https://en.wikipedia.org/wiki/No_Longer_Human.
- "Yarımçıq insanın etirafları". Qanun.az. 30 iyun 2024 tarixində . İstifadə tarixi: 30 iyun 2024.
- Lewell. səh. 64
- Lewell. səh. 65
- Wolfe. səh. 5
- Kodansha Encyclopedia of Japan. səh. 79
- Wolfe. səh. 6
- Wolfe. səh. 8
- Lewell. səh. 66
- Wolfe. səh. 9
- Wolfe. səh. 10
- Wolfe. səh. 11
- Lewell. səh. 67
- Kodansha Encyclopedia of Japan. səh. 80
- Lewell. səh. 68
- Wolfe. səh. 12
- O'Brien, James. "Osamu Dazai". Critical Survey of World Literature (ingiliscə). dekabr 2017: 747–752. İstifadə tarixi: 1 iyul 2024.
Ədəbiyyat
- Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 79–80. ISBN . İstifadə tarixi: 30 iyun 2024.
- Lewell, John. Modern Japanese Novelists (ingiliscə). Kodansha America. 1993. 65–68. ISBN . İstifadə tarixi: 30 iyun 2024.
- Wolfe, Alan Stephen. Suicidal Narrative in Modern Japan: The Case of Dazai Osamu (ingiliscə). Princeton University Press. 2014. ISBN . İstifadə tarixi: 30 iyun 2024.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu adli diger sexsler haqqinda da meqaleler var bax Osamu Osamu Dazai 太宰 治 Dazai Osamu 19 iyun 1909 Kanaqi d Aomori 13 iyun 1948 Mitaka ve ya esl adi ile Suci Tsusima 津島 修治 Tsusima Suci Yaponiya romancisi ve muellifi XX esrin en taninmis Yaponiya yazicilarindan biridir Fyodor Dostoyevski ve Runoske Akutaqava kimi yazicilardan tesirlenmisdir Etirafla xarakterize olunan men roman janrinda olan avtobioqrafik eserler yazmisdir Bedbin ve satirik tonda olan eserleri ucun nihilizm ve ozunumehv movzulari seciyyevidir Ikinci Dunya muharibesinden sonra Yaponiyanin postmuharibe dovrundeki portretini eks etdiren eserler yazmisdir 1946 Sayo 1947 ve Yarimciq insanin etiraflari Ninqen Sikkaku 1948 en meshur eserleridir Osamu Dazaiyap 太宰 治Dogum adi 津島 修治Texellusleri 辻島 衆二 黒木 舜平Dogum tarixi 19 iyun 1909Dogum yeri Aomori YaponiyaVefat tarixi 13 iyun 1948 38 yasinda Vefat yeri Mitaka Tokio YaponiyaVefat sebebi intiharDefn yeriUsaqlari 3Tehsili Tokio UniversitetiFealiyyeti yazici roman yazicisiIstiqamet men romanJanr hekayeTaninmis eserleri No Longer Human Run Melos Osamu Dazai Vikimenbede Vikianbarda elaqeli mediafayllar Dazai Yaponiyanin simalinda yasayan ve siyasetle mesgul olan varli bir ailede dogulmus yalqiz usaqliq kecirmisdir 1933 cu ilde Osamu Dazai texellusu ile eserler yazmaga baslamisdir Yazici onun dostu ve mentoru olmusdur Dazai heyati boyunca defelerle intihara tesebbus etmis bir cox qadinla munasibetde olmus ickiye qursanmis ozunu xosbext hiss etmemisdir Iki defe namized gosterilse de mukafati qazana bilmemisdir Esas eserlerini heyatinin son illerinde yazmisdir 1948 ci ilde sevgilisi ile birlikde ozunu ataraq intihar etmisdir Ilk illeriHirosaki liseyinde oxudugu dovre aid fotosu 1924 Suci Tsusima 19 iyun 1909 cu ilde Honsunun simalinda yerlesen Aomori prefekturasinin qesebesinde varli sahibkar ailesinde dogulmusdur 1912 1923 cu illerde Yaponiya parlamentinin uzvu olan atasi tez tez evden uzaq olurdu anasi Tane ise xroniki xeste idi Suci dogulanda ailesi xidmetciler de daxil olmaqla texminen 30 neferden ibaret idi uc qardasi iki qardasi olmusdu dord bacisi ulu nenesi elece de xalasi Kie ve xalasinin dord qizi ile birlikde yasayirdi Kicik qardasi Reyci 1912 ci