Het dövləti — Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (hazırda Qızıl İrmaq) çayının hövzəsində meydana gəlmişdi. Kiçik Asiya hələ qədim zamanlardan dövlətləri diqqəti cəlb edirdi. E.ə. III minilliyin ikinci yarısında Akkad hökmdarları Sarqon və Naram-Suen bu əraziyə hərbi yürüşlər təşkil etmişdilər. Həmin dövrdə burada, gələcək Het dövlətinin ərazisində akkad və assur tacirləri məskən salmış və metal ticarətinin əsasını qoymuşdular.
Şahlıq | |
Het dövləti | |
---|---|
Het | |
| |
— təq. e.ə. 1178 | |
Paytaxt | Xattusa |
Dilləri | Luvi dili, Xet dili |
Rəsmi dilləri | |
Dövlət dini | politeizm |
İdarəetmə forması | monarxiya |
Sülalə | hetlər |
Tarixi
Assurlular buraya mixi yazı və akkad dilini gətirmişdilər. Tədricən Kaniş müstəqil ticarət məskəninə çevrilmiş və Assurun təsiri altından çıxmışdı. Anadolu ticarət mərkəzləri gümüş, mis, tunc, dəmir alış-verişi ilə məşğul olurdular. Assur şəhərindən qalay alırdılar. Ticarətə yerli əhali də cəlb olunmuşdu. Təsərrüfatın inkişafı ilə bağlı Anadolunun şərq hissəsində artıq e.ə. II minillikdə bir sıra siyasi birləşmələr meydana gəlmişdi. Bunlar şəhər-dövləti şəklində mövcud olmuşlar. Burusxan, Nesa (Kaniş), Kussar və Xattusa şəhər-dövlətləri Assur tacirlərinin gətirdiyi mixi yazı və akkad dilindən istifadə edirdilər.
Əməklə bağlı olan bütün işlər icbari əmək adamlarının üzərinə düşürdü. Onlar əmək mükəlləfiyyəti daşımalı idilər. Het cəmiyyətində belə adamlar əsas istehsalçılar kimi cəmiyyətin aşağı ictimai təbəqəsinə mənsub idilər. Belə adamların tərkibi qullardan, təsərrüfatdan asılı təhkimçilərdən, muzdlu işçilərdən ibarət olmuşdu.
Het qanunları
Het cəmiyyətinin hüquqi və iqtisadi həyatı het qanunlarında öz əksini tapmışdı. Het qanunları sinfi xüsusiyyət daşıyırdı. Qanunlar xüsusi mülkiyyəti qoruyur, onun sahibi olan azad adamın hüququnu daha da möhkəmləndirirdi. Het qanunlarında qullara müxtəlif cəza tədbirləri nəzərdə tutmuşdular. Qanunun bir maddəsində deyilir: "Əgər qul evdə oğurluq edərsə, o, oğurladığını olduğu kimi qaytarmalıdır. Oğurluq etdiyi üçün o, 6 şekel gümüş verməlidir. Qulun burnu və qulağı kəsilməlidir, özü isə sahibinə qaytarılmalıdır…". Əgər sahibi desə "mən onun əvəzini ödəyərəm", onda o, ödəməni verməlidir. Əgər o imtina etsə, onda quldan məhrum olur".
Qanunlar qul sahibinin mənafeyini güdürdü. Oğurluq etmiş quldan o məhrum olmurdu, oğurluq malın əvəzini ödəyib yenə də öz quluna sahib olurdu. Qulun həyatına qəsd heç bir cəza ilə nəticələnmirdi. Maddələrin birində deyilir: "Əgər kimsə qulu, yaxud kənizi vurarsa, o da ölərsə və bunu həmin kəs qəsdən etməmişsə, onda o, qulun əvəzinə bir adam verməlidir. Təminat üçün əmlak da verməlidir" Köləliyin əsas mənbəyi müharibələr olmuşdur. Uğurlu müharibələr ölkəyə xeyli əsir verirdi. Əsirlər het mətnlərində arnuvala, yəni "Əsir aparılmış adam" adlanırdı. Əsirləri qul kimi satır, bir hissəsini mükəlləfiyyətə cəlb edirdilər.
Het qanunlarında ailə məsələlərinə müəyyən yer verilmişdir. Ata ailədə qeyri-məhdud hakimiyyətə malik idi. Qadının hüquqi vəziyyəti ağır idi. Ümumiyyətlə, qanunlarda qadın və kişi münasibətlərinə həsr edilmiş bir sıra maddələr vardı. Məsələn: "Əgər kişi qadını atırsa, onda onu sata bilər. Qadını alan adam 12 şekel gümüş verməlidir". Başqa maddədə qadının kişiyə eyni münasibəti əks olunmuşdur: "Əgər qadın kişini qovursa, uşaqları ona verməlidir. Kişi övladlarını özü ilə götürməlidir".
Ailədə nəinki övlad, eləcə də əmlak müəyyən hüquqi qaydalara əsasən ərə, yaxud arvada çatırdı. Buna görə qanunun bəzi maddələri arvadın ata evindən gətirdiyi cehiz barədə də hüquq normaları müəyyən etmişdi. Maddələrin birində deyilir: "Əgər kimsə evlənir və arvadı (öz evinə) gətirir, onda həmin adam onun cehizinə də sahib olur. Əgər qadın vəfat edərsə, onun əmlakı kişinin (ərin) olmalı və cehizi həmçinin kişiyə çatmalıdır. Əgər qadın atası evində vəfat edərsə və uşaqları qalarsa, onda kişi (əri) cehizi almamalıdır".
Qanunlar ərin vəfatından sonra dul arvadın qaynı ilə (ərin qardaşı ilə) kəbin kəsdirməyə və ona ərə getməyə icazə verirdi. Əgər mərhumun qardaşları yox idisə, onda dul arvad qayınatasına ərə gedə bilərdi. Bunlar göstərir ki, qız ər evinə həmişəlik köçürülürdü, əri vəfat etsə belə həmin evi tərk etməməli idi. Məsələ ailə daxilində həll olunurdu. Het ailəsində patriarxal qaydalar hökm sürürdü. Hakim sülalə ailələrində isə hakimiyyətə vərəsəlik Elam və Misirdə olduğu kimi, ana xətti ilə aparılırdı. Bunu ibtidai icma quruluşu nikah formalarının qalığı kimi qəbul etmək olar.
