Cəlil Hacı Məmməd oğlu Məmmədzadə (Məhəmmədzadə, Sadıqov; 2 (14) dekabr 1888, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 8 iyun 1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan dövlət xadimi, Azərbaycanın Ukraynada komissarı (1918–1919), Azərbaycan SSR xalq ictimai təminat komissarının katibi (1920–1921), Azərbaycan SSR xalq maarif komissarının müavini (1923–1928), "Maarif və mədəniyyət" jurnalının redaktoru (1924–1926), "Azərnəşr"in direktoru, Azərbaycan Dövlət Universiteti (keçmiş Ali Kişi Pedaqoji İnstitutu) pedaqoji fakültəsinın dekanı (1926–1928), AK(b)P Gəncə dairə komitəsinin təşkilat şöbə müdiri (1929–1932), Azərbaycan Mərkəzi Nəzarət Komissiyası və Fəhlə-Kəndli Müfəttişliyi sovet qurulucuğu şöbəsinin rəhbəri (1932–1934).
Cəlil Məmmədzadə | |
---|---|
1926 – 1928 | |
Əvvəlki | Şərif Manafov |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 (14) dekabr 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 8 iyun 1934 (45 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat, bürokrat |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Cəlil Məmməd oğlu Sadıqov (Məmmədzadə) 14 dekabr (köhnə təqvimlə 2 dekabr) 1888-ci ildə Şuşada tacir ailəsində anadan olub. Əslində onun ilk soyadı Sadıqov olub,sovet dövründə keçmişini gizlətməyə çalışaraq soyadını Məmmədzadə edib. 7 yaşında məhəllə məktəbinə gedən C.Məmmədzadə iki il müddətində burada oxuyub-yazmağı və hesabı öyrənib, sonra təhsilini Şuşa real məktəbində davam etdirib. Sonralar tərcümeyi-halında yazırdı:
Real məktəbin 5-ci sinfində oxuyana qədər çox az dini bilgim, bir az da təsərrüfatla bağlı bacarığım var idi. 5-ci sinifdə oxuyanda özünütəhsillə məşğul olmağa başladım. Məqsədim Gəncə gimnaziyasında oxumaq idi. İki il Gəncə gimnaziyasında oxuduqdan sonra Kiyev gimnaziyasına köçürüldüm. Həmin illərdə ailəmizin maddi vəziyyəti kəskin şəkildə pisləşmişdi. Gimnaziyada oxuduğum üç il müddətində onlar mənə maddi kömək edə bilmədilər. Müstəqil yaşamağa və işləməyə başladım. |
Kiyevdə
1 oktyabr 1906-cı ildə Kiyevdə Vyaçeslav Pyotrun özəl gimnazıyasına daxil olaraq 30 iyun 1909-cu ildə orada 8 siniflik tam orta təhsilini başa vurub. Məktəbi qurtardıqdan sonra Kiyevdəki Müqəddəs Vladimir Universitetinin tibb fakültəsində 1909-cu ildən 1 may 1910-cu ilədək oxuyub. 1910-cu ilin yayında Kiyev Politexnik İnstitutunun kimya fakültəsinə dəyişib, 1914-cü ilədək bu fakültədə müntəzəm oxuyub, ancaq həmin il təhsilhaqqını ödəmədiyinə görə ali məktəbdən uzaqlaşdırılıb. 1917-ci ildə ali təhsilini başa vurub. Kiyevdə yaşayarkən o ictimai-siyasi fəallığı ilə seçilib. "Kiyev şəhəri müsəlman tələbələr təşkilatı"nın fəal üzvlərindən biri olub. Həmin təşkilatda onunla birgə Möhsün İsrafilbəyov (Qədirli), Hüseyn bəy Axundov, Mustafa Quliyev də səmərəli fəaliyyət göstərib.
