"Kəlniyyət" jurnalı (az-əbcəd. کل نیت) — 1912–1913-cu illərdə Bakıda həftədə iki dəfə nəşr olunan satirik jurnal.
Kəlniyyət | |
---|---|
az-əbcəd. کل نیت | |
| |
Baş redaktor | Hacı İbrahim Qasımov |
Növ | satirik jurnal |
Nəşriyyat | Seyid Hüseyn Sadiq |
Təsis tarixi | 24 may (6 iyun) 1912 |
Nəşrini dayandırıb | 10 (23) fevral 1913 |
Qərargah | Bakı |
Dil | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
"Kəlniyyət" jurnalının ilk nömrəsi 1912-ci il may ayının 24-də Bakıda nəşr edilmişdir. Jurnalın müdiri Hacı İbrahim Qasımov, imtiyaz sahibi isə Seyid Hüseyn Sadiq idi. Jurnal Orucov qardaşları mətbəəsi və "Kaspi" tipolitoqrafda çap olunmuşdur. Məzhəkə məcmuəsi idi. 8 səhifəli, şəkilli, satira və karikatura jurnalı olub. "Kəlniyyət" 1912-ci ildə 31 nömrə çıxmış, 1913-cü ilin fevral ayının 10-da isə 6-cı nömrəsindən sonra bağlanmışdır. Cəmi 37 nömrəsi çıxmışdır.
Fəaliyyəti
Jurnalın birinci səhifəsində böyük şriftlərlə "Kəllə" sözə verilmişdir. Bu, baş məqalənin sərlövhəsidir. Jurnalın oxucu ilə ilk söhbəti belə başlayır:
Yaxşı oxu, kəllə deyirəm ha! Nə kellədir, nə küllə. Sözüm kəllə üstündədir. Hərçənd müsəlmanlar elmi, maarifi, tərbiyəni ayaqdan başa düşən kimi mən də gərək məqsədimizi ayaqdan başlayaydım. Amma biz yeldöyən şəhərində oluruq və həmişə də yel əsən tərəfə burnumuzu çeviririk. Bu cəhətə bu səfərliyə biz də ayağı buraxıb kəllədən başlamağa məcbur oluruq. |
Oxucularla ilk söhbətini bu cür maraqlı başlayan jurnal öz səhifələrində dövrün aktual problemlərinə, bir sıra ictimai-siyasi məsələlərə toxunmuşdur. Jurnalın əsas materialları "Felyeton" başlığı altında verilirdi. Bundan başqa, jurnalın daimi "Bakı xəbərləri", "Xüsusi telefonumuz", və "Poçtumuzdan" rubrikaları da var idi. "Nə yaxşıdır?" adlı satirik yazıda sual-cavab yolu ilə bir sıra nöqsanlar tənqid edilir. "Xüsusi telefonumuz" rubrikası altında gedən yazılarda yerli əhvalatlar isə Mollanəsrəddinsayağı qələmə alınırdı.
"Kəlniyyət" öz səhifələrində daim satirik şeirlərə də yer verirdi. Jurnalın mühərrirləri arasında "Mürid", "Yetim cücə", "Dilənçi", "Bibi Raziyə", "Bambılı", "Kefsiz" və s. təxəllüslərə rast gəlinir. Bunlardan bir neçəsinin şəxsiyyəti məlumdur. Mollanəsrədinçilərdən Əli Nəzmi "Kefsiz", Əli Məhzun İrəvani "Yetim cücə" təxəllüsü ilə bu jurnalda da iştirak edirdilər. On üçüncü nömrədə verilən "Gəncədə" adlı satirik şeir, on birinci nömrədə gedən "Ay bacı", üçüncü nömrədəki "Dəng olmuşam", ikinci nömrədəki "Eyibdir" şeirləri o dövrün bir sıra mühüm nöqsanlarını açıb göstərirdi. "Gəncədə" şeirində xalqın qanını soran burjuaziya satira atəşinə tutulmuşdu. "Dəng olmuşam" şeirində də yuxarı təbələrə nifrət hissi vardı.
Jurnalda mövzu müxtəlifliyi, hadisələrə fərqli yanaşmalar onun maraqlılığını artırır, oxucunu özünə cəlb edirdi. Avamlıq, gerilik, milli-müstəmləkə siyasəti, din xadimlərinin riyakarlığı və s. mövzularda onlarca maraqlı yazılar dərc olunmuşdur. Bunlarla yanaşı, "Kəlniyyət" jurnalının da məhdud və ziddiyyətli cəhətləri var idi. Doğrudur, Mollanəsrəddinçi müəlliflər jurnalın məzmununu xeyli yaxşılaşdırmışdılar. Burjua məsləkli yazıçıların məqalələrindəki bəzi fikirlər isə jurnalın əsas ideya-siyasi istiqamətinə uyğun gəlmirdi.
