Məmməd Əkbər (tam adı: Əkbərov Məmməd Həmzə oğlu; 5 may 1909, Ordubad, Naxçıvan qəzası – 10 dekabr 1974, Bakı) — yazıçı, jurnalist, tərcüməçi. 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Məmməd Əkbər | |
---|---|
Məmməd Həmzə oğlu Əkbərov | |
Doğum adı | Məmməd Əkbərov |
Doğum tarixi | |
Doğum yeri | Ordubad, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | yazıçı, publisist, tərcüməçi, oçerk ustası |
Həyatı
Əkbərov Məmməd Həmzə oğlu (Məmməd Əkbər) 1909-cu il mayın 5-də Ordubad şəhərində ipəkçi ailəsində anadan olmuşdur. Atası əttarlıqla məşğul olduğundan, yəni bitkilərdən ətriyyat, ədviyyat hazırladığından, el arasında “Əttar Həmzə” kimi tanınmışdı. Məmmədin əmisi Axund Hacı Molla Hüseyn Bikəs şair idi, “Bikəs” təxəllüsü ilə klassik şer nümunələri yaradırdı. XIX əsr Ordubad ədəbi mühitinin formalaşmasında, “Əncüməni şüəra” ədəbi məclisinin fəaliyyətində Axund Hacı Molla Hüseyn Bikəsin böyük xidmətləri olub.
Balaca Məmməd ilk təhsilini Ordubad mədrəsəsində Axund Mirzə Həsənin hücrəsində almağa başlayır. Lakin həyat elə uşaq yaşlarından onu sınağa çəkir. O, 6 yaşında ikən atası Həmzə, 8 yaşında ikən anası Səltənət xanım vəfat edir. Məmməd bacısı Tərlanla ata nənəsi Gülsüm xanımın himayəsinə sığınır.
1919-cu ildə aclıq və qıtlıq üzündən Ordubadda vəba xəstəliyi yayılır. Nənəsi Gülsüm xanım çoxları kimi vəbanın qurbanı olur. Kimsəsiz qalmış 11 yaşlı Məmməd ağır həyat şəraitindən mədrəsədəki təhsilini yarımçıq qoyub özünü və bacısı Tərlanı dolandırmaq üçün Ordubadın Vələver kəndində Mirheydər Mirqədir oğlunun qapısında qoyun-quzu otarır, zəhmət haqqı əvəzinə ildə 2 pud buğda və 2 pud arpa almaq şərti ilə muzdurluq edir. 1923-cü ildə 14 yaşının tamamında Məmməd muzdurluğun daşını atıb Ordubada qayıdır və ipək zavodunda usta şagirdi kimi işə düzəlir. Eyni zamanda savadsızlığın ləğvi məqsədilə zavodda açılmış 3 illik yüksək tipli savad kurslarında ibtidai təhsil alır.
Aylar, illər ötdükcə kağız-qələmə daha çox bağlanır, sözün tilsimli cazibəsi ilə Tiflisdə çap olunan “Yeni fikir” qəzetinə müxbir məktubları göndərir. 1924-cü ildə “Ordubad klubunun halı” adlı ilk məqaləsi “Yeni fikir” qəzetində çap olunanda Məmməd Əkbərin cəmi 15 yaşı vardı. 1925-ci ildə ibtidai təhsilini böyük müvəffəqiyyətlə başa vuran Məmməd ipək zavodu rəhbərliyinin zəmanəti ilə 2 il dövlət hesabına Ordubadda açılan kəndli gənclər məktəbində təhsil alır. Onun acı həyat hekayətindən xəbərdar olan məktəbin müəllimləri Məmmədin oxumağa çox həvəsli olduğunu görüb, dərsə davamiyyətinə diqqət yetirir, geyimə, tədris kitablarına olan ehtiyacını təmin edir, qayğılarını əsirgəmirdilər. Kəndli gənclər məktəbinin direktoru Vəli Məmmədov 1927-ci ldə Məmmədi əlaçı məzun kimi təhsilini davam etdirmək üçün Naxçıvan pedaqoji texnikumuna göndərir.
Təhsil illərində onun kəndli müxbir kimi Naxçıvanda, Ordubadda gördüyü müvəffəqiyətlər və kəm-kəsirlər barədə “Şərq qapısı”, “Kommunist”, “Yeni yol”, “Kəndli” qəzetlərinə, “Molla Nəsrəddin” məcmüəsinə göndərdiyi məqalalar, tənqidi yazılar əl-əl gəzir, diqqəti cəlb edirdi.
