Möminə Xatun türbəsi — Azərbaycan Respublikası, NMR, Naxçıvan şəhərində yerləşən və həm də "Atabəy Günbədi" kimi tanınan tarix-memarlıq abidəsidir. Türbə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. 1998-ci ildə Möminə Xatun türbəsi digər Naxçıvan türbələri ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.
Möminə Xatun türbəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Atabəylər Memarlıq Kompleksinin tərkibində |
Memar | Əcəmi Naxçıvani |
Sifarişçi | Məhəmməd Cahan Pəhləvan |
Tikilmə tarixi | Xll əsr |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
Hündürlüyü | 25 m |
Vəziyyəti | yaxşı |
UNESCO Ehtiyat Siyahısı | |
Rəsmi adı: The mausoleum of Nakhichevan | |
Tipi | Mədəni |
Kriteriya | i,iv |
Təyin edilib | 30.09.1998 |
İstinad nöm. | [1] |
Dövlət | Azərbaycan |
Region | Avropa (Asiya) |
İstinad nöm. | 16 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş türbənin ilkin hündürlüyü 34 metr olsa da, onun çadırvari günbəzi dövrümüzə tamamışdır; buna görə də dövrümüzdə türbə 25 metr hündürlüyə malikdir (dövrümüzə çatmamış çadırvari günbəzsiz). Mömünə Xatun türbəsi Atabəylər Memarlıq Kompleksindən dövrümüzə çatmış yeganə abidədir.
Möminə Xatun türbəsinin ümumi quruluşu – sərdabə və onbucaqlı şəklində həll olunmuş qüllədən ibarətdir. Türbənin sərdabəsi də planda onbucaqlıdır. Sərdabə və bayır üzlərdən fərli olaraq, Əcəmi qüllənin interyerində mürəkkəblikdən uzaq olmuş, sayalığa və bütövlüyə üstünlük vermişdir. Türbənin hündür olmayan kürsülüyü onüzlü biçimdə olub, cilalanmış iri diorit lövhələri ilə üzlənmişdir.
Türbənin qülləvari prizmatik tutumunun təmiz həndəsi gözəlliyini pozmamaq üçün memar giriş dana qapısı olan şərq üzünü xüsusi tutum və bəzəklərlə o biri üzlərdən kəskin ayırmamışdır. Qülləyə bir düzbucaqlı giriş qapısı dayaz sivri tağça içərisinə salınmış, onun üstündə kərpicdən kufi xətti ilə kitabə yığılmışdır.
Tarixi
İnşaat kitabəsində verilən məlumata görə, türbənin uca gövdəsini "adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz …dünyanın və dinin cəlalı, İslamın və müsəlmanların namusu Möminə Xatunun xatirəsinə tikməyi əmr etdi!…" Memarlıq tarixi tədqiqatçısı Əjdər Ələsgərzadə baştağ çərçivəsinin üstündə abidənin tikilmə tarixinin " 582" (miladi 1186)–cı ilin yaz çağı olduğunu aydınlaşdımışdır.
Türbə yaxınlığında olmuş baştağın kitabəsindəki məlumata və tarixi qaynaqlara görə belə bir nəticəyə gəlinmişdir ki, "…türbə Məhəmməd Cahan Pəhləvanın ölümündən bir az öncə bitmiş, baştağ isə onun ölümündən sonra tikilmişdir. C. Qiyasi güman edir ki, Məhəmməd Cahan Pəhləvanın özü də bu türbədə dəfn edilmişdir". Tədqiqatçı Cəfər Qiyasi bu fikrə onu da əlavə edir ki, yerli əhali arasında abidənin "Atabəy Günbədi" adlandırılması türbənin Atabəylərin soy türbəsi olduğuna nişanədir.
Mömünə Xatun türbəsi və minarəli baştağ XIX əsrin ortalarında | Atabəylər Memarlıq Kompleksində Mömünə Xatun türbəsi və Atabəylər məscidinin yeri | Mömünə Xatun türbəsi 1896-cı ildə |
Memarlıq xüsusiyyətləri
Yusif Küseyir oğlu türbəsi və Mömünə Xatun türbələrinin inşası arasında iyirmi altı il vaxt keçmişdir. Tədqiqatçı O. Aslanapanın fikrincə Mömünə Xatun türbəsində Əcəminin ustalığının artması, həmçinin sifarişçinin nüfuzu və böyüklüyü də əks olunmuşdur. Möminə Xatun türbəsinin ümumi quruluşu – sərdabə və qüllə — kompozisiyanın inkişaf yolu, memarlıq tutumlarının düzümü Yusif Küseyir oğlu türbəsinin xüsusiyyətlərini təkrarlayır. Bununla birgə memar yeni, zəngin ifadə vasitələri ilə Mömünə Xatun türbəsinə bənzərsiz, daha yüksək bədii görkəm vermişdir.
Möminə xatun türbəsinin memarlıq və plan tərtibatında, Əcəmi, qülləli türbələrə xas olan bütün xüsusiyyətləri özünün əvvəlki əsərlərindən də daha aydın və parlaq ifadə etmişdir. Bu türbə Yusif Küseyir oğlu türbəsindən yalnız özünün ölçüləri və bədii tərtibatı ilə fərqlənmir. Onun memarlıq həllində kompozisiya quruluşları, memarlıq forma və üsulları daha mükəmməl icra edilmişdir.
Türbə, Atabəylər Memarlıq Kompleksinə daxil olan tikililər arasında xüsusi seçilən, 25 metrlik onbucaqlı formasında həcmə malikdir. XIX və XX əsr əvvəllərinin rəsm və fotoşəkilləri onun vaxtilə böyük bir ansamblın tərkib hissəsi olmasını təsdiq edir. Türbə qırmızı dioritdən olan qaya daşları ilə örtülmüş postament (altlıq) üstündə ucaldılmışdır.
Sərdabə
Mömünə Xatun türbəsi öz sələfindən ilk öncə ölçü böyüklüyü və plan biçiminin mürəkkəbliyi ilə seçilir. Türbənin sərdabəsi planda onbucaqlıdır. Aşırımı on metrə yaxın olan (Yusif Küseyir oğlu türbəsində 5,2 metrə bərabərdir) sərdabəni yastı kərpic günbəzlə örtmək olmazdı. Bu səbəbdən Əcəmi alt qatın möhkəmliyinə xüsusi fikir vermiş, 38 il əvvəl Qırmızı Günbəd sərdabəsində işlədilən konstruktiv fəndi inkişaf etdirmişdir – ucaltdığı sərdabənin ortasında qalın onüzlü dayaq qoymuşdur. Dayağın üzləri yan tərəflərə sivri tağbəndlərlə birləşdiyindən göbələkvari bütöv və dayanıqlı örtük konstruksiyası yaranmışdır.
Göbələkvari dayağın gözəlliyini və işlənmə effektini daha da artırmaq məqsədilə memar onun tinlərindən qarşı künclərə kərpic qabırğalar – nervürlər atmışdır. Bu qabırğalar ulduzvari karkas yaratmışdır. C. Qiyasinin fikrincə, bu da biçimcə abidəni bəzəyən və riyazi ahəngdarlığa əsaslanan naxış quruluşları ilə bir köklüdür. Karkasların araları saya naxışlı kərpic hörgüsü ilə üzləndiyindən konstruksiyanın tektonik gözəlliyi daha aydın duyulur.
Prof. C. Qiyasi qeyd edir ki, Mömünə Xatun türbəsinin sərdabəsinin memarlığında yerli ənənələrə əsaslanan bir konstruksiyanın təkamül prosesi başa çatır. Tədqiqatçının fikrincə bu prosesin ən sürətli mərhələsi Atabəylərin hakimiyyəti dövründə keçir və Qırmızı Günbəd Türbəsi – Gilan Türbəsi – Mömünə Xatun Türbəsi ardıcıllığı ilə baş verir. Bu da Azərbaycan tarixində həmin dövrün elmi – bədii yüksəlişinin zirvəsi idi.
