Ağdərə rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağdərə şəhəridir. SSRİ dövründə yaradılmış və Azərbaycan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil idi. Rayon Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində əvvəl Cerabert rayonu, 1939-cu ildənDağlıq Qarabağ Muxtar Vilayətinin 26 noyabr 1991-ci il tarixində ləğv edilənə qədər Mardakert rayonu adını daşıyırdı. Rayon 13 oktyabr 1992-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin 327 saylı qərarı ilə ləğv edilmişdi. 2023-cü ildə rayonun yenidən yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təklif edilmişdir. 5 dekabr 2023-cü ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur.
Rayon | |
Ağdərə rayonu | |
---|---|
| |
Ölkə | |
Daxildir | Qarabağ |
İnzibati mərkəz | Ağdərə |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930, 5 dekabr 2023 |
Ləğv edilib | 13 oktyabr 1992 |
Sahəsi |
|
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 237 |
Avtomobil nömrəsi | 32 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Birinci Qarabağ müharibəsi zamanı rayon müharibənin baş verdiyi əsas ərazilərdən biri idi. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur. Qanuna əsasən Mardakert rayonunun adı dəyişdirilərək Ağdərə rayonu adlandırılmış və respublika tabeli rayonların sırasına daxil edilmişdi.
Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Leninavan (Leninavan qəsəbəsinin indiki adı Şıxarx) qəsəbə Soveti, Həsənqaya, Çaylı, Seysulan və Talış kənd Sovetləri, Ağdərə şəhər Sovetinin Qarmiravan (indiki adı Qızıloba), və Mağavuz (Mağavuz kəndinin indiki adı Çardaqlı) kənd Sovetinin Cerabert (indiki Çiləbürt) kəndləri Tərtər rayonunun tərkibinə verilmişdir.
Erməni işğalına qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldular. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etmişdi.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilmiş, ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölüşdürülmüşdu. Həmin qərara əsasən rayonun Xatınbəyli, Qazançı, Maniklu (indiki Məlikli), Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan (indiki Ballıqaya) kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun; Çərəktar, Vaquas (indiki Qozlu), Kotavan (indiki Qozlukörpü), Verin Oratağ (indiki Yuxarı Oratağ), Arutunaqomer (indiki Qızılqaya), Qoçoqot (indiki Yayıcı), Poqosaqomer (indiki Dəvədaşı), Drombon (indiki Heyvalı), Çıldıran, Mehmana, Araçadzor (indiki Dovşanlı), Hayad, Tomaqahoğ (indiki Bazarkənd), Şahmasur (indiki Şahmansurlu), Vənkli (indiki Vəngli), Qarnakar (indiki Çormanlı), İmarət Qərvənd, Zardaxaç, Çapar, Aterk (indiki Həsənriz), Nareştar (indiki Narınclar), Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun; Ağdərə şəhəri, Umudlu, Zəylik, Metsşen (Ulu Qarabəy), Möhrətağ (Kiçik Qarabəy), Ağabəyələnc (Ağabəyyalı), Mağavuz (Çardaqlı), Akop Kamari (Lüləsaz), Minqrelsk (Meqrelalay), Nerkin Oratağ (Aşağı Oratağ), Qasapet, Canyataq, Dəmirli, Gülyataq, kəndləri və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.
2020-ci ilin oktyabrın 3-də Suqovuşan, Talış, oktyabrın 9-da Çaylı kəndi işğaldan azad edilmişdir. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Ağdərə şəhəri və digər məntəqələr Azərbaycan nəzarətinə qayıtmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
2023-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi daxil olmuşdur. Layihəyə əsasən, rayonun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil edilir. 5 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu № 1043-VIQ ilə Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılması və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsiməsinə dair Azərbaycan Respublikasının Milli Məclisi qərara alır, və qərar görə Ağdam rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Baş Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki Məlikli və Qazançı kəndləri, Orta Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Orta Güneypəyə kəndi, Sırxavənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sırxavənd, Ballıqaya, Bəşirlər və Qaraşlar kəndləri, Yeni Qaralar kənd inzibati ərazi dairəsi tərkibindəki Yeni Qaralar kəndi; Kəlbəcər rayonunun Çərəktar kənd inzibati ərazi dairəsi tərkibindəki Çərəktar kəndi, Çıldıran kənd inzibati ərazi dairəsi tərkibindəki Çıldıran, Dəvədaşı və Mehmana kəndləri, Dovşanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Dovşanlı, Bazarkənd və Hayad kəndləri, Heyvalı kənd inzibati ərazi dairəsi tərkibindəki Heyvalı və Yayıcı kəndləri, Həsənriz kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənriz kəndi, İmarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd, Çapar və Zardaxaç kəndləri, Kolatağ kənd inzibati ərazi dairəsi tərkibindəki Kolatağ və Damğalı kəndləri, Qızılqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Qızılqaya və Yuxarı Oratağ kəndləri, Qozlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlu kəndi, Qozlukörpü kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlukörpü kəndi, Narınclar kənd inzibati ərazi dairəsi tərkibindəki Narınclar kəndi, Vəngli kənd inzibati ərazi dairəsi tərkibindəki Vəngli, Çormanlı və Şahmansurlu kəndləri; Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsi tərkibindəki Ağdərə şəhəri, Ağabəyyalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağabəyyalı kəndi, Canyataq kənd inzibati ərazi dairəsi tərkibindəki Canyataq və Gülyataq kəndləri, Çardaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çardaqlı, Lüləsaz və Meqrelalay kəndləri, Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Çaylı, Suqovuşan və Təpəkənd kəndləri, Həsənqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənqaya, Çiləbürt, Göyarx və Maralyansarov kəndləri, Kiçik Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Kiçik Qarabəy kəndi, Qızıloba kənd inzibati ərazi dairəsi tərkibindəki Qızıloba, Seysulan və Yarımca kəndləri, Aşağı Oratağ kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Oratağ, Qasapet və Dəmirli kəndləri, Şıxarx qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şıxarx qəsəbəsi, Talış kənd inzibati ərazi dairəsi tərkibindəki Talış kəndi, Ulu Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Ulu Qarabəy kəndi, Umudlu kənd inzibati ərazi dairəsi tərkibindəki Umudlu və Zəylik kəndləri Ağdərə rayonunun inzibati ərazi bölgüsünə ərazi vahidləri daxil edilir.