Məmməd Əkbər 1928-ci ildə Naxçivan Pedoqoji Texnikumunu bitirir. May ayında isə “Kəndli qəzetəsi”nin baş redaktoru Hüseyn Eldarov məktubla onu Bakıya, işə dəvət edir. O, əvvəlcə ədəbi işçi, sonra kənd təsərrüfatı şöbəsinin müdiri, bir neçə aydan sonra isə “Kommunist” qəzetində oçerkist, şöbə müdiri vəzifələrinə irəli çəkilir. Bakı mühiti gənc jurnalisitn həyatında dönüş yaradır. Birgə çalışdığı Həbib Cəbiyev, Hüseyn Eldarov, Məmmədəli Sidqi, Əsəd Tahirov, Süleyman Məlikov kimi təcrübəli, istedadlı qələm sahiblərinin iş üslubu Məmməd Əkbərin jurnalist kimi inkişafında, mahir oçerkist, tərcüməçı kimi yetişməsində misilsiz rol oynayır, yaradıcılıq imkanlarına qol-qanad verir. 1931-ci ildə Məmməd Əkbər Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsilini qiyabi davam etdirir. 1932-ci ilin sonunda isə bir illik əsgəri xidmətə çağırılır. Azərbaycan atıcı diviziyasının birinci alayında əsgəri xidmətdə olan yazıçı Məmməd Əkbər diviziyanın siyası şöbəsinin orqanı olan “Qızıl Əsgər” qəzetində işə cəlb edilir. O, tərxis olunduqdan sonra da 1938-ci ilin sentyabrınadək, yəni hərbi qəzet bağlananadək burada oçerkist, xüsusi müxbir, hərbi hazırlıq şöbəsinin müdiri vəzifələrində çalışıb.
Məmməd Əkbərin “Şadman” adlı ilk oçerklər və hekayələr kitabı 1932-ci ildə Azərbaycan dövlət nəşriyyatında çap olunub. 1958-ci ildə Məmməd Əkbər Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir. Elə həmin ildən 1941-ci ilin iyuluna, yəni bağlananadək “Revolyusiya və Kultura” (İnqlab və Mədəniyyət) jurnalında çalışır. Bundan sonra o, yenidən “Kommunist” qəzetində mətbuat şöbəsinə təyin edilir. 1941-ci ildə Böyük Vətən müharibəsinin qızğın dövründə Məmməd Əkbər yazıçıların bir dəstəsi ilə səfərbərliyə alınıb, sovet ordusunun tərkibində hərbi müxbir kimi İrana göndərilir. 1942-ci ilin aprelinədək Rəştdə “Sərbazi Sorx” (Qızıl Əsgər) qəzetində əməkdaşlıq edir və İran zəhmətkeşlərini sovet xalqının həyat tərzi, nailiyyətləri ilə tanış etmək məqsədilə oçerklər, məqalələr yazır. 1942-ci ildə Azərbaycan KPMK-nın sərəncamı ilə hərbi müxbir kimi bir aylıq cənub cəbhəsinə, döyüşən orduya göndərilir. Onun Rostov, Donbas, Voroşilovqrad və Lisiçansk ətrafındakı qanlı döyüşləri, əsgərlərimizin rəşadətini, vətəpərvərlik ruhunu, həyata sevgisini əks etdirən silsilə oçerk və hekayələri belə yaranır.
1942-ci ilin sentyabrindan Məmməd Əkbər bir müddət Azərbaycan Radio Komitəsinin siyasi verilişlər şöbəsində redaktor işləyir.
1943-cü ilin oktyabrı... Məmməd Əkbər xalq şairi Səməd Vurğun başda olmaqla 8 nəfərlik yazıçılar briqadası ilə Mozdok ətrafında – Şimali Qafqaz uğrunda vuruşan 416-cı Taqanroq diviziyasına ezam olunur. 1 aydan çox davam edən bu səfərdən aldığı cəbhə təəssüratı, şahidi olduğu canlı döyüş səhnələri, döyüşçülərimizin hünəri, Məmməd Əkbərin qələmə aldığı yeni oçerk və hekayələrin əsas mövzusuna çevrilir.
Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin təklifi ilə Məmməd Əkbər 1943-cü ildən “Ədəbiyyat” qəzetinin məsul katibi vəzifəsinə dəvət olunub və ömrünün sonunadək (10 dekabr 1974) həmin qəzetdə müxtəlif vaxtlarda məsul katib, tənqid şöbəsinin müdiri, xüsusi müxbir vəzifələrində çalışıb.
Məmməd Əkbərin səmərəli ədəbi fəaliyyəti hökumət tərəfindən qiymətləndirilərək, 1930-cu ildə “Kəndli” qəzetəsinin 1000-ci sayının çıxması münasibətilə Bakı Soveti İcraiyyə Komitəsinin fəxri fərmanı, “1945-ci il Qafqazın Müdafiəsi Uğrunda” medalı, “1941-45 illər ikinci dünya müharibəsində əmək rəşadətinə görə” medalı, 1968-cı ildə Azərbaycan SSR Mədəniyyət nazirliyinin fəxri fərmanı, 1970-ci ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
Məmməd Əkbər 1948-1952-ci illərdə Bakı şəhər sovetinin deputatı olub.
