Məcnun — bir çox Yaxın Şərq xalqlarının folklorunda yayılmış "Leyli və Məcnun" haqqında dastaların qəhrəmanıdır. Yazılı ədəbiyyatda Leyli obrazı ilk dəfə Nizami Gəncəvi tərəfindən tərəfindən istifadə edilmiş, daha sonra Nizaminin təsiri ilə həmin mövzuda əsərlər yazmış şairlər tərəfindən istifadə olunmuşdur.
Məcnun | |
---|---|
ərəb. مجنون | |
| |
Əsər | Leyli və Məcnun |
İlk görünmə | Leyli və Məcnun |
Uyğunlaşdırma | Qeys ibn Muləvvəh |
Canlandıranlar | Nodar Şaşıqoğlu (Leyli və Məcnun filmində) Əhməd Salahov (Nizami filmində) |
Məlumat | |
Cinsi | kişi |
Doğum tarixi | VII əsr |
Doğum yeri | |
Ölüm tarixi | 688 və ya VII əsr |
Ölüm yeri | |
Yaşayış yeri | Ərəbistan |
Milliyyəti | ərəb |
Peşəsi | şair, yazıçı |
Məcnun həm də, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında yazılmış "Leyli və Məcnun" operasının əsas qəhrəmanlarından biridir. Operada tenor səs olan Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski olmuşdur.
Kinematoqrafiyada Leyli obrazını, 1961-ci ildə çəkilmiş Leyli və Məcnun filmində aktyor Nodar Şaşıqoğlu, 1982-ci ildə çəkilmiş Nizami filmində isə Əhməd Salahov canlandırmışlar.
2023-cü ildə Azərbaycan yazıçısı Vahid Məmmədlinin ilk dəfə nəsrlə yazılmış "Leyli və Məcnun" romanının baş qəhrəmanıdır.
Tarixiliyi
Nizamiyə qədərki ərəb mənbələrində Məcnun haqqında verilmiş rəvayətlər çox vaxt dumanlı və ziddiyyətli şəkildə nəql olunur. Bu səbəbdən həmin rəvayətlərin heç birində Məcnunun tarixi şəxsiyyət olması təsdiq olunmur. İ. Y. Kraçkovski yazır ki, Məcnun haqqında mövcud olan zəngin material heç də onun tarixi şəxsiyyət olmasını təsdiq etmir, əskinə, onu bir az da dolaşıq vəziyyətə salır. "Nəğmələr kitabı"nda bəni-Üməyyə dövrünün poeziyasını toplayan Əyyub ibn Əbayənin dilindən bu rəvayət verilir: "Mən, Amir qəbiləsində bu qəbilədən olan Məcnun haqqında nəsilbənəsil sorudum və onu tanıyan bir adam tapmadım". Eyni fikri 787-ci ildə ölmüş İsa ibn Dəb də söyləmişdir: "Amir qəbiləsindən olan bir nəfərdən soruşdum: "Məcnunu tanıyırsanmı, hər hansı bir şerini söyləyə bilərsənmi? O cavab verdi: "Məgər, biz ağıllıların şerindən üz çevirmişik ki, ağılsızların şerləeini söyləyək. Onlar çoxdurlar…"
IX əsrin başlanğıcında İbn əl-Ərabi (844-cü ildə ölmüşdür) deyir ki, bəzi alomlərdən onlardan Məcnun haqqında soruşulduğunu eşitmişdir. Ancaq, onlar Məcnunu tanımamışlar və bildirmişlər ki, bütün bu şerləri onun adına yazmışlar. Əyyub ib Əbayə başqa bir yerdə deyir ki, Üməyyə nəslindən olan Mərvanilərdən hansısa bir gənc isə bu nəsildən olan bir qıızı sevmiş, ona şerlər həsr etmiş və onları Məcnun adıyla yazmışdır. Əvanə ibn əl-Kəlbi (764-cü ildə ölmüşdür) fikrini daha aydın bildirir: Məcnun həqiqətdə olmayan metaforik bir addır; Amir qəbiləsində onun nə kökü, nə əlaqəsi vardır." Eyni fikri Hişam ibn Əl-Kəlbinin (819-cu ildə ölmüşdür) müqasiri Əl-Əsməri də (828-ci ildə ölmüşdür) təsdiqləyir: "Dünyada iki nəfəri – bəni Amir qəbiləsindən Məcnunu və ibn əl-Kirrini tanıyırlar; ancaq onları ravilər uydurmuşlar". Əvanə, buna əlavə olaraq deyir ki, "Üç nəfər heç vaxt olmamış və məlum deyillər: döyüşlər haqqında qəsidələrin müəllifi İbn Əbul-Akib, İbn əl-Kirri və Amir qəbiləsindən olan Məcnun". IX əsrdə əl-Cahiz deyir: "Xalq, müəllifi bəlli olmayan Leyli adına deyilmiş bir şer qalmadı ki, onu Məcnun adına yazmasın…"
İ. Y. Kraçkovski Məcnunun şəxsiyyəti və onunla bağlı macəranın yayılmasını az çox aydınlaşdıra biləcək belə bir ehtimal irəli sürür ki, bəni-Üməyyə nəslindən Məcnun əhvalatını uyduran gənc həmin kor filoloq Əvanə ibn əl-Hikəm (764-cü ildə ölmüşdür) olmuşdur. O, Kufə mədrəsəsinin alimi olub, istila və poeziya tarixi sahəsində böyük nüfuza malik idi. Digər tərəfdən əl-Mütəz qeyd edir ki, Əvanə Üməyyə tərəfdarlarından idi və "Üməyyənin tarixini yazmışdı." "Əl-Fihrist"də onun "Müaviyyə və Üməyyəlilərin tərcümeyi-halı" adlı əsərinin adı çəkilir. Kraçkovski belə bir nəticəy gəlir ki, "Əvanənin sözünə görə, Məcnun əhvalatını uyduran, Üməyyə nəslinə məncub o gənci xatırlayaraq düşünmək lazımdır ki, bu romantik üməyyəlinin tarixinin yaradılmasında o özü iştirak etmirmi?" Bu fikri Əyyub ibn-Əbayə də təsdiq edir. İbrahim ibn əl-Münzir "Nəğmələr kitabı"nda onun dilindən belə bir əhvalat danışır ki, "mərvanilərdən hansı bir gənc isə özlərindən qızı sevmiş, onun haqqında şerlər demiş və onları Məcnun adıyla yazmışdır."