Təkcə Azərbaycan memarlığında deyil, ümumiyyətlə İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən biri olan Mömünə Xatun türbəsinin uzunömürlüyü ilk olaraq onun mühəndis həllinin bitkinliyi ilə bağlıdır. Memar Əcəmi öz əsərində təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirmişdir. Abidənin dayaq sistemi, xüsusilə sərdabəsinin quruluşu ilə tanışlıq əyani göstərir ki, memar öz çağında "mühəndislər başçısı" adını layiqincə almışdır.
Qüllə
Türbənin yerüstü qülləsinin plan biçimi bayırda onbucaqlı, daxildə isə dairəvidir. Araşdırmalar göstərmişdir ki, onbucaqlı plan seçilməsi təsadüfi deyildir. Mömünəxatun türbəsinin plan-məkan quruluşu bütövlükdə onluq prinsipi üzrə qurulmuşdur. Bu da böyük mütənnasiblik və ahəndarlıq yaradan qızıl bölgünün əsasıdır.
Sərdabə və bayır üzlərdən fərli olaraq, Əcəmi, qüllənin interyerində mürəkkəblikdən uzaq olmuş, sayalığa və bütövlüyə üstünlük vermişdir. İç məkanın uca silindrik tutumu sferokonik günbəzlə örtülüdür. Onun əyri səthlərində bünbəzdəki bacaya qalxan dolama pilləkənin izləri qalmışdır. Bu göstərir ki, Mömünə Xatun türbəsində günbəzlərarası məkana qalxmaq üçün Xərrəqan türbələrindəkindən fərqli olaraq açıq pilləkən qurulmuşdu. Ola bilsin ki, interyerin silndrik hissəsində suvaqla örtülü hissələr divar rəsmləri ilə bəzədilibmiş. İnteryerdə son dövrün suvağı altından abı rəngli yazı zolağının çıxması onun divar səthlərində əvvəllər müəyyən bəzək işləri olduğuna inam yaradır.
Türbənin hündür olmayan kürsülüyü onüzlü biçimdə olub, cilalanmış iri diorit lövhələri ilə üzlənmişdir. Onun üzərində üyni biçimçi qüllənin uca kərpic tutumu yüksəlir. Üst piramidal örtüyü uçulmuş türbənin indiki yerüstü ucalığı 25 metrə yaxındır. İlkin halında isə onun hündürlüyü 35 metr olmuşdur.
Əcəmi, Yusif Küseyir oğlu üçün ucaltdığı türbədə yaşadığı dövrün memarlıq təcrübəsində geniş yayılan səkkizüzlü gövdə işlətdiyi halda, Mömünə Xatun türbəsi üçün az rast gəlinən on üzlü prizma seçmişdi. Buna bənzər biçim Gürgandakı Kabus Günbədidir (1006) ki, onun çox uca silindrik kütləsini 10 qabırğa dikinə bölmüşdür. Mömünə Xatun türbəsindən 10 il öncə Marağada tikilmiş isə iç məkan onüzlüdür.
Əcəmi, türbənin bayır tutumunu onüzlü etməklə güclü komozisiya vertikallığı və geniş tərtibat imkanları əldə etmişdir. Memar yuxarıya yönəlməni başqa fəndlərlə də gücləndirmişdir, künc dayaqlar qalın və gözəçarpan olduğundan üzlərdəki tağçalar dar, dərin və çox uca alınmışdır. Sivri stalaktit quruluşu ilə tamamlanması bu tağçalara daha dinamik və incə biçim vermişdir. Onların vertikal ritmi türbənin gövdəsində güclü dikinə hərəkətlilik törədir. Buna görə də xatirə abidəsi olduğundan daha uca, incə və əzəmətli görünür.
Gövdənin prizmatik kürsü üzərinə qaldırılması, şiş piramidal günbəzlə tamamlanmasını beləcə mürəkkəbləşdirməklə sənətkar memarlıq biçimlərinin yuxarıya qalxımını xeyli yüngülləşdirmişdir. Bununla yanaşı bu zaman qüllənin bütün memarlıq ayrıntılarında bədii bitkinlik konstruktiv məntiqiliyə əsaslanmışdır. Gözəl memarlıq, məkan və mühəndis həlli olan yeraltı sərdabə möhkəm özül kimi bütün abidənin dayanıqlılığını təmin etməkdə əsaslı rol oynamışdır. Türbənin ümumi mühəndis həllinin möhkəmliyini isə uca gövdənin tinlərinin yaratdığı karkas quruluşu və ikiqatlı günbəz örtüyü (iç sferik, xarici piramidal) tamamlanmışdır.
Fasadı
Türbənin qülləvari prizmatik həcminin təmiz həndəsi gözəlliyini pozmamaq üçün memar giriş qapısı olan şərq üzünü xüsusi fasad bəzəkləri ilə digər üzlərdən kəskin ayırmamışdır. Qülləyə bir düzbucaqlı giriş qapısı dayaz sivri tağça içərisinə salınmış, onun üstündə kərpicdən kufi xətti ilə "Bənna Əcəmi Əbu Əkr oğlu" kitabəsi yığılmışdır. Bunları içinə alan saya portal kompozisiyasının üstündə, tinləri birləşdirən düzbucaqlı çərçivədə eyni xəttlə türbənin tikinti tarixi yazılmışdır.
Sivri tağçaların yanları naxışlı incə sütuncuqlarla (diametri 15 sm), yuxarısı iri pətək gözləri ilə qapanmış, iç səthləri bir-birini təkrar etməyən mürəkkəb həndəsi naxışlarla üzlənmişdir. Səthlərə yüksək estetik görkəm verən bu dürlü naxış çeşinləri düz cizgi gözəlliyi, ümumi həndəsi harmoniya prinsipləri, anlam və quruluş dolğunluğu ilə bir kökə bağlıdır. Ona görə naxış kompozisiyalarının müxtəlifliyi məkan bütövlüyünü pozmadan abidənin görüşündə dəyişgənliyi və dinamikanı artırır.
Üzlərdəki sivri tağçaların naxışlarında işlədilmiş parlaq göy-firuzəyi kaşılı kərpiclər bişmiş kərpicin ümumi qırmızımtıl koloriti fonunda təsirli vurğular, qovşaqlar əmələ gətirir. Bu vurğular mürəkkəb naxış çeşnilərinin qavranılmasını asanlaşdırıb, rəng həllini zənginləşdirməklə yanaşı tağçaiçi səthlərə məxsusi incəlik və vizual dərinlik gətirir.
Qülləvari türbə həcminin günbəzə keçid hissəsində yerləşdirilmiş kitabə kəməri | Fasad dekorunun əsasını təşkil edən nişvari tağçalar hər iki yandan 15 sm diametrə malik sütunlarla əhatələnmişdir | Türbənin şərq fasadında yerləşən giriş portalı və inşaat kitabəsi |
Onüzlü gövdənin tinləri yuxarıda birləşərək üzlərdəki sivri tağçaları П şəkilli çərçivə içərisinə alır. Əcəmi bu çərçivələri başdan-başa incə epiqrafik naxışlı – düzbucaqlı hərflərin dik elementlərinin bir-birnə sarınaraq mürəkkəb hörmələrə çevrildiyi ecazkar bədiiliyi olan kufi xəttli yazılarla örtmüşdür. Kərpicdən yığılan bu yazı yelənlərinin yerliyi çox incə işlənmiş nəbati gəc naxışlardır. Bu kitabələri oxumuş Ə. Ələsgərzadə belə nəticəyə gəlmmişdir ki: "Onüzlü türbənin bütün üzləri kənarlardan Yasin surəsinin mətni ilə haşiyələnmişdir. İki dəfə təkrar olunmaqla bu surə, bir dəfə bir üzdən beş üzə, o biri dəfə altı üzdən on üzəcən davam edir. Hər üzdə yazı sağda aşağıdan başlayıb yuxar qalxır, sonra yuxarıda üfüqi davam edir və soldan aşağı enir."
Yasin surəsi ilə haşiyələnmiş üzləri lap yuxarıda başqa bir yazı qurşağı birləşdirir. Bu, türbənin sifarişçisini və kimin xatirəsinə inşa edilməsini göstərən əsas kitabədir. İstər abidənin рэсь мэ kompozisiyasında yerinə, istər hərflərinin iri ölçülərinə (qurşağın ündürlüyü 98 sm-dir), istərsə də materialına və rənginə görə bu kitabə başqalarından seçilir və onun üstün mövqeyi bütün vasitələrlə gözə çarpdırılmışdır.
