Nemətullah Kişvəri (XV əsr, Salmas, Qərbi Azərbaycan ostanı – XVI əsr, Təbriz) — XV əsrin ortalarında Cənubi Azərbaycanın Dilməqan (indiki Səlmas) şəhərində anadan olmuş, 1490-cı ilə qədər Ağqoyunlu sultanı Yaqubun sarayında yaşamış, sultan öldürüldükdən sonra saraydan uzaqlaşdırılmışdır. Onun adı Nemətullah, təxəllüsü isə Kişvəridir.
Kişvəri | |
---|---|
Doğum tarixi | XV əsr |
Doğum yeri | |
Vəfat tarixi | XVI əsr |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili |
Kişvəri Vikimənbədə |
O, Təbriz ədəbi mühitində formalaşmışdı. Saray şeir ənənələrinə əməl etmək məcburiyyəti qarşısında qalmış istedadlı şair məddahlığa alışa bilməmiş, Ağqoyunlu sarayını tərk edərək 6 divan yaratmış özbək şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvaiyə pənah aparmışdır. Kişvəri Azərbaycan (türk) və fars dillərində "Divan" yaratmış, əsasən lirik qəzəllər müəllifi kimi tanınmışdır.
Həyatı
Kişvərinin həyat və yaradıcılığı haqqında məlumatlar natamam və pərakəndə haldadır. Təəssüf ki, orta əsr mənbələrində şairin anadan olduğu il və yer barədə məlumata rast gəlinmir. Lakin şairin hansı illərdə yaradıcılıqla məşğul olduğunu təxmin etmək mümkündür. Sam Mirzə "Töhfəyi-Sami" təzkirəsində sənətkardan danışarkən aşağıdakı məlumatla kifayətlənir:
"Mövlana Kişvəri Qəzvin çaybasarı ətrafındandır. Nəstəliq xətti ilə yazılmış çoxlu şeirləri var. Seçilmiş şeirlərinin yaxşılarından birinin mətləbi belədir:
Yeni baharın üzünə payız xəzan bəlası gəlir,
Qəm tozu cavan sərv ağacının üzərinə tökülür."
Təzkirəsini farsca yazıb həmin dildə şeirlər tərtib edən Sam Mirzə Kişvərinin də farsca beytini misal verib. Təzkirəçinin Kişvərini Mövlana adlandırma səbəbi isə şairin ziyalılığına yüksək qiymət verməsidir. Sam Mirzə həmçinin Kişvərinin Qəzvində anadan olduğunu bildirir.Həmid Araslı "Azərbaycan ədəbiyyatı tarixi " adlı kitabda Kişvərinin Qəzvində anadan olub Təbrizdə yaşadığını qeyd edir. Cavad Heyət də "Azərbaycan ədəbiyyatı tarixinə bir baxış" əsərində Araslının fikri ilə razılaşır.
Lakin Məhəmmədəli Tərbiyət "Danışməndani-Azərbaycan" adlı əsərində onu qəzvinli yox, dilməqanlı kimi təqdim edir. Ədəbiyyat tarixçiləri ikinci fikri daha çox qəbul edirlər. Çünki Azərbaycan türkcəsində divan yaradan bir şairin Azərbaycan şəhərində doğulması daha inandırıcı görünür. Dilməqan Cənubi Azərbaycanda Urmiya gölü yaxınlığında şəhərdir. Sonralar Səlmas adlandırılmışdır. Günümüzdəki adı isə Şahpurdur.
Təzkirələrdə verilən səthi məlumatları nəzərə almasaq, Azərbaycan ədəbiyyatşünaslığında şair haqqında ilk və ardıcıl tədqiqat akademik Həmid Araslı tərəfindən aparılmışdır. Həmid Araslı 1943-cü ildə çap etdirdiyi "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" kitabında Kişvəri barədə qısa məlumat verir. 1946-cı ildə onun yaradıcılığından daha geniş bəhs edir. Həmin il Azərbaycan EA Respublika Əlyazmaları Fonduna Kişvərinin şeirlər divanından ibarət qədim əlyazma daxil olur. Həmid Araslı bu əlyazma əsasında yeni elmi məqalə yayımlayır və bu məqaləni "Füzuli sələflərindən — Kişvəri" adlandırır. Araslı Kişvərinin həyat və yaradıcılığı ilə bağlı bir çox faktı müəyyənləşdirir. Onun özbək şairi Nəvai ilə olan əlaqəsini, Sultan Yaqub dövründə yaşadığını, Həbibi ilə dostluğunu, poeziyasının məzmununu, sənətkarlıq xüsusiyyətlərini və s elmi şəkildə şərh edir. 1960-cı ildə Araslının bu məqaləsi "Azərbaycan ədəbiyyatı tarixi"nin I cildinə daxil olmuşdur. Kişvərinin bizə çatan divanındakı lirik örnəklərdə onun avtobioqrafiyasına dair nüanslar mövcuddur. Həmid Araslı şairin "Mədəd hay!" rədifli müxəmməsində öz halından şikayət edən şairin Sultan Yaqub zamanında yaşadığını və saraya can atdığını yazır:
Qələndər Kişvəridir bir süxəndan,
Süxənquyadır üştə kuyi-çeydan,
Onun hər beytidir bir dürri-qəltan,
Qulaq asmaz ona Yaqub Sultan.
Məni bu qayğı öldürdü mədəd hay!
Professor Cahangir Qəhrəmanova görə bu müxəmməs əsasında şairin saraya can atdığını söyləmək çətindir. Alim bildirir ki, bu zaman şair onsuzda sarayda yaşayırdı. Ancaq görünür ki, Sultan Yaqub ona kifayət qədər diqqət göstərmirmiş. Şair həmin əsərdə hökmdara şeirlər yazıb ömrünə dua etdiyini, lakin bu səylərinin batil olduğunu bildirir. Professor Yaqub Babayev də alimin bu fikirlərinə qoşulur və bildirir ki, Kişvəri Sultan Yaqubun dövründə müəyyən yaş həddinə çatmış, qələmi yetkinləşmiş bir şair idi. Alim həmçinin bu fakta əsasən şairin XV əsrin ortalarında təxminən 1430–1440-cı illərdə anadan olduğu fikrini irəli sürür.
Bəzi qeydlərindən də anlaşılır ki, onun saraya yaxınlaşmasına və ya Sultan Yaqubun diqqətini cəlb etməsinə mane olan şəxslər varimiş:
İməs mən aşiqi-biyar tale,
Bolubmən bir quru didarə qane.
Ana dəxi olurlar xəlq mane,
Zəhti bəxti-bədü varunə tale.
Məni bu qayğu öldürdü mədəd hay!
Daha sonra şair Sultan Yaqubun diqqətini çəkməyə nail olur. Lakin bu vəziyyət çox uzun çəkmir. Sultan Yaqubun ölümü, Ağqoyunlu şahzadələri arasındakı ardı-arası kəsilməz çəkişmələr, nəhayət Səfəvilərin hakimiyyətə gəlməsi Kişvərinin saraydan uzaqlaşmasına gətirib çıxarır." Bir dəxi" müxəmməsindəki:
Vəh ki, dönsəydi mana ruzi-cavani dəxi,
Yüz verəydi Xızrə abi-zindıgani bir dəxi
Yarlıq qılsaydı feyzi-asimani bir dəxi
Kim, görəydim şol məhi-namehribani bir dəxi,
Kövkəbi-bəxtim çıxaydı nagəhani bir dəxi.
misralarında bəxt ulduzunun söndüyündən gileylənən şairin qoca yaşlarında olduğu görünür. Çünki o, ruzi-cavani yəni cavan günlərinin qayıtmasını arzulayır.Bu müxəmməsin Sultan Yaqubun ölümündən sonra, 1490–1502-ci illər arasında yazıldığı təxmin edilir. Müxəmməsin son bəndində:
Taleyi-bərgəştə bir dəxi qılaydı sərvəri,
Kim cila tapsaydı ol aineyi-İskəndəri,
Şolə məksəydi çiraği-tudeyi-Bayəndəri,
Vəh nə ləzzət tapğay ol saət qələndər Kişvəri,
Kim görünə rayəti-Yəqub xani bir dəxi
— Ağqoyunlu dövlətinin süqutundan danışılır və sülələnin yenidən hakimiyyətə gəlməsi arzulanır. Lakin şairin əsərlərində Səfəvi hökmdarlarının xatırladılması göstərir ki, şeir keçid dövründə yazımış, Kişvəri bundan sonra yaşamamışdır.
