Ceyhun bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyli (3 (15) fevral1891, Şuşa – 22 oktyabr1962, Paris) — yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor, etnoqraf.AXC qurulana qədər "Kaspi", "Baku", "İrşad", "Tərəqqi" və digər qəzetlərlə əməkdaşlıq etmiş, 1917-ci ildə "İttihad" qəzetinin redaktoru olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra isə dövlətin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru təyin edilir. 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edir.AXC işğal edildikdən sonra mühacirətdə fəaliyyət göstərir. Parisdə fransız mətbuatı ilə əməkdaşlıq edir. Bu nəşrlərdə əsasən Sovet hökumətinin işğalçı siyasəti ilə bağlı məqalələr dərc etdirir. "İlk müsəlman Respublikası Azərbaycan", "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)", "Azərbaycan mətbuat tarixi", "İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları" adlı elmi əsərlərin müəllifidir. Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" jurnallarının redaktoru olub.Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov və Zülfüqar Hacıbəyovun qardaşıdır.
Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli 15 fevral (köhnə təqvimlə 3 fevral) 1891-ci ildə Şuşada anadan olmuşdur. İbtidai təhsilini Şuşada maarifçi Haşım bəy Vəzirovun müdir olduğu ikisinifli rus-tatar məktəbində almış daha sonra isə təhsilini Bakıda real məktəbində almışdır. İlk mətbu hekayələrini "Proqres" qəzetinin 1907-ci il tarixli 5-ci nömrəsində dərc etdirib. 1908-ci ildə Əli bəy Hüseynzadənin müdir olduğu "Səadət" məktəbində dərs deyir. 1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəylinin Hacı Zeynalabdin Tağıyev teatrında səhnəyə qoyulan "Leyli və Məcnun" operasında İbn Səlam və Nofəl rollarını oynayıb. Xeyriyyəçi Murtuza Muxtarovun maddi dəstəyi ilə 1908-ci ildə Peterburq Universitetinin hüquq fakültəsinə qəbul olunur, 1909-cu ilin yayında təhsilini davam etdirmək üçün Parisə gedir. Əvvəl Sorbonna Universitetində, sonra isə Ali Politexnik Elmlər Məktəbində təhsilini davam etdirir.
Yaradıcılığı
Müəllifin yaradıcılığı tədqiq olunmadığından və toplanmadığından mühacirətə qədərki əsərləri qəzet səhifələrində pərəm-pərəm düşmüşdür. Ceyhun bəy Hacıbəyli yaradıcılığının ilk dövründə qələmini felyeton janrında sınamış, amma sonralar felyeton yazmamışdır. Felyetonları arasında "Pristav Ağa" daha çox diqqəti cəlb edir. Əsər "Proqres" qəzetinin 1907-ci il 6 və 7-ci saylarında "Daqestanskiy" imzası ilə çap olunmuşdur.
Ceyhun bəy sonrakı illərdən başlayaraq məhsuldar şəkildə maarif, mədəniyyət, din, dil, xeyriyyəçilik, qaçqınlar mövzularında məqalələr yazır, çap etdirir. Mühacirətdən əvvəl (1919-cu ildən) "Kaspi", "Proqres", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C. Hacıbəyli həmin dövrdə "Известия" (Kaspidə), "İttihad" və "Azərbaycan" (rus dilində) qəzetlərinin redaktoru olmuşdur.
1910-cu ildə o, "Hacı Kərim" povestini yazır və 1911-ci ildə kitab şəklində çap etdirir, lakin həmin povestdən sonra yaradıcılıqdan uzun müddət uzaqlaşmışdır. Ceyhun bəy Fransada yaşayarkən "La Revul du Mond Müsulman", La Fiqaro kimi mətbu orqanlarla əməkdaşlıq etmiş, "La Revul des Deux Mondes" adlı jurnallarda çalışmış, Parisdəfransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan dilində çıxan "Azərbaycan" jurnalının redaktoru olmuşdur. "Azadlıq" radiostansiyasının yaradıcılarından sayılan Ceyhun bəy Hacıbəyli Münhendəki "SSRİ-ni Öyrənən Universitetin" müxbir üzvü seçilmişdir.
Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyəti, Paris, 1919-cu il
Ceyhun bəyin "İslam Əleyhinə kampaniya və onun Azərbaycanda Metodları" adlı irihəcmli tədqiqat əsəri isə xüsusi əhəmiyyət kəsb edir. Adı Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan C. Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə (1919–1962) əqidə və amalından dönməmiş, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparmış, Azərbaycanın müstəqilliyi uğrunda bacardığını əsirgəməmişdir.
Vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna məktub ünvanlayır. Həmin məktubda o, Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayır, hər cür qruplaşmaya qarşı olduğunu bildirir və dostuna mühacirləri bir yerə toplamasını vəsiyyət edir. Bu barədə sonradan "Mücahid" jurnalının 1963-cü il nömrəsində "Ceyhun bəyin vəsiyyəti" adlı irihəcmli məqalə dərc olunur.
Ceyhun Hacıbəyli 22 oktyabr 1962-ci ildə Parisdə dünyasını dəyişib. Burada Sen-Klu qəbiristanlığında dəfn edilib.
İstiqlal mücahidinin ədəbi irsi
Ceyhun bəy Hacıbəyli yaradıcılığını iki mərhələyə – mühacirətə qədərki və mühacirətdən sonrakı dövrə bölərək tədqiqi məqsədə müvafiqdir. Ədibin yaradıcılığının birinci mərhələsi – 1905-ci ildən başlanan ilk qələm sınaqlarından 1919-cu ilədək olan mühacirətəqədərki dövrü əhatə edir.