Karikaturaların müəllifi
Jurnalın karikaturalarının çəkilməsində Beno (Benedikt Telinqator), Əzim Əzimzadə və Xəlil bəy Musayev yaxından iştirak etmişdir. Ə. Əzimzadə öz karikaturalarını "Əzim", "Əzimov", "Ə. Ə" imzaları ilə verirdi. "Kəlniyyət"in 7-ci sayında karikaturada mollaların tamahkarlığı və rüşvətxorluğu göstərilir. Müəllif mövzu olaraq xalq arasında işlədilən "Başı mollanın, leşi mollanın, iki qabırğa bir dişi mollanın, qaldı dörd əl-ayağı, onlarla da var işi mollanın" zərb-məsəlindən istifadə etmişdir.
Jurnalın 8-ci sayında verilən bir karikaturada Beno duma üzvlərinin xalqa heç bir xeyir vermədiyini təsvir etmişdir. Karikaturada göstərilir ki, ölülər Mərdəkan qəbirstanlıqda duma üzvü Hacı Ağa Musa Nağıyevi qovub deyirlər:
Ay hacı, bura sənin üçün Bakı duması deyil ki, müftə bir stol tutasan? |
Qalereya
- "Mərhum milli şairimiz Ə.Sabirin vəfatının illiyi münasibətilə" (№ 3, 8 iyun 1912-ci il). Rəssam: naməlum
- "Yoldaşlıqda əgər olmasa ittifaq. Yeriyər işləri çox gedər qabaq" (№ 3, 8 iyun 1912-ci il). Rəssam: Neon
- "Mərdəkanda qəbristan məsələsi" (№ 8, 13 iyul 1912-ci il). Rəssam: Beno
- "Peterburqda müsəlman studentləri yoxsulluqdan dərsləri buraxıb küçədə qənbər döşüyürlər" (№ 5, 27 yanvar 1913-cü il). Rəssam: Ə.Əzimzadə
- "Bakıda məktəb himayəsi rəisi" (№ 5, 27 yanvar 1913-cü il). Rəssam: Ə.Əzimzadə
Həmçinin bax
Mənbə
- N.N.Zeynalov. Azərbaycan mətbuat tarixi. I hissə. Bakı: ADU-nun nəşriyyatı, 1973
- A.Vəliyev (Aşırlı). Azərbaycan mətbuatı tarixi (1875–1920). Bakı: "Elm və Təhsil", 2009
İstinadlar
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддə]. Бакы: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 1976. C. 5. S. 338. 6265 s.
- Кәлнијјәт // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 338.
- "Kitabxana üzrə: Kəlniyyət — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi". presarchive.gov.az. 2023-05-29 tarixində . İstifadə tarixi: 2023-05-29.
- "Şahverdiyev A. B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006–248 səh" (PDF). 2016-03-05 tarixində (PDF). İstifadə tarixi: 2018-09-19.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kelniyyet jurnali az ebced کل نیت 1912 1913 cu illerde Bakida heftede iki defe nesr olunan satirik jurnal Kelniyyetaz ebced کل نیت Kelniyyet jurnalinin 24 may 1912 ci il tarixli ilk nomresiBas redaktor Haci Ibrahim QasimovNov satirik jurnalNesriyyat Seyid Huseyn SadiqTesis tarixi 24 may 6 iyun 1912Nesrini dayandirib 10 23 fevral 1913Qerargah BakiDil Azerbaycan dili Vikianbarda elaqeli mediafayllarHaqqinda Kelniyyet jurnalinin ilk nomresi 1912 ci il may ayinin 24 de Bakida nesr edilmisdir Jurnalin mudiri Haci Ibrahim Qasimov imtiyaz sahibi ise Seyid Huseyn Sadiq idi Jurnal Orucov qardaslari metbeesi ve Kaspi tipolitoqrafda cap olunmusdur Mezheke mecmuesi idi 8 sehifeli sekilli satira ve karikatura jurnali olub Kelniyyet 1912 ci ilde 31 nomre cixmis 1913 cu ilin fevral ayinin 10 da ise 6 ci nomresinden sonra baglanmisdir Cemi 37 nomresi cixmisdir Jurnalin nasiri ve redaktoru Nasir Seyid Huseyn Redaktor Haci Ibrahim QasimovFealiyyetiJurnalin birinci sehifesinde boyuk sriftlerle Kelle soze verilmisdir Bu bas meqalenin serlovhesidir Jurnalin oxucu ile ilk sohbeti bele baslayir Yaxsi oxu kelle deyirem ha Ne kelledir ne kulle Sozum kelle ustundedir Hercend muselmanlar elmi maarifi terbiyeni ayaqdan basa dusen kimi men de gerek meqsedimizi ayaqdan baslayaydim Amma biz yeldoyen seherinde oluruq ve hemise de yel esen terefe burnumuzu ceviririk Bu cehete bu seferliye biz de ayagi buraxib kelleden baslamaga mecbur oluruq Oxucularla ilk sohbetini bu cur maraqli baslayan jurnal oz sehifelerinde dovrun aktual