Kitabənin yazılarının yerliyi bir qədər seyrək hörülmüş adi bişmiş kərpiclərdir. Bu qırmızımtıl cod yerlikdə iri göy kaşı hərflərin parıltılı və sığallı biçimləri daha aydın görünür. Həm kərpiclərin seyrək hörgüsü, həm də hərflərin iriliyi və göylüyü yazı qurşağının uzaq məsafədən yaxşı baxılmasına hesablanmışdır.
İri və xırda qrafik elementlərin ahəngdar düzümü, sətir sırasından yuxarıya qalxan vertikal hərflərin təntənəli ritmi, yerliyin boş sahələrinə düşən dekorativ biçimli işarələr, faktura və rəng təzadı baş kitabəni təkcə məzmunlu monumental xəttatlıq örnəyinə deyil, həm də gözəl naxış kompozisiyasına çevirmişdir.Yusif Küseyir oğlu türbəsində böyük olmayan gövdəni yazı qurşağı ilə tamamlayan Memar Əcəmi, Mömünə Xatun türbəsində kitabə qurşağının üstündə tacvari stalaktit kəməri vermişdir. Kompozisiyanın təntənəli biçiminə uyğun gələn, sivri tağçaların stalaktik sonluqlarının məntiqi inkişafı olan bu kəmər səkkizüzlü uca piramidal günbəzə də gözəl keçid yaradır.
Azərbaycanın qülləvari türbələrində karniz qurşağı olaraq stalaktitlərə ilk dəfə Mömünə Xatun türbəsində rast gəlinir. Onun yüksək plastik biçimi memarlıq surətinə xüsusi təntənə gətirir. Bununla da, Əcəmi mövcud biçimi onun ideya-bədii dəyərini gücləndirən yerdə işlədir. Mütəxəssislər isə bunu cəsarətli sənətkar tapıntısı kimi qiymətləndirirlər.
Möminə Xatun türbəsinin bütün üzlərində stalaktitlərlə bəzənmiş tağlar vardır. Stalaktit və tağlar adi və kaşılı kərpicdən düzəldilən ornamentlərlə örtülmüşdür. Türbənin üzərində kitabələrdən ibarət memarlıq bəzək elementləri diqqəti cəlb edir. Türbə üzərindəki ornament bəzəkləri sənətkarın tükənməz fantaziyaya malik olduğunu göstərir. Bütün səthlərin ornamenti müxtəlifdir, təkrara yol verilməmişdir. Lakin onun məharəti ondadır ki, müxtəlifliklə bərabər bütün ornamentləri eyni səciyyədə yaratmış və beləliklə, abidənin ümumi vəhdətini saxlaya bilmişdir.
Türbənin fasadlarında mürəkkəb naxış bəzəyinin asan qavranılmasını təmin etmək üçün firuzəyi şirlənmiş xüsusi kərpiclərdən istifadə edilmişdir | Türbənin 10 üzünün hər birində təkrarlanan həndəsi elementlər istifadə edilməklə, bir-biri ilə ahəng təşkil edən, lakin bir-birini təkrarlamayan naxışlar yaradılmışdır. |
Səthlərin həndəsi ornamentinin əsasını çoxuclu ulduz və ondan gedən süvari xəttlər təşkil edir. Burada 5,6,8 uclu ulduzlara və 6,8 bucaqlı quruluşlara təsadüf edilir. Türbənin ancaq qərb səthi başqa şəkildə həll edilmişdir. Burada səth iki yerə bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxarı hissəsində, başqa səthlərdə olduğu kimi ornamental bəzəklər verilmişdir. Memarın adını və abidənin inşaat tarixini göstərən kitabələr türbənin qərb səthində, portaldan yuxarıda göstərilmişdir. Möminə xatun türbəsinin yuxarı hissəsindəki qurşaq bütün səthləri əlaqələndirir. Orada yerləşdirilmiş kufi xəttin firuzəyi kaşı yerli üzərində olması bu kitabə qurşağını binanın əhəmiyyətli bir kompozisiya elementinə çevirir.
Dövrün heç bir abidəsində Mömünə Xatun türbəsində olduğu kimi kitabələr çox sayda və uğurla işlədilməmişdir. Türbədə olan kitabələrin ümumi uzunluğu, araşdırıcıların hesablamalarına görə 500 metrə yaxındır.
Mömünə Xatun türbəsi iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir Atabəylər Memarlıq Kompleksi dominantı olmuşdur. Türbənin səthlərini örtən mürəkkəb naxış şəbəkələrinin arasındakı ən kiçik boşluq belə gəclə doldurulub içində nəbati naxışlar yonulmuşdur. Bu səbəbdən türbənin fasadları parlaq Naxçıvan günəşi altında bir-birindən gözəl, bir-birindən zəngin kölgə tülünə bürünür, bu tülün çeşni və tonları gün ərzində günəşin hərəkətinə uyğun olaraq saysız dəyişir. Mömünə Xatun türbəsinin bədii memarlıq surətində xüsusi əzəmət və böyüklüklə insan ölçüsü və lirik incəlik heyrətləndirici uyarlıqdadır.
Möminə Xatun türbəsinin on səthinin doqquz tağçasının şəkilləri bir-birindən tamamilə fərqlənən həndəsi ornamentlərə malikdir. Türbəyə giriş yolu olan onuncu səthin tağçasında doqquz səthdən birinin şəkli təkrar edilir.Yusif Küseyir oğlu Türbəsindən fərqli olaraq, Möminə Xatun türbəsindəki mayolika səthdə daha yaxşı yerləşdirilmiş və onu canlandırmağa xidmtə etməkdədir. Türbənin səthlərinin və frizin fiqurlu hörgüsü, əsasən, epiqrafik forma daşıyır. Azərbaycan memarlığında bunun analogiyasını Bərdə türbəsi və Qarabağlar türbəsində görmək mümkündür.
İnteryeri
Türbənin üstünü qapayan günbəzin kərpic sıralarından olan yerliyində perpendikulyar oxlar üzərində qoyulmuş dörd dairəvi xonça-medalyon (diametri 1,5 m) yerləşdirilmişdir. Gəc üzərində oyma üsulu ilə yaradılmış bu dekorativ sənət nümunələri nəbati naxışlar fonunda çəkilən kufi xəttli ulduzvari kompozisiyalardan ibarətdir.
Kompozisiyaların hamısının özəyini "Allah" sözü təşkil edir. Bu özəyi bir-biri ilə kəsişərək 6, 8 və 10 bucaqlı dekorativ biçimli ulduzlar əmələ gətirən adlar çevrələyir. Burada Allah, Ömər, Osman, Əli sözləri yazılmışdır. Görünür memar öz adını da bu adlarla birləşdirmişdir. Onu da qeyd etmək lazımdır ki, I xəlifə Əbubəkrin adının memarın atasının adı ilə eyni olması onu belə mürəkkəb kompozisiya yaratmağa sövq etmişdir.
Tədqiqatçı S. M. Vandov qeyd edir ki, dairəvi xonçalar XII yüzilin nadir gəctəraşlıq əsəridir. Eyni tarixi dövrün əsəri olan Xərrəqan türbəsinin iç tağça əyrilərinin ortasında da dairəvi medalyonlar çəkilmişdir. Çoxu quş və əjdaha təsvirləri olan bu xonçalar içərisində ortası dekorativ biçimli 6 və 8 bucaqlı ulduzlarla doldurulmuş olanları da vardır. Həm də bu ulduzlar çalkeçir yolu ilə standart ayrıntılardan yaradılmışdır. Mömünə Xatun xonçaları bu əski türk gələnəklərinin inkişaf etmiş və tam islamlaşmış biçimidir. Əcəmi günəş və planetlərin rəmzi olan bu dairəvi xonçaları interyerin ən uca yerinə – günbəz əyrisi içərisinə qaldırmış, yarıqaranlıq türbə interyerini "işıqlandırmışdır".