Het cəmiyyətində sənətkarlıq inkişaf tapmışdı. Qanunlarda müxtəlif peşələrin (metalişləmə, dülgərlik, gönçülük və s.) adı çəkilmişdir. Alət, silah və başqa əşyalar hazırlamaq üçün mis və tuncdan istifadə edirdilər. Anadoluda dəmirdən hələ e.ə. III–II minilliklərdə istifadə olunurdu. Bu dövrün arxeoloji təbəqələrindən dəmir heykəlciklər, ibadət xüsusiyyətli yazılı lövhələr aşkar edilmişdir. Hetlər dəmirdən müxtəlif əşyalar, o cümlədən üzük, sırğa, silsilə, qalaydan kişi, qadın, heyvan, quş heykəlləri (fiqurları) hazırlayırdılar. Dəmirdən silah (xəncər, qılınc, bıçaq, toppuz, nizə), təsərrüfat alətləri (oraq, balta, çəkic, mismar) və s. düzəldirdilər. E.ə. XIV–XIII əsrlərdə dəmirdən hazırlanmış əşyalar het hökmdarlarının varidatı içərisində böyük sərvət hesab olunurdu.
Dəmir qızıldan 5, gümüşdən isə 40 dəfə baha idi. Het qaynaqlarında müxtəlif çəkili (45 kq qədər) dəmir külçələri yad edilirdi.
Het məhkəməsi şifahi və yazılı ənənəyə əsaslanırdı. Het qanunlarında yazılı məhkəmə qaydaları, cəza normaları əks olunmuşdu. Mübahisələrə adətən ağsaqqallar şurasında baxılırdı. Məhkəmə işlərində dövlət nümayəndəsi iştirak edirdi. Nümayəndəyə xüsusi təlimat verilirdi. Bir təlimatda ona tapşırılmışdı: "Haqq işi nahaq eyləmə, nahaq işi haqq eyləmə. Ədalətli ol". Məhkəmədə şəhər rəisi və ağsaqqallardan ibarət yerli idarə nümayəndələri də iştirak edirdilər. Mürəkkəb məhkəmə işləri hökmdarın səlahiyyətinə verilirdi.
Het mədəniyyəti
Qazıntılar zamanı aşkar edilmiş müxtəlif incəsənət abidələri, silah və əmək alətləri, Boğazgöydə (Xattusa) tapılmış het hökmdarlarının yazılı sənədlər arxivi het mədəniyyəti barədə müəyyən təsəvvür yaratmağa imkan vermişdir. Het mədəniyyətinin təşəkkülünə bir sıra etnosların təsiri olmuşdur. Het mədəniyyətində hat ənənələri üstünlük təşkil edirdi.
Het mədəniyyətinə hurri etnosları, hind-Avropa tayfalarından luvi və palaylar müəyyən təsir göstərmişdilər. Şumer-Akkad mədəniyyətinin bir çox cəhətləri het mədəniyyətində öz əksini tapmışdı. Vaxtilə het aləmində prototürk etnik ünsürlərinin iştirakı barədə də fikir söylənilmişdi. Lakin het etnik və dil aləmi bu səpkidə dərin və ciddi tədqiqat obyektinə çevrilməmişdi. Hind-Avropa tayfalarının ən qədim türk etnik qrupları ilə ünsiyyətini göstərən bir sıra leksik dəlillər müəyyən edilmişdir. Het dövləti Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (ind. Qızıl İrmoq) çayının hövzəsində meydana gəlmişdir. Anadolu dağlıq və aran bölgələrindən ibarətdir. Lakin təsərrüfatın təşkilində bu təbii şəraitin özünəməxsus rolu olmuşdur. Anadolunun qədim əhalisi barədə dəqiq məlumat yoxdur. Vaxtılə bu ərazidə müxtəlif dillərdə danışan etnoslar yaşayırdı. Hetlər haqqında məlumat İncildə XIX əsrin ortalarına qədər mövcud idi. İncilin rus tərcüməsində bu xalq "Het oğulları", "Hetlər" kimi Fələstin və Suriyanın yəhudilərə qədərki millətləri kimi qeydə alınmışdır. Ona görə də, alimlər əslində Fələstin və Suriyanı hetlərin ilkin vətəni kimi göstərirlər. XIX əsrin sonuncu dövründən başlayaraq Misirin Tel-Əmər arxivindən mixi yazılı mətnlərdən hetlərin yaşayış tərzi haqqında məlumatlar əldə edilmişdir. Bu mətnlərdə Misir fironlarının (xüsusilə, III Amenemxet və 115 IV Amenxotep-Exnaton) Yaxın Şərqin bir çox dövlət başçıları ilə diplomatik yazışmaları (akkad dilində) qeyd edilir. Kiçik Asiyada hetlərin hökmranlığı haqqında fərziyyələri alman şərqşünası Q. Vinklerin 1906–1912-ci illərdəki arxeoloji qazıntıları sübut etdi. Arxeoloqlar burada bir çox mixi yazılı lövhəciklər tapmışlar. Bu qazıntıların ən uğurluları Türkiyə kəndlərindən biri olan Boğazgey (Ankaranın 50 km şərqinə doğru) hissəsində tapılmışdır. Hetlərin Anadoluda mövcud olma ideyaları, da məhz bu dəlillərdən irəli gəlir. Anadolunun zəngin təbii ehtiyatları dünya tacirlərinin (xüsusilə Yaxın Şərq) buraya üz tutmasının başlıca səbəbi oldu. E.ə. III minilliyin II yarısında Akkad hökmdarları Sarqon və Naram-Suyen bu əraziyə hərbi yürüşlər təşkil etmişlər. Bu ərazidə məskən salmış akkad tacirləri metal ticarətinin əsasını qoymuşlar. Kaneş şəhəri tanınmış ticarət mərkəzlərindən biri idi. Anadolunun şərq hissəsində e.ə. III minillikdə bir sıra siyasi birliklər meydana gəlmişdi. Bunlar şəhər dövləti şəklində mövcud idi. Anadolunun Burusxanda, Nesa (Kaniş), Kussar və Xattusa şəhər-dövlətləri Aşşur tacirlərinin gətirdiyi mixi yazı və akkad dilindən istifadə edirdilər. E.