Rayonun rəhbərləri
- Fəxrəddin Haqverdiyev (6 iyul 1992 – 19 oktyabr 1992)
Əhalisi
1989-cu ildə SSRİ tərəfindən aparılmış son əhalinin siyahıya alınmasına əsasən rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı.
İşğala qədər azərbaycanlılar Ağdərənin əsasən 14 kəndində — Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, Maniklu, , Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar kəndlərində və Gəncxana sovxoz qəsəbəsində yaşayıb.
Milli tərkib
Etnik quplar | əhalinin Sayı (Nəfər) |
---|---|
Azərbaycanlılar | 7 050 (15.81 %) |
Ukraynalılar | 20 (0.04 %) |
Ruslar | 355 (0.8 %) |
Ermənilər | 31672 (71.04 %) |
Bütün rayon üzrə | 44 586 (100%) |
Ərazisi
Səthi əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarətdir. Faydalı qazıntıları – Mehmana polimetal yatağı, əhəngdaşı və gipsdən ibarətdir. Mehmana yatağının filizlərinin tərkibində sink, qurğuşun və digər qiymətli metallar var (Asan saflaşır, sənaye əhəmiyyətlidir). Əsas çayları Tərtər çayı və Xaçınçaydır. Tərtər çayı üzərində 1976-cı ildə Sərsəng su qovşağı yaradılmışdır. Tərtər kompleksi həm elektrik enerjisi almaq, həm də suvarma məqsədilə qurulmuşdu. Anbarda suyun həcmi 560 min kub metr, ildə 125 milyon kilovat/saat elektrik enerjisi verirdi və düzən Qarabağın və dağətəyi zonanın 120 min hektar torpaq sahəsinin suvarılması onunla təmin edilirdi. İşğaldan əvvəl 78 min hektar əkin sahəsi suvarılırdı. Rayon ərazisinin 75,59 min hektarını və yaxud 44 faizini meşələr tuturdu.
Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi. İqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu (1988-ci il). Kənd təsərrüfatına yararlı torpaqlar 53324 hektar idi. Bunun 21189 hektarı əkin yeri, 5931 hektarı çoxillik bitkilər, 1892 hektarı biçənək, 22863 hektarı örüş idi. Suvarılan torpaqlar 15 min hektar idi. Əkin sahəsinin 9,7 min hektarı dənli-paxlalı bitkilər (buğda, arpa, qarğıdalı) və kartof, 11,3 min hektarı yem bitkiləri əkinləri idi. Rayonda üzümlüklər 3,4 min hektar sahəni tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi.