Kişvərinin Həbibi ilə olan münasibətlərindən ilk dəfə akademik Həmid Araslı bəhs etmişdir. Həbibinin də yaradıcılığının bir hissəsi Sultan Yaqubun sarayında keçmişdir. Ehtimal edilir ki, şairlər burada tanış olmuş və bir-birilə sənət və şeir haqqında söhbətlər etmişdirlər. Daha sonra Həbibi Səfəvi sarayında, 1514-cü ildən sonra isə Türkiyədə Sultan Səlimin sarayında böyük nüfuz qazanmışdır. Bu səbəbdən şairlərin arasında soyuqluq girmiş və Kişvəri də bu soyuqluqdan şikayətlənmişdir:
Nə mən nalanə həmdəmdir Həbibi,
Nə mən bimarə müşfiiq bir təbibi,
Nə mən məhcurə vəslidən nəsibi
Həbibi, va Həbibi, va Həbibi!
Həbibiyə müraciətlə yazılmış bu parçada, görünür "Bir dəxi "müxəmməsi ilə eyni zamanda hətta bir qədər sonra qələmə alınmışdır.
Qələminin qüdrətindən söz açan şair öz şeirlərini özbək şairi Nəvainin şeirləri ilə müqayisə edir və özünü heç də ondan əskik hesab etmir. Yalnız təəssüflənir ki, tale onu Sultan Bayqara kimi bir himayəçi ilə rastlaşdırmamışdır:
Kişvəri şeiri Nəvai şeirindən əksük iməs,
Bəxtinə düşsəydi bir Sultan Hüseyn Bayqara.
Kişvəri Dilməqanda doğulsa da, sonralar Təbrizdə yaşamışdır. Onun tez-tez qəriblikdən söz açması, doğulduğu yerdən kənarda yaşadığını göstərir:
Təbrizdə çox sərvqəd, lalərüx, əmma
Mən sevdigün ol səbxxət , al qəbadur.
Beytindən məlum olur ki, bu zaman şair Təbrizdə yaşayırmış. Lakin sənətkar Təbriz hökmdarından narazılığını dilə gətirir və Səmərqəndə meyil edir. Şair buradakı türklərin yanına getmək istədiyini də bildirir:
Xosrovi-təbrizdən çün bolmadı kamım rəva,
Eyb imas gər meyli-türkani-Səmərqənd eyləyim.
Əflatun Cəfərli və İbrahim Hilali onun qoca yaşlarında Təbrizin məscidlərinin küncündə xətə həyat sürdüyünü yazırlar. Roza Eyvazova isə bu məlumata etiraz edir. Əliyar Səfərli də bu fikrə qoşularaq bildirir ki, Kişvəri Sultan Yaqubun dövründə Təbrizə gəlmiş, Xosrovi Təbrizin yanında yaşamışdır. Alim onun hamı tərəfindən tərk edilən, unudulan şair kimi Təbrizdə qəriblik hiss etdiyini bildirir.
Kişvərinin qocalığı 1501–1524-cü illər arasında hakimiyyətdə olmuş Səfəvilər dövlətinin banisi Şah İsmayılın dövrünə təsadüf edir. Şah İsmayıl dövrünün şair və sənətkarlarına himayədarlığı ilə tanınırdı. Kişvəri Şah İsmayıl Xətai üçün divanında 1 qəzəl və 1 rübai yazmışdır:
Ta ki boldum Şah İsmayıl Xanın bəndəsi
Kişvəri tək qalmadı pərva-yı sultanlıq mana
Türkiyə ədəbiyyatşünaslığında tədqiqi
Kişvəri Azərbaycan ədəbiyyatının şərq qoluna məxsus şair olduğundan Türkiyədə nəşr olunan əsərlərdə onun haqqında çox qısa məlumat verilib. Kişvəri irsinin öyrənilməsi yönündə ilk təşəbbüs İsmayıl Hikmətə məxsusdur. O "Azərbaycan ədəbiyyatı tarixi "adlı kitabına sənətkara dair yığcam və dəyərli oçerk daxil etmişdir. Tədqiqatçı onu da qeyd edir ki, Osmanlı təzkirələrində Kişvəriyə aid məlumatların olmaması onun Osmanlı torpaqlarına keçmədiyini göstərir. Şairin divanı o dövrdə elm aləminə məlum olmadığı üçün, İ. Hikmət sənətkarın yaradıcılığı barədə bir neçə poetik nümunə əsasında məlumat verir. Alim Kişvəri şeirlərini söz və ifadə seçimlərinə, cümlə quruluşuna, vəzn ahənginə görə Füzuli şeirlərinə bənzədir.
Daha sonra "Türk dünyası əl kitabı" adlı əsərdə Əhməd Cəfəroğlu Azərbaycan ədəbiyyatı bölməsində kişvəri haqqında aşağıdakı cümlələrə yer verir:
"Əslən Təbrizli olub, haqqındakı yeganə qaynaq, Şah İsmayılın "Dəhnamə" əsərinin sonundakı qeyddir."
Türk dünyası əl kitabının sonrakı nəşrlərində "Azərbaycan türkləri ədəbiyyatı" başlıqlı məqalə Əhməd Cəfəroğlu və Yavuz Akpınarın adları ilə "XIX əsrə qədər olan hissə Yavuz Akpınar tərəfindən nəzərdən keçirilmiş və bəzi əlavələr edilmişdir. " qeydi ilə yenidən nəşr olunur. Bu araşdırmada Kişvəri haqqında verilən məlumatlar belədir:
"Dövrün əhəmiyyətli şairlərindən biri də Güney Azərbaycanın Səlmas şəhərində doğulmuş, türkcə və farsca divan sahibi olmuş, 1490-cı ilə qədər Ağqoyunlu Sultan Yaqubun himayəsində yaşamış Nemətullah Kişvəridir. Şeirlərində Çağatay türkcəsi və Nəvai təsiri açıq aşkar olan Kişvərinin üç divanından ikisinin Özbəkistanda olması onun İran və Orta Asiya şairləri arasında sevildiyini və oxunduğunu göstərir. Divanı Cahangir Qəhrəmanov tərəfindən "Kişvəri. Əsərləri"(Bakı, 1984) adı ilə nəşr edilmişdir." Həmin məqalədə Kişvərinin Azərbaycan poeziyasının yetkinləşməsində, Füzuli təməlinin qoyulmasında mühüm rol oynadığı da qeyd olunur.
"Türk Dili və Ədəbiyyatı Ensiklopediyası"nda Kişvəri haqqında verilən məlumatlar onun XV əsrin sonu XVI əsrin əvvəllərində yaşamış Azərbaycan şairlərindən biri olduğunu göstərir. Onun Qəzvində doğulduğu, Təbrizdə yaşadığı, divanının isə Bakıda "Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondu"nda olduğu bildirilir.
Yaradıcılığı
Kişvəri XV–XVI əsrlərdə Azərbaycan poeziyasının formalaşma dövründə Azərbaycan türkcəsində şeirlər yazaraq ədəbi dilin inkişafına böyük töhfələr vermişdir. O, şeirlərini son dərəcə axıcı, sadə üslubda yazıb. Kişvərinin lirik şeirlərində xalq ədəbiyyatının təsiri özünü göstərir. Şair iki dildə- Azərbaycan və fars dillərində divan yaratmışdır. Divanının bizə 5 nüsxəsi gəlib çatmışdır. Buraya qəzəl, qəsidə, müxəmməs, təxmis, müstəzad, mürəbbe, rübai və s. kimi əruz janrlarında yazılmış şeirlər daxildir.
Divanının dili
Kişvəri divanının lüğət tərkibinə nəzər salındıqda onun Azərbaycan türkcəsində sözlərlə zəngin olduğunu söyləmək mümkündür. Divan dilinin səciyyəvi cəhətlərinə aşağıdakıları nümunə göstərmək olar:
- Bəzi yerlərdə ərəb və fars sözlərindən əlavə, sadə türkcə ifadələr və danışıq dilindən və şivələrdən götürülmüş sözlərə də yer verilib. Əsərdə işlənən ərəb və fars sözlərinə bəzən türkcə şəkilçilər əlavə edilərək yeni sözlər əmələ gəlmişdir. Məs, mədətçi — yardımçı
- Eyni sözün həm türkcə, həm də farsca şəkilçili formasından istifadə olunub. Məs bidadi, bidadlıq
- Tanrı sözü mətndə əlif ilə müntəzəm olaraq تانگرى kimi yazılıb. Bu, sözün qalın hərflərlə oxunması fikrini gücləndirmək üçündür.