Qurucularından biri olduğu Azərbaycan Xalq Cümhuriyyətini, Azərbaycan qəzetini, Vətənini, əzizlərini, həmvətənlərini… Ceyhun bəy qürbətdə – Parisdə mühacir həyatı yaşayırdı, sovet hökumətinin ondan alası heç nəyi qalmamışdı, canından başqa (hərçənd ki, sovet kəşfiyyat orqanları səsini çıxaran mühacirlərin canını da alır, onları qətlə yetirirdi). O, azad idi, ən azından azad ölkədə yaşayırdı.
Ceyhun bəy qardaşı Üzeyir bəy ilə, Şuşa, 1900-cü illər
İstiqlal mücahidi mühacirətdə bütün qəlbi və qələmi ilə sovet-şər imperiyasına qarşı döyüşürdü: qəzet, jurnal nəşr edir, Fransa mətbuatı ilə sıx əlaqə saxlayır, Azadlıq radiostansiyanın yaradılmasında və fəaliyyətində yardımçı olur, Münhendə SSRİ-ni öyrənən institutla, eləcə də Sovet İttifaqına qarşı soyuq müharibənin mühacirlər arasında təşkilatçısı olan Amerika Komitəsi ilə əməkdaşlıq edirdi. Ceyhun bəy Hacıbəyli eyni zamanda bədii əsərləri ilə də imperiyaya, onun ideologiyasına, Stalin rejiminə qarşı amansız mücadilə aparırdı. Yazıçının fransız dilində qələmə aldığı Nejdanovun işi adlı hekayəsi bu qəbildəndir. Əsər həm ideya-mövzu, həm də kompozisiya baxımından rus dissident ədəbiyyatı nümunələrindən heç də az təsir bağışlamır. Digər tərəfdən isə, bu hekayənin təxminən ötən əsrin 50-ci illərinin ortalarında yazıldığını nəzərə alsaq, o zaman V. Aksyonov, A. Belinkov, L. Borodin, İ. Brodski, V. Voynoviç, A. Qalıç, A. Sinyavski… kimi məşhur rus dissident yazıçılarının yaratdığı ədəbi nümunələrin pioneri, qaranquşu da hesab etmək olar… Nasirin fransız dilində yazdığı "Müəzzinin lənəti" adlı irihəcmli hekayəsi sovet rejiminin din siyasəti və onun kəskin tənqidi baxımdan diqqəti çəkir. Hekayənin mövzusu Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk dövrlərinə təsadüf etsə də, əsərin XX əsrin 50-ci illərində qələmə alındığı bəllidir. 20–30-cu illər Ceyhun bəyin xaricdə yenicə məskunlaşaraq bir tərəfdən Azərbaycan Xalq Cümhuriyyətinin tanıdılması, Azərbaycan mədəniyyətinin xaricdə qızğın təbliğ edilməsi istiqamətində fəallıq göstərdiyi, digər tərəfdən də ailə-məişət problemləri, maddi sıxıntılarla üz-üzə qaldığı dövrdür. Həmin dövr yaradıcılığında Ceyhun bəyin bu səpkili nə bədii, nə də publisistik yazılarına təsadüf edilir. İkinci Dünya müharibəsi dövrü sovet, o cümlədən Azərbaycan mühacirlərinin durğunluq, fəaliyyətsizlik dövrü kimi xarakterizə edilir. Bu isə Müəzzinin lənəti əsərinin 50-ci illərin ortalarında – soyuq müharibənin alovlandığı illərdə qələmə alındığını deməyə ciddi əsas verir. Mövzu, ideya və sənətkarlıq baxımından bu hekayə nəinki Ceyhun bəy Hacıbəyli yaradıcılığında, eləcə də ümumən Azərbaycan, o cümlədən mühacirət nəsrində bənzərsiz bir əsərdir. Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk illərindən bəhs edən çox sayda müxtəlif janrlarda qələmə alınmış bədii nümunələr mövcuddur. Köhnəliklə yeniliyin, "ələmlə nəşə"nin mübarizəsi, dindarlarla allahsızların qarşıdurması, məscidlərin bağlanması, mollaların, din xalimlərinin əzablı günləri, gənclərin, komsomolçuların yeni şüar və çağırışlardan eyforiyaya qapılması, qadınların hüquq bərabərliyi uğrunda mücadiləsi sovet yazıçılarının qələmə aldığı əsərlərdə dövrün ruhuna və tələbinə uyğun bədii əksini tapmışdır. Həmin əsərlərdə bir qayda olaraq yeni həyat qurucuları, dövrün qəhrəmanları tərənnüm olunur, köhnələrin süqutu təsvir edilirdi. Müəzzinin lənəti hekayəsi qırmızı kafirlərin müəzzinlə mübarizəsindən bəhs edir. Əslində, problem daha dərin, mürəkkəb və qəlizdir. Məsələ burasındadır ki, bolşevik hakimiyyəti, sovet ideologiyası ata müəzzinlə ateist övladı üz-üzə qoymuşdur. Məzmunu real həyatdan – Azərbaycanda sovet hakimiyyəti quruculuğunun ilk illərində bir kənddə baş verən hadisədən – ildırımın vurmasındanmı, yoxsa allahsızların fitnəkar əməlindənmi, hörgüsü partlayan məscid minarəsinə son dəfə can atan müəzzinin oğlu ilə birlikdə uçqunun altında qalıb faciəli şəkildə həlak olmasından götürülmüşdür. Yazıçının epizodik obrazlar da daxil olmaqla, hekayədə təqdim etdiyi bütün tiplər orijinaldır, maraq doğurur, təsirlidir, düşündürür. İstedadlı qələm sahibinin diqqətçəkən publisistika nümunələrindən biri irihəcmli memuarı Bir il xəyallarda və… bütöv bir ömür adlanır. Bu əsər bir istiqlal aşiqinin gündəliyidir, həyat dastanıdır, memuarın ruhu, xəmiri, belə demək mümkünsə, istiqlal davasından yoğrulmuşdur.