İnzibati-ərazi bölgüsü
- 1 yanvar 1977-ci il tarixinə rayon ərazisində 24 Sovetlikdə (2 qəsəbə Sovetliyi, 22 kənd Sovetliyi) 3-ü qəsəbə və 57-i kənd olmaqla 60 yaşayış məntəqəsi mövcud olmuşdur:
- 1. Mardakert qəsəbə Sovetliyi (Mardakert qəsəbəsi, Karmiravan kəndi)
- 2. Leninavan qəsəbə Sovetliyi (Leninavan qəsəbəsi, Levonarx kəndi, Həsənqaya kəndi, Maralyansarov kəndi)
- 3. Araçadzor kənd Sovetliyi (Araçadzor kəndi, Tomaqahoğ kəndi, Hayad kəndi)
- 4. Arutyunaqomer kənd Sovetliyi (Arutyunaqomer kəndi, Verin Oratağ kəndi)
- 5. Aterk kənd Sovetliyi (Aterk kəndi)
- 6. Vaqaus kənd Sovetliyi (Vaqaus kəndi)
- 7. Vəngli kənd Sovetliyi (Vəngli kəndi, Şahmasur kəndi, Qarnakar kəndi)
- 8. Verin Çaylı kənd Sovetliyi (Verin Çaylı kəndi, Nerkin Çaylı kəndi, Dostagir kəndi, Suqovuşan kəndi, Tonaşen kəndi)
- 9. Canyataq kənd Sovetliyi (Canyataq kəndi, Gülyataq kəndi, Maniklu kəndi, Xatınbəyli kəndi)
- 10. Drmbon kənd Sovetliyi (Drmbon kəndi, Qoçoqot kəndi)
- 11. İmarət Qərvənd kənd Sovetliyi (İmarət Qərvənd kəndi, Zardaxaç kəndi, Çapar kəndi, Getavan kəndi)
- 12. Qazançı kənd Sovetliyi (Qazançı kəndi)
- 13. Kolatağ kənd Sovetliyi (Kolatağ kəndi, Damğalı kəndi)
- 14. Mağavuz kənd Sovetliyi (Mağavuz kəndi, Akop Kamari kəndi, Minqrelsk kəndi, Cerabert kəndi)
- 15. Metsşen kənd Sovetliyi (Metsşen kəndi)
- 16. Möhrətağ kənd Sovetliyi (Möhrətağ kəndi, Ağabəyələnc kəndi)
- 17. Nareştar kənd Sovetliyi (Nareştar kəndi)
- 18. Nerkin Oratağ kənd Sovetliyi (Nerkin Oratağ kəndi, Qasapet kəndi, Dəmirli kəndi)
- 19. Seysulan kənd Sovetliyi (Seysulan kəndi, Yarımca kəndi)
- 20. Sırxavənd kənd Sovetliyi (Sırxavənd kəndi, Kiçan kəndi)
- 21. Talış kənd Sovetliyi (Talış kəndi)
- 22. Umudlu kənd Sovetliyi (Umudlu kəndi, Zəylik kəndi)
- 23. Çərəktar kənd Sovetliyi (Çərəktar kəndi)
- 24. Çıldıran kənd Sovetliyi (Çıldıran kəndi, Mehmana kəndi, Poqosaqomer kəndi)
Tarixi Abidələri
Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il) var idi. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxan axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılıb. (Oradakı Qafqaz alban dinastiyaları və katolikoslarının son istinadgahı olan məşhur Gəncəsar məbədinin əsası 1240-cı ildə Həsən Cəlal tərəfındən qoyulmuşdur. Sonuncu Gəncəsar alban məbədi 1837-ci ildən erməni katolikosluğuna tabe edilmişdir).
İqtisadiyyatı
İşğal edilmiş ərazidə 8036 hektar sanitariya-gigiyena və sağlamlaşdırma funksiyalı meşələr mövcud idi ki, bunun 628 hektarı şəhərətrafı yaşıllıq zonası, 7408 hektarı isə su təchizatı mənbələrinin sanitar mühafızə zonalarına aid meşələr idi. Rayonda 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 ton vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Sənaye ehtiyatları 38080 min kub metr olan Ağdərə, 6423 min kub metr olan Şorbulaq-I, 2129 min kub metr olan Şorbulaq – II mişar daşı yatağı, 200 min kub metr olan Ağdərə gəc yatağı düşmənlərə qaldı.
Onu da qeyd edək ki, işğal olunmuş ərazilərimizin qızıl yataqları bir qayda olaraq ABŞ-nin, Kanadanın, İsveçrənin, Fransanın iş adamları tərəfindən talan olunur. Ağdərənin Mehmana mis yatağı Türkiyəli iş adamı Mehmət Abdullaoğluna satılıb. 2004-cü ildən türk iş adamı Mehmana ərazisindən mis çıxarmaqla məşğuldur. Maraqlıdır ki, ərazidən çıxarılan mis Rusiya Federasiyasındakı Almaniyadan olan iş adamına satılır. 2005-ci ilin mart ayından iş adamı M. Abdullaoğlu ərazidəki digər mis və qurğuşun yataqlarını da satın alıb.
80-ci illərin sonlarında, Dağlıq Qarabağda erməni separatizminin aktiv fazaya keçməsi ərəfəsində rayonun ərazisində zəngin daş kömür yataqlarının da olduğu aşkarlanmışdı. 2011-ci ildə isə Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində yeraltı təbii sərvətlərin talan edilməsinə dair daha bir planı açıqlanıb. Düşmən ölkənin Energetika və Təbii Ehtiyatlar naziri Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib ki, Ağdərə rayonundakı daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri gedir. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq artıq indidən aydındır ki, Dağlıq Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində (PDF). İstifadə tarixi: 2024-04-05.
- "Нагорный Карабах в административно-территориальном устройстве Азербайджана". karabakh.center. 2023-05-02 tarixində . İstifadə tarixi: 2023-12-06.
- "История административно-территориального деления Карабаха". Qarabağ.
- Нагорно-Карабахская автономная область [Nagorno-Karabakh Autonomous Oblast] // Great Soviet Encyclopedia (rus). 1967. 2020-06-20 tarixində . İstifadə tarixi: 2023-11-21.
- s:Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında qanunu
- "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 13 oktyabr 1992-ci il. 2022-06-27 tarixində . İstifadə tarixi: 2023-11-21.
- "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında". Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında (az.). İstifadə tarixi: 2023-12-06.
- "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində . İstifadə tarixi: 2023-12-27.
- "Azerbaijan forces take control of seven villages near Nagorno-Karabakh - president". . 2020-10-28 tarixində . İstifadə tarixi: 2020-10-22.
