Gənc türklər inqilabı — 1908-ci ildə Osmanlı imperiyasında baş vermiş inqilab. İnqlabın məqsədi Sultan II Əbdülhəmidin devrilməsi və konstitusiyanın bərpası idi. İnqilaba “İttihad və Tərəqqi” Gənc türklər təşkilatı rəhbərlik edirdi. Gənc türklər inqilabı Osmanlı imperiyasının sonuna qədər imperiyanın tarixində İkinci Məşrutiyyət dövrü adlanır. Otuz il əvvəl, 1876-cı ildə, II Əbdülhəmidin dövründə Birinci konstitusiya dövrü kimi tanınan dövrdə konstitusiya monarxiyası qurulmuşdu və bu, II Əbdülhəmidin onu dayandırmasından və özünə avtokratik səlahiyyətləri bərpa etməsindən əvvəl cəmi iki il davam etdi.
Gənc türklər inqilabı | |
---|---|
| |
Yer | İstanbul, Osmanlı imperiyası |
Tarix | 3-23 iyul 1908 |
Səbəb | II Əbdülhəmidin diktaturası, konstitusiyanın və xalqı təmsil edən qanunverici orqanın olmaması |
Əsas məqsəd | Sultan II Əbdülhəmidin devrilməsi və konstitusiyanın bərpası |
Nəticə | II Əbdülhəmidin devrilməsi, Gənc Türklər hökumətinin qurulması və Gənc Türklərin hakimiyyətə gəlməsi |
Təşkilatçılar | “İttihad və Tərəqqi"və Gənc türklər təşkilatı |
Hərəkətverici qüvvələr | Ziyallılar və gənc zabitlər |
Əleyhdarları | II Əbdülhəmidin tərəfdarları |
Vikianbarda əlaqəli mediafayllar |
İnqilab İttihad və Tərəqqi partiyası üzvü Əhməd Niyazi bəyin Albaniya yüksəkliklərinə qaçması ilə başladı. Tezliklə İsmayıl Ənvər və Eyyub Səbri də ona qoşuldu. Yerli albanlarla əlaqə qurdular və böyük bir üsyanı başlatmaq üçün Selanikdə yerləşən 3-cü Ordu daxilindəki əlaqələrindən istifadə etdilər. 3-cü Ordu inqılabı dəstəkləmiş və bu hərəkatın hərbi qüvvələrinin özəyini təşkil etdi. II Əbdülhəmidin təslim olmasına Fədailərin müxtəlif koordinasiyalı sui-qəsdləri və qətlləri də kömək etdi. Rumeli əyalətlərində İttihad və Tərəqqinin qaldırdığı konstitusiya tərəfdarlarının üsyanı ilə II Əbdülhəmid təslim oldu və konstitusiyanın bərpasını elan etdi. Parlament bərpa oldu və seçkilər təyin edildi.
Növbəti il II Əbdülhəmidin lehinə 31 mart hadisəsi kimi tanınan monarxist əks-inqilab cəhdindən sonra o, taxtdan salındı və qardaşı V Mehmed taxta çıxdı.
Tarixi
II Əbdülhəmidin hakimiyyətinin mühafizəkar siyasətinə qarşı bu müddət ərzində baş verən sosial islahatlar əks mövqedə dururdu. Osmanlı imperiyasında müstəqil liberal mühitin inkişafı həm mədəniyyəti gücləndirdi, həm də sonrakı üsyana zəmin yaratdı. Əbdülhəmidin siyasi çevrəsi bir-biri ilə sıx bağlı idi və daim dəyişirdi. Sultan 1876-cı ildən əvvəlki siyasi xətti dəyişdirdi və 1878-ci ildə Osmanlı Parlamentinin fəaliyyətini dayandırdı. Bu, Osmanlı imperiyasında özünü siyasətdə hesab edə biləcək çox kiçik bir qrupun meydana gəlməsinə səbəb oldu.
İnqilab üçün zəmin
İnqilabın əsasını II Əbdülhəmid rejiminə qarşı çıxan və konstitusiyanın yenidən tətbiq edilməsini arzulayan Gənc türklər hərəkatı idi. Sultan tərəfindən Gənc türklər hərəkatının üzvlərinin çoxu sürgün edilmişdi. Lakin buna baxmayaraq orduda zabitlərin əksəriyyəti Gənc türklərə rəğbət bəsləyirdi. Makedoniya uğrunda mübarizə, Makedoniya bölgəsindəki etnik münaqişə, orada yerləşən bir çox ordu zabitinə dövlətin köklü islahatlara ehtiyacı olduğunu anlamağa imkan verdi. Gənc türklər Osmanlı imperiyasının etnik qrupları arasında milli birlik ideyası olan osmanlılıq üçün demokratikləşmənin tələb olunduğuna dair yekdil fikirdə olsalar da, sonrakı islahatlar onlarda fikir ayrılığına səbəb oldu.