ə. XVIII əsrin I yarısında şəhər dövlətlər arasında siyasi hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizədə Kussara şəhər-dövləti üstünlüyü öz əlində saxladı. Bu dövlətin hökmdarı Pitxana Nesa şəhərini tutdu. Bu işğalçılıq müharibələri onun oğlu Anitta tərəfindən davam etdirildi. O, atasının zəbt etdiyi Nesa şəhərini dövlətin paytaxtına çevirdi, Het dövlətinin gələcək paytaxtı Xattusa şəhərini tutdu. Kussara padşahlığı Anadolunun mərkəzində ən güclü dövlət oldu. Formalaşmağa başladığı dövrlərdən Het dövləti mədəniyyətin və incəsənətin inkişafına xüsusi qayğıkeşliklə yanaşırdı. Het mədəniyyətinin formalaşmasına hurri və luvi mədəni elementləri güclü təsir göstərmişdi. Şimali Suriya və şumer-akkad mədəni amillərini də inkar etmək olmaz. Boğazgey arxivi rəsmi səciyyə daşıyaraq, həmçinin mif, əfsanələr və mətnləri özündə cəmləşdirmişdi. Bu arxivdə tapılan "III Hattusulinin tərcümeyi-halı" əsəri dünya ədəbiyyatında xüsusi əhəmiyyət kəsb edir. Yaxın Şərq xalq və bir çox ədəbi nümunələri ("Gilqameş haqqında əfsanə") het dilinə tərcümə olunmuşdur. Kumarbi tanrısı haqqındakı epik poema "Ullikummi haqqında mahnı" adlandırılır. Het mənşəli zəngin mifoloji ədəbiyyat mövcuddur. "İlluyanka haqqında mif" əsəri belələrindəndir. Burada ilahi qəhrəmanlarla onun düşməni olan əjdaha İlluyanka arasındakı mübarizə şərh olunur. Het incəsənət abidələrində rəngarənglik və orijinallıq üstünlük təşkil edir. Gümüş və bürüncdən olan heyvan fiqurları, maral təsvirləri, fincanlar, dolçalar, qızıl ornamentli əşyalar unikal təsir bağışlayır. Mərkəzi Kiçik Asiyada Yeni het şahlığı dövründə incəsənətin bir çox sahələrində (daş üzərində relyeflər, canlıların təsviri – sfinks, şirlər), o cümlədən memarlıqda monumental üslub təzahür olunmağa başlayır. Hattidə daş üzərində işləmə yüksək səviyyəyə çatır. Bunun ən gözəl nümunəsi Yazılı qayadakı qalereyada qaya yonulması hesab olunur. Het dini təsəvvürləri cəmiyyətin ideoloji və təsərrüfat həyatında güclü təsirə malik idi. Özlərinin qeyd etdikləri kimi "Hattininin min tanrısı" mövcud idi. Bunlar het, hindavropa (nesit, luvi, palay), hurri, assur-babil, ari və digər mənşəli tanrılar idi. Baş tanrı fırtına tanrısı olub "səmanın şahı, Hattinin hakimi" hesab edilirdi. Bu tanrının arvadı Arinna şəhərindən olan Günəş tanrısı sayılırdı. Het mifləri (əsatir) ilə bağlı digər folklor nümunəsi "ölən və dirilən tanrı" Telepinin adı ilə bağlıdır. Bu ədəbi abidədə həyat, təbiət, insan amilləri böyük məntiq və hikmətlə izah edilir, bədii obrazlarla ifadə olunur. Əldə olunan məlumatlara görə həmin əfsanə qış və yaz mövsümlərinin dəyişilməsi ilə əlaqələndirilirdi. Bu əfsanə bahar şənlikləri zamanı söylənilirdi. Het padşahlığının süqutundan sonra bu mədəniyyətin ənənələri ölüb getmədi. Bunların bir çoxu Şimali Suriya və Anadolunun şərq əyalətində davam etməkdə idi. Hetlərin bu mədəniyyəti, xüsusilə bənzəri olamyan incəsənəti Assur və Urartu incəsənətinə də güclü təsir göstərmişdir.
Het ədəbiyyatı
Məlum olduğu kimi, Sarqon (e.ə. 2316–2261-ci illər) və Naram-Suen (e.ə. 2236–2200-cü illər) Akkad sülaləsinin ən görkəmli nümayəndələri olmuşlar. Onların adı ilə bağlı rəvayətlərə het ədəbiyyatında rast gəlinir.
Het ədəbiyyatında Şumer-Akkad təsiri başqa sahələrdə də özünü göstərmişdi. Hetlər mixi yazı sistemini İkiçayarasından mənimsəmişdilər. "Gilqameş haqqında dastan" het dilinə tərcümə edilmişdi. Şumer-Akkad mətnlərindən istifadə etmək və dili başa düşmək üçün üçdilli lüğətlər tərtib olunurdu. Bunlardan biri şumer-akkad-het lüğəti idi. Hurri əfsanələri (Kumarva əsatiri) het dilinə tərcümə olunmuşdu.
Hurri təsiri onomastika və dini təsəvvürlərdə özünü təzahür edirdi. Dərs vəsaitləri tərtib olunurdu. Mitanni mənşəli Kikküli atçılığa həsr olunmuş vəsait yazmışdı.
Hetlər rəsmi ədəbiyyat nümunələri yaratmışdılar. III Hattuşilin "Tərcümeyi-hal" xüsusiyyəti daşıyan yazısı erkən ədəbiyyat nümunələrindən biri hesab edilə bilər. Hadisələr birinci şəxsin adından nəql edilir.
"Tərcümeyi-hal" göstərir ki, III Hattuşili mübahisəli məsələləri ancaq müharibə yolu ilə həll etməyi üstün tuturdu. Eyni zamanda o, həqiqət və ədalətin son məqamda qələbə çalacağı inamına biganə yanaşmırdı. Lakin mətndən göründüyü kimi, III Hattuşili, bəlkə də mövcud olan vərəsəlik qaydalarını pozaraq, hakimiyyətə zorla sahib olmuşdu. Mətn III Hattuşilinin müraciəti ilə sona yetir: "Gələcəkdə kim olursa olsun — Hattuşilin oğlumu, nəvəsimi, yaxud nəticəsimi-hakimiyyətə irsən yiyələnərsə, qoy tanrılar içərisində Samuxi şəhərinin ilahəsi İştara ehtiram göstərsin". Hetlərin dini dünyagörüşündə akkadların İştar ilahəsinə sitayişi geniş təmsil olunmuşdu. Ümumiyyətlə, İştar ilahəsinə sitayiş nəinki het hakim dairələri arasında, eləcə də İkiçayarasına söykənən başqa ölkələrdə də, məsələn Cənubi Azərbaycanın kuti və lullubi hökmdarları arasında da geniş yayılmışdı.
Het ədəbiyyatı nümunələri cərgəsinə I Hattuşilinin siyasi vəsiyyətini də daxil etmək olar. Burada I Murşilin hakimiyyətə varis təyin edilməsindən bəhs edilir, üsyan qaldırmış digər övladlar hakimiyyətdən uzaqlaşdırılır. I Hattuşili əyanlara müraciət edir: "Baxın, indi Murşili mənim oğlumdur… Nə zaman ki, silah götürməyə çağırış olsa, onda siz, mənim bəndələrim və əsilzadə vətəndaşların (mənim oğluma yardım göstərmək üçün əlçatanda) hazır olmalısınız. Üç il keçəndən sonra o, yürüşə getməlidir… Siz onu yürüşə aparsanız (nə qədər ki, o uşaqdır), onun sağ-salamat geriyə qayıtması qayğısına qalın". Het hökmdarlarının kitabələri və salnamələri ədəbiyyat nümunələri kimi də əhəmiyyətə malikdir. Bunlar "Anittanın kitabəsi", I Hattuşilin, I Suppiluliumun "salnamələri" və s. ibarət olmuşdur.