Məmməd Əkbər 1974-cü il dekabrın 10-da 65 yaşında Bakı şəhərində vəfat edib.
Yaradıcılığı
Məmməd Əkbər Azərbaycan mətbuatının sıravi əsgərlərindən biri idi. O, mətbuat aləminə ötən əsrin 20-ci illərində gəlmiş, 50 il fasiləsiz olaraq sevimli peşəsindən ayrılmamışdır.
Məmməd Əkbər Azərbaycan milli mətbuatında, xüsusilə “Ədəbiyyat” qəzetində gərgin əməyi, fədakar fəaliyyəti, nəsr və publisistikamıza verdiyi özünəməxsus töhfələri ilə, eləcə də yüksək mədəniyyəti, həqiqi vətənpərvərliyi ilə ədəbi ictimaiyyət, elm və sənət adamları arasında dərin hörmət və məhəbbət, həqiqi, halal nüfuz qazanmışdı.
Sitatlar:
“Məmməd Əkbər Şərur düzünü, onu sakinlərini, ormanlarını, əlçatmaz, ünyetməz dağlarını ayna kimi əks etdirib.” - Hüseyn Cavid
“Məmməd Əkbərin yazdıqlarının hamısı həyatdan gəlmədir. O, cəmiyyətin aşağı qatlarının həyat tərzinə, mənəviyyatına, quran, yaradan əllərin qüdrətinə yaxşı bələd idi. Məhz buna görə də onun hekayə və oçerklərində dərin həyatilik və səmimiyyət vardı. Onun kitablarını oxudum. Sadəcə “oxudum” demək azdır, maraqla oxudum. Bunlardakı əhvalatların sadəliyinə, mənəvi-tərbiyəvi təsir gücünə heyran qaldım.” - Professor
“Məmməd Əkbər “Ədəbiyyat” qəzetinin bel sütunudur.” - xalq yazıçısı Mirzə İbrahimov
“Məmməd Əkbər əla qəzetçi idi. Bu cəhətdən onun öz zamanında tay-tuşları arasında tayı-barabəri yox idi. Məmməd Əkbərin “Ədəbiyyat” qəzetinin təşkilatçılarından, aparıcı xadimlərindən biri olması, bir də hər şeydən vacib Məmməd Əkbər müəllimin böyük hərflərlə yazılan İSTEDADLI İNSAN olması idi.” - Akademik Bəkir Nəbiyev
“Məmməd Əkbər təmiz bir kişi di. İstedadlı, savadlı idi. Güclü qələm sahibi idi. Bizim yazılarımıza işıq yandıran, bizi öyrədən, bizi mətbuata alışdəran, ilk şerlərimizin çapına rəvac verən Məmməd Əkbər müəllim idi.” - Xalq şairi Qabil
“Realist nəsrimizin kiçik janrları müasir oxucunun ən çox izlədiyi və sevdiyi əsərlərdir. Hekayətlər və oçerklər müəllifi Məmməd Əkbər bu janrın usta yazıçılarındandır. Onun rəvan, sadə, aydın, şırın nəsr üslübü var. Oxucular onu mahir, təcrübəli, müasir mövzular yazan bir yazıçı kimi tanıyır.” -
“Qələmi yerə qoymadan 50 il fasiləsiz mətbuatda külüng vurmaq hər yazıçının, jurnalistin hünəri deyil. Peşəsinə sadiq adam idi. Məmməd Əkbərin qələmə aldığı dadlı-duzlu hekayələrini, aktual mövzuda yazdığı oçerkləri, bir-birindən maraqlı tərcümələrini mətbuat səhifələrində dönə-dönə oxumuşam.” - xalq şairi Mirvarid Dilbazi
“Məmməd Əkbər müəllim hamımızın müəllimi olub. Onun şinelindən çıxmışıq. Onun yazılarının vasitəsilə ədəbiyyata gəlmişik. Məmməd Əkbər müəllim sözün əsl mənasında mətbuatımızın cəfakeşi idi.” - Xalq şairi Cabir Novruz
Oçerk – ötən əsrin 30-70-ci illərində mətbuatın fəal, aparıcı janrları cərgəsində idi. Məmməd Əkbər həmin illərdə mahir oçerkist kimi tanınmışdı. Akademik Əziz Mirəhmədovun təbirincə desək ”Azərbaycanın o zamankı qəzet və jurnallarının hansını vərəqləsək Məmməd Əkbərin oçerklərini, tərcümələrini görəcəksiniz. Bu əsərlərdə dövrün nəbzi vururdu, müəllifin əməkdən, əməkçidən duyduğu sevinclə vuran ürəyi aşkar görünürdü”.