1917-ci il Fevral inqilabından sonra Kiyevdə qalıb. 10 oktyabr 1918-ci ildə Ukraynada yaşayan azərbaycanlılar özünün idarə qurumu "Azərbaycanın Ukraynada Komissarlığı"nı təsis edirlər. Bu qurum "Ukraynada yaşayan azərbaycanlıların hüquq və maraqlarını qorumaq" məqsədi daşıyırdı. Təsis yığıncağında Cəlil Sadıqov (Məmmədzadə) komissar, Yusif Salehov onun köməkçisu, Mircəlal Mirtağıyev və Cahangir Həmzəyev isə katib seçiliblər. 1918-ci ilin yayından sonra Azərbaycan Cümhuriyyəti ilə Ukrayna Dövləti arasında rəsmi münasibətlər qurulana və Azərbaycan səfiri təyin edilənə qədər komissar Cəlil Sadıqov (Məmmədzadə) Azərbaycan hökümətinin bu ölkədəki rəsmi nümayəndəsinin vəzifələrini yerinə yetirib. Ona Azərbaycan höküməti də səlahiyyət verib və bu səlahiyyəti Ukrayna höküməti tanıyıb. C.Sadıqov (Məmmədzadə) 1 noyabr 1918-ci ildə Cümhuriyyətin Ukraynaya Yusif bəy Vəzirovu səfir təyin etməsindən sonra da rəsmi nümayəndə vəzifəsini davam etdirib. 1920-ci ilin yazınadək o, Kiyevdə yaşayaraq İran konsulluğunun katibi işləyib.
Azərbaycan SSR-ində
1920-ci ildə Moskvada tələbə yoldaşı Möhsün İsrafilbəyovla (Qədirli) görüşü onun bolşevizmə meyil etməsinə səbəb olur. Həmin vaxt Möhsün Qədirli Azərbaycan Xalq Hərbi Dəniz İşləri Kommisarlığı siyasi idarəsinin rəisi vəzifəsində işləyirdi. O, 1920-ci ildə Bakıya gələrək yeni hakimiyyətlə əməkdaşlıq edir. Azərbaycan SSR Siyasi İdarənin nəzdindəki mədəniyyət şöbəsinin müdiri vəzifəsində (iyun 1920 – dekabr 1920) çalışır. Eyni zamanda partiya kurslarının mühazirəçisi kimi 120 nəfərin siyasi hazırlıq keçməsində mühüm rol oynayır. Rus və ukrayn dillərini mükəmməl bilən C.Məmmədzadə partiya siyasi kurslarında inqilab hərəkatının tarixindən, siyasi iqtisadın əsaslarından mühazirələr oxuyur. İctimai-siyasi fəallığı ilə seçilən C.Məmmədzadə 17 iyul 1920-ci ildə bolşevik partiyası sıralarına qəbul edilir. 5 dekabr 1920-ci ildən 5 noyabr 1921-ci ilə kimi xalq ictimai təminat komissarının şəxsi katibi olub.
1921-ci ilin fevralında Rusiya ilə ictimai təminatla bağlı əlaqələri genişləndirmək məqsədilə Moskvaya, oradan isə ailəsini Bakıya gətirmək üçün Kiyevə ezam olunur. Anasının Kiyevdə xəstələnməsi ilə əlaqədar olaraq üç ay orada qalmalı olur. Elə bu zaman Ukrayna K(b)P Kiyev vilayət komitəsində "Şərq bölməsi"ni və "Şərq zəhmətkeşləri klubu"nu yaradıb. 1923-cü ildə Azərbaycan K(b)P MK-nın Bakı şöbəsi katibini müavini təyin edilir. Bir müddət Azərbaycan SSR Xalq Komissarları Sovetində işlər idarəsində çalışır.
1924–1926-сı illərdə o, həm də ölkədə maarif və mədəniyyətin yayılmasında, mədəni inqilabın həyata keçirilməsində, savadsızlığın ləğvində mühüm rol oynayan "Maarif və mədəniyyət" (indiki "Azərbaycan") jurnalının məsul katibi (redaktoru) olmuşdur. O, redaktor olduğu illərdə professor Pyotr Fridolin, Əhməd Pepinov redaksiya heyətinin üzvü, Hacınski isə katib olmuşdur. Jurnalın 1924-cü il (12 №-si), 1925 -ci il (8 №-si), 1926-cı il (12 №-si) onun redaktorluğu ilə nəşr edilmişdir. Maraqlıdır ki, həmin dövrdə C.Məmmədzadə həm də "Azərnəşr"in direktoru, teatr idarəsinin sədri olub.