Ceyhun bəyin mühacirətdə qələmə aldığı digər publisistika nümunələrinə, həmin əsərlərdə də müəllifin bədii əsərlərində olduğu kimi, sovet ideologiyası, rejimi, kolxoz-sovxoz həyatı, ateist tərbiyəsi, din siyasəti və s. konkret, tutarlı faktlarla kəskin, eyni zamanda yüksək sənətkarlıqla tənqid edilir.
Əsərləri
İlk müsəlman Respublikası Azərbaycan (fr.La Première République Musulmane: L'Azerbaïdjan). Paris: Éditions Ernest Leroux, 1919;
Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı) (fr.Le dialecte et le folk-lore du Karabagh (Azerbaïdjan du Caucase)). Paris: Imprimerie nationale, Librairie orientaliste Paul Geuthner, 1933. Tərcüməsi "Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)" adı ilə Bayram Ağayev tərəfindən tərcümə edilərək 1999-cu ildə Bakıda çap edilmişdir.
İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları (rus.Антиисламистская пропаганда и ее методы в Азербайджане). Münhen: SSRİ-ni Öyrənən İnstitut, 1959;
Seçilmiş əsərləri (rus.Избранное). Bakı: Azərnəşr, 1993;
Seçilmiş əsərləri. Bakı: Elm, 2006;
Qürbətdən gələn səslər: Ceyhun bəy Hacıbəylinin mühacirət həyatı. Bakı: Şərq-Qərb, 2016;
Bir il xəyallarda... və bütöv bir ömür. Bakı: Təhsil, 2017;
Seçilmiş əsərləri. Bakı: Elm, 2017;
Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür. Bakı: XAN, 2018;
Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür. Bakı: XAN, 2019 (ikinci nəşri);
Əsərləri. "İttihad" və "Azərbaycan" qəzetlərindəki yazıları. Bakı: Elm və təhsil, 2022;
Şuşa ziyalıları: unudulmuş irs. Bakı: AVE Print, 2022.
Xatirəsi
Ceyhun bəy Hacıbəylinin yaşadığı ev. Şuşa
Ceyhun bəy Hacıbəylinin uzun illər ailəsi ilə birgə yaşadıqları Şuşadakı evləri 1959-cu ildə Üzeyir Hacıbəyovun ev-muzeyi kimi fəaliyyətə başlamışdır. Burada Hacıbəyovlar ailəsinə şəxsi əşyalar qorunub saxlanırdı. 1992-ci ildə Şuşa şəhəri erməni işğalçıları tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırır və eksponatların bir qismi də məhv edilir.
Bakıda Ceyhun bəy Hacıbəylinin adını daşıyan küçə var.
Ceyhun bəy Hacıbəylinin qələmə aldığı bədii və publisistik əsərlərin, xatirələrin, tədqiqatların, qeydlərin, tərcümələrin bir qisminin — Azərbaycan dilində "Mindiyimiz səfinə", "Zülmə qarşı çıxışın son nəticələri", fransız dilində "Toy", "Baş tutmayan ziyarət", "Səhər", "Məmmədqulunun səyahəti", "Müəzzinin lənəti", "Stalinin öpüşü və ya staxanovçu Fatimə", "Nejdanovun işi", "Bir il xəyallarda və bütöv bir ömür", "Firdovsinin həyatı", "Hafiz Şirazi", "Azərbaycan şairləri", "Batum təəssüratı", "Arşın mal alan", Qasım bəy Zakirin, Əbülqasim Nəbatinin, Yusif Nəbinin şeirlərinin tərcüməsi, rus dilində "İlk Azərbaycan operası necə yarandı", "Qanlı ildönümü", "Rus demokratlar bolşeviklərlə harada birləşirlər", "28 May", İngilis dilində "Hacı Kərimin səfəri" və digər əlyazmaları, makina yazıları, eləcə də jurnal və qəzetlərdə dərc olunmuş çox sayda məqalələri Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 649 nömrəli fondda saxlanılır.
2015-ci ildə Azərbaycan mətbuat şurası tərəfindən Ceyhun bəy Hacıbəyli haqqında "Durun gedək evimizə…" adlı sənədli film çəkilib.
2018-ci ildə Ceyhun bəy Hacıbəyli və onun mühacirətdəki çətin həyatı haqqında yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun" pyesi, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşu ilə Azərbaycan Dövlət Musiqili Teatrında səhnəyə qoyulub.
Ailəsi
Ceyhun bəy Hacıbəylinin atası Mirzə Əbdülhüseyn bəy Hacıbəyov 1840-cı ildə Şuşada anadan olub. Təhsilli olduğu üçün adının əvvəlinə Mirzə ünvanı əldə edib. Xurşidbanu Natəvanın sarayında darğa kimi fəaliyyət göstərib. Daha sonra Xurşidbanu Natəvanın süd bacısı olan Əliverdibəyovlar nəslinin nümayəndəsi Şirinbəyim xanımla ailə qurub. Bu evlilikdən onların 5 övladı dünyaya gəlib. Zülfüqar bəy, Üzeyir bəy, Ceyhun bəy, Sayad və Abuhəyat xanım.