Din və əfsanələr
Hetlərin, eləcə də başqa qədim xalqların ictimai həyatından olduğu kimi, təsərrüfat və ideoloji həyatında da din və dini təsəvvürlər böyük əhəmiyyətə malik idi. Het cəmiyyətində çoxtanrıçılıq mövcud idi. Het panteonunda bir çox qədim etnos və xalqların sitayiş etdiyi tanrılar cəmləşmişdi. Burada het və hat, hurri, akkad, hind-Avropa (luvi, nesi, pala, Hind-İran), prototürk və hələlik mənşəyi naməlum qalan etnos və xalqların dini ideologiyası əks olunmuşdu. Təsadüfi deyil ki, Het mənbələri "Hatti ölkəsinin min tanrısı" ifadəsini işlədirdi.
Het ölkəsinin hər bir vilayəti və icmasında yerli ibadətlər mövcud idi. Tanrı və ilahələrə (tanrıçalara) xüsusi ibadətgahlarda sitayiş edirdilər. Het hökmdarı və onun arvadı ildə iki dəfə keçirilən yaz və payız bayramları zamanı ölkəyə səfərə çıxır, dini ziyarət məqsədilə şəhərləri gəzir, və hər yerdə tanrılara qurban kəsirdilər.
Ehtimal ki, ölkəni gəzib dolanmaq adəti hatlardan miras qalıbmış. Yerli dinlərin müəyyən hissəsi dövlət dini cərgəsinə daxil edilirdi. Hetlərin ən nüfuzlu tanrılarının şərəfinə məbədlər tikilirdi. Belə dini ibadətgahlardan biri Boğazgöyün yaxınlığında Yazılıqayada aşkar edilmişdir. İbadətgah qaya oyuğunda yerləşirdi. Onun divarlarında het tanrı və ilahələri təsvir olunmuş, biri-birinə doğru irəliləyən dini mərasim yerişi qabarıq şəkildə divara həkk edilmişdi. Yazılıqayada tanrılar cəmini hurrilərə mənsub edirlər. Tanrılara ibadət hökmdar hakimiyyətinin ideoloji əsasını təşkil edirdi.
Het panteonu tanrılarının əksəriyyəti hat mənşəli olmuşdur. Səma tufan tanrısı və onun arvadı, Arina şəhərinin Günəş ilahəsi Vurusem panteonun baş tanrıları hesab edilirdilər. Ehtimala görə, tufan tanrısı Taru adlanırdı. Hurri panteonunda onun və Vurusemin bənzəri Teşub və arvadı Hepat idi. Taru müqəddəs öküz üzərində, Henat isə şir üzərində təsvir olunurdular. Nerin şəhərinin tufan tanrısı da Taru adlanırdı. Bəzən tufan tanrısı öküz, yaxud dağ sifətində təsvir olunurdu.
Het ölkəsində geniş hurri ilahəsi Sauşka böyük nüfuza malik idi, akkad məhsuldarlıq ilahəsi İştar isə onun müqabili hesab edilirdi. Hetlər İkiçayarası panteonundan Antu, Anu, Enlil, Eya, Ninlil və s. tanrılara ibadəti mənimsəmişdilər. İştar şir üzərində qanadlı təsvir olunurdu. Telepin hetlərin əkinçi tanrısı idi. O, hat dini təsəvvürlərinin qalığı kimi qəbul edilir. Telepin "ölən və dirilən" tanrısı təmsil edirdi. Təbiətdə mövsümün (qış və bahar) dəyişilməsi onun adı ilə də bağlanılırdı.
Dini təsəvvürlər kimi, ovsun (magiya) da hələ ibtidai insan cəmiyyətində mövcud olmuşdur. Ovsun həmişəlik insan həyatına daxil olmuş ən qədim təfəkkür formasını özündə saxlamışdı. Hetlərin ictimai və iqtisadi həyatında ovsunlamaq adəti dərin kök salmışdı. Het ədəbiyyatında ovsunlama qaydaları öz əksini tapmışdı. Xəstəlikləri ovsunla müalicə etmək cəhdləri göstərilirdi. Ovsun həyatın müxtəlif sahələrində tətbiq olunurdu.
Het dövründə varlığını saxlayan əfsanələrin bir hissəsi hat ənənəsi ilə bağlıdır. "İlluyank haqqında əfsanə" hat mənşəli hesab edilir. Əfsanədə tufan tanrısının əjdaha, yaxud ilan əndamlı əjdaha İlluyank ilə mübarizəsi əks olunmuşdur. Adətən bu hekayət Yeni il (yaz) bayramında söylənilirdi.
İncəsənət
Hetlərə qədərki mədəniyyət saxsı-gil qablar, əşyalar istehsalı ilə fərqlənirdi. Qablar təsvirli və təsvirsiz hazırlanırdı. İbadət məqsədilə hazırlanan qablar heyvan əndamı (fiquru), uzunboğaz çəkmə şəklində düzəldilirdi. Tunc və qurğuşundan insan əndamı tökürdülər. Yeni Het padşahlığı dövründə artıq əzəmətli daş heykəllər yaradırdılar. Təsvirlər qabarıq şəkildə yonulurdu. Belə abidələr het hökmdarlarının saraylarında, yaxud qayalıqlarda yonulub düzəldilirdi. Daş heykəllərin əksəriyyəti het hökmdarlarını təsvir edirdi. Əzəmətli Yazılıqaya dəsti (kompleksi) dini mərasimi əks etdirirdi. Yazılıqayada "ilahi-qılınc" heykəli yonulmuşdu. Onun tutacaq hissəsi dörd şir şəklini təsvir edir, yuxarısında insan başı yonulmuşdur. Ehtimala görə, qılınc yeraltı tanrısını təmsil edirdi. Alaca-Hüyük sarayı divarlarında müxtəlif səhnələr yonulmuşdu. Burada ud və tuluq zurnası çalan musiqiçilər, ov, qurban kəsilməyə aparılan qoyunlar və s. təsvir olunmuşdur. Boğazgöy sfinksi və Alaca-Hüyük şirləri öz əzəmətli görkəmi ilə fərqlənirdilər. Het şəhərləri istehkam kimi tikilirdi, bir neçə iç qala ilə əhatə olunurdu. Onun daxilində saray və baş məbədlər yerləşirdi. Hetlər möhür düzəltmə işində mahir idilər. Bu möhürlər İkiçayarası möhürlərindən həm formaca, həm də təsvirlərin məzmunu ilə fərqlənirdi. Möhürlər dairəvi və dördbucaq şəkildə hazırlanırdı. Möhür üzərində hökmdar təsvir olunurdu. Belə möhürlərin qırağına heroqlif işarələri yazırdılar. Hetlərin özünəməxsus və bənzəri olmayan mədəniyyəti Assur və Urartu mədəniyyətlərinə müəyyən təsir göstərmişdi.