16 iyul 1926-cı ildə Azərbaycan SSR Xalq Komissarları Soveti "Ali Pedaqoji İnstitutun yenidən təşkili" ilə bağlı qərar qəbul etdi. 1926–1927-ci tədris ilinin sonu, 1927–1928-ci tədris ilinin əvvəlində Ali Pedaqoji Kişi İnstitutu, Ali Pedaqoji Qadın İnstitutu Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsi ilə birləşdirildi. Birləşmiş fakültənin ilk dekanı Cəlil Məmmədzadə oldu.
Türkoloji qurultayda
O, ərəb qrafikasının latın qrafikasına dəyişdirilməsinin qatı tərəfdarlarından idi. Hələ 1922-ci ildə başqa müəlliflərlə birgə "Yeni türk əlifbası" dərsliyini hazırlamışdı. 1925-ci il may ayının 25-də Bakıda çağırılan Azərbaycan SSR-in Birinci müəllimlər qurultayının 3-cü isclasında xalq maarif komissarının müavini Cəlil Məmmədzadə məruzə ilə çıxış edərək məktəblərdə artıq yeni latın əlifbasına keçməyin vaxtı çatdığını irəli sürüb və qurultayın bütün nümayəndələrini yeni əlifbanı həyata keçirmək üçün köməyə çağırıb.
C.Məmmədzadə Birinci Ümumittifaq Türkoloji Qurultayın təşkilatçılarından və Azərbaycandan oraya nümayəndələri seçən özəl komissiyanın üzvü idi. O, 26 fevral – 5 mart 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultaya Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin nümayəndəsi olaraq qatılıb, mandat komissiyasının sədri seçilib, "Türk xalqları əlifbalarının sistemləri haqqında" məruzə edib.
Cəlil Məmmədzadə 1929–1932-ci illərdə Azərbaycan K(b)P Gəncə dairə komitəsinin təşkilat şöbə müdiri kimi şəhərdə gedən tikinti və yenidənqurmu işlərinə rəhbərlik edir. Daha sonra Azərbaycan K(b)P MK-nın sosial-mədəni qrupunun rəhbəri olur. 1932-ci ilin yanvarından ömrünün sonuna kimi Azərbaycan Mərkəzi Nəzarət Komissiyası və Fəhlə-Kəndli Müfəttişliyi sovet qurulucuğu şöbəsinin rəhbəri vəzifəsində və Şura Kontrolu Komissiyasının müvəkkili aparatında çalışıb. Geniş ictimai-siyasi və mədəni-maarifçilik fəaliyyəti ilə seçilən C.Məmmədzadə 1922–1924-cü illərdə Azərbaycan K(b)P Bakı Şəhər Komitəsinin üzvü, 1923–1928-ci illərdə Bakı Şurası üzvü, 1932-ci ildən Azərbaycan K(b)P MK Plenumu və Prezidiumu və Azərbaycan Sovet Şuralar Cəmiyyəti Xalq Komissarları Şurasının, Xalq Maarif Komissarlığı Kollegiyasının üzvü olub,Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinə namizəd seçilib.
Ölümü
Cəlil Məmmədzadə uzun sürən xəstəlikdən sonra 7 və ya 8 iyun 1934-cü ildə Bakı şəhərində vəfat etdi. Onun ölümü ilə bağlı "Kommunist" qəzetində Azərbaycan K(b)P MK və Bakı Komitəsinin, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin, Azərbaycan Sovet Şuralar Cəmiyyəti Xalq Komissarları Şurasının, Şura Kontrolu Komissiyasının, Azərbaycan Sovet Şuralar Xəmiyyəti Xalq Maarif Komissarlığının, Azərbaycan Həmkarlar İttifaqları Şurası prezidiumunun, Azərbaycan Maarif İşçiləri İttifaqının Mərkəzi İdarəsi və rayon şöbələrinin, Xalq Səhiyyə Komissarlığının, "Kommunist" qəzeti redaksiyası və əməkdaşlarının başsağlığı elanları və neqroloq verilmişdir. Cəlil Məmmədzadənin dəfninin təşkili ilə bağlı xüsusi komissiya yaradılmış, 8 iyun 1934-cü ildə onunla vida görüşü 26 Bakı Komissarı adında sarayda keçirilmiş, elə həmin gün saat 4-də dəfn olunmuşdur.
