Atabəylər Memarlıq Kompleksi — Naxçıvan şəhərində yerləşən, şəhər Atabəylərin paytaxtı olan zaman əsas qoyulmuş nəhəng memarlıq kompleksi. Kompleksə Atabəy hökmdarlarının sarayı, Divanxana, Naxçıvan Cümə Məscidi, Mömünə Xatun türbəsi, Mədrəsə, giriş baştağı və digər yardımçı binalar daxil olmuşdur. Dövrümüzə kompleksdən yalnız Mömünə Xatun türbəsi çatmışdır.
Atabəylər Memarlıq Kompleksi | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Naxçıvan |
Aidiyyatı | Azərbaycan Atabəyləri |
Memar | Əcəmi Naxçıvani |
Sifarişçi | Şəmsəddin Eldəniz Məhəmməd Cahan Pəhləvan |
|
Mömünə Xatun türbəsi
Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin bir şahidi kimi Naxçıvanın mərkəzində yüksəlir.
Memar bu türbəni Yusif Küseyir oğlu Türbəsindən 24 il sonra inşa etmişdir. Ona görə də bu sənət əsərində memarın ustalığının, müdrikliyinin artması ilə yanaşı sifarişçinin gücü, böyüklüyü də əks olunmuşdur. Mömünə Xatun türbəsinin ümumi quruluşu – sərdabə və qüllə, kompozisiyanın inkişaf yolu, memarlıq tutumlarının düzümü öncəki türbədə olan sayaq, dəyişməz qalır. Bununla birgə Memar Əcəmi, yeni, zəngin ifadə vasitələri ilə bu əsərinə bənzərsiz, daha yüksək bədii görkəm vermişdir.
Möminə xatun türbəsinin üzərindəki ornament bəzəkləri sənətkarın tükənməz fantaziyaya malik olduğunu göstərir. Bütün səthlərin ornamenti müxtəlifdir. Sənətkar təkrara yol verməmişdir. Lakin onun məharəti orasındadır ki, müxtəlifliklə bərabər bütün ornamentləri eyni səciyyədə yaratmış və beləliklə, abidənin ümumi vəhdətini saxlaya bilmişdir.
Möminə Xatun türbəsi iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı idi. Türbəni örtən mürkkəb naxış şəbəkələrinin arasındakı ən kiçik boşluq belə gəclə doldurulub içində bitkisəl naxışlar yonulmuşdur. Bu səbəbdən türbənin bayır səthləri parlaq Naxçıvan günəşi altında bir-birindən gözəl, bir-birindən zəngin kölgə tülünə bürünür, bu tülün çeşni və tonları gün ərzində günəşin hərəkətinə uyğun olaraq saysız dəyişir. Mömünə Xatun türbəsinin bədii memarlıq surətində şahanə əzəmət və böyüklüklə insan ölçüsü və lirik incəlik heyrətləndirici uyarlıqdadır.
Naxçıvan Cümə Məscidi
XX əsrin əvvəllərində uçularaq məhv edilmiş bu nadir memarlıq abidəsinin plan-məkan quruluşu haqqında XIX əsrdə çəkilmiş rəsmlər və foto təsvirlər aydın təsəvvür yaradır.
Foto sənədlərə əsasən Naxçıvan cümə məscidinin məqsurəsinin üç yandan yerləşgələrlə dövrələndiyi bəlli olur. Ancaq bu yerləşgələrin necəliyini daydınlaşdıran dəlillər yox dərəcəsindədir. Bu baxımdan V. A. Engelqardın XIX yüzildəki məlumatı maraq doğurur. Onun yazdığına görə
"Bu türk məscidi yonulmuş daşdan qurulmuş tağları olan iri tikilidir və onun içərisində yüksək işlməli müxtəlif yapma (gəctəraşlıq) naxışlar görünür. Binanın bir bölümü artıq uçmuşdur, qalanı sə uçmaq təhlükəsindədir. Ondan 50 sajen (təqribən 107 m) aralıda vaxtilə bu məscidə aid olan və yanlarında hər biri 10 sajen ( təqribən 42 m) ucalıqda qoşa minarəli qapı var. Məscidlə qapı arasındakı məkanı əvvəllər məscidə aid olan yardımçı tikililər tutrmuş, indi isə bu tikililər artıq olmayanda elə təsəvvür yaranır ki, qapı ona çox yaxın olan xüsusi qülləyə (Mömünəxatun türbəsi) məxsusdur."
Bu yazılı təsvirə əsasən qoşa minarəli baştağın müxtəlif tikililərlə, yəqin ki, mədrəsə hücrələri və sütunlu qalereyalarla, cümə məscidinə birləşdiyini və bu baştağın məscid həyətinə açıldığını güman etmək olar.