Qədim ərəb mənbələrinin heç biri Məcnunun real bir şəxsiyyət olduğunu təsdiq etmədiyinə görə, İ. Kraçkovski bu qənaətə gəlir ki, "Məcnunu mənbələrin təsdiq və inkarlarında deyil, onun haqqındakı hekayələrin və onun adına yazılan şerlərin izahında axtarmaq lazımdır." Alimin fikrincə, haqqında rəvayətlər yayılan Məcnunun şəxsiyyətinin bu cür müəmmalı qalmasına o zamankı ərəb həyatında Məcnun ləqəbi alanların sayca çox olması səbəb olmuşdur. Hətta Amir qəbiləsində də iki Məcnun vardı. "Belə Məcnunlar yığını içərisindən platonik eşqiylə məşhur olan Məcnunu ayırmaq isə olduqca çətindir."
Ölüm tarixi
Misir tarixçisi Əbu-l-Məhasin Məcnunun ölüm tarixini 68/687–688-ci illər kimi qəbul edir. Tarixçilərdən əl-Kutubi və əl-Eyni 70/689–690-cı ili Məcnunun ölüm tarixi üçün daha uyğun hesab edir. Kraçkovskinin məlumatına görə, bəzi mənbələrdə Məcnunun 718–719-cu illərdə ölməsi görstərilir. Hətta bu tarixi 823-cü ilə kimi uzadanlar da vardır. Kraçkovski, 602 Tədqiqatçı özü isə, bütün mənbələri ümumiləşdirərək, Məcnunun VII əsrin sonlarında öldüyünü qeyd edir.
Yaşadığı yerlər
Akademik İ. Y. Kraçkovski "Nəğmələr kitabı"nda toplanan Məcnun şerlərinə əsasən onun həyat sürdüyü coğrafi mühiti ətraflı müəyyənləşdirmişdir. Bu şerlərdə ona qədər coğrafi ad vardır. Həmin coğrafi adların bir çoxu Amir qəbiləsinə mənsub olmuş geniş ərazidə və bir qismi də ona qonşu olan qəbilələrin ərazisində yerləşir. Məcnunun ən çox dolaşdığı Nəcddəki əl-Batil dağları Amirilərə məxsus olmuşdur. Onun bəzi şerlərində Məkkə və Mədinə ətrafı yerlərin də adına rast gəlinir ki, bu şeirlərin də onun atası ilə Həccə getdiyi zaman yazıldığı güman edilir.
Şəxsiyyəti və həyatı
Qədim ərəb mənbələrində Məcnunun bütöv adı, atasının adı və Leyliyə olan məhəbbət macəraları, həyatı haqqında müxtəlif rəvayətlər mövcuddur. İbn Qüteybənin "Şer və şairlər" adlı əsərində Məcnun haqqında ayrıca fəsil vardır. Burada qeyd edilir ki, Məcnunun bütöv adı Qeyd ibn Muad, başqa varianta görə isə Qeys ibn Muləvvəhdir. Yaşadığı qəbilə bəni Cəd ibn Kəb ibn Rəbiə ibn Amir ibn Səsəə, başqa varianta görə bəni Uqəyl ibn Kəb ibn Rəbiədir.
İbn Qüteybənin məlumatına görə Məcnun və Leyli uşaq ikən bir yerdə dəvə otarmış, bir-birinə aşiq olmuş, lakin onların məhəbbəti uğursuz olduğuna görə Məcnun ağlını itirmişdir. Məcnun insanlardan səhraya qaçmış və vəhşilərlə gün keçirməyə başlamışdır. Nofəl ib Müsəhhih onun macəralarını eşidərək səhrada onu tapır, Leyli ilə evləndirməyə söz verərək elçi gedir, lakin, Leylinin ailəsi imtina edir.
Leylinin atası qızını başqa bir adama ərə verirə bəni Murra qəbiləsindən olan bir şüyx bu hadisəni Məcnunun atasına çatdırır. Bundan bir müddət sonra səhrada onun cəsədi tapılır.