Mənbə
İstinadlar
- Mərdanov, Tahirzadə, 2021. səh. 222
- Rüstəmov, 2021. səh. 84
- Mərdanov, Tahirzadə, 2021. səh. 229
- Rüstəmov, Fərrux. "Pedaqoji Universitetin direktoru Cəlil Məmmədzadə kimdir?". qarabagaaparanyol.az. 2019-04-18. 2020-06-11 tarixində . İstifadə tarixi: 2019-04-18. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- Mərdanov, Tahirzadə, 2021. səh. 228
- Rüstəmov, 2021. səh. 85–86
- Mərdanov, Tahirzadə, 2021. səh. 223
- Mərdanov, Tahirzadə, 2021. səh. 224
- Rüstəmov, 2021. səh. 86
- Mərdanov, Tahirzadə, 2021. səh. 225
- Mərdənov, Tahirzadə, 2021. səh. 227
- Rüstəmov, 2021. səh. 87
- Rüstəmov, 2021. səh. 88
- Rüstəmov, 2021. səh. 92
- Abdullayev, Ağaməmməd. Azərbaycan dilinin tədrisi tarixindən. Bakı: Maarif. 1966. səh. 304.
- Rüstəmov, 2021. səh. 92–93
- Rüstəmov, 2021. səh. 93–94
Ədəbiyyat
- Ənvər Çingizoğlu, Əliməhəmməduşağı (Əkbərovlar, Cəfərovlar və Sadıqovlar), "Soy" еlmi-kütləvi dərgi, 2010, № 2, səh. 45–49.
- Купчик Олег, Тагирзаде Адалет. Жизнь и деятельность Джалила Садыхова (Мамедзаде). // Кавказоведческие чтения. Сборник материалов международного научно-практического семинара. Нежин, 2018, стр. 155–170.
- Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 5 M. Bakı: Təhsil. 2021.
- Fərrux Rüstəmov. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları. Bakı: ADPU. 2021.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Celil Haci Memmed oglu Memmedzade Mehemmedzade Sadiqov 2 14 dekabr 1888 Susa Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasi 8 iyun 1934 Baki Azerbaycan SSR ZSFSR SSRI Azerbaycan dovlet xadimi Azerbaycanin Ukraynada komissari 1918 1919 Azerbaycan SSR xalq ictimai teminat komissarinin katibi 1920 1921 Azerbaycan SSR xalq maarif komissarinin muavini 1923 1928 Maarif ve medeniyyet jurnalinin redaktoru 1924 1926 Azernesr in direktoru Azerbaycan Dovlet Universiteti kecmis Ali Kisi Pedaqoji Institutu pedaqoji fakultesinin dekani 1926 1928 AK b P Gence daire komitesinin teskilat sobe mudiri 1929 1932 Azerbaycan Merkezi Nezaret Komissiyasi ve Fehle Kendli Mufettisliyi sovet qurulucugu sobesinin rehberi 1932 1934 Celil MemmedzadeAzerbaycan Dovlet Pedaqoji Kisi Institutu direktoru1926 1928EvvelkiSerif ManafovSonrakivezife legv edilibSexsi melumatlarDogum tarixi 2 14 dekabr 1888Dogum yeri Susa Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 8 iyun 1934 1934 06 08 45 yasinda Vefat yeri Baki Azerbaycan SSR ZSFSR SSRITehsili Susa real mektebi 1898 1904 Gence Kisi Gimnaziyasi 1904 1906 Kiyev Politexnik Institutu 1910 1917 Fealiyyeti siyasetci diplomat burokrat Vikianbarda elaqeli mediafayllarHeyatiCelil Memmed oglu Sadiqov Memmedzade 14 dekabr kohne teqvimle 2 dekabr 1888 ci ilde Susada tacir ailesinde anadan olub Eslinde onun ilk soyadi Sadiqov olub sovet dovrunde kecmisini gizletmeye calisaraq soyadini Memmedzade edib 7 yasinda mehelle mektebine geden C Memmedzade iki il muddetinde burada oxuyub yazmagi