Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var.
Əbülqasim Nəbati | |
---|---|
Doğum tarixi | 1812 |
Doğum yeri | |
Vəfat tarixi | 1873 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Əbülqasim Nəbati Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır.
Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir.
Yaradıcılığı
Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır. O, həm klassik şərq, həm də aşıq şeri tərzində orijinal əsərlər yaratmışdır. Yaradıcılığında qoşma, təcnis, gəraylı, qəzəl, çarpa, bəhri-təvil kimi janrlara yer vermişdir. 400 beytə yaxın şeiri ilk dəfə 1845-ci ildə Təbrizdə çap olunmuşdur. Bundan bir neçə il sonra 7500 misradan ibarət "Nəbati" divanı işıq üzü görmüşdür. Bu divanındakı şeirlərin yarısı Azərbaycan türkcəsində, yarısı farscadır. Ancaq Nəbatinin heca vəznində, xalq şeri üslubunda yazdığı qoşmaların, gəraylıların çoxu bu divana daxil edilməmişdir. Bu əsərlər isə Nəbati yaradıcılığının ən gözəl örnəklərindəndir. Xalq poeziyası ruhunda yazdığı bəzi şeirlərində Nəbati "Xançobanı" təxəllüsündən də istifadə edib. Ehtimallara görə, XVIII əsrdə "Xançobanl" adlı bir şair də yaşamış və onun adıyla bağlı "Xançobanı" dastanı yaranmışdır. Nəbatinin həyatı bu dastanla səsləşir. Odur ki, adətən Xançobanına aid edilən və bir mahnı kimi də xalq arasında çox məşhur olan "Apardı sellər Saranı" şerinin də müəllifi Nəbati sayılır.
Nəbati qoşmalarının əsas mövzusu məhəbbətdir. Lirika onun şeirlərinin hamısı üçün səciyyəvidir. Nəbati aydın cinas qafiyələrdən ibarət təcnislər də yazmışdır: "Gözlər nə gözlər", "O üz bu üzə" və s. Nəbati qoşmaları öz lakonikliyi ilə seçilir.
Şair keçirdiyi mənəvi böhranları "Ləngəm", "Nədir" rədifli qəzəllərində təsvir etmişdir. Onun məhəbbət mövzulu qəzəlləri də var.
İstinadlar
- Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində (PDF). İstifadə tarixi: 2016-08-13.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Seyid Ebulqasim Nebati 1812 Ustibin Serqi Azerbaycan ostani 1873 Ustibin Serqi Azerbaycan ostani XIX esr Cenubi Azerbaycan edebiyyatinin numayendesi Heyat ve yaradiciligi ile bagli muxtelif ziddiyyetli fikirler var Ebulqasim NebatiDogum tarixi 1812Dogum yeri Ustibin Culfa sehristani Serqi Azerbaycan ostani IranVefat tarixi 1873Vefat yeri Ustibin Culfa sehristani Serqi Azerbaycan ostani IranDefn yeri UstibinFealiyyeti sairEbulqasim Nebati Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiEbulqasim Nebati Cenubi Azerbaycanin Qaradag vilayetinin Dizmar mahalinin Ustibin qesebesinde ruhani ailesinde anadan olmusdur Onun esli qedim dovrlerden beri Erebistanda Iranda ve Azerbaycanda genis yayilmis Nebatiler tayfalarindandir Atasi Seyid Mir Yehya Mohterem Ustibinde ve yaxin kendlerde dervislik edir muxtelif islami eqideleri yayirdi Nebati ilk tehsilini atasindan almis klassik poeziyani xususile Hafiz yaradiciligini ve Serq tesevvuf ideyalarini derinden oyrenmisdir Yeniyetme caglarindan atasina qosulub qelenderlik eden Nebati Azerbaycanin cox yerlerini piyada gezib dolasmisdir Seirlerindeki bioqrafik isarelerden melum olur ki o Qaracadagdan basqa Qarabagda Esgeranda Agdamda Hindarxda ve Muganda Salyanda Lenkeranda Tebrizde Xorasanda olmus bu yerlerin edebi medeni heyati ile maraqlanmisdir Nebati 1873 cu ilde Ustibinde vefat etmis ve orada kend qebristanliginda defn edilmisdir Seyid Ebulqasim Nebatinin turbesi Ustibin Qaradag vilayeti Foto Enver Cingizoglunundur YaradiciligiNebati Mecnun Mecnunsah Xancobani texellusleri ile yazmisdir O hem klassik serq hem de asiq seri terzinde orijinal eserler yaratmisdir Yaradiciliginda qosma tecnis gerayli qezel carpa behri tevil kimi janrlara yer vermisdir 400 beyte yaxin seiri ilk defe 1845 ci ilde Tebrizde cap olunmusdur Bundan bir nece il sonra 7500 misradan ibaret Nebati divani isiq uzu gormusdur Bu divanindaki seirlerin yarisi Azerbaycan turkcesinde yarisi farscadir Ancaq Nebatinin heca vezninde xalq seri uslubunda yazdigi qosmalarin geraylilarin coxu bu divana daxil edilmemisdir Bu eserler ise Nebati yaradiciliginin en gozel orneklerindendir Xalq poeziyasi ruhunda yazdigi bezi seirlerinde Nebati Xancobani texellusunden de istifade edib Ehtimallara gore XVIII esrde Xancobanl adli bir sair de yasamis ve onun adiyla bagli Xancobani dastani yaranmisdir Nebatinin heyati bu dastanla seslesir Odur ki adeten Xancobanina aid edilen ve bir mahni kimi de xalq arasinda cox meshur olan Apardi seller Sarani serinin de muellifi Nebati sayilir Nebati qosmalarinin esas movzusu mehebbetdir Lirika onun seirlerinin hamisi ucun seciyyevidir Nebati aydin cinas qafiyelerden ibaret tecnisler de yazmisdir Gozler ne gozler O uz bu uze ve s Nebati qosmalari oz lakonikliyi ile secilir Sair kecirdiyi menevi bohranlari Lengem Nedir redifli qezellerinde tesvir etmisdir Onun mehebbet movzulu qezelleri de var IstinadlarTertib edeni Zaman Esgerli XIX esr Azerbaycan seiri antologiyasi PDF Milli Kitabxana az Serq Qerb 2005 2016 03 05 tarixinde PDF Istifade tarixi 2016 08 13 Xarici kecidlerVikianbarda Ebulqasim Nebati ile elaqeli mediafayllar var Vikimenbede Ebulqasim Nebati ile elaqeli melumatlar var