Əbül Fərəc İsfahani özünün "Nəğmələr kitabı"nda Məcnunun eşq macəralarına dair çoxlu yeni materiallar toplamışdır ki, bunlar İbn Qüteybənin əsərində verilməmişdir. Bu əlavələr içərisində Məcnunun Leyli ilə ilk görüşü diqqət çəkir. İsfahani Leyli və Məcnunun təsadüfən küçədə tanış olmaları qeyd edilir. Bundan sonra Məcnun Leylinin evinə elçilərini göndərir, eyni zamanda Vərd ibn Məhəmməd əl-Uqəyli adlı biri də Leyli üçün elçilərini göndərir. Atası Leylini Vərdə ərə verir. Bundan sonra Məcnunun səhraya qaçması və digər hadisələr təsvir olunur.
Əl-Valibi "Divani Məcnun" adlı əsərində topladığı Məcnun şerlərinə şərhlər yazmışdır. İ. Kraçkovski yazır ki, ilk dəfə bu əsərdə Məcnunun təkcə Ərəbistanda deyil, "İran ölkələrində" də məşhur olması göstərilir. Ç. Sasanianın fikrincə, "Divani Məcnun"dakı rəvayətləri Nizaminin "Leyli və Məcnun"unda hadisələrin xronoloji təsvirilə müqayisə etdikdə aydın nəzərə çarpır ki, Nizami, poemanın yazılmasında başqa ərəb mənbələrinə nisbətən əl-Valibinin əsərindən daha çox faydalanmışdır.
Ədəbiyyatda
Nizaminin "Leyli və Məcnun"unda
Nizami Qeysi dövrün böyük alim-şairi kimi təqdim edir. O, adi hadisələri yoxsul şerində nəzmə çəkən cılız bədəvi şairi deyil, dünyanın çoxlarına bəlli olmayan sirrlərini, platonik eşqi tərənnüm edən qüdrətli şairdir. Nizamiyə görə təlim-tədris görməyən belə istedadları təsəvvür etmək olmaz. Şair poemaya "Qeysin məktəbə getməsi" fəslini artırmaqla, hadisələrə elmi-məntiqi boya vermiş və bəzi folklor-əsatir ənənələrinin gerçəklikdən uzaq olduğunu göstərməyə çalışmışdır. Məcnun müstəsna dərəcədə bilikli və nadir istedada malik bir şairdir. Məcnun poeziyanın ecazkar qüdrəti ilə Nizaminin insanpərvər ideallarını xalqın qulağına çatdırmaq, onun ruhuna təsir etməklə yeni əxlaqi keyfiyyətləri onda aşılamaq istəyir. Romantik, ideal eşqi tərənnüm edən Məcnunun şerləri tez bir azamanda xalqın arasında yayılır. Salam Bağdadi Məcnunun görüşünə gələrək onun şerlərini toplayır, özü ilə o dövrün elm və mədəniyyət mərkəzi olan Bağdada aparır. Ümumilikdə "Məcnun, cəmiyyətdən və insanlardan deyil, namərd, sədaqətsiz insanlardan, haqq və hüquqları tapdalayan cəmiyyətdən qaçmışdır."
Füzulinin "Leyli və Məcnun"unda
Füzuli Məcnunu cəmiyyətdən kənar, azad şəraitdə duyduğunu, gördüyünü və istədiyini yazırdı. Məcnun bir çox cəhətdən Füzulinin "Rindü-zahid" poemasındakı Rind obrazının xələfidir. O da, köhnə fikirli, hiyləgər, şöhrət ehtiraslı ataya qarşı çıxır. Rind də Məcnun kimi yeni dünyanın oğludur. Füzuli ata ilə oğulun görüşləri, münasibət və əlaqələri arasındakı ziddiyyətin daha da dərinləşdiyini onların bir sıra həyat və ictimai-siyasi hadisələrə münasibətlərində göstərmişdir.
Poemada şair bir sıra münasibətlər kompleksi yaratmışdır ki, onlar da psixoloji-mənəvi aləmdə baş verən ziddiyyətlərin təcəssümüdür. Həmin cəhət poemada Məcnun surətində ifadəsini tapmışdır. Füzuli qəhrəmanı hiss adamıdır. O, dünyaya göz açdığı ilk anlardan həyatla qarşı-qarşıya durur, gələcəkdə keçirəcəyi faciəli günləri üçün ağlayır. Elə ilk günlərdən Füzuli qəhrəmanı ictimai mühitlə uyğunlaşa bilmir, onun həssas daxili aləmi belə həyat tərzi ilə təzadda olur. Hakim ictimai normalarla mənəvi mübarizəyə girişən Füzuli qəhrəmanı eçqi və sədaqəti həqiqi amal, kamal və qəhrəmanlıq səviyyəsinə qaldırır. O, fikrinin dürüstlüyünə, əqidəsinin saflığına inandırğı kimi, müasiri olduğu cəmiyyətin çürüklüyünü də aydın dərk edir. Məcnun bunu həm də adi romantik hisslərin aludəsi olmuş bir gənc kimi yox, Şərq fəlsəfəsini və mədəniyyətini mükəmməl bilən bir şair kimi başa düşür.
Füzulinin ideal qəhrəmanı bədii bir obraz kimi diqqətəlayiq cəhətlərə malikdir. Məcnun surətində bədii ümumiləşdirmədən daha çox fərdi cizgilər vardır.