Şahzadə Mehmed Səbahəddin bəyin (İsveçrədə sürgündə idi) başçılıq etdiyi liberallar daha rahat idarəetmə forması ilə yanaşı, Laissez-faire (dövlətin iqtisadiyyata müdaxilə etməmə forması) iqtisadiyyatı tərəfdarı idilər. Onlar həmçinin imperiya daxilindəki azlıqlar arasında məşhur olan müxtəlif etnik qrupların muxtariyyət istəyini dəstəkləyir,"şəxsi hüquq"la bağlı müstəqil məhkəmənin tətbiqini vacib sayırdı.
İttihad və Tərəqqi Komitəsinin (İTK) nəzdində lideri Əhməd Rzanın Parisdə sürgündə olan daha nüfuzlu Gənc türklər fraksiyası təşkil edildi. Gənc türklər türklərin hakim olduğu güclü Osmanlı imperiyası arzulayırdılar. 1905-ci ildən Gənc türklər Osmanlı hökuməti daxilindəki bir çox quruma sıza bildilər, onların əksəriyyəti Osmanlı Üçüncü Ordusunun gənc zabitləri idi.
İnqilab
İnqilaba səbəb olan hadisə 1908-ci ilin iyununda Böyük Britaniya kralı VII Eduard və Rusiya çarı II Nikolay arasında Baltikyanı Reval limanında baş tutan görüş idi. Görüşdə hər iki imperator dünyanın, o cümlədən Osmanlı imperiyasının bölüşdürülməsi məsələsini müzakirə etdilər. Bu hadisə gənc türklərə inqilab üçün təkan oldu. Onlar Rusiya və İngiltərənin Osmanlı torpaqlarını öz aralarında bölüşdürmək niyyətlərinin qarşısını almaq məqsədilə üsyana müəyyən olunmuş vaxtdan əvvəl başlamağı qərara aldılar, İlk çıxış Makedoniyanın Resen şəhərində başlandı. Şəhərin komendantı leytenant Əhməd Niyazi bəy 1908-ci il iyulun 3-də üsyan bayrağı qaldıraraq, öz dəstəsi ilə dağlara çəkildi. İyulun 6-da Ənvər bəyin komandanlığı altında olan digər hərbi dəstə də üsyançılara qoşuldu. Üsyan Ədirnədəki hərbi hissələri də əhatə etdi. Hökumətin üsyançıları ram etmək səyləri boşa çıxdı. Əhali və bütün ordu üsyançılar tərəfinə keçdilər.
"İttihad və tərəqqi" cəmiyyətinin Mərkəzi Komitəsi 1908-ci il iyulun 23-də Makedoniyanın Saloniki, Monastır və başqa iri şəhərlərində təşkil etdiyi izdihamlı mitinqdə konstitusiyanın bərpa edilməsi barədə uitimatum qəbul etdi. Sultana göndərilən ultimatumda bildirilirdi ki, əgər üç günə qədər konstitusiya bərpa olunmazsa, İstanbul üzərinə hərbi hücum təşkil olunacaqdır.
1908-ci ilin iyulunda "Gənc türklər" inqilabına rəhbərlik edən "İttihad və Tərəqqi" partiyası Sultan II Əbdülhəmidin ləğv etdiyi 1876-cı il konstitusiyasının bərpa olunduğunu elan etdi. İyulun 24-də İstanbul əhalisi və şəhər qarnizonunun üsyançılar tərəfinə keçdi. Vəziyyətin çıxılmaz olduğunu görən II Əbdülhəmid həmin gün 1876-ci il Konstitusiyasının bərpası və tezliklə parlament seçkiləri keçirilməsi barədə fərman imzaladı. Türkiyə konstitusiyalı monarxiya elan olundu. Bu hadisə Türkiyə tarixinə gənc türklər inqilabı və ya 23 iyul inqilabı kimi daxil oldu.