Medalyonlar abidənin ilk tədqiqatçısı Y. Yakobstal tərəfindən də qeyd edilməmişdir. Y. Yakobstal türbəni təsvir edərkən qeyd olunan medalyonlar haqqında danışmır.Naxçıvan türbələrindəki kitabələr haqqında M. Hartmanın tərtib etdiyi və Y. Yakobstalın əsərinə əlavə edilmiş oçerkdə də medalyonların adı çəkilmir. 1939–1940-cı illərdə abidənin daha dəqiq tədqiqi ilk dəfə medalyonların fotoşəkillərini çəkməyə imkan vermişdir.
Tanınmış epiqrafist Ə. Ələsgərzadə də medalyonların kitabələrini oxumağa cəhd etmişdir: "Girdə günbəzin daxili səthində dörd iri medalyon var. Bu medalyonlar günbəzin şimal-şərq, cənub-şərq, cənub-qərb və şimal-qərb tərəflərində yerləşdirilmiş və daxili ornamentlərlə doldurulmuşdur. "
1956-cı ildə bərpa işləri ilə əlaqədar olaraq bu medalyonların fotoşəkilləri çəkilmişdir. Bu medalyonların quruluş sxemini memar T. Bağırzadə tərəfndən qrafik surətdə təhlil edilmişdir.
Tədqiqi və təsirləri
XIX əsrin əvvəllərində Naxçıvana gələn Dübua de Monper abidəyə diqqət yetirmiş və onun kitabələrinin üzünü çıxararaq Peterburqa, akademik Frenə göndərmişdir.
XII əsrdən çox sonra da Əcəminin Naxçıvanda yaratdığı abidələr müxtəlif sənətkarlara nəinki ölkə daxilində və hətta, Azərbaycanın sərhədlərindən kənarda da bir nümunə olaraq qalırdı.Əcəmi Əbubəkr oğlunun yaxın Şərq ölkələrində təsirini göstərməyə məşhur Avstriya şərqşünası Ernst Diez "Türk sənəti tarixi" əsərində irəli sürdüyü mülahizə çox yaxşı nümunə ola bilər. O, Anadolu türklərindən olan məşhur Memar Sinanın yaradıcılığından bəhs edərkən deyir ki, Memar ibn-Sinanın İstanbulda tikdiyi bəzi türbələr, şübhəsiz ki, Naxçıvan türbələrinin təsiri nəticəsində əmələ gəlmişdir. Memar Sinanın Naxçıvan abidələri ilə necə tanış olduğunu izah edərkən Diez qeyd edir ki, Memar Sinan ordu mühəndisi sifəti ilə XVI əsrdə yeniçərilərin səfərlərində iştirak etmiş və Naxçıvanda olmuşdur.
Türkiyə tədqiqatçıları da bunu qəbul edirlər. Memar Vədat Dalokay "Toplumcu Sinan" adlı məqaləsində Sinanın İstanbuldakı bəhs edərkən "Atabəylərdən qalma bir nəfəs gəlir" yazmışdır.
- Möminə Xatun türbəsi 1995-ci ildə dövriyyəyə buraxılmış 50000 manatlıq əskinazın üzərində
- Azərbaycan poçt markası. 1997
- Azərbaycan poçt markası. 2016
İstinadlar
- Böyük Sovet Ensiklopediyası. Mömünə Xatun. [ölü keçid]
- Дадашев, С.А.; Усейнов, М.А. Архитектура Азербайджана (Очерки по истории архитектуры народов СССР). Москва. 1948. 10.
- "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində (PDF). İstifadə tarixi: 18 iyul 2020.
- Centre, UNESCO World Heritage. "The mausoleum of Nakhichevan". UNESCO World Heritage Centre (ingilis). unesco.org. 2021-04-01 tarixində . İstifadə tarixi: 24 aprel 2022.
- Момине-хатун мавзолей (Популярная художественная энциклопедия / Под ред. В. М. Полевого). Москва: Советская энциклопедия. 1986.
- Əliyeva, S. A. Naxçıvan abidələrinə diqqəti artırmalı ("Azərbaycan abidələri" jurnalı, N1). Bakı. 1984.
- Ələsgərzadə, Əjdər. Надписи архитектурных памятников Азербайджана эпохи Низами (Архитектура Азербайджана эпохи Низами). Баку. 1947. 369–390.
- Qiyasi, Cəfər. Nizami dövrünün memarlıq abidələri. Bakı: İşıq. 1991. 95.
- Qiyasi, Cəfər. Nizami dövrünün memarlıq abidələri. Bakı: İşıq. 1991. 96.
- Aslanapa, Oktay. Kirim ve Kuzey Azerbaycan'da Türk Eserleri. Istanbul: Baha Matbaasi. 1979. 67–77.
- Ayvazian, Argam. The Historical Monuments of Nakhichevan. Detroit: Wayne State University Press. 1988. 90–92.
- Qiyasi, C. Nizami dövrünün memarlıq abidələri. Bakı: İşıq nəşriyyatı. 1991. 98.
- Azərbaycan Tarixi (yeddi cilddə) (II cild). Bakı: Elm nəşriyyatı. 2007. 467.
- Алескерзаде, А.А. Надписи старинных архитектурных памятников Нахчыванского края (Изв.АН Азерб.ССР, №5). 1949. 151–168.
- Qiyasi, C. Nizami dövrünün memarlıq abidələri. Bakı: İşıq nəşriyyatı. 1991. 97.
- Qiyasi, C. Nizami dövrünün memarlıq abidələri. Bakı: İşıq nəşriyyatı. 1991. 99.
- Денике, Б. П. [Денике_Б_П_Архитектурный_орнамент_Средней_Азии_М_Л_1939 Архитектурный орнамент Средней Азии] (#bad_url). М. – Л. 1939. 102.
- Вандов, С. М. Мавзолей Юсифа сына Кусейира и Моминехатун в Нахичевани. 1947. Москва-Баку. 238.
- Jacobstahl, E. Mittelalterliche Backsteinbaute in Nachtschevan zum Araxe sthale. Berlin. 1899.
- Алескерзаде, А. А. Надписи архитектурных памятников Азербайджана эпохи Низами. Москва-Баку. 1947. 319.
- Bağırzadə, T. Möminəxatun türbəsinin daxili quruluşunun xüsusiyyətləri haqqında (Вопросы реставрации памятников зодчества Азербайджана). Bakı. 1960. 60–63.
- БРЕТАНИЦКИЙ, Л. С.; ВЕЙМАРН, Б. В. ИСКУССТВО АЗЕРБАЙДЖАНА IV—XVIII веков. Москва: ИЗДАТЕЛЬСТВО ИСКУССТВО. 1976. 37–39.
- Diez, Ernst. Türk sanatı: başlangıcından günümüze kadar. İstanbul: İstanbul Üniversitesi Edebiyat Fakültesi Sanat Tarihi Enstitüsü. 1946.
- National Bank of Azerbaijan 2009-04-14 at the Wayback Machine. National currency: 50000 manat [ölü keçid]. – Retrieved on 24 March 2009.
Ədəbiyyat
- A. Əliyeva – Naxçıvan abidələrinə diqqəti artırmalı, "Azərbaycan Abidələri" dərgisi, N 1, Bakı, 1984.
- Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991.
- Azərbaycan tarixi (yeddi cilddə), II cild, Bakı, Elm nəşriyyatı, 2007, səh 467.
- Corvina Kiadó, Ilona Turánsky, Károly Gink: Aserbaidschan – Paläste, Türme, Moscheen. Budapest 1980, deutsch von Tilda und Paul Alpári
- Aslanapa, Oktay (1979). Kirim ve Kuzey Azerbaycan'da Türk Eserleri. Istanbul, Baha Matbaasi, 19, 67–77.
- Fatullayev, S. S. and R. S. Babasov (2005). "Memarliq" November 2, 2005
- Gink, Kalory and Ilona Turanszky (1979). Azerbaijan: Mosques, Turrets, Palaces. Budapest, Corvina Kiado, 29–30.
- Michell, George. Architecture of the Islamic World: Its History and Social Meaning. London, Thames and Hudson, 259. (ed. 1995).
