Frigiya papağı və ya azadlıq papağı — Şərqi Avropa, Kiçik Asiya, o cümlədən, Frigiya, Dakiya və Balkanlarda yaşayan müxtəlif xalqların tarixi keçmişi ilə simvolizə olunan, ucu qabağa doğru əyilmiş konusşəkilli papaq. Müasir Avropada o, azadlıq və müstəqilliyə işarədir və tez-tez qədim Romada qulların sərbəst buraxılamasının rəmzi olan papaq-pilosla qarışıq salınır.
Qədim dövrdə monarxiya rejimlərində tac hakimiyyətdə olan sülaləni təmsil edirdisə, respublika qurulmuş dövlətlərdə gerb Frigiya papağı ilə təsvir olunurdu. Müxtəlif dövlətlərin milli simvollarında, o cümlədən də Fransanın Mariannasında bu papağı görmək olar.
Qədim dövrlərdə
İlkin ellin dövlətlərində
Frigiya papağı e.ə. 4-cü əsrə qədər frigiyalıların ana ilahəsi Kibelanın əri Attislə simvolizə olunub. Sonralar qədim yunan vazalarında və memarlıq abidələrində əfsanəvi hökmdar Midas və başqa frigiyalılar bu papaqla təsir olunmağa başladılar. Rəvayət görə Midas bu papaqdan Apollonun lənətinə görə ona verilən uzun qulaqlarını gizlətmək üçün istifadə edirdi.
Tezliklə Frigiya papağına qeyri-yunan xalqlarının mədəniyyətlərində də rast gəlinir. Troyalılar və Kiçik Asiyanın qərbində yaşayan digər xalqlar, həmçinin onların qəhrəmanları - Paris, Eney, Hanimed bu papaqla təsvir olunurlar. Qədim Frakiyanın ay və ov ilahəsi Bendis və əfsanəvi musiqiçi və şair Orfeyin Frigiya papağında olan rəsmləri meydana çıxır.
Adətən Frigiya papağı yun parçadan və yumşaq dəridən tikilsə də təxminən e.ə. V əsrə qədər Frakiya, Dakiya və digər ellin dövlətlərində oxşar formalı Frigiya dəbilqələri hazırlamağa başlayırlar.
Qədim Romada
Sonralar bu konsepsiya Romaya ötürülür və imperator Trayanın daklar üzərində qələbəsinə həsr olunmuş Trayan sütununda əsir alınmış döyüşçülər Frigiya papağında təsvir olunurlar. II əsrə aid Roma imperiyasının Parfiya üzərində uğuruna həsr olunan Septimius Severus zəfər tağında parfiyalılar Frigiya papağındadırlar.
Frigiya papağı Mitraizm dini ilə əlaqədar müxtəlif fiqurların üzərində də müşahidə olunur.
Azadlıq simvolu kimi
Frigiyadan azadlıq papağına
Roma Respublikasının son dövrlərində pilos adlı papaq azadlığın rəmzi kimi çıxış edir, köləlikdən sərbəst buraxılan qullara simvolik olaraq təqdim olunurdu. Bununla onlar təkcə şəxsi azadlıq yox, həm də tam hüquqlu vətəndaş kimi səsvermə hüququ əldə edirdilər (yalnız kişilər). E.ə. 44-cü ildə Yuli Sezarın sui-qəsdindən sonra Brut və müttəfiqləri pilosu Sezar diktaturasının sonu və Romanın respublika quruluşuna qayıtmasının simvolu elan etdilər.
Pilosun azadlıq və respublikaçılığın rəmzi olması ilə bağlı Roma yanaşmaları 18-ci əsrə qədər davam edir və pilos Frigiya papağı ilə birləşərək sonuncu bu dəyərlərin simvoluna çevrilir.
Fransada bonnet rouge
İnqilabi Fransada
1675-ci ildə dözülməz vergilər və zadəğan ağalığı əleyhinə Bretan ərazisində başlanan Stampt-Paper qiyamı tezliklə Fransanın şimal-qərbinə yayılır. Üsyançılar mavi və ya qırmızı papaq qoyduqlarından bonnets rouges (qırmızıpapaq) adlanmağa başlayırlar. Tezliklə bu papaqlar feodallara qarşı mübarizənin simvoluna çevrilir.
Frigiya papağının inqilabi Fransanın simvolu olması ilə bağlı ilk nümunələr 1790-cı ilə aiddir. Belə ki, Truvada keçirilən festivalda xalqı təmsil edən heykəldə, Lionda isə azadlıq ilahəsi Libetasda bu papağa rast gəlinir. Bu günə qədər Fransanın milli simvolu Marianna Frigiya papağında təsvir olunur.