Gənc türklər öz təəssübkeşlərindən ibarət hökumət təşkil etdilər. 1908-1909-ci illərdə bu hökumətlərə Səid Paşa, Kamil Paşa və Süleyman Paşa başçılıq etdilər. 1908-ci il noyabrın 2-də parlamentin ilk iclası çağırıldı. Parlamentə seçilmiş deputatların (250 nəfər) yarıdan çoxu (150 nəfəri) Gənc türklərdən idi. Məclisdə çoxluq təşkil edən Gənc türklər inqilab ərəfəsində verdikləri vədlərinə (aqrar islahatı, fəhlələrin vəziyyətini yaxşılaşdırmaq, milli azlıqlara muxtariyyət vermək, xarici kapitalı məhdudlaşdırmaq və s.) əməl etmədiklərindən onların sosial bazaları getdikcə zəiflədi. Bundan istifadə edən II Əbdülhəmid tərəfdarları 1909-cu il aprelin 13-də hərbi çevriliş edib hakimiyyəti ələ keçirdilər. II Əbdülhəmid ingilislərin himayə etdiyi "Əhrar" (liberallar) partiyası və ruhanilərin "İttihadı müsəlman" (Müsəlman cəmiyyəti) təşkilatı ilə birlikdə İstanbul hərbi qarnizonu komandanlığının köməyi ilə çevriliş edərək hakimiyyəti tamamilə öz əlində topladı. Gənc türklər İstanbulu tərk etməli oldular. Lakin çevriliş xalqın əksəriyyəti tərəfindən rəğbətlə qarşılanmadı. Makedoniyaya qaçmış gənc türklər əsas dayaqları olan Üçüncü ordunu ("Hərəkət ordusu") İstanbul üzərinə yeritdilər. 1909-cu il aprelin 27-də II Əbdülhəmid taxtdan salındı. İttihad və Tərəqqi cəmiyyətinin söz sahibi olduğu Məclis-i Məbusan II Əbdülhəmidin yerinə Mehmed Rəşad Əfəndini V Mehmed adı ilə taxta çıxarmağa qərar verdi.
Erməni əsilli ABŞ tarixçi Ronald Qriqor Süni hesab edir ki, inqilab heç bir xalq dəstəyinə malik deyildi və əslində “Balkanlarda hərbi zabitlərdən və mülki fəallardan ibarət kiçik bir qrup tərəfindən dövlət çevrilişi idi”.
Nəticəsi
"İttihad"çılar hakimiyyəti ələ aldıqdan sonra ölkədə sultan hakimiyyəti dövründəkindən fərqlənməyən, hətta daha sərt siyasət yeritməyə başladılar. Onlar ordunu da siyasətə qarışdırırdılar. Nəticədə, Osmanlı ordusunda zabitlərin böyük əksəriyyəti ya ittihadçı, ya da onlara qarşı müxalifətdə idilər. Zabitlərin bir-birlərinə qarşı düşmənçilik etməsi ordunun döyüş qabiliyyətini itirməsinə səbəb oldu. Bundan əlavə, yeritdikləri səbatsız siyasət nəticəsində "ittihad"çılar xaricilərin Osmanlı dövləti üzərinə ayaq açmasına şərait yaratdılar. İki Avropa gücü Osmanlının Balkanlarda suverenliyini azaltmaqla xaosdan istifadə etdi. De-yure Osmanlı vassalı olan, lakin de-fakto formal olaraq müstəqil olan Bolqarıstan oktyabrın 5-də müstəqilliyini elan etdi. Ertəsi gün Avstriya-Macarıstan, əvvəllər de-yure Osmanlı ərazisi olan, lakin faktiki olaraq Avstriya-Macarıstan tərəfindən işğal edilmiş Bosniya və Herseqovinanı rəsmən ilhaq etdi.
Gənc Türk hərəkatı zaman keçdikcə populyarlığını itirdi və 1913-cü il Ənvər Paşa dövlət çevrilişindən sonra konstitusiya əhəmiyyətini itirdi.
Mədəni və beynəlxalq təsir
Hüseyn Hilmi Paşa hökuməti Gənc türklər inqilabının anılması, Konstitusiyanın ikinci dəfə Osmanlı imperiyası və Türkiyə Cümhuriyyətində İyd-i Milli (Milli Bayram) kimi tanınan milli bayram kimi elan edilməsi haqqında qanun verdi. 1909-cu ildən başlayaraq hər il iyulun 23-də qeyd olunmağa başlansa da, 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin elan edilməsi və Cümhuriyyət bayramı ilə əlaqədar olaraq bayramın əhəmiyyəti azaldı.
Bəzi icmalarda, məsələn, yəhudilər (məs. İslam Avropası və Şimali Afrikadakı yəhudilər və Türkiyədəki yəhudilər) Gənc Türkləri təqlid edən islahatçı qruplar mühafizəkar hakim elitanı sıxışdırıb, onların yerinə yeni islahatçı elitanı qoydular.
Əvvəllər qanunsuz sayılan Erməni İnqilabi Federasiyası Osmanlı imperiyasında erməni icmasının əsas nümayəndəsi oldu. O, 1908-ci ildən əvvəl tacirlərdən, sənətkarlardan və din xadimlərindən ibarət olan erməni elitasını əvəz etdi.
