"Şərq qapısı" — ictimai-siyasi qəzet. Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabinetinin orqanı.
Şərq qapısı | |
---|---|
Növ | Rəsmi dövlət qəzeti |
Format | A2 |
Təsisçi | Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetidir. |
Yaranma tarixi | 9 noyabr, 1921 |
Dil | Azərbaycan dili |
Baş ofis | |
serqqapisi.az |
Tarixi
İlkin dövrlər
1921-ci il noyabr ayının 9-da Naxçıvanda nəşrə başlayan ilk mətbu orqan. Qəzet ilk dəfə "Cavanlar həyatı" adı ilə oxucuların görüşünə gəlmişdir. Həmin il dekabr ayının sonundan 1922-ci ilin yanvarınadək "Füqəra səsi", 1922-ci ilin aprelindən 1980-ci ilin yanvarınadək "Şərq qapısı", 1980-ci ildə "Sovet Naxçıvanı" adlandırılmış, rus dilində "Sovetskaya Naxiçevan" adlı dubilkatı ilə birlikdə buraxılmışdır. "Şərq qapısı" 1930-cu ilədək ərəb, 1930–1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunmuşdur. Həmin dövrdən indiyədək latın qrafikalı əlifba ilə nəşr edilir. 1989-cu ildən qəzet fəaliyyətini "Şərq qapısı" adı ilə davam etdirir. Qəzetin təşəkkülünə, onun üçün jurnalist kadrların hazırlanmasına xalq yazıçıları M. İbrahimov və Ə. Vəliyev səy göstərmişlər. Ə. Vəliyev 1933–1934-cü illərdə qəzetin redaktoru olmuşdur. "Şərq qapısı" nəşrə başlayandan Naxçıvan MR-in ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatının güzgüsü olmuş, onun tərəqqi və yüksəlişində fəal və mühüm rol oynamışdır. Qəzet 50 illik yubileyində "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. XX əsrin 70–80-ci illərində "Şərq qapısı" qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir.
Müasir dövr
Qəzet 1970-ci ildən sonra yeni mərhələyə qədəm qoymuşdur. Ötən
XX əsrin 90-cı illərinin əvvəllərində "Şərq qapısı" qəzeti müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından sonra "Şərq qapısı"nın həyatında yeni dövr başlanmış, 1990–1993-cü illərdə qəzet Azərbaycanın çoxsaylı mətbu orqanları arasında birinci olaraq ölkəmizin düşdüyü bəlalardan yeganə xilas yolunu görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görmüş, bu mövzuda yazılarla çıxış etmiş, muxtar respublikanın düşdüyü informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında" 2000-ci il 29 mart tarixli Sərəncamından sonra "Şərq qapısı" mətbuat orqanının normal fəaliyyəti üçün hərtərəfli iş şəraiti yaradılmışdır.
2001-ci ildə qəzet həftədə 2 dəfə, 8 səhifə həcmində çıxır, tirajı isə 2000 nüsxə olurdu. 2005-ci ildə qəzet gündəlik, 6 səhifə həcmində, tirajı isə 5600 nüsxəsi dərc edilirdi. M. Tarverdiyeva, H. İbrahimov, M. Bəktaşı, S. Kərimova və başqa görkəmli mədəniyyət, maarif və mətbuat xadimləri müxtəlif illərdə qəzetin redaktoru olmuşlar.
2010-cu il iyulun 22-də – milli mətbuatımızın yaranmasının 135-ci ildönümü günündə qəzet redaksiyası üçün yeni bina istifadəyə verilmiş, qəzetin rəngli nəşrinə başlanılmışdır. Hazırda qəzet həftədə beş dəfə çıxır.
Təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetidir.
Həmçinin bax
İstinadlar
- . 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-09.