Həqiqətən, “Şərq qapısı”, “Kommunist”, “Qızıl Əsgər”, “Kəndli”, “Ədəbiyyat” qəzetlərində “Şərq Qadını”, “Vətən uğrunda”, “İnqlab və Mədəniyyət”, “Molla Nəsrəddin” jurnallarında gərgin axtarışlar, yaradıcılıq uğurları Məmməd Əkbəri polad kimi bərkitdi, ciddi yazıçı-publisist kimi tanıtdı. Qələmindəki sadəlik, səmimiyyət, bədii-lirik üslub oxucuların qəlbinə yol tapdı.
Dövrünün müasirləri: Sosialist əməyi qəhrəmanları Sürəyya Kərimova və Rüstəm Rüstəmov, mahir snayper Rəşid Gözəlov, ilk qadın bəstəkarımız Ağabacı Rzayeva, tanınmış pedaqoqlar Həvva Dadaşeva və Sürəyya Əfəndiyeva, sovet ittifaqı qəhrəmanları Nizaməddin Rəfiyev və Fariz Səfərov, qvardiya serjantı Sədrəddin Qapalov, məşhur neftçi Sarı Hüseynov və öz əməyi və qəhrəmanlığı ilə üz ağardan vətən övladları haqqındakı oçerklərilə onların həyat yolunu işıqlandırdı.
Məmməd Əkbərin yaradıcılığı üçün səciyyəvi olan sadəlik və səmimiyyət onun tərcümələrində də özünü aydın göstərir. O, mahir tərcüməçi kimi kitab şəklində ərsəyə gətirdiyi Mixail Kotyubinskinin “Fata morqana” (1961), Vladislav Titovun “Ölümün acığına” (1971), Sergey Smirnovun “Dəyişilməz keşikçi” (1986) povestləri, İ. S. Turgenevin hekayələri (1963) və dünya xalqları ədəbiyyatından etdiyi onlarla maraqlı tərcümələri ilə tanındı, rəğbət qazandı.
Məmməd Əkbərin ötən çağlar, unudulmaz dostları, sənətlərinə və şəxsiyyətlərinə böyük hörmət bəslədiyi müasirləri – Cəfər Cabbarlı, Əliağa Vahid, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyli, Kazım Ziya, Mirzə Cəlil, Məmmədəli Sidqi, Həbib Cəbiyev haqqında qələmə aldığı şirin, səmimi xatirələr mətbuat tariximizi öyrənmək baxımından əhəmiyyətlidi.
Məmməd Əkbər həyatın min bir çətinliyindən, ağır-əzablı sınaqlarından keçdi. Yetimliyin, aclığın yalquzaq əllərindən qurtulub mətinliklə ayağ üstə dura bildi. O, ədəbiyyatın iddiasız yolçularından, ədəbi mətbuatın ağır yükünü çəkənlərdən biri idi. Nəcib, xeyirxah insan kimi ürəklərdə iz qoydu. Ucuz, ədəbi şöhrət adrınca qacmadı. Nəsr, publisistika, tərcümə sahəsində fədakar yaradıcı əməyi ilə şərəfli sənətkar ömrü yaşadı. Istedadı, zəhmətsevərliyi, yüksək ziyalı mədəniyyəti ilə nüfuz qazandı.
Məmməd Əkbər 20-yə dək ədəbi-bədii və tərcümə kitabının müəllifidir. 1970-ci ildə Məmməd Əkbərin oçerklərindən ibarət bir kitab Bolqarıstanda istedadlı yazıçı Səbri Tatovun tərcüməsində Sofiyada bolqar dilində çap olunub.
Mükafatları
- Bakı Soveti İcraiyyə Komitəsinin fəxri fərmanı (1930)
- “1945-ci il Qafqazın Müdafiəsi Uğrunda” medalı (1945)
- “1941-45 illər ikinci dünya müharibəsində əmək rəşadətinə görə” medalı (1945)
- Azərbaycan SSR Mədəniyyət nazirliyinin fəxri fərmanı (1968)
- “Əməkdə fərqlənməyə görə” medalı (1970)
Əsərləri
- “Şadman” (oçerk və hekayələr) – Bakı, Azərnəşr, 1932
- “Kolxoz tarlalarında” – Bakı, Uşaqgəncnəşr, 1942
- “Gənc qaliblər” – Bakı, Uşaqgəncnəşr, 1947
- “Surəyya” – Bakı, Azərnəşr, 1948
- “Yeni həyat quranlar” – Bakı, Uşaqgəncnəşr, 1948
- “Sumqayıtın gənc inşaatçıları” – Bakı, Uşaqgəncnəşr, 1953
- “Həyatımızdan səhifələr” – Bakı, Azərnəşr, 1963
- “Dostlar və tanışlar” – Bakı, Azərnəşr, 1965
- “Hekayələr, oçerklər, xatirələr” – Bakı, Gənclik, 1978
Tərcümələri
- “Çin hekayələri” – Bakı, Azərnəşr, 1951
- “Bolqar hekayələri” – Bakı, Uşaqgəncnəşr, 1952
- “Misir hekayələri” – Bakı, Uşaqgəncnəşr, 1957
- “Mənim dostlarım”, Mirça Sıntimpryano – Bakı, Uşaqgəncnəşr, 1960
- “Fata Morqana”, Mixail Kotyubinski – Bakı, Uşaqgəncnəşr, 1961
- “Yalquzaq” (hekayələr), İ. S. Turgenev – Bakı, Azərnəşr, 1964
- “Serb, Xorvat, Sloven, Makedon nağılları” – Bakı, Uşaqgəncnəşr, 1962
- “Ölümün acığına”, Vladislav Titov – Bakı, Gənclik, 1971
- “Dəyişilməz keşikçi” – Bakı, Yazıçı, 1986
Filmoqrafiya
- “Ömrün davamı. Məmməd Əkbər 80” - televiziya verilişi, AzTV, 1989-cu il.
