Dövlət idarəetmə formaları — yüksək dövlət hakimiyyəti orqanlarının təşkili sistemini, onların formalaşma qaydasını, fəaliyyət şərtlərini və səlahiyyətlərini, habelə bu orqanların bir-biri ilə və əhali ilə qarşılıqlı əlaqəsi qaydasını və əhalinin onların formalaşmasında iştirak dərəcəsini müəyyən edən dövlət formasının bir elementi.
Dövlət idarəetmə formaları |
---|
Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi.
İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür.
Monarxiya
Monarxiyada ali hakimiyyət tam şəkildə və ya qismən təkhakimiyyətli dövlət başçısının (kral, çar, şah və s.) əlində birləşir. Bu ali hakimiyyət adətən irsi olur. Monarxiya, bir qayda olaraq orta əsrlərin son dövrləri üçün xarakterik olan mütləq monarxiyaya (belə dövlətdə monolit hakimiyyət heç nə ilə məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə dövlət başçısı (monarx) ilə bərabər başqa bir ali orqan məsələn, parlament olur) bölünür. Məhdud monarxiyanın müasir forması parlamentli monarxiyadır. Burada monarxın rolu ancaq formal xarakter daşıyır, dövlətin idarə olunmasında aparıcı rol parlament tərəfindən formalaşan hökumətə məxsusdur. Parlamentli monarxiyaya tipik misal olaraq müasir Böyük Britaniyanı göstərmək olar.
Respublika
Respublikada hakimiyyətin bütün ali orqanları müəyyən müddət üçün seçilir və ya təşkil olunur. Respublikalar parlamentli, prezidentli və ya qarışıq ola bilər.
Parlamentli respublika
Parlamentli respublikada dövlət başçısı - prezident seçkili vəzifəli şəxsdir. Hökumətin təşkilində də ölkənin idarə edilməsi kimi onun rolu nominal xarakter daşıyır. Baş nazirin başçılıq etdiyi hökumət parlament tərəfindən formalaşdırılır və onun qarşısında siyasi məsuliyyət daşıyır (məsələn, parlament hökumətə etimadsızlıq göstərə bilər ki, bu da hökumətin istefasına gətirib çıxarır). Bununla bərabər parlamentli respublikada dövlət başçısı parlamenti vaxtından əvvəl buraxa bilər. Lakin bu bir qayda olaraq prezidentin şəxsi təşəbbüsü ilə deyil, hökumətin tələbi ilə baş verir. Belə ki, İtaliya prezidenti (parlamentli respublika) ölkənin Konstitusiyasına müvafiq olaraq iki müxtəlif pilləli parlamentlərin sədrlərini dinləyərək hər iki, yaxud bir palatanı buraxa bilər. Bu hal onların mövqelərində qarşısıalınmaz ziddiyyətlərin mövcud olduğu halda mümkündür. Hal-hazırda parlamentli respublika, artıq adı çəkilən İtaliyadan başqa, Türkiyə, Almaniya, Avstriya və s. bu kimi ölkələr hesab olunur.
Prezidentli respublika
Prezidentli respublika ilk növbədə onunla səciyyələnir ki, prezident dövlət başçısı və hökumət başçısı səlahiyyətlərini daşıyan ali vəzifəli şəxsdir. Dövlət başçısı xalq tərəfindən birbaşa seçilir və odur ki, onun mandatının hüquqi qüvvəsi parlamentin mandatının hüquqi qüvvəsinə bərabər olur. Belə respublikada hökumət prezidentin özü tərəfindən təşkil olunur və parlament qarşısında siyasi məsuliyyət daşımır. Hökumət prezident qarşısında məsuliyyət daşıyır və ona hesabat verir, yalnız prezident qarşısında istefa verir. Xalq tərəfindən seçilən prezidentin, bununla bərabər parlamenti buraxmaq hüququ yoxdur. Prezidentli respublika kimi, məsələn, Amerika Birləşmiş Ştatlarını, Azərbaycan Respublikasını göstərmək olar.