Ceyhun bəy Hacıbəyli Zöhrə Hacıqasımova-Hacıbəyli ilə ailə həyatı qurub. Bu evlilikdən onların Ceyhun və Timuçin adlı oğulları dünyaya gəlib. Oğlu Ceyhun 1937-ci ildə Paris Hərbi Akademiyasını müvəffəqiyyətlə bitirəndən sonra İkinci Dünya müharibəsindəFransa uğrunda Puatye yaxınlığındakı döyüşlərdə 23 yaşında həlak olur. Timuçin Hacıbəyli isə Parisdə təhsil alıb, Fransa Alüminium Konserninin baş mühəndisi vəzifəsində çalışıb. 1993-cü ildə dünyasını dəyişib.
Şahverdiyev, Akif. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Təhsil nəşriyyatı. 2006. səh. 91. 2019-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-13.
Abid Tahirli. "Ceyhun Hacıbəyli Həsən bəy Zərdabi haqqında" (PDF). kaspi.az. 11 iyul 2015. 3 sentyabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 sentyabr 2020.
Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu (PDF). Bakı: Elm və təhsil. 209. səh. 49. ISBN .
"Ceyhun Hacıbəyli – 28 may münasibətilə xatirə". Milliyyət Araşdırmalar Mərkəzi. 15 iyul 2019 tarixində arxivləşdirilib.
Abid Tahirli "İstiqlal mücahidinin ədəbi irsi"Azərbaycan.-2016.-3 fevral.-№ 24.-S.7.
"Şuşada Ü.Hacıbəyovun ev-muzeyi". uzeyir.musigi-dunya.az. 10 dekabr 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2020.
"Ceyhun Hacıbəyli küçəsi". wikimapia.org. 2 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2020.
Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu (PDF). Bakı: Elm və təhsil. 209. səh. 167-168. ISBN .
president.az. ""Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında"". e-qanun.az. 19 noyabr 2015. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2018.
"Milli mətbuatımız - istiqlal yolumuz". medeniyyet.az. 10 iyul 2015. 2 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2020.
"Musiqili Teatrda "Nuri-didə Ceyhun"un premyerası olacaq". milli.az. 7 mart 2018. 7 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2020.
Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu (PDF). Bakı: Elm və təhsil. 209. səh. 54. ISBN .
Vüsalə İsmətqızı. "Paskal Hacıbəyli Büşe: "Ceyhun bəy mühacir həyatını çətin yaşayırdı"". report.az. 20 noyabr 2018. 2 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2020.
Xarici keçidlər
VikianbardaCeyhun bəy Hacıbəyli ilə əlaqəli mediafayllar var.
Əsərləri
Le Dialecte et le folklore du Karabagh (Azerbaidjan du Caucase) / Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı) "Asiatique" jurnalı 1933-cü il Paris.
İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları 1959-cu il
Məqalələri
Ceyhun Hacıbəyli – 28 may münasibətilə xatirə / Milliyyət Araşdırmalar Mərkəzi
Haqqında yazılan kitablar
Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu. — Abid Tahirli. Bakı, "Elm və təhsil", 2019.
Haqqında çəkilən qısametrajlı filmlər
Sülh göyərçini — Ceyhun Hacıbəyli / Real TV
Durun gedək evimizə / Azərbaycan mətbuat şurası
Ceyhun Hacıbəyliyə həsr olunmuş "Nuri-didə Ceyhun" pyesi
Bakıdakı məzar yeri boş qalan Ceyhun Hacıbəyli / Belə belə işlər
"Mühacirlər" — Ceyhun Hacıbəyli / Azərbaycan Diasporuna Dəstək Fondu
Avropalı gəlin — Ceyhun Hacıbəylinin gəlini Hacıbəylilər haqqında / Real TV
Ceyhun bey Ebdulhuseyn bey oglu Hacibeyli 3 15 fevral 1891 Susa 22 oktyabr 1962 Paris yazici salnameci jurnalist tercumeci redaktor etnoqraf AXC qurulana qeder Kaspi Baku Irsad Tereqqi ve diger qezetlerle emekdasliq etmis 1917 ci ilde Ittihad qezetinin redaktoru olmusdur Azerbaycan Xalq Cumhuriyyeti qurulduqdan sonra ise dovletin resmi orqani olan Azerbaycan qezetinin bas redaktoru teyin edilir 1919 cu ilde Azerbaycan numayende heyetinin terkibinde Paris Sulh Konfransinda istirak edir AXC isgal edildikden sonra muhaciretde fealiyyet gosterir Parisde fransiz metbuati ile emekdasliq edir Bu nesrlerde esasen Sovet hokumetinin isgalci siyaseti ile bagli meqaleler derc etdirir Ilk muselman Respublikasi Azerbaycan Qarabag dialekti ve folkloru Qafqaz Azerbaycani Azerbaycan metbuat tarixi Islam eleyhine tebligat ve onun Azerbaycandaki metodlari adli elmi eserlerin muellifidir Parisde fransiz dilinde nesr olunan Qafqaz ve Munhende Azerbaycan ve rus dillerinde cixan Azerbaycan jurnallarinin redaktoru olub Azerbaycan bestekarlari Uzeyir Hacibeyov ve Zulfuqar Hacibeyovun qardasidir Ceyhun bey HacibeyliDogum tarixi 3 15 fevral 