Bonnets rouges qoymaqla sanskulotlar öz inqilabi əhval-ruhiyələrini göstərirdilər. Eyni zamanda Parisin işçi sinfi onlarla həmrəy olduqlarını nümayiş etdirirdi.
1792-ci ilin sentyabrın 22-də Milli Konventin möhüründə nizəyə keçirilmiş Frigiya papağının təsvir olunması təklif edilir. Bu papaq yalnız azadlığın və vətəndaşlığın rəmzi olduğundan Konventin dekreti ilə məhkumlara qırmızı papaqdan istifadə qadağan olunur. 1792-ci ilin mart ayında Volterin Brut əsəri Comédie-Française-da tamaşaya qoyulduqdan sonra onun büstü Frigiya papağı ilə bəzədilir.
Bu papaq adətən Tricoteuse adlanan fransız toxucu qadınları tərəfindən hazırlanırdı və onlar gilyotinin yanında oturaraq edamlara baxa-baxa Frigiya papağını toxuyurdular. 1794-cü ildə dağıdılmasının qarşısını almaq məqsədilə Strasburq Katedralının zirvəsində də Frigiya papağı dalğalanırdı.
Restavrasiya dövründə
1814-cü ildə Napoleon Bonapartın devrilməsi və Burbonlar sülələsinin restavrasiyasından sonra bonnets rouges, Marselyeza və Bastiliya gününün qeyd edilməsi qadağan olunur. Bu simvollardan qısa müddət ərzində-1815-ci ilin martından iyuluna qədər Napoleonun 100 günlük hakimiyyəti dövründə yenidən istifadə olunur, amma bu yalnız 1815-ci il iyulun 8-də XVIII Lüdovikin hakimiyyətinə qədər davam edir.
1830-cu il İyul İnqilabından sonra taxt-tacı ələ keçirən I Lui Filippin dövründə inqilabi simvollar- himn, bayram və bonnets rouges müqəddəs elan edilir və dövlət tərəfindən qorunur.
Müasir Fransada
2013-cü ilin oktyabrında Fransada vergi əleyhinə Bonnets Rouges hərəkatı başlayır. Genişmiqyaslı mübarizə və nümayişçilərin qətiyyətli müqaviməti Fransa hökümətini vergiləri azaltmağa məcbur etməyi bacarır.
ABŞ-də
18-ci əsrdə Frigiya papağı İngiltərənin siyasi dairələrində azadlığın simvolu kimi qəbul edilirdi. sonra respublikaçı, anti-monarxiya, azadlıq fikirlərini özündə birləşdirən ilahə Kolumbiya Frigiya papağında təsvir edilir. Müasir dövrdə bu papağa Qərbi Virciniya, Nyu-Cersi, Nyu-York ştatlarının bayrağında, Şimali Karolina və ABŞ Senatının möhürlərində rast gəlmək mümkünür.
Latın Amerikasında
Müstəmləkə əleyhinə azadlıq hərəkatına başlayan xeyli Latın Amerikası dövlətləri Fransa və ABŞ inqilablarından təsirlənmişdilər. Buna görə də Frigiya papağı bir neçə Cənubi Amerika dövlətinin gerbində var. Bu papağı 19-cu əsrin sonlarından 20-ci əsrin ortalarına qədər Meksika sikkələrinin üstündə görmək olardı. Hal-Hazırda Argentina, Boliviya, Kolumbiya, Kuba, Salvador, Haiti, Nikaraqua və Paraqvayın dövlət gerblərində Frigiya papağı təsvir olunub.
Maraqlı faktlar
Bugattinin ilk loqosu Frigiya papağı qoymuş adamdan ibarət idi və bu təsvirdən 1927-ci ilə qədər istifadə edilib.
Robert Haynlaynın “Ay sərt sahibədir” adlı romanında qəhrəmanlar azadlıq papağındadırlar.
“Şirinlər” cizgi filmində şirinlər ağ Frigiya papağından istifadə edirlər. Yalnız Şirin Atanın papağı qırmızı rəngdədir.
İstinadlar
- Lynn E. Roller, "The Legend of Midas", Classical Antiquity, 2.2 (October 1983:299–313) p. 305.
- Korshak, Yvonne, "The Liberty Cap as a Revolutionary Symbol in America and France", Smithsonian Studies in American Art, 1 (2), 1987: 52–69, doi:10.1086/424051.
- Albert Mathiez, Les Origines des cultures révolutionnaires, 1789–1792 (Paris 1904:34).
- , Richard Wrigley, "Transformations of a revolutionary emblem: The Liberty Cap in the French Revolution, French History 11(2) 1997:131–169.
- Philip G. Nord. The Republican Moment: Struggles for Democracy in Nineteenth-Century France. President & Fellows of Harvard College. 1995.