Vahid Məmmədlinin "Leyli və Məcnun"unda
Vahid Məmmədlinin "Leyli və Məcnun"unda Məcnun bu əsərdə bir insanın gerçəkdə malik olduğu imkanları aşaraq, mahiyyətində daha mühüm, bəşəri, fövqəlgüc və məna daşıyan personajdır. Məcnunun yaşadığı dünya qəddarlıq və pisliklərlə doludur, onun meşəyə meyil etməsi də daha sivil, daha rahat həyat tərzini orda tapmasına işarədir. Müəllif iki mühitin — sakinləri başqa olan meşə ilə insanların yaşadığı aləmi qarşı-qarşıya qoymaqla bu ziddiyyəti ifadə edir. Bir simvolik çalar da sevginin dünyada getdikcə daralan roluna etirazla motivləşir. Günü-gündən sənayeləşən, modernləşən, hər şeyi robotların ixtiyarına buraxan yeni reallığa tabe olan, duyğularından könüllü imtina etməyi qəbullanan dünya, o biri tərəfdə isə dünyanın sevgi ilə xilasına ümid edən düşüncə adamları. Əsərdə bu etirazlar Nofəlin dili ilə verilir: "Qeysə "Məcnun" deyə gülüb sərsəri hesab edənlər, məgər hamınız başdan-ayağa günahkar deyilsinizmi? Fəttah qızını Qeysə vermədi, onlarsa meşədə də olsa, bir yerdə deyillərmi? Şad-xürrəm yaşamırlarmı? Kim qalib çıxdı? Sizin bu oyunbazlığınız, adət-ənənə deyə arxasında gizləndiyiniz kin-küdurətiniz, yoxsa ilahinin nuru olan eşq və aşiqlər?! Bu sevgilərinə sadiqliyə görə Allah onları mükafatlandırıb, yer üzündə cənnətdə yaşamağı nəsib edib. Sizin hər gün etdiyiniz ibadətlər, apardığınız gərəkli-gərəksiz mücadilələr əbədi həyatda qazanmaq istədiyiniz Cənnət üçün deyilmi? İçinizi küdurətdən təmizləyib sevgiyə qucaq açmaqla, başqalarının həyatına qarışmaqdan əl çəkib öz səadətinizin qayğısına qalmaqla siz elə bu dünyada da hüzurlu bir cənnət həyatı yaşayıb, daha az günah etməzsinizmi?"
Nofəl də, Zeyd, Ayişə də özlərinə Qeys, Leyli kimi sevib-sevilməyi arzulayırlar: "Bəlkə də çoxları Qeysə dəli deməklə onu üstüörtülü təqdir edir, hər kişi özünə bir Leyli, qadınlar da ona heç nədən, heç kimdən çəkinmədən sarılacaq bir Qeys arzusunda idilər. Bir sözlə, hər kəs xoşu gəldiyinə, sevdiyinə bircə dəfə də olsa, sarılmaq istəyirdi, içlərindəki qorxu isə onları durdurur, əslində, Qeysə deyil, özlərinə dəli deyirdilər. Qeysə tənə edənlər şüuraltı düşünürdülər ki, min ildə, nə yaxşı, bir Qeys çıxdı meydana! Gizli sevgisini, xoşladığını nəinki dilə gətirməyə, düşünməyə belə qorxanlar ürəklənmişdilər. İndi hər kəs cünunluğu bəhanə edib ondan daha çox söz açır, Qeysdən danışılanlarda xəyalən özlərini təsəvvür edib rahatlanırdılar".
Məcnun şerləri
İ. Y. Kraçkovski göstərir ki, Məcnunun yaşadığı dövrdə poeziya iki istiqamətdə inkişaf edirdi. Şəhər mədəni mühitində meydana gələn şer real məhəbbəti, onun bütün emosiyalarını, ayrılıq və görüşlərini, əzab və sevinclərini özündə əks etdirirdi. Bu poeziyanın ən böyük nümayəndəsi məkkəli Ömər ibn Əbu Rəbiə idi. Ryukkert onu, "ərəblər içərisində ən görkəmli məhəbbət tərənnümçüsü" adlandırır. Orta əsrlər ərəb poeziyasının başqa və ən mühüm qolu platonçu məhəbbəti tərənnüm edən bədəvi şeri idi ki, ərəblər onu "uzri" adlandırırdılar. Bədəvi qəbilə həyatında böyük sürətlə inkişaf edən bu poeziya bir çox məşhur cüt aşiq qəhrəmanlar yetirmişdir. Bədəvi qəbilə həyatında yaranan şer, şəhərdə meydana gələn şerdən fərqli olaraq ideal məhəbbəti, bir sevgiliyə olan ideal ədəbi eşqi tərənnüm edirdi ki, Məcnunun şerləri də məzmunca poeaziyanın bu qoluna mənsub idi. Bu poeziyada tərənnüm olunan aşiq-məşuq həmişə nakamdır, çünki bədbəxt hadisələr daima onları izləyir. Belə aşiq-məşuqlar bir ənənə olaraq məhdud eşqdən ölürlər; bəzən də biri digərinin ölüm dərdinə dözməyərək ölür. Uzri şer məktəbinə mənsub olan bədəvi poeziya ərəb ədəbiyyatına Urva və Əfra, Qeys və Lubna, Cəmil və Buseynə kimi məşhur cüt aşiqlər bəxş etmişdir.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Qays ibn al-Mulawwaḥ Maǧnūn Laylā // AlKindi.
- "Məcnunun sevgisi "bakirə sevgi" kimi ortaya çıxır". Kulis.az (az.). 2023-07-16 tarixində . İstifadə tarixi: 2023-07-16.
