Mirzəağa Əli (Əmi) oğlu Əliyev (1883, Hövsan – 24 oktyabr 1954, Bakı) — Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artisti (1949), 2 dəfə "Stalin" mükafatı laureatı (1943, 1948).
Mirzəağa Əliyev | |
---|---|
Digər adları | Mirzə Ağa Əliyev Mirzağa Əliyev |
Doğum tarixi | |
Doğum yeri | Hövsan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | Gövhər Qazıyeva |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1901–1954 |
Teatr |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mirzəağa Əliyev 1883-cü ildə kəndli ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir.
1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. 1906–1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907–1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir. 1912–1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir.
Azərbaycan sovetləşəndən sonra M. Əliyev Bakı Azad Tənqid Təbliğ Teatrının təşkilatçısı olmuş, burada aktual mövzulu kupletlərdə çıxış etmişdir. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışmış, Azərbaycan səhnə realizmi ənənələrini davam etdirmişdir. Mirzəağa Əliyev fitri komediya istedadına, milli koloritə, ifadəli yumor boyaları və zəngin səhnə nüanslarına malik aktyor idi.
M. Əliyev kino aktyoru kimi də məşhur olmuş, "Bismillah", "Hacı Qara", "Məhəbbət oyunu", "Almaz", "Bakının işıqları" və s. filmlərdə çəkilmişdir.
Mirzəağa Əliyev 24 oktyabr 1954-cü ildə vəfat etmişdir.
Xatirəsi
- Anadan olduğu Hövsan qəsəbəsində Mirzəağa Əliyev adına Mədəniyyət evi fəaliyyət göstərir.
- Bakının Yasamal rayonunda küçələrdən biri Mirzəağa Əliyevin adını daşıyır.
Mükafatları
- "SSRİ xalq artisti" fəxri adı — 22 iyul 1949
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 aprel 1933
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 26 yanvar 1926
- 2 dəfə (2-ci dərəcə):
- 19 mart 1943 (Azərbaycan Dövlət Dram Teatrında Mirzə İbrahimovun "Məhəbbət" dramının tamaşasında Məşədi Qulamhüseyn rolunun ifasına görə)
- 1948 (Azərbaycan Dövlət Dram Teatrında Ənvər Məmmədxanlının "Şərqin səhəri" dramının tamaşasında Nəcəf bəy rolunun ifasına görə)
- 2 dəfə — 25 fevral 1946, 22 iyul 1949
- — 1944
- — 1946
Filmoqrafiya
- Arşın mal alan (film, 1917) — Süleyman bəy
- Bismillah (film, 1925) — Molla Mirzə Əbdürrəhim
- Müxtəlif sahillərdə (film, 1926) — Amerikan fəhləsi
- Hacı Qara (film, 1929) — Hacı Qara
- Məhəbbət oyunu (film, 1935) — VVAQ müdiri
- Almaz (film, 1936) — məktəb direktoru Səməndər
- Arşın mal alan (film, 1945) — Məşədi İbad
- Bakının işıqları (film, 1950) — Əlibala
İstinadlar
- Алиев Мирза Ага Али оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Bakının teatr həyatı kataloq (PDF). Bakı: Ziya nəşriyyatı. 2013. səh. 207. ISBN . 2023-03-27 tarixində (PDF). İstifadə tarixi: 2023-03-27.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Мирзәаға Әми оғлу Әлийев // Коммунист. № 254 (9669). 26 октябр 1954-ҹү ил. С. 4.