- Sinonimlərə şeir daxilində bəzən eyni beytdə də yer verilmişdir.
- Divanın lüğət tərkibində Çağatay türkcəsinin divan dilinə təsiri, fonetik və morfoloji elementləri diqqət çəkir.
- Poeziya dili canlı danışıq dili ilə, ədəbi üslubu xalq danışıq üslubu ilə sintezlənib.
- Bəzi yerlərdə loru məzac və ifadələrdən istifadə olunub.
Şairin yeddi beytlik "Görgəc" rədifli qəzəlinin bütün beytləri ayrı-ayrılıqda şərq məcaz növlərindən olan irsalül-məsəl və məzhəbül-kəlam üzərində qurulmuşdur. İrsalül-məsəl söz sənətində işlənən atalar sözü, hikmətli deyimlərdir. Məzhəbül-kəlamda isə poeziyada əvvəlcə deyilən fikir onun ardınca elə bənzətmə, atalar sözü, məsəllərlə müqayisə yolu ilə təsdiq edilir, beləliklə irəli sürülən fikrin inkarı mümkün olmur. Hər bir beytin ilk misrasında bəyan olunan mətləbdə bənzəyən, bənzədilən və bənzətmə əlaməti olduğu kimi 2-ci misradakı hikmətli deyimdə də buna müqabil təşbehat obyekti və əlamətləri vardır. Klassik poeziyada bu xüsusiyyətlər sənətkarı yaradıcı bir fərd kimi başqalarından fərqləndirir. Yaqub Babayev bu sənətkarlıq nümunəsini Kişvəri üslubu adlandırır.
Mövzular
Məhəbbət və gözəlliyin tərənnümü.
Kişvəri şeirində əsas yeri məhəbbət və gözəlliyin tərənnümü ilə əlaqəli əsərlər tutur. Onun eşq fəlsəfəsində 3 başlıca motiv — məhəbbət və gözəlliyə baxışda ümumbəşəri ölçülər, orta əsrlər islam şərqinə məxsus meyarlar və individual baxışlar sistemi sintez edilmişdir.
Kişvəri poeziyasında insan gözəlliyinin tərənnümünə xüsusi yer verilmişdir. Şair insan gözəlliyini günəşdən artıq tutur. O "Təşrihül-Bədən" adlı şeirində insanı qeyri-adi varlıq kimi tərənnüm edir.Bədii suallar şəklində qurulan vahid formalı bu şeir şairin humanizminin sübutudur.
Yarəb, ol balamidur, ya şaxi-ərərdür, nədür?!
Gülbini-firdov, ya rəşki-sənubərdir nədür?!
Yarəb ol giysumudur, ya qarə yilan, hiç, hiç,
Sünbüli-səhrəayi-Çin, ya cədi ənbərdür nədür?!
Dolu ayın parəsi, ya bürci-xavərdür nədür?!
Yarəb, ol əndamdır, ya bərgi nəsrin, ya səmən,
Qaqumi-tər, ya həvasildin yetən pərdür nədür?!
Şairin şeirlərinin əsas obyekti insandır. Əliyar Səfərliyə görə insanın bu qədər heyranlıqla təsviri, hakim feodal ideologiyasına zidd idi. Alim yazır ki, bu şeirlərdə tərənnüm edilən insan real olmaqla bərabər, həm də humanist ziyalıların idealının, düşüncələrinin təcəssümü idi. Şairin "Göyçəkdir" rədifli qəzəli də bu səpkidə yazılan şeirlərindəndir.
Şairin məhəbbət lirikasında insan iki obrazla təmsil olunur — Aşiq və Məşuq. Aşiq orta əsr poeziyasına xas müsbət, ali keyfiyyətlərə malik olduğu kimi məşuq da bir sıra həyati və fövqəlinsani əlmalətlərin daşıyıcısıdır. Yaqub Babayev şairin eşqin tərənnümünə dair şeirlərinin özünəməxsus cəhətlərini belə açıqlayır:
- Kişvəriyə görə saxta eşq, yalançı aşiqlik mənəvi naqislikdən və cəhalətdən xəbər verir.
- Eşq ağılla müvafiq deyil, həqiqi eşq qərar tutan yerdə ağıl yox olub gedər.
- Eşq idraksızlığa səbəbdir. Şair "Yarə köp can verdim, əmma bivəfadur bilmədim "misrası ilə başlayan qəzəlində bu fikrini əsaslandırır.
- Eşq eyni zamanda qəm və rüsvaylıq doğurur. "Mən bəlavü dərdü möhnət dağının qaplanıyam " deyən Kişvəri öz könlünə müraciət edir və ona "Qəmi tərk etmə kim ğəmdür bu yolda əski yoldaşın" kimi məsləhət verir.
Kişvərinin şeirində diqqət çəkən cəhətlərdən biri də onda şair-aşiqin simasında qələmə alınan yeni tipli insan surətidir. Bu yeni insan əsrin əsas nümayəndələrindən ciddi şəkildə seçilir. Şair "Özgədir" rədifli qəzəlində aşiqlər və özgələr porblemini aydın şəkildə təhlil edir. Şairin "Fəraq" rədifli qəzəlində məhəbbət mövzusunda yazımış şeirlər silsiləsinə daxildir. Kişvərinin eşq barədə düşüncələri müəyyən məqamda təriqət ideyaları ilə qovuşur. Lakin bu davamlı və sistemli xarakter daşımır. O aşiq-məşuq münasibətlərinin tərifinə daha çox dünyəvi baxış modelindən çıxış edir. "Açdı yüzidən bürqə ol şol ey mana qarşu" misrası ilə başlayan qəzəli bu fikri aydın təcəssüm etdirən nümunələrdəndir.
Həyat və dünyəvi əyləncə ruhunun təcəssümü ilə bağlı.
Kişvəri şeirlərində həm də güclü həyat eşqi duyulur. Şair dünyaya bir dəfə gələn insanı, onun gözəlliklərindən zövq almağa çağırır. Kişvəri şeirlərində kədər motivi sezilsə də Füzuli poeziyasında rastlanan dünya kədəri yox deyiləcək qədər azdır. Kişvərinin şeirlərində bədii-fəlsəfi ümumiləşdirmələrlə yanaşı həyatilik, gerçəkliyə bağlılıq var. Şairin "Yüzüm bir naristan hicrindən saraldı heyva tək", "Ey məni aşüftə qılğan ənbərəfşan kakilün", "Kami dil tərkin qılıb, nakamlıqdur istəgim", "Bu cahanda bir güli-bağı-cahandır sevdigim", "Aşiği kim, girdi hicründən fəna torpağinə" və s misralarla başlayan qəzəlləri sırf dünyəvi əyləncə ruhunun təcəssümüdür.
İctimai hadisələrə münasibət
Kişvəri poeziyasında kədər dövrdən və dövrün ədalətsizliklərindən qaynaqlanır.
Ey könül, dünya evində istəmə abadlığ
Kim, anun bünyadıdır əslində bibünyadlığ
Bu qəzəlin sonrakı beytlərində şair ilk beytdə dünyanın bibünyadlığı barədə söylədiyi mülahizəni müəyyən həyat hadisələri və proseslərini obrazlı şəkildə xatırlamaqla təşbehlər, suallar yolu ilə sadalamaqla davam etdirir. Şairin "Məni bu qayğu öldürdü, mədəd hay" rədifli müxəmməsindəki şikayət fərdi uğursuzluqlarının əksidir. "Keçər" rədifli müxəmməsdə isə aşiqlik dərdi ictimai dərdlə birgə üzə çıxır. Şairin "Bir dəxi," "Xansı birini söyləyim, ah, ancə dərdim var" mənim rədifli müxəmməsləri də bu qəbilədən olan şeirlərindəndir. İkinci şeirdə şair maddi sıxıntılarının ağırlığından, yoxsulluqdan şikayətlənir.
Şairin poeziyasında qəriblik kədəri də özünü göstərir. Dilməqanda və ya Qəzvində doğulan şair Təbrizdə yalnız yaşadığı üçün özünü qərib sayır. O ətrafında təsəlli alacaq şəxslər tapmadığından şikayətlənir. "Olmasun" rədifli qəzəli qəribliklə bağlı duyğularını təcəssüm etdirdiyi bu qəbilədən olan şeirlərindəndir.