ve hesabi oyrenib sonra tehsilini Susa real mektebinde davam etdirib Sonralar tercumeyi halinda yazirdi Real mektebin 5 ci sinfinde oxuyana qeder cox az dini bilgim bir az da teserrufatla bagli bacarigim var idi 5 ci sinifde oxuyanda ozunutehsille mesgul olmaga basladim Meqsedim Gence gimnaziyasinda oxumaq idi Iki il Gence gimnaziyasinda oxuduqdan sonra Kiyev gimnaziyasina kocuruldum Hemin illerde ailemizin maddi veziyyeti keskin sekilde pislesmisdi Gimnaziyada oxudugum uc il muddetinde onlar mene maddi komek ede bilmediler Musteqil yasamaga ve islemeye basladim Kiyevde Celil Sadiqov Memmedzade ayaq uste soldan 1 ci azerbaycanli telebelerle Kiyev 1913 cu il 1 oktyabr 1906 ci ilde Kiyevde Vyaceslav Pyotrun ozel gimnaziyasina daxil olaraq 30 iyun 1909 cu ilde orada 8 siniflik tam orta tehsilini basa vurub Mektebi qurtardiqdan sonra Kiyevdeki Muqeddes Vladimir Universitetinin tibb fakultesinde 1909 cu ilden 1 may 1910 cu iledek oxuyub 1910 cu ilin yayinda Kiyev Politexnik Institutunun kimya fakultesine deyisib 1914 cu iledek bu fakultede muntezem oxuyub ancaq hemin il tehsilhaqqini odemediyine gore ali mektebden uzaqlasdirilib 1917 ci ilde ali tehsilini basa vurub Kiyevde yasayarken o ictimai siyasi fealligi ile secilib Kiyev seheri muselman telebeler teskilati nin feal uzvlerinden biri olub Hemin teskilatda onunla birge Mohsun Israfilbeyov Qedirli Huseyn bey Axundov Mustafa Quliyev de semereli fealiyyet gosterib 1917 ci il Fevral inqilabindan sonra Kiyevde qalib 10 oktyabr 1918 ci ilde Ukraynada yasayan azerbaycanlilar ozunun idare qurumu Azerbaycanin Ukraynada Komissarligi ni tesis edirler Bu qurum Ukraynada yasayan azerbaycanlilarin huquq ve maraqlarini qorumaq meqsedi dasiyirdi Tesis yigincaginda Celil Sadiqov Memmedzade komissar Yusif Salehov onun komekcisu Mircelal Mirtagiyev ve Cahangir Hemzeyev ise katib secilibler 1918 ci ilin yayindan sonra Azerbaycan Cumhuriyyeti ile Ukrayna Dovleti arasinda resmi munasibetler qurulana ve Azerbaycan sefiri teyin edilene qeder komissar Celil Sadiqov Memmedzade Azerbaycan hokumetinin bu olkedeki resmi numayendesinin vezifelerini yerine yetirib Ona Azerbaycan hokumeti de selahiyyet verib ve bu selahiyyeti Ukrayna hokumeti taniyib C Sadiqov Memmedzade 1 noyabr 1918 ci ilde Cumhuriyyetin Ukraynaya Yusif bey Vezirovu sefir teyin etmesinden sonra da resmi numayende vezifesini davam etdirib 1920 ci ilin yazinadek o Kiyevde yasayaraq Iran konsullugunun katibi isleyib Azerbaycan SSR inde 1920 ci ilde Moskvada telebe yoldasi Mohsun Israfilbeyovla Qedirli gorusu onun bolsevizme meyil etmesine sebeb olur Hemin vaxt Mohsun Qedirli Azerbaycan Xalq Herbi Deniz Isleri Kommisarligi siyasi idaresinin reisi vezifesinde isleyirdi O 1920 ci ilde Bakiya gelerek yeni hakimiyyetle emekdasliq edir Azerbaycan SSR Siyasi Idarenin nezdindeki medeniyyet sobesinin mudiri vezifesinde iyun 1920 dekabr 1920 calisir Eyni zamanda partiya kurslarinin