- “Ağ çiçəklərin xatirə işığında. Məmməd Əkbər 90” - televiziya verilişi, AzTV, 1999-cu il.
- “Sənətkar ömrü. Məmməd Əkbər 100” - televiziya verilişi, AzTV, 2009-cu il.
- “Söz aynasında həyat cizgiləri. Məmməd Əkbər” – sənədli televiziya filmi 2017-ci il.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Memmed Ekber tam adi Ekberov Memmed Hemze oglu 5 may 1909 Ordubad Naxcivan qezasi 10 dekabr 1974 Baki yazici jurnalist tercumeci 1938 ci ilden Azerbaycan Yazicilar Birliyinin uzvu Memmed EkberMemmed Hemze oglu EkberovDogum adi Memmed EkberovDogum tarixi 5 may 1909Dogum yeri Ordubad Naxcivan qezasi Irevan quberniyasi Rusiya imperiyasiVefat tarixi 10 dekabr 1974 65 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIFealiyyeti yazici publisist tercumeci ocerk ustasiHeyatiEkberov Memmed Hemze oglu Memmed Ekber 1909 cu il mayin 5 de Ordubad seherinde ipekci ailesinde anadan olmusdur Atasi ettarliqla mesgul oldugundan yeni bitkilerden etriyyat edviyyat hazirladigindan el arasinda Ettar Hemze kimi taninmisdi Memmedin emisi Axund Haci Molla Huseyn Bikes sair idi Bikes texellusu ile klassik ser numuneleri yaradirdi XIX esr Ordubad edebi muhitinin formalasmasinda Encumeni suera edebi meclisinin fealiyyetinde Axund Haci Molla Huseyn Bikesin boyuk xidmetleri olub Balaca Memmed ilk tehsilini Ordubad medresesinde Axund Mirze Hesenin hucresinde almaga baslayir Lakin heyat ele usaq yaslarindan onu sinaga cekir O 6 yasinda iken atasi Hemze 8 yasinda iken anasi Seltenet xanim vefat edir Memmed bacisi Terlanla ata nenesi Gulsum xanimin himayesine siginir 1919 cu ilde acliq ve qitliq uzunden Ordubadda veba xesteliyi yayilir Nenesi Gulsum xanim coxlari kimi vebanin qurbani olur Kimsesiz qalmis 11 yasli Memmed agir heyat seraitinden medresedeki tehsilini yarimciq qoyub ozunu ve bacisi Terlani dolandirmaq ucun Ordubadin Velever kendinde Mirheyder Mirqedir oglunun qapisinda qoyun quzu otarir zehmet haqqi evezine ilde 2 pud bugda ve 2 pud arpa almaq serti ile muzdurluq edir 1923 cu ilde 14 yasinin tamaminda Memmed muzdurlugun dasini atib Ordubada qayidir ve ipek zavodunda usta sagirdi kimi ise duzelir Eyni zamanda savadsizligin legvi meqsedile zavodda acilmis 3 illik yuksek tipli savad kurslarinda ibtidai tehsil alir Aylar iller otdukce kagiz qeleme daha cox baglanir sozun tilsimli cazibesi ile Tiflisde cap olunan Yeni fikir qezetine muxbir mektublari gonderir 1924 cu ilde Ordubad klubunun hali adli ilk meqalesi Yeni fikir qezetinde cap olunanda Memmed Ekberin cemi 15 yasi vardi 1925 ci ilde ibtidai tehsilini boyuk muveffeqiyyetle basa vuran Memmed ipek zavodu rehberliyinin zemaneti ile 2 il dovlet hesabina Ordubadda acilan kendli gencler mektebinde tehsil alir Onun aci heyat hekayetinden xeberdar olan mektebin muellimleri Memmedin oxumaga cox hevesli oldugunu gorub derse davamiyyetine diqqet yetirir geyime tedris kitablarina olan ehtiyacini temin edir qaygilarini esirgemirdiler Kendli gencler mektebinin direktoru Veli Memmedov 1927 ci lde Memmedi elaci mezun kimi tehsilini davam etdirmek ucun Naxcivan pedaqoji texnikumuna gonderir Tehsil illerinde onun kendli muxbir kimi Naxcivanda Ordubadda gorduyu muveffeqiyetler ve kem kesirler barede Serq qapisi Kommunist Yeni yol Kendli qezetlerine Molla Nesreddin mecmuesine gonderdiyi meqalalar tenqidi yazilar el el gezir diqqeti celb edirdi Memmed Ekber Memmed Ekber 1928 ci ilde Naxcivan Pedoqoji Texnikumunu bitirir May ayinda ise Kendli qezetesi nin bas redaktoru Huseyn