ilde dogulmusdu ve 16 yasindaki olumune qeder Suci ile cox yaxin olmusdur Suci dogulan kimi mamacanin qaygisina verilmis daha sonra 8 yasina kimi xalasi Kie ve Take terefinden boyudulmusdur Take onun tesevvurunde ana obrazi kimi qalmisdir Tsusima yalqiz usaqliq kecirdikden sonra 1923 cu ilin aprelinde Aomoride yerlesen orta mektebe daxil olmusdur Mektebin ikinci ilinde kicik jurnallari redakte etmis dostlarinin publikasiyalarina tohfeler vermisdir 1927 ci ilde yerlesen liseye qebul olunmusdur Sinkiro azerb Mocuze adli jurnal tesis etse de boyuk qardasi Bunci derslerine diqqet ayirmasi ucun onu ciddi yaziciliq fealiyyetinden cekindirmisdir Hirosaki illeri erzinde marksizm ile tanis olmus Aleksandr Puskin Fyodor Dostoyevski Runoske Akutaqava kimi yazicilardan tesirlenmisdir Xususile bu dovrde Akutaqavanin intihari onda boyuk iz buraxmis intihari bir yazici ucun yegane duzgun olum hesab etmisdir Tsusima bu dovrde Dibsiz cehennem 1928 Yaziq agcaqanad 1928 Bir sahibkarin heyati 1929 1930 adli eserler yazmisdir Tsusima solcu aktivistlerin tesiri altina dusmus ve sehv tebeqede doguldugu ucun ozunu gunahkar hiss ederek 1929 cu ilde ilk intihar cehdini gerceklesdirmisdir 1930 cu ilde hec bir imtahan vermeden fransiz dilinde bir soz bele bilmeden Tokio Universitetinin fransiz dili ixtisasina qebul olunmusdur Fransiz dilinin esaslarini bele oyrene bilmemis 5 il sonra universiteti buraxmisdir Kommunistlerle elaqesi 1932 ci ile qeder davam etmis hokumet terefinden icra etmeye mecbur edilmisdir 1930 cu ilde ikinci intihar cehdini etmisdir Aomoriden olan bir geysa olan ile evlenmek istese de ailesi buna qarsi cixmisdir Neticede yerlesen Hollywood barinda xidmetci kimi isleyen Simeko Tanabe adli qizla birlikde ozunu Kamakura yaxinliginda denize atmisdir Tanabe olse de Dazai sag qalmisdir Buncinin mudaxilesinden sonra Dazai cinayet mesuliyyetinden xilas olmusdur Insidentden sonra Bunci onun Hatsuyo ile evlenmesine raziliq vermisdir Yaziciliq dovruOsamu Dazai 1946 ci ilde 1932 ci ilde Hatsuyonun geysa heyati haqqinda oyrendiyi gizli faktlar Tsusimani derinden sarsitmisdir O yasadigi tecrubeler esasinda 1933 cu ilde Xatireler eserini nesr etdirmisdir Bu eser yazicinin avtobioqrafik hekaye neqletme metodunun ilk numunesi hesab olunur 1933 cu il Dazainin edebi karyerasinin esl baslangic ili hesab olunur Tokioda fealiyyet gosteren Kaihyo jurnalinin yazicilari ile elaqeler qurmaqla yanasi Qatar adli hekayesine gore Aomoride kecirilmis bir hekaye musabiqesinda birinci yere layiq gorulmusdur Bu onun Osamu Dazai texellusu ile nesr olunmus ilk eseri olmusdur 1933 cu ilde nesr olunmus Cevrilme eseri beyenilmis bir nece jurnal ucun yazmaga baslamisdir 15 mart 1935 ci ilde Miyako Shimbun qezetinde ise duzelmek ucun kecirilmis imtahanda ugursuz olduqdan sonra Kamakurada ozunu asmaga calisaraq ucuncu intihar cehdini gerceklesdirmisdir 1935 ci ilde uduzaraq qazana bilmemisdir Tokioya qayitdiqdan sonra onda veremin simptomlari mueyyen edilmis gonderildiyi bir nece xestexanada morfinden asililigi yaranmisdir 1937 ci ilin aprelinde Dazai morfin asililigindan qurtulmaq ucun gonderildiyi xestexanada mualice alarken Oyama Hatsuyo onun yaxin dostlarindan biri ile munasibetde olmusdur 1937 ci ilde bir