Baştağ
Tarixi mənbələrdən Atabəylər memarlıq kompleksinə mədrəsənin daxil olması bəllidir. Şübhəsiz ki, həmin mədrəsə cümə məscidi ilə birbaşa bağlı imiş. Qoşa minarəli baştağın Atabəylər kompleksi tərkibindəki dini-xatirə tikililərinin (məscid, türbə, mədrəsə) toplandığı iri həyətin alaqapısı olması ehtimal edilir.
Atabəylər memarlıq kompleksinin ilk tikililəri saray binası və divanxana olmuşsa, son tikilisi dövrümüzə ancaq təsvirləri çatmış giriş baştağı olmuşdur. Şərqşünas N. Xanıkov XIX yüzildə bu baştağı görmüş və qapısı üstündəki kitabədən onun "1187 – ci ildə Azərbaycan Atabəylər dövlətinin atlı qoşununun başçısı və vergi yığanı əmir Nurəddin" tərəfindən tikdirildiyini oxumuşdur. Həmin kitabə "memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli" ifadəsi ilə bitirmiş. İri giriş tağı yanlardan dayaz və uca tağçalarla, yuxarıdan yazı qurşağı ilə qapanan mütənasib biçimli baştağın künclərindən silindrik gövdəli minarələr ucalırmış. İslam memarlığı tarixində belə quruluşlu ilk baştağlardan biri olan bu Naxçıvan abidəsi Azərbaycan dini memarlığının orta XI – XII əsrlərdə necə yüksək mərhələyə çatdığının göstərgəsidir. Belə baştağ kompozisiyası sonrakı yüzillərdə İslam ölkələrinin çoxunda aparıcı bədii memarlıq fəndinə çevrildi.
Eldənizlər sarayı
Eldənizlər sarayı Naxçıvan şəhərində yerləşmiş Orta əsrlərə aid tarixi memarlıq abidəsi olmuşdur. Saray böyük Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu tərəfindən inşa edilmiş Atabəylər memarlıq kompleksinə daxil olmuş, lakin dövrümüzə kimi gəlib çatmamışdır. Tədqiqatçılar XIII əsrin XX illərində yazılmış “” əsərində adı çəkilən “Darülmülk”ün (“Dövlətxana”) Eldənizlər sarayı olduğu qənaətinə gəlmişlər. Saray Möminə Xatun türbəsinin yaxınlığında yerləşmişdir.
İstinadlar
- C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 48
- C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 49
- AMEA, Naxçıvan Ensiklopediyası, Eldənizlər sarayı məqaləsi, Bakı, 2002, səh 112
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Atabeyler Memarliq Kompleksi Naxcivan seherinde yerlesen seher Atabeylerin paytaxti olan zaman esas qoyulmus neheng memarliq kompleksi Komplekse Atabey hokmdarlarinin sarayi Divanxana Naxcivan Cume Mescidi Momune Xatun turbesi Medrese giris bastagi ve diger yardimci binalar daxil olmusdur Dovrumuze kompleksden yalniz Momune Xatun turbesi catmisdir Atabeyler Memarliq KompleksiOlke AzerbaycanYerlesir NaxcivanAidiyyati Azerbaycan AtabeyleriMemar Ecemi NaxcivaniSifarisci Semseddin Eldeniz Mehemmed Cahan PehlevanAtabeyler Memarliq KompleksiMomune Xatun turbesiEsas meqale Momune Xatun turbesi Ecemi Ebubekr oglunun dovrumuze catmis en gozel eseri olan Momine xatun turbesi bu gun de orta esrler Naxcivan seherinin ezemetini eks etdirir Naxcivan memarliq mektebinin bedii memarliq seviyyesinin bir sahidi kimi Naxcivanin merkezinde yukselir Memar bu turbeni Yusif Kuseyir oglu Turbesinden 24 il sonra insa etmisdir Ona gore de bu senet eserinde memarin ustaliginin mudrikliyinin artmasi ile yanasi sifariscinin gucu boyukluyu de eks olunmusdur Momune Xatun turbesinin umumi qurulusu serdabe ve qulle kompozisiyanin inkisaf yolu memarliq tutumlarinin duzumu onceki turbede olan sayaq deyismez qalir Bununla birge Memar Ecemi yeni zengin ifade vasiteleri ile bu eserine benzersiz daha yuksek bedii gorkem vermisdir Momine xatun turbesinin uzerindeki ornament bezekleri senetkarin tukenmez fantaziyaya malik oldugunu gosterir Butun sethlerin ornamenti muxtelifdir Senetkar tekrara yol vermemisdir Lakin onun mehareti orasindadir ki muxteliflikle beraber butun ornamentleri eyni seciyyede yaratmis ve belelikle abidenin umumi vehdetini saxlaya bilmisdir Momine Xatun turbesi iri olculeri monumental bicimleri dinamik silueti ile boyuk bir memarliq kompleksinin