1891Dogum yeri Susa Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 22 oktyabr 1962 1962 10 22 71 yasinda Vefat yeri ParisDefn yeri Sen Klu qebiristanligi d Tehsili Baki real mektebi 1905 1907 Sorbonne Paris Universiteti 1910 Sankt Peterburq Dovlet Universiteti 1912 1917 Fealiyyeti yazici jurnalist tercumeci siyasetci etnoqrafEserlerinin dili Azerbaycan dili rus dili fransiz dili ingilis dili turk dili Vikianbarda elaqeli mediafayllarHeyati ve tehsiliCeyhun bey Ebdulhuseyn oglu Hacibeyli 15 fevral kohne teqvimle 3 fevral 1891 ci ilde Susada anadan olmusdur Ibtidai tehsilini Susada maarifci Hasim bey Vezirovun mudir oldugu ikisinifli rus tatar mektebinde almis daha sonra ise tehsilini Bakida real mektebinde almisdir Ilk metbu hekayelerini Proqres qezetinin 1907 ci il tarixli 5 ci nomresinde derc etdirib 1908 ci ilde Eli bey Huseynzadenin mudir oldugu Seadet mektebinde ders deyir 1908 ci il yanvarin 12 de Uzeyir Hacibeylinin Haci Zeynalabdin Tagiyev teatrinda sehneye qoyulan Leyli ve Mecnun operasinda Ibn Selam ve Nofel rollarini oynayib Xeyriyyeci Murtuza Muxtarovun maddi desteyi ile 1908 ci ilde Peterburq Universitetinin huquq fakultesine qebul olunur 1909 cu ilin yayinda tehsilini davam etdirmek ucun Parise gedir Evvel Sorbonna Universitetinde sonra ise Ali Politexnik Elmler Mektebinde tehsilini davam etdirir YaradiciligiMuellifin yaradiciligi tedqiq olunmadigindan ve toplanmadigindan muhacirete qederki eserleri qezet sehifelerinde perem perem dusmusdur Ceyhun bey Hacibeyli yaradiciliginin ilk dovrunde qelemini felyeton janrinda sinamis amma sonralar felyeton yazmamisdir Felyetonlari arasinda Pristav Aga daha cox diqqeti celb edir Eser Proqres qezetinin 1907 ci il 6 ve 7 ci saylarinda Daqestanskiy imzasi ile cap olunmusdur Ceyhun bey sonraki illerden baslayaraq mehsuldar sekilde maarif medeniyyet din dil xeyriyyecilik qacqinlar movzularinda meqaleler yazir cap etdirir Muhaciretden evvel 1919 cu ilden Kaspi Proqres Baki Azerbaycan ve basqa qezetlerde yuzlerle publisistik meqale hekaye derc etdiren C Hacibeyli hemin dovrde Izvestiya Kaspide Ittihad ve Azerbaycan rus dilinde qezetlerinin redaktoru olmusdur 1910 cu ilde o Haci Kerim povestini yazir ve 1911 ci ilde kitab seklinde cap etdirir lakin hemin povestden sonra yaradiciliqdan uzun muddet uzaqlasmisdir Ceyhun bey Fransada yasayarken La Revul du Mond Musulman La Fiqaro kimi metbu orqanlarla emekdasliq etmis La Revul des Deux Mondes adli jurnallarda calismis Parisde fransiz dilinde nesr olunan Qafqaz ve Munhende Azerbaycan dilinde cixan Azerbaycan jurnalinin redaktoru olmusdur Azadliq radiostansiyasinin yaradicilarindan sayilan Ceyhun bey Hacibeyli Munhendeki SSRI ni Oyrenen Universitetin muxbir uzvu secilmisdir Paris Sulh Konfransina gonderilmis Azerbaycan numayende heyeti Paris 1919 cu il Ceyhun beyin Islam Eleyhine kampaniya ve onun Azerbaycanda Metodlari adli irihecmli tedqiqat eseri ise xususi ehemiyyet kesb edir Adi Azerbaycanin Azadliq tarixine qizil herflerle yazilan C Hacibeyli muhaciretde yasadigi butun dovrde 1919 1962 eqide ve amalindan donmemis son nefesinedek sovet imperiyasi ile ideoloji mubarize aparmis Azerbaycanin musteqilliyi ugrunda bacardigini esirgememisdir Vefatindan uc gun evvel 1962 ci ilin 19 oktyabrinda Azerbaycan Xalq Cumhuriyyetinin sonuncu daxili isler naziri Mustafa Vekilogluna mektub unvanlayir Hemin mektubda o Azerbaycanin istiqlali ucun muhacirlerin tek bayraq altinda birlesmelerini ve mubarize aparmalarini arzulayir her cur qruplasmaya qarsi oldugunu bildirir ve dostuna muhacirleri bir yere toplamasini vesiyyet edir Bu barede sonradan Mucahid jurnalinin 1963 cu il nomresinde Ceyhun beyin vesiyyeti adli irihecmli meqale derc olunur Ceyhun Hacibeyli 22 oktyabr 1962 ci ilde Parisde dunyasini deyisib Burada Sen Klu qebiristanliginda defn edilib Istiqlal mucahidinin edebi irsiCeyhun bey Hacibeyli yaradiciligini iki merheleye muhacirete qederki ve muhaciretden sonraki dovre bolerek tedqiqi meqsede muvafiqdir Edibin yaradiciliginin birinci merhelesi 1905 ci ilden baslanan ilk qelem sinaqlarindan 1919 cu iledek olan muhacireteqederki dovru ehate edir 1919 cu ilde Parisde kecirilen sulh konfransinda Azerbaycan Xalq Cumhuriyyetini temsil etmek ucun Parise gelmisdir