- Azerbaijan Cultural Heritage Support Project. World Bank website.
- Бретаницкий Л. С., Зодчество Азербайджана 12–15 вв. и его место в архитектуре Переднего Востока, М., 1966, с. 105–110.
- Л. С. Бретаницкий, Б. В. Веймарн. Очерки истории и теории изобразительных искусств. Искусство Азербайджана. Стр. 37
- Большая советская энциклопедия. Момине-хатун.
- С.А. Дадашев, М.А. Усейнов. Очерки по истории архитектуры народов СССР. Архитектура Азербайджана. — М:1948 — стр. 10
- Б. П. Денике – Архитектурный орнамент Средней Азии, М. – Л., 1939, ст. 102
- М. Вандов – Мавзолей Юсифа сына Кусейира и Моминехатун в Нахичевани, Москва-Баку, 1947, с. 238
- А. А. Алескерзаде –Надписи архитектурных памятников Азербайджана эпохи Низами, Москва-Баку, 1947, c. 319
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Momine Xatun turbesi Azerbaycan Respublikasi NMR Naxcivan seherinde yerlesen ve hem de Atabey Gunbedi kimi taninan tarix memarliq abidesidir Turbe Azerbaycan Respublikasi Medeniyyet ve Turizm Nazirliyi terefinden dunya ehemiyyetli abide kimi qeydiyyata alinmisdir 1998 ci ilde Momine Xatun turbesi diger Naxcivan turbeleri ile birlikde UNESCO nun Ehtiyat siyahisina daxil edilmisdir Momine Xatun turbesi39 12 46 sm e 45 24 20 s u Olke AzerbaycanSeher Naxcivan NaxcivanYerlesir Atabeyler Memarliq Kompleksinin terkibindeMemar Ecemi NaxcivaniSifarisci Mehemmed Cahan PehlevanTikilme tarixi Xll esrUslubu Naxcivan Maraga memarliq mektebiHundurluyu 25 mVeziyyeti yaxsiUNESCO Ehtiyat SiyahisiResmi adi The mausoleum of NakhichevanTipiMedeniKriteriyai ivTeyin edilib30 09 1998Istinad nom 1 DovletAzerbaycanRegionAvropa Asiya Azerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 16KateqoriyaTurbeEhemiyyetiDunya ehemiyyetli Vikianbarda elaqeli mediafayllar 1186 ci ilde memar Ecemi Naxcivani terefinden insa edilmis turbenin ilkin hundurluyu 34 metr olsa da onun cadirvari gunbezi dovrumuze tamamisdir buna gore de dovrumuzde turbe 25 metr hundurluye malikdir dovrumuze catmamis cadirvari gunbezsiz Momune Xatun turbesi Atabeyler Memarliq Kompleksinden dovrumuze catmis yegane abidedir Momine Xatun turbesinin umumi qurulusu serdabe ve onbucaqli seklinde hell olunmus qulleden ibaretdir Turbenin serdabesi de planda onbucaqlidir Serdabe ve bayir uzlerden ferli olaraq Ecemi qullenin interyerinde murekkeblikden uzaq olmus sayaliga ve butovluye ustunluk vermisdir Turbenin hundur olmayan kursuluyu onuzlu bicimde olub cilalanmis iri diorit lovheleri ile uzlenmisdir Turbenin qullevari prizmatik tutumunun temiz hendesi gozelliyini pozmamaq ucun memar giris dana qapisi olan serq uzunu xususi tutum ve bezeklerle o biri uzlerden keskin ayirmamisdir Qulleye bir duzbucaqli giris qapisi dayaz sivri tagca icerisine salinmis onun ustunde kerpicden kufi xetti ile kitabe yigilmisdir TarixiInsaat kitabesinde verilen melumata gore turbenin uca govdesini adil meliki boyuk qalib Semseddin Nusret el islam ve el muslimin Cahan Pehlevan atabey Ebu Cefer Mehemmed ibn Atabey Eldeniz dunyanin ve dinin celali Islamin ve muselmanlarin namusu Momine Xatunun xatiresine tikmeyi emr etdi Memarliq tarixi tedqiqatcisi Ejder Elesgerzade bastag cercivesinin ustunde abidenin tikilme tarixinin 582 miladi 1186 ci ilin yaz cagi oldugunu aydinlasdimisdir Turbe yaxinliginda olmus bastagin kitabesindeki melumata ve tarixi qaynaqlara gore bele bir neticeye gelinmisdir ki turbe Mehemmed Cahan Pehlevanin olumunden bir az once bitmis bastag ise onun olumunden sonra tikilmisdir C Qiyasi guman edir ki Mehemmed Cahan Pehlevanin ozu de bu turbede defn edilmisdir Tedqiqatci Cefer Qiyasi bu fikre onu da elave edir ki yerli ehali arasinda abidenin Atabey Gunbedi adlandirilmasi turbenin Atabeylerin soy turbesi olduguna nisanedir Turbenin tarixi goruntuleri Momune Xatun turbesi ve minareli bastag XIX esrin ortalarinda Atabeyler Memarliq Kompleksinde Momune Xatun turbesi ve Atabeyler mescidinin yeri Momune Xatun turbesi 1896 ci ildeMemarliq xususiyyetleriTurbenin yan kesimi ve temel plani Yusif Kuseyir oglu turbesi ve Momune Xatun turbelerinin insasi arasinda iyirmi alti il vaxt kecmisdir Tedqiqatci O Aslanapanin fikrince Momune Xatun turbesinde Eceminin ustaliginin artmasi hemcinin sifariscinin nufuzu ve boyukluyu de eks olunmusdur Momine Xatun turbesinin umumi qurulusu serdabe ve qulle kompozisiyanin inkisaf yolu memarliq tutumlarinin duzumu Yusif Kuseyir oglu turbesinin xususiyyetlerini tekrarlayir Bununla birge memar yeni zengin ifade vasiteleri ile Momune Xatun turbesine benzersiz daha yuksek bedii gorkem vermisdir Momine xatun turbesinin memarliq ve plan tertibatinda Ecemi qulleli turbelere xas olan butun xususiyyetleri ozunun evvelki eserlerinden de daha aydin ve parlaq ifade etmisdir Bu turbe Yusif Kuseyir oglu turbesinden yalniz ozunun olculeri ve bedii tertibati ile ferqlenmir Onun memarliq hellinde kompozisiya quruluslari memarliq forma ve usullari daha mukemmel icra edilmisdir Turbe Atabeyler Memarliq Kompleksine daxil olan tikililer arasinda xususi secilen 25 metrlik onbucaqli formasinda hecme malikdir XIX ve XX esr evvellerinin resm ve fotosekilleri onun vaxtile boyuk bir ansamblin terkib hissesi olmasini tesdiq edir Turbe qirmizi dioritden olan qaya daslari ile ortulmus postament altliq ustunde ucaldilmisdir Serdabe Turbenin zirzemisi Momune Xatun turbesi oz selefinden ilk once olcu boyukluyu ve plan biciminin murekkebliyi ile secilir Turbenin serdabesi planda onbucaqlidir Asirimi on metre yaxin olan Yusif Kuseyir oglu turbesinde 5 2 metre beraberdir serdabeni yasti kerpic gunbezle ortmek olmazdi Bu sebebden Ecemi alt qatin mohkemliyine xususi fikir vermis 38 il evvel Qirmizi Gunbed serdabesinde isledilen konstruktiv fendi inkisaf etdirmisdir ucaltdigi serdabenin ortasinda qalin onuzlu dayaq qoymusdur Dayagin uzleri yan tereflere sivri tagbendlerle birlesdiyinden gobelekvari butov ve dayaniqli ortuk konstruksiyasi yaranmisdir Gobelekvari dayagin gozelliyini ve islenme effektini daha da artirmaq meqsedile memar onun tinlerinden qarsi kunclere kerpic qabirgalar nervurler atmisdir Bu qabirgalar ulduzvari karkas yaratmisdir C Qiyasinin fikrince bu da bicimce abideni bezeyen ve riyazi ahengdarliga esaslanan naxis quruluslari ile bir kokludur Karkaslarin aralari saya naxisli kerpic horgusu ile uzlendiyinden konstruksiyanin