Eldarov mektubla onu Bakiya ise devet edir O evvelce edebi isci sonra kend teserrufati sobesinin mudiri bir nece aydan sonra ise Kommunist qezetinde ocerkist sobe mudiri vezifelerine ireli cekilir Baki muhiti genc jurnalisitn heyatinda donus yaradir Birge calisdigi Hebib Cebiyev Huseyn Eldarov Memmedeli Sidqi Esed Tahirov Suleyman Melikov kimi tecrubeli istedadli qelem sahiblerinin is uslubu Memmed Ekberin jurnalist kimi inkisafinda mahir ocerkist tercumeci kimi yetismesinde misilsiz rol oynayir yaradiciliq imkanlarina qol qanad verir 1931 ci ilde Memmed Ekber Azerbaycan Dovlet Pedoqoji Institutunun dil edebiyyat fakultesinde tehsilini qiyabi davam etdirir 1932 ci ilin sonunda ise bir illik esgeri xidmete cagirilir Azerbaycan atici diviziyasinin birinci alayinda esgeri xidmetde olan yazici Memmed Ekber diviziyanin siyasi sobesinin orqani olan Qizil Esger qezetinde ise celb edilir O terxis olunduqdan sonra da 1938 ci ilin sentyabrinadek yeni herbi qezet baglananadek burada ocerkist xususi muxbir herbi hazirliq sobesinin mudiri vezifelerinde calisib Memmed Ekberin Sadman adli ilk ocerkler ve hekayeler kitabi 1932 ci ilde Azerbaycan dovlet nesriyyatinda cap olunub 1958 ci ilde Memmed Ekber Azerbaycan Yazicilar Ittifaqina uzv qebul edilir Ele hemin ilden 1941 ci ilin iyuluna yeni baglananadek Revolyusiya ve Kultura Inqlab ve Medeniyyet jurnalinda calisir Bundan sonra o yeniden Kommunist qezetinde metbuat sobesine teyin edilir 1941 ci ilde Boyuk Veten muharibesinin qizgin dovrunde Memmed Ekber yazicilarin bir destesi ile seferberliye alinib sovet ordusunun terkibinde herbi muxbir kimi Irana gonderilir 1942 ci ilin aprelinedek Restde Serbazi Sorx Qizil Esger qezetinde emekdasliq edir ve Iran zehmetkeslerini sovet xalqinin heyat terzi nailiyyetleri ile tanis etmek meqsedile ocerkler meqaleler yazir 1942 ci ilde Azerbaycan KPMK nin serencami ile herbi muxbir kimi bir ayliq cenub cebhesine doyusen orduya gonderilir Onun Rostov Donbas Vorosilovqrad ve Lisicansk etrafindaki qanli doyusleri esgerlerimizin resadetini veteperverlik ruhunu heyata sevgisini eks etdiren silsile ocerk ve hekayeleri bele yaranir 1942 ci ilin sentyabrindan Memmed Ekber bir muddet Azerbaycan Radio Komitesinin siyasi verilisler sobesinde redaktor isleyir 1943 cu ilin oktyabri Memmed Ekber xalq sairi Semed Vurgun basda olmaqla 8 neferlik yazicilar briqadasi ile Mozdok etrafinda Simali Qafqaz ugrunda vurusan 416 ci Taqanroq diviziyasina ezam olunur 1 aydan cox davam eden bu seferden aldigi cebhe teessurati sahidi oldugu canli doyus sehneleri doyusculerimizin huneri Memmed Ekberin qeleme aldigi yeni ocerk ve hekayelerin esas movzusuna cevrilir Azerbaycan Yazicilar Ittifaqi idare heyetinin teklifi ile Memmed Ekber 1943 cu ilden Edebiyyat qezetinin mesul katibi vezifesine devet olunub ve omrunun sonunadek 10 dekabr 1974 hemin qezetde muxtelif vaxtlarda mesul katib tenqid sobesinin mudiri xususi muxbir vezifelerinde calisib Memmed Ekberin semereli edebi fealiyyeti hokumet terefinden qiymetlendirilerek 1930 cu ilde Kendli qezetesinin 1000 ci sayinin cixmasi munasibetile Baki Soveti Icraiyye Komitesinin fexri fermani 1945 ci il Qafqazin Mudafiesi Ugrunda medali 1941 45 iller ikinci dunya muharibesinde emek resadetine gore medali 1968 ci ilde Azerbaycan SSR Medeniyyet nazirliyinin fexri fermani 1970 ci ilde Emekde ferqlenmeye gore medali ile teltif olunub Memmed Ekber 1948 1952 ci illerde Baki seher sovetinin deputati olub Memmed Ekber 1974 cu il