İnqilab və Gənc türklər hərəkatının fəaliyyəti digər müsəlman ölkələrinə çox təsir etdi. İstanbuldakı fars icması İran İttihat və Tərəqqi Komitəsini təsis etdi. Gənc Buxara hərəkatının liderləri Gənc Türk İnqilabından dərin təsirləndilər və onu örnək kimi gördülər. Hindistan müsəlmanları, təşkilata üzv qəbul edilənlərə Gənc türklərin andını verməklə onları təqlid edirdilər.
Mədəniyyətdə
Türkiyədə və xarici ölkələrdə Gənc türklər inqilabını özündə əks etdirən xeyli sayda kitab və əsərlər yazılmışdır. İnqilab barədə bədii və sənədli filmlərin çəkilməsi son 100 ildə diqqətdə oub. Skott Vesterfeldin 2010-cu il alternativ tarix romanı "Behemot"da 1908-ci il Gənc türklər inqilabı uğursuzluqla nəticələnir və I Dünya müharibəsinin başlanğıcında yeni bir inqilabı alovlandırır.
Qalereya
- Gənc türklər inqilabının bayrağı.
- Sutan Əhməd meydanında mitinq.
- Yunanların Monastirda konstitusiya lehinə nümayişi.
- Osmanlı türkcəsi və yunanca yeni konstitusiya üçün açıqca.
- Osmanlı türkcəsi və fransızca yeni konstitusiya üçün açıqca.
- Osmanlı türkcəsi, yunanca və fransızca mətnli litoqrafiya, yeni konstitusiyanı və Osmanlı təbəələri arasında vəd edilmiş bərabərlik və qardaşlığı qeyd edir.
İstinadlar
- Ahmad, Feroz. "The Young Turk Revolution". en:Journal of Contemporary History. 3 (3). July 1968: 19–36. doi:10.1177/002200946800300302. JSTOR 259696.
- Asatovic Petrosyan, Yuriy. Sosyalist Açıdan Jön Türk Hareketi.
- The Encyclopædia Britannica, 15th Edition, 1983, page 788, Volume 13
- Kieser, 2018. səh. 53-54
- E. Ramsaur, Ernest. Jön Türkler ve 1908 İhtilali.
- Quataert, Donald. "The 1908 Young Turk Revolution: Old and New Approaches". Middle East Studies Association Bulletin. 13 (1). July 1979: 22–29. doi:10.1017/S002631840000691X. JSTOR 41890046.
- "Rusya Fransa ve İngiltere devletleriyle hal-i harb ilanı hakkında irade-i seniyye [Imperial Decree Concerning the Declaration of a State of War with the States of Russia, France, and the United Kingdom], Nov. 11, 1914 (29 Teşrin-i Evvel 1330), Takvim-i Vekayi, Nov. 12, 1914 (30 Teşrin-i Evvel 1330)" (PDF). en:Library of Congress. 2017-11-07 tarixində (PDF). İstifadə tarixi: 2022-11-30.
- Suny, Ronald Grigor. . Princeton University Press. 2015. səh. 155. ISBN .
- Ronald Grigor Suny. Armenian Genocide // 1914-1918-online. International Encyclopedia of the First World War. 26 May 2015. 22 December 2014 tarixində . İstifadə tarixi: 30 November 2022.
- Zapotoczny, Walter S. (PDF). W zap online. 25 July 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 August 2011.
Ədəbiyyat
- Алиев Г. З. Турция в период правления младотурок. — М.: Наука, 1972. — 388 с. — 4200 экз.
- Bedross Der Matossian. Shattered Dreams of Revolution: From Liberty to Violence in the Late Ottoman Empire. Stanford University Press. 2014. ISBN .
- Benbassa, Esther, Un grand rabbin sepharde en politique, 1892‐1923 [A great sephardic Rabbi in politics, 1892–1923] (fransız), Paris, 1990, 27–28.
- Erickson, Edward. Ottomans and Armenians: A Study in Counterinsurgency. Palgrave Macmillan. 2013. ISBN .
- Lévy-Aksu, Noémi; Georgeon, François. The Young Turk Revolution and the Ottoman Empire: The Aftermath of 1908. Bloomsbury Publishing. 2017.
- Hanioğlu, M Şükrü, Preparation for a Revolution: The Young Turks, 1902–1908, Oxford University Press, 2001, ISBN .
- Kieser, Hans-Lukas, Talaat Pasha: Father of Modern Turkey, Architect of Genocide, Princeton University Press (2018 tarixində nəşr olunub), 26 June 2018, ISBN
- Rakovsky, Christian. The Turkish Revolution. August 1908.