Divanın nüsxə və nəşrləri
Kişvəri "Divan"ının bizə 5 nüsxəsi gəlib çatmışdır. Bunlar aşağıdakılardır
- Bakı nüsxəsi — Bu nüsxə el aləminə 1946-cı ildən məlumdur. Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda M-27 nömrəli qeydiyyatdadır. Bozumtul cildi, içərisindəki şeirləri qara və qırmızı tuşla haşiyələnmiş, vərəqləri saralmış, nəstəliq xətti ilə yazılmış, 17x 11 sm ölçülü bu nüsxə, 154 səhifədən ibarətdir. Hicri 1102 (m.1690) tarixli bu nüsxənin əvvəli və sonu yoxdur. Əsasən qəzəllərdən, qismən müxəmməs, mürəbbe, müstəzad və təxmislərdən ibarətdir. Divanın sonunda "Təşhiril-bədən" şeiri vardır. Son vərəqdə isə 1120-ci il hicri tarixində qələmə alınmış və nəstəliq xətti ilə yazılmış farsca "Qəribnameyi-Sinayi" adlı iki səhifəlik şeirə yer verilib. Bu şeir ehtimal olunur ki, şairə məxsus deyil.
- Daşkənd nüsxəsi — Özbəkistan Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda 652 nömrəsi ilə qeydiyyatdadır. Əlyazma Füzulinin "Leyli və Məcnun" əsəri ilə başlayır. Kişvəri "Divanı" əlyazmanın 107b-174b səhifələrini əhatə edir. Kişvərinin Divanı başqa xətt ilə yazılıb. Əsərin başlanğıc və orta hissələrində bəzi vərəqlər əskik, sıraları qarışıqdır. Son səhifədə "Ya mehri-əfruz, ya xurşidi-ənvərdur nədür" misrası ilə bitən "Təşhiril-bədən" şeiri yerləşir. Hər səhifədə 13 beyt var. Daşkənd nüsxəsi yazı və quruluş baxımından Bakı nüsxəsinə çox yaxındır. Roza Eyvazovanın sözlərinə görə, Bakı nüsxəsində oxunmayan sözlərin yerlərinin Daşkənd nüsxəsində boş qalması, Bakı nüsxəsində olmayan vərəqlərdə aşkar edilmiş bəzi beytlərin Daşkənd nüsxəsinə daxil edilməməsi faktı Daşkənd nüsxəsinin Bakı nüsxəsindən köçürülməsi fikrini gücləndirir. Bakı və Daşkənd nüsxələri əsasən eynidir. Lakin bəzi mürəbbə, mühəmməs və təxmislərdə fərqliliklər nəzərə çarpır.
- Səmərqənd nüsxəsi — Kişvəri divanının bir nüsxəsi də Səmərqənd Elmi Tədqiqat İnstitutunun kitabxanasındadır. Səmərqənd nüsxəsi ilə bağlı "Kişvəri. Əsərləri" adlı əsərində Cahangir Qəhrəmanov bildirir ki, bu nüsxə bir vaxtlar Bakı nüsxəsindən köçürülmüş ola bilər. Çünki Bakı nüsxəsində oxunması çətin olan söz və ifadələr məhz Səmərqənd nüsxəsində də təkrarlanır.
- Bursa nüsxəsi — Bursa Xalq Kitabxanasında 4369 nömrəsi ilə qeydiyyatdadır. Əlyazmanın 5a səhifəsinin yuxarı hissəsində "Divançe-i Kişvəri" yazılmışdır. Divanda bütün beyt növlərinə rast gəlinir. 1950-ci ildə Bürhanəddin bəy tərəfindən kitabxanaya hədiyyə edilən divan tünd qəhvəyi rəngdə, şəmsəli və təmirli cilddədir. Əsər 122 vərəqdən ibarətdir və təliq xətti ilə yazılıb. 20,4 x 13,8 sm ölçüdədir. Yazı olan hissənin ölçüsü 15,8 x 8 sm-dir. Hər səhifədə orta hesabla 14 sətir var. Lakin şeirlər təkcə 15x8 sm ölçüdə deyil, həm də vərəqlərin kənarında yazılıb. Bəzi vərəqlər qarışmışdır. Əsərdə nüsxə tarixi və ya köçürən şəxs haqqında heç bir qeyd yoxdur.
- Tehran nüsxəsi — Bu nüsxə Tehran Parlament Kitabxanasında 8959 nömrəsi ilə qeydiyyatdadır. 94 səhifədən ibarət nüsxə nəstəliq xətti ilə yazılmış, türk və fars dillərində şeirlərdən ibarətdir.
Həmçinin bax
İstinadlar
- "Arxivlənmiş surət". 2023-08-04 tarixində . İstifadə tarixi: 2018-07-08.
- ""Azərbaycan antroponimiyasının əsasları" - 5". 2021-12-03 tarixində . İstifadə tarixi: 2018-07-08.
- https://archive.org/stream/AzrbaycanKlassikDbiyyatyndanSenmSlrIICild/az.kss2_djvu.txt
- Səfərli, 2008. səh. 380
- Babayev, 2018. səh. 390
- Demirci, 2010. səh. 105
- Eyvazova, 1983. səh. 10
- Qəhrəmanov, 2004. səh. 4
- Səfərli, 2008. səh. 381
- Qəhrəmanov, 2004. səh. 5
- Babayev, 2018. səh. 391
- Səfərli, 2008. səh. 382
- Səfərli, 2008. səh. 383
- Qəhrəmanov, 2004. səh. 6
- Babayev, 2018. səh. 392
- Səfərli, 2008. səh. 385
- Səfərli, 2008. səh. 386
- Qəhrəmanov, 2004. səh. 7
- Demirci, 2010. səh. 108
- Babayev, 2018. səh. 393
- Demirci, 2010. səh. 106
- Demirci, 2010. səh. 112
- Eyvazova, 1983. səh. 12
- AKƏS, 2005. səh. 183
- Babayev, 2018. səh. 403
- Babayev, 2018. səh. 394
- Səfərli, 2008. səh. 388
- Səfərli, 2008. səh. 389
- Babayev, 2018. səh. 395
- Səfərli, 2008. səh. 391
- Babayev, 2018. səh. 399
- Qəhrəmanov, 2004. səh. 7-8
- Səfərli, 2008. səh. 387
- Qəhrəmanov, 2004. səh. 8
- Eyvazova, 1983. səh. 8
- Eyvazova, 1983. səh. 9
- Demirci, 2010. səh. 109
- Qəhrəmanov, 1984. səh. 4
Ədəbiyyat
- Əliyar Səfərli, Xəlil Yusifli. Azərbaycan Ədəbiyyatı Tarixi. Bakı: Ozan. 2008. səh. 696. ISBN .
- Cahangir Qəhrəmanov. Kişvəri. Əsərləri (PDF). Bakı: Şərq-Qərb. 2004. səh. 176. ISBN .
- Yaqub Babayev. Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər). Bakı: Elm və təhsil. 2018. səh. 760.
- Roza Eyvazova. Kişvəri Divanının dili (Morfoloji xüsusiyyətləri). Bakı: Elm nəşriyyatı. 1983.
- XIII-XVI əsrlər Azərbaycan şeiri // Azərbaycan klassik ədəbiyyatından seçmələr, III cilddə. II. Bakı: Şərq-Qərb. 2005.
- Jale Demirci. XV-XVI. YÜZYIL AZERBAYCAN EDEBİYATININ ÖNEMLİ BİR TEMSİLCİSİ: KİŞVERÎ. Türkbilig. 2010. 104–116.
- Osman Fikri Sertkaya. Nimetullah Kişverinin Doğu (Çağatay) Türkçesi ve Batı (Osmanlı) Türkçesi İle Nazireleri. XLI. İstanbul Üniversitesi Edebiyat Fakültesi. Azerbaycan Şairlerinin Çağatayca Şiirleri (3). 2011. 67–90.
Əlavə ədəbiyyat
- Araslı, Həmid. Кишвери́ [Kishveri] // Surkov, Alexey (redaktor). Concise Literary Encyclopedia (rus). 3. 1966. 6 April 2023 tarixində . İstifadə tarixi: 2 September 2023.
- Ay Say, Ümran. "Dîvân (Kîşverî)". Türk Edebiyatı Eserler Sözlüğü (türk). Ahmet Yasevi Üniversitesi. 2022. 2 September 2023 tarixində . İstifadə tarixi: 2 September 2023.