- Senate of North Carolina // College of Arms Newsletter, No. 8 (March 2006), London: , 8 September 2022 tarixində , İstifadə tarixi: 13 January 2008
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Frigiya papagi ve ya azadliq papagi Serqi Avropa Kicik Asiya o cumleden Frigiya Dakiya ve Balkanlarda yasayan muxtelif xalqlarin tarixi kecmisi ile simvolize olunan ucu qabaga dogru eyilmis konussekilli papaq Muasir Avropada o azadliq ve musteqilliye isaredir ve tez tez qedim Romada qullarin serbest buraxilamasinin remzi olan papaq pilosla qarisiq salinir Attis Frigiya papaginda Qedim dovrde monarxiya rejimlerinde tac hakimiyyetde olan sulaleni temsil edirdise respublika qurulmus dovletlerde gerb Frigiya papagi ile tesvir olunurdu Muxtelif dovletlerin milli simvollarinda o cumleden de Fransanin Mariannasinda bu papagi gormek olar Qedim dovrlerdeIlkin ellin dovletlerinde Frigiya papagi e e 4 cu esre qeder frigiyalilarin ana ilahesi Kibelanin eri Attisle simvolize olunub Sonralar qedim yunan vazalarinda ve memarliq abidelerinde efsanevi hokmdar Midas ve basqa frigiyalilar bu papaqla tesir olunmaga basladilar Revayet gore Midas bu papaqdan Apollonun lenetine gore ona verilen uzun qulaqlarini gizletmek ucun istifade edirdi Tezlikle Frigiya papagina qeyri yunan xalqlarinin medeniyyetlerinde de rast gelinir Troyalilar ve Kicik Asiyanin qerbinde yasayan diger xalqlar hemcinin onlarin qehremanlari Paris Eney Hanimed bu papaqla tesvir olunurlar Qedim Frakiyanin ay ve ov ilahesi Bendis ve efsanevi musiqici ve sair Orfeyin Frigiya papaginda olan resmleri meydana cixir Adeten Frigiya papagi yun parcadan ve yumsaq deriden tikilse de texminen e e V esre qeder Frakiya Dakiya ve diger ellin dovletlerinde oxsar formali Frigiya debilqeleri hazirlamaga baslayirlar Qedim Frakiyanin ay ve ov ilahesi Bendis Frigiya papagindaTroyali Paris Frigiya papagindaQedim Romada Sonralar bu konsepsiya Romaya oturulur ve imperator Trayanin daklar uzerinde qelebesine hesr olunmus Trayan sutununda esir alinmis doyusculer Frigiya papaginda tesvir olunurlar II esre aid Roma imperiyasinin Parfiya uzerinde uguruna hesr olunan Septimius Severus zefer taginda parfiyalilar Frigiya papagindadirlar Frigiya papagi Mitraizm dini ile elaqedar muxtelif fiqurlarin uzerinde de musahide olunur Azadliq simvolu kimiFrigiyadan azadliq papagina Roma Respublikasinin son dovrlerinde pilos adli papaq azadligin remzi kimi cixis edir kolelikden serbest buraxilan qullara simvolik olaraq teqdim olunurdu Bununla onlar tekce sexsi azadliq yox hem de tam huquqlu vetendas kimi sesverme huququ elde edirdiler yalniz kisiler E e 44 cu ilde Yuli Sezarin sui qesdinden sonra Brut ve muttefiqleri pilosu Sezar diktaturasinin sonu ve Romanin respublika qurulusuna qayitmasinin simvolu elan etdiler Pilosun azadliq ve respublikaciligin remzi olmasi ile bagli Roma yanasmalari 18 ci esre qeder davam edir ve pilos Frigiya papagi ile birleserek sonuncu bu deyerlerin simvoluna cevrilir Fransada bonnet rouge Inqilabi Fransada 1675 ci ilde dozulmez vergiler ve zadegan agaligi eleyhine Bretan erazisinde baslanan Stampt Paper qiyami tezlikle Fransanin simal qerbine yayilir Usyancilar mavi ve ya qirmizi papaq qoyduqlarindan bonnets rouges qirmizipapaq adlanmaga baslayirlar Tezlikle bu papaqlar feodallara qarsi mubarizenin simvoluna cevrilir Bonnet rouge ve ucrengli geyinmis fransiz inqilabcilari Frigiya papaginin inqilabi Fransanin simvolu olmasi ile bagli ilk numuneler 1790 ci ile aiddir Bele ki Truvada kecirilen festivalda xalqi temsil eden heykelde Lionda ise azadliq ilahesi Libetasda bu papaga rast gelinir Bu gune qeder Fransanin milli simvolu Marianna Frigiya papaginda tesvir olunur Bonnets rouges