- Unal, Hasan. "Ottoman policy during the Bulgarian independence crisis, 1908–9: Ottoman Empire and Bulgaria at the outset of the Young Turk revolution". Middle Eastern Studies. 34 (4). 1998: 135–176. doi:10.1080/00263209808701247. :11693/51943.
- Zürcher, Erik Jan. "Young Turk Governance in the Ottoman Empire during the First World War". Middle Eastern Studies. 55 (6). 2019: 897–913. doi:10.1080/00263206.2019.1590820.
- Zürcher, Erik Jan. "The Young Turk revolution: comparisons and connections". Middle Eastern Studies. 55 (4). 2019: 481–498. doi:10.1080/00263206.2019.1566124.
Xarici keçidlər
- Proclamation of the Young Turks, 1908
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Genc turkler inqilabi 1908 ci ilde Osmanli imperiyasinda bas vermis inqilab Inqlabin meqsedi Sultan II Ebdulhemidin devrilmesi ve konstitusiyanin berpasi idi Inqilaba Ittihad ve Tereqqi Genc turkler teskilati rehberlik edirdi Genc turkler inqilabi Osmanli imperiyasinin sonuna qeder imperiyanin tarixinde Ikinci Mesrutiyyet dovru adlanir Otuz il evvel 1876 ci ilde II Ebdulhemidin dovrunde Birinci konstitusiya dovru kimi taninan dovrde konstitusiya monarxiyasi qurulmusdu ve bu II Ebdulhemidin onu dayandirmasindan ve ozune avtokratik selahiyyetleri berpa etmesinden evvel cemi iki il davam etdi Genc turkler inqilabiMitinqde konstitusiyanin berpasinin elan edilmesiYer Istanbul Osmanli imperiyasiTarix 3 23 iyul 1908Sebeb II Ebdulhemidin diktaturasi konstitusiyanin ve xalqi temsil eden qanunverici orqanin olmamasiEsas meqsed Sultan II Ebdulhemidin devrilmesi ve konstitusiyanin berpasiNetice II Ebdulhemidin devrilmesi Genc Turkler hokumetinin qurulmasi ve Genc Turklerin hakimiyyete gelmesiTeskilatcilar Ittihad ve Tereqqi ve Genc turkler teskilatiHereketverici quvveler Ziyallilar ve genc zabitlerEleyhdarlari II Ebdulhemidin terefdarlari Vikianbarda elaqeli mediafayllar Inqilab Ittihad ve Tereqqi partiyasi uzvu Ehmed Niyazi beyin Albaniya yuksekliklerine qacmasi ile basladi Tezlikle Ismayil Enver ve Eyyub Sebri de ona qosuldu Yerli albanlarla elaqe qurdular ve boyuk bir usyani baslatmaq ucun Selanikde yerlesen 3 cu Ordu daxilindeki elaqelerinden istifade etdiler 3 cu Ordu inqilabi desteklemis ve bu herekatin herbi quvvelerinin ozeyini teskil etdi II Ebdulhemidin teslim olmasina Fedailerin muxtelif koordinasiyali sui qesdleri ve qetlleri de komek etdi Rumeli eyaletlerinde Ittihad ve Tereqqinin qaldirdigi konstitusiya terefdarlarinin usyani ile II Ebdulhemid teslim oldu ve konstitusiyanin berpasini elan etdi Parlament berpa oldu ve seckiler teyin edildi Novbeti il II Ebdulhemidin lehine 31 mart hadisesi kimi taninan monarxist eks inqilab cehdinden sonra o taxtdan salindi ve qardasi V Mehmed taxta cixdi TarixiEnver bey ve Niyazi bey 1908 ci il aciqcasi II Ebdulhemidin hakimiyyetinin muhafizekar siyasetine qarsi bu muddet erzinde bas veren sosial islahatlar eks movqede dururdu Osmanli imperiyasinda musteqil liberal muhitin inkisafi hem medeniyyeti guclendirdi hem de sonraki usyana zemin yaratdi Ebdulhemidin siyasi cevresi bir biri ile six bagli idi ve daim deyisirdi Sultan 1876 ci ilden evvelki siyasi xetti deyisdirdi ve 1878 ci ilde Osmanli Parlamentinin fealiyyetini dayandirdi Bu Osmanli imperiyasinda ozunu siyasetde hesab ede bilecek cox kicik bir qrupun meydana gelmesine sebeb oldu Inqilab ucun zemin Inqilabin esasini II Ebdulhemid rejimine qarsi cixan ve konstitusiyanin yeniden tetbiq edilmesini arzulayan Genc turkler herekati idi Sultan terefinden Genc turkler herekatinin uzvlerinin coxu surgun edilmisdi