- Bayramova, L. A. "Жанровые Особенности Персоязычного Дивана Кишвери" [Genre Features of the Persian-language Divan of Kishveri] (PDF). Актуальные вопросы филологической науки XXI века: сборник статей IX Международной научной конференции молодых ученых (rus). Ural Federal University. 2. 2020: 133–137. ISBN . 9 September 2023 tarixində (PDF).
- Demirci, Jale. "Nevâyî'nin Azerbaycan Sahasına Etkisi". Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Dergisi (türk). 38 (1–2). 1998: 001–011. doi:10.1501/Dtcfder_0000001243. 13 April 2023 tarixində . İstifadə tarixi: 2 September 2023 – Dergipark vasitəsilə.
- Demirci, Jale. "Azerbaycan şairi Kişverî'nin Nevâyî şiirlerine yazdığı tahmisler" [The tahmis written by the Azerbaijani poet Kishveri on Nevâyî poems]. Türkbilig (türk). 17 (1). April 2010b: 47–55. doi:10.1501/Trkol_0000000176. 26 August 2023 tarixində – Dergipark vasitəsilə.
- Eyvazova, Roza. Кишвәри "Диван"ынын Дили [Language of the Kishveri "Divan"] (PDF) (az.). Elm. 1983. 2 September 2023 tarixində (PDF). İstifadə tarixi: 2 September 2023.
- Kasımlı, Muharrem. Ni'metullah Kişverî // TDV Encyclopedia of Islam (türk). 33. Türkiye Diyanet Vakfı. 2007. 131–132. ISBN . 26 August 2023 tarixində . İstifadə tarixi: 2 September 2023.
- Yörür, Ali. "Kişverî, Ni'metullâh Kişverî Dîlmekânî (Dîlmegânî)". Türk Edebiyatı İsimler Sözlüğü (türk). Ahmet Yasevi Üniversitesi. 2015. 26 August 2023 tarixində . İstifadə tarixi: 2 September 2023.
Xarici keçidlər
- Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun arxivi zənginləşdirilir
- Kişvəri. Əsərləri (PDF). Bakı: Şərq-Qərb. 2004. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nemetullah Kisveri XV esr Salmas Qerbi Azerbaycan ostani XVI esr Tebriz XV esrin ortalarinda Cenubi Azerbaycanin Dilmeqan indiki Selmas seherinde anadan olmus 1490 ci ile qeder Agqoyunlu sultani Yaqubun sarayinda yasamis sultan olduruldukden sonra saraydan uzaqlasdirilmisdir Onun adi Nemetullah texellusu ise Kisveridir KisveriDogum tarixi XV esrDogum yeri Salmas Salmas sehristani Qerbi Azerbaycan ostani IranVefat tarixi XVI esrVefat yeri Tebriz Tebriz sehristani Serqi Azerbaycan ostani IranFealiyyeti sair yaziciEserlerinin dili Azerbaycan diliKisveri Vikimenbede O Tebriz edebi muhitinde formalasmisdi Saray seir enenelerine emel etmek mecburiyyeti qarsisinda qalmis istedadli sair meddahliga alisa bilmemis Agqoyunlu sarayini terk ederek 6 divan yaratmis ozbek sairi mutefekkiri ve dovlet xadimi Elisir Nevaiye penah aparmisdir Kisveri Azerbaycan turk ve fars dillerinde Divan yaratmis esasen lirik qezeller muellifi kimi taninmisdir HeyatiKisverinin heyat ve yaradiciligi haqqinda melumatlar natamam ve perakende haldadir Teessuf ki orta esr menbelerinde sairin anadan oldugu il ve yer barede melumata rast gelinmir Lakin sairin hansi illerde yaradiciliqla mesgul oldugunu texmin etmek mumkundur Sam Mirze Tohfeyi Sami tezkiresinde senetkardan danisarken asagidaki melumatla kifayetlenir Movlana Kisveri Qezvin caybasari etrafindandir Nesteliq xetti ile yazilmis coxlu seirleri var Secilmis seirlerinin yaxsilarindan birinin metlebi beledir Yeni baharin uzune payiz xezan belasi gelir Qem tozu cavan serv agacinin uzerine tokulur Tezkiresini farsca yazib hemin dilde seirler tertib eden Sam Mirze Kisverinin de farsca beytini misal verib Tezkirecinin Kisverini Movlana adlandirma sebebi ise sairin ziyaliligina yuksek qiymet vermesidir Sam Mirze hemcinin Kisverinin Qezvinde anadan oldugunu bildirir Hemid Arasli Azerbaycan edebiyyati tarixi adli kitabda Kisverinin Qezvinde anadan olub Tebrizde yasadigini qeyd edir Cavad Heyet de Azerbaycan edebiyyati tarixine bir baxis eserinde Araslinin fikri ile razilasir Lakin Mehemmedeli Terbiyet Danismendani Azerbaycan adli eserinde onu qezvinli yox dilmeqanli kimi teqdim edir Edebiyyat tarixcileri ikinci fikri daha cox qebul edirler Cunki Azerbaycan turkcesinde divan yaradan bir sairin Azerbaycan seherinde dogulmasi daha inandirici gorunur Dilmeqan Cenubi Azerbaycanda Urmiya golu yaxinliginda seherdir Sonralar Selmas adlandirilmisdir Gunumuzdeki adi ise Sahpurdur Tezkirelerde verilen sethi melumatlari nezere almasaq Azerbaycan edebiyyatsunasliginda sair haqqinda ilk ve ardicil tedqiqat akademik Hemid Arasli terefinden aparilmisdir Hemid Arasli 1943 cu ilde cap etdirdiyi Muxteser Azerbaycan edebiyyati tarixi kitabinda Kisveri barede qisa melumat verir 1946 ci ilde onun yaradiciligindan daha genis behs edir Hemin il Azerbaycan EA Respublika Elyazmalari Fonduna Kisverinin seirler divanindan ibaret qedim elyazma daxil olur Hemid Arasli bu elyazma esasinda yeni elmi meqale yayimlayir ve bu meqaleni Fuzuli seleflerinden Kisveri adlandirir Arasli Kisverinin heyat ve yaradiciligi ile bagli bir cox fakti mueyyenlesdirir Onun ozbek sairi Nevai ile olan elaqesini Sultan Yaqub dovrunde yasadigini Hebibi ile dostlugunu poeziyasinin mezmununu senetkarliq xususiyyetlerini ve s elmi sekilde serh edir 1960 ci ilde Araslinin bu meqalesi Azerbaycan edebiyyati tarixi nin I cildine daxil olmusdur Kisverinin bize catan divanindaki lirik orneklerde onun avtobioqrafiyasina dair nuanslar movcuddur Hemid Arasli sairin Meded hay redifli muxemmesinde oz halindan sikayet eden sairin Sultan Yaqub zamaninda yasadigini ve saraya can atdigini yazir Qelender Kisveridir bir suxendan Suxenquyadir uste kuyi ceydan Onun her beytidir bir durri qeltan Qulaq asmaz ona Yaqub Sultan Meni bu qaygi oldurdu meded hay Professor Cahangir Qehremanova gore bu muxemmes esasinda sairin saraya can atdigini soylemek cetindir Alim bildirir ki bu zaman sair onsuzda sarayda yasayirdi Ancaq gorunur ki Sultan Yaqub ona kifayet qeder diqqet gostermirmis Sair hemin eserde hokmdara seirler yazib omrune dua etdiyini lakin bu seylerinin batil oldugunu bildirir Professor Yaqub Babayev de alimin bu fikirlerine qosulur ve bildirir ki Kisveri Sultan Yaqubun dovrunde mueyyen yas heddine catmis qelemi yetkinlesmis bir sair idi Alim hemcinin bu fakta esasen sairin XV esrin ortalarinda texminen 1430 1440 ci illerde anadan oldugu fikrini ireli surur Bezi qeydlerinden de anlasilir ki onun saraya yaxinlasmasina ve ya Sultan Yaqubun diqqetini celb etmesine mane olan sexsler varimis Imes men asiqi biyar tale Bolubmen bir quru didare qane Ana dexi olurlar xelq mane Zehti bexti bedu varune tale Meni bu qaygu oldurdu meded hay Daha sonra sair Sultan Yaqubun diqqetini cekmeye