- Sasanian, 1985. səh. 26
- Крачковский, 1956. səh. 594
- Крачковский, 1956. səh. 595
- Крачковский, 1956. səh. 596
- Sasanian, 1985. səh. 27
- Крачковский, 1956. səh. 598
- Крачковский, 1956. səh. 599
- Крачковский, 1956. səh. 601
- Крачковский, 1956. səh. 602
- Крачковский, 1956. səh. 605-606
- Бертельс, 1962. səh. 243
- Бертельс, 1962. səh. 244
- Бертельс, 1962. səh. 245
- Крачковский, 1956. səh. 592
- Sasanian, 1985. səh. 31
- Sasanian, 1985. səh. 54
- Sasanian, 1985. səh. 90
- Quluzadə, M. Nizami Gəncəvi. Bakı. 1953. 60.
- Cahani, 1979. səh. 128-129
- Cahani, 1979. səh. 131
- Крачковский, 1956. səh. 607
Ədəbiyyat
- Sasanian, Çingiz. Nizaminin "Leyli və Məcnun" poeması. Bakı: Elm. 1985.
- Бертельс, Э.Е. Низами и Фузули. Москва: Изд-во Восточной Литературы. 1962. səh. 553.
- Крачковский, И.Ю. Ранняя история повести о Меджнуне и Лейли в арабской литературе, (Изб. соч., том.II). М-Л. 1956.
- Cahani, Qasım, Azərbaycan ədəbiyyatında Nizami ənənələri, Bakı: Elm, 1979
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mecnun bir cox Yaxin Serq xalqlarinin folklorunda yayilmis Leyli ve Mecnun haqqinda dastalarin qehremanidir Yazili edebiyyatda Leyli obrazi ilk defe Nizami Gencevi terefinden terefinden istifade edilmis daha sonra Nizaminin tesiri ile hemin movzuda eserler yazmis sairler terefinden istifade olunmusdur Mecnunereb مجنون Gence seherinde Leyli ve Mecnun heykeliEser Leyli ve MecnunIlk gorunme Leyli ve MecnunUygunlasdirma Qeys ibn MulevvehCanlandiranlar Nodar Sasiqoglu Leyli ve Mecnun filminde Ehmed Salahov Nizami filminde MelumatCinsi kisiDogum tarixi VII esrDogum yeri YemenOlum tarixi 688 ve ya VII esrOlum yeri Necd Seudiyye ErebistaniYasayis yeri ErebistanMilliyyeti erebPesesi sair yazici Mecnun hem de Azerbaycan bestekari Uzeyir Hacibeyov terefinden Mehemmed Fuzulinin Leyli ve Mecnun poemasinin motivleri esasinda yazilmis Leyli ve Mecnun operasinin esas qehremanlarindan biridir Operada tenor ses olan Mecnun rolunun ilk ifacisi Huseynqulu Sarabski olmusdur Kinematoqrafiyada Leyli obrazini 1961 ci ilde cekilmis Leyli ve Mecnun filminde aktyor Nodar Sasiqoglu 1982 ci ilde cekilmis Nizami filminde ise Ehmed Salahov canlandirmislar 2023 cu ilde Azerbaycan yazicisi Vahid Memmedlinin ilk defe nesrle yazilmis Leyli ve Mecnun romaninin bas qehremanidir TarixiliyiNizamiye qederki ereb menbelerinde Mecnun haqqinda verilmis revayetler cox vaxt dumanli ve ziddiyyetli sekilde neql olunur Bu sebebden hemin revayetlerin hec birinde Mecnunun tarixi sexsiyyet olmasi tesdiq olunmur I Y Krackovski yazir ki Mecnun haqqinda movcud olan zengin material hec de onun tarixi sexsiyyet olmasini tesdiq etmir eskine onu bir az da dolasiq veziyyete salir Negmeler kitabi nda beni Umeyye dovrunun poeziyasini toplayan Eyyub ibn Ebayenin dilinden bu revayet verilir Men Amir qebilesinde bu qebileden olan Mecnun haqqinda nesilbenesil sorudum ve onu taniyan bir adam tapmadim Eyni fikri 787 ci ilde olmus Isa ibn Deb de soylemisdir Amir qebilesinden olan bir neferden sorusdum Mecnunu taniyirsanmi her hansi bir serini soyleye bilersenmi O cavab verdi Meger biz agillilarin serinden uz cevirmisik ki agilsizlarin serleeini soyleyek Onlar coxdurlar IX esrin baslangicinda Ibn el Erabi 844 cu ilde olmusdur deyir ki bezi alomlerden onlardan Mecnun haqqinda sorusuldugunu esitmisdir Ancaq onlar Mecnunu tanimamislar ve bildirmisler ki butun bu serleri onun adina yazmislar Eyyub ib Ebaye basqa bir yerde deyir ki Umeyye neslinden olan Mervanilerden hansisa bir genc ise bu nesilden olan bir qiizi sevmis ona serler hesr etmis ve onlari Mecnun adiyla yazmisdir Evane ibn el Kelbi 764 cu ilde olmusdur fikrini daha aydin bildirir Mecnun heqiqetde olmayan metaforik bir addir Amir qebilesinde onun ne koku ne elaqesi vardir Eyni fikri Hisam ibn El Kelbinin 819 cu ilde olmusdur muqasiri El Esmeri de 828 ci ilde olmusdur tesdiqleyir Dunyada iki neferi beni Amir qebilesinden Mecnunu ve ibn el Kirrini taniyirlar ancaq onlari raviler uydurmuslar Evane buna elave olaraq deyir ki Uc nefer hec vaxt olmamis ve melum deyiller