tektonik gozelliyi daha aydin duyulur Prof C Qiyasi qeyd edir ki Momune Xatun turbesinin serdabesinin memarliginda yerli enenelere esaslanan bir konstruksiyanin tekamul prosesi basa catir Tedqiqatcinin fikrince bu prosesin en suretli merhelesi Atabeylerin hakimiyyeti dovrunde kecir ve Qirmizi Gunbed Turbesi Gilan Turbesi Momune Xatun Turbesi ardicilligi ile bas verir Bu da Azerbaycan tarixinde hemin dovrun elmi bedii yukselisinin zirvesi idi Tekce Azerbaycan memarliginda deyil umumiyyetle Islam memarliginda en uca ve ince kompozisiyali turbelerden biri olan Momune Xatun turbesinin uzunomurluyu ilk olaraq onun muhendis hellinin bitkinliyi ile baglidir Memar Ecemi oz eserinde tekce bedii tefekkurun derinliyi zovq inceliyi deyil elece de genis riyazi biliye ve zengin yaradiciliq tecrubesine esaslanan muhendislik duhasi numayis etdirmisdir Abidenin dayaq sistemi xususile serdabesinin qurulusu ile tanisliq eyani gosterir ki memar oz caginda muhendisler bascisi adini layiqince almisdir Qulle Momine Xatunun ressam Ejder Qafarov terefinden cekilmis bedii portreti Azerbaycan Tarix Muzeyinde saxlanilir Turbenin yerustu qullesinin plan bicimi bayirda onbucaqli daxilde ise dairevidir Arasdirmalar gostermisdir ki onbucaqli plan secilmesi tesadufi deyildir Momunexatun turbesinin plan mekan qurulusu butovlukde onluq prinsipi uzre qurulmusdur Bu da boyuk mutennasiblik ve ahendarliq yaradan qizil bolgunun esasidir Serdabe ve bayir uzlerden ferli olaraq Ecemi qullenin interyerinde murekkeblikden uzaq olmus sayaliga ve butovluye ustunluk vermisdir Ic mekanin uca silindrik tutumu sferokonik gunbezle ortuludur Onun eyri sethlerinde bunbezdeki bacaya qalxan dolama pillekenin izleri qalmisdir Bu gosterir ki Momune Xatun turbesinde gunbezlerarasi mekana qalxmaq ucun Xerreqan turbelerindekinden ferqli olaraq aciq pilleken qurulmusdu Ola bilsin ki interyerin silndrik hissesinde suvaqla ortulu hisseler divar resmleri ile bezedilibmis Interyerde son dovrun suvagi altindan abi rengli yazi zolaginin cixmasi onun divar sethlerinde evveller mueyyen bezek isleri olduguna inam yaradir Turbenin hundur olmayan kursuluyu onuzlu bicimde olub cilalanmis iri diorit lovheleri ile uzlenmisdir Onun uzerinde uyni bicimci qullenin uca kerpic tutumu yukselir Ust piramidal ortuyu uculmus turbenin indiki yerustu ucaligi 25 metre yaxindir Ilkin halinda ise onun hundurluyu 35 metr olmusdur Ecemi Yusif Kuseyir oglu ucun ucaltdigi turbede yasadigi dovrun memarliq tecrubesinde genis yayilan sekkizuzlu govde isletdiyi halda Momune Xatun turbesi ucun az rast gelinen on uzlu prizma secmisdi Buna benzer bicim Gurgandaki Kabus Gunbedidir 1006 ki onun cox uca silindrik kutlesini 10 qabirga dikine bolmusdur Momune Xatun turbesinden 10 il once Maragada tikilmis ise ic mekan onuzludur Ecemi turbenin bayir tutumunu onuzlu etmekle guclu komozisiya vertikalligi ve genis tertibat imkanlari elde etmisdir Memar yuxariya yonelmeni basqa fendlerle de guclendirmisdir kunc dayaqlar qalin ve gozecarpan oldugundan uzlerdeki tagcalar dar derin ve cox uca alinmisdir Sivri stalaktit qurulusu ile tamamlanmasi bu tagcalara daha dinamik ve ince bicim vermisdir Onlarin vertikal ritmi turbenin govdesinde guclu dikine hereketlilik toredir Buna gore de xatire abidesi oldugundan daha uca ince ve ezemetli gorunur Govdenin prizmatik kursu uzerine qaldirilmasi sis piramidal gunbezle tamamlanmasini belece murekkeblesdirmekle senetkar memarliq bicimlerinin yuxariya qalximini xeyli yungullesdirmisdir Bununla yanasi bu zaman qullenin butun memarliq ayrintilarinda bedii bitkinlik konstruktiv mentiqiliye esaslanmisdir Gozel memarliq mekan ve muhendis helli olan yeralti serdabe mohkem ozul kimi butun abidenin dayaniqliligini temin etmekde esasli rol oynamisdir Turbenin umumi muhendis hellinin mohkemliyini ise uca govdenin tinlerinin yaratdigi karkas qurulusu ve ikiqatli gunbez ortuyu ic sferik xarici piramidal tamamlanmisdir Fasadi Turbenin qullevari prizmatik hecminin temiz hendesi gozelliyini pozmamaq ucun memar giris qapisi olan serq uzunu xususi fasad bezekleri ile diger uzlerden keskin ayirmamisdir Qulleye bir duzbucaqli giris qapisi dayaz sivri tagca icerisine salinmis onun ustunde kerpicden kufi xetti ile Benna Ecemi Ebu Ekr oglu kitabesi yigilmisdir Bunlari icine alan saya portal kompozisiyasinin ustunde tinleri birlesdiren duzbucaqli cercivede eyni xettle turbenin tikinti tarixi yazilmisdir Sivri tagcalarin yanlari naxisli ince sutuncuqlarla diametri 15 sm yuxarisi iri petek gozleri ile qapanmis ic sethleri bir birini tekrar etmeyen murekkeb hendesi naxislarla uzlenmisdir Sethlere yuksek estetik gorkem veren bu durlu naxis cesinleri duz cizgi gozelliyi umumi hendesi harmoniya prinsipleri anlam ve qurulus dolgunlugu ile bir koke baglidir Ona gore naxis kompozisiyalarinin muxtelifliyi mekan butovluyunu pozmadan abidenin gorusunde deyisgenliyi ve dinamikani artirir Uzlerdeki sivri tagcalarin naxislarinda isledilmis parlaq goy firuzeyi kasili kerpicler bismis kerpicin umumi qirmizimtil koloriti fonunda tesirli vurgular qovsaqlar emele getirir Bu vurgular murekkeb naxis cesnilerinin qavranilmasini asanlasdirib reng hellini zenginlesdirmekle yanasi tagcaici sethlere mexsusi incelik ve vizual derinlik getirir Momune Xatun turbesinin fasad elementleri Qullevari turbe hecminin gunbeze kecid hissesinde yerlesdirilmis kitabe kemeri Fasad dekorunun esasini teskil eden nisvari tagcalar her iki yandan 15 sm diametre malik sutunlarla ehatelenmisdir Turbenin serq fasadinda yerlesen giris portali ve insaat kitabesi Onuzlu govdenin tinleri yuxarida birleserek uzlerdeki sivri tagcalari P sekilli cercive icerisine alir Ecemi bu cerciveleri basdan basa ince epiqrafik naxisli duzbucaqli herflerin dik elementlerinin bir birne sarinaraq murekkeb hormelere cevrildiyi ecazkar bediiliyi olan kufi xettli yazilarla ortmusdur Kerpicden yigilan bu yazi yelenlerinin yerliyi cox ince islenmis nebati gec naxislardir Bu kitabeleri oxumus E Elesgerzade bele neticeye gelmmisdir ki Onuzlu turbenin butun uzleri kenarlardan Yasin suresinin metni ile hasiyelenmisdir Iki defe tekrar olunmaqla bu sure bir defe bir uzden bes uze o biri defe alti uzden on uzecen davam edir Her uzde yazi sagda asagidan baslayib yuxar qalxir sonra yuxarida ufuqi davam edir ve soldan