muddet barisaraq cehd etseler de ugursuz olaraq yene ayrilmisdirlar 1937 ci ilin aprelinden 1938 ci ilin sentyabrina qeder Dazai tamamile fealiyyetsiz dovr kecirmisdir Tek yasamis az insanla gorusmus ickiye qursanmisdir Tsusima ailesi Dazainin dostu ile elaqe saxlayaraq cetin dovrden kecen yazici ucun evlilik teskil etmesini xahis etmisdir Dazai ve 26 yasli orta mekteb muellimi Micika Isihara 8 yanvar 1939 cu ilde Ibusenin evinde evlenmisdirler Evlilik Dazainin yaradiciligina musbet tesir gostermisdir 1939 cu ilde Qizil sekil eserine gore ilk edebi mukafatini eserine gore Kitamura Tohoku mukafatini qazanmisdir 1939 cu ilde yazdigi Fuci daginin 100 gorunusu eseri Shinchosha nesriyyati terefinden edebiyyatinin en yaxsi eserlerinden biri secilmisdir Dazai seyahet etmeye ve muhazireler vermeye baslamis Izu seyahetinden sonra 1941 ci ilde Tokionun 8 gorunusu adli avtobioqrafik xulasesi nesr olunmusdur Postmuharibe Dazainin cesedinin Tamaqava kanalindan cixarilmasi 1948 Ikinci Dunya muharibesi illerinde yazilari hokumetin senzurasina meruz qalsa da yazmaga davam etmisdir Muharibe muxbiri olmaq istese de saglamligina gore isteyi qebul edilmemisdir Senzuraya meruz qalmamaq ucun tarixi materiallara esaslanan Udaycin Sanetemo 1943 ve Eyaletlerin yeni hekeyeleri kimi eserler yazmisdir 1944 cu ilde nesriyyatlardan biri anadan oldugu haqqinda seyahet kitabcasi yazmagi teklif etmisdir Masuci Ibuse ona bu seyahetnameni ozunuifade vasitesi kimi yazmagi meslehet gormusdur Belelikle ailesini ziyaret etmek ucun vetenine yollanan Dazai anekdotlar xatireler musahideler ve serhlerle zengin olan Tsuqaru eserini ortaya cixarmisdir 10 mart 1945 ci ilde Tokio ABS terefinden bombardmana meruz qalmis ve Dazai Miciko ile iki usagini Micikonun Kofudaki evine gondermisdir 2 aprelde onlarin Tokiodaki evi mehv olmusdur 7 iyulda Kofudaki evleri de yanmis ve Dazai ailesini Kanaqideki evine aparmisdir Hem muharibe hem cox islemek Dazainin nihilist usluba qayitmasina sebeb olmusdur Dazai 1946 ci ilin noyabrinda Tokioya qayitmis ve yaziciliq fealiyyetinin en mehsuldar dovru baslamisdir Eserleri yapon oxucular terefinden beyenilmis ve Yaponiyada meshur sexse cevrilmisdir Ickiye qursanan Dazai vereme yaxalanmis ve saglamligi getdikce pislesmeye baslamisdir Eserlerinin fanatlari cox olsa da ozunu xosbext hiss ede bilmemisdir 1947 ci ilde Ota Sizuko ve adli iki evli qadinla munasibet yasamaga baslamisdir Erini muharibede itirdikden sonra gozellik salonunda isleyen Dazainin olum meleyi adlandirilan Tomie yazicinin 1947 ci ilde nesr olunmus meshur eseri Batan gunes romanindaki Kazuko personaji ucun ilham menbeyi olmusdur 1948 ci ilde Dazainin novbeti esas eseri olan Yarimciq insanin etiraflari nesr olunmusdur Dazai bu eseri tamamladiqdan sonra 1948 ci ilin yazinda Asahi Shimbun qezeti ucun Elvida adli novella uzerinde islemeye baslasa da eseri hec vaxt tamamlaya bilmemisdir 13 iyun 1948 ci ilde Yamazaki Tomie ile birlikde ozunu ataraq intihar etmisdir Cansiz bedenleri 19 iyunda Dazainin 39 cu ad gununde kanaldan cixarilmisdir EserleriBir cox muasir yapon nesr yazicisi kimi Dazai de bir cox forma ve uslubda eserler yazmisdir Yaponiya ve Qerbde romanci kimi taninsa da ancaq iki eseri roman kimi qebul