doyusler haqqinda qesidelerin muellifi Ibn Ebul Akib Ibn el Kirri ve Amir qebilesinden olan Mecnun IX esrde el Cahiz deyir Xalq muellifi belli olmayan Leyli adina deyilmis bir ser qalmadi ki onu Mecnun adina yazmasin I Y Krackovski Mecnunun sexsiyyeti ve onunla bagli maceranin yayilmasini az cox aydinlasdira bilecek bele bir ehtimal ireli surur ki beni Umeyye neslinden Mecnun ehvalatini uyduran genc hemin kor filoloq Evane ibn el Hikem 764 cu ilde olmusdur olmusdur O Kufe medresesinin alimi olub istila ve poeziya tarixi sahesinde boyuk nufuza malik idi Diger terefden el Mutez qeyd edir ki Evane Umeyye terefdarlarindan idi ve Umeyyenin tarixini yazmisdi El Fihrist de onun Muaviyye ve Umeyyelilerin tercumeyi hali adli eserinin adi cekilir Krackovski bele bir neticey gelir ki Evanenin sozune gore Mecnun ehvalatini uyduran Umeyye nesline mencub o genci xatirlayaraq dusunmek lazimdir ki bu romantik umeyyelinin tarixinin yaradilmasinda o ozu istirak etmirmi Bu fikri Eyyub ibn Ebaye de tesdiq edir Ibrahim ibn el Munzir Negmeler kitabi nda onun dilinden bele bir ehvalat danisir ki mervanilerden hansi bir genc ise ozlerinden qizi sevmis onun haqqinda serler demis ve onlari Mecnun adiyla yazmisdir Qedim ereb menbelerinin hec biri Mecnunun real bir sexsiyyet oldugunu tesdiq etmediyine gore I Krackovski bu qenaete gelir ki Mecnunu menbelerin tesdiq ve inkarlarinda deyil onun haqqindaki hekayelerin ve onun adina yazilan serlerin izahinda axtarmaq lazimdir Alimin fikrince haqqinda revayetler yayilan Mecnunun sexsiyyetinin bu cur muemmali qalmasina o zamanki ereb heyatinda Mecnun leqebi alanlarin sayca cox olmasi sebeb olmusdur Hetta Amir qebilesinde de iki Mecnun vardi Bele Mecnunlar yigini icerisinden platonik esqiyle meshur olan Mecnunu ayirmaq ise olduqca cetindir Olum tarixi Misir tarixcisi Ebu l Mehasin Mecnunun olum tarixini 68 687 688 ci iller kimi qebul edir Tarixcilerden el Kutubi ve el Eyni 70 689 690 ci ili Mecnunun olum tarixi ucun daha uygun hesab edir Krackovskinin melumatina gore bezi menbelerde Mecnunun 718 719 cu illerde olmesi gorsterilir Hetta bu tarixi 823 cu ile kimi uzadanlar da vardir Krackovski 602 Tedqiqatci ozu ise butun menbeleri umumilesdirerek Mecnunun VII esrin sonlarinda olduyunu qeyd edir Yasadigi yerler Akademik I Y Krackovski Negmeler kitabi nda toplanan Mecnun serlerine esasen onun heyat surduyu cografi muhiti etrafli mueyyenlesdirmisdir Bu serlerde ona qeder cografi ad vardir Hemin cografi adlarin bir coxu Amir qebilesine mensub olmus genis erazide ve bir qismi de ona qonsu olan qebilelerin erazisinde yerlesir Mecnunun en cox dolasdigi Necddeki el Batil daglari Amirilere mexsus olmusdur Onun bezi serlerinde Mekke ve Medine etrafi yerlerin de adina rast gelinir ki bu seirlerin de onun atasi ile Hecce getdiyi zaman yazildigi guman edilir Sexsiyyeti ve heyatiSekixanovlarin evinin interyerinde Mecnunun bedii portreti Qedim ereb menbelerinde Mecnunun butov adi atasinin adi ve Leyliye olan mehebbet maceralari heyati haqqinda muxtelif revayetler movcuddur Ibn Quteybenin Ser ve sairler adli eserinde Mecnun haqqinda ayrica fesil vardir Burada qeyd edilir ki Mecnunun butov adi Qeyd ibn Muad basqa varianta gore ise Qeys ibn Mulevvehdir Yasadigi qebile beni Ced ibn Keb ibn Rebie ibn Amir ibn Sesee basqa varianta gore beni Uqeyl ibn Keb ibn Rebiedir Ibn Quteybenin melumatina gore Mecnun ve Leyli usaq iken bir yerde deve otarmis bir birine asiq olmus lakin onlarin mehebbeti ugursuz olduguna gore Mecnun aglini itirmisdir Mecnun insanlardan sehraya qacmis ve vehsilerle gun kecirmeye baslamisdir Nofel ib Musehhih onun maceralarini esiderek sehrada onu tapir Leyli ile evlendirmeye soz vererek elci gedir lakin Leylinin ailesi imtina edir Leylinin atasi qizini basqa bir adama ere verire beni Murra qebilesinden olan bir suyx bu hadiseni Mecnunun atasina catdirir Bundan bir muddet sonra sehrada onun cesedi tapilir Ebul Ferec Isfahani ozunun Negmeler kitabi nda Mecnunun esq maceralarina dair coxlu yeni materiallar toplamisdir ki bunlar Ibn Quteybenin eserinde