qoymaqla sanskulotlar oz inqilabi ehval ruhiyelerini gosterirdiler Eyni zamanda Parisin isci sinfi onlarla hemrey olduqlarini numayis etdirirdi 1792 ci ilin sentyabrin 22 de Milli Konventin mohurunde nizeye kecirilmis Frigiya papaginin tesvir olunmasi teklif edilir Bu papaq yalniz azadligin ve vetendasligin remzi oldugundan Konventin dekreti ile mehkumlara qirmizi papaqdan istifade qadagan olunur 1792 ci ilin mart ayinda Volterin Brut eseri Comedie Francaise da tamasaya qoyulduqdan sonra onun bustu Frigiya papagi ile bezedilir Bu papaq adeten Tricoteuse adlanan fransiz toxucu qadinlari terefinden hazirlanirdi ve onlar gilyotinin yaninda oturaraq edamlara baxa baxa Frigiya papagini toxuyurdular 1794 cu ilde dagidilmasinin qarsisini almaq meqsedile Strasburq Katedralinin zirvesinde de Frigiya papagi dalgalanirdi Restavrasiya dovrunde 1814 cu ilde Napoleon Bonapartin devrilmesi ve Burbonlar sulelesinin restavrasiyasindan sonra bonnets rouges Marselyeza ve Bastiliya gununun qeyd edilmesi qadagan olunur Bu simvollardan qisa muddet erzinde 1815 ci ilin martindan iyuluna qeder Napoleonun 100 gunluk hakimiyyeti dovrunde yeniden istifade olunur amma bu yalniz 1815 ci il iyulun 8 de XVIII Ludovikin hakimiyyetine qeder davam edir 1830 cu il Iyul Inqilabindan sonra taxt taci ele keciren I Lui Filippin dovrunde inqilabi simvollar himn bayram ve bonnets rouges muqeddes elan edilir ve dovlet terefinden qorunur Eynicinslilerin nikahi eleyhine numayisde istirak eden bonnet rouge qoymus Mariannalar Paris 13 yanvar 2013 cu ilMuasir Fransada 2013 cu ilin oktyabrinda Fransada vergi eleyhine Bonnets Rouges herekati baslayir Genismiqyasli mubarize ve numayiscilerin qetiyyetli muqavimeti Fransa hokumetini vergileri azaltmaga mecbur etmeyi bacarir ABS de 18 ci esrde Frigiya papagi Ingilterenin siyasi dairelerinde azadligin simvolu kimi qebul edilirdi sonra respublikaci anti monarxiya azadliq fikirlerini ozunde birlesdiren ilahe Kolumbiya Frigiya papaginda tesvir edilir Muasir dovrde bu papaga Qerbi Virciniya Nyu Cersi Nyu York statlarinin bayraginda Simali Karolina ve ABS Senatinin mohurlerinde rast gelmek mumkunur ABS Senatinin mohurunde Frigiya papagiLatin Amerikasinda Mustemleke eleyhine azadliq herekatina baslayan xeyli Latin Amerikasi dovletleri Fransa ve ABS inqilablarindan tesirlenmisdiler Buna gore de Frigiya papagi bir nece Cenubi Amerika dovletinin gerbinde var Bu papagi 19 cu esrin sonlarindan 20 ci esrin ortalarina qeder Meksika sikkelerinin ustunde gormek olardi Hal Hazirda Argentina Boliviya Kolumbiya Kuba Salvador Haiti Nikaraqua ve Paraqvayin dovlet gerblerinde Frigiya papagi tesvir olunub Maraqli faktlarBugattinin ilk loqosu Frigiya papagi qoymus adamdan ibaret idi ve bu tesvirden 1927 ci ile qeder istifade edilib Robert Haynlaynin Ay sert sahibedir adli romaninda qehremanlar azadliq papagindadirlar Sirinler cizgi filminde sirinler ag Frigiya papagindan istifade edirler Yalniz Sirin Atanin papagi qirmizi rengdedir IstinadlarLynn E Roller The Legend of Midas Classical Antiquity 2 2 October 1983 299 313 p 305 Korshak Yvonne The Liberty Cap as a Revolutionary Symbol in America and France Smithsonian Studies in American Art 1 2 1987 52 69 doi 10 1086 424051 Albert Mathiez Les Origines des cultures revolutionnaires 1789 1792 Paris 1904 34 Richard Wrigley Transformations of a revolutionary emblem The Liberty Cap in the French Revolution French History 11 2 1997 131 169 Philip G Nord The Republican Moment Struggles for Democracy in Nineteenth Century France President amp Fellows of Harvard College 1995 Senate of North Carolina College of Arms Newsletter No 8 March 2006 London 8 September 2022 tarixinde Istifade tarixi 13 January 2008