Qarışıq respublika
Bəzi ölkələrdə qarışıq xarakter daşıyan respublika idarə forması mövcuddur, yəni prezidentli respublikanın əlamətləri ilə yanaşı (dövlət başçısı əhali tərəfindən seçilir, icra hakimiyyətinin başçısıdır, hökuməti təşkil edir və s.) parlamentli respublikanın (hökumət parlament qarşısında cavabdehlik daşıyır, prezident tərəfindən parlamentin vaxtından əvvəl buraxılması mümkündür və s.) əlamətlərinin mövcud olduğu ölkələrdir. Qarışıq idarəetmə forması olan ölkələrə Fransanı, Rusiya Federasiyasını aid etmək olar.
Super prezidentli respublika
Bir sıra Latın Amerikası ölkələri, Tropik Afrika dövlətləri üçün idarəetmənin başqa forması - super prezidentli respublika xarakterikdir. Onun əsas əlaməti həddən artıq böyüdülmüş və mahiyyət etibarilə nəzarət edilməyən prezident hakimiyyətidir (prezident əhali tərəfindən seçilir, parlamenti buraxmaq, referendum keçirmək və s. hüququ var).
İstinadlar
- Bu xəritə de-fakto olmayan, de-yure formalarını göstərir.
- Konstitusiya baxımından çoxpartiyalı, demokratik formalaşma prosesi olan bəzi dövlətlər, avtoritar, icra hakimiyyətinin və ya bir partiyanın üstünlüyü ilə qiymətləndirilə bilər.
- Чиркин В. Е. Государствоведение: Учебник / В. Е. Чиркин. — М. : Юристъ, 1999. — С. 138.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dovlet idareetme formalari yuksek dovlet hakimiyyeti orqanlarinin teskili sistemini onlarin formalasma qaydasini fealiyyet sertlerini ve selahiyyetlerini habele bu orqanlarin bir biri ile ve ehali ile qarsiliqli elaqesi qaydasini ve ehalinin onlarin formalasmasinda istirak derecesini mueyyen eden dovlet formasinin bir elementi Idareetme formasina gore dunya olkeleri Prezident respublikasi Yari prezident respublikasi Parlamentli respublika icra hakimiyyetinin prezident ve ya terefinden parlament terefinden secilir Parlamentli respublika Dualist monarxiya Mutleq monarxiya Birpartiyali sistem Herbi diktaturaDovlet idareetme formalariAristokratiyaDemokratiyaTeqlidci demokratiya Liberal demokratiya Numayendeli demokratiya Burjua demokratiyasi Despotizm Cemahiriyye DiarxiyaDiktaturaHerbi diktatura Fasist diktaturasi Kleptokratiya Korporatokratiya MeritokratiyaMonarxiyaMutleq monarxiya Uzurpasiya Konstitusiyali monarxiya Netokratiya Birpartiyali sistem Oliqarxiya Oxlokratiya PlutokratiyaRespublikaParlament respublikasi Prezident respublikasi Teokratiya Texnokratiya Tiraniyaredakte Dovletin formasi onun xarici elametlerinin mecmusu kimi bu dovletde hakimiyyetin teskilinin neceliyini hakimiyyetin nece hansi orqan ve metodlarla heyata kecirildiyini gosterir Dovletin formasi onun ibaret oldugu uc elementle xarakterize olunur idareetme formasi dovlet qurulusu formasi ve siyasi rejim yaxud dovlet rejimi Idareetme formasi dedikde dovletin dovlet bascisinin huquqi statusu ve ya ali dovlet hakimiyyeti orqanlari arasinda hakimiyyet selahiyyetlerinin bolgusu ile xarakterize olunan teskili formasi basa dusulur Bu baximdan butun dovletler monarxiya ve respublikaya bolunur MonarxiyaEsas meqale Monarxiya Monarxiyada ali hakimiyyet tam sekilde ve ya qismen tekhakimiyyetli dovlet bascisinin kral car sah ve s elinde birlesir Bu ali hakimiyyet adeten irsi olur Monarxiya bir qayda olaraq orta esrlerin son dovrleri ucun xarakterik olan mutleq monarxiyaya bele dovletde monolit hakimiyyet hec ne ile mehdudlasmir ve mehdud monarxiyaya burada ise dovlet bascisi monarx ile beraber basqa bir ali orqan meselen parlament olur bolunur Mehdud