Qurucularindan biri oldugu Azerbaycan Xalq Cumhuriyyetini Azerbaycan qezetini Vetenini ezizlerini hemvetenlerini Ceyhun bey qurbetde Parisde muhacir heyati yasayirdi sovet hokumetinin ondan alasi hec neyi qalmamisdi canindan basqa hercend ki sovet kesfiyyat orqanlari sesini cixaran muhacirlerin canini da alir onlari qetle yetirirdi O azad idi en azindan azad olkede yasayirdi Ceyhun bey qardasi Uzeyir bey ile Susa 1900 cu iller Istiqlal mucahidi muhaciretde butun qelbi ve qelemi ile sovet ser imperiyasina qarsi doyusurdu qezet jurnal nesr edir Fransa metbuati ile six elaqe saxlayir Azadliq radiostansiyanin yaradilmasinda ve fealiyyetinde yardimci olur Munhende SSRI ni oyrenen institutla elece de Sovet Ittifaqina qarsi soyuq muharibenin muhacirler arasinda teskilatcisi olan Amerika Komitesi ile emekdasliq edirdi Ceyhun bey Hacibeyli eyni zamanda bedii eserleri ile de imperiyaya onun ideologiyasina Stalin rejimine qarsi amansiz mucadile aparirdi Yazicinin fransiz dilinde qeleme aldigi Nejdanovun isi adli hekayesi bu qebildendir Eser hem ideya movzu hem de kompozisiya baximindan rus dissident edebiyyati numunelerinden hec de az tesir bagislamir Diger terefden ise bu hekayenin texminen oten esrin 50 ci illerinin ortalarinda yazildigini nezere alsaq o zaman V Aksyonov A Belinkov L Borodin I Brodski V Voynovic A Qalic A Sinyavski kimi meshur rus dissident yazicilarinin yaratdigi edebi numunelerin pioneri qaranqusu da hesab etmek olar Nasirin fransiz dilinde yazdigi Muezzinin leneti adli irihecmli hekayesi sovet rejiminin din siyaseti ve onun keskin tenqidi baximdan diqqeti cekir Hekayenin movzusu Azerbaycanda sovet hakimiyyetinin qurulmasinin ilk dovrlerine tesaduf etse de eserin XX esrin 50 ci illerinde qeleme alindigi bellidir 20 30 cu iller Ceyhun beyin xaricde yenice meskunlasaraq bir terefden Azerbaycan Xalq Cumhuriyyetinin tanidilmasi Azerbaycan medeniyyetinin xaricde qizgin teblig edilmesi istiqametinde fealliq gosterdiyi diger terefden de aile meiset problemleri maddi sixintilarla uz uze qaldigi dovrdur Hemin dovr yaradiciliginda Ceyhun beyin bu sepkili ne bedii ne de publisistik yazilarina tesaduf edilir Ikinci Dunya muharibesi dovru sovet o cumleden Azerbaycan muhacirlerinin durgunluq fealiyyetsizlik dovru kimi xarakterize edilir Bu ise Muezzinin leneti eserinin 50 ci illerin ortalarinda soyuq muharibenin alovlandigi illerde qeleme alindigini demeye ciddi esas verir Movzu ideya ve senetkarliq baximindan bu hekaye neinki Ceyhun bey Hacibeyli yaradiciliginda elece de umumen Azerbaycan o cumleden muhaciret nesrinde benzersiz bir eserdir Azerbaycanda sovet hakimiyyetinin qurulmasinin ilk illerinden behs eden cox sayda muxtelif janrlarda qeleme alinmis bedii numuneler movcuddur Kohnelikle yeniliyin elemle nese nin mubarizesi dindarlarla allahsizlarin qarsidurmasi mescidlerin baglanmasi mollalarin din xalimlerinin ezabli gunleri genclerin komsomolcularin yeni suar ve cagirislardan eyforiyaya qapilmasi qadinlarin huquq beraberliyi ugrunda mucadilesi sovet yazicilarinin qeleme aldigi eserlerde dovrun ruhuna ve telebine uygun bedii eksini tapmisdir Hemin eserlerde bir qayda olaraq yeni heyat quruculari dovrun qehremanlari terennum olunur kohnelerin suqutu tesvir edilirdi Muezzinin leneti hekayesi qirmizi kafirlerin muezzinle mubarizesinden behs edir Eslinde problem daha derin murekkeb ve qelizdir Mesele burasindadir ki bolsevik hakimiyyeti sovet ideologiyasi ata muezzinle ateist ovladi uz uze qoymusdur Mezmunu real heyatdan Azerbaycanda sovet hakimiyyeti quruculugunun ilk illerinde bir kendde bas veren hadiseden ildirimin vurmasindanmi yoxsa allahsizlarin fitnekar emelindenmi horgusu partlayan mescid minaresine son defe can atan muezzinin oglu ile birlikde ucqunun altinda qalib facieli sekilde helak olmasindan goturulmusdur Yazicinin epizodik obrazlar da daxil olmaqla hekayede teqdim etdiyi butun tipler orijinaldir maraq dogurur tesirlidir dusundurur Istedadli qelem sahibinin diqqetceken publisistika numunelerinden biri irihecmli memuari Bir il xeyallarda ve butov bir omur adlanir Bu eser bir istiqlal asiqinin gundeliyidir heyat dastanidir memuarin ruhu xemiri bele demek mumkunse istiqlal davasindan yogrulmusdur Ceyhun beyin muhaciretde qeleme aldigi