nail olur Lakin bu veziyyet cox uzun cekmir Sultan Yaqubun olumu Agqoyunlu sahzadeleri arasindaki ardi arasi kesilmez cekismeler nehayet Sefevilerin hakimiyyete gelmesi Kisverinin saraydan uzaqlasmasina getirib cixarir Bir dexi muxemmesindeki Veh ki donseydi mana ruzi cavani dexi Yuz vereydi Xizre abi zindigani bir dexi Yarliq qilsaydi feyzi asimani bir dexi Kim goreydim sol mehi namehribani bir dexi Kovkebi bextim cixaydi nagehani bir dexi misralarinda bext ulduzunun sonduyunden gileylenen sairin qoca yaslarinda oldugu gorunur Cunki o ruzi cavani yeni cavan gunlerinin qayitmasini arzulayir Bu muxemmesin Sultan Yaqubun olumunden sonra 1490 1502 ci iller arasinda yazildigi texmin edilir Muxemmesin son bendinde Taleyi bergeste bir dexi qilaydi serveri Kim cila tapsaydi ol aineyi Iskenderi Sole mekseydi ciragi tudeyi Bayenderi Veh ne lezzet tapgay ol saet qelender Kisveri Kim gorune rayeti Yequb xani bir dexi Agqoyunlu dovletinin suqutundan danisilir ve sulelenin yeniden hakimiyyete gelmesi arzulanir Lakin sairin eserlerinde Sefevi hokmdarlarinin xatirladilmasi gosterir ki seir kecid dovrunde yazimis Kisveri bundan sonra yasamamisdir Kisverinin Hebibi ile olan munasibetlerinden ilk defe akademik Hemid Arasli behs etmisdir Hebibinin de yaradiciliginin bir hissesi Sultan Yaqubun sarayinda kecmisdir Ehtimal edilir ki sairler burada tanis olmus ve bir birile senet ve seir haqqinda sohbetler etmisdirler Daha sonra Hebibi Sefevi sarayinda 1514 cu ilden sonra ise Turkiyede Sultan Selimin sarayinda boyuk nufuz qazanmisdir Bu sebebden sairlerin arasinda soyuqluq girmis ve Kisveri de bu soyuqluqdan sikayetlenmisdir Ne men nalane hemdemdir Hebibi Ne men bimare musfiiq bir tebibi Ne men mehcure vesliden nesibi Hebibi va Hebibi va Hebibi Hebibiye muracietle yazilmis bu parcada gorunur Bir dexi muxemmesi ile eyni zamanda hetta bir qeder sonra qeleme alinmisdir Qeleminin qudretinden soz acan sair oz seirlerini ozbek sairi Nevainin seirleri ile muqayise edir ve ozunu hec de ondan eskik hesab etmir Yalniz teessuflenir ki tale onu Sultan Bayqara kimi bir himayeci ile rastlasdirmamisdir Kisveri seiri Nevai seirinden eksuk imes Bextine dusseydi bir Sultan Huseyn Bayqara Kisveri Dilmeqanda dogulsa da sonralar Tebrizde yasamisdir Onun tez tez qeriblikden soz acmasi doguldugu yerden kenarda yasadigini gosterir Tebrizde cox servqed lalerux emma Men sevdigun ol sebxxet al qebadur Beytinden melum olur ki bu zaman sair Tebrizde yasayirmis Lakin senetkar Tebriz hokmdarindan naraziligini dile getirir ve Semerqende meyil edir Sair buradaki turklerin yanina getmek istediyini de bildirir Xosrovi tebrizden cun bolmadi kamim reva Eyb imas ger meyli turkani Semerqend eyleyim Eflatun Ceferli ve Ibrahim Hilali onun qoca yaslarinda Tebrizin mescidlerinin kuncunde xete heyat surduyunu yazirlar Roza Eyvazova ise bu melumata etiraz edir Eliyar Seferli de bu fikre qosularaq bildirir ki Kisveri Sultan Yaqubun dovrunde Tebrize gelmis Xosrovi Tebrizin yaninda yasamisdir Alim onun hami terefinden terk edilen unudulan sair kimi Tebrizde qeriblik hiss etdiyini bildirir Kisverinin qocaligi 1501 1524 cu iller arasinda hakimiyyetde olmus Sefeviler dovletinin banisi Sah Ismayilin dovrune tesaduf edir Sah Ismayil dovrunun sair ve senetkarlarina himayedarligi ile taninirdi Kisveri Sah Ismayil Xetai ucun divaninda 1 qezel ve 1 rubai yazmisdir Ta ki boldum Sah Ismayil Xanin bendesi Kisveri tek qalmadi perva yi sultanliq mana Turkiye edebiyyatsunasliginda tedqiqi Kisveri Azerbaycan edebiyyatinin serq qoluna mexsus sair oldugundan Turkiyede nesr olunan eserlerde onun haqqinda cox qisa melumat verilib Kisveri irsinin oyrenilmesi yonunde ilk tesebbus Ismayil Hikmete mexsusdur O Azerbaycan edebiyyati tarixi adli kitabina senetkara dair yigcam ve deyerli ocerk daxil etmisdir Tedqiqatci onu da qeyd edir ki Osmanli tezkirelerinde Kisveriye aid melumatlarin olmamasi onun Osmanli torpaqlarina kecmediyini gosterir Sairin divani o dovrde elm alemine melum olmadigi ucun I Hikmet senetkarin yaradiciligi barede bir nece poetik numune esasinda melumat verir Alim Kisveri seirlerini soz ve ifade secimlerine cumle qurulusuna vezn ahengine gore Fuzuli seirlerine benzedir Daha sonra Turk dunyasi el kitabi adli eserde Ehmed Ceferoglu Azerbaycan edebiyyati bolmesinde kisveri haqqinda asagidaki cumlelere yer verir Eslen Tebrizli olub haqqindaki yegane qaynaq Sah Ismayilin Dehname eserinin sonundaki qeyddir Turk dunyasi el kitabinin sonraki nesrlerinde Azerbaycan turkleri edebiyyati basliqli meqale Ehmed Ceferoglu ve Yavuz Akpinarin adlari ile XIX esre qeder olan hisse Yavuz Akpinar terefinden nezerden kecirilmis ve bezi elaveler edilmisdir qeydi ile yeniden nesr olunur Bu arasdirmada Kisveri haqqinda verilen melumatlar beledir Dovrun ehemiyyetli sairlerinden biri de Guney Azerbaycanin Selmas seherinde dogulmus turkce ve farsca divan sahibi olmus 1490 ci ile qeder Agqoyunlu Sultan Yaqubun himayesinde yasamis Nemetullah Kisveridir Seirlerinde Cagatay turkcesi ve Nevai tesiri aciq askar olan Kisverinin uc divanindan ikisinin Ozbekistanda olmasi onun Iran ve Orta Asiya sairleri arasinda sevildiyini ve oxundugunu gosterir Divani Cahangir Qehremanov terefinden Kisveri Eserleri Baki 1984 adi ile nesr edilmisdir Hemin meqalede Kisverinin Azerbaycan poeziyasinin yetkinlesmesinde Fuzuli temelinin qoyulmasinda muhum rol oynadigi da qeyd olunur Turk Dili ve Edebiyyati Ensiklopediyasi nda Kisveri haqqinda verilen melumatlar onun XV esrin sonu XVI esrin evvellerinde yasamis Azerbaycan sairlerinden biri oldugunu gosterir Onun Qezvinde doguldugu Tebrizde yasadigi divaninin ise Bakida Azerbaycan Elmler Akademiyasinin Elyazmalar Fondu nda oldugu bildirilir YaradiciligiKisveri XV XVI esrlerde Azerbaycan poeziyasinin formalasma dovrunde Azerbaycan turkcesinde seirler yazaraq edebi dilin inkisafina boyuk tohfeler vermisdir O seirlerini son derece axici sade uslubda yazib Kisverinin lirik seirlerinde xalq edebiyyatinin tesiri ozunu gosterir Sair iki dilde Azerbaycan ve fars dillerinde divan yaratmisdir Divaninin bize 5 nusxesi gelib catmisdir Buraya qezel qeside muxemmes texmis mustezad murebbe rubai ve s kimi eruz janrlarinda yazilmis seirler daxildir Divaninin dili Kisveri Divani nin elyazmasi Kisveri divaninin luget terkibine nezer salindiqda onun Azerbaycan turkcesinde sozlerle zengin oldugunu soylemek mumkundur Divan dilinin seciyyevi