Lakin buna baxmayaraq orduda zabitlerin ekseriyyeti Genc turklere regbet besleyirdi Makedoniya ugrunda mubarize Makedoniya bolgesindeki etnik munaqise orada yerlesen bir cox ordu zabitine dovletin koklu islahatlara ehtiyaci oldugunu anlamaga imkan verdi Genc turkler Osmanli imperiyasinin etnik qruplari arasinda milli birlik ideyasi olan osmanliliq ucun demokratiklesmenin teleb olunduguna dair yekdil fikirde olsalar da sonraki islahatlar onlarda fikir ayriligina sebeb oldu Sahzade Mehmed Sebaheddin beyin Isvecrede surgunde idi basciliq etdiyi liberallar daha rahat idareetme formasi ile yanasi Laissez faire dovletin iqtisadiyyata mudaxile etmeme formasi iqtisadiyyati terefdari idiler Onlar hemcinin imperiya daxilindeki azliqlar arasinda meshur olan muxtelif etnik qruplarin muxtariyyet isteyini destekleyir sexsi huquq la bagli musteqil mehkemenin tetbiqini vacib sayirdi Ittihad ve Tereqqi Komitesinin ITK nezdinde lideri Ehmed Rzanin Parisde surgunde olan daha nufuzlu Genc turkler fraksiyasi teskil edildi Genc turkler turklerin hakim oldugu guclu Osmanli imperiyasi arzulayirdilar 1905 ci ilden Genc turkler Osmanli hokumeti daxilindeki bir cox quruma siza bildiler onlarin ekseriyyeti Osmanli Ucuncu Ordusunun genc zabitleri idi InqilabInqilaba sebeb olan hadise 1908 ci ilin iyununda Boyuk Britaniya krali VII Eduard ve Rusiya cari II Nikolay arasinda Baltikyani Reval limaninda bas tutan gorus idi Gorusde her iki imperator dunyanin o cumleden Osmanli imperiyasinin bolusdurulmesi meselesini muzakire etdiler Bu hadise genc turklere inqilab ucun tekan oldu Onlar Rusiya ve Ingilterenin Osmanli torpaqlarini oz aralarinda bolusdurmek niyyetlerinin qarsisini almaq meqsedile usyana mueyyen olunmus vaxtdan evvel baslamagi qerara aldilar Ilk cixis Makedoniyanin Resen seherinde baslandi Seherin komendanti leytenant Ehmed Niyazi bey 1908 ci il iyulun 3 de usyan bayragi qaldiraraq oz destesi ile daglara cekildi Iyulun 6 da Enver beyin komandanligi altinda olan diger herbi deste de usyancilara qosuldu Usyan Edirnedeki herbi hisseleri de ehate etdi Hokumetin usyancilari ram etmek seyleri bosa cixdi Ehali ve butun ordu usyancilar terefine kecdiler Ittihad ve tereqqi cemiyyetinin Merkezi Komitesi 1908 ci il iyulun 23 de Makedoniyanin Saloniki Monastir ve basqa iri seherlerinde teskil etdiyi izdihamli mitinqde konstitusiyanin berpa edilmesi barede uitimatum qebul etdi Sultana gonderilen ultimatumda bildirilirdi ki eger uc gune qeder konstitusiya berpa olunmazsa Istanbul uzerine herbi hucum teskil olunacaqdir 1908 ci ilin iyulunda Genc turkler inqilabina rehberlik eden Ittihad ve Tereqqi partiyasi Sultan II Ebdulhemidin legv etdiyi 1876 ci il konstitusiyasinin berpa olundugunu elan etdi Iyulun 24 de Istanbul ehalisi ve seher qarnizonunun usyancilar terefine kecdi Veziyyetin cixilmaz oldugunu goren II Ebdulhemid hemin gun 1876 ci il Konstitusiyasinin berpasi ve tezlikle parlament seckileri kecirilmesi barede ferman imzaladi Turkiye konstitusiyali monarxiya elan olundu Bu hadise Turkiye tarixine genc turkler inqilabi ve ya 23 iyul inqilabi kimi daxil oldu Genc turkler oz teessubkeslerinden ibaret hokumet teskil etdiler 1908 1909 ci illerde bu hokumetlere Seid Pasa Kamil Pasa ve Suleyman Pasa basciliq etdiler 1908 ci il noyabrin 2 de parlamentin ilk iclasi cagirildi Parlamente secilmis deputatlarin 250 nefer yaridan coxu 150 neferi Genc turklerden idi Meclisde coxluq teskil eden Genc turkler inqilab erefesinde verdikleri vedlerine aqrar islahati fehlelerin veziyyetini yaxsilasdirmaq milli azliqlara muxtariyyet