verilmemisdir Bu elaveler icerisinde Mecnunun Leyli ile ilk gorusu diqqet cekir Isfahani Leyli ve Mecnunun tesadufen kucede tanis olmalari qeyd edilir Bundan sonra Mecnun Leylinin evine elcilerini gonderir eyni zamanda Verd ibn Mehemmed el Uqeyli adli biri de Leyli ucun elcilerini gonderir Atasi Leylini Verde ere verir Bundan sonra Mecnunun sehraya qacmasi ve diger hadiseler tesvir olunur El Valibi Divani Mecnun adli eserinde topladigi Mecnun serlerine serhler yazmisdir I Krackovski yazir ki ilk defe bu eserde Mecnunun tekce Erebistanda deyil Iran olkelerinde de meshur olmasi gosterilir C Sasanianin fikrince Divani Mecnun daki revayetleri Nizaminin Leyli ve Mecnun unda hadiselerin xronoloji tesvirile muqayise etdikde aydin nezere carpir ki Nizami poemanin yazilmasinda basqa ereb menbelerine nisbeten el Valibinin eserinden daha cox faydalanmisdir EdebiyyatdaNizaminin Leyli ve Mecnun unda Nizami Qeysi dovrun boyuk alim sairi kimi teqdim edir O adi hadiseleri yoxsul serinde nezme ceken ciliz bedevi sairi deyil dunyanin coxlarina belli olmayan sirrlerini platonik esqi terennum eden qudretli sairdir Nizamiye gore telim tedris gormeyen bele istedadlari tesevvur etmek olmaz Sair poemaya Qeysin mektebe getmesi feslini artirmaqla hadiselere elmi mentiqi boya vermis ve bezi folklor esatir enenelerinin gerceklikden uzaq oldugunu gostermeye calismisdir Mecnun mustesna derecede bilikli ve nadir istedada malik bir sairdir Mecnun poeziyanin ecazkar qudreti ile Nizaminin insanperver ideallarini xalqin qulagina catdirmaq onun ruhuna tesir etmekle yeni exlaqi keyfiyyetleri onda asilamaq isteyir Romantik ideal esqi terennum eden Mecnunun serleri tez bir azamanda xalqin arasinda yayilir Salam Bagdadi Mecnunun gorusune gelerek onun serlerini toplayir ozu ile o dovrun elm ve medeniyyet merkezi olan Bagdada aparir Umumilikde Mecnun cemiyyetden ve insanlardan deyil namerd sedaqetsiz insanlardan haqq ve huquqlari tapdalayan cemiyyetden qacmisdir Fuzulinin Leyli ve Mecnun unda Fuzuli Mecnunu cemiyyetden kenar azad seraitde duydugunu gorduyunu ve istediyini yazirdi Mecnun bir cox cehetden Fuzulinin Rindu zahid poemasindaki Rind obrazinin xelefidir O da kohne fikirli hiyleger sohret ehtirasli ataya qarsi cixir Rind de Mecnun kimi yeni dunyanin ogludur Fuzuli ata ile ogulun gorusleri munasibet ve elaqeleri arasindaki ziddiyyetin daha da derinlesdiyini onlarin bir sira heyat ve ictimai siyasi hadiselere munasibetlerinde gostermisdir Poemada sair bir sira munasibetler kompleksi yaratmisdir ki onlar da psixoloji menevi alemde bas veren ziddiyyetlerin tecessumudur Hemin cehet poemada Mecnun suretinde ifadesini tapmisdir Fuzuli qehremani hiss adamidir O dunyaya goz acdigi ilk anlardan heyatla qarsi qarsiya durur gelecekde kecireceyi facieli gunleri ucun aglayir Ele ilk gunlerden Fuzuli qehremani ictimai muhitle uygunlasa bilmir onun hessas daxili alemi bele heyat terzi ile tezadda olur Hakim ictimai normalarla menevi mubarizeye girisen Fuzuli qehremani ecqi ve sedaqeti heqiqi amal kamal ve qehremanliq seviyyesine qaldirir O fikrinin durustluyune eqidesinin safligina inandirgi kimi muasiri oldugu cemiyyetin curukluyunu de aydin derk edir Mecnun bunu hem de adi romantik hisslerin aludesi olmus bir genc kimi yox Serq felsefesini ve medeniyyetini mukemmel bilen bir sair kimi basa dusur Fuzulinin ideal qehremani bedii bir obraz kimi diqqetelayiq cehetlere malikdir Mecnun suretinde bedii umumilesdirmeden daha cox ferdi cizgiler vardir Vahid Memmedlinin Leyli ve Mecnun unda Esas meqale Leyli ve Mecnun roman Vahid Memmedlinin Leyli ve Mecnun unda Mecnun bu eserde bir insanin gercekde malik oldugu imkanlari asaraq mahiyyetinde daha muhum beseri fovqelguc ve mena dasiyan personajdir Mecnunun yasadigi dunya qeddarliq ve pisliklerle doludur onun meseye meyil etmesi de daha sivil daha rahat heyat terzini orda tapmasina isaredir Muellif iki muhitin sakinleri basqa olan mese ile insanlarin yasadigi alemi qarsi qarsiya qoymaqla bu ziddiyyeti ifade edir Bir simvolik calar da sevginin dunyada getdikce daralan roluna