cehetlerine asagidakilari numune gostermek olar Bezi yerlerde ereb ve fars sozlerinden elave sade turkce ifadeler ve danisiq dilinden ve sivelerden goturulmus sozlere de yer verilib Eserde islenen ereb ve fars sozlerine bezen turkce sekilciler elave edilerek yeni sozler emele gelmisdir Mes medetci yardimci Eyni sozun hem turkce hem de farsca sekilcili formasindan istifade olunub Mes bidadi bidadliq Tanri sozu metnde elif ile muntezem olaraq تانگرى kimi yazilib Bu sozun qalin herflerle oxunmasi fikrini guclendirmek ucundur Sinonimlere seir daxilinde bezen eyni beytde de yer verilmisdir Divanin luget terkibinde Cagatay turkcesinin divan diline tesiri fonetik ve morfoloji elementleri diqqet cekir Poeziya dili canli danisiq dili ile edebi uslubu xalq danisiq uslubu ile sintezlenib Bezi yerlerde loru mezac ve ifadelerden istifade olunub Sairin yeddi beytlik Gorgec redifli qezelinin butun beytleri ayri ayriliqda serq mecaz novlerinden olan irsalul mesel ve mezhebul kelam uzerinde qurulmusdur Irsalul mesel soz senetinde islenen atalar sozu hikmetli deyimlerdir Mezhebul kelamda ise poeziyada evvelce deyilen fikir onun ardinca ele benzetme atalar sozu mesellerle muqayise yolu ile tesdiq edilir belelikle ireli surulen fikrin inkari mumkun olmur Her bir beytin ilk misrasinda beyan olunan metlebde benzeyen benzedilen ve benzetme elameti oldugu kimi 2 ci misradaki hikmetli deyimde de buna muqabil tesbehat obyekti ve elametleri vardir Klassik poeziyada bu xususiyyetler senetkari yaradici bir ferd kimi basqalarindan ferqlendirir Yaqub Babayev bu senetkarliq numunesini Kisveri uslubu adlandirir Movzular Mehebbet ve gozelliyin terennumu Kisveri Divani nin elyazmasi Kisveri seirinde esas yeri mehebbet ve gozelliyin terennumu ile elaqeli eserler tutur Onun esq felsefesinde 3 baslica motiv mehebbet ve gozelliye baxisda umumbeseri olculer orta esrler islam serqine mexsus meyarlar ve individual baxislar sistemi sintez edilmisdir Kisveri poeziyasinda insan gozelliyinin terennumune xususi yer verilmisdir Sair insan gozelliyini gunesden artiq tutur O Tesrihul Beden adli seirinde insani qeyri adi varliq kimi terennum edir Bedii suallar seklinde qurulan vahid formali bu seir sairin humanizminin subutudur Yareb ol balamidur ya saxi ererdur nedur Gulbini firdov ya reski senuberdir nedur Yareb ol giysumudur ya qare yilan hic hic Sunbuli sehreayi Cin ya cedi enberdur nedur Dolu ayin paresi ya burci xaverdur nedur Yareb ol endamdir ya bergi nesrin ya semen Qaqumi ter ya hevasildin yeten perdur nedur Sairin seirlerinin esas obyekti insandir Eliyar Seferliye gore insanin bu qeder heyranliqla tesviri hakim feodal ideologiyasina zidd idi Alim yazir ki bu seirlerde terennum edilen insan real olmaqla beraber hem de humanist ziyalilarin idealinin dusuncelerinin tecessumu idi Sairin Goycekdir redifli qezeli de bu sepkide yazilan seirlerindendir Sairin mehebbet lirikasinda insan iki obrazla temsil olunur Asiq ve Mesuq Asiq orta esr poeziyasina xas musbet ali keyfiyyetlere malik oldugu kimi mesuq da bir sira heyati ve fovqelinsani elmaletlerin dasiyicisidir Yaqub Babayev sairin esqin terennumune dair seirlerinin ozunemexsus cehetlerini bele aciqlayir Kisveriye gore saxta esq yalanci asiqlik menevi naqislikden ve cehaletden xeber verir Esq agilla muvafiq deyil heqiqi esq qerar tutan yerde agil yox olub geder Esq idraksizliga sebebdir Sair Yare kop can verdim emma bivefadur bilmedim misrasi ile baslayan qezelinde bu fikrini esaslandirir Esq eyni zamanda qem ve rusvayliq dogurur Men belavu derdu mohnet daginin qaplaniyam deyen Kisveri oz konlune muraciet edir ve ona Qemi terk etme kim gemdur bu yolda eski yoldasin kimi meslehet verir Kisverinin seirinde diqqet ceken cehetlerden biri de onda sair asiqin simasinda qeleme alinan yeni tipli insan suretidir Bu yeni insan esrin esas numayendelerinden ciddi sekilde secilir Sair Ozgedir redifli qezelinde asiqler ve ozgeler porblemini aydin sekilde tehlil edir Sairin Feraq redifli qezelinde mehebbet movzusunda yazimis seirler silsilesine daxildir Kisverinin esq barede dusunceleri mueyyen meqamda teriqet ideyalari ile qovusur Lakin bu davamli ve sistemli xarakter dasimir O asiq mesuq munasibetlerinin terifine daha cox dunyevi baxis modelinden cixis edir Acdi yuziden burqe ol sol ey mana qarsu misrasi ile baslayan qezeli bu fikri aydin tecessum etdiren numunelerdendir Heyat ve dunyevi eylence ruhunun tecessumu ile bagli Kisveri seirlerinde hem de guclu heyat esqi duyulur Sair dunyaya bir defe gelen insani onun gozelliklerinden zovq almaga cagirir Kisveri seirlerinde keder motivi sezilse de Fuzuli poeziyasinda rastlanan dunya kederi yox deyilecek qeder azdir Kisverinin seirlerinde bedii felsefi umumilesdirmelerle yanasi heyatilik gercekliye bagliliq var Sairin Yuzum bir naristan hicrinden saraldi heyva tek Ey meni asufte qilgan enberefsan kakilun Kami dil terkin qilib nakamliqdur istegim Bu cahanda bir guli bagi cahandir sevdigim Asigi kim girdi hicrunden fena torpagine ve s misralarla baslayan qezelleri sirf dunyevi eylence ruhunun tecessumudur Ictimai hadiselere munasibet Kisveri poeziyasinda keder dovrden ve dovrun edaletsizliklerinden qaynaqlanir Ey konul dunya evinde isteme abadlig Kim anun bunyadidir eslinde bibunyadlig Bu qezelin sonraki beytlerinde sair ilk beytde dunyanin bibunyadligi barede soylediyi mulahizeni mueyyen heyat hadiseleri ve proseslerini obrazli sekilde xatirlamaqla tesbehler suallar yolu ile sadalamaqla davam etdirir Sairin Meni bu qaygu oldurdu meded hay redifli muxemmesindeki sikayet ferdi ugursuzluqlarinin eksidir Kecer redifli muxemmesde ise asiqlik derdi ictimai derdle birge uze cixir Sairin Bir dexi Xansi birini soyleyim ah ance derdim var menim redifli muxemmesleri de bu qebileden olan seirlerindendir Ikinci seirde sair maddi sixintilarinin agirligindan yoxsulluqdan sikayetlenir Sairin poeziyasinda qeriblik kederi de ozunu gosterir Dilmeqanda ve ya Qezvinde dogulan sair Tebrizde yalniz yasadigi ucun ozunu qerib sayir O etrafinda teselli alacaq sexsler tapmadigindan sikayetlenir Olmasun redifli qezeli qeriblikle bagli duygularini tecessum etdirdiyi bu qebileden olan seirlerindendir Divanin nusxe ve nesrleriKisveri Divan inin bize 5 nusxesi gelib catmisdir Bunlar asagidakilardir Baki nusxesi Bu nusxe el alemine 1946 ci ilden melumdur Azerbaycan Elmler Akademiyasinin Elyazmalar Institutunda M 27 nomreli qeydiyyatdadir