problemlerine bir sira ictimai siyasi meselelere toxunmusdur Jurnalin esas materiallari Felyeton basligi altinda verilirdi Bundan basqa jurnalin daimi Baki xeberleri Xususi telefonumuz ve Poctumuzdan rubrikalari da var idi Ne yaxsidir adli satirik yazida sual cavab yolu ile bir sira noqsanlar tenqid edilir Xususi telefonumuz rubrikasi altinda geden yazilarda yerli ehvalatlar ise Mollanesreddinsayagi qeleme alinirdi Kelniyyet oz sehifelerinde daim satirik seirlere de yer verirdi Jurnalin muherrirleri arasinda Murid Yetim cuce Dilenci Bibi Raziye Bambili Kefsiz ve s texelluslere rast gelinir Bunlardan bir necesinin sexsiyyeti melumdur Mollanesredincilerden Eli Nezmi Kefsiz Eli Mehzun Irevani Yetim cuce texellusu ile bu jurnalda da istirak edirdiler On ucuncu nomrede verilen Gencede adli satirik seir on birinci nomrede geden Ay baci ucuncu nomredeki Deng olmusam ikinci nomredeki Eyibdir seirleri o dovrun bir sira muhum noqsanlarini acib gosterirdi Gencede seirinde xalqin qanini soran burjuaziya satira atesine tutulmusdu Deng olmusam seirinde de yuxari tebelere nifret hissi vardi Jurnalda movzu muxtelifliyi hadiselere ferqli yanasmalar onun maraqliligini artirir oxucunu ozune celb edirdi Avamliq gerilik milli mustemleke siyaseti din xadimlerinin riyakarligi ve s movzularda onlarca maraqli yazilar derc olunmusdur Bunlarla yanasi Kelniyyet jurnalinin da mehdud ve ziddiyyetli cehetleri var idi Dogrudur Mollanesreddinci muellifler jurnalin mezmununu xeyli yaxsilasdirmisdilar Burjua meslekli yazicilarin meqalelerindeki bezi fikirler ise jurnalin esas ideya siyasi istiqametine uygun gelmirdi Karikaturalarin muellifiJurnalin karikaturalarinin cekilmesinde Beno Benedikt Telinqator Ezim Ezimzade ve Xelil bey Musayev yaxindan istirak etmisdir E Ezimzade oz karikaturalarini Ezim Ezimov E E imzalari ile verirdi Kelniyyet in 7 ci sayinda karikaturada mollalarin tamahkarligi ve rusvetxorlugu gosterilir Muellif movzu olaraq xalq arasinda isledilen Basi mollanin lesi mollanin iki qabirga bir disi mollanin qaldi dord el ayagi onlarla da var isi mollanin zerb meselinden istifade etmisdir Jurnalin 8 ci sayinda verilen bir karikaturada Beno duma uzvlerinin xalqa hec bir xeyir vermediyini tesvir etmisdir Karikaturada gosterilir ki oluler Merdekan qebirstanliqda duma uzvu Haci Aga Musa Nagiyevi qovub deyirler Ay haci bura senin ucun Baki dumasi deyil ki mufte bir stol tutasan Qalereya Merhum milli sairimiz E Sabirin vefatinin illiyi munasibetile 3 8 iyun 1912 ci il Ressam namelum Yoldasliqda eger olmasa ittifaq Yeriyer isleri cox geder qabaq 3 8 iyun 1912 ci il Ressam Neon Merdekanda qebristan meselesi 8 13 iyul 1912 ci il Ressam Beno Peterburqda muselman studentleri yoxsulluqdan dersleri buraxib kucede qenber dosuyurler 5 27 yanvar 1913 cu il Ressam E Ezimzade Bakida mekteb himayesi reisi 5 27 yanvar 1913 cu il Ressam E EzimzadeHemcinin baxMolla Nesreddin jurnal Behlul jurnal Zenbur jurnal MenbeN N Zeynalov Azerbaycan metbuat tarixi I hisse Baki ADU nun nesriyyati 1973 A Veliyev Asirli Azerbaycan metbuati tarixi 1875 1920 Baki Elm ve Tehsil 2009IstinadlarAzәrbaјҹan Sovet Ensiklopediјasy 10 ҹildde Baky Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 1976 C 5 S 338 6265 s Kәlniјјәt Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә V ҹild Italiјa Kuba Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1981 S 338 Kitabxana uzre Kelniyyet Azerbaycan Respublikasi Prezidentinin Isler Idaresi Siyasi Senedler Arxivi presarchive gov az 2023 05 29 tarixinde Istifade tarixi 2023 05 29 Sahverdiyev A B Azerbaycan metbuati tarixi Tehsil nesriyyati 2006 248 seh PDF 2016 03 05 tarixinde PDF Istifade tarixi 2018 09 19