dekabrin 10 da 65 yasinda Baki seherinde vefat edib YaradiciligiMemmed Ekber Azerbaycan metbuatinin siravi esgerlerinden biri idi O metbuat alemine oten esrin 20 ci illerinde gelmis 50 il fasilesiz olaraq sevimli pesesinden ayrilmamisdir Memmed Ekber Azerbaycan milli metbuatinda xususile Edebiyyat qezetinde gergin emeyi fedakar fealiyyeti nesr ve publisistikamiza verdiyi ozunemexsus tohfeleri ile elece de yuksek medeniyyeti heqiqi vetenperverliyi ile edebi ictimaiyyet elm ve senet adamlari arasinda derin hormet ve mehebbet heqiqi halal nufuz qazanmisdi Sagdan sola Enver Yusifoglu Qilman Ilkin Elekber Ziyatay Memmed Ekber Adil Babayev Sabir EhmedliSitatlar Memmed Ekber Serur duzunu onu sakinlerini ormanlarini elcatmaz unyetmez daglarini ayna kimi eks etdirib Huseyn Cavid Memmed Ekberin yazdiqlarinin hamisi heyatdan gelmedir O cemiyyetin asagi qatlarinin heyat terzine meneviyyatina quran yaradan ellerin qudretine yaxsi beled idi Mehz buna gore de onun hekaye ve ocerklerinde derin heyatilik ve semimiyyet vardi Onun kitablarini oxudum Sadece oxudum demek azdir maraqla oxudum Bunlardaki ehvalatlarin sadeliyine menevi terbiyevi tesir gucune heyran qaldim Professor Memmed Ekber Edebiyyat qezetinin bel sutunudur xalq yazicisi Mirze Ibrahimov Memmed Ekber ela qezetci idi Bu cehetden onun oz zamaninda tay tuslari arasinda tayi baraberi yox idi Memmed Ekberin Edebiyyat qezetinin teskilatcilarindan aparici xadimlerinden biri olmasi bir de her seyden vacib Memmed Ekber muellimin boyuk herflerle yazilan ISTEDADLI INSAN olmasi idi Akademik Bekir NebiyevSagdan sola Enver Yusifoglu Ekber Agayev Elekber Ziyatay Memmed Ekber Sabir Ehmedli Cabir Seferov Memmed Ekber temiz bir kisi di Istedadli savadli idi Guclu qelem sahibi idi Bizim yazilarimiza isiq yandiran bizi oyreden bizi metbuata alisderan ilk serlerimizin capina revac veren Memmed Ekber muellim idi Xalq sairi Qabil Realist nesrimizin kicik janrlari muasir oxucunun en cox izlediyi ve sevdiyi eserlerdir Hekayetler ve ocerkler muellifi Memmed Ekber bu janrin usta yazicilarindandir Onun revan sade aydin sirin nesr uslubu var Oxucular onu mahir tecrubeli muasir movzular yazan bir yazici kimi taniyir Qelemi yere qoymadan 50 il fasilesiz metbuatda kulung vurmaq her yazicinin jurnalistin huneri deyil Pesesine sadiq adam idi Memmed Ekberin qeleme aldigi dadli duzlu hekayelerini aktual movzuda yazdigi ocerkleri bir birinden maraqli tercumelerini metbuat sehifelerinde done done oxumusam xalq sairi Mirvarid Dilbazi Memmed Ekber muellim hamimizin muellimi olub Onun sinelinden cixmisiq Onun yazilarinin vasitesile edebiyyata gelmisik Memmed Ekber muellim sozun esl menasinda metbuatimizin cefakesi idi Xalq sairi Cabir NovruzSoldan saga Memmed Ekber Eli Tude Suleyman Rustem Eli Esgerov Yusif Ezimzade Ilyas Efendiyev Telet Eyyubov Ocerk oten esrin 30 70 ci illerinde metbuatin feal aparici janrlari cergesinde idi Memmed Ekber hemin illerde mahir ocerkist kimi taninmisdi Akademik Eziz Mirehmedovun tebirince desek Azerbaycanin o zamanki qezet ve jurnallarinin hansini vereqlesek Memmed Ekberin ocerklerini tercumelerini goreceksiniz Bu eserlerde dovrun nebzi vururdu muellifin emekden emekciden duydugu sevincle vuran ureyi askar gorunurdu Heqiqeten Serq qapisi Kommunist Qizil Esger Kendli Edebiyyat qezetlerinde Serq Qadini Veten ugrunda Inqlab ve Medeniyyet Molla Nesreddin jurnallarinda gergin axtarislar yaradiciliq ugurlari Memmed Ekberi polad kimi berkitdi ciddi yazici publisist