Qeydlər
- Hetlərin adı Azərbaycandilli mənbələrdə həmçinin "Hett", "Xet" və ya "Xett" olaraq da çəkilir. Bu dövlət Azərbaycandilli mənbələrdə çarlıq, şahlıq və ya padşahlıq da adlanır.
Mənbə
İstinadlar
- ""Akkad dili mətnlərindəki türkcə kəlmələrin bəziləri bu gün ancaq Azərbaycan türkcəsində işlənir"". 2020-02-15 tarixində . İstifadə tarixi: 2022-06-10.
- "Qədim İkiçayarasında dövlətlərarası münasibətlər (e.ə. III - I minilliyin I yarısı)". 2022-06-10 tarixində . İstifadə tarixi: 2022-06-10.
- Хетт дөвләти // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 67.
- "BMT 1 050" (PDF). 2022-03-03 tarixində (PDF). İstifadə tarixi: 2022-06-10.
- "QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ" (PDF). 2022-07-06 tarixində (PDF). İstifadə tarixi: 2022-06-10.
Ədəbiyyat
- İ. Hüseynov, N. Əfəndiyeva "QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ".
- M. J. Manafova, N. T. Əfəndiyeva, S. A. Şahhüseynova. "Mədəniyyət tarixi və nəzəriyyəsi". Ali məktəblər üçün dərslik. (Əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Het dovleti Anadolunun Kicik Asiyanin simal serq hissesinde Halis hazirda Qizil Irmaq cayinin hovzesinde meydana gelmisdi Kicik Asiya hele qedim zamanlardan dovletleri diqqeti celb edirdi E e III minilliyin ikinci yarisinda Akkad hokmdarlari Sarqon ve Naram Suen bu eraziye herbi yurusler teskil etmisdiler Hemin dovrde burada gelecek Het dovletinin erazisinde akkad ve assur tacirleri mesken salmis ve metal ticaretinin esasini qoymusdular SahliqHet dovletiHetHet dovletinin xeritesi teq e e 1178Paytaxt XattusaDilleri Luvi dili Xet diliResmi dilleri Xet diliDovlet dini politeizmIdareetme formasi monarxiyaSulale hetlerTarixiAssurlular buraya mixi yazi ve akkad dilini getirmisdiler Tedricen Kanis musteqil ticaret meskenine cevrilmis ve Assurun tesiri altindan cixmisdi Anadolu ticaret merkezleri gumus mis tunc demir alis verisi ile mesgul olurdular Assur seherinden qalay alirdilar Ticarete yerli ehali de celb olunmusdu Teserrufatin inkisafi ile bagli Anadolunun serq hissesinde artiq e e II minillikde bir sira siyasi birlesmeler meydana gelmisdi Bunlar seher dovleti seklinde movcud olmuslar Burusxan Nesa Kanis Kussar ve Xattusa seher dovletleri Assur tacirlerinin getirdiyi mixi yazi ve akkad dilinden istifade edirdiler Emekle bagli olan butun isler icbari emek adamlarinin uzerine dusurdu Onlar emek mukellefiyyeti dasimali idiler Het cemiyyetinde bele adamlar esas istehsalcilar kimi cemiyyetin asagi ictimai tebeqesine mensub idiler Bele adamlarin terkibi qullardan teserrufatdan asili tehkimcilerden muzdlu iscilerden ibaret olmusdu Het qanunlariHet cemiyyetinin huquqi ve iqtisadi heyati het qanunlarinda oz eksini tapmisdi Het qanunlari sinfi xususiyyet dasiyirdi Qanunlar xususi mulkiyyeti qoruyur onun sahibi olan azad adamin huququnu daha da mohkemlendirirdi Het qanunlarinda qullara muxtelif ceza tedbirleri nezerde tutmusdular Qanunun bir maddesinde deyilir Eger qul evde ogurluq ederse o ogurladigini oldugu kimi qaytarmalidir Ogurluq etdiyi ucun o 6 sekel gumus vermelidir Qulun burnu ve qulagi kesilmelidir ozu ise sahibine qaytarilmalidir Eger sahibi dese men onun evezini odeyerem onda o odemeni vermelidir Eger o imtina etse onda quldan mehrum olur Qanunlar qul sahibinin menafeyini gudurdu Ogurluq etmis quldan o mehrum olmurdu ogurluq malin evezini odeyib yene de oz quluna sahib olurdu Qulun heyatina qesd hec bir ceza ile neticelenmirdi Maddelerin birinde deyilir Eger kimse qulu yaxud kenizi vurarsa o da olerse ve bunu hemin kes qesden etmemisse onda o qulun evezine bir adam vermelidir Teminat ucun emlak da vermelidir Koleliyin esas menbeyi muharibeler olmusdur Ugurlu muharibeler olkeye xeyli esir verirdi Esirler het metnlerinde arnuvala yeni Esir aparilmis adam adlanirdi Esirleri qul kimi satir bir hissesini mukellefiyyete celb edirdiler Het qanunlarinda aile meselelerine mueyyen yer verilmisdir Ata ailede qeyri mehdud hakimiyyete malik idi Qadinin huquqi veziyyeti agir idi Umumiyyetle qanunlarda qadin ve kisi munasibetlerine hesr edilmis bir sira maddeler vardi Meselen Eger kisi qadini atirsa onda onu sata biler Qadini alan adam 12 sekel gumus vermelidir Basqa maddede qadinin kisiye eyni munasibeti eks olunmusdur Eger qadin kisini qovursa usaqlari ona vermelidir Kisi ovladlarini ozu ile goturmelidir Ailede neinki ovlad elece de emlak mueyyen huquqi qaydalara esasen ere yaxud arvada catirdi Buna gore qanunun bezi maddeleri arvadin ata evinden getirdiyi cehiz barede de huquq normalari mueyyen etmisdi Maddelerin birinde deyilir Eger kimse evlenir ve arvadi oz evine getirir onda hemin adam onun cehizine de sahib olur Eger qadin vefat ederse onun emlaki kisinin erin olmali ve cehizi hemcinin kisiye catmalidir Eger qadin atasi evinde vefat ederse ve usaqlari qalarsa onda kisi eri cehizi almamalidir Qanunlar erin vefatindan sonra dul arvadin qayni ile erin qardasi ile kebin kesdirmeye ve ona ere getmeye icaze verirdi Eger merhumun qardaslari yox idise onda dul arvad qayinatasina ere gede bilerdi Bunlar gosterir ki qiz er evine hemiselik kocurulurdu eri vefat etse bele hemin evi terk etmemeli idi Mesele aile daxilinde hell olunurdu Het ailesinde patriarxal