- "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 29 dekabr 1992-ci il. 2022-05-13 tarixində . İstifadə tarixi: 2023-11-24.
- "Azərbaycan Respublikası Ağdərə rayonunun bəzi kəndlərinin Tərtər rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı". 2022-08-04 tarixində . İstifadə tarixi: 2022-08-29.
- Ağdərə əməliyyatından 16 il ötür [ölü keçid]
- "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı". e-qanun.az. 13 oktyabr 1992. 2022-06-27 tarixində . İstifadə tarixi: 21 noyabr 2023.
- "Azərbaycanda Ağdərə rayonu yenidən bərpa edilir". Report İnformasiya Agentliyi. 20 noy 2023. 2023-11-21 tarixində . İstifadə tarixi: 2023-11-21.
- "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 5 dekabr 2023-cü il. 2024-01-03 tarixində . İstifadə tarixi: 2024-01-03.
- "F. Ə. Haqverdiyevin Ağdərə rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı". e-qanun.az. 6 iyul 1992. İstifadə tarixi: 21 noyabr 2023.
- "F. Ə. Haqverdiyevin Ağdərə rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı". e-qanun.az. 19 oktyabr 1992. İstifadə tarixi: 21 noyabr 2023.
- "Dağlıq Qarabağın Əhalisi". 2011-09-16 tarixində . İstifadə tarixi: 2012-01-13.
- [1] [ölü keçid]
- . 2012-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-10.
Xarici keçidlər
- Составители: Мельников С. А., Ибрагимов Ч. Г.: Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года/ редколлегия: Исаев А. М., Будагов Б. А., Гейбуллаев Г. А.. — 4-е издание. — Баку: Азернешр, 1979. часть 1-я, часть 2-я, часть 3-я, часть 4-я
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Agdere rayonu Azerbaycan Respublikasinda inzibati erazi vahidi Merkezi Agdere seheridir SSRI dovrunde yaradilmis ve Azerbaycan musteqillik elde etdikden sonra legv edilmis Dagliq Qarabag Muxtar Vilayetinin DQMV terkibine daxil idi Rayon Dagliq Qarabag Muxtar Vilayetinin terkibinde evvel Cerabert rayonu 1939 cu ildenDagliq Qarabag Muxtar Vilayetinin 26 noyabr 1991 ci il tarixinde legv edilene qeder Mardakert rayonu adini dasiyirdi Rayon 13 oktyabr 1992 ci il tarixinde Azerbaycan Respublikasi Milli Meclisinin 327 sayli qerari ile legv edilmisdi 2023 cu ilde rayonun yeniden yaradilmasi ile bagli qanun layihesi Milli Meclisin muzakiresine teklif edilmisdir 5 dekabr 2023 cu ilde ayrilaraq yeniden musteqil rayon olmusdur RayonAgdere rayonu40 12 55 sm e 46 48 46 s u Olke AzerbaycanDaxildir QarabagInzibati merkez AgdereTarixi ve cografiyasiYaradilib 8 avqust 1930 5 dekabr 2023Legv edilib 13 oktyabr 1992Sahesi 1 705 km Saat qursagi UTC 04 00Reqemsal identifikatorlarTelefon kodu 237Avtomobil nomresi 32 Vikianbarda elaqeli mediafayllarTarixiBirinci Qarabag muharibesi zamani rayon muharibenin bas verdiyi esas erazilerden biri idi 1991 ci il noyabrin 26 da Azerbaycan Respublikasi Ali Sovetinin qanunu ile Dagliq Qarabag Muxtar Vilayeti inzibati erazi vahidi legv olunmusdur Qanuna esasen Mardakert rayonunun adi deyisdirilerek Agdere rayonu adlandirilmis ve respublika tabeli rayonlarin sirasina daxil edilmisdi Azerbaycan Respublikasi Milli Meclisinin 25 avqust 1992 ci il tarixli 287 sayli Qerari ile Agdere rayonunun Leninavan Leninavan qesebesinin indiki adi Sixarx qesebe Soveti Hesenqaya Cayli Seysulan ve Talis kend Sovetleri Agdere seher Sovetinin Qarmiravan indiki adi Qiziloba ve Magavuz Magavuz kendinin indiki adi Cardaqli kend Sovetinin Cerabert indiki Cileburt kendleri Terter rayonunun terkibine verilmisdir Ermeni isgalina qeder Agderenin 14 kendinde 14 minden cox azerbaycanli yasayib Agdere rayonu Dagliq Qarabagdaki bir cox eraziler kimi Qarabag muharibesinin baslangicinda ermeni silahli quvvelerinin nezareti altina kecir 1992 ci ilde Azerbaycan ordusunun hucumu neticesinde Agdere rayonu erazisinin bir cox hissesi ermeni isgalcilarindan azad edilir 1 il boyunca Agdere seheri etrafindaki kendlerde ve yuksekliklerde aramsiz doyusler gedir Lakin 