vermek xarici kapitali mehdudlasdirmaq ve s emel etmediklerinden onlarin sosial bazalari getdikce zeifledi Bundan istifade eden II Ebdulhemid terefdarlari 1909 cu il aprelin 13 de herbi cevrilis edib hakimiyyeti ele kecirdiler II Ebdulhemid ingilislerin himaye etdiyi Ehrar liberallar partiyasi ve ruhanilerin Ittihadi muselman Muselman cemiyyeti teskilati ile birlikde Istanbul herbi qarnizonu komandanliginin komeyi ile cevrilis ederek hakimiyyeti tamamile oz elinde topladi Genc turkler Istanbulu terk etmeli oldular Lakin cevrilis xalqin ekseriyyeti terefinden regbetle qarsilanmadi Makedoniyaya qacmis genc turkler esas dayaqlari olan Ucuncu ordunu Hereket ordusu Istanbul uzerine yeritdiler 1909 cu il aprelin 27 de II Ebdulhemid taxtdan salindi Ittihad ve Tereqqi cemiyyetinin soz sahibi oldugu Meclis i Mebusan II Ebdulhemidin yerine Mehmed Resad Efendini V Mehmed adi ile taxta cixarmaga qerar verdi Ermeni esilli ABS tarixci Ronald Qriqor Suni hesab edir ki inqilab hec bir xalq desteyine malik deyildi ve eslinde Balkanlarda herbi zabitlerden ve mulki feallardan ibaret kicik bir qrup terefinden dovlet cevrilisi idi Neticesi Ittihad cilar hakimiyyeti ele aldiqdan sonra olkede sultan hakimiyyeti dovrundekinden ferqlenmeyen hetta daha sert siyaset yeritmeye basladilar Onlar ordunu da siyasete qarisdirirdilar Neticede Osmanli ordusunda zabitlerin boyuk ekseriyyeti ya ittihadci ya da onlara qarsi muxalifetde idiler Zabitlerin bir birlerine qarsi dusmencilik etmesi ordunun doyus qabiliyyetini itirmesine sebeb oldu Bundan elave yeritdikleri sebatsiz siyaset neticesinde ittihad cilar xaricilerin Osmanli dovleti uzerine ayaq acmasina serait yaratdilar Iki Avropa gucu Osmanlinin Balkanlarda suverenliyini azaltmaqla xaosdan istifade etdi De yure Osmanli vassali olan lakin de fakto formal olaraq musteqil olan Bolqaristan oktyabrin 5 de musteqilliyini elan etdi Ertesi gun Avstriya Macaristan evveller de yure Osmanli erazisi olan lakin faktiki olaraq Avstriya Macaristan terefinden isgal edilmis Bosniya ve Herseqovinani resmen ilhaq etdi Genc Turk herekati zaman kecdikce populyarligini itirdi ve 1913 cu il Enver Pasa dovlet cevrilisinden sonra konstitusiya ehemiyyetini itirdi Medeni ve beynelxalq tesirHuseyn Hilmi Pasa hokumeti Genc turkler inqilabinin anilmasi Konstitusiyanin ikinci defe Osmanli imperiyasi ve Turkiye Cumhuriyyetinde Iyd i Milli Milli Bayram kimi taninan milli bayram kimi elan edilmesi haqqinda qanun verdi 1909 cu ilden baslayaraq her il iyulun 23 de qeyd olunmaga baslansa da 29 oktyabr 1923 cu ilde Turkiye Cumhuriyyetinin elan edilmesi ve Cumhuriyyet bayrami ile elaqedar olaraq bayramin ehemiyyeti azaldi Bezi icmalarda meselen yehudiler mes Islam Avropasi ve Simali Afrikadaki yehudiler ve Turkiyedeki yehudiler Genc Turkleri teqlid eden islahatci qruplar muhafizekar hakim elitani sixisdirib onlarin yerine yeni islahatci elitani qoydular Evveller qanunsuz sayilan Ermeni Inqilabi Federasiyasi Osmanli imperiyasinda ermeni icmasinin esas numayendesi oldu O 1908 ci ilden evvel tacirlerden senetkarlardan ve din xadimlerinden ibaret olan ermeni elitasini evez etdi Inqilab ve Genc turkler herekatinin fealiyyeti diger muselman olkelerine cox tesir etdi Istanbuldaki fars icmasi Iran Ittihat ve Tereqqi Komitesini tesis etdi Genc Buxara herekatinin liderleri Genc Turk Inqilabindan derin tesirlendiler ve onu ornek kimi gorduler Hindistan muselmanlari teskilata uzv qebul edilenlere Genc turklerin andini vermekle onlari teqlid edirdiler MedeniyyetdeTurkiyede ve xarici olkelerde Genc turkler