etirazla motivlesir Gunu gunden senayelesen modernlesen her seyi robotlarin ixtiyarina buraxan yeni realliga tabe olan duygularindan konullu imtina etmeyi qebullanan dunya o biri terefde ise dunyanin sevgi ile xilasina umid eden dusunce adamlari Eserde bu etirazlar Nofelin dili ile verilir Qeyse Mecnun deye gulub serseri hesab edenler meger haminiz basdan ayaga gunahkar deyilsinizmi Fettah qizini Qeyse vermedi onlarsa mesede de olsa bir yerde deyillermi Sad xurrem yasamirlarmi Kim qalib cixdi Sizin bu oyunbazliginiz adet enene deye arxasinda gizlendiyiniz kin kuduretiniz yoxsa ilahinin nuru olan esq ve asiqler Bu sevgilerine sadiqliye gore Allah onlari mukafatlandirib yer uzunde cennetde yasamagi nesib edib Sizin her gun etdiyiniz ibadetler apardiginiz gerekli gereksiz mucadileler ebedi heyatda qazanmaq istediyiniz Cennet ucun deyilmi Icinizi kuduretden temizleyib sevgiye qucaq acmaqla basqalarinin heyatina qarismaqdan el cekib oz seadetinizin qaygisina qalmaqla siz ele bu dunyada da huzurlu bir cennet heyati yasayib daha az gunah etmezsinizmi Nofel de Zeyd Ayise de ozlerine Qeys Leyli kimi sevib sevilmeyi arzulayirlar Belke de coxlari Qeyse deli demekle onu ustuortulu teqdir edir her kisi ozune bir Leyli qadinlar da ona hec neden hec kimden cekinmeden sarilacaq bir Qeys arzusunda idiler Bir sozle her kes xosu geldiyine sevdiyine birce defe de olsa sarilmaq isteyirdi iclerindeki qorxu ise onlari durdurur eslinde Qeyse deyil ozlerine deli deyirdiler Qeyse tene edenler suuralti dusunurduler ki min ilde ne yaxsi bir Qeys cixdi meydana Gizli sevgisini xosladigini neinki dile getirmeye dusunmeye bele qorxanlar ureklenmisdiler Indi her kes cununlugu behane edib ondan daha cox soz acir Qeysden danisilanlarda xeyalen ozlerini tesevvur edib rahatlanirdilar Mecnun serleriI Y Krackovski gosterir ki Mecnunun yasadigi dovrde poeziya iki istiqametde inkisaf edirdi Seher medeni muhitinde meydana gelen ser real mehebbeti onun butun emosiyalarini ayriliq ve goruslerini ezab ve sevinclerini ozunde eks etdirirdi Bu poeziyanin en boyuk numayendesi mekkeli Omer ibn Ebu Rebie idi Ryukkert onu erebler icerisinde en gorkemli mehebbet terennumcusu adlandirir Orta esrler ereb poeziyasinin basqa ve en muhum qolu platoncu mehebbeti terennum eden bedevi seri idi ki erebler onu uzri adlandirirdilar Bedevi qebile heyatinda boyuk suretle inkisaf eden bu poeziya bir cox meshur cut asiq qehremanlar yetirmisdir Bedevi qebile heyatinda yaranan ser seherde meydana gelen serden ferqli olaraq ideal mehebbeti bir sevgiliye olan ideal edebi esqi terennum edirdi ki Mecnunun serleri de mezmunca poeaziyanin bu qoluna mensub idi Bu poeziyada terennum olunan asiq mesuq hemise nakamdir cunki bedbext hadiseler daima onlari izleyir Bele asiq mesuqlar bir enene olaraq mehdud esqden olurler bezen de biri digerinin olum derdine dozmeyerek olur Uzri ser mektebine mensub olan bedevi poeziya ereb edebiyyatina Urva ve Efra Qeys ve Lubna Cemil ve Buseyne kimi meshur cut asiqler bexs etmisdir IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Qays ibn al Mulawwaḥ Maǧnun Layla AlKindi Mecnunun sevgisi bakire sevgi kimi ortaya cixir Kulis az az 2023 07 16 tarixinde Istifade tarixi 2023 07 16 Sasanian 1985 seh 26 Krachkovskij 1956 seh 594 Krachkovskij 1956 seh 595 Krachkovskij 1956 seh 596 Sasanian 1985 seh 27 Krachkovskij 1956 seh 598 Krachkovskij 1956 seh 599 Krachkovskij 1956 seh 601 Krachkovskij 1956 seh 602 Krachkovskij 1956 seh 605 606 Bertels 1962 seh 243 Bertels 1962 seh 244 Bertels 1962 seh 245 Krachkovskij 1956 seh 592 Sasanian 1985 seh 31 Sasanian 1985 seh 54 Sasanian 1985 seh 90 Quluzade M Nizami Gencevi Baki 1953 60 Cahani 1979 seh 128 129 Cahani 1979 seh 131 Krachkovskij 1956 seh 607EdebiyyatSasanian Cingiz Nizaminin Leyli ve Mecnun poemasi Baki Elm 1985 Bertels E E Nizami i Fuzuli Moskva Izd vo Vostochnoj Literatury 1962 seh 553 Krachkovskij I Yu Rannyaya istoriya povesti o Medzhnune i Lejli v arabskoj literature Izb soch tom II M L 1956 Cahani Qasim Azerbaycan edebiyyatinda Nizami eneneleri Baki Elm 1979