asagi enir Yasin suresi ile hasiyelenmis uzleri lap yuxarida basqa bir yazi qursagi birlesdirir Bu turbenin sifariscisini ve kimin xatiresine insa edilmesini gosteren esas kitabedir Ister abidenin res me kompozisiyasinda yerine ister herflerinin iri olculerine qursagin undurluyu 98 sm dir isterse de materialina ve rengine gore bu kitabe basqalarindan secilir ve onun ustun movqeyi butun vasitelerle goze carpdirilmisdir Kitabenin yazilarinin yerliyi bir qeder seyrek horulmus adi bismis kerpiclerdir Bu qirmizimtil cod yerlikde iri goy kasi herflerin pariltili ve sigalli bicimleri daha aydin gorunur Hem kerpiclerin seyrek horgusu hem de herflerin iriliyi ve goyluyu yazi qursaginin uzaq mesafeden yaxsi baxilmasina hesablanmisdir Iri ve xirda qrafik elementlerin ahengdar duzumu setir sirasindan yuxariya qalxan vertikal herflerin tenteneli ritmi yerliyin bos sahelerine dusen dekorativ bicimli isareler faktura ve reng tezadi bas kitabeni tekce mezmunlu monumental xettatliq orneyine deyil hem de gozel naxis kompozisiyasina cevirmisdir Yusif Kuseyir oglu turbesinde boyuk olmayan govdeni yazi qursagi ile tamamlayan Memar Ecemi Momune Xatun turbesinde kitabe qursaginin ustunde tacvari stalaktit kemeri vermisdir Kompozisiyanin tenteneli bicimine uygun gelen sivri tagcalarin stalaktik sonluqlarinin mentiqi inkisafi olan bu kemer sekkizuzlu uca piramidal gunbeze de gozel kecid yaradir Azerbaycanin qullevari turbelerinde karniz qursagi olaraq stalaktitlere ilk defe Momune Xatun turbesinde rast gelinir Onun yuksek plastik bicimi memarliq suretine xususi tentene getirir Bununla da Ecemi movcud bicimi onun ideya bedii deyerini guclendiren yerde isledir Mutexessisler ise bunu cesaretli senetkar tapintisi kimi qiymetlendirirler Momine Xatun turbesinin butun uzlerinde stalaktitlerle bezenmis taglar vardir Stalaktit ve taglar adi ve kasili kerpicden duzeldilen ornamentlerle ortulmusdur Turbenin uzerinde kitabelerden ibaret memarliq bezek elementleri diqqeti celb edir Turbe uzerindeki ornament bezekleri senetkarin tukenmez fantaziyaya malik oldugunu gosterir Butun sethlerin ornamenti muxtelifdir tekrara yol verilmemisdir Lakin onun mehareti ondadir ki muxteliflikle beraber butun ornamentleri eyni seciyyede yaratmis ve belelikle abidenin umumi vehdetini saxlaya bilmisdir Turbenin hendesi fasad naxislarinin qurulusu Turbenin fasadlarinda murekkeb naxis bezeyinin asan qavranilmasini temin etmek ucun firuzeyi sirlenmis xususi kerpiclerden istifade edilmisdir Turbenin 10 uzunun her birinde tekrarlanan hendesi elementler istifade edilmekle bir biri ile aheng teskil eden lakin bir birini tekrarlamayan naxislar yaradilmisdir Sethlerin hendesi ornamentinin esasini coxuclu ulduz ve ondan geden suvari xettler teskil edir Burada 5 6 8 uclu ulduzlara ve 6 8 bucaqli quruluslara tesaduf edilir Turbenin ancaq qerb sethi basqa sekilde hell edilmisdir Burada seth iki yere bolunmus asagi hissesinde giris qapisi bastag seklinde hell edilmis yuxari hissesinde basqa sethlerde oldugu kimi ornamental bezekler verilmisdir Memarin adini ve abidenin insaat tarixini gosteren kitabeler turbenin qerb sethinde portaldan yuxarida gosterilmisdir Momine xatun turbesinin yuxari hissesindeki qursaq butun sethleri elaqelendirir Orada yerlesdirilmis kufi xettin firuzeyi kasi yerli uzerinde olmasi bu kitabe qursagini binanin ehemiyyetli bir kompozisiya elementine cevirir Dovrun hec bir abidesinde Momune Xatun turbesinde oldugu kimi kitabeler cox sayda ve ugurla isledilmemisdir Turbede olan kitabelerin umumi uzunlugu arasdiricilarin hesablamalarina gore 500 metre yaxindir Momune Xatun turbesi iri olculeri monumental bicimleri dinamik silueti ile boyuk bir Atabeyler Memarliq Kompleksi dominanti olmusdur Turbenin sethlerini orten murekkeb naxis sebekelerinin arasindaki en kicik bosluq bele gecle doldurulub icinde nebati naxislar yonulmusdur Bu sebebden turbenin fasadlari parlaq Naxcivan gunesi altinda bir birinden gozel bir birinden zengin kolge tulune burunur bu tulun cesni ve tonlari gun erzinde gunesin hereketine uygun olaraq saysiz deyisir Momune Xatun turbesinin bedii memarliq suretinde xususi ezemet ve boyuklukle insan olcusu ve lirik incelik heyretlendirici uyarliqdadir Momine Xatun turbesinin on sethinin doqquz tagcasinin sekilleri bir birinden tamamile ferqlenen hendesi ornamentlere malikdir Turbeye giris yolu olan onuncu sethin tagcasinda doqquz sethden birinin sekli tekrar edilir Yusif Kuseyir oglu Turbesinden ferqli olaraq Momine Xatun turbesindeki mayolika sethde daha yaxsi yerlesdirilmis ve onu canlandirmaga xidmte etmekdedir Turbenin sethlerinin ve frizin fiqurlu horgusu esasen epiqrafik forma dasiyir Azerbaycan memarliginda bunun analogiyasini Berde turbesi ve Qarabaglar turbesinde gormek mumkundur Interyeri Turbenin gumbezalti hissesinde yerlesen medalyonlardan biri Turbenin ustunu qapayan gunbezin kerpic siralarindan olan yerliyinde perpendikulyar oxlar uzerinde qoyulmus dord dairevi xonca medalyon diametri 1 5 m yerlesdirilmisdir Gec uzerinde oyma usulu ile yaradilmis bu dekorativ senet numuneleri nebati naxislar fonunda cekilen kufi xettli ulduzvari kompozisiyalardan ibaretdir Kompozisiyalarin hamisinin ozeyini Allah sozu teskil edir Bu ozeyi bir biri ile kesiserek 6 8 ve 10 bucaqli dekorativ bicimli ulduzlar emele getiren adlar cevreleyir Burada Allah Omer Osman Eli sozleri yazilmisdir Gorunur memar oz adini da bu adlarla birlesdirmisdir Onu da qeyd etmek lazimdir ki I xelife Ebubekrin adinin memarin atasinin adi ile eyni olmasi onu bele murekkeb kompozisiya yaratmaga sovq etmisdir Tedqiqatci S M Vandov qeyd edir ki dairevi xoncalar XII yuzilin nadir gecterasliq eseridir Eyni tarixi dovrun eseri olan Xerreqan turbesinin ic tagca eyrilerinin ortasinda da dairevi medalyonlar cekilmisdir Coxu qus ve ejdaha tesvirleri olan bu xoncalar icerisinde ortasi dekorativ bicimli 6 ve 8 bucaqli ulduzlarla doldurulmus olanlari da vardir Hem de bu ulduzlar calkecir yolu ile standart ayrintilardan yaradilmisdir Momune Xatun xoncalari bu eski turk geleneklerinin inkisaf etmis ve tam islamlasmis bicimidir Ecemi gunes ve planetlerin remzi olan bu dairevi xoncalari interyerin en uca yerine gunbez eyrisi icerisine qaldirmis yariqaranliq turbe interyerini isiqlandirmisdir Medalyonlar abidenin ilk tedqiqatcisi