qaydalar hokm sururdu Hakim sulale ailelerinde ise hakimiyyete vereselik Elam ve Misirde oldugu kimi ana xetti ile aparilirdi Bunu ibtidai icma qurulusu nikah formalarinin qaligi kimi qebul etmek olar Qedim Het heykelleri Turkiye Het cemiyyetinde senetkarliq inkisaf tapmisdi Qanunlarda muxtelif peselerin metalisleme dulgerlik gonculuk ve s adi cekilmisdir Alet silah ve basqa esyalar hazirlamaq ucun mis ve tuncdan istifade edirdiler Anadoluda demirden hele e e III II minilliklerde istifade olunurdu Bu dovrun arxeoloji tebeqelerinden demir heykelcikler ibadet xususiyyetli yazili lovheler askar edilmisdir Hetler demirden muxtelif esyalar o cumleden uzuk sirga silsile qalaydan kisi qadin heyvan qus heykelleri fiqurlari hazirlayirdilar Demirden silah xencer qilinc bicaq toppuz nize teserrufat aletleri oraq balta cekic mismar ve s duzeldirdiler E e XIV XIII esrlerde demirden hazirlanmis esyalar het hokmdarlarinin varidati icerisinde boyuk servet hesab olunurdu Demir qizildan 5 gumusden ise 40 defe baha idi Het qaynaqlarinda muxtelif cekili 45 kq qeder demir kulceleri yad edilirdi Het mehkemesi sifahi ve yazili eneneye esaslanirdi Het qanunlarinda yazili mehkeme qaydalari ceza normalari eks olunmusdu Mubahiselere adeten agsaqqallar surasinda baxilirdi Mehkeme islerinde dovlet numayendesi istirak edirdi Numayendeye xususi telimat verilirdi Bir telimatda ona tapsirilmisdi Haqq isi nahaq eyleme nahaq isi haqq eyleme Edaletli ol Mehkemede seher reisi ve agsaqqallardan ibaret yerli idare numayendeleri de istirak edirdiler Murekkeb mehkeme isleri hokmdarin selahiyyetine verilirdi Het medeniyyetiQazintilar zamani askar edilmis muxtelif incesenet abideleri silah ve emek aletleri Bogazgoyde Xattusa tapilmis het hokmdarlarinin yazili senedler arxivi het medeniyyeti barede mueyyen tesevvur yaratmaga imkan vermisdir Het medeniyyetinin tesekkulune bir sira etnoslarin tesiri olmusdur Het medeniyyetinde hat eneneleri ustunluk teskil edirdi Het medeniyyetine hurri etnoslari hind Avropa tayfalarindan luvi ve palaylar mueyyen tesir gostermisdiler Sumer Akkad medeniyyetinin bir cox cehetleri het medeniyyetinde oz eksini tapmisdi Vaxtile het aleminde prototurk etnik unsurlerinin istiraki barede de fikir soylenilmisdi Lakin het etnik ve dil alemi bu sepkide derin ve ciddi tedqiqat obyektine cevrilmemisdi Hind Avropa tayfalarinin en qedim turk etnik qruplari ile unsiyyetini gosteren bir sira leksik deliller mueyyen edilmisdir Het dovleti Anadolunun Kicik Asiyanin simal serq hissesinde Halis ind Qizil Irmoq cayinin hovzesinde meydana gelmisdir Anadolu dagliq ve aran bolgelerinden ibaretdir Lakin teserrufatin teskilinde bu tebii seraitin ozunemexsus rolu olmusdur Anadolunun qedim ehalisi barede deqiq melumat yoxdur Vaxtile bu erazide muxtelif dillerde danisan etnoslar yasayirdi Hetler haqqinda melumat Incilde XIX esrin ortalarina qeder movcud idi Incilin rus tercumesinde bu xalq Het ogullari Hetler kimi Felestin ve Suriyanin yehudilere qederki milletleri kimi qeyde alinmisdir Ona gore de alimler eslinde Felestin ve Suriyani hetlerin ilkin veteni kimi gosterirler XIX esrin sonuncu dovrunden baslayaraq Misirin Tel Emer arxivinden mixi yazili metnlerden hetlerin yasayis terzi haqqinda melumatlar elde edilmisdir Bu metnlerde Misir fironlarinin xususile III Amenemxet ve 115 IV Amenxotep Exnaton Yaxin Serqin bir cox dovlet bascilari ile diplomatik yazismalari akkad dilinde qeyd edilir Kicik Asiyada hetlerin hokmranligi haqqinda ferziyyeleri alman serqsunasi Q Vinklerin 1906 1912 ci illerdeki arxeoloji qazintilari subut etdi Arxeoloqlar burada bir cox mixi yazili lovhecikler tapmislar Bu qazintilarin en ugurlulari Turkiye kendlerinden biri olan Bogazgey Ankaranin 50 km serqine dogru hissesinde tapilmisdir Hetlerin Anadoluda movcud olma ideyalari da mehz bu delillerden ireli gelir Anadolunun zengin tebii ehtiyatlari dunya tacirlerinin xususile Yaxin Serq buraya uz tutmasinin baslica sebebi oldu E e III minilliyin II yarisinda Akkad hokmdarlari Sarqon ve Naram Suyen bu eraziye herbi yurusler teskil etmisler Bu erazide mesken salmis akkad tacirleri metal ticaretinin esasini qoymuslar Kanes seheri taninmis ticaret merkezlerinden biri idi Anadolunun serq hissesinde e e III minillikde bir sira siyasi birlikler meydana gelmisdi Bunlar seher dovleti seklinde movcud idi Anadolunun Burusxanda Nesa Kanis Kussar ve Xattusa seher dovletleri Assur tacirlerinin getirdiyi mixi yazi ve akkad dilinden istifade edirdiler E e XVIII esrin I yarisinda seher dovletler arasinda siyasi hakimiyyet ugrunda mubarize gedirdi Bu mubarizede Kussara seher dovleti ustunluyu oz elinde saxladi Bu dovletin hokmdari Pitxana Nesa seherini tutdu Bu isgalciliq muharibeleri onun oglu Anitta terefinden davam etdirildi O atasinin zebt etdiyi Nesa seherini dovletin paytaxtina cevirdi Het dovletinin gelecek paytaxti Xattusa seherini tutdu Kussara padsahligi Anadolunun merkezinde en guclu dovlet oldu Formalasmaga basladigi dovrlerden Het dovleti medeniyyetin ve incesenetin inkisafina xususi qaygikeslikle yanasirdi Het medeniyyetinin formalasmasina hurri ve luvi medeni elementleri guclu tesir gostermisdi Simali Suriya ve sumer akkad medeni amillerini de inkar