1993 cu ilde Azerbaycanda 4 iyun Gence qiyami bas verir Qarabag cebhesinde doyusen orduya rehberlik eden Suret Huseynov merkezi hakimiyyete qarsi qiyam ederek Bakiya dogru hucuma kecir Onun rehberlik etdiyi ordu bolmeleri oz movqelerini qoyaraq Bakiya dogru hucuma qosuldular Bundan meharetle istifade eden ermeni ordusu 7 iyul 1993 cu ilde Agdere seherini ve rayonun bir cox kendlerini yeniden isgal etmisdi Azerbaycan Respublikasi Milli Meclisinin 13 oktyabr 1992 ci il tarixli qerari ile Agdere rayonu legv edilmis erazisi Agdam Kelbecer ve Terter rayonlari arasinda bolusdurulmusdu Hemin qerara esasen rayonun Xatinbeyli Qazanci Maniklu indiki Melikli Bas Guneypeye Orta Guneypeye Sirxavend Yeni Qaralar Kican indiki Balliqaya kendleri ve onlara mexsus torpaq saheleri Agdam rayonunun Cerektar Vaquas indiki Qozlu Kotavan indiki Qozlukorpu Verin Oratag indiki Yuxari Oratag Arutunaqomer indiki Qizilqaya Qocoqot indiki Yayici Poqosaqomer indiki Devedasi Drombon indiki Heyvali Cildiran Mehmana Aracadzor indiki Dovsanli Hayad Tomaqahog indiki Bazarkend Sahmasur indiki Sahmansurlu Venkli indiki Vengli Qarnakar indiki Cormanli Imaret Qervend Zardaxac Capar Aterk indiki Hesenriz Narestar indiki Narinclar Damgali Kolatag kendleri ve onlara mexsus torpaq saheleri Kelbecer rayonunun Agdere seheri Umudlu Zeylik Metssen Ulu Qarabey Mohretag Kicik Qarabey Agabeyelenc Agabeyyali Magavuz Cardaqli Akop Kamari Lulesaz Minqrelsk Meqrelalay Nerkin Oratag Asagi Oratag Qasapet Canyataq Demirli Gulyataq kendleri ve onlara mexsus torpaq saheleri Terter rayonunun inzibati terkibine verilmisdir 2020 ci ilin oktyabrin 3 de Suqovusan Talis oktyabrin 9 da Cayli kendi isgaldan azad edilmisdir 19 20 sentyabr 2023 cu il tarixlerinde Azerbaycan Silahli Quvvelerinin anti terror tedbirleri neticesinde Agdere seheri ve diger menteqeler Azerbaycan nezaretine qayitmisdir Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyev oktyabrin 15 de Agdere seherinde Azerbaycan Respublikasinin Dovlet Bayragini ucaldib 2023 cu ilde Azerbaycan Respublikasinin Milli Meclisine Agdere rayonunun yaradilmasi ile bagli qanun layihesi daxil olmusdur Layiheye esasen rayonun erazisi Kelbecer Terter ve Agdam rayonlarinin erazisinden teskil edilir 5 dekabr 2023 cu il tarixli Azerbaycan Respublikasinin Agdere rayonunun yaradilmasi haqqinda Azerbaycan Respublikasinin Qanunu 1043 VIQ ile Agdam Kelbecer ve Terter rayonlarinin inzibati erazi bolgusunde qismen deyisiklikler edilerek merkezi Agdere seheri olmaqla Agdere rayonu yaradilmasi ve Azerbaycan Respublikasinin erazi vahidlerinin Dovlet reyestrine daxil edilmesimesine dair Azerbaycan Respublikasinin Milli Meclisi qerara alir ve qerar gore Agdam rayonunun Bas Guneypeye kend inzibati erazi dairesi terkibindeki Bas Guneypeye kendi Xatinbeyli kend inzibati erazi dairesi terkibindeki Xatinbeyli kendi Melikli kend inzibati erazi dairesi terkibindeki Melikli ve Qazanci kendleri Orta Guneypeye kend inzibati erazi dairesi terkibindeki Orta Guneypeye kendi Sirxavend kend inzibati erazi dairesi terkibindeki Sirxavend Balliqaya Besirler ve Qaraslar kendleri Yeni Qaralar kend inzibati erazi dairesi terkibindeki Yeni Qaralar kendi Kelbecer rayonunun Cerektar kend inzibati erazi dairesi terkibindeki Cerektar kendi Cildiran kend inzibati erazi dairesi terkibindeki Cildiran Devedasi ve Mehmana kendleri Dovsanli kend inzibati erazi dairesi terkibindeki Dovsanli Bazarkend ve Hayad kendleri Heyvali kend inzibati erazi dairesi terkibindeki Heyvali ve Yayici kendleri Hesenriz kend inzibati erazi dairesi terkibindeki Hesenriz kendi Imaret Qervend kend inzibati erazi dairesi terkibindeki Imaret Qervend Capar ve Zardaxac kendleri Kolatag kend inzibati erazi dairesi terkibindeki Kolatag ve Damgali kendleri Qizilqaya kend inzibati erazi dairesi terkibindeki Qizilqaya ve Yuxari Oratag kendleri Qozlu kend inzibati