Mənbə
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 17.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. Birinci cild. Bakı: Lider, 2004.- səh. 358–359.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 51.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mirzeaga Eli Emi oglu Eliyev 1883 Hovsan 24 oktyabr 1954 Baki Azerbaycan teatr ve kino aktyoru SSRI xalq artisti 1949 2 defe Stalin mukafati laureati 1943 1948 Mirzeaga EliyevDiger adlari Mirze Aga Eliyev Mirzaga EliyevDogum tarixi 1883Dogum yeri Hovsan Baki qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 24 oktyabr 1954Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri Fexri XiyabanVetendasligi Rusiya imperiyasi AXC SSRIHeyat yoldasi Govher QaziyevaFealiyyeti aktyorFealiyyet illeri 1901 1954Teatr Azerbaycan Dovlet Dram Teatri 1919 1954 Baki Azad Turk Tenqid ve Teblig Teatri 1921 1922 Mukafatlari 1946 1949 1944 1946 1949 1933 1943 1948 Vikianbarda elaqeli mediafayllarHeyatiMirzeaga Eliyev 1883 cu ilde kendli ailesinde dogulmusdur Ilk tehsilini mollaxanada almis Bakida rus muselman mektebini bitirmisdir 1901 ci ilde Necef bey Vezirovun Musibeti Fexreddin pyesinin tamasaya qoyulmasi zamani Sahmar bey rolunda ilk defe sehneye cixmisdir Azerbaycan teatr xadimlerinden Necef bey Vezirov ve Cahangir Zeynalov onun aktyor kimi yetismesine tesir gostermisdir 1906 1907 ci illerde Hemiyyet teatr truppasinin rehberi ve aktyoru olmusdur Bu truppa esasen fehle rayonlarinda tamasalar verirdi 1907 1912 ci illerde Nicat cemiyyetinin teatr truppasinda cixis etmisdir 1912 ci ilde mutereqqi ictimai fealiyyetine gore Hesterxana surgun edilmisdir 1912 1916 ci illerde Volqaboyu seherlerinde Tbiliside Irevanda Iran ve Turkiyenin bir sira seherlerinde tamasalar vermisdi 1916 ci ilde Bakida tamasaya qoyulmus Celil Memmedquluzadenin Oluler komediyasindaki Isgender rolu onun yaratdigi klassik obrazlar silsilesine daxildir Azerbaycan sovetlesenden sonra M Eliyev Baki Azad Tenqid Teblig Teatrinin teskilatcisi olmus burada aktual movzulu kupletlerde cixis etmisdir 1924 cu ilden omrunun sonuna qeder Azerbaycan Dovlet Dram Teatrinda calismis Azerbaycan sehne realizmi enenelerini davam etdirmisdir Mirzeaga Eliyev fitri komediya istedadina milli kolorite ifadeli yumor boyalari ve zengin sehne nuanslarina malik aktyor idi M Eliyev kino aktyoru kimi de meshur olmus Bismillah Haci Qara Mehebbet oyunu Almaz Bakinin isiqlari ve s filmlerde cekilmisdir Mirzeaga Eliyev 24 oktyabr 1954 cu ilde vefat etmisdir XatiresiAnadan oldugu Hovsan qesebesinde Mirzeaga Eliyev adina Medeniyyet evi fealiyyet gosterir Bakinin Yasamal rayonunda kucelerden biri Mirzeaga Eliyevin adini dasiyir Mirzeaga Eliyevin Hovsandaki bustuMukafatlari SSRI xalq artisti fexri adi 22 iyul 1949 Azerbaycan SSR xalq artisti fexri adi 25 aprel 1933 Azerbaycan SSR emekdar artisti fexri adi 26 yanvar 1926 2 defe Stalin mukafati 2 ci derece 19 mart 1943 Azerbaycan Dovlet Dram Teatrinda Mirze Ibrahimovun Mehebbet draminin tamasasinda Mesedi Qulamhuseyn rolunun ifasina gore 1948 Azerbaycan Dovlet Dram Teatrinda Enver Memmedxanlinin Serqin seheri draminin tamasasinda Necef bey rolunun ifasina gore 2 defe Qirmizi emek bayragi ordeni 25 fevral 1946 22 iyul 1949 Qafqazin mudafiesine gore medali 1944 1941 1945 ci iller Boyuk Veten muharibesinde resadetli emeye gore medali 1946FilmoqrafiyaArsin mal alan film 1917 Suleyman bey Bismillah film 1925 Molla Mirze Ebdurrehim Muxtelif sahillerde film 1926 Amerikan fehlesi Haci Qara film 1929 Haci Qara Mehebbet oyunu film 1935 VVAQ mudiri Almaz film 1936 mekteb direktoru Semender Arsin mal alan film 1945 Mesedi Ibad Bakinin isiqlari film 1950 ElibalaIstinadlarAliev Mirza Aga Ali ogly Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Bakinin teatr heyati kataloq PDF Baki Ziya nesriyyati 2013 seh 207 ISBN 978 9952 8024 2 9 2023 03 27 tarixinde PDF Istifade tarixi 2023 03 27 Azerbajdzhanskoj SSR kinematografiya Kino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 12 Mirzәaga Әmi oglu Әlijev Kommunist 254 9669 26 oktyabr 1954 ҹү il S 4 MenbeKino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 17 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi Iki cildde Birinci cild Baki Lider 2004 seh 358 359 Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 51