Bozumtul cildi icerisindeki seirleri qara ve qirmizi tusla hasiyelenmis vereqleri saralmis nesteliq xetti ile yazilmis 17x 11 sm olculu bu nusxe 154 sehifeden ibaretdir Hicri 1102 m 1690 tarixli bu nusxenin evveli ve sonu yoxdur Esasen qezellerden qismen muxemmes murebbe mustezad ve texmislerden ibaretdir Divanin sonunda Teshiril beden seiri vardir Son vereqde ise 1120 ci il hicri tarixinde qeleme alinmis ve nesteliq xetti ile yazilmis farsca Qeribnameyi Sinayi adli iki sehifelik seire yer verilib Bu seir ehtimal olunur ki saire mexsus deyil Daskend nusxesi Ozbekistan Serqsunasliq Institutunun Elyazmalar Fondunda 652 nomresi ile qeydiyyatdadir Elyazma Fuzulinin Leyli ve Mecnun eseri ile baslayir Kisveri Divani elyazmanin 107b 174b sehifelerini ehate edir Kisverinin Divani basqa xett ile yazilib Eserin baslangic ve orta hisselerinde bezi vereqler eskik siralari qarisiqdir Son sehifede Ya mehri efruz ya xursidi enverdur nedur misrasi ile biten Teshiril beden seiri yerlesir Her sehifede 13 beyt var Daskend nusxesi yazi ve qurulus baximindan Baki nusxesine cox yaxindir Roza Eyvazovanin sozlerine gore Baki nusxesinde oxunmayan sozlerin yerlerinin Daskend nusxesinde bos qalmasi Baki nusxesinde olmayan vereqlerde askar edilmis bezi beytlerin Daskend nusxesine daxil edilmemesi fakti Daskend nusxesinin Baki nusxesinden kocurulmesi fikrini guclendirir Baki ve Daskend nusxeleri esasen eynidir Lakin bezi murebbe muhemmes ve texmislerde ferqlilikler nezere carpir Semerqend nusxesi Kisveri divaninin bir nusxesi de Semerqend Elmi Tedqiqat Institutunun kitabxanasindadir Semerqend nusxesi ile bagli Kisveri Eserleri adli eserinde Cahangir Qehremanov bildirir ki bu nusxe bir vaxtlar Baki nusxesinden kocurulmus ola biler Cunki Baki nusxesinde oxunmasi cetin olan soz ve ifadeler mehz Semerqend nusxesinde de tekrarlanir Bursa nusxesi Bursa Xalq Kitabxanasinda 4369 nomresi ile qeydiyyatdadir Elyazmanin 5a sehifesinin yuxari hissesinde Divance i Kisveri yazilmisdir Divanda butun beyt novlerine rast gelinir 1950 ci ilde Burhaneddin bey terefinden kitabxanaya hediyye edilen divan tund qehveyi rengde semseli ve temirli cilddedir Eser 122 vereqden ibaretdir ve teliq xetti ile yazilib 20 4 x 13 8 sm olcudedir Yazi olan hissenin olcusu 15 8 x 8 sm dir Her sehifede orta hesabla 14 setir var Lakin seirler tekce 15x8 sm olcude deyil hem de vereqlerin kenarinda yazilib Bezi vereqler qarismisdir Eserde nusxe tarixi ve ya kocuren sexs haqqinda hec bir qeyd yoxdur Tehran nusxesi Bu nusxe Tehran Parlament Kitabxanasinda 8959 nomresi ile qeydiyyatdadir 94 sehifeden ibaret nusxe nesteliq xetti ile yazilmis turk ve fars dillerinde seirlerden ibaretdir Hemcinin baxMehemmed Fuzuli Hebibi Elisir NevaiIstinadlar Arxivlenmis suret 2023 08 04 tarixinde Istifade tarixi 2018 07 08 Azerbaycan antroponimiyasinin esaslari 5 2021 12 03 tarixinde Istifade tarixi 2018 07 08 https archive org stream AzrbaycanKlassikDbiyyatyndanSenmSlrIICild az kss2 djvu txt Seferli 2008 seh 380 Babayev 2018 seh 390 Demirci 2010 seh 105 Eyvazova 1983 seh 10 Qehremanov 2004 seh 4 Seferli 2008 seh 381 Qehremanov 2004 seh 5 Babayev 2018 seh 391 Seferli 2008 seh 382 Seferli 2008 seh 383 Qehremanov 2004 seh 6 Babayev 2018 seh 392 Seferli 2008 seh 385 Seferli 2008 seh 386 Qehremanov 2004 seh 7 Demirci 2010 seh 108 Babayev 2018 seh 393 Demirci 2010 seh 106 Demirci 2010 seh 112 Eyvazova 1983 seh 12 AKES 2005 seh 183 Babayev 2018 seh 403 Babayev 2018 seh 394 Seferli 2008 seh 388 Seferli 2008 seh 389 Babayev 2018 seh 395 Seferli 2008 seh 391 Babayev 2018 seh 399 Qehremanov 2004 seh 7 8 Seferli 2008 seh 387 Qehremanov 2004 seh 8 Eyvazova 1983 seh 8 Eyvazova 1983 seh 9 Demirci 2010 seh 109 Qehremanov 1984 seh 4 Edebiyyat Eliyar Seferli Xelil Yusifli Azerbaycan Edebiyyati Tarixi Baki Ozan 2008 seh 696 ISBN 5 8133 1056 6 Cahangir Qehremanov Kisveri Eserleri PDF Baki Serq Qerb 2004 seh 176 ISBN 9952 418 36 9 Yaqub Babayev Azerbaycan edebiyyati tarixi XIII XVIII esrler Baki Elm ve tehsil 2018 seh 760 Roza Eyvazova Kisveri Divaninin dili Morfoloji xususiyyetleri Baki Elm nesriyyati 1983 XIII XVI esrler Azerbaycan seiri Azerbaycan klassik edebiyyatindan secmeler III cildde II Baki Serq Qerb 2005 Jale Demirci XV XVI YUZYIL AZERBAYCAN EDEBIYATININ ONEMLI BIR TEMSILCISI KISVERI Turkbilig 2010 104 116 Osman Fikri Sertkaya Nimetullah Kisverinin Dogu Cagatay Turkcesi ve Bati Osmanli Turkcesi Ile Nazireleri XLI Istanbul Universitesi Edebiyat Fakultesi Azerbaycan Sairlerinin Cagatayca Siirleri 3 2011 67 90 Elave edebiyyatArasli Hemid Kishveri Kishveri Surkov Alexey redaktor Concise Literary Encyclopedia rus 3 1966 6 April 2023 tarixinde Istifade tarixi 2 September 2023 Ay Say Umran Divan Kisveri Turk Edebiyati Eserler Sozlugu turk Ahmet Yasevi Universitesi 2022 2 September 2023 tarixinde Istifade tarixi 2 September 2023 Bayramova L A Zhanrovye Osobennosti Persoyazychnogo Divana Kishveri Genre Features of the Persian language Divan of Kishveri PDF Aktualnye voprosy filologicheskoj nauki XXI veka sbornik statej IX Mezhdunarodnoj nauchnoj konferencii molodyh uchenyh rus Ural Federal University 2 2020 133 137 ISBN 978 5 8295 0707 7 9 September 2023 tarixinde PDF Demirci Jale Nevayi nin Azerbaycan Sahasina Etkisi Ankara Universitesi Dil ve Tarih Cografya Fakultesi Dergisi turk 38 1 2 1998 001 011 doi 10 1501 Dtcfder 0000001243 13 April 2023 tarixinde Istifade tarixi 2 September 2023 Dergipark vasitesile Demirci Jale Azerbaycan sairi Kisveri nin Nevayi siirlerine yazdigi tahmisler The tahmis written by the Azerbaijani poet Kishveri on Nevayi poems Turkbilig turk 17 1 April 2010b 47 55 doi 10 1501 Trkol 0000000176 26 August 2023 tarixinde Dergipark vasitesile Eyvazova Roza Kishvәri Divan ynyn Dili Language of the Kishveri Divan PDF az Elm 1983 2 September 2023 tarixinde PDF Istifade tarixi 2 September 2023 Kasimli Muharrem Ni metullah Kisveri TDV Encyclopedia of Islam turk 33 Turkiye Diyanet Vakfi 2007 131 132 ISBN 979 975389455 4 26 August 2023 tarixinde Istifade tarixi 2 September 2023 Yorur Ali Kisveri Ni metullah Kisveri Dilmekani Dilmegani Turk Edebiyati Isimler Sozlugu turk Ahmet Yasevi Universitesi 2015 26 August 2023 tarixinde Istifade tarixi 2 September 2023 Xarici kecidlerVikimenbede elaqeli metnler Mehemmed Fuzuli adina Elyazmalar Institutunun arxivi zenginlesdirilir Kisveri Eserleri PDF Baki Serq Qerb 2004 ISBN 9952 418 36 9