erazi dairesi terkibindeki Qozlu kendi Qozlukorpu kend inzibati erazi dairesi terkibindeki Qozlukorpu kendi Narinclar kend inzibati erazi dairesi terkibindeki Narinclar kendi Vengli kend inzibati erazi dairesi terkibindeki Vengli Cormanli ve Sahmansurlu kendleri Terter rayonunun Agdere seher inzibati erazi dairesi terkibindeki Agdere seheri Agabeyyali kend inzibati erazi dairesi terkibindeki Agabeyyali kendi Canyataq kend inzibati erazi dairesi terkibindeki Canyataq ve Gulyataq kendleri Cardaqli kend inzibati erazi dairesi terkibindeki Cardaqli Lulesaz ve Meqrelalay kendleri Cayli kend inzibati erazi dairesi terkibindeki Cayli Suqovusan ve Tepekend kendleri Hesenqaya kend inzibati erazi dairesi terkibindeki Hesenqaya Cileburt Goyarx ve Maralyansarov kendleri Kicik Qarabey kend inzibati erazi dairesi terkibindeki Kicik Qarabey kendi Qiziloba kend inzibati erazi dairesi terkibindeki Qiziloba Seysulan ve Yarimca kendleri Asagi Oratag kend inzibati erazi dairesi terkibindeki Asagi Oratag Qasapet ve Demirli kendleri Sixarx qesebe inzibati erazi dairesi terkibindeki Sixarx qesebesi Talis kend inzibati erazi dairesi terkibindeki Talis kendi Ulu Qarabey kend inzibati erazi dairesi terkibindeki Ulu Qarabey kendi Umudlu kend inzibati erazi dairesi terkibindeki Umudlu ve Zeylik kendleri Agdere rayonunun inzibati erazi bolgusune erazi vahidleri daxil edilir Rayonun rehberleriFexreddin Haqverdiyev 6 iyul 1992 19 oktyabr 1992 Ehalisi1989 cu ilde SSRI terefinden aparilmis son ehalinin siyahiya alinmasina esasen rayonun 14 kendinde 14 min azerbaycanli ehali yasayirdi Isgala qeder azerbaycanlilar Agderenin esasen 14 kendinde Sirxavend Besirler Qaraslar Qaralar Bas Guneypeye Orta Guneypeye Xatinbeyli Maniklu Narinclar Cerektar Imaret Qervend Umudlu Yeni Qaralar kendlerinde ve Gencxana sovxoz qesebesinde yasayib Milli terkib Agdere rayonu 1979 cu il siyahiya almasi Etnik quplar ehalinin Sayi Nefer Azerbaycanlilar 7 050 15 81 Ukraynalilar 20 0 04 Ruslar 355 0 8 Ermeniler 31672 71 04 Butun rayon uzre 44 586 100 ErazisiSethi esasen dagliq serq hissesi ise duzenliklerden ibaretdir Faydali qazintilari Mehmana polimetal yatagi ehengdasi ve gipsden ibaretdir Mehmana yataginin filizlerinin terkibinde sink qurgusun ve diger qiymetli metallar var Asan saflasir senaye ehemiyyetlidir Esas caylari Terter cayi ve Xacincaydir Terter cayi uzerinde 1976 ci ilde Serseng su qovsagi yaradilmisdir Terter kompleksi hem elektrik enerjisi almaq hem de suvarma meqsedile qurulmusdu Anbarda suyun hecmi 560 min kub metr ilde 125 milyon kilovat saat elektrik enerjisi verirdi ve duzen Qarabagin ve dageteyi zonanin 120 min hektar torpaq sahesinin suvarilmasi onunla temin edilirdi Isgaldan evvel 78 min hektar ekin sahesi suvarilirdi Rayon erazisinin 75 59 min hektarini ve yaxud 44 faizini meseler tuturdu Agdere Dagliq Qarabagin muhum kend teserrufati rayonlarindan idi Iqtisadiyyatinda uzumculuk taxilciliq tutunculuk ve heyvandarliq esas yer tuturdu 1988 ci il Kend teserrufatina yararli torpaqlar 53324 hektar idi Bunun 21189 hektari ekin yeri 5931 hektari coxillik bitkiler 1892 hektari bicenek 22863 hektari orus idi Suvarilan torpaqlar 15 min hektar idi Ekin sahesinin 9 7 min hektari denli paxlali bitkiler bugda arpa qargidali ve kartof 11 3 min hektari yem bitkileri ekinleri idi Rayonda uzumlukler 3 4 min hektar saheni tuturdu Terter cayi deresi boyunca Azerbaycanin yuxari ve asagi Qarabagini birlesdiren karvan ve avtomobil yollari var idi Inzibati erazi bolgusu1 yanvar 1977 ci il tarixine rayon erazisinde 24 Sovetlikde 2 qesebe Sovetliyi 22 kend Sovetliyi 3 u qesebe ve 57 i kend olmaqla 60 yasayis menteqesi movcud olmusdur 1 Mardakert qesebe Sovetliyi Mardakert qesebesi Karmiravan kendi 2 Leninavan qesebe Sovetliyi Leninavan qesebesi Levonarx kendi Hesenqaya kendi Maralyansarov kendi 3 Aracadzor kend Sovetliyi