dominanti idi Turbeni orten murkkeb naxis sebekelerinin arasindaki en kicik bosluq bele gecle doldurulub icinde bitkisel naxislar yonulmusdur Bu sebebden turbenin bayir sethleri parlaq Naxcivan gunesi altinda bir birinden gozel bir birinden zengin kolge tulune burunur bu tulun cesni ve tonlari gun erzinde gunesin hereketine uygun olaraq saysiz deyisir Momune Xatun turbesinin bedii memarliq suretinde sahane ezemet ve boyuklukle insan olcusu ve lirik incelik heyretlendirici uyarliqdadir Naxcivan Cume MescidiEsas meqale Cume mescidi Naxcivan XX esrin evvellerinde ucularaq mehv edilmis bu nadir memarliq abidesinin plan mekan qurulusu haqqinda XIX esrde cekilmis resmler ve foto tesvirler aydin tesevvur yaradir Foto senedlere esasen Naxcivan cume mescidinin meqsuresinin uc yandan yerlesgelerle dovrelendiyi belli olur Ancaq bu yerlesgelerin neceliyini daydinlasdiran deliller yox derecesindedir Bu baximdan V A Engelqardin XIX yuzildeki melumati maraq dogurur Onun yazdigina gore Bu turk mescidi yonulmus dasdan qurulmus taglari olan iri tikilidir ve onun icerisinde yuksek islmeli muxtelif yapma gecterasliq naxislar gorunur Binanin bir bolumu artiq ucmusdur qalani se ucmaq tehlukesindedir Ondan 50 sajen teqriben 107 m aralida vaxtile bu mescide aid olan ve yanlarinda her biri 10 sajen teqriben 42 m ucaliqda qosa minareli qapi var Mescidle qapi arasindaki mekani evveller mescide aid olan yardimci tikililer tutrmus indi ise bu tikililer artiq olmayanda ele tesevvur yaranir ki qapi ona cox yaxin olan xususi qulleye Momunexatun turbesi mexsusdur Bu yazili tesvire esasen qosa minareli bastagin muxtelif tikililerle yeqin ki medrese hucreleri ve sutunlu qalereyalarla cume mescidine birlesdiyini ve bu bastagin mescid heyetine acildigini guman etmek olar BastagEsas meqale BastagBastagin ve minarelerin gorunusu Tarixi menbelerden Atabeyler memarliq kompleksine medresenin daxil olmasi bellidir Subhesiz ki hemin medrese cume mescidi ile birbasa bagli imis Qosa minareli bastagin Atabeyler kompleksi terkibindeki dini xatire tikililerinin mescid turbe medrese toplandigi iri heyetin alaqapisi olmasi ehtimal edilir Atabeyler memarliq kompleksinin ilk tikilileri saray binasi ve divanxana olmussa son tikilisi dovrumuze ancaq tesvirleri catmis giris bastagi olmusdur Serqsunas N Xanikov XIX yuzilde bu bastagi gormus ve qapisi ustundeki kitabeden onun 1187 ci ilde Azerbaycan Atabeyler dovletinin atli qosununun bascisi ve vergi yigani emir Nureddin terefinden tikdirildiyini oxumusdur Hemin kitabe memar Ecemi Ebubekr oglu Naxcivaninin emeli ifadesi ile bitirmis Iri giris tagi yanlardan dayaz ve uca tagcalarla yuxaridan yazi qursagi ile qapanan mutenasib bicimli bastagin kunclerinden silindrik govdeli minareler ucalirmis Islam memarligi tarixinde bele quruluslu ilk bastaglardan biri olan bu Naxcivan abidesi Azerbaycan dini memarliginin orta XI XII esrlerde nece yuksek merheleye catdiginin gostergesidir Bele bastag kompozisiyasi sonraki yuzillerde Islam olkelerinin coxunda aparici bedii memarliq fendine cevrildi Eldenizler sarayiEsas meqale Eldenizler sarayi Eldenizler sarayi Naxcivan seherinde yerlesmis Orta esrlere aid tarixi memarliq abidesi olmusdur Saray boyuk Azerbaycan memari Ecemi Ebubekr oglu terefinden insa edilmis Atabeyler memarliq kompleksine daxil olmus lakin dovrumuze kimi gelib catmamisdir Tedqiqatcilar XIII esrin XX illerinde yazilmis eserinde adi cekilen Darulmulk un Dovletxana Eldenizler sarayi oldugu qenaetine gelmisler Saray Momine Xatun turbesinin yaxinliginda yerlesmisdir IstinadlarC Qiyasi Nizami dovrunun memarliq abideleri Baki Isiq nesriyyati 1991 seh 48 C Qiyasi Nizami dovrunun memarliq abideleri Baki Isiq nesriyyati 1991 seh 49 AMEA Naxcivan Ensiklopediyasi Eldenizler sarayi meqalesi Baki 2002 seh 112