etmek olmaz Bogazgey arxivi resmi seciyye dasiyaraq hemcinin mif efsaneler ve metnleri ozunde cemlesdirmisdi Bu arxivde tapilan III Hattusulinin tercumeyi hali eseri dunya edebiyyatinda xususi ehemiyyet kesb edir Yaxin Serq xalq ve bir cox edebi numuneleri Gilqames haqqinda efsane het diline tercume olunmusdur Kumarbi tanrisi haqqindaki epik poema Ullikummi haqqinda mahni adlandirilir Het menseli zengin mifoloji edebiyyat movcuddur Illuyanka haqqinda mif eseri belelerindendir Burada ilahi qehremanlarla onun dusmeni olan ejdaha Illuyanka arasindaki mubarize serh olunur Het incesenet abidelerinde rengarenglik ve orijinalliq ustunluk teskil edir Gumus ve buruncden olan heyvan fiqurlari maral tesvirleri fincanlar dolcalar qizil ornamentli esyalar unikal tesir bagislayir Merkezi Kicik Asiyada Yeni het sahligi dovrunde incesenetin bir cox sahelerinde das uzerinde relyefler canlilarin tesviri sfinks sirler o cumleden memarliqda monumental uslub tezahur olunmaga baslayir Hattide das uzerinde isleme yuksek seviyyeye catir Bunun en gozel numunesi Yazili qayadaki qalereyada qaya yonulmasi hesab olunur Het dini tesevvurleri cemiyyetin ideoloji ve teserrufat heyatinda guclu tesire malik idi Ozlerinin qeyd etdikleri kimi Hattininin min tanrisi movcud idi Bunlar het hindavropa nesit luvi palay hurri assur babil ari ve diger menseli tanrilar idi Bas tanri firtina tanrisi olub semanin sahi Hattinin hakimi hesab edilirdi Bu tanrinin arvadi Arinna seherinden olan Gunes tanrisi sayilirdi Het mifleri esatir ile bagli diger folklor numunesi olen ve dirilen tanri Telepinin adi ile baglidir Bu edebi abidede heyat tebiet insan amilleri boyuk mentiq ve hikmetle izah edilir bedii obrazlarla ifade olunur Elde olunan melumatlara gore hemin efsane qis ve yaz movsumlerinin deyisilmesi ile elaqelendirilirdi Bu efsane bahar senlikleri zamani soylenilirdi Het padsahliginin suqutundan sonra bu medeniyyetin eneneleri olub getmedi Bunlarin bir coxu Simali Suriya ve Anadolunun serq eyaletinde davam etmekde idi Hetlerin bu medeniyyeti xususile benzeri olamyan inceseneti Assur ve Urartu incesenetine de guclu tesir gostermisdir Het edebiyyatiMelum oldugu kimi Sarqon e e 2316 2261 ci iller ve Naram Suen e e 2236 2200 cu iller Akkad sulalesinin en gorkemli numayendeleri olmuslar Onlarin adi ile bagli revayetlere het edebiyyatinda rast gelinir Het edebiyyatinda Sumer Akkad tesiri basqa sahelerde de ozunu gostermisdi Hetler mixi yazi sistemini Ikicayarasindan menimsemisdiler Gilqames haqqinda dastan het diline tercume edilmisdi Sumer Akkad metnlerinden istifade etmek ve dili basa dusmek ucun ucdilli lugetler tertib olunurdu Bunlardan biri sumer akkad het lugeti idi Hurri efsaneleri Kumarva esatiri het diline tercume olunmusdu Hurri tesiri onomastika ve dini tesevvurlerde ozunu tezahur edirdi Ders vesaitleri tertib olunurdu Mitanni menseli Kikkuli atciliga hesr olunmus vesait yazmisdi Hetler resmi edebiyyat numuneleri yaratmisdilar III Hattusilin Tercumeyi hal xususiyyeti dasiyan yazisi erken edebiyyat numunelerinden biri hesab edile biler Hadiseler birinci sexsin adindan neql edilir Tercumeyi hal gosterir ki III Hattusili mubahiseli meseleleri ancaq muharibe yolu ile hell etmeyi ustun tuturdu Eyni zamanda o heqiqet ve edaletin son meqamda qelebe calacagi inamina bigane yanasmirdi Lakin metnden gorunduyu kimi III Hattusili belke de movcud olan vereselik qaydalarini pozaraq hakimiyyete zorla sahib olmusdu Metn III Hattusilinin muracieti ile sona yetir Gelecekde kim olursa olsun Hattusilin oglumu nevesimi yaxud neticesimi hakimiyyete irsen yiyelenerse qoy tanrilar icerisinde Samuxi seherinin ilahesi Istara ehtiram gostersin Hetlerin dini dunyagorusunde akkadlarin Istar ilahesine sitayisi genis temsil olunmusdu Umumiyyetle Istar ilahesine sitayis neinki het hakim daireleri arasinda elece de Ikicayarasina soykenen basqa olkelerde de meselen Cenubi Azerbaycanin kuti ve lullubi hokmdarlari arasinda da genis yayilmisdi Het edebiyyati numuneleri cergesine I Hattusilinin siyasi vesiyyetini de daxil etmek olar Burada I Mursilin hakimiyyete varis teyin edilmesinden behs edilir usyan qaldirmis diger ovladlar hakimiyyetden uzaqlasdirilir I Hattusili eyanlara muraciet edir Baxin indi Mursili menim oglumdur Ne zaman ki silah goturmeye cagiris olsa onda siz menim bendelerim ve esilzade vetendaslarin menim ogluma yardim gostermek ucun elcatanda hazir olmalisiniz Uc il kecenden sonra o yuruse getmelidir Siz onu yuruse aparsaniz ne qeder ki o usaqdir onun sag salamat geriye qayitmasi qaygisina qalin Het hokmdarlarinin kitabeleri ve salnameleri edebiyyat numuneleri kimi de ehemiyyete malikdir Bunlar Anittanin kitabesi I Hattusilin I Suppiluliumun salnameleri ve s ibaret olmusdur Din ve efsanelerHetlerin elece de basqa qedim xalqlarin ictimai heyatindan oldugu kimi teserrufat ve ideoloji heyatinda da din ve dini tesevvurler boyuk ehemiyyete malik idi Het cemiyyetinde coxtanriciliq movcud idi Het panteonunda bir cox qedim etnos ve xalqlarin sitayis etdiyi tanrilar cemlesmisdi Burada het ve hat hurri akkad hind Avropa luvi nesi pala Hind Iran prototurk ve helelik menseyi namelum qalan etnos ve xalqlarin dini ideologiyasi eks olunmusdu