diger publisistika numunelerine hemin eserlerde de muellifin bedii eserlerinde oldugu kimi sovet ideologiyasi rejimi kolxoz sovxoz heyati ateist terbiyesi din siyaseti ve s konkret tutarli faktlarla keskin eyni zamanda yuksek senetkarliqla tenqid edilir EserleriIlk muselman Respublikasi Azerbaycan fr La Premiere Republique Musulmane L Azerbaidjan Paris Editions Ernest Leroux 1919 Qarabag dialekti ve folkloru Qafqaz Azerbaycani fr Le dialecte et le folk lore du Karabagh Azerbaidjan du Caucase Paris Imprimerie nationale Librairie orientaliste Paul Geuthner 1933 Tercumesi Qarabagin dialekti ve folkloru Qafqaz Azerbaycani adi ile Bayram Agayev terefinden tercume edilerek 1999 cu ilde Bakida cap edilmisdir Islam eleyhine tebligat ve onun Azerbaycandaki metodlari rus Antiislamistskaya propaganda i ee metody v Azerbajdzhane Munhen SSRI ni Oyrenen Institut 1959 Secilmis eserleri rus Izbrannoe Baki Azernesr 1993 Secilmis eserleri Baki Elm 2006 Qurbetden gelen sesler Ceyhun bey Hacibeylinin muhaciret heyati Baki Serq Qerb 2016 Bir il xeyallarda ve butov bir omur Baki Tehsil 2017 Secilmis eserleri Baki Elm 2017 Xatireler Bir il xeyallarda ve butov bir omur Baki XAN 2018 Xatireler Bir il xeyallarda ve butov bir omur Baki XAN 2019 ikinci nesri Eserleri Ittihad ve Azerbaycan qezetlerindeki yazilari Baki Elm ve tehsil 2022 Susa ziyalilari unudulmus irs Baki AVE Print 2022 XatiresiCeyhun bey Hacibeylinin yasadigi ev Susa Ceyhun bey Hacibeylinin uzun iller ailesi ile birge yasadiqlari Susadaki evleri 1959 cu ilde Uzeyir Hacibeyovun ev muzeyi kimi fealiyyete baslamisdir Burada Hacibeyovlar ailesine sexsi esyalar qorunub saxlanirdi 1992 ci ilde Susa seheri ermeni isgalcilari terefinden isgal edildikden sonra muzey fealiyyetini dayandirir ve eksponatlarin bir qismi de mehv edilir Bakida Ceyhun bey Hacibeylinin adini dasiyan kuce var Ceyhun bey Hacibeylinin qeleme aldigi bedii ve publisistik eserlerin xatirelerin tedqiqatlarin qeydlerin tercumelerin bir qisminin Azerbaycan dilinde Mindiyimiz sefine Zulme qarsi cixisin son neticeleri fransiz dilinde Toy Bas tutmayan ziyaret Seher Memmedqulunun seyaheti Muezzinin leneti Stalinin opusu ve ya staxanovcu Fatime Nejdanovun isi Bir il xeyallarda ve butov bir omur Firdovsinin heyati Hafiz Sirazi Azerbaycan sairleri Batum teessurati Arsin mal alan Qasim bey Zakirin Ebulqasim Nebatinin Yusif Nebinin seirlerinin tercumesi rus dilinde Ilk Azerbaycan operasi nece yarandi Qanli ildonumu Rus demokratlar bolseviklerle harada birlesirler 28 May Ingilis dilinde Haci Kerimin seferi ve diger elyazmalari makina yazilari elece de jurnal ve qezetlerde derc olunmus cox sayda meqaleleri Azerbaycan Respublikasinin Dovlet Edebiyyat ve Incesenet Arxivinde 649 nomreli fondda saxlanilir 19 noyabr 2015 ci ilde Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyev Ceyhun bey Hacibeylinin 125 illik yubileyinin kecirilmesi haqqinda serencam imzalayib 2015 ci ilde Azerbaycan metbuat surasi terefinden Ceyhun bey Hacibeyli haqqinda Durun gedek evimize adli senedli film cekilib 2018 ci ilde Ceyhun bey Hacibeyli ve onun muhaciretdeki cetin heyati haqqinda yazici dramaturq Eli Emirlinin Nuri dide Ceyhun pyesi Emekdar incesenet xadimi Mehriban Elekberzadenin qurulusu ile Azerbaycan Dovlet Musiqili Teatrinda sehneye qoyulub AilesiCeyhun bey Hacibeylinin atasi Mirze Ebdulhuseyn bey Hacibeyov 1840 ci ilde Susada anadan olub Tehsilli oldugu ucun adinin evveline Mirze unvani elde edib Xursidbanu Natevanin sarayinda darga kimi fealiyyet gosterib Daha sonra Xursidbanu Natevanin sud bacisi olan Eliverdibeyovlar neslinin numayendesi Sirinbeyim xanimla aile qurub Bu evlilikden onlarin 5 ovladi dunyaya gelib Zulfuqar bey Uzeyir bey Ceyhun bey Sayad ve Abuheyat xanim Ceyhun bey Hacibeyli Zohre Haciqasimova Hacibeyli ile aile heyati qurub Bu evlilikden onlarin Ceyhun ve Timucin adli ogullari dunyaya gelib Oglu Ceyhun 1937 ci ilde Paris Herbi Akademiyasini muveffeqiyyetle bitirenden sonra Ikinci Dunya muharibesinde Fransa ugrunda Puatye yaxinligindaki doyuslerde 23 yasinda helak olur Timucin Hacibeyli ise Parisde tehsil alib Fransa Aluminium Konserninin bas muhendisi vezifesinde calisib 1993 cu ilde dunyasini deyisib Nesil agaci Hacibey Hacibeyov Ebdulhuseyn bey Hacibeyov 