Y Yakobstal terefinden de qeyd edilmemisdir Y Yakobstal turbeni tesvir ederken qeyd olunan medalyonlar haqqinda danismir Naxcivan turbelerindeki kitabeler haqqinda M Hartmanin tertib etdiyi ve Y Yakobstalin eserine elave edilmis ocerkde de medalyonlarin adi cekilmir 1939 1940 ci illerde abidenin daha deqiq tedqiqi ilk defe medalyonlarin fotosekillerini cekmeye imkan vermisdir Taninmis epiqrafist E Elesgerzade de medalyonlarin kitabelerini oxumaga cehd etmisdir Girde gunbezin daxili sethinde dord iri medalyon var Bu medalyonlar gunbezin simal serq cenub serq cenub qerb ve simal qerb tereflerinde yerlesdirilmis ve daxili ornamentlerle doldurulmusdur 1956 ci ilde berpa isleri ile elaqedar olaraq bu medalyonlarin fotosekilleri cekilmisdir Bu medalyonlarin qurulus sxemini memar T Bagirzade terefnden qrafik suretde tehlil edilmisdir Tedqiqi ve tesirleriBehruz Kengerli terefinden sulu boya ile cekilmis resm Naxcivan albomu 1920 ci il XIX esrin evvellerinde Naxcivana gelen Dubua de Monper abideye diqqet yetirmis ve onun kitabelerinin uzunu cixararaq Peterburqa akademik Frene gondermisdir XII esrden cox sonra da Eceminin Naxcivanda yaratdigi abideler muxtelif senetkarlara neinki olke daxilinde ve hetta Azerbaycanin serhedlerinden kenarda da bir numune olaraq qalirdi Ecemi Ebubekr oglunun yaxin Serq olkelerinde tesirini gostermeye meshur Avstriya serqsunasi Ernst Diez Turk seneti tarixi eserinde ireli surduyu mulahize cox yaxsi numune ola biler O Anadolu turklerinden olan meshur Memar Sinanin yaradiciligindan behs ederken deyir ki Memar ibn Sinanin Istanbulda tikdiyi bezi turbeler subhesiz ki Naxcivan turbelerinin tesiri neticesinde emele gelmisdir Memar Sinanin Naxcivan abideleri ile nece tanis oldugunu izah ederken Diez qeyd edir ki Memar Sinan ordu muhendisi sifeti ile XVI esrde yenicerilerin seferlerinde istirak etmis ve Naxcivanda olmusdur Turkiye tedqiqatcilari da bunu qebul edirler Memar Vedat Dalokay Toplumcu Sinan adli meqalesinde Sinanin Istanbuldaki behs ederken Atabeylerden qalma bir nefes gelir yazmisdir Momine Xatun turbesi 1995 ci ilde dovriyyeye buraxilmis 50000 manatliq eskinazin uzerinde Azerbaycan poct markasi 1997 Azerbaycan poct markasi 2016IstinadlarBoyuk Sovet Ensiklopediyasi Momune Xatun olu kecid Dadashev S A Usejnov M A Arhitektura Azerbajdzhana Ocherki po istorii arhitektury narodov SSSR Moskva 1948 10 Dunya ehemiyyetli dasinmaz tarix ve medeniyyet abidelerinin siyahisi PDF Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi 2 avqust 2001 2021 07 07 tarixinde PDF Istifade tarixi 18 iyul 2020 Centre UNESCO World Heritage The mausoleum of Nakhichevan UNESCO World Heritage Centre ingilis unesco org 2021 04 01 tarixinde Istifade tarixi 24 aprel 2022 Momine hatun mavzolej Populyarnaya hudozhestvennaya enciklopediya Pod red V M Polevogo Moskva Sovetskaya enciklopediya 1986 Eliyeva S A Naxcivan abidelerine diqqeti artirmali Azerbaycan abideleri jurnali N1 Baki 1984 Elesgerzade Ejder Nadpisi arhitekturnyh pamyatnikov Azerbajdzhana epohi Nizami Arhitektura Azerbajdzhana epohi Nizami Baku 1947 369 390 Qiyasi Cefer Nizami dovrunun memarliq abideleri Baki Isiq 1991 95 Qiyasi Cefer Nizami dovrunun memarliq abideleri Baki Isiq 1991 96 Aslanapa Oktay Kirim ve Kuzey Azerbaycan da Turk Eserleri Istanbul Baha Matbaasi 1979 67 77 Ayvazian Argam The Historical Monuments of Nakhichevan Detroit Wayne State University Press 1988 90 92 Qiyasi C Nizami dovrunun memarliq abideleri Baki Isiq nesriyyati 1991 98 Azerbaycan Tarixi yeddi cildde II cild Baki Elm nesriyyati 2007 467 Aleskerzade A A Nadpisi starinnyh arhitekturnyh pamyatnikov Nahchyvanskogo kraya Izv AN Azerb SSR 5 1949 151 168 Qiyasi C Nizami dovrunun memarliq abideleri Baki Isiq nesriyyati 1991 97 Qiyasi C Nizami dovrunun memarliq abideleri Baki Isiq nesriyyati 1991 99 Denike B P Denike B P Arhitekturnyj ornament Srednej Azii M L 1939 Arhitekturnyj ornament Srednej Azii bad url M L 1939 102 Vandov S M Mavzolej Yusifa syna Kusejira i Mominehatun v Nahichevani 1947 Moskva Baku 238 Jacobstahl E Mittelalterliche Backsteinbaute in Nachtschevan zum Araxe sthale Berlin 1899 Aleskerzade A A Nadpisi arhitekturnyh pamyatnikov Azerbajdzhana epohi Nizami Moskva Baku 1947 319 Bagirzade T Mominexatun turbesinin daxili qurulusunun xususiyyetleri haqqinda Voprosy restavracii pamyatnikov zodchestva Azerbajdzhana Baki 1960 60 63 BRETANICKIJ L S VEJMARN B V ISKUSSTVO AZERBAJDZhANA IV XVIII vekov Moskva IZDATELSTVO ISKUSSTVO 1976 37 39 Diez Ernst Turk sanati baslangicindan gunumuze kadar Istanbul Istanbul Universitesi Edebiyat Fakultesi Sanat Tarihi Enstitusu 1946 National Bank of Azerbaijan 2009 04 14 at the Wayback Machine National currency 50000 manat olu kecid Retrieved on 24 March 2009 EdebiyyatA Eliyeva Naxcivan abidelerine diqqeti artirmali Azerbaycan Abideleri dergisi N 1 Baki 1984 Qiyasi Nizami dovrunun memarliq abideleri Baki Isiq nesriyyati 1991 Azerbaycan tarixi yeddi cildde II cild Baki Elm nesriyyati 2007 seh 467 Corvina Kiado Ilona Turansky Karoly Gink Aserbaidschan Palaste Turme Moscheen Budapest 1980 deutsch von Tilda und Paul Alpari Aslanapa Oktay 1979 Kirim ve Kuzey Azerbaycan da Turk Eserleri Istanbul Baha Matbaasi 19 67 77 Fatullayev S S and R S Babasov 2005 Memarliq November 2 2005 Gink Kalory and Ilona Turanszky 1979 Azerbaijan Mosques Turrets Palaces Budapest Corvina Kiado 29 30 Michell George Architecture of the Islamic World Its History and Social Meaning London Thames and Hudson 259 ed 1995 Azerbaijan Cultural Heritage Support Project World Bank website Bretanickij L S Zodchestvo Azerbajdzhana 12 15 vv i ego mesto v arhitekture Perednego Vostoka M 1966 s 105 110 L S Bretanickij B V Vejmarn Ocherki istorii i teorii izobrazitelnyh iskusstv Iskusstvo Azerbajdzhana Str 37 Bolshaya sovetskaya enciklopediya Momine hatun S A Dadashev M A Usejnov Ocherki po istorii arhitektury narodov SSSR Arhitektura Azerbajdzhana M 1948 str 10 B P Denike Arhitekturnyj ornament Srednej Azii M L 1939 st 102 M Vandov Mavzolej Yusifa syna Kusejira i Mominehatun v Nahichevani Moskva Baku 1947 s 238 A A Aleskerzade Nadpisi arhitekturnyh pamyatnikov Azerbajdzhana epohi Nizami Moskva Baku 1947 c 319Hemcinin baxVikianbarda Momine Xatun turbesi ile elaqeli mediafayllar var Naxcivan Maraga memarliq mektebi