monarxiyanin muasir formasi parlamentli monarxiyadir Burada monarxin rolu ancaq formal xarakter dasiyir dovletin idare olunmasinda aparici rol parlament terefinden formalasan hokumete mexsusdur Parlamentli monarxiyaya tipik misal olaraq muasir Boyuk Britaniyani gostermek olar RespublikaEsas meqale Respublika Respublikada hakimiyyetin butun ali orqanlari mueyyen muddet ucun secilir ve ya teskil olunur Respublikalar parlamentli prezidentli ve ya qarisiq ola biler Parlamentli respublika Parlamentli respublikada dovlet bascisi prezident seckili vezifeli sexsdir Hokumetin teskilinde de olkenin idare edilmesi kimi onun rolu nominal xarakter dasiyir Bas nazirin basciliq etdiyi hokumet parlament terefinden formalasdirilir ve onun qarsisinda siyasi mesuliyyet dasiyir meselen parlament hokumete etimadsizliq gostere biler ki bu da hokumetin istefasina getirib cixarir Bununla beraber parlamentli respublikada dovlet bascisi parlamenti vaxtindan evvel buraxa biler Lakin bu bir qayda olaraq prezidentin sexsi tesebbusu ile deyil hokumetin telebi ile bas verir Bele ki Italiya prezidenti parlamentli respublika olkenin Konstitusiyasina muvafiq olaraq iki muxtelif pilleli parlamentlerin sedrlerini dinleyerek her iki yaxud bir palatani buraxa biler Bu hal onlarin movqelerinde qarsisialinmaz ziddiyyetlerin movcud oldugu halda mumkundur Hal hazirda parlamentli respublika artiq adi cekilen Italiyadan basqa Turkiye Almaniya Avstriya ve s bu kimi olkeler hesab olunur Prezidentli respublika Prezidentli respublika ilk novbede onunla seciyyelenir ki prezident dovlet bascisi ve hokumet bascisi selahiyyetlerini dasiyan ali vezifeli sexsdir Dovlet bascisi xalq terefinden birbasa secilir ve odur ki onun mandatinin huquqi quvvesi parlamentin mandatinin huquqi quvvesine beraber olur Bele respublikada hokumet prezidentin ozu terefinden teskil olunur ve parlament qarsisinda siyasi mesuliyyet dasimir Hokumet prezident qarsisinda mesuliyyet dasiyir ve ona hesabat verir yalniz prezident qarsisinda istefa verir Xalq terefinden secilen prezidentin bununla beraber parlamenti buraxmaq huququ yoxdur Prezidentli respublika kimi meselen Amerika Birlesmis Statlarini Azerbaycan Respublikasini gostermek olar Qarisiq respublika Bezi olkelerde qarisiq xarakter dasiyan respublika idare formasi movcuddur yeni prezidentli respublikanin elametleri ile yanasi dovlet bascisi ehali terefinden secilir icra hakimiyyetinin bascisidir hokumeti teskil edir ve s parlamentli respublikanin hokumet parlament qarsisinda cavabdehlik dasiyir prezident terefinden parlamentin vaxtindan evvel buraxilmasi mumkundur ve s elametlerinin movcud oldugu olkelerdir Qarisiq idareetme formasi olan olkelere Fransani Rusiya Federasiyasini aid etmek olar Super prezidentli respublika Bir sira Latin Amerikasi olkeleri Tropik Afrika dovletleri ucun idareetmenin basqa formasi super prezidentli respublika xarakterikdir Onun esas elameti hedden artiq boyudulmus ve mahiyyet etibarile nezaret edilmeyen prezident hakimiyyetidir prezident ehali terefinden secilir parlamenti buraxmaq referendum kecirmek ve s huququ var IstinadlarBu xerite de fakto olmayan de yure formalarini gosterir Konstitusiya baximindan coxpartiyali demokratik formalasma prosesi olan bezi dovletler avtoritar icra hakimiyyetinin ve ya bir partiyanin ustunluyu ile qiymetlendirile biler Chirkin V E Gosudarstvovedenie Uchebnik V E Chirkin M Yurist 1999 S 138 Hemcinin baxDovlet qurulusu formalari Siyasi rejim