kimi tanitdi Qelemindeki sadelik semimiyyet bedii lirik uslub oxucularin qelbine yol tapdi Dovrunun muasirleri Sosialist emeyi qehremanlari Sureyya Kerimova ve Rustem Rustemov mahir snayper Resid Gozelov ilk qadin bestekarimiz Agabaci Rzayeva taninmis pedaqoqlar Hevva Dadaseva ve Sureyya Efendiyeva sovet ittifaqi qehremanlari Nizameddin Refiyev ve Fariz Seferov qvardiya serjanti Sedreddin Qapalov meshur neftci Sari Huseynov ve oz emeyi ve qehremanligi ile uz agardan veten ovladlari haqqindaki ocerklerile onlarin heyat yolunu isiqlandirdi Sagdan sola Memmed Ekber Islam Seferli Suleyman Rustem Memmed Ekberin yaradiciligi ucun seciyyevi olan sadelik ve semimiyyet onun tercumelerinde de ozunu aydin gosterir O mahir tercumeci kimi kitab seklinde erseye getirdiyi Mixail Kotyubinskinin Fata morqana 1961 Vladislav Titovun Olumun acigina 1971 Sergey Smirnovun Deyisilmez kesikci 1986 povestleri I S Turgenevin hekayeleri 1963 ve dunya xalqlari edebiyyatindan etdiyi onlarla maraqli tercumeleri ile tanindi regbet qazandi Memmed Ekberin oten caglar unudulmaz dostlari senetlerine ve sexsiyyetlerine boyuk hormet beslediyi muasirleri Cefer Cabbarli Eliaga Vahid Memmed Seid Ordubadi Uzeyir Hacibeyli Kazim Ziya Mirze Celil Memmedeli Sidqi Hebib Cebiyev haqqinda qeleme aldigi sirin semimi xatireler metbuat tariximizi oyrenmek baximindan ehemiyyetlidi Memmed Ekber heyatin min bir cetinliyinden agir ezabli sinaqlarindan kecdi Yetimliyin acligin yalquzaq ellerinden qurtulub metinlikle ayag uste dura bildi O edebiyyatin iddiasiz yolcularindan edebi metbuatin agir yukunu cekenlerden biri idi Necib xeyirxah insan kimi ureklerde iz qoydu Ucuz edebi sohret adrinca qacmadi Nesr publisistika tercume sahesinde fedakar yaradici emeyi ile serefli senetkar omru yasadi Istedadi zehmetseverliyi yuksek ziyali medeniyyeti ile nufuz qazandi Memmed Ekber 20 ye dek edebi bedii ve tercume kitabinin muellifidir 1970 ci ilde Memmed Ekberin ocerklerinden ibaret bir kitab Bolqaristanda istedadli yazici Sebri Tatovun tercumesinde Sofiyada bolqar dilinde cap olunub MukafatlariBaki Soveti Icraiyye Komitesinin fexri fermani 1930 1945 ci il Qafqazin Mudafiesi Ugrunda medali 1945 1941 45 iller ikinci dunya muharibesinde emek resadetine gore medali 1945 Azerbaycan SSR Medeniyyet nazirliyinin fexri fermani 1968 Emekde ferqlenmeye gore medali 1970 Eserleri Sadman ocerk ve hekayeler Baki Azernesr 1932 Kolxoz tarlalarinda Baki Usaqgencnesr 1942 Genc qalibler Baki Usaqgencnesr 1947 Sureyya Baki Azernesr 1948 Yeni heyat quranlar Baki Usaqgencnesr 1948 Sumqayitin genc insaatcilari Baki Usaqgencnesr 1953 Heyatimizdan sehifeler Baki Azernesr 1963 Dostlar ve tanislar Baki Azernesr 1965 Hekayeler ocerkler xatireler Baki Genclik 1978Tercumeleri Cin hekayeleri Baki Azernesr 1951 Bolqar hekayeleri Baki Usaqgencnesr 1952 Misir hekayeleri Baki Usaqgencnesr 1957 Menim dostlarim Mirca Sintimpryano Baki Usaqgencnesr 1960 Fata Morqana Mixail Kotyubinski Baki Usaqgencnesr 1961 Yalquzaq hekayeler I S Turgenev Baki Azernesr 1964 Serb Xorvat Sloven Makedon nagillari Baki Usaqgencnesr 1962 Olumun acigina Vladislav Titov Baki Genclik 1971 Deyisilmez kesikci Baki Yazici 1986 Filmoqrafiya Omrun davami Memmed Ekber 80 televiziya verilisi AzTV 1989 cu il Ag ciceklerin xatire isiginda Memmed Ekber 90 televiziya verilisi AzTV 1999 cu il Senetkar omru Memmed Ekber 100 televiziya verilisi AzTV 2009 cu il Soz aynasinda heyat cizgileri Memmed Ekber senedli televiziya filmi 2017 ci il