Tesadufi deyil ki Het menbeleri Hatti olkesinin min tanrisi ifadesini isledirdi Het olkesinin her bir vilayeti ve icmasinda yerli ibadetler movcud idi Tanri ve ilahelere tanricalara xususi ibadetgahlarda sitayis edirdiler Het hokmdari ve onun arvadi ilde iki defe kecirilen yaz ve payiz bayramlari zamani olkeye sefere cixir dini ziyaret meqsedile seherleri gezir ve her yerde tanrilara qurban kesirdiler Ehtimal ki olkeni gezib dolanmaq adeti hatlardan miras qalibmis Yerli dinlerin mueyyen hissesi dovlet dini cergesine daxil edilirdi Hetlerin en nufuzlu tanrilarinin serefine mebedler tikilirdi Bele dini ibadetgahlardan biri Bogazgoyun yaxinliginda Yaziliqayada askar edilmisdir Ibadetgah qaya oyugunda yerlesirdi Onun divarlarinda het tanri ve ilaheleri tesvir olunmus biri birine dogru irelileyen dini merasim yerisi qabariq sekilde divara hekk edilmisdi Yaziliqayada tanrilar cemini hurrilere mensub edirler Tanrilara ibadet hokmdar hakimiyyetinin ideoloji esasini teskil edirdi Het panteonu tanrilarinin ekseriyyeti hat menseli olmusdur Sema tufan tanrisi ve onun arvadi Arina seherinin Gunes ilahesi Vurusem panteonun bas tanrilari hesab edilirdiler Ehtimala gore tufan tanrisi Taru adlanirdi Hurri panteonunda onun ve Vurusemin benzeri Tesub ve arvadi Hepat idi Taru muqeddes okuz uzerinde Henat ise sir uzerinde tesvir olunurdular Nerin seherinin tufan tanrisi da Taru adlanirdi Bezen tufan tanrisi okuz yaxud dag sifetinde tesvir olunurdu Het olkesinde genis hurri ilahesi Sauska boyuk nufuza malik idi akkad mehsuldarliq ilahesi Istar ise onun muqabili hesab edilirdi Hetler Ikicayarasi panteonundan Antu Anu Enlil Eya Ninlil ve s tanrilara ibadeti menimsemisdiler Istar sir uzerinde qanadli tesvir olunurdu Telepin hetlerin ekinci tanrisi idi O hat dini tesevvurlerinin qaligi kimi qebul edilir Telepin olen ve dirilen tanrisi temsil edirdi Tebietde movsumun qis ve bahar deyisilmesi onun adi ile de baglanilirdi Dini tesevvurler kimi ovsun magiya da hele ibtidai insan cemiyyetinde movcud olmusdur Ovsun hemiselik insan heyatina daxil olmus en qedim tefekkur formasini ozunde saxlamisdi Hetlerin ictimai ve iqtisadi heyatinda ovsunlamaq adeti derin kok salmisdi Het edebiyyatinda ovsunlama qaydalari oz eksini tapmisdi Xestelikleri ovsunla mualice etmek cehdleri gosterilirdi Ovsun heyatin muxtelif sahelerinde tetbiq olunurdu Het dovrunde varligini saxlayan efsanelerin bir hissesi hat enenesi ile baglidir Illuyank haqqinda efsane hat menseli hesab edilir Efsanede tufan tanrisinin ejdaha yaxud ilan endamli ejdaha Illuyank ile mubarizesi eks olunmusdur Adeten bu hekayet Yeni il yaz bayraminda soylenilirdi IncesenetHetlere qederki medeniyyet saxsi gil qablar esyalar istehsali ile ferqlenirdi Qablar tesvirli ve tesvirsiz hazirlanirdi Ibadet meqsedile hazirlanan qablar heyvan endami fiquru uzunbogaz cekme seklinde duzeldilirdi Tunc ve qurgusundan insan endami tokurduler Yeni Het padsahligi dovrunde artiq ezemetli das heykeller yaradirdilar Tesvirler qabariq sekilde yonulurdu Bele abideler het hokmdarlarinin saraylarinda yaxud qayaliqlarda yonulub duzeldilirdi Das heykellerin ekseriyyeti het hokmdarlarini tesvir edirdi Ezemetli Yaziliqaya desti kompleksi dini merasimi eks etdirirdi Yaziliqayada ilahi qilinc heykeli yonulmusdu Onun tutacaq hissesi dord sir seklini tesvir edir yuxarisinda insan basi yonulmusdur Ehtimala gore qilinc yeralti tanrisini temsil edirdi Alaca Huyuk sarayi divarlarinda muxtelif sehneler yonulmusdu Burada ud ve tuluq zurnasi calan musiqiciler ov qurban kesilmeye aparilan qoyunlar ve s tesvir olunmusdur Bogazgoy sfinksi ve Alaca Huyuk sirleri oz ezemetli gorkemi ile ferqlenirdiler Het seherleri istehkam kimi tikilirdi bir nece ic qala ile ehate olunurdu Onun daxilinde saray ve bas mebedler yerlesirdi Hetler mohur duzeltme isinde mahir idiler Bu mohurler Ikicayarasi mohurlerinden hem formaca hem de tesvirlerin mezmunu ile ferqlenirdi Mohurler dairevi ve dordbucaq sekilde hazirlanirdi Mohur uzerinde hokmdar tesvir olunurdu Bele mohurlerin qiragina heroqlif isareleri yazirdilar Hetlerin ozunemexsus ve benzeri olmayan medeniyyeti Assur ve Urartu medeniyyetlerine mueyyen tesir gostermisdi QeydlerHetlerin adi Azerbaycandilli menbelerde hemcinin Hett Xet ve ya Xett olaraq da cekilir Bu dovlet Azerbaycandilli menbelerde carliq sahliq ve ya padsahliq da adlanir MenbeIstinadlar Akkad dili metnlerindeki turkce kelmelerin bezileri bu gun ancaq Azerbaycan turkcesinde islenir 2020 02 15 tarixinde Istifade tarixi 2022 06 10 Qedim Ikicayarasinda dovletlerarasi munasibetler e e III I minilliyin I yarisi 2022 06 10 tarixinde Istifade tarixi 2022 06 10 Hett dovlәti Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә X ҹild Frost Shүshtәr Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1987 S 67 BMT 1 050 PDF 2022 03 03 tarixinde PDF Istifade tarixi 2022 06 10 QEDIM DUNYA MEDENIYYETI PDF 2022 07 06 tarixinde PDF Istifade tarixi 2022 06 10 Edebiyyat Vikianbarda Het dovleti ile elaqeli mediafayllar var I Huseynov N Efendiyeva QEDIM DUNYA MEDENIYYETI M J Manafova N T Efendiyeva S A Sahhuseynova Medeniyyet tarixi ve nezeriyyesi Ali mektebler ucun derslik Elave olunmus ve redakte edilmis ikinci nesri