- NE, II cild,, 2005. səh. 304
Xarici keçidlər
- "Şərq qapısı" qəzeti
- ""Şərq qapısı" qəzeti Naxçıvanla bağlı dəqiq informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayır". Azərtac.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Serq qapisi ictimai siyasi qezet Naxcivan MR Ali Meclisi ve Nazirler Kabinetinin orqani Serq qapisiNov Resmi dovlet qezetiFormat A2Tesisci Naxcivan Muxtar Respublikasi Ali Meclisi ve Nazirler Kabinetidir Yaranma tarixi 9 noyabr 1921Dil Azerbaycan diliBas ofis Naxcivanserqqapisi azTarixiIlkin dovrler 1921 ci il noyabr ayinin 9 da Naxcivanda nesre baslayan ilk metbu orqan Qezet ilk defe Cavanlar heyati adi ile oxucularin gorusune gelmisdir Hemin il dekabr ayinin sonundan 1922 ci ilin yanvarinadek Fuqera sesi 1922 ci ilin aprelinden 1980 ci ilin yanvarinadek Serq qapisi 1980 ci ilde Sovet Naxcivani adlandirilmis rus dilinde Sovetskaya Naxicevan adli dubilkati ile birlikde buraxilmisdir Serq qapisi 1930 cu iledek ereb 1930 1940 ci illerde latin 1940 ci ilden 2001 ci ilin iyununadek kiril elifbasi ile cap olunmusdur Hemin dovrden indiyedek latin qrafikali elifba ile nesr edilir 1989 cu ilden qezet fealiyyetini Serq qapisi adi ile davam etdirir Qezetin tesekkulune onun ucun jurnalist kadrlarin hazirlanmasina xalq yazicilari M Ibrahimov ve E Veliyev sey gostermisler E Veliyev 1933 1934 cu illerde qezetin redaktoru olmusdur Serq qapisi nesre baslayandan Naxcivan MR in ictimai siyasi iqtisadi sosial ve medeni heyatinin guzgusu olmus onun tereqqi ve yukselisinde feal ve muhum rol oynamisdir Qezet 50 illik yubileyinde Seref nisani ordeni ile teltif olunmusdur XX esrin 70 80 ci illerinde Serq qapisi qezetinin gundelik ve boyuk formatda nesri temin edilmisdir Muasir dovr Serq qapisi qezetinin bas qerargahi Qezet 1970 ci ilden sonra yeni merheleye qedem qoymusdur Oten XX esrin 90 ci illerinin evvellerinde Serq qapisi qezeti musteqillik ideyalarinin heyata kecirilmesinde feal mubarize aparmisdir Umummilli liderimiz Heyder Eliyevin Moskvadan Naxcivana qayidisindan sonra Serq qapisi nin heyatinda yeni dovr baslanmis 1990 1993 cu illerde qezet Azerbaycanin coxsayli metbu orqanlari arasinda birinci olaraq olkemizin dusduyu belalardan yegane xilas yolunu gorkemli dovlet xadimi Heyder Eliyevin yeniden siyasi hakimiyyete qayidisinda gormus bu movzuda yazilarla cixis etmis muxtar respublikanin dusduyu informasiya blokadasinin aradan qaldirilmasinda muhum rol oynamisdir Naxcivan Muxtar Respublikasi Ali Meclisi Sedrinin Naxcivan Muxtar Respublikasinda dovlet metbuat orqanlarinin maddi texniki veziyyetini yaxsilasdirmaq tedbirleri haqqinda 2000 ci il 29 mart tarixli Serencamindan sonra Serq qapisi metbuat orqaninin normal fealiyyeti ucun herterefli is seraiti yaradilmisdir 2001 ci ilde qezet heftede 2 defe 8 sehife hecminde cixir tiraji ise 2000 nusxe olurdu 2005 ci ilde qezet gundelik 6 sehife hecminde tiraji ise 5600 nusxesi derc edilirdi M Tarverdiyeva H Ibrahimov M Bektasi S Kerimova ve basqa gorkemli medeniyyet maarif ve metbuat xadimleri muxtelif illerde qezetin redaktoru olmuslar 2010 cu il iyulun 22 de milli metbuatimizin yaranmasinin 135 ci ildonumu gununde qezet redaksiyasi ucun yeni bina istifadeye verilmis qezetin rengli nesrine baslanilmisdir Hazirda qezet heftede bes defe cixir Tesiscisi Naxcivan Muxtar Respublikasi Ali Meclisi ve Nazirler Kabinetidir Hemcinin baxSeda metbeesi Serqi Rus qezet Molla Nesreddin jurnal Istinadlar 2016 03 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 04 09 NE II cild 2005 seh 304Xarici kecidler Serq qapisi qezeti Serq qapisi qezeti Naxcivanla bagli deqiq informasiyalarin dunyaya catdirilmasinda muhum rol oynayir Azertac