Aracadzor kendi Tomaqahog kendi Hayad kendi 4 Arutyunaqomer kend Sovetliyi Arutyunaqomer kendi Verin Oratag kendi 5 Aterk kend Sovetliyi Aterk kendi 6 Vaqaus kend Sovetliyi Vaqaus kendi 7 Vengli kend Sovetliyi Vengli kendi Sahmasur kendi Qarnakar kendi 8 Verin Cayli kend Sovetliyi Verin Cayli kendi Nerkin Cayli kendi Dostagir kendi Suqovusan kendi Tonasen kendi 9 Canyataq kend Sovetliyi Canyataq kendi Gulyataq kendi Maniklu kendi Xatinbeyli kendi 10 Drmbon kend Sovetliyi Drmbon kendi Qocoqot kendi 11 Imaret Qervend kend Sovetliyi Imaret Qervend kendi Zardaxac kendi Capar kendi Getavan kendi 12 Qazanci kend Sovetliyi Qazanci kendi 13 Kolatag kend Sovetliyi Kolatag kendi Damgali kendi 14 Magavuz kend Sovetliyi Magavuz kendi Akop Kamari kendi Minqrelsk kendi Cerabert kendi 15 Metssen kend Sovetliyi Metssen kendi 16 Mohretag kend Sovetliyi Mohretag kendi Agabeyelenc kendi 17 Narestar kend Sovetliyi Narestar kendi 18 Nerkin Oratag kend Sovetliyi Nerkin Oratag kendi Qasapet kendi Demirli kendi 19 Seysulan kend Sovetliyi Seysulan kendi Yarimca kendi 20 Sirxavend kend Sovetliyi Sirxavend kendi Kican kendi 21 Talis kend Sovetliyi Talis kendi 22 Umudlu kend Sovetliyi Umudlu kendi Zeylik kendi 23 Cerektar kend Sovetliyi Cerektar kendi 24 Cildiran kend Sovetliyi Cildiran kendi Mehmana kendi Poqosaqomer kendi Tarixi AbideleriMemarliq abidelerinden Vengli kendindeki meshur Genceser alban mebedi Xanabert qalasi Herabert qesebesinde Hermuk qalasi kilse Kolatag kendinde muqeddes Iako mebedi 635 ci il var idi Talis kendi yaxinliginda Urek mebedi XII esr Terter cayinin yuxan axarinda mebed XIII esr Qasapert kendinde Hatem Melik qalasi Madagiz kendinde Yegis Arakel mebedi XII esr ve qedim korpuler dagidilib Oradaki Qafqaz alban dinastiyalari ve katolikoslarinin son istinadgahi olan meshur Gencesar mebedinin esasi 1240 ci ilde Hesen Celal terefinden qoyulmusdur Sonuncu Gencesar alban mebedi 1837 ci ilden ermeni katolikosluguna tabe edilmisdir IqtisadiyyatiIsgal edilmis erazide 8036 hektar sanitariya gigiyena ve saglamlasdirma funksiyali meseler movcud idi ki bunun 628 hektari seheretrafi yasilliq zonasi 7408 hektari ise su techizati menbelerinin sanitar muhafize zonalarina aid meseler idi Rayonda 75059 hektar mese saheleri var idi ki bu da erazinin 44 ni teskil edirdi Agdere rayonunda Terter cayi vadisinde Serq cinari meseliyi xususi olaraq qorunurdu Agdere rayonunda zengin faydali qazinti yataqlari var idi Qizilbulaq qazinti yataginda 13 6 ton vahid senaye ehtiyati olan qizil ve 47 9 milyon ton mis Mehmana yataginda senaye ehtiyatlari 37 3 milyon ton olan qurgusun 40 4 milyon ton olan sink 100 milyon ton olan Demirli mis yatagi Canyataq Gulyataq qizil yatagi vardi Senaye ehtiyatlari 38080 min kub metr olan Agdere 6423 min kub metr olan Sorbulaq I 2129 min kub metr olan Sorbulaq II misar dasi yatagi 200 min kub metr olan Agdere gec yatagi dusmenlere qaldi Onu da qeyd edek ki isgal olunmus erazilerimizin qizil yataqlari bir qayda olaraq ABS nin Kanadanin Isvecrenin Fransanin is adamlari terefinden talan olunur Agderenin Mehmana mis yatagi Turkiyeli is adami Mehmet Abdullaogluna satilib 2004 cu ilden turk is adami Mehmana erazisinden mis cixarmaqla mesguldur Maraqlidir ki eraziden cixarilan mis Rusiya Federasiyasindaki Almaniyadan olan is adamina satilir 2005 ci ilin mart ayindan is adami M Abdullaoglu erazideki diger mis ve qurgusun yataqlarini da satin alib 80 ci illerin sonlarinda Dagliq Qarabagda ermeni separatizminin aktiv fazaya kecmesi erefesinde rayonun erazisinde zengin das komur yataqlarinin da oldugu askarlanmisdi 2011 ci ilde ise Ermenistanin Azerbaycanin isgal altindaki erazilerinde yeralti tebii servetlerin talan edilmesine dair daha bir plani aciqlanib Dusmen olkenin Energetika ve Tebii Ehtiyatlar naziri Ermenistan Ictimai Televiziyasina verdiyi musahibede bildirib ki Agdere