inqilabini ozunde eks etdiren xeyli sayda kitab ve eserler yazilmisdir Inqilab barede bedii ve senedli filmlerin cekilmesi son 100 ilde diqqetde oub Skott Vesterfeldin 2010 cu il alternativ tarix romani Behemot da 1908 ci il Genc turkler inqilabi ugursuzluqla neticelenir ve I Dunya muharibesinin baslangicinda yeni bir inqilabi alovlandirir QalereyaGenc turkler inqilabinin bayragi Sutan Ehmed meydaninda mitinq Yunanlarin Monastirda konstitusiya lehine numayisi Osmanli turkcesi ve yunanca yeni konstitusiya ucun aciqca Osmanli turkcesi ve fransizca yeni konstitusiya ucun aciqca Osmanli turkcesi yunanca ve fransizca metnli litoqrafiya yeni konstitusiyani ve Osmanli tebeeleri arasinda ved edilmis beraberlik ve qardasligi qeyd edir IstinadlarAhmad Feroz The Young Turk Revolution en Journal of Contemporary History 3 3 July 1968 19 36 doi 10 1177 002200946800300302 JSTOR 259696 Asatovic Petrosyan Yuriy Sosyalist Acidan Jon Turk Hareketi The Encyclopaedia Britannica 15th Edition 1983 page 788 Volume 13 Kieser 2018 seh 53 54 E Ramsaur Ernest Jon Turkler ve 1908 Ihtilali Quataert Donald The 1908 Young Turk Revolution Old and New Approaches Middle East Studies Association Bulletin 13 1 July 1979 22 29 doi 10 1017 S002631840000691X JSTOR 41890046 Rusya Fransa ve Ingiltere devletleriyle hal i harb ilani hakkinda irade i seniyye Imperial Decree Concerning the Declaration of a State of War with the States of Russia France and the United Kingdom Nov 11 1914 29 Tesrin i Evvel 1330 Takvim i Vekayi Nov 12 1914 30 Tesrin i Evvel 1330 PDF en Library of Congress 2017 11 07 tarixinde PDF Istifade tarixi 2022 11 30 Suny Ronald Grigor Princeton University Press 2015 seh 155 ISBN 978 1 4008 6558 1 Ronald Grigor Suny Armenian Genocide 1914 1918 online International Encyclopedia of the First World War 26 May 2015 22 December 2014 tarixinde Istifade tarixi 30 November 2022 Zapotoczny Walter S PDF W zap online 25 July 2011 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 11 August 2011 EdebiyyatAliev G Z Turciya v period pravleniya mladoturok M Nauka 1972 388 s 4200 ekz Bedross Der Matossian Shattered Dreams of Revolution From Liberty to Violence in the Late Ottoman Empire Stanford University Press 2014 ISBN 978 0 8047 9263 9 Benbassa Esther Un grand rabbin sepharde en politique 1892 1923 A great sephardic Rabbi in politics 1892 1923 fransiz Paris 1990 27 28 Erickson Edward Ottomans and Armenians A Study in Counterinsurgency Palgrave Macmillan 2013 ISBN 978 1137362209 Levy Aksu Noemi Georgeon Francois The Young Turk Revolution and the Ottoman Empire The Aftermath of 1908 Bloomsbury Publishing 2017 Hanioglu M Sukru Preparation for a Revolution The Young Turks 1902 1908 Oxford University Press 2001 ISBN 0 19 513463 X Kieser Hans Lukas Talaat Pasha Father of Modern Turkey Architect of Genocide Princeton University Press 2018 tarixinde nesr olunub 26 June 2018 ISBN 978 0 691 15762 7 Rakovsky Christian The Turkish Revolution August 1908 Unal Hasan Ottoman policy during the Bulgarian independence crisis 1908 9 Ottoman Empire and Bulgaria at the outset of the Young Turk revolution Middle Eastern Studies 34 4 1998 135 176 doi 10 1080 00263209808701247 11693 51943 Zurcher Erik Jan Young Turk Governance in the Ottoman Empire during the First World War Middle Eastern Studies 55 6 2019 897 913 doi 10 1080 00263206 2019 1590820 Zurcher Erik Jan The Young Turk revolution comparisons and connections Middle Eastern Studies 55 4 2019 481 498 doi 10 1080 00263206 2019 1566124 Xarici kecidlerProclamation of the Young Turks 1908