olunur Heyat tecrubeleri esasinda bir cox memuar tipli avtobioqrafik eser yazmisdir Xatireler 1933 ve Tokionun sekkiz gorunusu 1941 kimi eserleri heyati haqqinda uzun hesabatlar olsa da Andin tamamlanmasi 満願 Manqan 1938 ve Ickisizliyin ureyi 禁酒の心 Kinsu no kokoro 1943 kimi eserleri qisa ve anekdot xarakterlidir Dazay oz tecrubeleri ile yanasi tarixi ve edebi materiallardan da istifade etmisdir Iki en meshur hekayeler toplusu klassik yapon edebiyyatina esaslanir 1945 ci ilde nesr olunmus Nagillar お伽草紙 Otoqi zosi eserinde orta esrlere aid dord yapon hekayesini 1945 ci ilde nesr olunmus Eyalet hekayelerinin yeni tefsiri 新釈諸国噺 Sinsaku sokoku banasi eserinde ise XVI esrde terefinden yazilmis 12 hekayeni oz dili ile yeniden neql etmisdir Dazai bezi eserlerinde Qerb yazicilarinin eserlerinden ilham menbeyi kimi istifade etmisdir Vilyam Sekspirin Hamlet eseri esasinda 1941 ci ilde Yeni Hamlet 新ハムレット Sin Hamuretu eserini yazmisdir Fridrix Sillerin Ehd seiri esasinda en meshur eserlerinden biri hesab olunan Qac Melos 走れメロス Hasire Merosu 1940 novellasini ortaya cixarmisdir Qadinlarin dueli 女の決闘 Onna no ketto 1940 ise alman yazicisi bir eserinin yeniden islenmis versiyasidir 斜陽 Sayo 1947 ve Yarimciq insanin etiraflari 人間失格 Ninqen Sikkaku 1948 Dazainin baslica eserleri hesab olunur Ikinci dunya muharibesinden sonra Yaponiyada aristokratiyanin cokusunden behs eden Batan gunes eseri cemi 3 neferden ibaret olan bir aile haqqindadir Romanin xaos terzinde olan yazilis uslubu hem muharibeden sonraki Yaponiyanin veziyyetini hem de yazicinin daxilinde hokm suren emosional bohrani eks etdirmisdir Batan gunes nesr olunduqdan derhal sonra populyar olmus ve Yaponiyada postmuharibe edebiyyatinin ilk vacib eserlerinden biri hesab olunmusdur Dazainin diger en ehemiyyetli eseri olan Yarimciq insanin etiraflari yazicinin heyatini eks etdiren avtobioqrafik eserdir Bas qehreman Oba Yozonun adi daha evvel yazicinin 1935 ci ilde nesr olunmus Telxeklik cicekleri 道化の華 Doke no hana eserinde istifade olunmusdur Romanin esas metnini Yozo terefinden yazilmis ve hekayeni neql eden sexs terefinden askarlanmis uc gundelik teskil edir Gundelikler Yozonun cemiyyete uygunlasa bilmeyib sag qalmaq ucun telxeklik kimi vasitelerden istifade etmesini Yosiko adli bir qizla evlenmesini aydinlasdirir Istinadlarhttps en wikipedia org wiki No Longer Human Yarimciq insanin etiraflari Qanun az 30 iyun 2024 tarixinde Istifade tarixi 30 iyun 2024 Lewell seh 64 Lewell seh 65 Wolfe seh 5 Kodansha Encyclopedia of Japan seh 79 Wolfe seh 6 Wolfe seh 8 Lewell seh 66 Wolfe seh 9 Wolfe seh 10 Wolfe seh 11 Lewell seh 67 Kodansha Encyclopedia of Japan seh 80 Lewell seh 68 Wolfe seh 12 O Brien James Osamu Dazai Critical Survey of World Literature ingilisce dekabr 2017 747 752 Istifade tarixi 1 iyul 2024 EdebiyyatKodansha Encyclopedia of Japan ingilisce II cild Const F Tokio Kodansha 1983 seh 79 80 ISBN 0 87011 622 3 Istifade tarixi 30 iyun 2024 Lewell John Modern Japanese Novelists ingilisce Kodansha America 1993 65 68 ISBN 4 7700 1649 2 Istifade tarixi 30 iyun 2024 Wolfe Alan Stephen Suicidal Narrative in Modern Japan The Case of Dazai Osamu ingilisce Princeton University Press 2014 ISBN 9781400861002 Istifade tarixi 30 iyun 2024