rayonundaki das komur yataqlarinda ehtiyatlarin hecmini arasdirmaq ucun tedqiqat isleri gedir Onun sozlerine gore islerin hele basa catmamasina ve bir nece il davam edeceyine baxmayaraq artiq indiden aydindir ki Dagliq Qarabagda das komur ehtiyatlari Irevan Istilik Elektrik Stansiyasinin kohne enerji blokunu yeniden ise salmaq ucun yeterlidir IstinadlarAzerbaycan Respublikasinin Dovlet Statistika Komitesi Inzibati erazi bolgusu tesnifati 2024 PDF az stat gov az 2024 02 28 2024 03 14 tarixinde PDF Istifade tarixi 2024 04 05 Nagornyj Karabah v administrativno territorialnom ustrojstve Azerbajdzhana karabakh center 2023 05 02 tarixinde Istifade tarixi 2023 12 06 Istoriya administrativno territorialnogo deleniya Karabaha Qarabag Nagorno Karabahskaya avtonomnaya oblast Nagorno Karabakh Autonomous Oblast Great Soviet Encyclopedia rus 1967 2020 06 20 tarixinde Istifade tarixi 2023 11 21 s Azerbaycan Respublikasinin Dagliq Qarabag Muxtar Vilayetini legv etmek haqqinda qanunu Azerbaycan Respublikasinin inzibati erazi bolgusunde qismen deyisiklik edilmesi haqqinda AZERBAYCAN RESPUBLIKASI MILLI MECLISININ QERARI Azerbaycan Respublikasinin Edliyye Nazirliyi Huquqi aktlarin vahid elektron bazasi 13 oktyabr 1992 ci il 2022 06 27 tarixinde Istifade tarixi 2023 11 21 Azerbaycan Respublikasinin Agdere rayonunun yaradilmasi haqqinda Azerbaycan Respublikasinin Agdere rayonunun yaradilmasi haqqinda az Istifade tarixi 2023 12 06 Azerbaycan Respublikasinin Agdere rayonunun yaradilmasi haqqinda Azerbaycan Respublikasinin Qanunu az president az 2023 12 28 tarixinde nesr olunub 2023 12 05 2023 12 27 tarixinde Istifade tarixi 2023 12 27 Azerbaijan forces take control of seven villages near Nagorno Karabakh president 2020 10 28 tarixinde Istifade tarixi 2020 10 22 Azerbaycan Respublikasinin bezi yasayis menteqelerinin tarixi adlarinin berpasi ve deqiqlesdirilmesi haqqinda AZERBAYCAN RESPUBLIKASI MILLI MECLISININ QERARI Azerbaycan Respublikasinin Edliyye Nazirliyi Huquqi aktlarin vahid elektron bazasi 29 dekabr 1992 ci il 2022 05 13 tarixinde Istifade tarixi 2023 11 24 Azerbaycan Respublikasi Agdere rayonunun bezi kendlerinin Terter rayonunun inzibati erazi bolgusune daxil edilmesi haqqinda Azerbaycan Respublikasi Milli Meclisinin 25 avqust 1992 ci il tarixli 287 sayli Qerari 2022 08 04 tarixinde Istifade tarixi 2022 08 29 Agdere emeliyyatindan 16 il otur olu kecid Azerbaycan Respublikasinin inzibati erazi bolgusunde qismen deyisiklik edilmesi haqqinda Azerbaycan Respublikasi Milli Meclisinin Qerari e qanun az 13 oktyabr 1992 2022 06 27 tarixinde Istifade tarixi 21 noyabr 2023 Azerbaycanda Agdere rayonu yeniden berpa edilir Report Informasiya Agentliyi 20 noy 2023 2023 11 21 tarixinde Istifade tarixi 2023 11 21 Azerbaycan Respublikasinin Agdere rayonunun yaradilmasi haqqinda AZERBAYCAN RESPUBLIKASININ QANUNU Azerbaycan Respublikasinin Edliyye Nazirliyi Huquqi aktlarin vahid elektron bazasi 5 dekabr 2023 cu il 2024 01 03 tarixinde Istifade tarixi 2024 01 03 F E Haqverdiyevin Agdere rayonu Icra hakimiyyetinin bascisi teyin edilmesi haqqinda Azerbaycan Respublikasinin Prezidentinin Fermani e qanun az 6 iyul 1992 Istifade tarixi 21 noyabr 2023 F E Haqverdiyevin Agdere rayonu Icra hakimiyyetinin bascisi vezifesinden azad edilmesi haqqinda Azerbaycan Respublikasinin Prezidentinin Fermani e qanun az 19 oktyabr 1992 Istifade tarixi 21 noyabr 2023 Dagliq Qarabagin Ehalisi 2011 09 16 tarixinde Istifade tarixi 2012 01 13 1 olu kecid 2012 01 12 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2012 01 10 Xarici kecidlerSostaviteli Melnikov S A Ibragimov Ch G Azerbajdzhanskaya SSR Administrativno territorialnoe delenie na 1 yanvarya 1977 goda redkollegiya Isaev A M Budagov B A Gejbullaev G A 4 e izdanie Baku Azerneshr 1979 chast 1 ya chast 2 ya chast 3 ya chast 4 yaHemcinin baxAgdere toqqusmasi 2008