muhazirecisi kimi 120 neferin siyasi hazirliq kecmesinde muhum rol oynayir Rus ve ukrayn dillerini mukemmel bilen C Memmedzade partiya siyasi kurslarinda inqilab herekatinin tarixinden siyasi iqtisadin esaslarindan muhazireler oxuyur Ictimai siyasi fealligi ile secilen C Memmedzade 17 iyul 1920 ci ilde bolsevik partiyasi siralarina qebul edilir 5 dekabr 1920 ci ilden 5 noyabr 1921 ci ile kimi xalq ictimai teminat komissarinin sexsi katibi olub 1921 ci ilin fevralinda Rusiya ile ictimai teminatla bagli elaqeleri genislendirmek meqsedile Moskvaya oradan ise ailesini Bakiya getirmek ucun Kiyeve ezam olunur Anasinin Kiyevde xestelenmesi ile elaqedar olaraq uc ay orada qalmali olur Ele bu zaman Ukrayna K b P Kiyev vilayet komitesinde Serq bolmesi ni ve Serq zehmetkesleri klubu nu yaradib 1923 cu ilde Azerbaycan K b P MK nin Baki sobesi katibini muavini teyin edilir Bir muddet Azerbaycan SSR Xalq Komissarlari Sovetinde isler idaresinde calisir 1924 1926 si illerde o hem de olkede maarif ve medeniyyetin yayilmasinda medeni inqilabin heyata kecirilmesinde savadsizligin legvinde muhum rol oynayan Maarif ve medeniyyet indiki Azerbaycan jurnalinin mesul katibi redaktoru olmusdur O redaktor oldugu illerde professor Pyotr Fridolin Ehmed Pepinov redaksiya heyetinin uzvu Hacinski ise katib olmusdur Jurnalin 1924 cu il 12 si 1925 ci il 8 si 1926 ci il 12 si onun redaktorlugu ile nesr edilmisdir Maraqlidir ki hemin dovrde C Memmedzade hem de Azernesr in direktoru teatr idaresinin sedri olub 16 iyul 1926 ci ilde Azerbaycan SSR Xalq Komissarlari Soveti Ali Pedaqoji Institutun yeniden teskili ile bagli qerar qebul etdi 1926 1927 ci tedris ilinin sonu 1927 1928 ci tedris ilinin evvelinde Ali Pedaqoji Kisi Institutu Ali Pedaqoji Qadin Institutu Azerbaycan Dovlet Universitetinin pedaqoji fakultesi ile birlesdirildi Birlesmis fakultenin ilk dekani Celil Memmedzade oldu Turkoloji qurultayda O ereb qrafikasinin latin qrafikasina deyisdirilmesinin qati terefdarlarindan idi Hele 1922 ci ilde basqa muelliflerle birge Yeni turk elifbasi dersliyini hazirlamisdi 1925 ci il may ayinin 25 de Bakida cagirilan Azerbaycan SSR in Birinci muellimler qurultayinin 3 cu isclasinda xalq maarif komissarinin muavini Celil Memmedzade meruze ile cixis ederek mekteblerde artiq yeni latin elifbasina kecmeyin vaxti catdigini ireli surub ve qurultayin butun numayendelerini yeni elifbani heyata kecirmek ucun komeye cagirib Celil Memmedzade merkezde Birinci Turkoloji Qurultayinin numayendeleri ile Baki 1926 ci il C Memmedzade Birinci Umumittifaq Turkoloji Qurultayin teskilatcilarindan ve Azerbaycandan oraya numayendeleri secen ozel komissiyanin uzvu idi O 26 fevral 5 mart 1926 ci ilde Bakida kecirilen Turkoloji Qurultaya Azerbaycani Tedqiq ve Tetebbo Cemiyyetinin numayendesi olaraq qatilib mandat komissiyasinin sedri secilib Turk xalqlari elifbalarinin sistemleri haqqinda meruze edib Celil Memmedzade 1929 