1842 1901 Ismayil bey Hacibeyov 1879 1921 Sayad Hacibeyova 1872 1954 Abuheyat Hacibeyova 1880 1951 Zulfuqar Hacibeyov 1884 1950 Uzeyir Hacibeyov 1885 1948 Ceyhun Hacibeyov 1891 1962 Soltan Hacibeyov 1919 1974 Osman Hacibeyov 1924 1979 Camal Pasayev 1895 1953 Niyazi Tagizade Hacibeyov 1912 1984 Cingiz Hacibeyov 1913 1971 Ceyhun Hacibeyov 1919 1941 Timucin Hacibeyov 1921 1993 Ismayil Hacibeyov 1949 2006 Cemil Pasayev 1926 1978 IstinadlarUzeyir Hacibeyov ensiklopediyasi PDF Baki Serq Qerb nesriyyati 2007 seh 78 79 ISBN 978 9952 34 075 4 Azerbaycan Demokratik Respublikasi Azerbaycan hokumeti 1918 1920 PDF Baki Genclik 1990 seh 44 ISBN 5 8020 0681 1 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi PDF I Baki Lider nesriyyat 2004 seh 433 ISBN 9952 417 14 2 Abid Tahirli Ceyhun Hacibeylinin heyat ve yaradiciliq yolu PDF Baki Elm ve tehsil 209 seh 43 ISBN 978 9952 8175 0 7 Istiqlal asiqi Ceyhun Hacibeyli PDF Baki F Kocerli adina Respublika Usaq Kitabxanasi 2016 seh 5 Merdanov Misir Tahirzade Edalet 1920 ci iledek ali mekteblerde oxumus azerbaycanlilar C 3 F I Baki Tehsil 2019 31 38 ISBN 978 9952 518 03 0 Sahverdiyev Akif Azerbaycan metbuati tarixi PDF Baki Tehsil nesriyyati 2006 seh 91 2019 07 12 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2023 10 13 Nesiman Yaqublu Azerbaycan muhaciret metbuati PDF Baki Elm ve tehsil 2014 seh 110 Abid Tahirli Ceyhun Hacibeylinin heyat ve yaradiciliq yolu PDF Baki Elm ve tehsil 2019 seh 50 51 ISBN 978 9952 8175 0 7 Nesiman Yaqublu Azerbaycan muhaciret metbuati PDF Baki Elm ve tehsil 2014 seh 110 Abid Tahirli Azerbaycan muhaciret metbuatinda publisistika 1921 1991 PDF Baki Polygraphic Production 2005 seh 48 Abid Tahirli Ceyhun Hacibeyli Hesen bey Zerdabi haqqinda PDF kaspi az 11 iyul 2015 3 sentyabr 2020 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 3 sentyabr 2020 Nesiman Yaqublu Bakinin qurtulusu PDF Baki Adiloglu nesriyyat 2008 seh 244 ISBN 9789952250961 Abid Tahirli Ceyhun Hacibeylinin heyat ve yaradiciliq yolu PDF Baki Elm ve tehsil 209 seh 49 ISBN 978 9952 8175 0 7 Ceyhun Hacibeyli 28 may munasibetile xatire Milliyyet Arasdirmalar Merkezi 15 iyul 2019 tarixinde arxivlesdirilib Abid Tahirli Istiqlal mucahidinin edebi irsi Azerbaycan 2016 3 fevral 24 S 7 Susada U Hacibeyovun ev muzeyi uzeyir musigi dunya az 10 dekabr 2010 tarixinde arxivlesdirilib Istifade tarixi 2 sentyabr 2020 Ceyhun Hacibeyli kucesi wikimapia org 2 sentyabr 2020 tarixinde arxivlesdirilib Istifade tarixi 2 sentyabr 2020 Abid Tahirli Ceyhun Hacibeylinin heyat ve yaradiciliq yolu PDF Baki Elm ve tehsil 209 seh 167 168 ISBN 978 9952 8175 0 7 president az Ceyhun Hacibeylinin 125 illik yubileyinin kecirilmesi haqqinda e qanun az 19 noyabr 2015 2022 03 26 tarixinde arxivlesdirilib Istifade tarixi 30 sentyabr 2018 Milli metbuatimiz istiqlal yolumuz medeniyyet az 10 iyul 2015 2 sentyabr 2020 tarixinde arxivlesdirilib Istifade tarixi 2 sentyabr 2020 Musiqili Teatrda Nuri dide Ceyhun un premyerasi olacaq milli az 7 mart 2018 7 mart 2018 tarixinde arxivlesdirilib Istifade tarixi 2 sentyabr 2020 Abid Tahirli Ceyhun Hacibeylinin heyat ve yaradiciliq yolu PDF Baki Elm ve tehsil 209 seh 54 ISBN 978 9952 8175 0 7 Vusale Ismetqizi Paskal Hacibeyli Buse Ceyhun bey muhacir heyatini cetin yasayirdi report az 20 noyabr 2018 2 sentyabr 2020 tarixinde arxivlesdirilib Istifade tarixi 2 sentyabr 2020 Xarici kecidlerVikianbarda Ceyhun bey Hacibeyli ile elaqeli mediafayllar var Eserleri Le Dialecte et le folklore du Karabagh Azerbaidjan du Caucase Qarabagin dialekti ve folkloru Qafqaz Azerbaycani Asiatique jurnali 1933 cu il Paris Islam eleyhine tebligat ve onun Azerbaycandaki metodlari 1959 cu ilMeqaleleri Ceyhun Hacibeyli 28 may munasibetile xatire Milliyyet Arasdirmalar MerkeziHaqqinda yazilan kitablar Ceyhun Hacibeylinin heyat ve yaradiciliq yolu Abid Tahirli Baki Elm ve tehsil 2019 Haqqinda cekilen qisametrajli filmler Sulh goyercini Ceyhun Hacibeyli Real TV Durun gedek evimize Azerbaycan metbuat surasi Ceyhun Hacibeyliye hesr olunmus Nuri dide Ceyhun pyesi Bakidaki mezar yeri bos qalan Ceyhun Hacibeyli Bele bele isler Muhacirler Ceyhun Hacibeyli Azerbaycan Diasporuna Destek Fondu Avropali gelin Ceyhun Hacibeylinin gelini Hacibeyliler haqqinda Real TV