1932 ci illerde Azerbaycan K b P Gence daire komitesinin teskilat sobe mudiri kimi seherde geden tikinti ve yenidenqurmu islerine rehberlik edir Daha sonra Azerbaycan K b P MK nin sosial medeni qrupunun rehberi olur 1932 ci ilin yanvarindan omrunun sonuna kimi Azerbaycan Merkezi Nezaret Komissiyasi ve Fehle Kendli Mufettisliyi sovet qurulucugu sobesinin rehberi vezifesinde ve Sura Kontrolu Komissiyasinin muvekkili aparatinda calisib Genis ictimai siyasi ve medeni maarifcilik fealiyyeti ile secilen C Memmedzade 1922 1924 cu illerde Azerbaycan K b P Baki Seher Komitesinin uzvu 1923 1928 ci illerde Baki Surasi uzvu 1932 ci ilden Azerbaycan K b P MK Plenumu ve Prezidiumu ve Azerbaycan Sovet Suralar Cemiyyeti Xalq Komissarlari Surasinin Xalq Maarif Komissarligi Kollegiyasinin uzvu olub Azerbaycan SSR Merkezi Icraiyye Komitesine namized secilib Olumu Celil Memmedzade uzun suren xestelikden sonra 7 ve ya 8 iyun 1934 cu ilde Baki seherinde vefat etdi Onun olumu ile bagli Kommunist qezetinde Azerbaycan K b P MK ve Baki Komitesinin Azerbaycan Merkezi Icraiyye Komitesinin Azerbaycan Sovet Suralar Cemiyyeti Xalq Komissarlari Surasinin Sura Kontrolu Komissiyasinin Azerbaycan Sovet Suralar Xemiyyeti Xalq Maarif Komissarliginin Azerbaycan Hemkarlar Ittifaqlari Surasi prezidiumunun Azerbaycan Maarif Iscileri Ittifaqinin Merkezi Idaresi ve rayon sobelerinin Xalq Sehiyye Komissarliginin Kommunist qezeti redaksiyasi ve emekdaslarinin bassagligi elanlari ve neqroloq verilmisdir Celil Memmedzadenin defninin teskili ile bagli xususi komissiya yaradilmis 8 iyun 1934 cu ilde onunla vida gorusu 26 Baki Komissari adinda sarayda kecirilmis ele hemin gun saat 4 de defn olunmusdur MenbeIstinadlar Merdanov Tahirzade 2021 seh 222 Rustemov 2021 seh 84 Merdanov Tahirzade 2021 seh 229 Rustemov Ferrux Pedaqoji Universitetin direktoru Celil Memmedzade kimdir qarabagaaparanyol az 2019 04 18 2020 06 11 tarixinde Istifade tarixi 2019 04 18 redundant parameters redundant parameters redundant parameters Merdanov Tahirzade 2021 seh 228 Rustemov 2021 seh 85 86 Merdanov Tahirzade 2021 seh 223 Merdanov Tahirzade 2021 seh 224 Rustemov 2021 seh 86 Merdanov Tahirzade 2021 seh 225 Merdenov Tahirzade 2021 seh 227 Rustemov 2021 seh 87 Rustemov 2021 seh 88 Rustemov 2021 seh 92 Abdullayev Agamemmed Azerbaycan dilinin tedrisi tarixinden Baki Maarif 1966 seh 304 Rustemov 2021 seh 92 93 Rustemov 2021 seh 93 94 Edebiyyat Enver Cingizoglu Elimehemmedusagi Ekberovlar Ceferovlar ve Sadiqovlar Soy elmi kutlevi dergi 2010 2 seh 45 49 Kupchik Oleg Tagirzade Adalet Zhizn i deyatelnost Dzhalila Sadyhova Mamedzade Kavkazovedcheskie chteniya Sbornik materialov mezhdunarodnogo nauchno prakticheskogo seminara Nezhin 2018 str 155 170 Misir Merdanov Edalet Tahirzade 1920 ci iledek ali mekteblerde oxumus azerbaycanlilar C 5 M Baki Tehsil 2021 Ferrux Rustemov Azerbaycan Dovlet Pedaqoji Universitetinin rektorlari Baki ADPU 2021